Məhkəmə qərarları › İş №1(005)-155/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-155/2020

06.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-155/2020 06.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi, Yeni massivdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində ünvan 3 ünvanda fəaliyyət göstərən “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “Stradivarius” paltar mağazasında Zərərçəkmiş şəxs mağazanın kassasının masası üzərinə qoyaraq qısa müddətdə unutduğu, 10 manat dəyərində ***-***-**-** GSM nömrə ilə istifadə olunan 2600 manat dəyərində “İphone XS Max” markalı mobil telefonu gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs 2610 manat maddi ziyan vurmaqla oğurluq etmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxsona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx xxxxxx 2019-cu ildə saat 20 radələrində «Gənclik Mall» ticarət mərkəzində olmuş və ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən «Stradivarius» paltar mağazasına daxil olub paltar və papaqları nəzərdən keçirərkən kassanın qarşısında dayanmış cavan bir qızın mobil telefonunu stolun üzərinə qoyub aldığı malların pulunu ödədiyini görmüşdür. Həmin xanım pulu kassada ödədikdən sonra telefonu unudub kassadan uzaqlaşmışdır. Dərhal həmin yerə yaxınlaşıb telefonu götürüb cibinə qoyaraq ticarət mərkəzindən çıxmışdır. Həmin telefon “İphone XS MAX” markalı telefon olmuşdur. Yolda gedərkən telefonun üzərində olan nömrəni çıxarıb xatırlamadığı yerə atmış və bundan sonra 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən telefon mağazalarının yaxınlığına getmiş və əvvəllər tanıdığı telefon alıb-satmaqla məşğul olan Fərid adlı şəxs 310 manata satmışdır. Sonda əməlindən səmimi peşman olduğunu nəzərə alaraq barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqına dəvət edilməsinə baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vermiş olduğu ifadədən aydın olur ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 20 radələrində özünə lazım olan əşyaları almaq üçün Nərimanov rayonu Gənclik metro stansiyasının yaxınlığında yerləşən “Gənclik Mall” Ticarət Mərkəzinə getmişdir. Ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən “Stradivarius” paltar mağazasına girib oradan lazım olan paltarı seçmiş və kassaya yaxınlaşmışdır. Bu zaman əlində olan «İphone XS MAX» markalı mobil telefonumu kassa aparatının sağ tərəfinə masanın üzərinə qoymuşdur. Aldığı paltarın pulunu ödəyən zaman telefon qısa zaman ərzində yadından çıxıb masanın üzərində qalmışdır. Təxminən 1 dəqiqə sonra telefonu unutduğunu bilib həmin masaya yaxınlaşdıqda görmüşdür ki, artıq telefonu yoxdur, yəni kimsə oğurlamışdır. Dərhal digər telefonu ilə DİN 102 xidmətinə zəng vurub məlumat vermişdir. 18-ci Polis Şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Sonradan bilmişdir ki, həmin şəxs ondan sağ tərəfdə dayanıb gözləmiş, telefonu unutduğunu görüb fürsətdən istifadə edərək telefonu oğurlamışdır. Son olaraq təqsirləndirilən şəxsin barəsində şikayətçi olduğunu ona dəymiş zərər ödənilmədiyini bildirib təqsirləndirilən şəxsin barəsində ən sərt cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. Bir evdə yaşayırlar. Oğlu əvvəllər bir neçə dəfə oğurluq etdiyinə görə məhkum olunmuşdur. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs oğurluq etməsinə görə polis əməkdaşları tərəfindən yaxalanmış və cinayət məsuliyyətinə cəlb edilmişdir. Oğlu Məmmədin oğurluq etməyindən xəbəri olmamış və evə oğurluq pul və ya əşya gətirməmişdir. Oğlu Məmmədin törətmiş olduğu əməllərdən xəbəri olmamışdır . Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019-cu ilin noyabr və ya dekabr aylarında Məmməd işlədiyi dükana gəlmiş və “İphone XS MAX” markalı telefonu göstərib həmin telefonun ailəsinə məxsus olduğunu, lakin ailə üzvləri telefonu koda saldığını, telefonu işlətmək mümkün olmadığını, telefonu 350 manata satdığını demişdir. Telefona baxmış və görmüşdür ki, telefon həqiqətən də koddadır. Telefona baxdıqda bilmişdir ki, telefonu koddan çıxarmaq mümkün olmayacaqdır və telefonu ehtiyat hissəsi kimi satmağı düşünmüşdür. Buna görə də Məmmədə həmin telefonu 310 manata satmağı təklif etmiş və Məmməd dərhal telefonu 310 manata satmağa razı olmuş, lakin dükanda pul az olduğundan 270 manat vermişdir. Telefonu götürdükdə Məmmədin şəxsiyyət vəsiqəsinin surətini almışdır ki, əgər problem çıxarsa onu sonra tapmaq mümkün olsun. Səhəri gün isə Məmməd yenidən dükana gəlmiş və Məmmədə 40 manatı da vermişdir. Təxminən 3 gün sonra həmin telefonu tanımadığı şəxsə 410 manata satmışdır. Telefonun Məmməd tərəfindən oğurlandığını bilməmiş, əks halda həmin telefonu Məmməddən götürməzdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanaraq, istintaq aparılması üçün icraata qəbul edilmişdir. (i.v. 1); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 48-49) Videodiskə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2019-ci il tarixdə mağazanın içərisində 1 nəfər əynində qara rəngli gödəkçə, qara şalvar olan cavan qadın, kassanın qarşısında ağ rəngli mobil telefonu kassanın sağ tərifinə masanın üstünə qoyub, sol tərəfindən asılmış əl çantasını açıb qırmızı rəngli pul kisəsini çıxarır içərisindən pul çıxarır. Həmin vaxt onun sağ tərəfində daha bir əynində ay rəngli kofta və qara rəngli gödəkçə olan cavan qız dayanıb telefonun üzərinə əyilərək piştaxtanın digər tərəfinə baxır, sonra isə telefon sahibinin sol tərəfinə keçir. 1-ci qadın pulu kassada işləyən qıza verir və pul qabını əl çantasına qoyur. Kassir qız pulu kassaya qoyub arxa hissəsində olan şkafdan kağız torba çıxarır və qadın paltarını qablaşdırır. Bu vaxt 1-ci qadın arxası telefona tərəf dayanıb 2-ci alıcı qızla üzbəüz danışmağa başlayırlar. Kassir qız torbanın yapışdırıcı ilə bağlayır və yenidən şkafdan daha iri kağız torba çıxarır, kiçik torbada olan paltarı böyük torbaya qoyur. Bu vaxt danışan xanımların arxasından hündür boylu, əynində qara gödəkçə olan oğlan üzərində mobil telefon olan masanın sağ tərəfində piştaxta üzərində olan əşyalara yaxınlaşıb bir neçə papağı götürüb baxır və yerinə qoyur, daha sonra oradan 1 ədəd eynəyi götürüb baxır yerinə qoyur və xanımlara diqqətlə izləyir. Kassir qızı iri kağız torbanı 1-ci xanıma verir və hər iki xanım danışadanışa sol tərəfə kassadan aralaşıb getməyə başlayır, arxada dayanmış hündür boylu, saqqallı, başında idman papağı olan oğlan dərhal sağ əli ilə masanın üzərində qalmış mobil telefonu götürüb xanımların ardınca aralaşıb görüntüdən itir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, həmin görüntüdə olan şəxs o özüdür və masanın üzərindən götürdüyü mobil telefon isə 1-ci xanıma məxsus «İphone MAX» markalı telefondur. (i.v. 65-66) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 67-68); “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında“ xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 77-78); Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Məmmədov X5 RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 79) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2,85.2-ci maddələri ilə təqsirli bilinib şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə AR CM-nin 177.2.2-ci maddəsi ilə 04 il müddətində azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 67.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 177.1-ci maddəsi ilə 01 il 03 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilib, CM-nin 177.1, 69.3-cü maddəsi ilə 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.(i.v. 97-99); Sübutların qiymətləndirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş xx.xx.2020-ci il tarixli ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması qərara alınmışdır. (i.v. 112-118) İttiham aktı ilə daxil olmuş cinayət işinin əlavə ibtidai istintaq aparılması üçün göstərişlərlə müstəntiqə qaytarılması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki,190060157 nömrəli cinayət işi qərarda göstərilən göstərişlərin yerinə yetirilməsi məqsədilə əlavə ibtidai istintaqın aparılması üçün Nərimanov RPİ-nin İŞ-nə geri qaytarılmışdır. (i.v. 135-137) Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs barəsində vermiş olduğu arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 1 Şimal küçəsi ev 108-də qeydiyyatdadır. (i.v. 144) Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs barəsində vermiş olduğu xasiyyətnamədən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 1 Şimal küçəsi ev 108-də qeydiyyatdadır. Qəsəbə ərazisində qeydiyyatda olduğu müddət ərzində Binəqədi Rayon İH başçısının M.Ə. Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. (i.v. 145) Sübutların qiymətləndirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş xx.xx.2020-ci il tarixli ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması, X7 Mərkəzinin “Stradivarius” mağazasından götürülmüş görüntüləri əks etdirən 01 ədəd diskin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v. 146-153) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi İcra və Probasiya şöbəsindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuş 17/68№-881-34 nömrəli, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Binəqədi rayon İcra və Probasiya şöbəsinin icraatına xx.xx.2019-cu il tarixində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(103)-445/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı daxil olmuşdur. Qərarın surəti ksero-surət olduğu üçün 17/68-626-34 saylı, xx.xx.2019-cu il tarixli məktubla icra olunmadan Binəqədi Rayon Məhkəməsinə geri qaytarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədəsəsləndirdiyivəişmateriallarındaolanifadələri,hadisə yerinə baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyiəməlietirafedərəksəmimipeşmançılıqçəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununlayanaşıməhkəməqeydedirki, Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı icra etməməsi, həmçinin talama cinayəti törətməkdə davam etməsini onunşəxsiyyətinimənfi səciyyələndirənhallarkimi nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tələbnaməsindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi İcra və Probasiya şöbəsindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuş 17/68№-881-34 nömrəli, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 177.1-ci maddəsi ilə 01 il 03 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilib və o, CM-nin 177.1, 69.3-cü maddəsi ilə 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin qərarın surəti ksero-surət olduğu üçün 17/68-626-34 saylı, xx.xx.2019-cu il tarixli məktubla icra olunmadan Binəqədi Rayon Məhkəməsinə geri qaytarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(103)-445/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə təyin edilmiş 1 il azadlığın məhdudlaşdırılması cəzası hazırki vaxtadək icra edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Buna baxmayaraq, təqsirləndirilən şəxsin əməlində residiv mövcud deyil. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 177.1-ci maddəsində nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən cinayət sayılır. Azərbaycan Respublikası CM-nin 18.4.1 və 18.4.4-cü maddəsinin tələbinə əsasən isə böyük ictimai təhlükə törətməyən cinayətlər, habelə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixinədək həbsdə saxlanıldığı, 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təyin edilmiş lakin icra edilməmiş qalan 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsna hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş ) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutma altında saxlanıldığı 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ona təyin olunmuş və çəkilməmiş qalan 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) ilmüddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işüzrəmaddisübutkimitanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə sanitariya-gigiyena və karantin rejiminə riayət edilməsi ilə bağlı X4 tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl edilməsi vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş ) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar