Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-154/2021 21.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən kustar üsulu hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab olunan 1 ədəd kasteti (beşbarmağı) qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, xx xxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin inzibati binasına gətiriləndən sonra üzərinə baxış keçirilən zaman həmin kastet (beşbarmaq) onun əynindəki qara rəngli cins şalvarın sol arxa bel hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2020-ci ilin avqust ayının sonlarında, axşamüstü təkbaşına Xəzər dənizinin Şüvəlan qəsəbəsi ərazisinə düşən hissəsindəki çimərliyə getmiş, dəniz kənarında gəzən zaman yerdən 1 ədəd beşbarmaq tapmış, həmin beşbarmaq onun xoşuna gəldiyindən təmizləyib üzərində gəzdirməyə başlamış və bu barədə heç kimə deməmişdir. Üzərindən həmin beşbarmağın aşkar olunması ilə bağlı isə göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 16 radələrində həmişəki kimi həmin beşbarmağı əynindəki şalvarın sol arxa bel hissəsinə taxıb şəxsi işi ilə əlaqədar “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığına getmişdir. Orada işlərini qaydasına qoyub həmin gün, saat 18 radələrində ünvan 4 ünvanda yerləşən “Azinkonun binaları” deyilən binaların yaxınlığında təkbaşına piyada hərəkət edən zaman tanımadığı 2 şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edəndən sonra, şəxsiyyəti haqqında maraqlanmışlar. Onunla şifahi sorğu-sual apararaq onlarla birlikdə Nərimanov rayon Polis İdarəsinə getməsini bildirəndə, üzərində beşbarmağın olduğunu nəzərə alıb oradan qaçaraq uzaqlaşmaq qərarına gəlmiş, lakin, polis əməkdaşları ona mane olub qaçmağına imkan vermədikləri üçün başqa çıxış yolu olmadığını dərk etdiyindən, polis əməkdaşları ilə birlikdə qeyd olunan idarəyə, onunla olan polis əməkdaşlarının təklifi əsasında və onların müşayiəti ilə həmin idarənin inzibati binasının üçüncü mərtəbəsində yerləşən otaqların birinə getmişdir. Aradan 5-10 dəqiqə keçəndən sonra, otağa tanımadığı 2 mülki geyimli şəxs daxil olmuş, özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşı həmin şəxslərin hal şahidləri olduğunu bildirərək ona, eləcə də, hal şahidlərinə hüquq və vəzifələrini izah etmişdir. Sonra, ona üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymaq təklifi ediləndə, o, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən özünə məxsus 3 ədəd 20 və 2 ədəd 1 manatlıq pul əsginaslarını, həmin şalvarın sağ yan cibindən 1 ədəd mobil telefonu və şalvarının sol arxa bel hissəsinə taxdığı 1 ədəd qara rəngli beşbarmağı çıxarıb könüllü onlara təqdim edərək üzərində digər hər hansı əşya və ya predmetin olmadığını demişdir. Həmin vaxt beşbarmağı haradan əldə edilməsi barədə soruşulanda, səmimi olaraq həmin beşbarmağı təxminən 2020-ci ilin avqust ayının sonlarında, axşamüstü Xəzər dənizinin Şüvəlan qəsəbəsi ərazisinə düşən hissəsindəki çimərlikdən tapdığını bildirmişdir. Daha sonra, təhqiqatçı tərəfindən üzərinə baxış keçirilsə də, digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. Ondan sonra, təhqiqatçı hal şahidlərinin iştirakları ilə protokol tərtib etmiş, həmin beşbarmağı ekspertizaya göndərmək məqsədilə, ağ zərfə qoyaraq ağzını bağlamış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin cinayət axtarış üzrə kiçik inspektoru Şahid1 ifadəsində göstərmişdir ki xx xxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində 17-ci Polis Şöbəsinin digər kiçik inspektoru, Şahid3 ilə birlikdə ünvan 4 ünvanda yerləşən “Azinkonun binaları” deyilən binaların yaxınlığında xidmət aparan zaman sonradan tanıdığı Təqsirləndirilən şəxs onları görüb davranışı ilə özünü şübhəli apardığından, ona yaxınlaşmış, özlərini təqdim edərək şəxsiyyəti haqqında maraqlananda, o, həyəcanlanaraq özünü itirmiiş və sol əlini belinə aparıb nəyisə arxaya tərəf sürüşdürmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs belində silah və ya bıçağın ola biləcəyindən şübhələndikləri üçün bu barədə ona heç nə deməyib onu Nərimanov rayon Polis İdarəsinə dəvət edəndə, sonuncu oradan qaçmağa cəhd göstərmişdir. Ona mane olub qaçmağına imkan verməyəndə, Təqsirləndirilən şəxs narazılıq etmədən və ya hər hansı etiraz bildirmədən onlarla birlikdə qeyd olunan idarəyə getmişdir. İdarədə bununla bağlı müvafiq raport yazandan sonra, araşdırmanın aparılması idarənin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Rafiq Ağəliyevə həvalə edildiyindən, müşayiətləri ilə Təqsirləndirilən şəxs həmin idarənin inzibati binasının 3-cü mərtəbəsində yerləşən otaqların birinə aparmışdır. Aradan 5-10 dəqiqə keçəndən sonra, otağa 2 hal şahidi daxil olmuş və Təqsirləndirilən şəxs və hal şahidlərinə hüquq və vəzifələri izah olunmuşdur. Sonra, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif edəndə, o, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 3 ədəd 20 və 2 ədəd 1 manatlıq pul əsginaslarını, həmin şalvarın sağ yan cibindən 1 ədəd mobil telefonu və şalvarının sol arxa bel hissəsindən 1 ədəd qara rəngli beşbarmağa oxşar pretmeti çıxarıb təqdim edərək üzərində digər hər hansı əşya və ya predmetin olmadığını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs beşbarmağa oxşar predmeti haradan əldə etməsi barədə soruşulanda, o, həmin predmeti təxminən 2020-ci ilin avqust ayının sonlarında Xəzər dənizinin Şüvəlan qəsəbəsi ərazisinə düşən hissəsindəki çimərlikdən tapdığını bildirmişdir. Daha sonra, təhqiqatçı tərəfindən Fərrux Əlyevin üzərinə baxış keçirilsə də, digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. Bundan sonra, təhqiqatçı iştirakları ilə protokol tərtib etmiş, həmin beşbarmağa oxşar predmeti ekspertizaya göndərmək məqsədilə ağ zərfə qoyaraq ağzını bağlamış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin cinayət axtarış üzrə kiçik inspektoru Şahid3 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində Nərimanov rayon Polis İdarəsinin yaxınlığında yerləşən məktəbin qarşısında olan zaman tanımadığı polis əməkdaşı ona yaxınlaşıb həmin idarədə kiminsə üzərinə baxış keçirilməsinin zəruri olduğunu bildirərək könüllü həmin prosesi izləməyini xahiş etmişdir. O, razılığını ifadə edəndən sonra, polis onu qeyd olunan idarənin inzibati binasının üçüncü mərtəbəsində yerləşən otaqlardan birinə dəvət etmişdir. Otağa daxil olan kimi orada tanımadığı 3-4 şəxsin olduğunun şahidi olmuşdur və onlardan birinin sonradan tanıdığı Təqsirləndirilən şəxs və birinin təhqiqatçı olduğu ona aydın olmuşdur. Aradan 2-3 dəqiqə keçəndən sonra, həmin otağa digər hal şahidi daxil olmuşdur. Onu otağa dəvət edən polis əməkdaşı təhqiqatçıya təqdim edəndən sonra, sonuncu ondan və onunla yanaşı ora dəvət olunmuş digər hal şahidindən Təqsirləndirilən şəxs üzərində olan predmetlərin aşkar edilməsi prosesini izləməklərini xahiş etmişdir. Onlara hüquq və vəzifələri izah olunandan sonra, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymağını təklif edəndə, sonuncu əynində olan qara rəngli cins şalvarın sol yan cibindən pul əsginaslarnı, həmin şalvarın sağ yan cibindən 1 ədəd mobil telefon aparatını və şalvarının sol arxa bel hissəsindən 1 ədəd qara rəngli beşbarmağa oxşar pretmeti çıxarıb təqdim edərək üzərində digər hər hansı əşya və ya predmetin olmadığını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs beşbarmağa oxşar predmeti haradan əldə etməsi barədə soruşulanda, o, həmin predmeti 2020-ci ilin avqust ayında Şüvəlan qəsəbəsində dəniz kənarında tapdığını və üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsə də, digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. Ondan sonra, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, həmin beşbarmağa oxşar predmeti ekspertizaya göndərmək məqsədilə zərfə qoyaraq ağzını bağlamış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid4 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 06-07-ci vərəqələrində olan “Şəxsin üzərinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin TŞ-nin baş təhqiqatçısı X2 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-nin 51, 86 və 236-cı maddələrinin tələblərinə əsasən Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət-axtarış üzrə kiçik inspektorları Şahid3, Şahid1, Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakları ilə şəxsin üzərinə baxış keçirilmidir. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 3 ədəd 20 və 2 ədəd 1 manatlıq pul əsginaslarını, həmin şalvarın sağ yan cibindən 1 ədəd “FLY” modelli mobil telefon aparatını və şalvarının sol arxa bel hissəsinə taxdığı 1 ədəd qara rəngli dəmir parçasını çıxarıb könüllü təqdim edərək üzərində digər hər hansı əşya və ya predmetin olmadığını demişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsə də, hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi dəmir parçasına baxdıqda üzərində 04 ədəd dairə və 01 ədəd oval formalı beşbarmağa bənzər dəmir parçası olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş beşbarmağa oxşar predmeti 2020-ci ilin avqust ayında Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən dəniz kənarında tapdığını və üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş beşbarmağa oxşar predmet Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakları ilə zərfə qoyulub qablaşdırılmış, 44 nömrəli möhürlə möhürlənmişdir. Baxış qaranlıq vaxtı, otaq şəraitində, süni işıqlanmada aparılmış, “Samsung Galaxy” markalı mobil telefonla aşkar olunmuş beşbarmağa oxşar predmetin fotoşəkli çəkilmiş, həmin şəkil çıxarıldıqdan sonra protokola əlavə edilmişdir, tərtib edilmiş protokol iştirakçılara oxunmuş, Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən heç bir şikayət, vəsatət və ya etiraz daxil olmamışdır. Cinayət işinin 11-ci vərəqində olan Təqsirləndirilən şəxs tərəfindən imzasıyla təsdiq edilmiş xx.xx.2020-ci il tarixli Qəbzdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Rafiq Ağəliyev tərəfindən üzərinə baxış keçirilən zaman könüllü təqdim etdiyi 62 (altmış iki) manat pulu və 01 ədəd “FLY” modelli mobil telefon aparatını təhvil almışdır. Heç bir şikayət və ya tələbi yoxdur. Cinayət işinin 15-16-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 3/2065 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq tədqiqata təqdim edilmiş 1 ədəd predmet kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu - əzici xassəyə malik soyuq silahdır. Cinayət işinin 20-ci vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd kastetin (beşbarmağ) maddi sübut kimi tanınması, müvafiq məhkəmənin yekun qərarınadək Bakı şəhəri Nərimanov RPİ-də məsul saxlanışa verilməsi qərara alınmışdır. Cinayət işinin 27-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 73-74-cü vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 79-cu vərəqində olan 130 saylı MKİS tərəfindən verilən Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla — üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi; xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov RPİ-də məsul saxlanışa verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd kastet (beşbarmağ) məhv edilməlidir. (CPM-132). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov RPİ-də məsul saxlanışa verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd kastet (beşbarmağ) məhv edilsin. İş üzrə ekspertiza xərci 128,00 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-154/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-154/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver