Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-152/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X10, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1958-ci ildə Ermənistanda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, “xxxx” MMC-də iş icraçısı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 07:13 dəqiqədə adına verilmiş etibarnamə və “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi “Hyundai Accent” minik markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobillə avtomobil yolunun Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 159-dan keçən hissəsində üzü Həsənoğlu küçəsi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında’’ Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü olaraq hərəkət üçün təhlükə yarandığını gördükdə tormozlama əməliyyatı aparıb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə avtomobili dayandırmağa texniki imkanı olduğu halda, göstərilən yol hərəkəti qaydalarını pozaraq markası və dövlət qeydiyyat nişanı qeyd olunan avtomobilin qabaq sol tərəfi ilə avtomobilin hərəkət istiqaməti üzrə soldan sağa hərəkət edən piyada Delşad Fatma XXX-i vurmuş, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi Fatma Delşadın baş-beyin toxumasına, qişalar altına və yan mədəciklərə qansızma, alın sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağ alın və gözətrafı nahiyəsinin hematoması, sol alın nahiyəsinin və burun belinin sıyrıqları, sağ saidin qançırı kimi dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölməsinə səbəb olmuşdur. Bununla da, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Hyundai Accent” minik markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, həmin avtomobili sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə edir. xx xxxxxx 2020-ci il tarixdə, saat 07 radələrində idarə etdiyi avtomobillə öz hərəkət zolağında müəyyən olunmuş sürət həddində yağmursuz və qaranlıq havada, şəhər elektrik işığı ilə işıqlandırma şəraitində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə üzü Həsənoğlu küçəsi istiqamətində hərəkət etmişdir. Saat 07:10 dəqiqədə eyni istiqamət üzrə avtomobil yolunun Təbriz küçəsi 159-da yerləşən “Dərs evi” Tədris Mərkəzinin qarşısından keçən hissəsində 2 zolaqlı hərəkət yolunun sağ tərəfdən birinci hərəkət zolağında təxminən 50 km/saat sürətlə avtomobilini idarə etmişdir. Bu zaman sonradan adı, soyadı ona məlum olan piyada Fatma Delşad hərəkət istiqaməti üzrə avtomobil yolunu soldan sağa keçməyə başlayıb asta yerişlə hərəkət zolağına çıxmış, onu görən zaman artıq avtomobili ilə onun arasında ara məsafəsi az olduğundan, o, hər hansı təhlükəsizlik tədbiri görə bilməmiş və hərəkətdə olduğu sürətlə avtomobilin qabaq sol tərəfi ona çırpıldığından, yol-nəqliyyat hadisəsi baş vermişdir. Bundan sonra, dərhal avtomobili saxlayıb aşağı düşəndə piyada Fatma Delşadın xəsarətlər aldığını görmüş və təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardımın köməkliyi ilə Fatma Delşadı 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər Fatma Delşada tibbi vardım göstərsələr də, onun həyatını xilas edə bilmədiklərindən, sonuncu orada ölmüşdür. Hadisə nəticəsində bir insanın ölümünə səbəb olduğu üçün özünü günahkar hesab edir. Lakin hadisə vaxtı piyadanı görəndən sonra avtomobili dayandırmağa imkanı olmadığından, özünü yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli hesab etmir. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X14 izahatında göstərmişdir ki, mərhum Fatma Delşad onun anasıdır, onunla bir evdə yaşamışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində yaşadığı evdə olan zaman Nərimanov rayonu, Təbriz küçəsində yol-nəqliyyat hadisəsi nəticəsində anası Fatma Delşadın ölməsini eşitmiş, dərhal onun meyitinin aparıldığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 rayon Şöbəsinə getmişdir. Həmin yol-nəqliyyat hadisəsinin birbaşa şahidi olmasa da, sonradan ona məlum olmuşdur ki, yol-nəqliyyat hadisəsi baş verməmişdən az öncə anası X13 rayonu, Təbriz küçəsi 159-da avtomobil yolunu keçən zaman həmin yolda hərəkətdə olan, sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Accent” minik markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobillə onu vurmuş, nəticədə anası Fatma Delşad xəsarətlər almışdır. Anası xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmamış və o, aldığı xəsarətlərdən ölmüşdür. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın aradan qaldırıldığını, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim edərək təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ Qİİ 5 saylı Asan Xidmət tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AF seriyalı 034185 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B” kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Qİİ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AD seriyalı 518559 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Accent” minik” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X5r; “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X7 mülkiyyətində olan “Hyundai Accent” minik markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini xx.xx.2028-ci il tarixədək Təqsirləndirilən şəxs etibar etmişdir; xx xxxxxx 2020-ci il tarixli, 1155 nömrəli “Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında akt”dan görünür ki, Təqsirləndirilən şəxs test üsulu ilə müayinə zamanı narkotik maddədən istifadə halı müəyyən edilməmişdir; xx xxxxxx 2020-ci il tarixli, 2/3074 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında akt”dan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Diskin baxışının aparılması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X2, tərəfindən ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zəruri olduğundan iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 07 radələrində avtomobil yolunun Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 159-dan keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı təqdim edilmiş disklərin baxışını aparmışdır. Baxışın aparılması-görmə, eşitmə və nitq qabiliyyətində qüsurları olmayan, psixi xəstəliklərdən əzab çəkməyən, aparılan istintaq hərəkəti üzrə şəxsi marağı olmayan, iştirakları ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik, yetkinlik yaşına çatmış, Azərbaycan Respublikasının vətəndaşları olmaqla, Azərbaycan Respublikasında qeydiyyatda olan və yaşayan hal şahidlərinin iştirakları ilə aparıldı. CM-in 263.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə verilmiş sorğu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsiz şəhər Xidmətindən xx xxxxxx 2020-ci il tarixdə, saat 07 radələrində avtomobil yolunun Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 159-dan keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 03 ədəd disk təqdim edilmişdir. İş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 15:25 dəqiqədə disklərin baxışı aparılmışdır. Həmin disklər dairəvi formasında olmaqla üzərlərində “ZYKLEN, DVD-R, 4,7 GB/120 min 16x” sözləri və rəqəmləri yazılmışdır. “Packard bell” markalı monoblokda 1-ci disk açılan zaman aydın oldu ki, diskin içərisindəki TŞ6-147.1-də Part 1 və Part 2, TŞ6-147.2-də Part 1, 2-ci diskin içərisindəki TŞ6-147.2-də Part 2, TŞ6-147.3-də Part 1, 3-cü diskin içərisindəki TŞ6-147.3-də Part 2 və Part 3 faylları vardır. TŞ6-147.1, Part 1 və Part 2-də, TŞ6-147.2, Part 1-də, TŞ6-147.3, Part 1-də, TŞ6-147.3, Part 2 və Part 3-də məlum yol-nəqliyyat hadisəsi ilə bağlı heç nə yoxdur. TŞ6-147.2-dəki Part 2-dən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 07:13:44 saniyədə avtomobil yolunun Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 159-dan keçən hissəsində qaranlıq havada olmaqla şəhər elektrik işığı ilə işıqlandırma şəraitində üzü Həsənoğlu küçəsi istiqamətində 2 zolaqlı hərəkət yolunun sağ zolağında hərəkətdə olan ağ rəngli minik avtomobilinin qabaq sol tərəfi avtomobilin hərəkət istiqaməti üzrə yolu soldan sağa keçmək istəyən piyadaya çırpılır, nəticədə yol-nəqliyyat hadisəsi baş verərək piyada aldığı zərbədən yerə yıxılır. Avtomobilin sürücüsü isə azacıq irəlidə avtomobili yolun sağ kənarında saxlayır. Məlum yol-nəqliyyat hadisəsinin baş vermə şəraitini özündə ehtiva edən TŞ6-147.2-dəki Part 2-nin əks olunduğu 1 ədəd diskin öz xüsusiyyət və əlamətlərinə görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyini nəzərə alaraq maddi sübut kimi tanıma, digər istintaq və ya prosessual hərəkətlərin icra edilməsi məqsədilə digər disklərlə birlikdə qablaşdırıldı və Nərimanov rayon Polis İdarəsinin zərflər üçün nəzərdə tutulmuş 44 saylı möhürü ilə möhürləndi. Təqdim olunmuş disklərin baxışı gündüz vaxtı, otaq şəraitində “Packard bell” markalı monoblokda aparılmaqla saat 16:30 dəqiqədə başa çatdı. İstintaq hərəkətinin aparılmasına dair tərtib edilmiş protokol ucadan oxundu, baxış və götürmənin aparılması qaydası və bu barədə tərtib edilmiş protokolun məzmununa dair əlavələr, düzəlişlər, etirazlar və ya qeydlər daxil olmadı; “Maddi sübut kimi tanıma haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 07:13 dəqiqədə avtomobil yolunun Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 159-dan keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş vermə şəraitini özündə ehtiva edən TŞ6-147.2-dəki Part 2-nin əks olunduğu 1 ədəd disk ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və X16 hüquqi şəxsin xx xxxxxx 2020-ci il tarixli, 130 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, 1941-ci il təvəllüdlü Delşad Fatmanın meyitinin məhkəmə-tibbi ekspertizasına, laborator müayinənin cavabına əsaslanaraq, ilkin məlumatı nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir:
1. Delşad Fatmanın meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: baş beyin toxumasına, qişalar altına və yan mədəciklərə qansızma, alın sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağ alın və gözətrafı nahiyəsinin hematoması, sol alın nahiyəsinin və burun belinin sıyrıqları, sağ saidin qançırı. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür, birbaşa ölümlə səbəbli əlaqəlidirlər və dərəcələrinə görə ümumilikdə ölümə səbəb olduğundan sağlamlığa ağır zərərvurmaya aidirlər;
2. Delşad Fatmanın ölümünə səbəb qapalı kəllə-beyin travması nəticəsində alın sümüyünün kəllə əsasına keçən sınığı, baş beyin toxumasına, qişalar altına və yan mədəciklərə qansızma olmuşdur. Ölüm xx.xx.2020-ci il tarixdə saat 08:20-də 3 saylı şəhər klinik xəstəxanasında baş vermişdir, hansı ki, meyitin məhkəmə-tibbi müayinəsi ilə inkar olunmur;
3. Delşad Fatmanın meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti aşkar olunmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 8/68 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “Hyundai Accent” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbacan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx xxxxxx 2021-ci il tarixli, 016-13530-1221 nömrəli məktubundan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən 1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək müddətə etibarlı olan) AF 034185 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır; “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanıma haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə “Hyundai Accent” minik markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə təhvil verilmişdir; Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, o, həqiqətən özünə məxsus “Hyundai Accent” minik markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır, bununla bağlı hər hansı şikayət və ya tələbi yoxdur; Zərərçəkmiş şəxsin hüquqi varisi X12 notariat qaydasında (xx.xx.2021-ci il tarixli), həmçinin məhkəmə istintaqı zamanı verdiyi ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış və ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsinə razıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun qismən etirafedici ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən ekspert rəyi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsində təqsiri olmaması barədə ifadəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, hadisə yerinin görüntülərini əks etdirən diskə baxış zamanı da müəyyən edilir ki, Həsənoğlu küçəsi istiqamətində 2 zolaqlı hərəkət yolunun sağ zolağında hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli minik avtomobilinin qabaq sol tərəfi avtomobilin hərəkət istiqaməti üzrə yolu soldan sağa keçmək istəyən piyadaya çırpılır. Təhlükə yaranandan sonra da nəqliyyat vasitəsi piyadanın vurulduğu yerdən kifayət qədər məsafədə olmuş və onun tormozlanma əməliyyatı apararaq yolu artıq keçməkdə olan piyadaya kimi nəqliyyat vasitəsini dayandırmaq imkanı olmuşdur. Həmçinin, məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 8/68 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çoxolmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi və hərtərəfli, tam və obyektiv baxılmasına əsasən qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur və iş üzrə toplanmış sübutların məcmusuna əsasən istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham öz təsdiqini tapır. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: təqsirini qismən etiraf edib əməlindən peşman olmasını; zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını (CM-in 59.1.12-ci maddəsi); ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; işlədiyi yer üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamə). Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X14 ilə barışmış, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmış və sonuncu tərəfindən ona qarşı şikayət və tələb olmamaqla yanaşı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirən hal Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə həmin Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - yol-nəqliyyat hadisəsinin baş vermə şəraitini özündə ehtiva edən TŞ6-147.2-dəki Part 2-nin əks olunduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, “Hyundai Accent” minik markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X8 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil X9 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - yol-nəqliyyat hadisəsinin baş vermə şəraitini özündə ehtiva edən TŞ6-147.2-dəki Part 2-nin əks olunduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - “Hyundai Accent” minik markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD– 210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim Tural Ələkbərov