Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-151/2024 24.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Abşeron Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də icraçı direktor işləmiş, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, ev 12, mənzil 28 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 204.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə ofset çap üsulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən 38 ədəd 100 ABŞ dolları nominallı olmaqla ümumilikdə 3800 ABŞ dolları məbləğində saxta pul əskinaslarını əldə edib 08 ədəd olmaqla 100 ABŞ dolları nominallı saxta pulu üzərində, saxta pul əskinaslarının qalan hissəsini idarə etdiyi “Mercedes” markalı, **-OT-*** qeydiyyat nişanlı avtomobildə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:20-də ünvan 1 ünvanın qarşısında saxlanılıb Baş İdarəyə gətirilmiş, həmin tarixdə saat 11:45-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən pul kisəsinin (portmanatın) içərisindən ofset çap üsulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən 08 ədəd PF 98731836, PF 98731633H, PF 98731632H, PF 98731633H, PF 98731632H, PF 98731641H, PF 98731838H, PF 98731845H seriya və nömrəli olmaqla 100 ABŞ dolları nominallı olmaqla ümumilikdə saxta 800 ABŞ dolları pul əskinasları aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 13:50-dən etibarən idarə etdiyi “Mercedes” markalı, **-OT-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin ön saxlanc yerindən ofset çap üsulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən 30 ədəd PF 98731887H, PF 98731983H, PF 98731608H, PF 98731822H, PF 98731838H, PF 98731829H, PF 98731836H, PF 98731837H, PF 98731836H, PF 98731837H, PF 98731829H, PF 98731838H, PF 98731825H, PF 98731835H, PF 98731815H, PF 98731825H, PF 98731829H, PF 98731973H, PF 98731836H, PF 98731826H, PF 98731837H, PF 98731838H, PF 98731038H, PF 98731882H, PF 98731992H, PF 98731621H, PF 98731634H, PF 98731029H, PF 98731974H, PF 98731065H seriya və nömrəli olmaqla 100 ABŞ dolları nominallı olmaqla ümumilikdə saxta 3000 ABŞ dolları pul əskinasları aşkar edilərək götürülmüşdür. Bundan başqa, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında xx.xx.2023cü il tarixdə saat 14:40-dan etibarən keçirilən axtarış və götürmə zamanı oradan sonuncunun naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən əldə edərək saxladığı dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materiallar, yəni, qanunvericiliyin tələblərinə zidd olaraq Azərbaycan Respublikası X26 üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan istehsal və ya idxal edilmiş, məzmununda ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilən mövzuların üstünlük təşkil etdiyi Fethullah Gülenin “El-Kulubud-daria” (İstanbul, 2010), Fethullah Gülenin “Çağ ve nesil” (İ cild) (İstanbul 2009), Fethullah Gülenin “İlayı kelimetullah ve ya cihad” (İzmir, 2001), Fethullah Gülenin “Kalbin zümrüt tepeleri” (l-ll-lll-İV cildlər) (İzmir 2009), Fethullah Gülenin “Kendi dünyamıza doğru” (İİ cild) (İzmir, 2008), Fethullah Gülen “İnancın ölgəsində” (l-ll cild) (İzmir, 1996), Ahmet Kurucanın “Huzurdan esintiler” (İstanbul, 2013), Ertuğrul Hikmetin “Fethullah Gülen” (İstanbul, 2013), Fethullah Gülenin “Sükutun çığlıkları” (İstanbul, 2008), Fethullah Gülen “Kurandan idrake yansıyanlar” (İstanbul 2007), Fethullah Gülenin “Çekirdekten çinara” (İstanbul, 2002), Fethullah Gülenin “İnsanlığın iftihar tablosu Sonsuz nur” (l-ll-lll cild) (İzmir1995), Osman Şimşəkin “İbretlik hatıralar” (İstanbul, 2010), Fethullah Gülenin “Enginliğiyle bizim dünyamız” (“Nil” yayınları, İstanbul, 2009), Fethullah Gülenin “Bir icaz hecelemesi" (Nil yayınları”, İzmir, 2014), Fethullah Gülenin “Bir kırık dilekçe” (İstanbul, 2011), Fethullah Gülenin “Vaaz külliyyatı fihrist”, Fethullah Gülen “İmtihanlar kuşağı kirik testi-18” (Türkiyə, 2021), Cill Karrolın “Mədəniyyətlər dialoqu Gülenin İslam təlimi və humanizm anlayışı” (Bakı, 2011), Fethullah Gülenin “Kırık mızrap” (İstanbul, 2011), Fethullah Gülenin “Kalbin solukları” (İstanbul, 2009), X28. “Gülen hareketi” (“Mega basım”, İstanbul, 2010), Fatih Değirmenlinın “İç derinlikleriyle hizmet insanı” (İstanbul, 2011), Ertuğrul Hikmetin “Himmeti milleti olan insan - M.Fethullah Gülen” kitabı (“İşık yayınları”, İstanbul, 2013), Faruk Mercanın “M.Fethullah Gülen - Allah yolunda bir ömür” (Kanada, “Sureyya yayınları”, 2019), Doğu Ergilin “100 soruda Fethullah Gülen ve hareketi” (“Timaş yayınları”, İstanbul, 2010), Fethullah Gülenin “Bahar neşidesi” və Fethullah Gülenin “Наkka adanmışlar yolu” (“Süreyya yayınları”, 2021) adlı dini ədəbiyyat nümunələri, içərilərində Fethullah Gülenə məxsus əsərlərin PDF versiyası olan 01 ədəd “Kindle book reader” elektron kitabı və 01 ədəd “İpad” markalı planşet aşkar edilərək götürülmüşdür. Bundan başqa, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs işlədiyi ünvan 3 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-nin ofisinə xx.xx.2023-cü il tarixdə saat 17:43-dən etibarən keçirilən axtarış və götürmə zamanı sonuncunun iş otağından naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən əldə edərək saxladığı dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materiallar, yəni, qanunvericiliyin tələblərinə zidd olaraq Azərbaycan Respublikası X26 üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan istehsal və ya idxal edilmiş, məzmununda ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilən mövzuların üstünlük təşkil etdiyi Fethullah Gülenin “İşik karanlığı boğarken” (İstanbul, 2022) və Fethullah Gülenin “İrşad ekseni” (“Nil yayınları”, 2011) adlı dini təyinatlı ədəbiyyat nümunələri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 204.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 iyul 2023-cü il tarixdə evindən çıxıb ofisə gedirdi. Avtomobili ilə hərəkətdə olan zaman “Nissan” markalı avtomobilin onu 2 dəfə ötmək istədiyini müşahidə etmişdir. Sürücünün fikrinin yayınması səbəbindən belə olduğunu düşünsə də, o işıqforda dayanan zaman həmin avtomobil gəlib arxadan onun avtomobilini vurmuşdur. O avtomobildən düşərək nə olduğunu anlamağa çalışmışdır, anidən sağdan və soldan tanımadığı şəxslərin ona yaxınlaşdığını görmüşdür. Həmin an ona məlum olmuşdur ki, bu qabaqcadan hazırlanmış məsələdir və onu bu şəxslər izləyirlərmiş. Sonradan məlum olmuşdur ki, ona yaxınlaşan şəxslər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarıdır və həmin şəxslər onu başqa avtomobilə əyləşdirmiş və özləri ilə bilrikdə idarəyə aparmışlar. İdarədə olan zaman ona polis əməkdaşları narahat olmamağı, hər şeyin qaydasına düşəcəyini bildirmişlər. Verilmiş ittihamı qətiyyən qəbul etməyərək saxta pulların ona məxsus olmadığını bildirmişdir. Belə ki, həmin saxta pullar onun pul kisəsinə və avtomobilinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Video-çəkiliş aparılan zamanı polis əməkdaşları pulların ona məxsus olduğunu deməsini bildirmişlər. O da polis əməkdaşlarının dediklərini söyləməyə məcbur olmuşdur. Dini kitablara gəldikdə isə həmin kitablar ona məxsusdur. Həmin kitabların diniekstrimist məzmunlu olduğunu hesab etmir. Həmçinin o, Fətullah Gülənin rəhbərlik etdiyi cəmiyyətin üzvü olduğunu, qorxmadan və çəkinmədən bəyan etdiyini, mənsub olduğu cəmiyyəti bir daha inkar etmədiyini bildirmişdir. Sonda Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 19 iyul 2023-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətləri kağızları hazırlama, əldə etmə və ya satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qəbul edilmiş və əməliyyat qrupunun yaradılması ilə bağlı əmr verilmişdir. 20 iyul 2023-cü il tarixdə əməliyyat qrupunun üzvləri ilə birlikdə Binəqədi rayonu, Atatürk prospektində müşahidə aparan zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı avtomobil və yanında bir nəfər kişi cinsli Təqsirləndirilən şəxs bənzər şəxsin dayanmasını görmüşlər. Binəqədi rayonu, Atatürk prospekti 65A saylı ünvanın qarşısında dayanmış həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş və ona özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını söyləmişdir. Təqsirləndirilən şəxs radikal dindarların maliyyələşdirilməsi üçün satış məqsədi ilə saxta pul, qiymətli kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətləri kağızları hazırlama, habelə əldə etmə və satmada şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar ilə tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, buna etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən saxta pul, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində saxta 08 ədəd 100 ABŞ dolları pul olduğunu bildirib əynində olan tünd boz rəngli şalvarın sol yan cibində pul kisəsinin içərisindən 08 ədəd 100 ABŞ dolları pul əsginası, 01 ədəd 20 ABŞ dollar pul əsginası, 01 ədəd 10 ABŞ dollar pul əsginası, 01 ədəd 5 ABŞ dollar pul əsginası, 03 ədəd 100 manat pul əsginası, 01 ədəd 20 manat pul əsginası, 05 ədəd 5 manat pul əsginası və 06 ədəd 1 manat pul əsginası, plastik bank kartlarını, sürücülük vəsiqəsini, şəxsiyyət vəsiqəsini, avtomobilin qeydiyyat şəhadətnaməsini, şalvarının digər cibindən 01 ədəd “İphone 6” markalı, 01 ədəd “Xiaomi” markalı mobil telefonu, daha sonra belində olan özünə məxsus qara rəngli dəri çantanın içərisində olan elektron planşeti, yaddaş qurğularını (flaşkartı), müxtəlif dini mətinli kağızlar və dini kitab, açarları çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs saxta olduğunu bildirdiyi 08 ədəd 100 ABŞ dolları pul əsginazlarına baxış keçirərkən üzərilərində rəqəmlərə baxılmışdır. Təqsirləndirilən şəxs pul kisəsinin içərisində olan digər pul əsginasına da baxış keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 08 ədəd 100 ABŞ dolları, 01 ədəd 20 ABŞ dolları, 01 ədəd 10 ABŞ dolları, 01 ədəd 5 ABŞ dolları, 03 ədəd 100 manat, 01 ədəd 20 manat, 05 ədəd 5 manat və 06 ədəd 1 manat pul əsginasları cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, 04 ədəd plastik bank kartı, 01 ədəd “Xiaomi” markalı və 01 ədəd “İphone 6” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs belindəki qara rəngli dəri çantanın içərisində olan müxtəlif dini məzmunlu kağızlar və 01 ədəd dini kitab 02 ədəd ağ rəngli kağız zərflərdə qablaşdırılıb möhürlə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Çantanın içərisində olan 01 ədəd planşet, 03 ədəd yaddaş qurğusu (flaşkart) iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu avtomobil açarı, yaşadığı evin açarı və işlədiyi ofisin açarı özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş saxta pul kimi bildirdiyi 08 ədəd pul 100 ABŞ dolları pulu satış məqsədi ilə əldə etdiyini, həmin pul vəsatini sataraq qazanc əldə edəcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs bundan əlavə idarə etdiyi “Mercedes” markalı avtomobilin saxlanc yerində olan 3.000 ABŞ dolları saxta pul, dini kitab və dini mətinli kağızlar saxladığını, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ərizə ilə müraciət edərək idarə etdiyi “Mercedes” markalı, 99-0T-571 qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Həmin tarixdə saat 13:50-dən etibarən idarə etdiyi “Mercedes Benz” markalı, **-OT-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etdiyi avtomobildə saxta pul, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin saxlanc yerində 3.000 ABŞ dolları saxta pul olduğunu bildirib avtomobilin qapılarını açaraq baxışa təqdim etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin saxlanc yerindən 30 ədəd 100 ABŞ dolları pul əsginazlarını çıxarıb təqdim edib həmin pul vəsaitlərinin saxta olduğunu satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş 30 ədəd 100 ABŞ dolları pul cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürlə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı avtomobilin digər saxlanc yerində dini məzmunlu yazılar və mahnılar olan diskləri 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürlə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra avtomobilə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuşdur. Bundan başqa Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında və işlədiyi ünvan 4sdə axtarış və götürmə aparılması haqqında qərar qəbul edilmişdir. 21 iyul 2023-cü il tarixdə saat 14:40-dan etibarən Təqsirləndirilən şəxs, müdafiəçisi və əməliyyat qrupunun üzvləri ilə birlikdə ünvan 2 ünvanında axtarış və götürmə istintaq hərəkətinə başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs məxsus otağa daxil olmuşlar. Təqsirləndirilən şəxs saxta pul və xarici valyuta, pul əsginazları varsa təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxta pul, xarici valyuta və pul əsginasları saxlamadığını bildirmişdir. Bundan sonra qonaq otağında axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs qonaq otağının girişində sağ tərəfdə yerləşən dolabın üzərində olan 01 ədəd “Kindle” markalı oxu qurğusunu və 01 ədəd “Alcatel” markalı planşeti, masanın üzərində olan 01 ədəd “Lenovo” markalı notebooku təqdim etmişdir. Bundan sonra otaqda yerləşən dolabın içərisindən 11 ədəd dini məzmunlu diskləri təqdim etmişdir. Daha sonra sağ tərəfdə divara bərkidilmiş dolabın içərisindən 05 ədəd faylda olan kitab külliyatlarını təqdim etmişdir. Axtarış davam etdirilərkən qonaq otağının girişində sol tərəfdə yerləşən dolabdan 114 ədəd dini və müxtəlif məzmunlu kitablar, 37 ədəd vərəqdə çap üsulu ilə ərəb əlifbası ilə yazılmış yazılar aşkar edilmişdir. 114 ədəd dini və müxtəlif təyinatlı ədəbiyyatlar iş üzrə əhəmiyyət kəsb etdiyindən 01 ədəd qara rəngli sellefon torbaya yığılmaqla qablaşdırılmışdır. 05 ədəd faylda üzərlərində yuxarıda göstərilən adlar olan kitab külliyatları, 37 ədəd üzərlərində ərəb hərfləri ilə yazılar olan vərəqlər, 11 ədəd CD disk 01 ədəd qara rəngli torbada, 01 ədəd “Lenovo” markalı, 01 ədəd “Kindle” markalı oxu qurğusu, 01 ədəd “Alcatel” markalı planşet 01 ədəd qara rəngli sellefon torbada qablaşdırılmaqla götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan dini təyinatlı ədəbiyyatı özü oxuduğunu, bir neçə illər əvvəl tanışlarından əldə etməsini və qeyd olunan kitabları yaymadığını, bu məzmunda təbliğat aparmadığını söyləmişdir. Yaşayış ünvanına baxış və götürmə keçirilməsi haqqında protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. Bundan sonra iştirakçılar ilə birlikdə Təqsirləndirilən şəxs işlədiyi Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 5A, mənzil 134 ünvanında yerləşən ofisə gəlmişlər. Axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə başlamamışdan öncə ofisdə işləyən Şahid2 və Şahid3 bu barədə məlumat verib iştirakçıları və adları çəkilən şəxsləri bir daha Nərimanov Rayon Məhkəməsinin qərarı ilə tanış etmişlər. Saat 17:43-dən etibarən qeyd olunan ofisdə axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs bir daha elan edilmişdir ki, işlədiyi ofisdə olan əşyalara və yerlərə tamlıqla baxılaraq axtarış keçiriləcək, saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta varsa təqdim etsin. O, işlədiyi ofisdə saxta pul, qiymətli kağız və xarici valyutanın olmadığını bildirmişdir. Otaqda axtarış zamanı saxta pul, xarici valyuta və pul əskinasları aşkar edilməmişdir. Təqsirləndirilən şəxs otağın sol tərəfində masanın üzərində olan 01 ədəd “Acer” markalı notebook və 01 ədəd “Asus” markalı netbooku təqdim edib həmin kompyuterlərin özünə məxsus olmasını bildirmişdir. Otağın girişindən sağ tərəfdə yerləşən dolabın içərisində olan kitablara baxış zamanı oradan 02 ədəd faylda dini məzmunlu kitab külliyatı və müəllifi Fethullah Gülen olan “X17” adlı 01 ədəd kitab, 01 ədəd CD disk aşkar edilmişdir. 01 ədəd “Acer” markalı notebook və 01 ədəd “Asus” markalı netbook qara rəngli sellefon torbada, 02 ədəd faylda dini məzmunlu kitab külliyatı, müəllifi Fethullah Gülən olan “X17” adlı 01 ədəd kitab və 01 ədəd CD qara rəngli sellefon torbada qablaşdırılıb üzəriləri Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Ofisdə olan əyşalar, dolablar və sair yoxlanılmış, lakin iş üzrə əhəmiyyət kəsb edə biləcək başqa əşya, maddə, sənəd və sair aşkar edilməmişdir. Bundan sonra iştirakçılar ilə Baş İdarəyə gələrək ofisdə keçirilən axtarış və götürmə aparılması haqqında protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2018-ci ilin sentyabr ayından 2023-cü ilin iyul ayının sonlarınadək Nərimanov rayonunda fəaliyyət göstərən "xxxx" MMC-də mühasib vəzifəsində işləmişdir. 21 iyul 2023-cu il tarixdə iş yoldaşı Şahid2 ilə birlikdə işdə olan zaman "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs və bir neçə mülki geyimli şəxslərin ofisə daxil olduqlarını görmüşlər. Həmin şəxslər onlara xidməti vəsiqələrini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər və işlədikləri ofisdə Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında axtarış və götürmə aparılacağını bildirib həmin qərarla tanış etmişlər. Bundan sonra o, Şahid2, Təqsirləndirilən şəxs, müdafiəçisi və polis əməkdaşlarının iştirakları ilə işlədikləri ofisdə saat 17:43-dən etibarən qeyd olunan axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs elan edilmişdir ki, işlədiyi ofisdə olan əşyalara və yerlərə tamlıqla baxılaraq axtarış keçiriləcək, saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta varsa təqdim etsin. O, işlədiyi ofisdə saxta pul, qiymətli kağız və xarici valyutanın olmadığını bildirmişdir. Otaqda axtarış zamanı saxta pul, xarici valyuta və pul əskinazları aşkar edilməmişdir. Təqsirləndirilən şəxs otağın sol tərəfində masanın üzərində olan 01 ədəd “Acer” markalı notebook və 01 ədəd “Asus” markalı netbooku təqdim edib və həmin kompyuterlərin özünə məxsus olmasını bildirmişdir. Otağın girişindən sağ tərəfdə yerləşən dolabın içərisində olan kitablara baxış zamanı oradan 02 ədəd faylda dini məzmunlu kitab külliyatı və müəllifi Fethullah Gülen olan “X17” adlı 01 ədəd kitab, 01 ədəd CD disk aşkar edilmişdir. 01 ədəd “Acer” markalı notebook və 01 ədəd “Asus” markalı netbook qara rəngli sellefon torbada, 02 ədəd faylda dini məzmunlu kitab külliyatı, müəllifi Fethullah Gülən olan “X17” adlı 01 ədəd kitab və 01 ədəd CD qara rəngli sellefon torbada qablaşdırılıb üzərləri möhürlə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Ofisdə olan əyşalar, dolablar və sair yoxlanılmış, iş üzrə əhəmiyyət kəsb edə biləcək başqa əşya, maddə, sənəd və sair aşkar edilməmişdir. Bundan sonra iştirakçılar ilə Baş İdarəyə gələrək ofisdə keçirilən axtarış və götürmə aparılması haqqında protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 digər Şahid3 ifadəsinə oxşar məzmunda ifadələr vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Azərbaycan Respublikasının X26 üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin baş məsləhətçisi X7 ifadəsində rəyi müdafiə edərək göstərmişdir ki, FETÖ terror təşkilatı PKK, Əl-Qaidə, Taliban və s. digər terror təşkilatları kimi dünyada hər kəs tərəfindən tanınan terror təşkilatıdır. Azərbaycan Respublikasının qoşulduğu çoxsaylı beynəlxalq müqavilələrin müddəalarından irəli gələrək dövlətimiz terrorçuluğa, onun idea və prinsiplərinin təbliğatına yol vermir və qəti şəkildə pisləyərək terrorçuluğa qarşı mübarizəsini aparır. Azərbaycan Respublikası və Türkiyə Respublikası dost-qardaş ölkələr olaraq da bir-birini həm siyasi, həm iqtisadi, həm beynəlxalq müstəvidə dəstəkləyirlər. Buna bariz nümunə kimi hər iki dövlət arasında 15 iyun 2021-ci il tarixdə Şuşa şəhərində bağlanmış “Şuşa Bəyannaməsi”ni göstərmək olar. Həmin bəyannamənin bir bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Türkiyə Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, sabitliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş bütün fəaliyyətləri, o cümlədən terrorçuluğun bütün forma və təzahürlərini pisləyir və Türkiyə Respublikasının terrorçuluğa qarşı apardığı mübarizəni qətiyyətlə dəstəkləyir. Həmçinin “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 18 iyun 1999-cu il tarixli qanununun 21-ci maddəsində də göstərilmişdir ki, Azərbaycan Respublikası tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən terrorçuluğa qarşı mübarizə sahəsində xarici dövlətlərlə, onların hüquq-mühafizə orqanları ilə, habelə terrorçuluğa qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. 15 iyul 2016-cı il tarixində X3 Gülənin tərəfdarları olduğu bildirilən bir qrup hərbiçi tərəfindən çevrilişə cəhd edilmişdir. 300-dən artıq insanın həlak olması, 1500-ə yaxın insanın yaralanması ilə nəticələnən qiyam terror hadisəsi kimi qiymətləndirilmişdir. Bu tarixdən etibarən Fəthullah Gülənin rəhbərlik etdiyi Hizmət Hərəkatı FETÖ terror təşkilatı və bu Hərəkata bağlı olan şəxslər FETÖ terror təşkilatının üzvləri kimi qəbul edilmişdir. Təşkilatın terror təşkilatı kimi tanınması, Fəthullah Gülənin həmin terror təşkilatına rəhbərlik etməsi, baş vermiş hadisə nəticəsində insanların həlak olması, həmçinin 2016-cı ilin iyulun 29-da İstanbul Bakırköy məhkəməsinin qərarı tərəflərindən bu rəyi verməyə kifayət qədər əsas vermişdir. Cinayət işinin İ cildinin 23-cü vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 31-33-cü vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X20 Azərbaycan Respublikası CPM-in 51, 86, 236, 242-247-ci maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında 20 iyul 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 10:20-də Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 65A ünvanının yaxınlığında idarə etdiyi «Mercedes» markalı, **-OT-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq həmin avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmasında şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində, saxta pulun, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 iyul 2023-cü il tarixli qərara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 20 iyul 2023-cü il tarixdə saat 11:45-də şəxsi axtarış və götürmə prosesi aparmışdır. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs tutulduqdan dərhal sonra Azərbaycan Respublikası CPM-nin 14-cü maddəsinə əsasən tutulmanın səbəbləri, şübhənin mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüquqi yardım almaq hüquqları ona aydın olan dildə, yəni Azərbaycan dilində bildirilmişdir. Həmçinin Azərbaycan Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, tutulduğu andan müdafiəçinin yardımından istifadə etmək, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda izah edilmişdir ki, Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürmə aparamasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X13 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən saxta pulu, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə saxta 08 ədəd 100 ABŞ dolları pul olduğunu bildirib, əynində olan tünd boz rəngli şalvarının sol yan cibində portmanatın içindən 08 ədəd 100 ABŞ dolları pulu, 01 ədəd 20 ABŞ dolları pulu, 01 ədəd 10 ABŞ dolları pulu, 01 ədəd 5 ABŞ dolları pulu, 03 ədəd 100 manat pulu, 01 ədəd 20 manat pulu, 05 ədəd 5 manat pulu və 06 ədəd 1 manat pulu, portmanatın içərisində olan 04 ədəd kapital banka məxsus plastik kartları, sürücülük vəsiqəsini, şəxsiyyət vəsiqəsini, avtomobilin qeydiyyat şəhadətnaməsini, şalvarının sol yan cibindən 01 ədəd “İphone 6” markalı, 01 ədəd “Xiaomi” markalı mobil telefonu, daha sonra belində olan özünə məxsus qara rəngli dəri çantanın içərisində olan 01 ədəd elektron planşeti, 03 ədəd flaşkartı, müxtəlif dini mətinli kağızlar və dini kitab, 01 ədəd darağı, avtomobilin açarı, yaşadığı evin açarını və işlədiyi ofisin açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs saxta olduğunu bildirdiyi 08 ədəd 100 ABŞ dolları pul əskinaslarına baxış keçirərkən üzərilərində müvafiq olaraq PF 98731836, PF 98731633H, PF 98731632H, PF 98731633H, PF 98731632H, PF 98731641H, PF 98731838H, PF 98731845H hərf və rəqəmləri müşahidə edildi, 01 ədəd 20 ABŞ dollarının üzərində EB 91595032K, 01 ədəd 10 ABŞ dollarının üzərində JJ06907431A, 01 ədəd 5 ABŞ dollarının üzərində FL 28960556C hərf və rəqəmlər müşahidə edilmişdir. Təqsirləndirilən şəxs portmanatının içərisində olan 03 ədəd yüzmanatlığın üzərində D 11064074, D 11064073, D 11064072 hərf və rəqəmləri, 01 ədəd iyirmi manatlığın üzərində A 32966557 hərf və rəqəmlər, 05 ədəd beşmanatlığın üzərində B 23370370, B 08254945, B 00367447, B 00367448, B 00367449 hərf və rəqəmləri, 06 ədəd birmanatlığın üzərində isə B 13486328, B 11737452, B 34568210, A 68777066, A 12900405, A 44449461 hərf və rəqəmləri müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 08 ədəd 100 ABŞ dolları, 01 ədəd 20 ABŞ dolları pul, 01 ədəd 10 ABŞ dolları pul, 01 ədəd 5 ABŞ dolları pul, 03 ədəd 100 manat pul, 01 ədəd 20 manat pul, 05 ədəd 5 manat pul və 06 ədəd 1 manat pul cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəflərindən 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, 04 ədəd plastik bank kartı, 01 ədəd “Xiaomi” markalı və 01 ədəd “İphone 6” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs belindəki qara rəngli dəri çantanın içərisində olan müxtəlif dini mətinli kağızlar və 01 ədəd dini kitab 02 ədəd ağ rəngli kağız zərflərdə qablaşdırılıb Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Çantanın içərisində olan 01 ədəd elektron planşeti, 03 ədəd flaşkart iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu avtomobilin açarı, yaşadığı evin açarı və işlədiyi ofisin açarı onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş saxta pul kimi bildirdiyi 08 ədəd 100 ABŞ dolları pulu satış məqsədi ilə əldə etdiyini, həmin pul vəsatini sataraq qazanc əldə edəcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs bundan əlavə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İnzibati binasının həyətindən saxlanılan idarə etdiyi “Mercedes” markalı, **-OT-*** qeydiyyat nişanlı avtomobilin saxlanc yerində olan 3.000 ABŞ dolları saxta pulu və dini kitab və dini mətinli kağızlar saxladığını həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını, avtomobilə baxış zamanı 3.000 ABŞ dolları saxta pulu və dini mətinli kağızları təqdim edə biləcəyini bildirmişdir. Cinayət işinin İ cildinin 37-38-ci vərəqələrində olan “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X20 Azərbaycan Respublikası CPM-in 51, 86, 236, 242-247-ci maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında 20 iyul 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 10:20-də Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 65A ünvanının yaxınlığında idarə etdiyi «Mercedes» markalı, **-OT-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq həmin avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmasında şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində saxta pulun, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən 08 ədəd 100 ABŞ dolları,01 ədəd 20 ABŞ dolları, 01 ədəd 10 ABŞ dolları, 01 ədəd 5 ABŞ dolları, 03 ədəd 100 manat, 01 ədəd 20 manat, 05 ədəd 5 manat və 06 ədəd 1 manat aşkar edilərək qablaşdırılıb tərəfimdən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş saxta pul kimi bildirdiyi 08 ədəd 100 ABŞ dolları pulu satış məqsədi ilə əldə etdiyini, həmin pul vəsatini sataraq qazanc əldə edəcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs bundan əlavə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İnzibati binasının həyətindən saxlanılan idarə etdiyi “Mercedes” markalı, **-OT-*** qeydiyyat nişanlı avtomobilin saxlanc yerində 3.000 ABŞ dolları saxta pulu və dini kitab və dini mətinli kağızlar saxladığını həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını, avtomobilə baxış zamanı 3.000 ABŞ dolları saxta pulu və dini mətinli kağızları təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış və götürmə prosesinin keçirilməsindən dərhal sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı, **-OT-*** qeydiyyat nişanlı avtomobildə saxta pul, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətində video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə idarə etdiyi “Mercedes” markalı, **-OT-*** qeydiyyat nişanlı avtomobilə 20 iyul 2023-cü il tarixdə saat 13:50-də baxış keçirilməyə başlanılmışdır. Baxış keçirilməsindən öncə Təqsirləndirilən şəxs baxışın video çəkilişdən istifadə edilməklə həyata keçirilməsi, o cümlədən baxışda iştirak edən şəxslərin adları barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs baxışda iştirak edən polis əməkdaşlarına və baxışın video çəklişdən istifadə edilməklə həyata keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etdiyi “Mercedes” markalı, **-OT-*** qeydiyyat nişanlı avtomobildə saxta pul, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin saxlanc yerində 3.000 ABŞ dolları saxta pul olduğunu bildirib avtomobilin qapılarını açaraq baxışa təqdim etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin saxlanc yerindən 30 ədəd 100 ABŞ dolları pulu çıxarıb təqdim edib həmin pul vəsaitlərinin saxta olduğunu satış məqsədi ilə əldə etdiyini bildirmişdir. 30 ədəd 100 ABŞ dolları pulun üzərində PF 98731887H, PF 98731983H, PF 98731608H, PF 98731822H, PF 98731838H, PF 98731829H, PF 98731836H, PF 98731837H, PF 98731836H, PF 98731837H, PF 98731829H, PF 98731838H, PF 98731825H, PF 98731835H, PF 98731815H, PF 98731825H, PF 98731829H, PF 98731973H, PF 98731836H, PF 98731826H, PF 98731837H, PF 98731838H, PF 98731038H, PF 98731882H, PF 98731992H, PF 98731621H, PF 98731634H, PF 98731029H, PF 98731974H, PF 98731065H hərf və rəqəmləri müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş 30 ədəd 100 ABŞ dolları pul cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı avtomobilin digər saxlanc yerində dini məzmunlu yazılar və mahnılar olan diskləri 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra avtomobilin arxa yük yerinə baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi dini mətinli kağızları və “Hakka adanmışlar” başlıqlı dini büroşura 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən digər qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin İ cildinin 49-52-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2023-cü il tarixli, 5/1000 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş birinci zərfin içərisində 30 ədəd PF 98731887H, PF 98731983H, PF 98731608H, PF 98731822H, PF 98731838H, PF 98731829H, PF 98731836H, PF 98731837H, PF 98731836H, PF 98731837H, PF 98731829H, PF 98731838H, PF 98731825H, PF 98731835H, PF 98731815H, PF 98731825H, PF 98731829H, PF 98731973H, PF 98731836H, PF 98731826H, PF 98731837H, PF 98731838H, PF 98731038H, PF 98731882H, PF 98731992H, PF 98731621H, PF 98731634H, PF 98731029H, PF 98731974H, PF 98731065H 100 ABŞ dollar nominallı pul əskinasına oxşar obyektlər, ikinci zərfin içərisində 8 ədəd PF 98731836, PF 98731633H, PF 98731632H, PF 98731633H, PF 98731632H, PF 98731641H, PF 98731838H, PF 98731845H 100 ABŞ dollar nominallı pul əskinasına oxşar obyektlər ofset çap üsulu ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etmir. Təqdim edilmiş birinci zərfin içərisində 30 ədəd PF 98731887H, PF 98731983H, PF 98731608H, PF 98731822H, PF 98731838H, PF 98731829H, PF 98731836H, PF 98731837H, PF 98731836H, PF 98731837H, PF 98731829H, PF 98731838H, PF 98731825H, PF 98731835H, PF 98731815H, PF 98731825H, PF 98731829H, PF 98731973H, PF 98731836H, PF 98731826H, PF 98731837H, PF 98731838H, PF 98731038H, PF 98731882H, PF 98731992H, PF 98731621H, PF 98731634H, PF 98731029H, PF 98731974H, PF 98731065H 100 ABŞ dollar nominallı pul əskinasına oxşar obyektlər, ikinci zərfin içərisində 8 ədəd PF 98731836, PF 98731633H, PF 98731632H, PF 98731633H, PF 98731632H, PF 98731641H, PF 98731838H, PF 98731845H 100 ABŞ dolları nominallı pul əskinasına oxşar obyektlər eyni nominallı həqiqi pul əskinasından aşkar şəkildə fərqlənmir. Tədqiqata təqdim edilmiş ikinci zərfin içərisində bir ədəd EB 91595032K nömrəli 20 ABŞ dolları, bir ədəd JJ06907431A nömrəli 10 ABŞ dolları, bir ədəd FL 28960556C nömrəli 5 ABŞ dolları, 3 ədəd D 11064074, D 11064073, D 11064072 nömrəli 100 Azərbaycan manatı, bir ədəd A 32966557 nömrəli 20 Azərbaycan manatı, 5 ədəd B 23370370, B 08254945, B 00367447, B 00367448, B 00367449 nömrəli 5 Azərbaycan manatı, 6 ədəd B 13486328, B 11737452, B 34568210, A 68777066, A 12900405, A 44449461 nömrəli 1 Azərbaycan manatı pul əskinasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinası ilə eynilik təşkil edir. Cinayət işinin İ cildinin 84-86-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1097/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 20 iyul 2023-cü il tarixdən, saat 10:20-dən hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 94-97-ci vərəqələrində olan “Axtarış və götürülməsi haqqında” 21 iyul 2023-cü il tarixli protokoldan görünür ki, əməliyyat qrupunun üzvləri müdafiəçisi və təqsirləndirilən şəxs ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanının qarşısına gəlmişdilər. Axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsindən öncə müəyyən edildi ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan qeyd olunan binanın 7-ci mərtəbəsində yerləşir. Təqsirləndirilən şəxs axtarış və götürmə istintaq hərəkətinin videoçəkiliş vasitəsi ilə həyata keçiriləcəyini bildirmişdilər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar ilə Təqsirləndirilən şəxs və müdafəçisi Xəyalə Babayeva tanış edildikdən sonra etirazlarının olmadıqlarının bildirmişdilər. Təqsirləndirilən şəxs 28 saylı mənzilin qəhvəyi rəngli qapısını döydükdən sonra qapı bir nəfər qadın tərəfindən açılmışdır. Özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və xidməti vəsiqələrini təqdim etmişdilər. Qapını açan qadının Təqsirləndirilən şəxs həyat yoldaşının olduğunu bildikdən sonra Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə tanış edib mənzilə daxil olmuşdular. Mənzilə daxil olduqdan sonra bir daha Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı elan edildikdən sonra saat 14:40dan etibarən axtarış və götürmə istintaq hərəkətinin götürülməsinə başlanıldı. Təqsirləndirilən şəxs həyat yoldaşı X4, təqsirləndirilən şəxs, müdafiəçi və qrup üzvləri özlərini təqdim etdikdən sonra mənzilin içərisində axtarış keçirilməsinə başlanılmışdır. Mənzil 1 qonaq otağı, 2 yataq otağı olmaqla, ümumilikdə, 3 otaqdan ibarətdir. İlk öncə Təqsirləndirilən şəxs yataq otağına daxil olunmuşdur. Saxta pul və xarici valyuta, pul əskinazları varsa, təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs yataq otağında saxta pul, xarici valyuta və pul əskinazlarının olmadığını bildirmişdi. O, qonaq otağında dini ədəbiyyat, kompyuter və planşet saxladığını söyləmişdir. Bundan sonra qonaq otağında axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs qonaq otağının girişində sağ tərəfdə yerləşən dolabın üzərində olan 01 ədəd “Kindle” markalı oxu qurğusunu və 01 ədəd “Alcatel” markalı planşeti, masanın üzərində olan 01 ədəd “Lenovo” markalı notebooku təqdim etmişdir. Bundan sonra qonaq otağında girişdən sol tərəfdə yerləşən dolabın içərisindən 11 ədəd dini məzmunlu diskləri təqdim etmişdir. Daha sonra sağ tərəfdə divara bərkidilmiş dolabın içərisindən üzərlərində “Bahar Neşidesi”, “İmam və Küfür Müzazümeleri”, “Barla Lahikası”, “Emirbağ Lahikası”, “Müspet Heremt” adları qeyd olunmuş 05 ədəd faylda olan kitab külliyatlarını təqdim etmişdir. Axtarış davam etdirilərkən qonaq otağının girişində sol tərəfdə yerləşən dolabdan 114 ədəd dini və müxtəlif məzmunlu kitablar, 37 ədəd vərəqdə çap üsulu ilə ərəb əlifbası ilə yazılmış yazılar aşkar edilmişdir. 114 ədəd dini və müxtəlif təyinatlı ədəbiyyatlar iş üzrə əhəmiyyət kəsb etdiyindən 01 ədəd qara rəngli sellefon torbaya yığılmaqla qablaşdırılmışdır. 05 ədəd faylda üzərlərində yuxarıda göstərilən adlar olan kitab külliyatları, 37 ədəd üzərlərində ərəb hərfləri ilə yazılar olan vərəqlər, 11 ədəd CD disk 01 ədəd qara rəngli torbada, 01 ədəd “Lenovo” markalı, 01 ədəd “Kindle” markalı oxu qurğusu, 01 ədəd “Alcatel” markalı planşet 01 ədəd qara rəngli sellefon torbada qablaşdırılmaqla götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan dini təyinatlı ədəbiyyatı özü oxuduğunu, bir neçə illər əvvəl tanışlarından əldə etməsini və qeyd olunan kitabları yaymadığını, bu məzmunda təbliğat aparmadığını söyləmişdir. Axtarış və götürmə xx.xx.2023-cü il tarixdə saat 15:30-da başa çatmışdır. Cinayət işinin İ cildinin 99-101-ci vərəqələrində olan “Axtarış və götürülmə aparılması haqqında” 21 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi X23 Azərbaycan Respublikası CPM-in 51.2, 51.3, 86.4.2, 242, 243 və 445.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, həmin protokolu ondan ötrü tərtib etmişdir ki, 19 iyul 2023-cü il tarixdə DİN-in Bäş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və satması bildirilmişdir. Daxil olmuş məlumat əsasında 20 iyul 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 10:20-də idarə etdiyi “Mercedes” markalı, **-OT-*** qeydiyyat nişanlı avtomobilin yanında olan zaman Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 65A ünvanın qarşısında saxlanılmış, saxlanılarkən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, əməkdaşların müşayiəti altında saxlanıldığı yerdən Baş İdarəyə gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya idarə etdiyi avtomobildə saxta pul əskinazlarının olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərara əsasən 20 iyul 2023cü il tarixdə Baş İdarənin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən saxta 08 ədəd 100 ABŞ dollar nominallı olmaqla ümumilikdə 800 ABŞ dolları saxta pul əskinazları, idarə etdiyi avtomobilə baxış zamanı isə avtomobildən saxta 30 ədəd 100 ABŞ dollar nominallı olmaqla ümumilikdə saxta 3000 ABŞ dolları məbləğində pul əskinasları aşkar edilərək götürülmüşdür. İstintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi ilə ittiham elan edilməklə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 iyul 2023cü il tarixli qərar ilə barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı zərurət yarandığından Təqsirləndirilən şəxs məxsus mənzildə axtarış və götürmə keçirilməsi üçün Respublika Baş Prokurorluğuna ünvanlanmış vəsatət əsasında verilmiş müvafiq təqdimatla Bakı şəhər Nərimanov rayon Məhkəməsinə müraciət edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qərarı əsasında axtarış və götürmə aparılmasına icazə verilmişdir. Mövcud məhkəmə qərarı əsasında Təqsirləndirilən şəxs icraçı direktor kimi işlədiyi ünvan 3 ünvanına yuxarıda adları qeyd olunan şəxslərin iştirakı ilə video çəkilişdən istifadə edilməklə 21 iyul 2023-cü il tarixdə saat 17:43-də axtarış və götürmə keçirməyə başlanılmışdır. Axtarış və götürmə keçirilməzdən əvvəl iştirakçılara Azərbaycan Respublikası CPM-in 242, 244 və 245-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Axtarış və götürmə keçirilməzdən əvvəl iştiraçılara axtarışın videoçəkiliş vasitəsi ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X13 tərəfindən aparılacağı barədə məlumat verilmiş, etiraz daxil olmadıqdan sonra axtarış aparılmasına başlanılmışdır. Axtarış başlamazdan əvvəl təqsirləndirilən şəxs və iştirakçılar axtarış və götürmə aparılması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə tanış edilmişdir. Qeyd olunan ünvan yaşayış kompleksinin ikinci mərtəbəsində yerləşir. Ofisin içərisində icraçı direktor və maliyə işçilərinin işlədikləri otaqlar vardır. Təqsirləndirilən şəxs işlədiyi otaq ofisə daxil olduqdan sonra sağ tərəfdən birinci otaqdır və otağın qapısı taxta materiallı olmaqla qəhvəyi rənglidir. Təqsirləndirilən şəxs bir daha elan edilmişdir ki, işlədiyi ofisdə olan əşyalara və yerlərə tamlıqla baxılaraq axtarış keçiriləcək, əgər dövriyyəsi qadağan olunmuş əşya, pul, sənəd və digər əşyalar varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs işlədiyi otağa daxil olduqdan sonra sol tərəfdə masanın olması və sağ tərəfdə kreslo və qarşısında masanın olması müəyyən edilmişdir. Girişdən sol tərəfdə isə kitablar yığılan dolablar vardır. Otaqda axtarış zamanı saxta pul, xarici valyuta və pul əskinazları aşkar edilməmişdir. Təqsirləndirilən şəxs otağın sol tərəfində masanın üzərində olan 01 ədəd “Acer” markalı notebook və 01 ədəd “Asus” markalı netbooku təqdim edib və həmin kompyuterlərin özünə məxsus olmasını bildirmişdir. Otağın girişindən sağ tərəfdə yerləşən dolabın içərisində olan kitablara baxış zamanı oradan 02 ədəd faylda dini məzmunlu kitab külliyatı və müəllifi Fethullah Gülən olan “X17” adlı 01 ədəd kitab, 01 ədəd CD disk aşkar edilmişdir. 01 ədəd “Acer” markalı notebook və 01 ədəd “Asus” markalı netbook qara rəngli sellefon torbada, 02 ədəd faylda dini məzmunlu kitab külliyatı, müəllifi Fethullah Gülən olan “X17” adlı 01 ədəd kitab və 01 ədəd CD qara rəngli sellefon torbada qablaşdırılıb üzəriləri Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Ofisdə olan əyşalar, dolablar və sair yoxlanıldı, lakin iş üzrə əhəmiyyət kəsb edə bilərək başqa əşya, maddə, sənəd və sair aşkar edilməmişdir. Təqsirləndirilən şəxs işlədiyi ofisə axtarış və götürmə gündüz vaxtı təbii və süni işıqlandırma şəraitində keçirilmiş. Baxış keçirilməsi 21 iyul 2023cü il tarixdə saat 18:05-də başa çatmışdır. Axtarış və götürmənin keçirilməsi zamanı “Sony” markalı videokameradan istifadə edilmələ videoçəkiliş aparılmışdır. Cinayət işinin İ cildinin 111-113-cü vərəqələrində olan “Maddi sübut hesab etmə haqqında” 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən 38 ədəd PF 98731887H, PF 98731983H, PF 98731608H, PF 98731822H, PF 98731838H, PF 98731829H, PF 98731836H, PF 98731837H, PF 98731836H, PF 98731837H, PF 98731829H, PF 98731838H, PF 98731825H, PF 98731835H, PF 98731815H, PF 98731825H, PF 98731829H, PF 98731973H, PF 98731836H, PF 98731826H, PF 98731837H, PF 98731838H, PF 98731038H, PF 98731882H, PF 98731992H, PF 9873162İH, PF 98731634H, PF 98731029H, PF 98731974H, PF 98731065H, PF 98731836, PF 98731633H, PF 98731632H, PF 98731633H, PF 98731632H, PF 98731641H, PF 98731838H, PF 98731845H 100 ABŞ dolları nominallı pul əskinasına oxşar obyektlərin maddi sübut kimi tanınması , məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş EB 91595032K nömrəli 20 ABŞ dolları, bir ədəd JJ06907431A nömrəli 10 ABŞ dolları, bir ədəd FL 28960556C nömrəli 5 ABŞ dolları, 3 ədəd D 11064074, D 11064073, D 11064072 nömrəli 100 Azərbaycan manatı, bir ədəd A 32966557 nömrəli 20 Azərbaycan manatı, 5 ədəd B 23370370, B 08254945, B 00367447, B 00367448, B 00367449 nömrəli 5 Azərbaycan manatı, 6 ədəd B 13486328, B 11737452, B 34568210, A 68777066, A 12900405, A 44449461 nömrəli 1 Azərbaycan manatı pul əskinasları eyni nominallı həqiqi pul əskinası ilə eynilik təşkil etdiyi üçün iş üzrə əhəmiyyət kəsb etmədiyindən ailə üzvlərinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 114 A vərəqində olan X4 tərəfindən yazılaraq imzalanmış Qəbzdən görünür ki, o, yoldaşı Təqsirləndirilən şəxs məxsus 3 ədəd 100 manat, 1 ədəd 20 manat, 5 ədəd 5 manat, 6 ədəd 1 manat, 1 ədəd 20 ABŞ dolları, 1 ədəd 10 ABŞ dolları, 1 ədəd 5 ABŞ dolları pulu təhvil almışdır. Cinayət işinin İ cildinin 116-cı vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 138-140-cı vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001)-1701/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı X14 – vətəndaş Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 19 iyul 2023-cü il tarixli qərarının qanuni və əsaslı hesab edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 144-156-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 4/1255-5/1043 nömrəli rəyindən görünür ki, təqdim edilmiş dini ədəbiyyat nümunələri və digər məlumat materiallarında dinşünaslıq təhlil baxımından Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatlar aşkarlanmamışdır. Təqdim edilmiş dini ədəbiyyat nümunələri və digər məlumat materiallarında dinşünaslıq təhlil baxımından hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar mövcud deyildir. Təqdim edilmiş dini ədəbiyyat nümunələri və digər məlumat materiallarında kütləvi iğtişaşların təşkil edilməsinə və belə iğtişaşlarda iştirak etməyə, həmçinin açıq şəkildə terrorçuluğa, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan çağırışlara, eləcə də, belə əməllərin törədilməsinə yetkinlik yaşına çatmayanları cəlb etməyə dair məlumatlar əks olunmamışdır. Təqdim edilmiş dini ədəbiyyat nümunələri və digər məlumat materiallarında şəxsi hər-hansı dini quruma üzv olmağa məcbur etmə və ya şəxsin üzv olduğu dini qurumdan çıxmasına mane olma məzmunlu açıq çağırışlar, həmçinin dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edən, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinin yayılması və təbliği halları əks olunmamışdır. Təqdim edilmiş dini ədəbiyyat nümunələri və digər məlumat materiallarında aşkar surətdə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq, vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərin müəyyən edilməsinə yönələn hərəkətlərə yol verilməmişdir. Təqdim edilmiş dini ədəbiyyat nümunələri və digər məlumat materiallarında dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda fəal iştirak etmə, eləcə də belə əməllərin törədilməsinə yetkinlik yaşına çatmayanları cəlb etməyə dair məlumatlar əks olunmamışdır. Təqdim edilmiş dini ədəbiyyat nümunələri və digər məlumat materiallarından 16-sı (on altı) dini tətinatlı ədəbiyyat nümunəsi deyildir. Həmçinin bildirilir ki, adları aşağıda qeyd olunan dini ədəbiyyat nümunələri istisna olmaqla, digərləri bir nüsxədir:
1. Əhməd Qurucan və Zühdü Mərcan. “Əşəreyi-mübəşşərə” (2 ədəd);
2. X11. “İnsanlığın iftixarı Həzrət Məhəmməd” (3-cü cild-2 ədəd);
3. Cemil Tokpınar və Abdülaziz Hatip. “Cevşen ve türkçe açıklaması” (3 ədəd);
4. “Cevşeni-i kebir” (3 ədəd);
5. X21. “Sözlər” (2 ədəd);
6. X21 “Barla Lahikası” (2 ədəd);
7. Tahir Akqubayev. “Qurani-Kərim əlifbası və təcvid” (2 ədəd);
8. “Sabah-akşam duaları” (3 ədəd). 8) Ekspertizaya təqdim edilmiş dini ədəbiyyat nümunələri və digər məlumat materillarından aşağıda adları qeyd olunanlar ölkə nəşriyyatlarında çap olunmuşdur:
1. Əhməd Qurucan və Zühdü Mərcan. “Əşəreyi-mübəşşərə”;
2. Safvet Senih. “İbadetin gətirdikləri”;
3. Yusif Güvən. “Həyatın mənası namaz”;
4. X11. “İnsanlığın iftixarı Həzrət Məhəmməd”;
5. Ömər Mənsuroğlu. “Nə üçün İslam?”;
6. Munir Gadban. “Məkkədəki od parçası”;
7. İmanyar Quliyev. “Əhli-beyt duaları";
8. “Allah yolunda fədakarlığın simvolu Qurban”;
9. Osman Bilge. “Müxtəsər elmihal”;
10. “Şəkillərlə elmihal”;
11. “Müqəddəs aylar və qəndillər”;
12. Faruq Çetin. “Dil bəlası-qeybət”;
13. “Feyz və bərəkət ayları Rəcəb, Şaban, Ramazan”;
14. Ahmet Kurucan. “İslamda dialoq və tolerantlıq”;
15. Musa Hub.“Hər yönü ilə Qurban”;
16. Ahmet Kurucan. “Ailə həyatımız”;
17. Necib Gilani. “Uhuddan qalan xatirə”. Digər dini ədəbiyyat nümunələri xaricdən ölkəyə idxal olunmuşdur. Dinşünaslıq ekspertizasına təqdim edilmiş dini məzmunlu CD disklərin istehsalı ilə əlaqədar X26 üzrə Dövlət Komitəsinə hər hansı müraciət daxil olmamışdır. 9) Təqdim edilmiş adları aşağıda qeyd edilən dini ədəbiyyat nümunələri və digər məlumat materiallarının istehsalına, idxalına, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışına X26 üzrə Dövlət Komitəsi tərəfindən müvafiq razılıq alınmışdır: Əhməd Qurucan və Zühdü Mərcan. “Əşəreyi-mübəşşərə”;
1. Safvet Senih. “İbadətin gətirdikləri”;
2. Yusif Güvən. “Həyatın mənası namaz”;
3. X11. “İnsanlığın iftixarı Həzrət Məhəmməd”;
4. Ömər Mənsuroğlu. “Nə üçün İslam?”;
5. Munir Gadban. “Məkkədəki od parçası”;
6. İmanyar Quliyev. “Əhli-beyt duaları”;
7. “Allah yolunda fədakarlığın simvolu Qurban”;
8. Osman Bilge. “Müxtəsər elmihal”;
9. “Şəkillərlə elmihal”;
10. “Müqəddəs aylar və qəndillər”;
11. Faruq Çetin. “Dil bəlası-qeybət”;
12. “Feyz və bərəkət ayları Rəcəb, Şaban, Ramazan”;
13. Ahmet Kurucan. “İslamda dialoq və tolerantlıq”;
14. Musa Hub.“Hər yönü ilə Qurban”;
15. Ahmet Kurucan. “Ailə həyatımız”;
16. Necib Gilani. “Uhuddan qalan xatirə”;
17. Said el-Kahtani. “Hısnul-müslim dua ve zikrler”;
18. Yusuf Güven. “Gözümü haramdan nasıl korurum”;
19. Иман Валерии Проховой. “Хадиси Пророка”;
20. Cemil Tokpınarın və Abdülaziz Hatip. “Cevşen ve türkçe açıklaması”;
21. X9. “Müntehab ehadis”;
22. X22. “Abdullah olmak”;
23. X15. “Müslümanın yol haritası”;
24. Dr.Hamdi Döndüren. “Delilleriyle aile ilmihalı”;
25. Dr.Reşit Haylamaz. “Müminlerin en mümtaz annesi hazreti Aişe”;
26. “Cevşeni-i kebir”;
27. X27. “Büyük İslam ilmihalı”;
28. Yusuf Tavaslı. “Kolay okunan sureler.Yasini şerif”;
29. Dr.Vehbi Karakaş. “Üç aylar”;
30. Salih Suruç. “Peyğamberimizin hayatı”;
31. Dr.Ali Özbek “Suallı-cevaplı, izahlı karabaş tecvidi”;
32. X19 Yazır. “Kurani Kerim ve Yüce Mealı”; Digər dini ədəbiyyat nümünələri və dini təyinatlı materialların istehsalına, idxalına, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışına X26 üzrə Dövlət Komitəsi tərəfindən müvafiq razılıq verilməmişdir. Təqdim edilmiş dini təyinatlı məlumat materiallarından Fethullah Gülenin “El- Kulubud-daria” (İstanbul, 2010), Fethullah Gülenin “Çağ ve nesil” (İ cild) (İstanbul 2009), Fethullah Gülenin “İlayı kelimetullah ve ya cihad” (İzmir, 2001), Fethullah Gülenin “Kalbin zümrüt tepeleri” (l-ll-lll-İV cildlər) (İzmir 2009), Fethullah Gülenin “Kendi dünyamıza doğru” (İİ cild) (İzmir, 2008), Fethullah Gülen “İnancın gölgəsində” (l-ll cild) (İzmir, 1996), Ahmet Kurucanın “Huzurdan esintiler” (İstanbul, 2013), Ertuğrul Hikmetin “Fethullah Gülen” (İstanbul, 2013), Fethullah Gülenin “Sükutun çığlıkları” (İstanbul, 2008), Fethullah Gülen “Kurandan idrake yansıyanlar” (İstanbul 2007), Fethullah Gülenin “Çekirdekten çinara” (İstanbul, 2002), Fethullah Gülenin “İnsanlığın iftihar tablosu Sonsuz nur” (l-ll-lll cild) (İzmir1995), Osman Şimşəkin “İbretlik hatıralar” (İstanbul, 2010), Fethullah Gülenin “Enginliğiyle bizim dünyamız” (“Nil” yayınları, İstanbul, 2009), Fethullah Gülenin “Bir icaz hecelemesi" (Nil yayınları”, İzmir, 2014), Fethullah Gülenin “Bir kırık dilekçe” (İstanbul, 2011), Fethullah Gülenin “Vaaz külliyyatı fihrist”, Fethullah Gülen “İmtihanlar kuşağı kirik testi-18" (Türkiyə, 2021), Cili Karrolın “Mədəniyyətlər dialoqu Gülenin İslam təlimi və humanizm anlayışı” (Bakı, 2011), Fethullah Gülenin “Kırık mızrap” (İstanbul, 2011), Fethullah Gülenin “Kalbin solukları” (İstanbul, 2009), X28. “Gülen hareketi” (“Mega basım", İstanbul, 2010), Fatih Değirmenlinın “İç derinlikleriyle hizmet insanı” (İstanbul, 2011), Fethullah Gülenin “İşik karanlığı boğarken” (İstanbul, 2022), Ertuğrul Hikmetin “Himmeti milleti olan insan - M. Fethullah Gülen” kitabı (“İşık yayınları”, İstanbul, 2013), Faruk Mercanın “M. Fethullah Gülen - Allah yolunda bir ömür” (Kanada, “Sureyya yayınları”, 2019), Doğu Ergilin “100 soruda Fethullah Gülen ve hareketi” (“Timaş yayınları”, İstanbul, 2010), Fethullah Gülenin “İrşad ekseni” (“Nil yayınları”, 2011), Fethullah Gülenin “Bahar neşidesi” və Fethullah Gülenin “Наkka adanmışlar yolu” (“Süreyya yayınları”, 2021) kitabı, “Kindle book reader” elektron kitab”ının və “İpad” markalı planşetin içində olan Fethullah Gülenə məxsus əsərlərin PDF versiyası dini ekstremist materiallar hesab olunur. Belə ki, dinşünaslıq ekspertizasına təqdim edilmiş həmin dini təyinatlı məlumat materialları Türkiyə Respublikasında 15 iyul 2016-cı il çevrilişinə cəhddə ittiham olunan “FETÖ” (X12) təşkilatının lideri sayılan Fəthullah Gülənə aiddir və ya onun şəxsiyyətinin təbliğatı xarakterlidir. Fəthullah Gülenin rəhbərlik etdiyi “Hizmət hərəkatı”nın strateji hədəflərindən birinin dindən istifadə etməklə dövlətin əsas strukturlarını ələ keçirmək olduğu məlumdur. Qeyd olunduğu kimi 15 iyul 2016-cı il tarixində X3 Gülənin tərəfdarları olduğu bildirilən bir qrup hərbçi tərəfindən çevrilişə cəhd edilmişdir. 300-dən artıq insanın həlak olması, 1500-ə yaxın insanın yaralanması ilə nəticələnən qiyam terror hadisəsi kimi qiymətləndirilmişdir. Bu tarixdən etibarən Fəthullah Gülənin rəhbərlik etdiyi Hizmət Hərəkatı FETÖ terror təşkilatı və bu Hərəkata bağlı olanlar FETÖ terror təşkilatının üzvləri kimi qəbul edilmişdir. Həmin dövrdə Türkiyə Cümhuriyyətində ordu sıralarında, bir çox dövlət qurumlarında və özəl sahələrdə çalışan on minlərlə şəxs FETÖ terror təşkilatına yardım etməkdə ittiham olunaraq həbs edilmiş, Hərəkatın bir çox sosial müəssisələri, vəqf, dərnək, universitet, lisey və dərsxanaları, iqtisadi sahədəki müəssisələri bağlanmışdır. Bu proses tədricən dünyanın 48 ölkəsində davam etmişdir. Azərbaycanda da geniş şəbəkə qurmağa çalışmış FETÖ-yə bağlı bir çox müəssisə ya bağlanmış, ya da rəhbərləri dəyişdirilərək dövlətin nəzarətinə keçmişdir. Eyni zamanda, məlum hadisədən sonra X1ruluşunu zorla dəyişdirilməsinə cəhd edən “X16” (FETÖ) qruplaşmasının rəhbəri Fəthullah Gülənin din adamı qiyafəsi altında insanların rəğbətini qazanmaq və təşkilata üzvlər cəlb etmək məqsədilə hazırlanmış 672 adda kitab, CD, DVD və digər məlumat materiallarının çapı, yayılması, satışı 2016-cı ilin iyulun 29-da İstanbul Bakırköy məhkəməsi tərəfindən qadağan edilmişdir. Cinayət işinin İ cildinin 164-cü vərəqində olan X4 tərəfindən yazılaraq imzalanmış Qəbzdən görünür ki, o, yoldaşı Təqsirləndirilən şəxs məxsus bank kartlarını, idarə etdiyi avtomobilin qeydiyyat şəhadətnaməsini təhvil almışdır. Cinayət işinin İ cildinin 165 A vərəqində olan X4 tərəfindən yazılaraq imzalanmış Qəbzdən görünür ki, o, yoldaşı Təqsirləndirilən şəxs məxsus 1 ədəd “İphone” və 1 ədəd “İxiomi” telefonlarını təhvil almışdır. Cinayət işinin İ cildinin 182-184-cü vərəqələrində olan “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsindən həmin Məcəllənin 167-3.1 və 204.1-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 4-cü vərəqində olan X5 tərəfindən yazılaraq imzalanmış Qəbzdən görünür ki, o, qardaşı Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Lenovo” markalı nootbuku təhvil almışdır. Cinayət işinin İİ cildinin 52-73-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 17 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı, idarə etdiyi avtomobilə baxış və götürmə aparılması, yaşadığı ünvada axtarış və götürmə, işlədiyi ofisdə axtarış və götürmə zamanı çəkilən video görüntülərini özündə saxlayan 04 ədəd DVD diskin cinayətin izlərini özündə əks etdirdiyi üçün maddi sübut kimi tanınması və cinayət işi materiallarında saxlanılması, Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən 38 ədəd PF 98731887H, PF 98731983H, PF 98731608H, PF 98731822H, PF 98731838H, PF 98731829H, PF 98731836H, PF 98731837H, PF 98731836H, PF 98731837H, PF 98731829H, PF 98731838H, PF 98731825H, PF 98731835H, PF 98731815H, PF 98731825H, PF 98731829H, PF 98731973H, PF 98731836H, PF 98731826H, PF 98731837H, PF 98731838H, PF 98731038H, PF 98731882H, PF 98731992H, PF 98731621H, PF 98731634H, PF 98731029H, PF 98731974H, PF 98731065H, PF 98731836, PF 98731633H, PF 98731632H, PF 98731633H, PF 98731632H, PF 98731641H, PF 98731838H, PF 98731845H 100 ABŞ dolları nominallı pul əskinasına oxşar obyektlərin maddi sübut kimi tanınması, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş EB 91595032K nömrəli 20 ABŞ dolları, bir ədəd JJ06907431A nömrəli 10 ABŞ dolları, bir ədəd FL 28960556C nömrəli 5 ABŞ dolları, 3 ədəd D 11064074, D 11064073, D 11064072 nömrəli 100 Azərbaycan manatı, bir ədəd A 32966557 nömrəli 20 Azərbaycan manatı, 5 ədəd B 23370370, B 08254945, B 00367447, B 00367448, B 00367449 nömrəli 5 Azərbaycan manatı, 6 ədəd B 13486328, B 11737452, B 34568210, A 68777066, A 12900405, A 44449461 nömrəli 1 Azərbaycan manatı pul əskinaslarının eyni nominallı həqiqi pul əskinası ilə eynilik təşkil etdiyi üçün ailə üzvlərinə qaytarılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs yaşadığı ünvandan və işlədiyi ofisdən aşkar edilərək götürülmüş dini ekstremist materiallar hesab edilən Fethullah Gülenin “El-Kulubud-daria” (İstanbul, 2010), Fethullah Gülenin “Çağ ve nesil” (İ cild) (İstanbul 2009), Fethullah Gülenin “İlayı kelimetullah ve ya cihad” (İzmir, 2001), Fethullah Gülenin “Kalbin zümrüt tepeleri” (İ-İİ-İİİ-İV cildlər) (İzmir 2009), Fethullah Gülenin “Kendi dünyamıza doğru” (İİ cild) (İzmir, 2008), Fethullah Gülen “İnancın gölgəsində” (İ-İİ cild) (İzmir, 1996), Ahmet Kurucanın “Huzurdan esintiler” (İstanbul, 2013), Ertuğrul Hikmetin “Fethullah Gülen” (İstanbul, 2013), Fethullah Gülenin “Sükutun çığlıkları” (İstanbul, 2008), Fethullah Gülen “Kurandan idrake yansıyanlar” (İstanbul 2007), Fethullah Gülenin “Çekirdekten çinara” (İstanbul, 2002), Fethullah Gülenin “İnsanlığın iftihar tablosu Sonsuz nur” (İ-İİ-İİİ cild) (İzmir 1995), Osman Şimşəkin “İbretlik hatıralar” (İstanbul, 2010), Fethullah Gülenin “Enginliğiyle bizim dünyamız” (“Nil” yayınları, İstanbul, 2009), Fethullah Gülenin “Bir icaz hecelemesi" (Nil yayınları”, İzmir, 2014), Fethullah Gülenin “Bir kırık dilekçe” (İstanbul, 2011), Fethullah Gülenin “Vaaz külliyyatı fihrist”, Fethullah Gülen “İmtihanlar kuşağı kirik testi-18" (Türkiyə, 2021), Cili Karrolın “Mədəniyyətlər dialoqu Gülenin İslam təlimi və humanizm anlayışı” (Bakı, 2011), Fethullah Gülenin “Kirik mızrap” (İstanbul, 2011), Fethullah Gülenin “Kalbin solukları” (İstanbul, 2009), X28. “Gülen hareketi” (“Mega basım”, İstanbul, 2010), Fatih Değirmenlinin “İç derinlikleriyle hizmet insanı” (İstanbul, 2011), Fethullah Gülenin “İşik karanlığı boğarken” (İstanbul, 2022), Ertuğrul Hikmetin “Himmeti milleti olan insan - M. Fethullah Gülen” kitabı (“İşık yayınları”, İstanbul, 2013), Faruk Mercanın “M. Fethullah Gülen - Allah yolunda bir ömür” (Kanada, “Sureyya yayınları”, 2019), Doğu Ergilin “100 soruda Fethullah Gülen ve hareketi” (“Timaş yayınları”, İstanbul, 2010), Fethullah Gülenin “İrşad ekseni” (“Nil yayınları”, 2011), Fethullah Gülenin “Bahar neşidesi” və Fethullah Gülenin “Hakka adanmışlar yolu” ("Süreyya yayınları”, 2021) kitabı, “Kindle book reader” elektron kitab”ın və “İpad” markalı planşetin maddi sübut kimi tanınması, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərindən, idarə etdiyi avtomobildən, yaşadığı və işlədiyi ünvandan aşkar edilərək götürülmüş digər dini ekstremist materiallar hesab edilməyən ədəbiyyatlar və əşyaların iş üzrə əhəmiyyət kəsb etmədiyindən ailə üzvlərinə qaytarılması, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İphone” markalı və 01 ədəd “Xiaomi” markalı mobil telefonun ailə üzvlərinə təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 204.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 167-3.1 və 204.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 204.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı, idarə etdiyi avtomobilə baxış və götürmə aparılması, yaşadığı ünvada axtarış və götürmə, işlədiyi ofisdə axtarış və götürmə zamanı çəkilən video görüntülərini özündə saxlayan 04 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən 38 ədəd PF 98731887H, PF 98731983H, PF 98731608H, PF 98731822H, PF 98731838H, PF 98731829H, PF 98731836H, PF 98731837H, PF 98731836H, PF 98731837H, PF 98731829H, PF 98731838H, PF 98731825H, PF 98731835H, PF 98731815H, PF 98731825H, PF 98731829H, PF 98731973H, PF 98731836H, PF 98731826H, PF 98731837H, PF 98731838H, PF 98731038H, PF 98731882H, PF 98731992H, PF 98731621H, PF 98731634H, PF 98731029H, PF 98731974H, PF 98731065H, PF 98731836, PF 98731633H, PF 98731632H, PF 98731633H, PF 98731632H, PF 98731641H, PF 98731838H, PF 98731845H 100 ABŞ dolları nominallı pul əskinasına oxşar obyektlər hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı ünvandan və işlədiyi ofisdən aşkar edilərək götürülmüş dini ekstremist materiallar hesab edilən Fethullah Gülenin “El-Kulubud-daria” (İstanbul, 2010), Fethullah Gülenin “Çağ ve nesil” (İ cild) (İstanbul 2009), Fethullah Gülenin “İlayı kelimetullah ve ya cihad” (İzmir, 2001), Fethullah Gülenin “Kalbin zümrüt tepeleri” (İ-İİ-İİİ-İV cildlər) (İzmir 2009), Fethullah Gülenin “Kendi dünyamıza doğru” (İİ cild) (İzmir, 2008), Fethullah Gülen “İnancın gölgəsində” (İ-İİ cild) (İzmir, 1996), Ahmet Kurucanın “Huzurdan esintiler” (İstanbul, 2013), Ertuğrul Hikmetin “Fethullah Gülen” (İstanbul, 2013), Fethullah Gülenin “Sükutun çığlıkları” (İstanbul, 2008), Fethullah Gülen “Kurandan idrake yansıyanlar” (İstanbul 2007), Fethullah Gülenin “Çekirdekten çinara” (İstanbul, 2002), Fethullah Gülenin “İnsanlığın iftihar tablosu Sonsuz nur” (İ-İİ-İİİ cild) (İzmir 1995), Osman Şimşəkin “İbretlik hatıralar” (İstanbul, 2010), Fethullah Gülenin “Enginliğiyle bizim dünyamız” (“Nil” yayınları, İstanbul, 2009), Fethullah Gülenin “Bir icaz hecelemesi” (Nil yayınları”, İzmir, 2014), Fethullah Gülenin “Bir kırık dilekçe” (İstanbul, 2011), Fethullah Gülenin “Vaaz külliyyatı fihrist”, Fethullah Gülen “İmtihanlar kuşağı kirik testi-18" (Türkiyə, 2021), Cili Karrolın “Mədəniyyətlər dialoqu Gülenin İslam təlimi və humanizm anlayışı” (Bakı, 2011), Fethullah Gülenin “Kirik mızrap” (İstanbul, 2011), Fethullah Gülenin “Kalbin solukları” (İstanbul, 2009), X28. “Gülen hareketi” (“Mega basım”, İstanbul, 2010), Fatih Değirmenlinin “İç derinlikleriyle hizmet insanı” (İstanbul, 2011), Fethullah Gülenin “İşik karanlığı boğarken” (İstanbul, 2022), Ertuğrul Hikmetin “Himmeti milleti olan insan - M. Fethullah Gülen” kitabı (“İşık yayınları”, İstanbul, 2013), Faruk Mercanın “M. Fethullah Gülen - Allah yolunda bir ömür” (Kanada, “Sureyya yayınları”, 2019), Doğu Ergilin “100 soruda Fethullah Gülen ve hareketi” (“Timaş yayınları”, İstanbul, 2010), Fethullah Gülenin “İrşad ekseni” (“Nil yayınları”, 2011), Fethullah Gülenin “Bahar neşidesi” və Fethullah Gülenin “Hakka adanmışlar yolu” (“Süreyya yayınları”, 2021) kitabı, “Kindle book reader” elektron kitab” hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut olan – 1 ədəd “İpad” markalı planşet cinayət törədilərkən istifadə edilən alət olduğundan dövlət nəfinə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 204.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 20 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı, idarə etdiyi avtomobilə baxış və götürmə aparılması, yaşadığı ünvada axtarış və götürmə, işlədiyi ofisdə axtarış və götürmə zamanı çəkilən video görüntülərini özündə saxlayan 04 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən 38 ədəd PF 98731887H, PF 98731983H, PF 98731608H, PF 98731822H, PF 98731838H, PF 98731829H, PF 98731836H, PF 98731837H, PF 98731836H, PF 98731837H, PF 98731829H, PF 98731838H, PF 98731825H, PF 98731835H, PF 98731815H, PF 98731825H, PF 98731829H, PF 98731973H, PF 98731836H, PF 98731826H, PF 98731837H, PF 98731838H, PF 98731038H, PF 98731882H, PF 98731992H, PF 98731621H, PF 98731634H, PF 98731029H, PF 98731974H, PF 98731065H, PF 98731836, PF 98731633H, PF 98731632H, PF 98731633H, PF 98731632H, PF 98731641H, PF 98731838H, PF 98731845H 100 ABŞ dolları nominallı pul əskinasına oxşar obyektlər hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı ünvandan və işlədiyi ofisdən aşkar edilərək götürülmüş dini ekstremist materiallar hesab edilən Fethullah Gülenin “El-Kulubud-daria” (İstanbul, 2010), Fethullah Gülenin “Çağ ve nesil” (İ cild) (İstanbul 2009), Fethullah Gülenin “İlayı kelimetullah ve ya cihad” (İzmir, 2001), Fethullah Gülenin “Kalbin zümrüt tepeleri” (İ-İİ-İİİ-İV cildlər) (İzmir 2009), Fethullah Gülenin “Kendi dünyamıza doğru” (İİ cild) (İzmir, 2008), Fethullah Gülen “İnancın gölgəsində” (İ-İİ cild) (İzmir, 1996), Ahmet Kurucanın “Huzurdan esintiler” (İstanbul, 2013), Ertuğrul Hikmetin “Fethullah Gülen” (İstanbul, 2013), Fethullah Gülenin “Sükutun çığlıkları” (İstanbul, 2008), Fethullah Gülen “Kurandan idrake yansıyanlar” (İstanbul 2007), Fethullah Gülenin “Çekirdekten çinara” (İstanbul, 2002), Fethullah Gülenin “İnsanlığın iftihar tablosu Sonsuz nur” (İ-İİ-İİİ cild) (İzmir 1995), Osman Şimşəkin “İbretlik hatıralar” (İstanbul, 2010), Fethullah Gülenin “Enginliğiyle bizim dünyamız” (“Nil” yayınları, İstanbul, 2009), Fethullah Gülenin “Bir icaz hecelemesi” (Nil yayınları”, İzmir, 2014), Fethullah Gülenin “Bir kırık dilekçe” (İstanbul, 2011), Fethullah Gülenin “Vaaz külliyyatı fihrist”, Fethullah Gülen “İmtihanlar kuşağı kirik testi-18" (Türkiyə, 2021), Cili Karrolın “Mədəniyyətlər dialoqu Gülenin İslam təlimi və humanizm anlayışı” (Bakı, 2011), Fethullah Gülenin “Kirik mızrap” (İstanbul, 2011), Fethullah Gülenin “Kalbin solukları” (İstanbul, 2009), X28. “Gülen hareketi” (“Mega basım”, İstanbul, 2010), Fatih Değirmenlinin “İç derinlikleriyle hizmet insanı” (İstanbul, 2011), Fethullah Gülenin “İşik karanlığı boğarken” (İstanbul, 2022), Ertuğrul Hikmetin “Himmeti milleti olan insan - M. Fethullah Gülen” kitabı (“İşık yayınları”, İstanbul, 2013), Faruk Mercanın “M. Fethullah Gülen - Allah yolunda bir ömür” (Kanada, “Sureyya yayınları”, 2019), Doğu Ergilin “100 soruda Fethullah Gülen ve hareketi” (“Timaş yayınları”, İstanbul, 2010), Fethullah Gülenin “İrşad ekseni” (“Nil yayınları”, 2011), Fethullah Gülenin “Bahar neşidesi” və Fethullah Gülenin “Hakka adanmışlar yolu” (“Süreyya yayınları”, 2021) kitabı, “Kindle book reader” elektron kitab” hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan – 1 ədəd “İpad” markalı planşet cinayət törədilərkən istifadə edilən alət olduğundan dövlət nəfinə alınsın. İş üzrə ekspertiza xərci 320 (üç yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X6, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir.
Sədrlik edən Vüsal Qurbanov