Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-156/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi döngə 1, ev 1, mənzil 22 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər zərərçəkmiş şəxslərin az ağır və yüngül xəsarətlər almasına səbəb olmuşdur. Belə ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 21:42 radələrində tanışı Zərərçəkmiş şəxs3 məxsus “BMW-525” markalı **-MD-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Biinyadov prospekti 36 ünvanında üzü “Koroğlu” metrostansiyası istiqamətində əsas yolda saatda 90-100 kilometr sürətlə hərəkət edərkən “Yol hərəkəti haqqında’’ Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdılar” kimi tələblərini və “3.24”-“maksimum sürətin məhdudlaşdırılması” barədə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq Z.Bünyadov prospektində əks yola keçərək üzü “20 Yanvar” metrostansiyası istiqamətində hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs4 idarə etdiyi “BMW-320” markalı **-FE-*** qeydiyyat nişanlı avtomobilin ön hissəsindən idarə etdiyi avtomobilin arxa tərəfini toqquşdurması nəticəsində ehtiyatsızlıqdan idarə etdiyi “BMW-525” markalı **-MD-*** qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 baş beyin toxumasının ağır dərəcəli əzilməsi beyin qişaları və mədəcikləri arasında qansızma, sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, üz skelet sümüklərinin (burun, almacıq, əng sümüklərinin) çox qəlpəli basılmış açıq sınıqları, alın-təpə-ənsə nahiyəsinin geniş sahəli hematoması, burun nahiyəsinin, alının sağ yan səthinin, sağ almacıq nahiyəsinin, sol üst göz qapağının əzilmiş - cırılmış yaraları, hər iki göz ətrafının şişkinli hematoması (eynək simptomu), sağ əlin arxa səthinin, sağ diz oynağının, sol budun, sol sağrının, bel nahiyəsinin, sol baldırın əzilmiş yaraları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş və nəticədə Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərdən xx.xx.2019-cu il tarixdə saat 15:20-də X9 ölməsinə, həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs5 qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, sağ aşıq-baldır oynağının çıxığı, sağ iç topuğun qapalı, yerdəyişmiş sınığı, baş və üzün səthi əzilmiş yaraları küt əşyanın (əşyaların) təsirindən, bel nahiyəsinin 1-11 dərəcəli termiki yanığı kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri, həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, ənsə-gicgah və alın nahiyəsinin dərisinin əzilmiş yaraları, sağ saidin aşağı 1/3-nin hər iki sümüyünün qapalı, qəlpəli, yerdəyişmiş sınığı, sağ bud sümüyünün orta 1/3-nin qapalı, qəlpəli yerdəyişən sınığı, sağ qulaqdibi nahiyənin əzilmiş-cırılmış yarası kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri, “BMW-320” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 sağ medial topuğun qapalı, yerdəyişməyən sınığı, sağ aşıq-baldır oynağının və sağ budun yuxarı 1/3-nin arxa səthinin şişkinli hematomaları kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərər vurmaya aid bədən xəsarətləri, həmin avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs6 sağ dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan sağ dirsək və sağ saidin şişkinli hematoması, sağ mil bilək oynağının yumşaq toxumalarının əzilməsi, boyun əzələlərinin gərilməsi, alının sol səthinin, sol yanağının sıyrıqları kimi sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə və Zərərçəkmiş şəxs4 məxsus avtomobilinin zədələnməsi nəticəsində ona 7445 manat məbləğində və Zərərçəkmiş şəxs3 məxsus avtomobilin zədələnməsi nəticəsində ona 2800 manat məbləğində olmaqla ümumilikdə 10,245 manat maddi ziyan vurulmasına səbəb olmaqla yol hərəkəti qaydalalarını pozmuşdur. Bununla da, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2014-cü ildən sürücülük vəsiqəsi almış və həmin vaxtdan avtomobil idarə edir. xx xxxxxx 2019-cu il tarixdə o, tanışı Zərərçəkmiş şəxs3 Binəqədi rayonu, M.Cəlal küçəsində yaşadığı evə gedərək ona avtomobillə bir neçə yerə getməli olduğundan Elmara məxsus “BMW” markalı **-MD-*** qeydiyyat nişanlı avtomobilini ona idarə etmək üçün verməsini xahiş etmişdir. Elmar etiraz etməmiş və özünə məxsus “BMW” markalı **-MD-*** qeydiyyat nişanlı avtomobilini ona vermişdir. O, Elmara məxsus avtomobilə əyləşərək gün ərzində bir neçə yerə getmişdir. Daha sonra isə tanışları Zərərçəkmiş şəxs1 Valeryevna, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2 ilə birlikdə təxminən saat 21:47 radələrində “20 Yanvar” metrostansiyası istiqamətindən “Koroğlu” metrostansiyası istiqamətində Nərimanov rayonu, Z.Bünyadov prospekti 36 ünvanında yolun sağ zolağı ilə hərəkət edərkən sol zolaqda gedən avtomobili keçmək istəyərkən idarəetməni itirmiş və əks yola çıxaraq hərəkətdə olan “BMW” markalı **-FE-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Daha sonra “Opel” markalı **-GN-*** qeydiyyat nişanlı avtomobil isə “BMW” markalı **-FE-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş qəza nəticəsində o, və idarə etdiyi avtomobildə olan sərnişinlər və digər avtomobildə olan şəxslər xəsarət aldığından xəstəxanaya müraciət etmişlər. xx xxxxxx 2019-cu il tarixdə isə ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 Valeryevna baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən müalicə aldığı 1 saylı X5 vəfat etmişdir. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, onlara dəymiş ziyanı ödəməsini, sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Ələskərova Olqa XXX qızı izahatında göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs1 və onun 5 yaşlı oğlu Murad onunla birlikdə yaşamışdır. xx xxxxxx 2019-cu il tarixdə gecə saatlarında ona Marinanın tanışlarından biri zəng edərək Nərimanov rayonu, Z.Bünyadov prospektində yol nəqliyyat hadisəsi baş verdiyini və Marinanın da xəsarət alaraq 1 saylı KTM-nə yerləşdirildiyini bildirmişdir. O, dərhal xəstəxanaya getmiş, amma Marina reanimasiya şöbəsində olduğundan içəri girə bilməmişdir. Lakin həmin vaxtı orada olan və əvvəllcədən tanıdığı, hadisəni törətmiş Təqsirləndirilən şəxs baş vermiş yol nəqliyyat hadisəsi barədə ona məlumat vermişdir. Bundan sonra xx.xx.2019cu il tarixdə o, evdə olan zaman Təqsirləndirilən şəxs ona zəng edərək qızı Marinanın xəstəxanada vəfat etdiyini bildirmişdir. Nərimanov RPİ-nin əməkdaşları qızı Zərərçəkmiş şəxs1 meyidini götürüb Nərimanov rayonu MTE Şöbəsinə gətirmiş və meyid məhkəmə tibbi ekspertizasından keçirildikdən sonra onlara təhvil verilmişdir. Onlar həmin günü qızını Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Qeyd olunan yol nəqliyyat hadisəsinin hansı şəraitdə baş verməsini o, görməmişdir. Lakin, xəstəxanada ona məlum olmuşdur ki, hadisəni törədən Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı avtomobillə əks yola çıxaraq başqa digər “BMW” markalı avtomobillə toqquşmuşdur. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın aradan qaldırıldığını, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etdi. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını, gələcəkdə də olmayacağını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə proseslərində iştirak etmək istəmədiyini bildirmiş və bunun nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilərkən məlum oldu ki, o, təxminən uşaqlıqdan Təqsirləndirilən şəxs tanıyır və Ağanın vasitəsi ilə xeyli vaxtdır ki, Teymuru və Marinanı tanımışdır. xx.xx.2019-cu il tarixdə təxminən saat 21 radələrində Ağa onu yaşadığı Bayıl qəsəbəsindən idarə etdiyi “BMW” markalı **-MD- *** qeydiyyat nişanlı avtomobilə götürmüş və onlar Badamdar qəsəbəsi tərəfdən “20 Yanvar” metrostansiyası istiqamətində yola düşmüşlər. Ağa “Qələbə” dairəsi adlanan yerdən Marınanı götürmüş və “20 Yanvar” dairəsi yaxınlığından isə Teymuru götürmüşdür. Bundan sonra onlar “Koroğlu” metrostansiyası istiqamətində Z.Bünyadov prospekti ilə hərəkət edərkən təxminən Z.Bünyadov prospekti 36 ünvanı qarşısında Ağa idarə etməni itirmiş və əks yola çıxaraq qarşıdan gələn “BMW” markalı avtomobillə toqquşmuşlar. Həmin vaxtı o və Marina arxa oturacaqda, Teymur ön oturacaqda və Ağa isə sükan arxasında olmuşdurlar. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobildə olanların hamısı xəsarət aldıqlarından onlar təcili tibbi yardım stansiyasının avtomobilləri ilə 1 saylı X8 aparılmışlar. O, sağ ayağından və sağ əlindən xəsarət almışdır. Daha sonra ona xx.xx.2019-cu il tarixdə məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 1 saylı KTM-də aldığı xəsarətlərdən vəfat etmişdir. Bundan başqa o, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almasına baxmayaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 uzun müddətdir, Zərərçəkmiş şəxs1 isə təxminən 1 ilə yaxındır tanıyır. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 21:20 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı **-MD-*** qeydiyyat nişanlı avtomobillə onu “20 Yanvar” metrostansiyası yaxınlığından götürmüşdür. Həmin vaxtı avtomobildə əvvəllcədən tanıdığı Zərərçəkmiş şəxs1 Valeryevna və Zərərçəkmiş şəxs2 əyləşmişlər. Avtomobili Ağa idarə etmiş, ön oturacaqda o, arxa oturacaqda onun arxasında Aleksandr və onun yanında, yəni Ağanın arxasında isə Marina əyləşmişdir. Təxminən saat 21:47 radələrində “20 Yanvar” metrostansiyası istiqamətindən “Koroğlu” metrostansiyası istiqamətinə Nərimanov rayonu, Z.Bünyadov prospekti 36 ünvanında yolun sağ zolağı ilə hərəkət etmişlər. Ağa sol zolaqda gedən avtomobili keçmək istəyərkən avtomobil sürüşmüş və Ağa idarə etməni itirərək əks yola çıxaraq hərəkətdə olan “BMW” markalı **-FE-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. O, özündə olsa da, bundan sonra nə baş verdiyini xatırlamır və bir də xəstəxanada ayağına gips qoyduqlarında özünə gəlmişdir. Baş vermiş qəza nəticəsində o, və avtomobildə olan sərnişinlər xəsarət aldığından xəstəxanaya müraciət etmişlər. O, sağ ayağından və belindən xəsarət almışdır. Ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2017-ci ildən “BMW” markalı **-MD-*** qeydiyyat nişanlı avtomobili almışdır. Təqsirləndirilən şəxs təxminən 7 ildir tanıyır və onunla dostluq edir. xx xxxxxx 2019-cu il tarixdə dostu Ağa yaşadığı ünvana gələrək ona avtomobillə bir neçə yerə getməli olduğunu və ona məxsus “BMW” markalı **-MD-*** qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün verməsini xahiş etmişdir. O, etiraz etməmiş və avtomobilini Ağaya vermişdir. Onun Ağaya avtomobili arxayın verməyinin səbəbi Ağanın avtomobil idarə etməsi üçün sürücülük vəsiqəsinin olduğunu bilməsi olmuşdur. Bundan sonra Ağa çıxıb getmiş və təxminən gecə saatlarında Ağa ona başqa nömrədən zəng edərək Nərimanov rayonu ərazisində Z.Bünyadov prospektində yol nəqliyyat hadisəsi törətdiyini və 1 saylı X10 aparıldığını bildirmişdir. O, bunu eşidən kimi dərhal 1 saylı X12 yollanmışdır. Daha sonra isə xx.xx.2019-cu il tarixdə ona məlum olmuşdur ki, hadisə zamanı avtomobildə olan şəxslərdən biri, yəni Zərərçəkmiş şəxs1 xəstəxanada vəfat etmişdir. Təqsirləndirilən şəxs ona məxsus avtomobili idarə etməsi üçün etibarnamə vermiş, lakin hadisə baş verən zaman etibarnamənin istifadə müddəti bitmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobili zədələnmiş və nəticədə ona 2800 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2008-ci ildən Zərərçəkmiş şəxs4 tanıyır və onunla dostluq edir. Dostu Zərərçəkmiş şəxs4 ilə birlikdə “Koroğlu” metrostansiyası yaxınlığında yeləşən “Olimpiya” İdman Kompleksində idman edirlər. xx xxxxxx 2019-cu il tarixdə onlar birlikdə idman edib bitirdikdən sonra təxminən saat 21:30 radələrində “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən “Olimpiya” idman kompleksindən Turalın idarə etdiyi avtomobillə birlikdə yaşadığı ünvana doğru getməyə başlamışlar. Təxminən saat 21:47 radələrində Z.Bünyadov prospekti 36 ünvanında üzü K.Marks dairəsi istiqamətində yolun sol zolağı ilə hərəkət edən zaman əks yoldan hərəkət edən “BMW” markalı **-MD-*** qeydiyyat nişanlı avtomobil sürətlə ara kəsməni keçərək onların yoluna çıxmış və onların avtomobilinin ön hissəsi ilə toqquşmuşdur. Sonra isə arxadan gələn “Opel” markalı **-GN-*** qeydiyyat nişanlı avtomobil Turalın idarə etdiyi avtomobillə toqquşmuşdur. Bundan sonra o, və tanımadığı şəxs dostu Turalı başqa avtomobilə əyləşdirərək xəstəxanaya aparmışlar. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı o, və Tural xəsarət almışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs4 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, rəsmi olaraq heç yerdə işləmir və qaydasız döyüşlə məşğul olur. Təxminən 2014-cü il tarixdən sürücülük vəsiqəsi almış və həmin vaxtdan avtomobil idarə edir. İdarə etdiyi “BMW- 320” markalı **-FE-*** qeydiyyat nişanlı avtomobil Şahid1 adında olsa da o, həmin avtomobili xx.xx.2019-cu il tarixdən baş etibarnamə ilə almış, amma öz adına hələ rəsmiləşdirməmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 21:30 radələrində “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən “Olimpiya” idman kompleksindən çıxaraq dostu Zərərçəkmiş şəxs6 ilə birlikdə onun idarə etdiyi avtomobillə onun yaşadığı ünvana doğru getmişlər. Təxminən saat 21:47 radələrində o, dostu Elvinlə birlikdə idarə etdiyi avtomobillə Z.Bünyadov prospekti 36 ünvanında üzü K.Marks dairəsi istiqamətində yolun sol zolağı ilə 70-75 kilometr saatda hərəkət edən zaman əks yoldan hərəkət edən “BMW” markalı **-MD-*** qeydiyyat nişanlı avtomobil sürətlə ara kəsməni keçərək onun yoluna çıxmışdır. O, idarə etdiyi avtomobilin əyləcini basaraq avtomobili sağa doğru çəkmiş, amma buna baxmayaraq qarşıdan gələn avtomobilin arxası ilə onun idarə etdiyi avtomobilin ön hissəsi toqquşmuşdur. Daha sonra isə arxadan gələn “Opel Vektra” markalı **-GN-*** qeydiyyat nişanlı avtomobil onun avtomobilinin yan hissəsi ilə toqquşmuşdur. Bundan sonra tanımadığı şəxs və dostu Elvin onu avtomobilə əyləşdirdirərək xəstəxanaya aparmışlar. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində o, və dostu Elvin məhz “BMW” markalı **-MD-*** qeydiyyat nişanlı avtomobillə toqquşduqdan sonra ayağından xəsarətlər almış, həmçinin baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilinin zədələnməsi nəticəsində ona 7445 manat maddi ziyan dəymişdir. İş materiallarında olan (səh. 205) Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 3000 manat pul ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 və Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, təxminən 2017-ci il tarixdən sürücülük vəsiqəsi almış və həmin vaxtdan avtomobil idarə edir. Rəsmi olaraq heç yerdə işləmir və fərdi qaydada özünə məxsus “Opel Vektra” markalı **- GN-*** qeydiyyat nişanlı avtomobillə ara-sıra taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2019-cu il tarixdə özünə məxsus “Opel Vektra” markalı **-GN-*** qeydiyyat nişanlı avtomobillə Z.Bünyadov prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətindən üzü “20 Yanvar” metrostansiyası istiqamətində əsas yolun sol zolağı ilə təxminən 70-80 km/saat sürətlə hərəkət etmiş, təxminən saat 21:42 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 36 ünvanı qarşısında olan zaman əks istiqamətdə olan “BMW” markalı **-MD-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü ona məlum olmayan səbəbdən idarəetməni itirərək yolun hərəkət hissələrini ayıran səkinin üzərinə çıxıb onun qarşısında sol zolaqla hərəkətdə olan “BMW” markalı **-EE-*** qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuşdur. Həmin vaxtı toz duman və avtomobillərin qırıntıları onun avtomobilinin ön şüşəsinə dəymişdir. O, dərhal əyləci basaraq avtomobili yolun sağ zolağına doğru çəkmiş və həmin vaxt “BMW” markalı **-MD-*** qeydiyyat nişanlı avtomobil üzü “Koroğlu” metrostansiyası istiqamətində hərəkətini davam edib yerüstü piyada keçidinin dirəyinə çırpılaraq dayanmışdır. “BMW” markalı **-FE-*** qeydiyyat nişanlı avtomobil isə sağ zolaqda dayanmış və heç bir işıqları yanmadığından o, yüngül həmin avtomobilə dəymişdir. Bundan sonra o, avtomobildən düşərək nə baş verdiyini anlamağa çalışarkən avtomobilinin sol ön təkərinin də qırıntılardan cırıldığını görmüşdür. Daha sonra hər iki “BMW” markalı avtomobillərdə olan sərnişinlər çoxsaylı xəsarətlər aldıqlarından hadisə yerinə TTYS-nin həkimləri gəlmişlər və onları xəstəxanaya aparmışlar. O isə bir neçə dəqiqə hadisə yerində dayandıqdan sonra özünü narahat hiss etdiyindən yaşadığı evə getmişdir. Lakin baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində heç bir xəsarət almamış, amma ona məxsus avtomobilə təxminən 1300 manat dəyərində maddi ziyan dəymişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, rəsmi olaraq Bakı Dövlət Universitetində müəllimə işləyir. Zərərçəkmiş şəxs4 idarə etdiyi “BMW 320” markalı **-FE-*** qeydiyyat nişanlı avtomobil ona məxsus olmuş, lakin xx.xx.2019-cu il tarixdən baş etibarnamə ilə satmışdır. Hazırda həmin avtomobil Zərərçəkmiş şəxs4 məxsusdur, amma Tural öz adına keçirməmişdir, yalnız ondan baş etibarnamə almışdır. Hazırda həmin avtomobilin Zərərçəkmiş şəxs4 məxsus olduğunu və həmin avtomobilin zədələnməsi nəticəsində ona heç bir maddi və mənəvi ziyan dəymədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, 2/10423 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında Akt”dan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2019-cu il tarixli, 016- 119806-1219 nömrəli məktubundan görünür ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə AD 032966 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2020-ci il tarixli, 34 nömrəli (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 almış olduğu xəsarətlər - sağ dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan sağ dirsək və sağ saidin şişkinli hematoması, sağ mil bilək oynağının yumşaq toxumalarının əzilməsi, boyun əzələlərinin gərilməsi, alının sol səthinin, sol yanağının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti zərərçəkənin xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, qərarda qeyd edilən xx.xx.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2020-ci il tarixli, 30 nömrəli (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 almış olduğu xəsarətlərdən - qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, sağ aşıq-baldır oynağının çıxığı, sağ iç topuğun qapalı, yerdəyişmiş sınığı, baş və üzün səthi əzilmiş yaraları küt əşyanın (əşyaların) təsirindən, bel nahiyəsinin İ-İİ dərəcəli termiki yanığı isə kimyəvi maddənin təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti zərərçəkənin xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, qərarda qeyd edilən xx.xx.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2020-ci il tarixli, 33 nömrəli (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 almış olduğu xəsarətlər - sağ medial topuğun qapalı, yerdəyişməyən sınığı, sağ aşıq - baldır oynağının və sağ budun yuxarı 1/3-nin arxa səthinin şişkinli hematomaları kül əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti zərərçəkənin xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, qərarda qeyd edilən xx.xx.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir; “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” xx xxxxxx 2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X7 mülkiyyətində olan **-MD-*** dövlət qeydiyyat nişanlı, “BMW” minik markalı nəqliyyat vasitəsinə dair nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini xx.xx.2018-ci il tarixədək Təqsirləndirilən şəxs etibar etmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2020-ci il tarixli, 49 nömrəli (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər - qapalı kəllə - beyin travması, baş beyin silkələnməsi, ənsə - gicgah və alın nahiyəsinin dərisinin əzilmiş yaraları, sağ saidin aşağı 1/3-nin hər iki sümüyünün qapalı, qəlpəli, yerdəyişmiş sınığı, sağ bud sümüyünün orta 1/3-nin qapalı, qəlpəli, yerdəyişən sınığı, sağ qulaqdibi nahiyənin əzilmiş-cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti zərərçəkənin xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, qərarda qeyd edilən xx.xx.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2019-cu il tarixli, 150 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: Mərhum Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - baş beyin toxumasının ağır dərəcəli əzilməsi beyin qişaları və mədəcikləri arasında qansızma, sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, üz skelet sümüklərinin (burun, almacıq, əng sümüklərinin) çox qəlpəli basılmış açıq sınıqları, alıntəpə-ənsə nahiyəsinin geniş sahəli hematoması, burun nahiyəsinin, alının sağ yan səthinin, sağ almacıq nahiyəsinin, sol üst göz qapağının əzilmiş cırılmış yaraları, hər iki göz ətrafının şişkinli hematoması (eynək simptomu), sağ əlin arxa səthinin, sağ diz oynağının, sol budun, sol sağrının, bel nahiyəsinin, sol baldırın əzilmiş yaraları həyati olub, ölümündən az əvvəl mərhumənin xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə xx.xx.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb - almış olduğu ağır dərəcəli kəllə-beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi və baş beyin qişaları və mədəciklərinə qansızma olmuşdur. Ölüm xəstəxanada xx.xx.2019-cu il tarixdə saat 15:20-də baş vermişdir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir; Müstəqil ekspert X2 verdiyi arayışdan görünür ki, “BMW-525” markalı **-MD-*** qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin dəyişdirilməsi üçün 1500 manat, təmir xidməti üçün 1300 manat, cəmi 2800 manat xərc tələb olunur; “Yol-nəqliyyat hadisəsini qeydə almış video kameranın qeydə aldığı görüntülərə baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X3 ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs iştirakı ilə Azərbaycan Respublikası DİN-nin “Təhlükəsiz şəhər sistemindən Nərimanov RPİ-nin İstintaq Şöbəsinə xx.xx.2020-ci il tarixli 0xx-xx-1220 nömrəli məktubla daxil olmuş xx.xx.2019-cu il tarixdə saat 21:41-21:45-dək olan müddətdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyatov prospektində quraşdırılmış TŞ6-056 nömrəli video kamerasının qeydə aldığı görüntülərə baxış keçirmişdir. Baxış zamanı müəyyən olundu ki, baxış keçirilən DVD diskin yaddaşında TŞ6-056.1, TŞ6-056.2 və TŞ6-056.3 adlı video fayllar vardır. Həmin fayllardan TŞ6-056.3 adlı videonun məzmununa baxış keçirildikdə orada istintaq əhəmiyyəti kəsb edəcək hər-hansı bir məlumat aşkar olunmadı. TŞ6-056.1 adlı faylın məzmununa baxış keçirildikdə isə görüntülərdən görünür ki, 01:50-ci saniyədə xx.xx.2019cu il tarixdə “BMW” markalı **-MD-*** qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edərkən əsas yolun sağ zolağından sol zolağına keçmək istəyərkən sürüşərək idarə etməni itirir və yolun əks hərəkət hissəsinə doğru gedir. Təxminən 02:48-ci saniyədə isə artıq qəzanın baş verdiyi və avtomobillər vurulmuş vəziyyətdə yolun kənarında dayandığı və avtomobillərdə olan xəsarət almış sərnişinlərin avtomobillərdən çıxarıldığı və yolun kənarındakı səkilərə uzadıldığı aşkar edilir. TŞ6-056.2 adlı faylın məzmununa baxış keçirildikdə isə görüntülərdən görünür ki, 01:50-ci saniyədə xx.xx.2019-cu il tarixdə “BMW-525” markalı **-MD-*** qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edərkən sürüşərək idarəetməni itirir və əks hərəkət hissəsinə keçərək qarşıdan gələn üzü “20 Yanvar” metrostansiyası istiqamətində hərəkət edən “BMW-320” markalı **-FE-*** qeydiyyat nişanlı avtomobillə toqquşur. Daha sonra isə həmin istiqamətdə arxadan hərəkət edən “Opel” markalı **-GN-*** qeydiyyat nişanlı avtomobil “BMW-320” markalı **-FE-*** qeydiyyat nişanlı avtomobillə toqquşur. Hadisə nəticəsində avtomobillərdə olan xəsarət almış sərnişinlər avtomobillərdən çıxarılır və yolun kənarındakı səkilərə uzadılır. Göstərilən görüntülərin əks olunduğu DVD disk protokola əlavə olundu; “Avto klub” servisin verdiyi qüsur aktından görünür ki, “Opel Vectra” markalı **-GN-*** qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin dəyişdirilməsi və təmir xidməti üçün cəmi 1430 manat xərc tələb olunur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-cu il tarixli, 1389 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, “BMW” markalı **-MD-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissisinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Məmmədov “BMW” markalı avtomobili hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yolda, 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyərini 100 (yüz) manat təşkil edir; “İfadələrin yerində yoxlanılması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Rəfael Cəfərov ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs iştirakı ilə CM-in 263.2-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə hadisənin baş verdiyi yerə getmişlər. CM-in 263.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs təklif olundu ki, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani şəkildə göstərsin. Təqsirləndirilən şəxs razılaşaraq Nərimanov rayonu, Z.Bünyadov prospekti 36 ünvanına gəlindikdə Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi kimi idarə etdiyi “BMW” markalı **-MD-*** qeydiyyat nişanlı avtomobillə xx xxxxxx 2019-cu il tarixdə saat 21:42 radələrində hərəkət etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 36 ünvanında üzü “Koroğlu” metrostansiyası istiqamətində gedərkən idarəetməni itirərək əks yola çıxdığı yeri və əks yolda, yəni üzü “20 Yanvar” metrostansiyası istiqamətində hərəkətdə olan “BMW-320” markalı **-FE-*** qeydiyyat nişanlı avtomobillə toqquşduğu yeri göstərdi. Bundan sonra Təqsirləndirilən şəxs iş üzrə ifadəsində göstərmədiyi başqa xüsusatları hadisə yerində bildirməsi təklif olundu, lakin Təqsirləndirilən şəxs bildirdi ki, işin mahiyyəti üzrə olanları tam olaraq ifadəsində göstərmiş və hazırda əyani şəkildə təsdiq edir. İfadənin yerində yoxlanması zamanı iştirakçılar və ya kənar şəxslər tərəfindən təklif, vəsatət, etiraz daxil olmadı; “İfadələrin yerində yoxlanılması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Rəfael Cəfərov ifadəsi yerində yoxlanılan Zərərçəkmiş şəxs4 iştirakı ilə CM-in 263.2-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiklərinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə hadisənin baş verdiyi yerə getmişlər. CM-in 263.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 təklif olundu ki, ifadəsində göstərdiyini hadisə yerində əyani şəkildə göstərsin. Zərərçəkmiş şəxs4 razılaşaraq Nərimanov rayonu, Z.Bünyadov prospekti 36 ünvanına gəlindikdə Zərərçəkmiş şəxs4 ifadəsində qeyd etdiyi kimi idarə etdiyi “BMW-320” markalı **-FE-*** qeydiyyat nişanlı avtomobillə xx xxxxxx 2019-cu il tarixdə saat 21:42 radələrində üzü “20 yanvar” metrostansiyası istiqamətində hərəkətdə olan zaman əks yoldan, yəni üzü “Koroğlu” metostansiyası istiqamətində hərəkət edən “BMW” markalı **-MD- *** qeydiyyat nişanlı avtomobilin onun yoluna çıxdığı yeri və “BMW” markalı **-MD-*** qeydiyyat nişanlı avtomobillə toqquşduğu yeri göstərdi. İfadənin yerində yoxlanması zamanı Zərərçəkmiş şəxs4 hadisənin qarşısını almağa texniki imkanının olub-olmamasını yoxlamaq üçün “BMW” markalı **-MD-*** qeydiyyat nişanlı avtomobilin, yəni hərəkət üçün təhlükə yarandığı yerdən toqquşma yerinə qədər olan məsafə ölçüldü və müəyyən edildi ki, həmin məsafə 38,5 metrdir. Bundan sonra Zərərçəkmiş şəxs4 iş üzrə ifadəsində göstərmədiyi başqa xüsusatları hadisə yerində bildirməsi təklif olundu, lakin Zərərçəkmiş şəxs4 bildirdi ki, işin mahiyyəti üzrə olanları tam olaraq ifadəsində göstərib və hazırda əyani şəkildə təsdiq edir. İfadənin yerində yoxlanması zamanı iştirakçılar və ya kənar şəxslər tərəfindən ərizə, təklif, vəsatət, etiraz daxil olmadı. İfadələrin yerində yoxlanması zamanı Zərərçəkmiş şəxs4 tərəfindən göstərilən yerlərin fotoşəkilləri çəkildi; “İfadələrin yerində yoxlanılması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Rəfael Cəfərov ifadəsi yerində yoxlanılan Şahid2 iştirakı ilə CM-in 263.2-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiklərinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə hadisənin baş verdiyi yerə getmişlər. CM-in 263.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid2 təklif olundu ki, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani şəkildə göstərsin. Şahid2 razılaşaraq Nərimanov rayonu, Z.Bünyadov prospekti 36 ünvanına gəlindikdə Şahid2 ifadəsində qeyd etdiyi kimi idarə etdiyi “Opel Vektra” markalı **-GN-*** qeydiyyat nişanlı avtomobillə xx xxxxxx 2019-cu il tarixdə saat 21:42 radələrində üzü “20 Yanvar” metrostansiyası istiqamətində hərəkətdə olan zaman qarşıda iki avtomobilin toqquşması nəticəsində avtomobillərin qırıntıları onun avtomobilinin ön şüşəsinə dəyməsi zamanı o, dərhal avtomobilin əyləcini basaraq yolun sağ zolağına doğru çəkdiyi yeri və sağ zolaqda “BMW-320” markalı **-FE-*** qeydiyyat nişanlı avtomobillə toqquşduğu yeri göstərdi. İfadənin yerində yoxlanması zamanı Şahid2 hadisənin qarşısını almağa texniki imkanının olub-olmamasını yoxlamaq üçün “Opel Vektra” markalı **- GN-*** qeydiyyat nişanlı avtomobilin sağ zolağa çəkməsindən, yəni hərəkət üçün təhlükə yarandığı yerdən toqquşma yerinə qədər olan məsafə ölçüldü və müəyyən edildi ki, həmin məsafə 9,20 metrdir. Bundan sonra Şahid2 iş üzrə ifadəsində göstərmədiyi başqa xüsusatları hadisə yerində bildirməsi təklif olundu, lakin Şahid2 bildirdi ki, işin mahiyyəti üzrə tam olaraq ifadəsində göstərib və hazırda əyani şəkildə təsdiq edir. İfadənin yerində yoxlanması zamanı iştirakçılar və ya kənar şəxslər tərəfindən təklif, vəsatət, etiraz daxil olmadı; “Xəzər kiçik müəssisəsi”nin verdiyi xx xxxx 2020-ci il tarixli qüsur aktından görünür ki, “BMW-320” markalı **-FE-*** qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin dəyişdirilməsi və təmir xidməti üçün cəmi 7445 manat xərc tələb olunur; “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus “BMW-320” markalı **-FE-*** qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs3 məxsus “BMW-525” markalı **-MD-*** qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və sahibləri Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 və “Opel Vektra” markalı **-GN-*** qeydiyyat nişanlı avtomobilin sahibi Şahid2 qaytarılmaları nəzərə alınmışdır. İş üzrə Zərərçəkmiş şəxs3 məxsus “BMW-525” markalı **-MD-*** qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş maddi ziyan qüsur aktında qeyd edilmiş ümumi dəyər 2800 (iki min səkkiz yüz) manat, Zərərçəkmiş şəxs4 məxsus “BMW-320” markalı **-FE-*** qeydiyyat nişanlı avtomobilinin zədələnməsi nəticəsində dəymiş maddi ziyan qüsur aktında qeyd olunmuş ümumi dəyər 7445 (yeddi min dörd yüz qırx beş) manat kimi qeyd olunmuş və əsas götürülmüşdür. xx.xx.2019-cu il tarixdə baş vermiş hadisəni TŞ6- 056 saylı müşahidə kamerasının qeydə aldığı görüntüləri özündə əks etdirən DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir; “Qətimkan tədbiri seçilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, hadisənin necə baş verdiyini əks etdirən videogörüntülər və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 1389 nömrəli məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: əməlindən peşman olmasını; zərərçəkmiş şəxsin hüquqi varisi və Zərərçəkmiş şəxs2lə barışmasını, sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını; Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 onu bağışlamasını, sonuncuların təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını; Zərərçəkmiş şəxs5 vurulmuş ziyanın ödənilməsini, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını; Zərərçəkmiş şəxs4 ona qarşı şikayət və tələbinin olmamasını; ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışmış, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmış və sonuncular tərəfindən ona qarşı şikayət və tələb olmamaqla yanaşı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə həmin Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - “BMW-525” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs3, “BMW-320” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs4, “Opel Vektra” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 qaytarılması nəzərə alınmalı, xx.xx.2019-cu il tarixdə baş vermiş hadisəni TŞ6-056 saylı müşahidə kamerasının qeydə aldığı görüntüləri özündə əks etdirən DVD disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - xx.xx.2019-cu il tarixdə baş vermiş hadisəni TŞ6-056 saylı müşahidə kamerasının qeydə aldığı görüntüləri özündə əks etdirən DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - “BMW-525” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs3, “BMW-320” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs4, “Opel Vektra” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-156/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-156/2020
03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver