Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-152/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:20 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X3 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili – Müdafiəçi, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, psixoloq X4, təqsirləndirilən şəxs – X10 tərcüməçi X6 iştirakları ilə, 09 avqust 1981-ci ildə Tərtər rayonu, Mamırlı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan və ödənilməyən, işləməyən, Tərtər rayonu, Mamırlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 oktyabr 2022ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Aərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitansiar Xidmətinin 3 saylı İstintaq Təcrixanasında həbsdə saxlanılan X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X18 27 oktyabr 2022-ci il tarixdə saat 18:39-da ünvan 3 ünvanında yerləşən N.Tağıyev adına 212 saylı tam orta məktəbin birinci mərtəbəsinin dəhlizində həmin məktəbin 5-ci sinif şagirdi, xx xxxx 2012-ci il təvəllüdlü olmaqla 14 yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs əynində olan köynəyin düyməsini sol əli ilə açaraq əlini Zərərçəkmiş şəxs əynində olan köynəyin altına salaraq əvvəlcə əlini Zərərçəkmiş şəxs döş nahiyəsinə sürtmüş və daha sonra əlini Zərərçəkmiş şəxs qarın nahiyəsinə doğru sürtərək 14 yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs barəsində zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. X1 qeyd olunan cinayət əməlini törətməsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut, DVD disk və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən X2 Respublikası CM-nin 153.2-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 27 oktyabr 2022-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 212 nömrəli orta məktəbin 6-cı sinifində oxuyan qardaşı X9 məktəbdən götürüb aparmaq üçün həmin məktəbə getmişdir. Məktəbə daxil olub məktəbin müahifəzçisi işləyən yaşlı kişidən son zəngin vurulub vurulmadığını və siniflərin buraxılıb buraxılmadığını soruşanda mühafizəçi ona hələ zəngin vurulmadığını dediyi üçün o, məktəbin birinci mərtəbəsinin dəhlizində olan stulda oturub zəngin çalınmasını gözlədikdə elə bu vaxt yanına təxminən 10-11 yaşında məktəbli formasında qız uşağı gəlib oturmuşdur. Həmin qızdan neçənci sinifdə oxuduğunu soruşanda qız ona 5-ci sinifdə oxuduğunu demişdir. Daha sonra həmin qız uşağından dərslərini necə oxuduğunu soruşduqda uşaq ona dərslərini yaxşı oxuduğunu demişdir. Qız uşağı ilə söhbət zamanı qıza demişdir ki, “Oxumaq yaxşı şeydi, çalış dərslərini yaxşı oxu.” Bundan sonra özü latın əlifbasını oxumağı bilmədiyi üçün həmin qız uşağından xahiş etmişdir ki, divardan asılmış lövhədəki yazıları oxusun və həmin lövhədə dərs cədvəllərinin yazılıb yazılmadığını ona desin. Qız uşağı lövhədə yazılmış yazıları oxuyan zaman başa düşmüşdür ki, lövhədə dərs cədvəllərinin vaxtı yazılmayıb. Qıza sağol deyib məktəbin giriş qapısından çıxıb çöldə siqaret yandırmışdır. Daha sonra məktəbin mühafizəçisi ona yaxınlaşıb bir az əvvəl onunla söhbət edən 10-11 yaşlarında olan qızı gətirib ona göstərərək “sən bu qıza nə demisən” soruşdu, həmin qıza heç nə demədiyini bildirmiş, mühafizəçi qıza qarşı nalayiq hərəkətlər edildiyini demiş və həmin vaxt bir nəfər tanımadığı təxminən 40 yaşında olan kişi ona yaxınlaşıb onun yaxasından tutub onu yerə yıxmış və ona demişdir ki, “Sən mənim qızıma toxunmusan” Sonradan ona məlum olmuşdur ki, onu yerə yıxan şəxs həmin qızın atasıdır. Daha sonra orada adamlar toplaşmağa başlamış və atası polisə məlumat verəcəyini bildirmişdir. Ona 28 oktyabr 2022-ci il tarixdə axşam vaxtı zəng gəlmiş və onu Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə dəvət etmişlər. Məhkəmədə suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs dedikləri yalandır bütün xüsustalar şər-böthan xarakterlidir. Himayəsində iki azyaşlı övladının olmasını, həmçinin ittham olunan əməldə heç bir təqsirinin olmamasını, kamera görüntülərinə baxılaraq nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Bakı şəhəri 212 nömrəli tam orta məktəbin 5-ci sinifində rus bölməsində oxuyur. 27 oktyabr 2022-ci il tarixdə saat 17:55 də axırıncı dərs bitmiş və o, atası Qanuni nümayəndə məktəbin birinci mərtəbəsinin dəhlizində gözləməyə başlamışdır. Məktəbin iki giriş qapısı var, qapılardan biri küçəyə tərəf və digər qapı isə məktəbin ən böyük həyətinə tərəf baxır. Məktəbin birinci mərtəbəsinin dəhlizində gözləyən zaman məktəbin giriş qapısından sol tərəfdə olan gözləmə stulunda oturub atasını gözləmişdir. Həmin vaxt bir nəfər tanımadığı kişi gəlib gözləmə stulunda onun yanında oturmuşdur. Onun həmin vaxt əlində telefon var idi və yanında oturan kişi ondan telefonunun markası nədir deyib soruşanda o, kişiyə bilmədiyini demişdir. Daha sonra isə mobil nömrəsini soruşmuş və əgər istəyirsə onu gəzməyə apara biləcəyini bildirmişdir. Biraz keçdikdən sonra isə kişi ona toxunaraq qıdıqlanmaqdan qorxub qorxmadığını soruşanda kişiyə demişdir ki, qorxmur. Həmin kişi onun paltarının üstündən qarın nahiyəsinə toxunmuşdur. Həmin an qorxduğundan durum mühafizəçi tərəfə getmişdir. Amma heç nə deməmişdir. Biraz sonra kişi ona divardan asılmış lövhəni göstərib lövhədə olan yazıları oxumağı ona dediyi üçün o, kişi ilə birlikdə məktəbin böyük həyətinə tərəf olan qapının sol tərəfində divarda olan lövhənin qarşısına gəlmişlər. Kişi ona löhvədə yazılan yazıları “oxu görüm, necə oxuyursan” deyəndə o, lövhədə olan yazıları oxuyan zaman kişi sağ əlini cibinə salıb çıxarmağa başlamış, sol əlini isə lövhəyə tərəf uzatmışdır. Bu zaman kişi onun köynəyinin düyməsini açıb əlini onun sinəsinə toxundurub, sonra əli ilə onun qarın nahiyəsinə sürtməyə başlamışdır. Həmin vaxt qorxub yalandan kişiyə anasının ona zəng etdiyini deyib kişidən aralaşmış və tez anasının mobil telefon nömrəsinə zəng edib hadisəni anasına izah etmiş və tez gəlib onu məktəbdən aparmasını istəmişdir. Anası ilə mobil telefonda danışarkən açılmış köynəyinin düyməsini əli ilə bağlamışdır. Daha sonra isə stulda oturaraq ağlamağa başlamış və bu zaman onun ağlamasını idman müəllimi görərək ona yaxınlaşmışdır. Baş vermiş hadisəni idman müəlliminə danışmışdır. Daha sonra müəlliməyə həmin şəxsi göstərmiş və müəllimi Hasilə yaxınlaşaraq belə bir hərəkət etməsinin düzgün olmadığını bildirmişdir. Məhkəmənin sualına cavab olaraq söyləmişdir ki, həmin vaxt onun əynində məktəbli geyimi olan yubka, boz rəngli ön tərəfi bağlanmayan jaket və jaketin altında isə ağ rəngli düyməli köynək olmuşdur. Təqsirləndirilən şəxsin onu lövhəyə çağırarkən getməsinin səbəbi qorxmuşdur ki, getməsə həmin tərəfdə ayaqyolu var həmin yerə aparar və ya boş otaqlardan birinə aparar və allah bilər ona nələr edərdi. Mühafizəçiyə də heç nə deməməsinin səbəbi qorxduğu üçündür, çünki həmin kişinin boyu mühafizəçinin boyundan hündür idi və o, mühafizəçini döyə bilərdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qızıdır və qızı Aylin xx xxxx 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Qızı Zərərçəkmiş şəxs Bakı şəhəri, Nərimanov rayonu, N.Tağıyev adına 212 saylı orta məktəbin 5-ci sinifində rus dili bölməsində təhsil alır. 27 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində qızı Aylini dərsdən onun həyat yoldaşı Qanuni nümayəndə götürməli idi və o, bir neçə dəfə qızı Aylinin istifadəsində olan mobil telefon nömrəsinə zəng edib atasının gəlib gəlmədiyini soruşanda Aylin atasının gəlmədiyini demişdir. Həyat yoldaşı Samirlə telefon əlaqəsi saxladıqda Samir yolda tıxac olduğuna görə Aylini hələ götürə bilmədiyini ona bildirmişdir. Bir neçə dəqiqədən sonra qızı Aylinin istifadəsində olan mobil telefon nömrəsindən zəng gəldiyini görmüş və Aylinə təkrar zəng etmişdir. Bu zaman Aylin onunla qorxulu halda danışaraq bir nəfər tanımadığı kişinin əli ilə ona toxunduğunu deyəndə o, da tez həyat yoldaşı Samirə zəng edib özünü məktəbə çatdırmasını, kiminsə Aylinə əxlaqsız hərəkətlər etdiyini bildirmişdir. Onun özü isə işdə olduğu üçün məktəbə bir az gec çatmış və o, məktəbə çatanda artıq polis əməkdaşları da məktəbə gəlmişdir. Qızı Zərərçəkmiş şəxs nə baş verdiyini atası və onun özü soruşanda Aylin onlara demişdir ki, dərs bitdiyi üçün məktəbin birinci mərtəbəsinin dəhlizindəki oturub gözləyərkən həmin vaxt bir nəfər tanımadığı kişi gəlib gözləmə stulunda onun yanında oturmuş, kişi ondan telefonunun markası nədir deyib soruşanda o, kişiyə bilmədiyini demiş, sonra kişi əlini onun paltarının üstündən gəzdirmiş, ondan qıdıqlanmaqdan qorxub qorxmadığını soruşanda kişiyə qorxmadığını demişdir. Daha sonra isə həmin kişi əli ilə onun paltarının üst tərəfindən toxunmuşdur. Qorxub oturuduğu yerdən durub məktəbin mühafizəçisinin yanına tərəf getmiş, lakin qorxduğu üçün bu barədə mühafizəçiyə heç nə deməmişdir. Aylinin deməsinə görə sonra həmin kişi də stuldan durub məktəbin giriş qapısına tərəf onun yanına gəlmiş və kişi ona divardan asılmış lövhəni göstərib lövhədə olan yazıları oxumağı ona dediyi üçün Aylin də kişi ilə birlikdə lövhənin qarşısına gəlmiş, lövhədə olan yazıları oxuyan zaman kişi də onun yanında dayanmış, daha sonra onun köynəyinin düyməsini açıb əlini onun sinəsinə toxundurub, sonra isə kişi əli ilə onun qarın nahiyəsini sürtməyə başlamışdır. Daha sonra isə Aylin olanlar barəsində onun özünə zəng edib məlumat vermişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonu N.Tağıyev adına 212 nömrəli tam orta məktəbdə əmək müqaviləsi ilə gözətçi işləyir. Onun iş saatı hər gün saat 17:00-dan səhər saat 07:00-a kimidir və işi qeyd etdyi vaxtda məktəbin mühafizəsini təşkil etməklə yanaşı həm də həmin saatlarda məktəbin inzibati binasına daxil olan kənar şəxslərə və valideynlərə nəzarət etməkdir. 27 oktyabr 2022-ci il tarixdə təxminən saat 19:00 radələrində məktəbin 5-ci sinif şagirdi Zərərçəkmiş şəxs məktəbin birinci mərtəbəsində valideynini gözləyirdi. Adını sonradan bildiyi və ilk dəfə məktəbdə gördüyü Hasil adlı şəxsin də məktəbə uşaq götürməyə gəldiyini bildirmişdir. Bu zaman dərs saatının bitmədiyini və gözləməsini söyləmişdir. Aylin də bu zaman oturacaqda oturmuşdur, Hasil adlı şəxsin də oturduğunu görmüş, daha sonra Aylinin oradan duraraq yanına gəldiyini, lakin ona heç nə demədini bildirmişdir. Bundan sonra isə Hasil adında şəxs Aylindən nəsə soruşmuş və lövhə tərəfə gedərək nəyəsə baxdıqlarının şahidi olmuşdur. Daha sonra Aylin həmin lövhənin qarşısından qayıtmış və stulda oturub ağlamışdır, adını çəkdiyi şəxsin ona qarşı əxlaqsız hərəkətlər etdiyini demişdir. Zərərçəkmiş şəxs sözündən sonra həmin oğlana yaxınlaşıb oğlana Aylini göstərib nəyə görə qız uşağına əxlaqsız hərəkətlər etdiyini ondan soruşanda oğlan bu halı inkar etmişdir. Az sonra Aylinin atası Qanuni nümayəndə məktəbə daxil olmuş və o, da ona Aylinin dediklərini, yəni Hasil adlı oğlanı göstərib Aylinə qarşı əxlaqsız hərəkətlər etdiyini danışmışdır. Elə bu zaman Aylinin atası Qanuni nümayəndə həmin şəxslə, yəni Hasillə mübahisə etmiş və sonra Hasili yerə yıxmışdır. Məktəbdə olan valideynlər və onun özü Samiri sakitləşdirib oğlandan aralamışlar. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Hasilin Aylinə istər onlar oturacaqda oturanda, istərsə də lövhənin qarşısında olan zaman nalayiq və əxlaqsız hərəkətlər etdiyini görməmişdir. Aylin və Hasilin üzləri lövhəyə qarşı olduğundan, onları ancaq arxa tərəfdən görümüşdür. Məktəbə girib-çıxana nəzarət etdiyindən diqqəti Aylində olmamışdır, həm də onların tanış olduqlarını zənn etmiş və bu səbəbdən də onlara çox fikir verm\mişdir. Hasil lövhənin qarşısında Aylinin sol tərəfində dayanmışdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu. N.Tağıyev adına 212 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat fənni üzrə müəllimə kimi fəaliyyət gösətirir. Eyni zamanda 15 sentyabr 2022-ci il tarixdən Aylinin sinif rəhbəridir. Hadisə günü o, məktəbdə olmamış və Hasil adlı şəxsin Aylinə qarşı əxlaqsız hərəkətlərini görməmişdir. Daha sonra isə məktəbdə baş verənləri orada olanlardan eşitmişdir. O bildirmişdir ki, dərs dediyi müddət ərzində Aylin sakit təbiətli və sinif yoldaşları ilə mehriban münasibətdə olan uşaq olduğunu bildirmişdir. Müəllimlərinin ona qarşı hər hansı şikayəti yoxdur və dərslərini orta qiymətlərlə oxuyur. Dərs dediyi müddət ərzində Aylinin bəzən hər hansısa məsələni böyütməsi halı olsa da yalan danışdığını və nəsə uydurmasının şahidi olmamışdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X16 ifadə verərək bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu. N.Tağıyev adına 212 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsidir. Aylin 1-4-cü sinifə qədər onun sinifdə oxumuş və oxuduğu müddət ərzində hər hansı pis hərəkəti, yalan danışmağı və yaxud sinif yoldaşları ilə problem yaradacaq bir davranışı olmamışdır. Hadisə barədə sonradan məlumat əldə etmişdir. Həmçinin Aylinin davranışında, psixologiyasında mənfi təzahur edən hallarla və onun hər hansi mövzuda yalan danışması halı ilə rastlanmamışdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X7 ifadə verərək bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu. N.Tağıyev adına 212 nömrəli tam orta məktəbin musiqi fənni müəlliməsidir. 27 oktybar 2022-ci il tarixində son dərs bitdikdən sonra məktəbin birinci mərtəbəsinə enmiş və bu zaman Aylinin ağladığını görmüşdür. Dərhal Aylinə yaxınlaşaraq hansı səbəblə ağladığını soruşmuş və Aylin ona Hasil adını sonradan bildiyi tanımadığı şəxsin əli ilə ona toxunduğunu demişdir. O isə mühafizəçiyə bu barədə məlumat vermiş məktəbin mühafizəçisi Hasil adlı şəxsi çağırdıqda Hasil əsəbi şəkildə Aylinin üzərinə gələrək nə üçün yalan danışdığını soruşmuş, o isə Aylini qucaqlayaraq onunla danışmasına icazə verməmişdir. Həmçinin Aylinə dərs dediyi müddət ərzində hər hansı bir yalan danışdığına və dostları ilə kobud münasibətdə olduğunun şahidi olmamış, onu sakit təbiətli qız kimi tanımışdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X17 ifadə verərək bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu. N.Tağıyev adına 212 nömrəli tam orta məktəbin bədən tərbiyəsi müəlliməsidir. Hadisə günü axşam saat 6 radələrində Aylini tanıdığı üçün onun ağlaması səbəbi ilə ona yaxınlaşmışdır. Bu zaman bir kişinin daha sonra adı məlum olan Hasilin ona sataşdığını bildirmiş və qapının yanına gələrək Hasili göstərmiş, o isə öz növbəsində Hasilə yaxınlaşıb Aylinə nə etdiyini soruşmuş Hasil isə ona heç nə etmədiyini bildirmişdir. Bu zaman Aylinin atası Samir məktəbin qapısından içəri girərək dərhal Hasilə yaxınlaşmış və onlar dava etməyə başlamışdır, orada olan müəllimlər isə onu sakitləşdirməyə çalışmışdır. Həmçinin Aylinin dərs dediyi müddət ərzinə hər hansı bir yalan danışdığına və dostları ilə kobud münasibətdə olduğunun şahidi olmamış onu sakit təbiətli qız kimi tanımışdır. Məhkəmədə tədqiq olunan HK-1, N3314 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:56 radələrində Qanuni nümayəndə DİN-102 xidmətinə zəng edərək, 212 saylı məktəbdə 5-ci sinif şagirdi olan qızı Zərərçəkmiş şəxs cavan bir oğlanın məktəbə daxil olaraq əllə dəyməsi, toxunması barədə məlumat vermişdir. Məhkəmədə tədqiq olunan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, N.Tağıyev adına 212 nömrəli tam orta məktəbdə baş vermişdir. Məhkəmədə tədqiq olunan “Diskə baxış aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Baxış zamanı məlum olmuşdur ki, “DVD” diskdə 04 ədəd fayl vardır. 1 -ci faylda 14 nömrəli videomüşahidə kamerası ilə qeyd alınmış görüntü vardır. ünvan 3 ünvanında yerləşən N.Tağıyev adına 212 saylı tam orta məktəbin birinci mərtəbəsinin dəhlizi görüntüləndi, tarix 27 oktyabr 2022-ci il, saat 18:00:03 saniyəni göstərir, dəhlizdə şagirdlərin və müəllimlərin hərəkəti müşahidə olundu. Birinci mərtəbədə sol və sağ tərəfdə qapı və hər iki qapının qarşısında masa vardır. Tarix 27 oktyabr 2022-ci il, saat 18:14:00 saniyəni göstərir,bir nəfər qız uşağı bir nəfər oğlan uşağı ilə məktəbə daxil olur, Qız uşağı mobil telefonla danışır, daha sonra həmin qız uşağı yanında olan oğlan uşağı ilə məktəbin dəhlizində gəzişir, qız uşağının əynində yubka, jaket və ağ rəngli köynək vardır. Tarix 27 oktyabr 2022-ci il, saat 18:15:30 saniyəni göstərir, kişi cinsindən olan bir nəfər sağ tərəfdə olan qapıdan məktəbə daxil olur, həmin kişi cinsindən olan bir nəfər dəhlizdə qız uşağı ilə oğlan uşağını görüb onlara yaxınlaşır, həmin kişi mkətəbin sağ giriş qapısından sol tərəfdə divardan asılmış lövhələrin qarşısına doğru gedib həmin lövhələrin qarşısında dayanır və az sonra kişi həmin yerdən çıxıb sol tərfdə olan qapıya doğru gedir.Tarix 27 oktyabr 2022-ci il, saat 18:16:43 saniyəni göstərir, bu zaman həmin kişi yenidən məktəbin dəhlizinə qayıdır və dəhlizdə dayanır, sonra başında papaq olan kişi cinsindən olan bir nəfər dəhlizdə dayanmış qızın arxa tərəfindən gəlib əlləri ilə qızın başına toxunub sonra çıxıb gedir, qız uşağı isə dəhlizin birinci mərtəbəsində sol tərəfdə olan giriş qapısınm sağ tərəfindəki stula doğru gedib həmin stulda oturur. Tarix 27 oktyabr 2022-ci il, saat 18:35:00 saniyəni göstərir, bu zaman həmin qız uşağı stuldan durub mobil telefonla danışa-danışa məktəbin sol tərəfdə olan qapısına doğru gəlir və həmin qapıdan çıxır. Tarix 27 oktyabr 2022-ci il, saat 18:35:18 saniyəni göstərir, bu zaman qızın oturduğu stulun yanındakı stulda oturmuş kişi cinsindən olan bir nəfər stuldan durub qız uşağının getdiyi istqamətdə, yəni məktəbin sol tərəfdə olan giriş qapısına doğru gedib dayanır və sonra geri qayıdaraq həmin stulda gedib oturur. Tarix 27 oktyabr 2022-ci il, saat 18:35:35 saniyəni göstərir, bu zaman həmin qızı uşağı məktəbin sol tərəfdə olan qapısından məktəbə daxil olur, dəhlizdə bir neçə nəfərlə yanaşı başında papaq olan kişi də vardır və onlar ev sol tərəfdə olan qapısının qarşısında dayanıblar.Həmin qız uşağı gəlib başında papaq olan kişinin arxa tərəfində masanın qarşısında dayanır. Tarix 27 oktyabr 2022-ci il, saat 18:35:57 saniyəni göstərir, bu zaman oğlan stuldan durub dəhlizdə sol tərəfdə divardan aslmış lövhələrin qarşısına dorğu gedir və sağa-sola doğru hərəkət edir, bu vaxt qız uşağı isə məktəbin sol tərəfdə olan qapısının qarşısında dayanmış başında papaq olan kişinin və qadının ön tərəfində dayanır. Tarix 27 oktyabr 2022-ci il, saat 18:36:44 saniyəni göstərir, bu zaman sol tərəfdə divardan asılmış lövhələrin qarşısında dayanmış kişi qızın olduğu yerə, yəni sol tərəfdə olan qapının qarşısında gəlib dayanır və orada ondan başqa bir neçə nəfər də vardır. Tarix 27 oktyabr 2022-ci il, saat 18:37:01 saniyəni göstərir, bu zaman həmin kişi başında papaq olan kişinin ön tərəfinə gəlir və cibindən mobil telefon çıxarır, sonra həmin kişi başı papaqlı kişinin yanında dayanmış qız uşağından nəsə soruşur və sonra həmin kişi ilə qız uşağı birlikdə sol tərəfdəki qapıdan aralanıb sağ tərəfdə divardan asılmış lövhələrin qarşısına gəlib dayanırlar. Tarix 27 oktyabr 2022-ci il, saat 18:37:55 saniyəni göstərir, bu zaman qız uşağı ilə gələn kişi sağa-sola tərəf baxır, sonra kişi qız uşağına sol çiyin tərəfinə yaxınlaşıb sol əlini lövhəyə tutur, qız uşağı isə sağ tərəfə doğru iki addım atıb həmin kişidən bir qədər aralı dayanır, kişi isə sol tərəfə doğru iki addım atır və sağ tərəfə baxdıqdan sonra qız uşağının sol çiyni istiqamətində iki addım sağ tərəfə ataraq qız uşağının sağ çiyin nahiyyəsinə yaxınlaşıb dayanır. Az sonra qız uşağı kişidən aralanıb əlində mobil telefonla danışmağa başlayır. Müəyyən müddətdən sonra kişi cinsindən olan başqa bir nəfər məktəbin dəhlizinə daxil olur və dəhlzidə qız uşağı ilə lövhənin qarşısında dayanmış kişi ilə mübahisə edir və sonra həmin kişini yerə yıxır və kişini vurur, məktəbin dəhlizində olanlar isə həmin şəxlsəri sakitləşdirməyə çalışırlar.Daha sonra isə dəhlzidə qız uşağı ilə lövhənin qarşısında dayanmış kişi məktəbin sağ tərəfdə olan qapısından çıxıb gedir. "DVD” diskə olan 2-ci faylda 16 nömrəli video müşahidə kamerası ilə qeyd alınmış videogörüntü vardır. Həmin görüntüdə məktəbin birinci mərtəbəsində olan sinif otaqları qeydə alınmışdır. Baxış zamanı həmin faylda iş üçün əhəmiyyət kəsb edən görütünün olmadığı müəyyən edildi. "DVD” diskə olan 3 və 4-cü fayllarda isə 24 nömrəli videomüşahidə kamerası ilə alınmış videogörüntü vardır. Həmin görüntüdə məktəbin həyətyanı sahəsi və məktəbin inzibati binası qeydə alınmışdır. Baxış zamanı həmin fayllarda iş üçün əhəmiyyət kəsb edən görüntünün olmadığı müəyyən edildi. “İfadənin yerində yoxlanması haqqında” 08 dekabr 2022-ci il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs Samiq qızı N.Tağıyev adına 212 nömrəli tam orta məktəbin 1-ci mərtəbəsinin dəhlizində yerləşən löhvəni və Hasil Həsənovun ona qarşı əxlaqsız hərəkətlər etdiyi yeri göstərmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X15” Publik Hüquqi şəxsin qızlıq bəkarətinin və qeyri-təbbi yolla cinsi əlaqənin təyininə dair 923 nömrəli, xx.xx.2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, 22-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, ilkin məlumatı nəzərə alıb, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1-3. Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. 4-6. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə onunla qeyri-təbbi yolla cinsi əlaqədə olamanı göstərən əlamətlər aşkar edilmədi. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X15” Publik Hüquqi şəxsin cinsi qabiliyyətinin təyininə dair 922 nömrəli, xx.xx.2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, 1981-ci il təvəllüdlü X10 məlikəmə-tibbi ekspertizasına əsasən, qərarda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1-3. H.Q.Həsənovun bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. 4-6. H.Q.Həsənovun cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. H.Q.Həsənovun xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3034 saylı rəyindən görünür ki, 12 iyul 2012ci il təvəllüdlü olmaqla 14 yaşına çatmayan Zərərçəkmiş şəxs psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin qərarda göstərilən əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi xəstəliyin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs fərdi psixi xüsusiyyətlərində hadisə ilə əlaqədar özündən uydurmağa müyillilik əlamətləri müşahidə edilmədi. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3358 saylı rəyindən görünür ki, X11 halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. X18 törətdiyi əməl dövründə öz hərəkətlərinin fakitiki xarakterini, ictimai təhlükəsizliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. X18 törətdiyi əməl dövründə Anlaqlı hesab edilmişdir və onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. X10 əqliintellektual imkanları normaya uyğundur. O, iş üçün əhəmiyyətli halları qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa patoloji meyillilik əlamətləri müəyyən edilmədi, lakin özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə uyğun danışa bilər. H.Q.Həsənov qərarım təsviri hissəsində göstərilən hadisə zamanı və həmin hadisədən bilavasitə sonra yüksək ruhi həyəcan vəziyyətində olmamışdır. “Sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanıma haqqında” 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ünvan 5 ünvanında yerləşən N.Tağıyev adına 212 saylı tam orta məktəbdə quraşdırılmış videomüşahidə kameraları ilə qeydə alnmış görüntülər olan DVD disk cinayət işi üzrə maddi sübut kimi hesab edilmiş və DVD disk iş materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə ünvanlanmış xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, X18 əvvəllər məhkum edilmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2004-cü il tarixli, A-2556/04 saylı hökmdən görünür ki, X18 Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 120.2.1, 120.2.4, 120.2.11, 181.3.3, 66.3 maddələri ilə təqsirli bilinərək barəsində 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 7(007)-479/2015 saylı qərarı ilə, X14 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2004-cü il tarixli, A-2556/04 saylı hökm ilə təyin edilmiş cəzasının çəkilməmiş 01 il, 04 ay, 10 gün müddətini cəzaçəkməkdən şərti olaraq azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarı X18 ilə 01 il, 04 ay, 10 gün müddətinə cəzasının çəkilməmiş hissəsi ilə bağlı müəssisəyə qaytarılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 7(007)-364/2016 saylı qərarı ilə, X14 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2004-cü il tarixli, A-2556/04 saylı hökm ilə təyin edilmiş cəzasının çəkilməmiş 8 ay 22 gün müddətinə cəzadan şərti olaraq azad edilmişdir. Məhkəmədə tədqiq olunan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X18 həmin tarixdə, saat 18:45 radələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimaonv Rayon Məhkəmənin xx.xx.2022-ci il tarixli, 4(005)-1177/2022 saylı qərarı ilə təqsirləndirilən şəxsin X10 barəsində həbs qismində qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən ünvan 6 ünvanlanmış 06 mart 2023-cü il tarixli sorğuya əsasən 09 mart 2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2010-cu il təvəllüdlü X19. Natiq Tağıyev adına 212 nömrəli tam orta məktəbdə 2016-2017-cı tədris ilindən (məktəbəhazırlıq qrupunda) 2022-2023-cü tədris ilinin 21 noyabr 2022-cı tədris ilinə qədər təhsil almışdır. Məhkəmədə tədqiq edilən № 841131 saylı və № 082950 saylı Doğum haqqında şəhadətnamələrdən görünür ki, X10 himayəsində xx.xx.2006-cı il təvəllüdlü Həsənov Əli və xx.xx.2008-ci il təvəllüdlü Həsənova Aliyə adlı 02 (iki) övladı vardır. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmçinin həmin Məcəllənin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı X10 əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə 27 dekabr 2022-ci il № 776-VİQD saylı qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsinə də dəyişiklik edilmişdir. Yeni redaksiyalı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci madəsinə əsasən on dörd yaşına çatmamış şəxsə qarşı qarşı əxlaqsız hərəkətlər üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs cinayət əməlini 27 oktyabr 2022-ci il tarixdə törətdiyindən ona həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulan sanksiya tətbiq edilməlidir. Yəni, on dörd yaşına çatmayan şəxs barəsində zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə - bir ildən iki ilədək islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10-cu maddəsinin tələbinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Kontitusiyasının 71-ci maddəsinintə səkkizinci bəndinin ikinci cümləsinin tələbinə əsasən hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə, həmçinin X5 Qərib oğlu tərəfindən məhkəmə iclasında və ibtidai istintaqda zərərçəkmiş şəxs Aylinə qarşı 27 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu, N.Tağıyev adına 212 saylı tam orta məktəbdə azyaşlı Aylinə qarşı əxlaqsız hərəkət etməməsi ilə bağlı ifadəsini özünümüdafiə xarakteri daşıması qənaətinə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qanuni nümayəndəsi və psixoloqun iştirakı ilə ifadə vermiş, hadisə ilə bağlı hər hansı uydurma halları müəyyən edilməmişdir. Zərərçəkmiş şəxsin xarakterik xüsusiyyətlərinin və fərdi keyfiyyətlərinin müəyyən olunması məqsədilə məhkəmə iclasına əlavə şahidlər - zərərçəkmiş şəxsin hazırkı təhsil aldığı sinifin rəhbəri və 04 (dörd) il boyunca təhsil aldığı ibtidai sinif rəhbəri məhkəmə iclasına dəvət edilərək dinlənilmişdir. Həmin şahid ifadələrindən və cinayət işi materiallarında mövcud olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3034 saylı rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik müəyyən olunmur və fərdi psixi xüsusiyyətlərində hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmir. Bundan başqa cinayət işində olan “DVD-R” diskə baxış keçirilərkən 27 oktyabr 2022-ci il tarixdə, saat 18:37:55 saniyəni göstərən videoda, Aylin ilə lövhəyə tərəf gedən Hasil sağasola tərəf baxır, sonra təqsirləndirilən şəxs qızın sol çiyin tərəfinə yaxınlaşıb sol əlini lövhəyə tutur, qız isə sağ tərəfə doğru iki addım atıb həmin kişidən bir qədər aralı dayanır. Təqsirləndirilən şəxs isə sol tərəfə doğru iki addım atır və sağ tərəfə baxdıqdan sonra qızın sol çiyni istiqamətində iki addım sağ tərəfə ataraq qızın sağ çiyin nahiyyəsinə yaxınlaşıb dayanır. Daha sonra Aylin təqsirləndirilən şəxsdən aralanıb əlində telefon məktəbin çıxış qapısına tərəf gedir. Bu zaman təqsirləndirilən Hasil qızın arxasınca bir müddət baxaraq onu müşahidə edir. Videogörüntüdən də aydın olur ki, təqsirləndirilən şəxs lövhənin qarşısında olarkən dəfələrlə ətrafa baxaraq özünü şübhəli aparmış, zərəçəkmiş şəxsə çox yaxın məsafədə dayanaraq arxa tərəfdən hər hansı hərəkətin görünməsinə imkan yaratmamışdır. Eyni zamanda video görüntünün 18:38:45-ci saniyəsində təqsirləndirilən şəxsin əlinin zərərçəkmişdən sürətli çəkilməsi halı müşahidə edilmiş və zərərçəkmiş şəxs onun yanından ayrılarkən təqsirləndirilən Zərərçəkmiş şəxs izləməyə davam etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqında və məhkəmə istintaqında verdiyi ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin ifadələri məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə baxışı zamanı “DVD-R” diskə baxış keçirilərkən, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə X1 himayəsinə iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir CM-nin 61-ci maddəsinə əsasən X5 Qərib oğlu əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2004-cü il tarixli, A-2556/04 saylı hökmü ilə təyin edilmiş 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bundan başqa “Məhkəmələr tərəfindən cəza təyin etmənin ümumi prinsiplərinin tətbiq olunmasi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 dekabr 1997-ci il tarixli 3 №-li Qərarına əsasən məhkəmələr edilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan qanunun maddəsi ilə müəyyən olunmuş həddə cəza təyin edərkən nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, qanunlara dürüst əməl etmə, ümumi davranış qaydalarına hörmət etmə ruhunda tərbiyələndirmə, habelə həm məhkumlar tərəfindən, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə hesab edir ki, X18 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla X14 cinayətin törədildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X5 Qərib oğlu CM-nin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X18 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə təqsirləndirilən şəxs X18 müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPMn-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X10 cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. X18 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X18 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - X10 üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi tərəfindən X10 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 (əlli) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-152/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-152/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver