Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-159/2023 04.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 10:45 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi İbrahimov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X2 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1, fərdi qaydada fəaliyyət göstərən vəkil X3, “Qanunçuluq” vəkil bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, tərcüməçi X4 iştirakları ilə, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və 03 (üç) azyaşlı övladı olan, orta təhsilli, məhkumluğu olmayan, Sabunçu rayon xəstəxanasında texnik işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 16,745 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə saat 18:40-da ünvan 2 ünvanın qarşısında saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan gödəkçənin sol iç cibindən 01 ədəd siqaret qutusunda 13 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,185 qram, 1,314 qram, 1,166 qram, 1,159 qram, 1,147 qram, 1,234 qram, 1,870 qram, 1,948 qram, 1,156 qram, 1,071 qram, 1,228 qram, 1,144 qram və 1,123 qram olmaqla ümumilikdə 16,745 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışında verdiyi qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitənin 01 ədəd bükümünü Sabunçu xəstəxanasının yaxınlığında yaşayan anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata alır. Sonuncu dəfə Sabunçu xəstəxanasının yaxınlığında yaşayan üzdən tanıdığı şəxsə 130 manat pul verməklə ondan siqaret qutusunun içərisində 13 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana almışdır. Həmin miqdarda marixuananı almaqda məqsədi uzun müddət almamaq üçün öz istifadəsi üçün saxlamaq olmuşdur. 17 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nikolay Baybakov küçəsi ilə hərəkət edən zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim etməklə xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Özünü təqdim etmi, polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğumu bildirib, barəsində qəbul edilmiş “əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O, üzərində narkotik vasitə olduğunu bildirmiş, bundan sonra polis əməkdaşları onu BMCMİ-yə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Tərcüməçi və müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah edildikdən sonra polis əməkdaşları tərəfindən video çəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin iç cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd siqaret qutusunu, gödəkçəsinin sol yan cibindən “Nokia” markalı mobil telefonu, şalvarının cibindən 5 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi siqaret qutusu açıldıqda oradan 13 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Sorğu zamanı üzərindən aşkar edilmiş 13 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı üzdən tanıdığı şəxsdən 130 manata aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 13 ədəd bükümdə olan narkotik vasitə polis əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənmiş və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 5 manat pul özünə qaytarılmışdır. Üzərindən aşkar edilmiş “Nokia” markalı telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmənin suallarına cavab olaraq narkotik vasitəni saxlanıldığı gün öz istifadəsi üçün əldə etdiyini, satış məqsədi olmadığını, ilkin saxlanıldığı zaman üzərinə baxış keçirilərkən satış məqsədi ilə əldə etməsini qeyd etsə də sonradan bunu qəbul etmədiyini bildirmişdir. Məhkəmədə ilkin dindirilərkən polis əməkdaşları tərəfindən heç bir təzyiq və şiddətə məruz qalmadığını söyləsə də, məhkəmə istintaqının sonrakı mərhələlərində polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün narkotik vasitənin həm istifadə, həm də satış məqsədilə əldə etməsi barədə üzərinə axtarış və götürmə aparılarkən söylədiyini qeyd etmişdir. Bundan başqa vəkili olmadığı üçün əvvəlcədən bu barədə bildirmədiyini qeyd etmişdir. Son olaraq göstərilənlərin nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı xüsusi rütbəsini daşıyır. 17 noyabr 2022-ci il tarixdə Baş İdarəyə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupu yaradılmışdır. 17 noyabr 2022-ci il tarixdə saat 17-18 radələrində əməliyyat qrupunun digər üzvü ilə birlikdə Baş İdarədən çıxıb həmin gün Təqsirləndirilən şəxs olacağı Bakı şəhəri, Sabunçu rayonu, Nikolay Baybakov küçəsinə getmişlər. Qeyd olunan ərazidə bir qədər müşahidə apardıqdan sonra saat 18:40-da ünvan 4 ünvanın qarşısında Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etməsini görmüşlər. Qeyd olunan ünvanın qarşısında həmin şəxsi saxlayıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxsə özünü təqdim etməyini bildirmiş və o, Təqsirləndirilən şəxs olmasını söyləmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi və rus dilində təhsil aldığı üçün tərcüməçi dəvət edilmiş, videoçəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib əynində olan gödəkçəsinin sol iç cibindən 01 ədəd siqaret qutusunu, üzərindən 01 ədəd “Nokia” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqdim etdiyi siqaret qutusunun içərisinə baxış zamanı oradan 13 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Həmin narkotik vasitələr kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində anket məlumatlarını bilmədiyi şəxsdən aldığını söyləmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı həm saxlanıldığı zaman, həm də idarədə üzərinə baxış keçirilən ərəfədə polis əməkdaşları tərəfindən heç bir şiddət və təzyiq olmamışdır. Tərəflərindən Sabunçu ərazisində saxlanılarkən də özü etiraf edərək üzərində narkotik vasitə olduğunu bildirmişdir. Şübhəli şəxs kimi saxlanılaraq baş idarəyə gətirildiyi andan qanunvericiliyin tələblərinə uyğun müdafiəçi ilə təmin edildiyini qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və X7 iş üzrə digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək cinayət işi ilə bağlı qeyd olunan faktları bir daha təsdiq etdilər. Məhkəmədə tədqiq olunan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Fərhad” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilir. Müəyyən edilmişdir ki, həmin şəxs xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxsdur. Məhkəmədə tədqiq olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və DVD diskdən aydın olur ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya zədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi sadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə “nəşə” olduğunu bildirib, əynində olan boz rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd siqaret qutusunu, gödəkçəsinin sol yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefonu və əynində olan boz rəngli şalvarının sol yan cibindən 5 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içrəisinə baxış keçirilərkən həmin qutunun içərisində 13 ədəd kağız büküm və həmin bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 13 ədəd kağız bükümlərdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Səxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5 manat pul onun özünə geri qaytarıldı, aşkar edilmiş “nokia” markalı mobil telefon tərəfimdən götürüldü. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2022-ci il tarixdə anket məlumatlarını bilmədiyi şəxsdən Bakı şəhəri Sabunçu rayonu ərazisində əldə etdiyini, əvvəllər də narkotik vasitədən bir neçə dəfə istfadə etdiyini, üzərində saxladığı maddələri həm şəxsi istifadə, həm də satmaq məqsədi ilə üzərində gəzdirdiyini bildirdi. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının18 noyabr 2022-ci il tarixli 7/1324 saylı rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..” yazısı və imzalar olan kağız paketdəki 13 (on üç)ədəd sellofan torbaçığın içərisində kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1,185qram; 1,314 qram; 1,166 qram; 1,159 qram; 1,147 qram; 1,234qram; 1,870 qram; 1,948 qram; 1,156 qram; 1,071 qram; 1,228qram; 1,144qram; 1,23 bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi - 16,745 qramdır. Ekspertiza tədqiqatının dəyəri 78,82 manatdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2022-ci il tarixli, 7711 saylı rəyindən görünür ki, Kannabioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanseridə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 27 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 16,745 qram narkotk vasitə marixuana maddi sübut kimi tanınaraq, eksperitza tədqiqatından sonra qalıq olan 16,095 qram çəkidə narkotik vasitə qurudulmuş marixuna saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, həmçinin şəxi axtarış zamanı çəkilmiş videogörüntünü əks etdirən 01 ədəd DVD maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması” haqqında 17 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 18:40 radələrində Vəliyev X6 Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 4(005)-1224/2022 saylı qərardan görünür ki, Vəliyev X6 Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli biliərək barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, cəzasının əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası Publik hüquqi şəxsə ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanda müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunan AZ-İİ 632822 saylı, AZ-İİ 279928 saylı və AZ-İİ 023171 saylı Doğum haqqında Şəhadatnamələrdən aydın olur ki, Təqsirləndirilən şəxs, Vəliyeva Mələk və Vəliyeva Fidan adlı 03 (üç) azyaşlı övladı vardır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təqsirləndirilən şəxsin həmin istintaq təcridxanasına daxil olarakən üzərində hər hansı bir xəsarətin olub-olmaması ilə bağlı ünvanlanmış sorğuya xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı o, həbs olunarkən xəsarət almadığını bildirmiş, bədəninə baxış keçirilərkən xəsarət aşkar edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş 13 bükmdə narkotik vasitəni uzun müddət istifadə etmək üçün əldə etməsini, bundan başqa üzərindən aşkar edilmiş narkotik vasitələri, həm istifadə, həm də satış məqəsdilə üzərində saxlaması ilə bağlı video çəkiliş vasitəsilə axtarış və götürmə aparılan zaman verdiyi ifadəsini polis əməkdaşları tərəfindən ona qarşı şiddət və təzyiq olması ilə əlaqədar söyləməsinə dair həmin dəlilləri məhkəmə özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından və DVD disk görüntüsündən aydın olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri, həm istifadə, həm də satış məqsədilə üzərində saxlaması ilə bağlı video çəkiliş vasitəsilə axtarış və götürmə aparılan zaman ilkin olaraq özü söyləmiş, eləcə də barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə özünü elan edilmiş ittiham üzrə təqsirli bilmişdir. İbtidai istintaq zamanı müstəntiq tərəfindən ona hər hansı zor və fiziki güc tətbiq edilib-edilməməsi ilə bağlı verilmiş suallara cavab olaraq isə ona ibtidai istintaq zamanı hər hansı fiziki zor tətbiq edilmədiyini, heç bir xəsarət almadığını və polis bölməsində döyülmədiyini qeyd etmiş, bununla yanaşı istintaqın sonrakı mərhələlərində narkotik vasitəni yalnız istifadə üçün üzərində saxladığını demiş, ona elan edilmiş ittihamla özünü təqsirli bilmədiyini cinayət işinin materialları ilə tanış olarkən qeyd etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixli həbs qətimkan tədbiri seçilərək onun şiddət və təzyiqə məruz qalması ilə bağlı məlumat vermək imkanı olsa belə Təqsirləndirilən şəxs bu barədə məhkəmə iclasında heç bir məlumat verməmiş, eləcə də barəsində cinayət işinə məhkəmədə baxılan zaman hazırlıq iclasında, eləcə də baxış iclaslarında şiddət və təzyiqə məruz qalmadığını qeyd etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, eləcə də məhkəmə isintaqı zamanı müdafiə hüququnun pozulması halları aşkar edilməmişdir. Məhkəmə iclasları, həm dövlət hesabına müdafiəçinin, həm də müqavilə üzrə müdafiəçisinin iştirakı ilə keçirilmiş, yalnız məhkəmə istintaqının sonuna yaxın yeni müdafiəçi ilə müqavilə bağlanılmış və məhkəmə istintaqı müdafiə tərəfinin vəsatətinə əsasən təzələnmiş və Təqsirləndirilən şəxs yalnız bundan sonra şiddət və təzyiqə məruz qalması səbəbindən narkotik vasitəni həm də satış məqsədilə əldə etməsi barədə bildirdiyini söyləmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bununla yanaşı, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaqda hər hansı şiddət və döyülməyə məruz qalmasının araşdırılması üçün verilmiş sorğu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının cavab məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı o, həbs olunarkən xəsarət almadığını bildirmiş, bədəninə baxış keçirilərkən xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında söylədiyi 13 bükmdə narkotik vasitəni uzun müddət istifadə etmək üçün əldə etməsi, bundan başqa üzərindən aşkar edilmiş narkotik vasitələri, həm istifadə, həm də satış məqəsdilə üzərində saxlaması ilə bağlı video çəkiliş vasitəsilə axtarış və götürmə aparılan zaman dediklərini polis əməkdaşları tərəfindən ona qarşı şiddət və təzyiq olması ilə əlaqədar söyləməsinə dair ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və belə qənaətə gəlir ki, qeyd olunan hallar məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahid ifadələri, "Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 noyabr 2022-ci tarixli protokoldan və məhkəmə baxışı zamanı “DVD-R” diskə baxış keçirilərkən, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, ilk dəfə cinayət əməli törətməsini, himayəsində yetkinlik yaşına çatmayan 03 azyaşlı övladının olunması yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzası azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan 17 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyindən, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrində göstərilmişdir ki, məhkəmə cinayət törətmiş narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirləri təyin edir. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsində göstərilir ki, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 16,745 qram narkotk vasitə marixuana maddi sübut kimi tanınaraq, eksperitza tədqiqatından sonra qalıq olan 16,095 qram çəkidə narkotik vasitə qurudulmuş marixuna hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 78,82 manatdır (yetmiş səkkiz manat, səksən iki qəpik) pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, hesab №2088501, X5, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 12 (on iki) saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “A.İ.M” Vəkil Bürosunun Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - DİN-nin BMCMİ-nin maddi sübutları saxlancına təhvil verilmiş 16,095 qram çəkidə narkotik vasitə qurudulmuş marixuna məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 78,82 manatdır (yetmiş səkkiz manat, səksən iki qəpik) pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X5, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6(altı) manat hesab edilməklə, 12 (on iki) saata görə 72 (yetmiş iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-159/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-159/2023
04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver