Məhkəmə qərarları › İş №1(005)-152/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-152/2022

10.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-152/2022 10.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “X72” MMC-nin direktoru, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə gətməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1, 308.1 və 320.1-ci maddələri ilə xx xxxxxx 1991-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan, “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 əsas fəaliyyət növü turizm xidmətlərinin göstərilməsi olan “X72” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri vəzifəsində işləməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2, X23, X43 və qeyriləri ilə hüquq verən rəsmi sənəd hesab edilən “Covıd-19” analizlərinin nəticələrini qanunsuz hazırlamaqla saxtalaşdırıb satmaqla gəlir əldə etmək məqsədilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən qrupun üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasından xaricə və ya əksinə səfər etmək istəyən və onların vasitəsi ilə bilet alan şəxslərə 60-90 manat müqabilində analiz vermədən “Covid-19” analizinin cavabının neqativ olması ilə bağlı sənəd verəcəyini bildirərək həmin şəxslər razılaşdıqdan sonra onların pasport və biletlərinin fotoşəkilini “WhatsApp” ani mesajlaşma xidməti vasitəsi ilə qrupun üzvləri Fəqani Rüstəmov və Sənan Yusifova göndərmiş, onlar da özləri şəxsən və ya digər şəxslərin vasitəsilə Türkiyə Respublikasında həmin şəxslərə “Covid- 19” analizlərinin nəticələrinin neqativ olmaları ilə bağlı Azərbaycan Respublikasında “İnci” Laboratoriyaları, Türkiyə Respublikasında isə “Memorial Bahçelievler” xəstəxanasının adından hüquq verən digər rəsmi sənəd hesab edilən analiz cavablarını istifadə etmək məqsədilə qanunsuz hazırlmaqla saxtalaşdırıb, “WhatsApp” ani mesajlaşma xidməti vasitəsi ilə Sənibər Əşirova və Təqsirləndirilən şəxs2 PDF sənəd (daşınan sənəd formatı) formasında göndərmiş, sonuncular həmin saxta sənədi 60-90 manat müqabilində 2021-ci ilin yanvar ayından etibarən Bakı şəhəri ərazisində Şahid3, həmçinin təkrarən Şahid2 və qeyrilərinə, sonuncu dəfə 09 mart 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində Şahid1 sataraq onların “Covid-19” infeksiyasına yoluxub-yoluxmadığı müəyyən edilmədən Azərbaycan Respublikasından getmələrinə və ölkəyə gəlmələrinə şərait yaradaraq “Koronavirus (COVİD-19)” pandemiyası dövründə “Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 iyun 2020-ci il tarixli, 199 nömrəli qərarı ilə müəyyən edilmiş uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVİD-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi olan sərnişinlərin uçuşa qəbul edilməsi kimi tələbinə riayət etməyərək epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin, yəni “Koronavırus (COVİD-19)” infeksiyasının yayılması üçün real təhlükə yaratmaqla öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin bu sahədə qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1, X23, X43 və qeyriləri ilə hüquq verən rəsmi sənəd hesab edilən “Covid-19” analizlərinin nəticələrini qanunsuz hazırlamaqla saxtalaşdırıb satmaqla gəlir əldə etmək məqsədilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən qrupun üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasından xaricə və ya əksinə səfər etmək istəyən və onların vasitəsi ilə bilet alan şəxslərə 60-90 manat müqabilində analiz vermədən “Covid-19” analizinin cavabının neqativ olması ilə bağlı sənəd verəcəyini bildirərək həmin şəxslər razılaşdıqdan sonra onların pasport və biletlərinin fotoşəkilini “WhatsApp” ani mesajlaşma xidməti vasitəsi qrupun üzvləri Fəqani Rüstəmov və Sənan Yusifova göndərmiş, onlar da özləri şəxsən və ya digər şəxslərin vasitəsilə Türkiyə Respublikasında həmin şəxslərə “Covid-19” analizlərinin nəticələrinin neqativ olmaları ilə bağlı Azərbaycan Respublikasında “İnci” Laboratoriyaları, Türkiyə Respublikasında isə “Memorial Bahçelievler” xəstəxanasının adından hüquq verən digər rəsmi sənəd hesab edilən analiz cavablarını istifadə etmək məqsədilə qanunsuz hazırlmaqla saxtalaşdırıb, “WhatsApp” ani mesajlaşma xidməti vasitəsi ilə Sənibər Əşirova və Təqsirləndirilən şəxs2 PDF sənəd (daşınan sənəd formatı) formasında göndərmiş, sonuncular həmin saxta sənədi 60-90 manat müqabilində 2021-ci ilin yanvar ayından etibarən Bakı şəhəri ərazisində Şahid3, həmçinin təkrarən Şahid2 Ağarəhım qızı və qeyrılərinə, sonuncu dəfə 09 mart 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində Şahid1 sataraq onların “Covid-19” infeksiyasına yoluxub-yoluxmadığı müəyyən edilmədən Azərbaycan Respublikasnmdan getmələrinə və ölkəyə gəlmələrinə şərait yaradaraq “Koronavirus (COVİD-19)” pandemiyası dövründə “Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 iyun 2020-ci il tarixli, 199 nömrəli qərarı ilə müəyyən edilmiş uçuşdan əvvəl 72 saat ərzində verilmiş “COVİD-19”a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi olan sərnişinlərin uçuşa qəbul edilməsi kimi tələbinə riayət etməyərək epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin, yəni “Koronavirus (COVİD-19)” infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1, 308.1 və 320.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdə "xxxx" Travel MMC-ni yaradaraq özü müstəqil qaydada turizm xidmətləri göstərməyə başlamışdır. Şirkətin həm təsiçisi, həm də direktorudur. Əsas fəaliyyət istiqaməti turların təşkili və biletlərin satışıdır. Təqsirləndirilən şəxs2 tanıyır, Gülnar da turizim sahəsində işləyir. Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlayaraq özünün müəyyən müştəri bazasının olduğunu və həmin şəxslərə onun şirkəti vasitəsi ilə bilet təşkil etmək istədiyini bildirmişdir. Belə desək “Agent” olaraq Gülnar onun “subagenti” kimi fəliyyət göstərmişdir. Təqsirləndirilən şəxs2 yaxşı müştəri bazası olmuşdur. Hətta onun instaqram səhifəsinə çoxsaylı müraciətlər olduğundan və Gülnar xanım evdar qadın olduğundan onun səhifəsinə gələn müraciətlərə arada bir o da cavab vermişdir. Təxminən 2020-cı ilin dekabr ayında Gülnar onunla danışan zaman ona təxminən 2020-ci ilin noyabr ayının əvvəllərində onlardan bilet alaraq Türkiyə Respublikasına gedən X10 Türkiyədə turizm işi ilə məşğul olduğunu bildirmişdir. Gülnar ona demişdir ki, Fəqani ona təklif etmiş ki, istəsələr müştərilər xəstəxanaya yaxınlaşıb analiz vermədən onlara “Covid-19” testlərinin nəticələrinin neqativ olması ilə bağlı sənəd verə bilərlər. Gülnar ona həmin sənədin Azərbaycanda “İnci” Laboratoriyalarından, Türkiyə Respublikasında isə “Memorial Bahçelievler” xəstəxanasında təşkil etdiyini bildirmişdir. Gülnar ona Fəqaninin həmin sənədi 50 manata təşkil etdiyini bildirmişdir. O, vətəndaşlara verilmiş “Covid” analizi cavablarının saxta olduğunu bilməmişdir. Gülnar ona həmin analizləri ekspres qaydada şəxsin olduğu yerdə gedib götürəcəklərini bildirmişdir. Bundan sonra o, həmin şəxsin pasportu və bileti barədə məlumatları Fəqani Rüstəmova göndərmişdir. O analizləri özü təşkil etmişdir. O, sadəcə şəxsin həqiqətən də analiz cavabının neqativ olmasını bilmək üçün cavabın surətini də ona göndərmələrini bildirmişdir. İlk bir neçə şəxsin heç bir problem olmadan aeroportdan keçdiyini gördüyündən onda həmin sənədin tam qanuni sənəd olduğuna əminlik yaranmışdır. İlk əvvəl həmin sənəd üçün o, Gülnara 55 manat ödəmişdir. Yəni 5 manat da Gülnar özünə götürmüşdür. Bundan sonra o özü Fəqani Rüstəmovla əlaqə saxlamış və birbaşa müştərilərin sənədlərini onun özünə göndərmişdir. Təxminən 75-80 nəfər şəxsə bu cür sənəd təşkil etdiyini müəyyən etmişdir. Qeyd etdiyi məsələ barəsində o da turizm sahəsində fəaliyyət göstərən “Fəridə” adlı xanıma məlumat vermişdir. Onun təşkil etdiyi müştərilərin böyük hissəsini Fəridə xanım tapıb onunla əlaqələndirmişdir. Həmin şəxslərin heç biri ilə o şəxsən əlaqədə olmamışdır. Onlarla Fəridə xanım özü əlaqə saxlamışdır. O, Fəridə adlı xanımın digər anket məlumatlarını bilməmişlər. Sonda Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 320.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər müxtəlif tur şirkətlərində daxili və xarici turlar üzrə tur-menecer işləmişdir. Təxminən 2017-ci ilin yay aylarında ailə həyatı qurmağı ilə bağlı olaraq sonuncu işlədiyi "xxxx" MMC-dəki işdən ayrılmışdır. Evdə işsiz qaldığı müddətdə əvvələr ondan bilet almış şəxslər mütəmadi olaraq onunla əlaqə saxlayaraq yenidən ondan bilet almaq istədiklərini bildirmişlər. Belə desək onun artıq daimi müştəriləri olmuşdur. Buna görə də o qərara gəlmişdir ki, sosial şəbəklər vasitəsilə tapdığı müştəriləri əvvəllər işlədiyi şirkətlərlə əlaqələndirməklə müəyyən məbləğdə faiz götürməklə qazanc əldə etsin. Bu barədə o, əvvəllər işlədiyi şəxslərə, eləcə də "xxxx" MMC Travel şirkətin direkoru Təqsirləndirilən şəxs1 məlumat vermişdir. Onlar da onunla razılaşmışlar. Bundan sonra onunla əlaqə saxlayan müştəriləri həmin şirkətlərə göndərmiş və bilet alındığı təqdirdə, ona da müəyyən məbləğdə bir bilet üçün təxminən 10-15 manat pul verilmişdir. Daha dəqiq desə müştəridən pulu o almış və öz faizini götürdükdən sonra biletin pulunu şirkətə ödəmişdir. O sosial şəbəklərdə əsasən də özü adına qeydiyyatdan keçirtdiyi “avia_bilet_tshkili_” adlı instaqram sosial şəbəkəsində elanlar yerləşdirmiş və orada ona yazmış müştərilərə də xidmət göstərmişdir. Həmin instaqram səhifəsinə çoxsaylı müraciətlər edildiyindən o qrup yartmış və müracitlərə bəzən Sənubər xanım da cavab yazmışdır. Təxminən 2020-ci ilin oktyabr ayının sonlarında sosial şəbəkə üzərindən ona X23 adlı şəxs yazaraq “Bakı-İstanbul- Kiyev” tranzit bilet almışdır. O, həmin şəxsə bilet təşkil etmiş və o İstanbulda olan zaman onunla əlaqə saxlayaraq Kiyev istiqamətində bileti ləğv etdirməyini istəmişdir. O da ona bileti tranzit aldığı uçün ləğv etdirə bilməyəcəyini demişdir. Bundan sonra həmin şəxs yenidən onunla əlaqə saxlayaq ayrıca Kiyevə bilet almışdır. Həmin zaman o bir neçə dəfə Kiyev şəhərindən İstanbul şəhərinə və geri bilet aldığından onunla normal münasibəti yaranmışdır. Danışıqların birində Fəqani ona Türkiyə Respublikasında turizim xidmətləri göstərdiyini, eləcə də “deport qaldırma", “viza təşkili", həmçinin "Covid" analizi təşkil edə bildiyini demişdir. Onun sadaladıqlarının içərisində “Covid” analizinin necə həll edildiyi ilə maraqlanmışdır. Ona bildirmişdir ki, müştəri klinikaya yaxınlaşıb analiz vermədən ona testinin nəticəsinin neqativ olması ilə bağlı sənəd verə bilər. O bunu Azərbaycanda İnci Labaratoriyalarından, Türkiyə Respublikasında isə “Memorial Bahçelievler” xəstəxanasında təşkil etdiyini bildirmişdir. O, həmçinin bildirmişdir ki, həmin sənəd tam qanuni sənəddir, onlar özləri klinikaya depozit qoyurlar və klinika da onlara imzalı, barkodlu və möhürlü sənəd verir. Bunun üçün 45-50 manat pul lazım olduğunu bildirmişdir. O, bunun daha sərfəli olduğunu başa düşdüyündən müştərilərə bu barədə təklif etmişdir. O bütün müştərilərə bu təklifi etməmişdir. Uçuş tarixinə baxaraq hansı şəxslərin təcili getməli olduqlarını görəndə onlara istəsələr test vermədən analiz cavabı verə biləcəyini bildirmişdir. Onlar da çox vaxt onunla razılaşmışlar. O bunun müqabilində onlardan 70 manat pul almışdır. Həmin pulun 50 manatını Fəqaniyə göndərmişdir. Bir müddət sonra Fəqani bir həftəlik Kiyev şəhərinə getdiyini və analiz cavabı lazım olduğu təqdirdə ondan əvvəllər Fəqani ilə birlikdə bilet almış X43 ilə əlaqə saxlamasını bildirmişdir. Bundan sonra o Sənan Yusifova da bir neçə şəxsin məlumatlarını göndərmiş, o da ona həmin şəxslərin analiz cavablarını göndərmişdir. O, Sənan və Fəqaniyə həmin şəxsin pasportunun və biletinin şəklini göndərmişdir. Təxminən 2021-ci iln yanvar ayında Fəqani ona bu barədə bildirdikdən sonra o, Təqsirləndirilən şəxs1 da bu barədə məlumat vermişdir. Lakin ona bu barədə başqa heç bir şirkətə məlumat verməməsini tapşırmışdır. Lakin sonradan o da başqa şirkətlərə məlumat vermişdir. Həmin ərəfələrdə Sənan Yusifov onunla, Fəqani Rüstəmov isə Təqsirləndirilən şəxs1 ilə işləmişdir. Fəqani ona pulları Bakı şəhərində turizm işi ilə məşğul olan Murad Hüseynzadə adlı şəxsin bank hesabına göndərməsini bildirmiş və yaxud da həmin şəxs ondan bilet alır və onunla əvəzləşdirmişlər. Bu yolla o təxminən 8-10 nəfər şəxsin Covid-19 test analizi vermədən nəticəsinin neqativ olması ilə bağlı sənəd verərək Türkiyə Respubliksına getməsinə şərait yaratmışdır. Bundan əlavə 9 mart 2021-ci il tarixdə onunla Şahid1 adlı şəxs əlaqə saxlayaraq 14 mart 2021-ci il tarixdə İstanbul şəhərinə gediş və 18 mart 2021-ci il tarixdə geri dönüş bileti, həmçinin Covid-19 analizi lazım olduğunu bildirmişdir. Ondan təcili getməli olduğunu qısa müddətdə cavab verməsini istəmişdir. O da Fəqani ilə danışmış və o analiz nəticələrini həll edə biləcəyini bildirmişdir. O Şahid1 hər iki analiz üçün həm gediş həm də dönüş üçün ümumilikdə 150 manat pul almışdır. Mahmud həmin pulu onun şəxsi kartına ödəmişdir. O da həmin puldan 100 manatı, əvvədən yığılan başqa pullarla birlikdə Fəqaninin tapşırığı ilə Murad Hüseynzadə adlı şəxsin kart hesabın ödəmişdir. Bundan sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə İdarəsinə dəvət etmişlər. İdarədə olan zaman o bilmişdir ki, Şahid1 ondan şikayət etmiş və araşdırma zamanı onun başqa şəxslərə də klinikaya yaxınlaşmadan test nəticələrinin neqativ olması ilə bağlı saxta sənəd verməsi müəyyən edilmişdir. Lakin o bir daha bildirmək istəyir ki, o həmin sənədlərin saxta olmasını bilməmişdir. O hesab edir ki, bu normal haldır, şəxs klinikaya getmədən də ona analiz cavabının neqativ olması ilə bağlı sənəd verilə bilər. Bu fəaliyyətin qanunsuz olması ilə bağlı heç bir məlumatı olmamışdır. Sonda Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, bir neçə müddətdir ki, ticarətlə məşğul olur və əsasən Türkiyə Respublikasından qadın paltarları ölkəyə gətirib mağazalara satışını həyata keçirdir. Buna görə də, Türkiyə Respublikasına gedib-gəlmişdir. 2021-ci ilin mart ayının əvvəllərində instagram sosial şəbəkəsində turizm sahəsində işləyən Gülnar adlı xanımla tanış olmuşdur. Həmin xanım fərdi qaydada bilet təşkili işi ilə məşğul olduğunu bildirmişdir. Ondan Türkiyə Respublikasına gediş və dönüş biletlərinin qiymətini soruşduqda ona gediş-qayıdışın 868 manat olduğunu bildirmişdir. Həmin xanımla razılaşdıqdan sonra uçuşun prosedurunu soruşduqda uçuşdan 48 saat əvvəl verilmiş “Covid-19” analizinin cavabının neqativ olması ilə bağlı xəstəxana sənədi lazım olduğunu bildirmişdir. O analizi harada vermək lazım olduğunu soruşduqda ona təklif etmişdir ki, istəsə 75 manat müqabilində heç bir yerə gedib analiz vermədən ona “Covid-19" analizinin cavabının neqativ olması ilə bağlı Bakıda “İnci” Laboratoriyalarının adından sənəd verəcəyini bildirmişdir. O həmin sənədin necə hazırlanacağını soruşduqda narahat olmamasını, onun adını portala daxil edəcəyini heç bir problem olmadan gedib qayıdacağını bildirmişdir. Həmçinin lazım olarsa Türkiyədən geri qayıdan zaman da orda “Memorial Bahçalı evlər” xəstəxanasının adından da “Covid- 19” analizinin cavabının neqativ olması ilə bağlı sənəd verə biləcəyini demişdir. Hər iki sənəd üçün ondan 150 manat pul istəmişdir. O da 14 mart 2021-ci il tarixdə Türkiyəyə gedəcəyini və 18 mart 2021-ci il tarixdə geri qayıdacağını bildirmişdir. O da onun göndərdiyi üzərində "Təqsirləndirilən şəxs2" yazılan Kapital Banka məxsus plastik karta 09 mart 2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən "Araz" supermarketində quraşdırılmış “e-manat” ödəniş terminalından 1018 manat pul göndərmişdir. Həmin çekin surətini çəkib “Whatsapp" ani mesajlaşma proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs2 göndərmişdir. Bundan sonra ona “Whatsapp" ani mesajlaşma proqramı vasitəsi ilə biletləri və “Covid-19” analizinin cavabının neqativ olması ilə bağlı sənəd iki ədəd pdf formasında sənəd göndərmişdir. Həmin sənədlərdən biri "İnci" Laboratoriyalarının, digər isə "Memorial Bahçalı evlər" xəstəxanasının adında da "Covid-19" analizinin cavabının neqativ olması ilə bağlı sənəd olmasını görmüşdür. O heç bir analiz vermədən əvvəlki tarixə ona verilmiş həmin sənədin saxta olduğunu başa düşmüş və həmin sənəddən istifadə edəcəyi təqdirdə onun özünə də problem yaranacağını başa düşmüş və buna görə də ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Ukrayna Respublikasında Xrakov şəhərində Dövlət İdarəçilik akademiyasında təhsil alır. 2021-ci ilin mart ayının əvvəllərində təhsillə bağlı Türkiyə Respublikasına, ordan da Ukrayna Respublikasına getmək qərarına gəlmişdir. Bu məqsədlə işlədiyi baxçada tədris alan uşaqlardan birinin valideyni Təqsirləndirilən şəxs2 müraciət etmişdir. Onun turizm işləri ilə məşğul olduğunu bilmişdir. Gülnar xanımla danışan zaman ona hazırda xatırlamadığı məbləğə bilet almışdır. Həmin zaman ona bildirmişdir ki, uçuşdan əvvəl klinikaya yaxınlaşıb “Covid-19" analizi verməlidir. Analizin cavabı neqativ olduqdan sonra gedə bilər. Həmin zaman Gülnar ona təklif etmişdir ki, istəsə klinikaya yaxınlaşıb analiz vermədən də "Covid-19" analizinin cavabının neqativ olması ilə bağlı analiz cavabı verə bilər. Onun adını portala daxil edəcəklərini, heç bir problem olmayacağını bildirmişlər. Həmçinin bildirmiş ki, soruşsalar gedib klinikada analiz verdiyini deməsini xəbərdar etmişdir. Onunla razılaşmışdır. Gülnar analiz cavabını 80 manata təşkil edəcəyini bildirmişdir. Onun kart hesabına 80 manat pul göndərmişdir. 09 mart 2021-ci il tarixdə onun mobil nömrəsinə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə “İnci" Laboratoriyalarının adından “Covid 19" analizinin cavabının neqativ olması ilə bağlı PDF formasında sənəd göndərmişdir. O, həmin sənədə baxdıqda orda klinikanın möhrünün olduğunu görmüşdür. O, həmin sənədləri 10 mart 2021-ci il tarixdə “Heydər Əliyev adına Bakı Beynəlxalq Aireportuna" təqdim etmiş və sənədlər qaydasında olduğundan sərbəst şəkildə ölkəni tərk etmişdir. O, Türkiyə Respublikasına getməmişdən qabaq heç bir klinikaya gedib test verməmişdir. Ümumiyyətlə, “Covid-19" virusuna yoluxmamış, Türkiyəyə gedən zaman özündə Covid-19 virusunun əlamətlərini hiss etməmişdir. Lakin, əgər virusa yoluxma halı baş versəydi bunu bilə bilməyəcəkdir. O həmin sənədin saxta olduğunu bilməmiş, Gülnar bildirmişdir ki, onun adını klinikanın adından portala daxil ediləcəkdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid2 və Şahid4 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 5-ci vərəqində olan “eManat” ödəniş terminalına məxsus xx.xx.2021-ci il tarixli, 31013 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus bank kartına 1018 AZN ödəniş edilmişdir. Cinayət işinin 6-cı vərəqində olan "xxxx" yazısı, ona məxsus tanınma nişanı və möhür əksi olan “Covid 19-RT-PCR” analiz nəticəsindən görünür ki, Şahid1 analiz nəticəsi “negativ” göstərilmişdir. Cinayət işinin 7-ci vərəqində olan “X7” yazısı, ona məxsus tanınma nişanı olan “Covid 19-RT-PCR” analiz nəticəsindən görünür ki, Şahid1 həmin analiz nəticəsi “negativ” göstərilmişdir. Cinayət işinin 18-ci vərəqində olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 şəxsi istifadəsində olan “Note 9 Pro” markalı mobil telefonu BMCMİnin əməkdaşlarına təhvil vermişdir. Cinayət işinin 23-cü vərəqində olan “X7” yazısı, ona məxsus tanınma nişanı olan “Covid 19-RT-PCR” analiz nəticəsindən görünür ki, Subhi Maharramli adlı şəxsdə həmin analizin nəticəsi “negativ” göstərilmişdir. Cinayət işinin 24-cü vərəqində olan “X7” yazısı, ona məxsus tanınma nişanı olan “Covid 19-RT-PCR” analiz nəticəsindən görünür ki, Sabina Maharramli adlı şəxsdə həmin analizin nəticəsi “negativ” göstərilmişdir. Cinayət işinin 25-ci vərəqində olan "xxxx" yazısı, ona məxsus tanınma nişanı və möhür əksi olan “Covid 19-RT-PCR” analiz nəticəsindən görünür ki, Vüqar Dadaşzadə adlı şəxsdə həmin analizin nəticəsi “negativ” göstərilmişdir. Cinayət işinin 28-ci vərəqində olan "xxxx" yazısı, ona məxsus tanınma nişanı və möhür əksi olan “Covid 19-RT-PCR” analiz nəticəsindən görünür ki, Sehrabəyim Əliyeva adlı şəxsdə həmin analizin nəticəsi “negativ” göstərilmişdir. Cinayət işinin 31-ci vərəqində olan "xxxx" yazısı, ona məxsus tanınma nişanı və möhür əksi olan “Covid 19-RT-PCR” analiz nəticəsindən görünür ki, Samir Mustafayev adlı şəxsdə həmin analizin nəticəsi “negativ” göstərilmişdir. Cinayət işinin 34-cü vərəqində olan "xxxx" yazısı, ona məxsus tanınma nişanı və möhür əksi olan “Covid 19-RT-PCR” analiz nəticəsindən görünür ki, Həmid Hüseynov adlı şəxsdə həmin analizin nəticəsi “negativ” göstərilmişdir. Cinayət işinin 37-ci vərəqində olan "xxxx" yazısı, ona məxsus tanınma nişanı və möhür əksi olan “Covid 19-RT-PCR” analiz nəticəsindən görünür ki, Rövşən Verdiyev adlı şəxsdə həmin analizin nəticəsi “negativ” göstərilmişdir. Cinayət işinin 40-cı vərəqində olan "xxxx" yazısı, ona məxsus tanınma nişanı və möhür əksi olan “Covid 19-RT-PCR” analiz nəticəsindən görünür ki, Abdulla Yusifov adlı şəxsdə həmin analizin nəticəsi “negativ” göstərilmişdir. Cinayət işinin 43-cü vərəqində olan "xxxx" yazısı, ona məxsus tanınma nişanı və möhür əksi olan “Covid 19-RT-PCR” analiz nəticəsindən görünür ki, Ülvi Kərimov adlı şəxsdə həmin analizin nəticəsi “negativ” göstərilmişdir. Cinayət işinin 46-cı vərəqində olan "xxxx" yazısı, ona məxsus tanınma nişanı və möhür əksi olan “Covid 19-RT-PCR” analiz nəticəsindən görünür ki, Elnur Rzayev adlı şəxsdə həmin analizin nəticəsi “negativ” göstərilmişdir. Cinayət işinin 49-cu vərəqində olan "xxxx" yazısı, ona məxsus tanınma nişanı və möhür əksi olan “Covid 19-RT-PCR” analiz nəticəsindən görünür ki, Malik Heydərov adlı şəxsdə həmin analizin nəticəsi “negativ” göstərilmişdir. Cinayət işinin 57-ci vərəqində olan "xxxx" MMC-nin direktoru tərəfindən Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Şahid1 "xxxx" MMC-nin heç bir filialında “Covid19” testi ilə bağlı analizdən keçməmişdir. Cinayət işinin 75-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 76-cı vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 104-105-ci vərəqələrində olan “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, həmin mobil telefon aparatı ağ rəngli, işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Telefon aparatında “Whatsapp" və “Whatsapp Business” ani mesajlaşma proqramları olması müəyyən edildi. 'Whatsapp” ani mesajlaşma proqramında iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilmədi. “Whatsapp Business" ani mesajlaşma proqramına baxış keçirilən zaman proqramda Təqsirləndirilən şəxs1 055 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatdan keçmişdir. Seyda X./Musteri Samsun" adı ilə qeydə alınmış ***-***-**-** saylı mobil nömrənin istifadəçisi ilə aşağıdakı məzmunda sms aşkar edildi. 5 fevral 2021-ci il tarixdə S.Əşırova abonentə “X72” adından “Mərkəzi Neftçilər” Xəstəxansına göndəriş qəbzi şəkli göndərir. Bundan sonra Abonent səsli mesaj göndərir: Sənubər xanıb bəs siz dediniz ki, mən göndərəcəyəm onu çıxardarsız, hazır getmiyin, mən başa düşmədim, siz dediz getmiyin mən sizə göndərim, gedin onu kserokopiya edin, onunla gedərsiz; Təqsirləndirilən şəxs1 səsli mesaj göndərir: Hə, Şeydaxanım, elə razı oldunuz? İstəyirsinizsə siz getmədən həll edim. Yaxşı onu da eliyərəm, mən elə bildim ki, bu birinə razı olduz, yaxşı siz getmədən həll edirəm bunu. - Abonent səsli mesaj yazır: Sənubər xanım siz dediniz getmədən, telefonla danışdınız mənimlə, mən eliyim 90 manat ödəyin, mən də dedim ki, 100 manat sizə göndərərəm, 10 manat da artıq göndərərəm, amma siz özününz həll eləyin, yəni ordan keçmək problem olmayacaq ki? -Təqsirləndirilən şəxs1 səsli mesaj göndərir: Düzdü. Şeyda xanım, onda buna ehtiyac yoxdur, mən sabah onu həll edeəcəm. Növbəti danışıqlarda həmin sənədlə bağlı danışıqlar vardır. Abonent Təqsirləndirilən şəxs1 pasportunu (Şahid2) şəklini göndərir. 6 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Şahid2 Covid-19 analizinin cavabının neqativ olması ilə bağlı İnci Laboratoriyalarının adından azərbaycan və ingilis dillərində hazırlanmış iki ədəd PDF formasında sənəd göndərmişdir və Şeyda xanım sənədiniz hazırdır, bunu sabah hansısa bir printer yerində çap edərsiz və digər məzmunlu səsli smslərın olması müəyyən edildi. Bundan başqa “X73 adı ilə qeydə almış +90 538 *** ** ** saylı mobil nömrə ilə “Covid-19” analizinin cavabları ilə danışıqlar olduğu müəyyən edildi. Həmin smslərdən görünür ki, S.X1 müştərilərin pasportların şəkilərini göndərir F.Rüstəmov isə həmin şəxslərin "Covid- 19” analizinin cavabının neqativ olması ilə bağlı İnci Laboratoriyalarının adından PDF formasında sənədlər göndərir. Həmin şəxslər arasında danışıqlar 16 fevral 2021-ci il tarixdən başqlayır. 11 mart 2021-ci il tarixdə başa çatır. Həmin smslərdə F.Rütəmov 60dan artıq şəxsin “Covid-19” analizinin cavabının neqativ olması ilə bağlı İnci Laboratoriyalarının adından PDF formasında sənədlər göndərmişdir. Bundan başqa baxış zamanı proqramda “Covid-19" analizinin cavabının neqativ olması ilə bağlı İnci Laboratoriyalarının adından PDF formasında X37, X38, X15, X19, X25, X28, X29, X26, X30, X44, X11 adına sənəd aşkar edilmişdir. Bundan başqa Gulya-Emekdash adı ilə qeydə aldığı ***-***-**-** saylı mobil nömrə ilə (Təqsirləndirilən şəxs2) də Covid-19 analiz nəticələri ilə bağlı danışıqlar, qeyd edilən PDF formasında sənədlər aşkar edilmişdir. Cinayət işinin 110-111-ci vərəqələrində olan “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 05 iyul 2021-ci il tarixli protokoldan görünür ki, həmin mobil telefon aparatı qara rəngli, işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Telefon aparatında “Whatsapp" ani mesajlaşma proqramı olması müəyyən edildi. Həmin proqramda Təqsirləndirilən şəxs2 055 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatdan keçmişdir. “Maya mudur Fatime" adı ilə qeydə alınmış 050- ***-**-** saylı mobil nömrənin istifadəçisi ilə aşağıdakı məzmunda sms aşkar edilmişdir. 09 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 səsli mesaj göndərir: - İstəyirsinizsə klinikaya getmədən həll edim, göndərim çıxın gedin, amma soruşsalar, getmisiniz, yaxınlaşmısınız, vermisiniz, yaxşı? Həll edək, təcili, 80 azn, kodlu zad hərşeyli, tez yazın bilim, səsə qulaq asın, heç kəsə demirsiz. Abonent yazır: 80 azn atacaqlar sizə. Təqsirləndirilən şəxs2 yazır: iki nəfərdisə hərəsinə 80, pasportu atın; Abonent səsli mesaj göndərir: yox, bir nəfər mənəm, gediş-dönüş biletdir, saqolun, narahat olmayın; Təqsirləndirilən şəxs2 yazır: Pramoy portala ad salıram, ok. Abonent "X39" məxsus şəxsiyyət vəsiqəsinin şəklini göndərir. Təqsirləndirilən şəxs2 yazır: Dönüşüdə edim?, səsli mesaj göndərir: onda dönüşü ordan gəlməmişdən qabaq yenədə ödəmə edərsiz, gələnə yaxın həll edərik, tez gedişi edirəm, dönüş qalsın, mən ola bilər unuda bilərəm, siz xatırladarsız; Abonent səsli mesaj göndərir: dönəndə Türkiyədən almalıyam onu? Ordan verirlər dönüşü də. kimsə verəcək? Təqsirləndirilən şəxs2 yazır: Oradan da mən edirəm, burdan göndərirəm. Səsli mesaj göndərir: onu dönüşə bir gün qalmış xəbər edərsiz DÜZƏLDƏRƏM, indi yox. Abonent səsli mesaj göndərir: problem olmaz? Birdən problem olar biletim yanmaz? Təqsirləndirilən şəxs2 yazır: heçbir problemi yoxdur, rahat keçib gedəcəksiz, Birbaşa PORTALA AD salırıq. Abonent yazır: 2 sini 70 edə bilərsiz? Təqsirləndirilən şəxs2 yazır: yox can 80 di vallah. Abonent 80 manat pulun ödənilməsi ilə bağlı qəbz şəkli göndərir. Bundan sonra G.X2 Covid-19 analizinin cavabının neqativ olması ilə bağlı İnci Laboratoriyalarının adından PDF formasında sənəd göndərmiş və testiniz hazırdır. Bundan başqa baxış zamanı proqramda “Covid-19” analizinin cavabının neqativ olması ilə bağlı İnci Laboratoriyalarının adından PDF formasında X32, X50, X33 və digər 36 nəfər şəxsin adına sənəd aşkar edilmişdir. Bundan başqa iş üzrə şahid qismində dindirilmiş X10 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs2 mobil telefonunda "Sənədli 1" adı ilə qeydə alındığı müəyən edilmişdir. Cinayət işinin 145-147-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/1184 nömrəli, 03 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X3 adına verilmiş xx.xx.2021-ci il tarixli, X4 adına verilmiş xx.xx.2021-ci il tarixli, X16 adına verilmiş xx.xx.2021-ci il tarixli, X20 adına verilmiş xx.xx.2021-ci il tarixli, X21 adına verilmiş xx.xx.2021-ci il tarixli, X17 adına verilmiş xx.xx.2021-ci il tarixli, X22 adına verilmiş xx.xx.2021-ci il tarixli, Şahid1 adına verilmiş xx.xx.2021-ci il tarixli, X24 adına verilmiş xx.xx.2021-ci il tarixli “İnci” laboratoriyasına məxsus Covid-19 testlərinin üzərində olan möhür əksi və Sabına Maharramlının adına verilmiş xx.xx.2021-ci il iki ədəd eyni tarixli, Şahid1 adına verilmiş xx.xx.2021-ci il tarixli "X8”nin laboratoriyasına məxsus Covıd-19 testlərinin üzərində olan ştamp əksi elektrofotoqrafik çap üsulu (lazer printer, surətçıxaran və s.) ilə çap edilmişdirlər. Tədqiqata təqdim edilmiş Sabına Maharramlının adına verilmiş xx.xx.2021-ci il iki ədəd eyni tarixli və Şahid1 adına verilmiş xx.xx.2021-ci il tarixli "X8”nin laboratoriyasına məxsus Covıd-19 testlərinin üzərində olan imza elektrofotoqrafik çap üsulu (lazer printer, surətçıxaran və s.) ilə çap edilmişdirlər. Tədqiqata təqdim edilmiş X3 adına verilmiş xx.xx.2021-ci il tarixli, X5 adına verilmiş xx.xx.2021-ci il tarixli, X16 adına verilmiş xx.xx.2021-ci il tarixli, X20 adına verilmiş xx.xx.2021-ci il tarixli, X21 adına verilmiş xx.xx.2021-ci il tarixli, X17 adına verilmiş xx.xx.2021-ci il tarixli, X22 adına verilmiş xx.xx.2021-ci il tarixli, Şahid1 adına verilmiş xx.xx.2021-ci il tarixli, X24 adına verilmiş xx.xx.2021-ci il tarixli “İnci” laboratoriyasına məxsus Covid-19 testlərinin üzərində “İNCİ LABORATORİYALARİ TİBBİ SƏNƏDLƏR ÜÇÜN" məzmunlu möhür əksi vardır. Tədqiqata təqdim edilmiş Sabına Maharramlının adına verilmiş xx.xx.2021-ci il iki ədəd eyni tarixli və Mahmud Valıyevin adına verilmiş xx.xx.2021-ci il tarixli “X9"nin laboratoriyasına məxsus Covid-19 testlərinin üzərində “Doç. X70 Dip.Tes.No:68419 X61 və X48 özel Medroyal Laboratuvan" məzmunlu ştamp əksi vardır. Cinayət işinin 152-ci vərəqində olan "xxxx" MMC-nin direktoru tərəfindən Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, məktubda adları qeyd olunan şəxslərin heç biri "xxxx" MMC-nin heç bir filialında Covid 19 testi ilə bağlı analizdən keçməmişdir. Cinayət işinin 158-159-cu vərəqələrində olan “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməliin Azərbaycan Respublikası CM-in 139-1.1 və 320.1-ci maddələrindən, həmin Məcəllənin 139-1.1, 308.1 və 320.1-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işinin 168-ci vərəqində olan "xxxx" MMC-nin direktoru tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 iş yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 169-cu vərəqində olan 5 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 iyul 2018-ci il tarixli, AZ-İV seriyalı 151789 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş X6 atası kimi X34, anası kimi Təqsirləndirilən şəxs2 qeyd olunmuşdur. Cinayət işinin 170-ci vərəqində olan 4 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 avqust 2020-ci il tarixli, AZ-İV seriyalı 496918 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş X12 atası kimi X34, anası kimi Təqsirləndirilən şəxs2 qeyd olunmuşdur. Cinayət işinin 175-ci vərəqində olan “Bank məlumatlarına baxış keçirilməsi haqqında” 25 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi istifadəsində olan “Kapital Bank" ASC-dən verilmiş “416974******6926" nömrəli bank kartından 23 fevral 2021-ci il tarixdən 31 mart 2021-ci il tarixdək olan müddət ərzində həyata keçirilmiş əməliyyatlar barədə 02 vərəqdən ibarət çıxarışına baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, 23 fevral 2021-ci il tarixdən 31 mart 2021-ci il tarixdək olan müddət ərzində kart hesabına 18680.00 manat mədaxil edilmiş, 18,879.33 manat məxaric edilmişdir. Həmçinin həmin hesaba 09 mart 2021-ci il tarixdə “E-manat” ödəniş terminalı vasitəsi ilə 1,018.0 manat mədaxil edildiyi müəyyən edilmişdir. Cinayət işinin 177-ci vərəqində olan 21 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 178-ci vərəqində olan 4 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİİ seriyalı 812020 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş X18 atası kimi X51, anası kimi Təqsirləndirilən şəxs1 qeyd olunmuşdur. Cinayət işinin 179-cu vərəqində olan 4 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İV seriyalı 139255 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş X27 atası kimi X51, anası kimi Təqsirləndirilən şəxs1 qeyd olunmuşdur. Cinayət işinin 180-ci vərəqində olan 01 oktyabr 2019-cu il tarixli “X72” MMC-nin təsisçi qərarından görünür ki, “X72” MMC-nin direktoru vəzifəsinə Təqsirləndirilən şəxs1 təyin edilməsi qərara alınmışdır. Cinayət işinin 184-196-cı vərəqələrində olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 27 noyabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olan bir ədəd “İphone 7” markalı və Təqsirləndirilən şəxs1 istifadəsində olan bir ədəd “Redmi” markalı mobil telefon aparatlarının maddi sübut hesab edilməsi və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilməsi, Şahid1 və qeyrilərinə məxsus “Covid-19” testlərinin cavabları olan 13 ədəd saxta sənədlərin maddi sübut hesab edilməsi və saxlanılması üçün iş materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin 224-225-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 27 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 249-250-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 29 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxslərinin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Belə ki, Cinayət qanunvericiliyinə görə, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti insanların normal sağlamlığını təmin edən ictimai münasibətlərdir. Həmin cinayətin obyektiv cəhəti elan edilmiş karantin rejimlərini pozmaqla xəstəliklərin yayılması və ya onların yayılması üçün real təhlükə yaratmaqdan ibarətdir. Əməlin tövsifi üçün xəstəliyin yayılması üsulunun heç bir əhəmiyyəti yoxdur, zəruri əlamətləri kimi karantin elan olunmuş rejim zamanı xəstəliyin yayılması və ya yayılması üçün real təhlükə yaradan hərəkətlərin mövcudluğu əsas götürülməlidir. Bu cinayətin subyektiv cəhəti təqsirkarın həm birbaşa, həm də dolayı qəsd formasında təqsirini nəzərdə tutur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli qərarında qeyd edilir ki, “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: - vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; - əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. Vəzifəli şəxslərin fəaliyyət dairəsi geniş olduğundan, vəzifə səlahiyyətlərindən sui-istifadənin konkret formaları da müxtəlif ola bilər. Sui-istifadə həm hərəkət, həm də hərəkətsizliklə edilə bilər. CM-in 308-ci maddəsinin məzmununa əsasən vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinin daha bir zəruri əlaməti cinayətin motividir. CM-in 308-ci maddəsində bu cinayətin motivi vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin subyekti yalnız vəzifəli şəxs ola bilər.” Qərarda həmçinin qeyd edilir ki, CM-in 308-ci maddəsinin əvvəlki və yeni redaksiyada olan “Qeyd” hissəsində subyekt baxımından “vəzifəli şəxs” anlayışını birləşdirən məqamlar mövcuddur. Bu məqamlara görə vəzifəli şəxsləri üç kateqoriyaya bölmək olar: -hakimiyyət nümayəndəsinin funksiyasını daimi və ya xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər; -dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən şəxslər; -dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1, 308.1 və 320.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 320.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməlləri etiraf etməməsi barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələrin onların tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəflərinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 320-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma -üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 iş yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cəzalarını yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmadığını, hər birinin baş vermiş cinayətdə rolunu nəzərə alaraq hesab edir ki, onların hər birinə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdikləri cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onların özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi-məsul vəzifələri tutma hüququndan məhrum edilmə əlavə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 139-1.1, 308.1 və 320.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1, 308.1 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələri ilə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə islah işləri cəzası təyin edilməli, hazırki hökmlə Təqsirləndirilən şəxs1 təyin edilmiş islah işləri cəzası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin iki günü azadlığın məhdudlaşdırılmasının bir gününə bərabər tutulub azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 139-1.1 və 320.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 139-1.1 və 320-ci maddələri ilə cərimə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd “İphone 7” markalı mobil telefon Təqsirləndirilən şəxs2 qaytarılmalıdır. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş Şahid1 və qeyrilərinə məxsus “Covid-19” testlərinin cavabları olan 13 ədəd saxta sənədlər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 62 (altmış iki) manat təqsirəndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1, 308.1 və 320.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1, 308.1 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Hazırki hökmlə Təqsirləndirilən şəxs1 təyin edilmiş aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin iki günü azadlığın məhdudlaşdırılmasının bir gününə bərabər tutulub 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə 3000 (üç min) manat miqdarında, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 4500 (dörd min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs1 qaytarılsın. İş üzrə maddi sübut olan 01 ədəd “İ Phone 7” markalı mobil telefon Təqsirləndirilən şəxs2 qaytarılsın. İş üzrə maddi sübut olan - müxtəlif şəxslərə məxsus “Covid-19” testlərinin cavabları olan 13 ədəd saxta sənəd cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 62 (altmış iki) manat təqsirəndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X13, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar