Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-159/2021 01.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- Bakı şəhəri “MBM” Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi- X1, Təqsirləndirilən şəxs iştirakları ilə, 22.12.1963-cü ildə İran İslam Respublikasının Təbriz şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs İran İslam Respublikasından «Soda Aş» kimyəvi xammalını gətirib sataraq birgə qazanc əldə edəcəklərinə dair yalan vəd verərək, 06 fevral 2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən ofisdə Zərərçəkmiş şəxs 20.000 ABŞ dolları alıb vəd etdiyi həmin xammalı Azərbaycan Respublikasına gətirib sataraq pulunu ələ keçirməklə, Zərərçəkmiş şəxs həmin məbləği ondan aldığı ildə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə 34.000 manat təşkil edən, 20.000 ABŞ dolları məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 7 ildir ki, tanıyır. Vəfa Müşfiq adlı şəxslə şərik işləmişlər. 2019-cu ilin avqust ayından 2020-ci ilin fevral ayına qədər İran İslam Respublikasından şərikli kimyəvi maddə olan «Soda Aş» gətirməyə başlamışlar. Aralarında həmin vaxtlarda heç bir narazılıq olmamışdır. 06.02.2020-ci il tarixdə Zərərçəkmiş şəxs İrandan yenə kimyəvi maddə gətirmək məqsədi ilə 20.000 ABŞ dolları borc almışdır. Həmin gün Zərərçəkmiş şəxs söz vermişdir ki, 15.02.2020-ci il tarixədək borcu qaytaracaqdır. Lakin qeyd etdiyi tarixdə satdığı malın pulunu ala bilmədiyinə görə Zərərçəkmiş şəxs pulunu qaytara bilməmişdir. 25.02.2020-ci tarixədək Zərərçəkmiş şəxs borclu olduğu 20.000 ABŞ dollarını qaytaracağına söz vermişdir. Zərərçəkmiş şəxs aldığı 20.000 ABŞ dollarının qaytarmamağının səbəbi Covid- 19 pandemiyası ilə əlaqədar dövlətlərarası sərhədlərin bağlanması olmuşdur. Aldığı mal qatarla Xırdalan qəsəbəsinə gətirilmiş və oradan da Məhəmədli qəsəbəsinə yola salınmışdır. Orada mal Azərbaycan Sənaye Koorporasiyasının anbarına təhvil verilmişdir. Həmin malın dəyəri ona təşkilat tərəfindən iki ay müddətində hissə-hissə verilmiş və cəmi 35.000 manat təşkil etmişdir. Həmin təşkilatla aralarında olan razılaşmaya əsasən həmin məbləğ tam həcmdə ona ödənməli olduğu halda, hissə-hissə az məbləğlərdə ödəndiyi üçün Zərərçəkmiş şəxs aldığı pulu tam qaytara bilməmiş, yalnız 5.000 manat pul qaytarmışdır. Hazırda Zərərçəkmiş şəxs cəmi 29.000 manat borcu qalmışdır. Bu müddət ərzində maddi çətinlikləri olduğundan, işlərini qaydaya sala bilmədiyindən Vəfaya verdiyi vədə əməl edə bilməmişdir. Qeyd edilən vəsaiti alarkən niyyəti dələduzluq etmək olmamış, İrandan kimyəvi məhsullar gətirib sataraq pul qazanmaq istəmişdir. Lakin, özündən asılı olmayan səbəblərdən gözlədiyi mənfəəti əldə edə bilməmiş, Zərərçəkmiş şəxs aldığı borcu qaytara bilməmişdir. Eyni zamanda qeyd etmişdir ki, Zərərçəkmiş şəxs həqiqətən 15.02.2020-ci il tarixdə saat 17 radələrində azyaşlı oğlu ilə işlədiyi ofisə gəlmişlər. Həmin vaxt oğlu Arşiya və Müşfiq də orada olmuşlar. Vəfa ondan 20.000 ABŞ dollarını istəmişdir. Bu zaman Müşfiq onun Vəfa ilə razılığa gəldiyini görərək hay-küy salmışdır. Həmin vaxt onun əli stolun üstündə olan su stəkanına dəymiş və stəkan döşəməyə düşərək sınmışdır. O, stəkanı Vafanın üstünə atmamışdır. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsi bir neçə ildir ki, tanıyır. Bir neçə dəfə onun vasitəsi ilə İran İslam Respublikasından kimyəvi məhsullar gətirib satmaqla məşğul olmuşdur. 06.02.2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Life Center” ticarət mərkəzinin 2-ci mərtəbəsində Təqsirləndirilən şəxs icarəyə götürdüyü ofisində ona 20.000 ABŞ dollarını tam şəkildə İran İslam Respublikasından «Soda Aş» kimyəvi məhsulunu gətirmək məqsədi ilə vermişdir. Həmin tarixdə ofisdə Mehdinin oğlu Arşiya iltizam yazaraq kimyəvi maddə gətirilmədiyi halda 15.02.2020-ci il tarixdə verdiyi məbləği qaytarmağı vəd etmişdir. İltizama onun tanışı Müşfiq və Mehdi imza etmişlər. Həmin iltizamı istintaq zamanı təqdim etmişdir. Mehdi gətirəcəyi kimyəvi maddəni ona təqdim etmədiyinə görə iltizamda göstərildiyi tarixdə, yəni 15.02.2020-ci il tarixdə saat 17 radələrində o azyaşlı oğlu və tanışı Müşfiqlə Mehdinin işlədiyi ofisə gəlmişdir. Mehdidən vəd verdiyi kimyəvi maddəni, ya da ki, aldığı pulu tələb etmişdir. Mehdi pulu qaytarmaqdan və gətirdiyi malı verməkdən imtina etdiyinə görə aralarında mübahisə yaranmışdır. Mehdi bir daha pulu qaytarmayacağını bildirərək əlində olan stəkanı onun üstünə atmışdır. Lakin o, başını əydiyinə görə stəkan divara dəyərək sınaraq qırıntıları sağ və sol əllərinin üstüna düşərək yaralamışdır. O, həmin vaxt mobil telefonla DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Həmin vaxt ofisdə olan Mehdinin oğlu Arşiya atasının əvəzinə ondan üzr istəyərək 17.02.2020-ci il tarixdə atasının borcunu qaytaracağına söz vermişdir. O da ofisdən çıxıb evinə getmişdir. 17.02.2020-ci il tarixdən o, Mehdi ilə telefon əlaqəsi saxladıqda Mehdi bəhanə edərək pulu qaytarmayaraq növbəti günə qədər gözləməyi xahiş etmişdir. 18.02.2020-ci il tarixdə onunla təkrar əlaqə saxladıqda Mehdi ona pulu qaytarmayacağını, onu yandırıb öldürməklə hədələdiyindən, həmin gün Nərimanov RPİnin 18-ci polis şöbəsinə gedərək hadisə barədə məlumat vermişdir. Mehdinin ondan 20.000 ABŞ dollarını alaraq kimyəvi mal gətirməsi ilə əlaqədar oğlu Arşiyanın yazdığı və onun tərəfindən imzalanmış qəbzi də vardır. Mehdi ona vəd verdiyi həmin xammalı Azərbaycan Respublikasına gətirmişdir. O, xammalın gətirildiyi vaqonu da görmüşdür. Mehdinin ofisdə ona atdığı stəkanın qırıntıları nəticəsində aldığı xəsarətlə əlaqədar məhkəmə tibbi ekspertizasından müayinədən keçməməsinin səbəbi o olmuşdur ki, hadisə baş verdiyi gün orada olmuş Mehdinin oğlu Arşiya atasının əvəzinə ondan üzr istəyərək atasının 17 fevral 2020-ci il tarixdə pulu ödəyəcəyini vəd etmişdir. Mehdi uzun müddətdir ki, müxtəlif bəhanələr gətirərək ondan aldığı pulu qaytarmaqdan yayınır. Artıq xeyli müddət keçməsinə baxmayaraq Mehdi nə ona verdiyi vədi yerinə yetirmiş, nə də ondan aldığı pulu qaytarmışdır. Bu müddət ərzində Mehdi tərəfindən ona sadəcə 5.000 manat məbləğində pul ödənilmişdir. Sonda Zərərçəkmiş şəxs ona vurulmuş ziyandan 29.000 manat vəsaitin ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 7-8 ildir ki, tanıyır. Onunla ticarət münasibətləri olmuşdur. Mehdi ilə ticarət əlaqələri olduğu müddətlərdə aralarında heç bir narazılığı olmamışdır. 06 fevral 2020-ci il tarixdə Mehdinin Nərimanov rayonu ərazisində yerləşən ofisində Zərərçəkmiş şəxs 20.000 ABŞ dollarını onun iştirakı ilə Mehdiyə vermişdir. Həmin pulun müqabilində X15 Respublikasından Bakı şəhərinə Vəfa üçün «Soda AŞ» məhsulu gətirməyi vəd etmişdir. Aradan bir neçə gün keçdikdən sonra Mehdi aldığı pulun müqabilində «Soda AŞ» kimyəvi məhsulunu Bakı şəhərinə gətirmişdir. O, Vəfa ilə birlikdə Xırdalan qəsəbəsində vaqonda həmin malı görmüşlər. Mehdi onlara demişdir ki, müştəri tapıb malı satsınlar. Onlar müştəri tapmışlar. Lakin həmin malın yoxa çıxdığını görmüşlər. Mehdi onlara bildirmişdir ki, malı Sahil adlı şəxsin anbarına boşaltmışdır. Sahil adlı şəxsi müəyyən edib onunla mobil telefon əlaqəsi yaratdıqdan sonra Sahil ona bildirmişdir ki, Mehdi ona mal verməmişdir. O, Vəfa ilə birlikdə Mehdinin oturduğu Nərimanov rayonunda olan ofisinə gəlmişlər. Mehdi pulu qaytarmaq barədə iltizam yazaraq Vəfaya təqdim etmişdir. 15.02.2020-ci il tarixdə tarixdə Vəfa ilə o, Mehdinin işlədiyi ofisə gəlmişlər. Mehdi vədinə əməl etməyərək aldığı pulu qaytarmamışdır. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mehdi pulu qaytarmayacağını bildirərək əlində olan şüşə stəkanı Vəfanın üstünə atmışdır. Vəfa başını əydiyinə görə şüşə stəkanı divara dəyərək sınmış və şüşə sınıqları Vəfanın əllərinin üstünə tökülərək yaralamışdır. Vəfa bu barədə DİN-nin 102 xidmətinə zəng etmişdir. Bir qədər keçmiş Nərimanov RPİ-nin 18-ci polis şöbəsindən Vəfaya zəng olunmuşdur. Ona zəng edilməmişdən qabaq isə Mehdinin oğlu Arşiya atasının əvəzinə Vəfadan üzr istəyərək 17.02.2020-ci il tarixdə atasının borcunu qaytaracağına söz verdiyinə görə Vəfa polis əməkdaşlarına barışdığını söyləyərək ərizə verməyəcəyini bildirmişdir. 17.02.2020-ci il tarixdən Vəfa yenidən Mehdi ilə telefon əlaqəsi saxladıqda o, yenə müxtəlif bəhanələr gətirərək növbəti günə qədər gözləməyi xahiş etmişdir. 18.02.2020-ci il tarixdə Vəfa Mehdi ilə mobil nömrəsi vasitəsi ilə əlaqə saxladıqda o, pulu qaytarmayacağını bildirmiş və onu yandırıb öldürməklə hədələmişdir. Bundan sonra Vəfa polisə müraciət etmişdir. O, öyrənmişdir ki, Mehdi Vəfa üçün gətirdiyi malı başqa adama sataraq pulunu mənimsəmişdir. Mehdi Zərərçəkmiş şəxs aldığı pulun müqabilində Bakı şəhərinə gətirdiyi malı həqiqətən satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs Arşiya ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 15 fevral 2020-ci il tarixdən tanıyır. Həmin tarixdə Vəfanı atasının icarəyə götürüb işlətdiyi ofisində görmüşdür. Həmin gün Vəfa ofisə Müşfiq adlı şəxslə gəlmişdir. Vəfanın azyaşlı oğlu onunla birlikdə olmuşdur. Vəfa atası ilə pul üstündə mübahisə etməyə başlamışlar. O atasının Müşfiqdən 20.000 ABŞ dolları aldığını bilmişdir. Vəfa isə həmin məbləğin ona məxsus olduğunu söyləmişdir. Atası ofisdə bildirmişdir ki, həmin 20.000 ABŞ dollarının müqabilində Müşfiqə 17.500 manat pul vermişdir. Həmin söhbət zamanı atası Mehdi Vəfanın üstünə stəkan atmamışdır. Atası əsəbiləşərək stəkanı divara vurub sındırmışdır. Atasının Vəfanın üstünə stəkan atması hadisəsi baş verməmişdir. Bütün hadisə onun gözləri qarşısında baş vermişdir. Vəfa əsəbləşərək Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Aradan 5-10 dəqiqə keçmiş Vəfa yenidən 102 xidmətinə zəng edərək şikayətinin olmamasını bildirmişdir. Həmin vaxt o, Vəfaya vəd verməmişdir ki, 17 fevral 2020-ci il tarixdə onun 20.000 ABŞ dollarını atası qaytaracaqdır. 06 fevral 2020-ci il tarixli iltizam onun tərəfindən tərtib olunmuşdur. Həmin iltizamı atası Vəfa ilə razılaşdığı üçün o, latın qrafikası ilə yazmışdır. Belə ki, atası latın qrafikası ilə yazmağı bacarmır. Həmin iltizamı atası Mehdi və Müşfiq imzalamışlar. Lakin həmin iltizam yazılan zaman Vəfa atasına həmin məbləği verməmişdir. İltizam 15 fevral 2020-ci il tarixdə tərtib edilərək 06 fevral 2020-ci il tarixi göstərilmişdir. Cinayət işinin 17-18-ci vərəqələrində olan 18 fevral 2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin təhqiqatçısı X3, Zərərçəkmiş şəxs, hal şahidləri X7 və X2 iştirakları ilə vətəndaş Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə əlaqədar hadisə yerinə baxış baxış keçirmişdir. Hadisə yerinə baxış zamanı Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 5 ünvanında yerləşən “Life Centre” ticarət mərkəzinin içərisində müxtəlif ticarət obyektləri, qarşısında mağazalar, ofislər, 2-ci mərtəbəsində (hadisə baş vermiş mərtəbə) yaşayış mənzilləri və icarəyə götürülmüş ofis təyinatlı yaşayış sahələri müəyyən edilmişdir. Vətəndaş Zərərçəkmiş şəxs hadisə yerində fotoşəkilləri çəkildi. Cinayət işinin 20-ci vərəqində olan Mehdi Dibai, Arşiya Dibai və Şahid1 tərəfindən imzalanmış 06.02.2020-ci il tarixli İltizamın surətindən görünür ki, “X16 Zərərçəkmiş şəxs 20.000 (iyirmi min) dollar pul aldım. Soda aş İrandan gələn mala görə bu pulu aldım və imzalandığı gündən etibarən on beşi ikinci ay iki min iyirminci ildə pulun tam qaytarılmasını öz imzamla təsdiq edirəm. Pulu verərəkən şahid qismində Arşiya Dibai və Müşfiq Qasımov iştirak edirlər və bütün cavabdehliyi Mehdi Dibai daşıyır.”. Cinayət işinin 58-59-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 X10 06.07.2020-ci il tarixli, 449 nömrəli rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sol mil bilək oynağının iç və arxa səthlərinin, sağ əlin çapıq toxumaları iti kənara malik əşyanın təsirindən törənmişdir, müddəti şəxsin müainəsindən 4-6 ay əvvələ uyğun gəlir. Bununla belə hadisədən uzun müddət keçdiyinə görə və həmin vaxt vət. Zərərçəkmiş şəxs heç bir tibb müəssisəsinə müraciət etmədiyindən xəsarətin törənmə müddəti barəsində konkret fikir söyləmək mümkün deyildir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Cinayət işinin 75-ci vərəqində olan 04 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Möhsüm Cabbarov həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar həmin tarixdə saat 13:30 dəqiqədə xidməti iş otağında cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan və dindirilən Zərərçəkmiş şəxsTofiq qızının təqdim etdiyi iki ədəd DVD diskləri tərəfindən götürülərək onun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı görüntülərdə 15.02.2020-ci il tarixdə saat 17 radələrində qapalı otaqda Şahid2 Mehdinin ünvan 5 ünvanında yerləşən ofisində onun əlində mobil telefon vasitəsilə qışqıra-qışqıra xarici vətəndaşa qarşı təzyiqlərin olduğunu söyləyir. Qarşı tərəfdə isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən pulunun ələ keçirilməsi və ona qarşı dələduzluq edilməsi söylənilir. Digər diskdə audio yazılar vardır. Həmin audio yazılarda Təqsirləndirilən şəxs Allaha and içir ki, Vəfaya bir qəpik pul qaytarmayacaqdır. Pulu alıb yemiş, üstündən bir stəkan su içmişdir. “Prezidentin qapısı açıqdır, Mehriban xanımın qapısı açıqdır. Məhkəmənin qapısı açıqdır. Əmi oğlu deputatın qapısı açıqdır. Bir qəpik verməyəcəkdir. Sənəd vermişəm məhkəməyə müraciət etsin.”. Cinayət işinin 101-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27.01.2021-ci il tarixli tələbnamədən görünür ki, X13 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 102-107-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 08 fevral 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə iki ədəd DVD diskin maddi sübut hesab edilməsi qərara alınmışdır. Cinayət işinin126-127-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 09 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyandan bir qismini ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 01 dekabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 01 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın və onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-159/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-159/2021
01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver