Məhkəmə qərarları › İş №1(005)-157/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-157/2025

11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-157/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı X1 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Ərizəsində qeyd etmişdir ki, ünvan 1 ünvanda yaşayan X5 2024-cü ilin yanvar ayından etibarən mütəmadi olaraq onu, oğlunu X6 və həyat yoldaşı X3 təhqir edərək nalayiq formada şərəf ləyaqətini alçaldan hərəkətlərə yol vermiş və onun və ailəsi barəsində böhtan xarakterli məlumatlar yaymışdır. Belə ki, X5 30 yanvar - 01 fevral 2024cü il tarixlərdə oğlum Sadiqə məxsus 051 *** **** №-li mobil telefonun Whatsap nömrəsinə onun və həyat yoldaşı barəsində yalan olduğunu bilə-bilə onun şərəf və ləqaqətini alçaldan və onu nüfuzdan salan məlumatları internet informasiya resusrlarında yaymış və onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Həmin məlumatlar “Anan çox tərbiyəsiz və mənəviyyatsız qadındır” “Sənin atan şərəfsizdir”, Aylin (nəvəm) elə şərəfsiz nənə babanı istəmir”, “Əxlaqsızlığa görə hər gün atan ananı döyür”, “Biqeyrət Əzizağa özünə yığışsın dönsün öz ailəsinə baxsın” kimi təhqiredici ifadələr işlətmişdir. Həmin sübutları,Fatma Heydərova tərəfindən yazılmiş şərəf və ləyaqətini alçaldan hərəkətləri təsdiq edən mətnləri ərizəsinə əlavə etmişdir. Bunddan başqa, Fatma Heydərova tərəfindən onun şərəf və ləyaqətini alçaldan səs yazısını da ərizəsinə əlavə etmişdir. Onu da bildirmişdir ki,qeyd edilən təhqir və böhtan dolu nalayiq ifadələr barədə həmin gün ən azı 4-5 nəfər onun yaxın qohumları və digər qohumlarının məlumatları olmuşdur. Məhkəmə iclasına iştirak edən X5 və onun müdafiəçisi şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2025-ci il tarixli X4 tərəfindən “Elektron Məhkəmə” İnformasiya sistemində yerləşdirilmiş ərizəsindən görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında tərəfindən verilmiş şikayət üzrə bildirir ki, Fatma Heydərova törətdiyi həmin əməllərdən keçən müddət ərzində hesab edir ki, öz əməllərinin ictimai təhlükəli və cəzalanmalı olmasını dərk etmişdir. O, bu kimi əməllərə gələcəkdə bir daha yol verməyəcək və səhvlərindən ibrət götürəcəkdir. Odur ki, etdiyi hərəkətlərə görə qanunla cinayət məsuliyyətinin yarana biləcəyi məhkəmə tərəfindən F.Heydərovaya izah edilsin. Göstərilənlərə əsasən Fatma Heydərovamn cinayət məsuliyyətinə cəlb edilməsinə dair ittihamdan imtina edir və həmin əsasla cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, şikayət vermiş şəxs X1 müraciətini nəzərə alaraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 300.1 və 300.1.3-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunmasıdır. CPM-in 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 15-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə işlərə baxarkən məhkəmələrin diqqəti zərər çəkmiş şəxsin irəli sürdüyü ittihamı müdafiə etmək hüququnun təmin edilməsinə dair prosessual normaların tələblərinə əməl edilməsinə yönəldilməlidir. Xüsusi ittiham qaydasında irəli sürülmüş ittihamın müdafiəsi zərər çəkmiş şəxsin məhkəmə iclasında iştirak edərək onun tərəfindən sübutların təqdim edilməsindən, vəsatətlər qaldırılmasından, müdafiə tərəfinin təqdim etdiyi sübutların tədqiqində, məhkəmə çıxışlarında iştirak etməkdən ibarətdir. Bu zaman xüsusi ittihamçı barəsində şikayət verilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan irəli sürdüyü ittihamı dəyişmək və ya ondan tamamilə imtina etmək hüququna malikdir. Məhkəmə, yuxarıda sadalanan normaları rəhbər tutaraq qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətindən imtina etdiyi üçün xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, X2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi X2 müdafiəçisi Nümayəndə məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Nümayəndə tərəfindən X2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduqdan sonra 20 gün müddətində qərarı qəbul etmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar