Məhkəmə qərarları › İş №1(005)-16/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-16/2022

05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-16/2022 05.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmü ilə 02 il 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 iyul 2019cu il tarixdə saat 09 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 həkim işlədiyi 4 saylı doğum evinin “USM” otağına qanunsuz daxil olaraq otaqda olan dolabın içərisindəki sonuncuya məxsus əl çantasından 1530 manat məbləğində pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 iyun 2020-ci il tarixdə saat 13:40 radələrində Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 40 ünvanda yerləşən “Beaufe” gözəllik salonunda dırnaq ustası işləyən Zərərçəkmiş şəxs5, salonun zalında yerləşən iş masasının üzərindəki çantasından içərisində 1300 manat pul olan 1 ədəd 10 manat dəyərində pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 1310 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 iyul 2020-ci il tarixdə saat 12 radələrində ünvan 2 ünvanda yerləşən “Oksigen” klinik xəstəxanasının 208 saylı həkim otağına qanunsuz daxil olaraq xəstəxanada həkim işləyən Zərərçəkmiş şəxs4 otaqda olmamasından istifadə edərək masanın üzərində olan sonuncuya məxsus çantanın içərisindən milli valyuta məzənnəsi ilə 170 manat təşkil edən 100 ABŞ dolları dəyərində 1 ədəd “Gucci” markalı pul qabını və içərisində 500 manat, milli valyuta məzənnəsi ilə 340 manat təşkil edən 200 ABŞ dollarını gizli yolla talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1010 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 avqust 2020-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişdiyi 389-cu məhəllədə yerləşən “X4” Hospitalında həkim- fizioterapevt işləyən Zərərçəkmiş şəxs2 həmin hospitalın altıncı mərtəbəsində yerləşən 600 nömrəli iş otağına qanunsuz daxil olaraq otaqda olan şkafın içərisindəki əl çantasından içərisində 2021 manat pul və cəmi dəyəri 40 manat təşkil edən 2 ədəd pul kisəsini gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2061 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 oktyabr 2020-ci il tarixdə saat 11 radələrində ünvan 3 ünvanda yerləşən “Beaty Palace” klinikasının iş otağına qanunsuz daxil olaraq həmin klinikada həkimkosmetoloq işləyən Zərərçəkmiş şəxs1 məxsus, içərisində 2050 manat pul, milli valyuta məzənnəsi ilə 136 manat təşkil edən 80 ABŞ dolları, cəmi dəyəri 20 manat olan 2 ədəd Bank Respublikaya aid bank kartları olan 1 ədəd 150 manat dəyərində pul qabını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2356 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 01 iyul 2019-cu il tarixdə saat 09 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində baş həkim işləyən Aydın adlı şəxsin yanına getmiş, xəstəxanada olan zaman öyrənmişdir ki, Aydın həkim artıq işdən çıxmışdır. Xəstəxanada olan zaman “USM” otağının qapısının açıq vəziyyətdə olduğunu və otaqdakı dolabın içərisində qadın əl çantasının olduğunu gördükdə həmin əl çantasını oğurlamaq qərarına gəlmişdir. Ətrafda və otaqda heç kimin olmadığından istifadə edərək otağa daxil olub ağ rəngli dolabdakı əl çantasını götürmüş və otaqdan çıxıb sanitar qovşağa daxil olmuşdur. Sanitar qovşaqda əl çantasını açmış, çantanın içərisində pul kisəsi olduğunu görmüşdür. Pul kisəsindən əlavə əl çantasının içərisində eynək, ətir və digər əşyalar olmuşdur. Lakin, pul lazım olduğu üçün pul kisəsini çantanın içərisindən götürüb açmış və içərisində 1530 manat pul olduğunu görüb həmin pulların hamısını götürmüş, pul kisəsini isə əl çantasının içərisinə qoyub əl çantasını da sanitar qovşaqda yerə atıb tez xəstəxananı tərk etmişdir. Xəstəxanadan bir qədər aralanmışdır ki, dövlət qeydiyyat nişanı yadında qalmayan avtomobil yanında saxlamış, bir nəfər qadın və bir nəfər kişi avtomobildən düşüb ona yaxınlaşmışlar. Qadın 4 saylı doğum evində tibb bacısı işlədiyini bildirmiş, sonradan həmin qadın ona “USM” otağındakı dolabda olan əl çantasını oğurladığını, xəstəxananın daxilində olan kameralara düşdüyünü bildirmiş və birlikdə xəstəxanaya getməli olduğunu demişdir. Həmin tibb bacısına törətmiş olduğu oğurluq hadisəsini səmimi etiraf etmiş və birlikdə xəstəxanaya getmişdir. Xəstəxanada bir nəfər qadın yaxınlaşıb bildirmişdir ki, ona məxsus əl çantasından oğurluq etmişdir. Bir qədər sonra polis əməkdaşları xəstəxanaya gəlib onu Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində olan zaman törətmiş olduğu hadisəni etiraf etmişdir. Bundan başqa, 13 iyun 2020-ci il tarixdə, saat 13 radələrində tək olaraq gəzə-gəzə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən «Beaufe» gözəllik salonuna gəlmiş və baxdıqda içəridə hərənin öz işi ilə məşğul olduğunu görmüşdür. Tanımadığı inzibatçı qadın nə məqsədlə gəldiyini soruşduqda, demişdir ki, içəridə müştəri tanışı var, onu gözləyir. Sonra xadimə qadından su alıb içmiş və xadimə qadın da kimi gözlədiyini soruşduqda demişdir ki, adam var, onu gözləyir. Bundan sonra baxdıqda, zalda olan iş masasının üzərində qadın çantaları olduğunu görmüş, həmin masaya yaxınlaşmış və masanın üzərində olan qadın çantalarına baxmağa başlamış və hazırda xatırlamadığı qadın çantasının içərisindən bir ədəd pul kisəsini götürüb üstündə gizlədərək oradan gəlib salondakı kresloda əyləşmişdir. Orada həmin pul kisəsini öz çantasına qoyub oradan sanitar qovşağa keçmiş, qovşaqda pul kisəsinə baxdıqda içərisində 125 manat pul, 5 ABŞ dolları, həmçinin Zərərçəkmiş şəxs5 adına şəxsiyyət vəsiqəsi olduğunu görmüşdür. Həmin vaxt pulu və 5 dolları pul kisəsindən götürmüş, pul kisəsini şəxsiyyət vəsiqəsi ilə birlikdə sanitar qovşağın su baçokuna atmış, götürdüyü həmin pulları əynində olan şalvarımın arxa cibinə qoyub sanitar qovşaqdan çıxmışdır. Bu vaxt sonradan adını bildiyi İlkanə qarşısını kəsib iş masasının üstündə olan çantasından içərisində 1300 manat pul və şəxsiyyət vəsiqəsi olan pul kisəsinin oğurlandığını, həmin oğurluğa görə ondan şübhələndiyini bildirmiş, lakin oğurluq etmədiyini demiş və həmin vaxt ora başqa işçilər də toplaşmış, onlara da bildirmişdir ki, oğurluq etməmişdir. Çantasında olan əşyaları yerə töküb baxdıqda orada başqa əşya aşkar edilməmiş, oğurladığı pul kisəsindən götürdüyü 125 manat pul və 5 ABŞ dollarını da öz pulu olduğunu bildirmişdir. Həmin vaxt adamların arasından gizlincə çıxıb salonu tərk edərək qaçıb getmiş, oğurladığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 10 iyul 2020-cu il tarixdə saat 11:36-da Nərimanov rayonu, Təbriz küçəsi 105 ünvanda yerləşən “Oksigen” klinikasına getmiş, məqsədi orada işləyən əvvəllər tanıdığı Fərrux həkimlə görüşmək olmuşdur. Klinikadan bildirmişlər ki, artıq Fərrux həkim orada işləmir. Klinikanın dəhlizində bir qədər gözləmiş, 208 saylı həkim otağında olan 2 nəfər pasient çıxdıqdan sonra onların ardınca həmin otaqda fəaliyyət göstərən həkim də otaqdan çıxmışdır. Həmin həkim otağın qapısını örtsə də, açarla bağlamamışdır. Ətrafda və otaqda heç kimin olmadığına əmin olduqdan sonra otağa daxil olmuş və görmüşdür ki, masanın üzərində əl çantası var. Cəld çantanı açaraq içərisində olan pul qabını götürüb özünün əl çantasının içərisinə qoymuş və otaqdan çıxmışdır. Dəhlizdə öz çantasının içərisində olan oğurladığı pul kisəsini açdıqda içərisində pul, şəxsiyyət vəsiqəsi, bank və alış-veriş kartlarının olduğunu görmüşdür. Klinikadan çıxdıqdan sonra baxdıqda pul qabının içərisində 500 manat və 200 ABŞ dolları olduğunu görmüşdür. Həmin pulları götürmüş, pul qabını, həmçinin bank və alış veriş kartlarını yolda olan səkinin üzərinə qoyub oradan uzaqlaşmışdır. Oğurlamış olduğu pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 12 avqust 2020-cu il tarixdə saat 14 radələrində Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişdiyi 389-cu məhəllədə yerləşən “X4” Hospitalına getmiş, məqsədi həkim- fizioterapevt axtarmaq olmuşdur. Hospitalın yerləşdiyi binanın altıncı mərtəbəsindəki 600 nömrəli otağın giriş qapısının kənarında həkimfizioterapevt Zərərçəkmiş şəxs2 yazısını görmüş, həmin otağın qapısı açıq olmuş, içəridə isə heç kim olmamışdır. Bu zaman ağlına həmin otaqdan oğurluq etmək gəlmiş, fikirləşmişdir ki, otaqdan əlinə nə keçsə oğurlayıb, sonra satıb pul əldə edər. Ətrafda və otaqda heç kimin olmadığına əmin olduqdan sonra otağa daxil olmuş, otaqda olan şkafın qapısını açdıqda şkafın içərisində bir ədəd qadın əl çantasının olduğunu görmüşdür. Əl çantasını açıb baxmış və çantanın içərisində olan pul kisəsini götürüb öz çantasının içərisinə qoymuşdur. Daha sonra dərhal otaqdan çıxıb hospitalı tərk etmiş və tanımadığı taksiyə minib oradan uzaqlaşmışdır. Taksidə olan zaman oğurladığı pul kisəsinin içərisinə baxdıqda orada 2021 manat pul, Zərərçəkmiş şəxs2 məxsus sürücülük və şəxsiyyət vəsiqələri olduğunu görmüş, Nərimanov rayonu ərazisində taksidən düşmüş, sürücülük və şəxsiyyət vəsiqələrini pul kisəsinin içərisinə qoyduqdan sonra pul kisəsini yolda olan səkinin üzərinə qoymuşdur. Bundan sonra həmin yerdən aralaşmış, oğurluq yolu ilə əldə etdiyi 2021 manat puldan 1205 manatını şəxsi ehtiyacları üçün xərcləmiş, qalan 816 manat pulu isə təhqiqatçıya təhvil vermişdir. Bundan başqa, 2020-ci ilin oktyabr ayının ortalarında onurğasında ağrılar olduğuna görə müayinədən keçmək məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Beaty Palace” klinikasına getmişdir. Orada ona müraciət edəcəyi həkimin həmin günü olmayacağını bildirmişlər. Bundan sonra pula ehtiyacı olduğuna görə həmin klinikada olan otaqların birindən oğurluq edərək pul yaxud qiymətli əşyalar əldə etmək qərarına gəlmiş və bu məqsədlə otaqlardan birinin qapısını açmışdır. Həmin otaqda heç kimin olmadığını gördükdə otaqda olan dolaba yaxınlaşmış və dolabın qapısını açdıqda orada bir ədəd hədiyyə qoyulmaq üçün hazırlanmış paket görmüşdür. Həmin paketi açıb baxdıqda paketin içərisində pul qabı görmüş, pul qabını açıb orada olan pulları götürüb cibinə qoymuş və otaqdan çıxmışdır. Daha sonra oğurluq etdiyi klinikanın üçüncü mərtəbəsindən pilləkənlərlə aşağı düşmüş və klinikadan çıxıb marşrut avtobusu ilə yaşadığı Xətai rayonu, NZS qəsəbəsində yerləşən evə getmişdir. Yolla gedərkən oğurluq yolu ilə əldə etdiyi pulları saymış və oğurladığı pulun 60 manat olduğunu bilmişdir. Həmin 60 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. O, göstərmişdir ki, 15 oktyabr 2020-ci il tarixdə saat İİ radələrində ünvan 3 ünvanda yerləşən “Beaty Palace” klinikasındakı iş otağından, dolabda olan paketin içərisindəki pul qabından 60 manat pul oğurlamış, həmin pul qabının içərisində digər pul, dollar, şəxsiyyət vəsiqəsi və bank kartları görməmişdir. Törətdiyi əməllərdən peşmandır. Həyat yoldaşının X2 şəhid olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, ünvan 3 ünvanda yerləşən “Beaty Palace"' klinikasında həkim-kosmetoloq işləyir. 15 oktyabr 2020-ci il tarixdə saat 10:30 radələrində işlədiyi həmin klinikaya getmiş və iş otağına daxil olduqdan sonra özünə məxsus çantanı otaqdakı dolabın içərisinə qoymuşdur. Həmin vaxtı çantasında 2050 manat pul, 80 ABŞ dolları, özünə məxsus şəxsiyyət vəsiqəsi və 2 ədəd Bank Respublikaya aid bank kartları olmuşdur. Özünə məxsus çantanı otağındakı dolaba qoyduqdan təxminən on dəqiqə sonra otaqdan çıxıb digər həkim yoldaşlarının otağına getmişdir, təxminən yarım saatdan sonra yenidən iş otağına qayıtmış, saat 16 radələrində işlərini yekunlaşdırıb işdən çıxaraq yaşadığı evə getmək üçün dolaba qoyduğu əl çantasını götürüb içərisinə baxdıqda çantasında olan pul kisəsinin yerində olmadığını görmüş və əl çantasından oğurluq olmasını başa düşmüşdür. Ona görə də özünə məxsus mobil telefonla DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və ərizə ilə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət etmişdir. Oğurlanmış 2 ədəd kartda pul vəsaiti olmamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2220 manat və 80 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Belə ki, əl çantasından, içərisində 2050 manat pul, 80 ABŞ dolları, şəxsiyyət vəsiqəsi və cəmi dəyəri 20 manat olan 2 ədəd Bank Respublikaya aid bank kartları olan 150 manat dəyərində pul kisəsi oğurlanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 3 il müddətə yaxındır ki, “X4” Hospitalının mərkəzi filialında həkim-fizioterapevt işləyir. xx.xx.2020-ci il tarixdə saat 09-da işə getmişdir. Həmin vaxt əl çantasının içərisində özünə məxsus 2 ədəd pul kisəsi götürmüşdür. Götürdüyü pul kisələrinin içərisində ümumilikdə 2021 manat pul olmuşdur. Əl çantasını dolabın içərisinə qoymuşdur. Həmin gün çoxlu xəstə olduğundan iş otağının qapısını açıq qoyub digər otağa işlərini görmək üçün getmişdir. Otağına daxil olduqda dolabın qapısının açıq olduğunu, ancaq əl çantasının dolabda olduğunu görmüşdür. Əl çantasına baxdıqda açıq olduğunu və içərisində 2 ədəd pul kisəsinin olmadığını aşkar etmişdir. Həmin pul kisələrində ümumilikdə 2021 manat pul olmuşdur. Bundan başqa oğurlanmış olan 2 ədəd pul kisəsinin qiyməti 40 manat olmuşdur. Bundan başqa özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələri də oğurlanmışdır. Sonra bu barədə polis ərizə yazmış və polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Polis əməkdaşları hospitalda olan kameralara baxdıqda hadisəni törədənin qadın olduğunu müəyyən etmişlər. Aradan müəyyən müddət keçdikdən sonra onu 21-ci Polis Bölməsinə dəvət etmişlər və oğurluq cinayətini törədənin Təqsirləndirilən şəxs olduğunu bildirmişlər. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 2061 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2008-ci ildən Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində şüa diaqnostika şöbəsində USM həkimi vəzifəsini icra edir. 01 iyul 2019cu il tarixdə saat 09 radələrində işə gəldikdən sonra əl çantasını otaqda yerləşən ağ rəngli dolabın axırıncı rəfinə qoymuşdur. Bir az sonra dəhlizə çıxmışdır. Otağına qayıdan zaman çantasını qoyduğu dolabın qapısının açıq olduğunu görmüş və dolaba baxdıqda çantasının dolabda olmadığını görmüşdür. Onunla birlikdə işləyən tibb bacısı Şahid1 çantasını görübgörmədiyini soruşduqda Arzu dəhlizdə xəstələrin çox olduğunu, onlardan birinin götürə biləcəyini demişdir. Arzu ilə birlikdə çantanı axtaran zaman Arzu sanitar qovşağının dəhlizindən çantanı tapmışdır. Çantanın içərisinə baxdıqda içərisində olan 1530 manat pulun oğurlandığını aşkar etmişdir. Xəstəxanada quraşdırılmış təhlükəsizlik kameralarına baxan zaman 40-45 yaşlarında arıq bədən quruluşlu, orta boylu, sarı saçlı qadının onun işlədiyi otağa daxil olduğunu və otaqdan çıxıb getdiyini görmüşlər. Arzu ilə birlikdə dərhal həmin qadını axtarmağa başlamış və baş vermiş hadisə barədə polisə məlumat vermişdir. Təxminən yarım saat sonra Arzu şübhələndikləri həmin qadınla birlikdə xəstəxanaya daxil olmuşdur. Həmin qadından nə üçün oğurluq etdiyini soruşduqda o, oğurluq etdiyini səmimi etiraf edərək ehtiyacı olduğu üçün oğurluq etdiyini demişdir. Arzudan pulları alıb saydıqda 1530 manat olduğunu görmüşdür. 10-15 dəqiqə sonra Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin əməkdaşları xəstəxanaya gəlmiş, oğurluq etmiş qadınla söhbət zamanı məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdir. Sonra polis əməkdaşları Təqsirləndirilən şəxs Polis Bölməsinə aparmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Lermontov küçəsi-40A ünvanında yerləşən «Beaufe» gözəllik salonunda dırnaq ustası işləyir, həm də orada müəllimə kimi dırnaq ustası barədə dərs deyir, həftənin iş günləri işə gedir. İş yerində 8 nəfər 300 manatdan «lotereya» oynamış, özündən əvvəl lotereya pullarını kosmetoloq işləyən Lalə xanım yığmış, sonra «Covid-19» pandemiyası ilə əlaqədar lotereyanı yığmaq mümkün olmadığından danışılmışdır ki, kim indiyə qədər lotereya pulunu alıbsa onlar aldıqları məbləğdə pul qaytarsınlar, lotereya davam etdirilməsin və həmin pulları yığmaq da ona həvalə edilmişdir. Həmin lotereyadan 1300 manat toplamış və öz pulundan əlavə başqa pul qabında ancaq həmin 1300 manat pul və şəxsiyyət vəsiqəsi olmuş, öz pulları isə başqa pul qabında olmuşdur. 13 iyun 2020-ci il tarixdə saat 10:00-da iş yerində olmuş və həmişəki kimi öz pulu və lotereya pulu olan çantasını salonun zalında olan iş stolunun üstünə qoymuş, dərs dediyi şagirdləri yoxlamaq üçün zalda gəzişmiş, çantasına nəzarət etmişdir. Həmin günü saat 13:20 radələrində çantasına baxmış və 1300 manat pul olan pul kisəsinin, öz pulları olan pul kisəsinin olduğu çantanın yerində olmasını, pulların yerində olmasını görmüşdür. Saat 13:40 radələrində işlədiyi masaya yaxınlaşan zaman göy cins parçadan şalvarı olan, təxminən 35- 40 yaşlarında, saçlarının rəngi solğun olan, sarıbuğdayı bir nəfər tanımadığı qadının onun masasındakı başqasının çantasını qarışdırdığını görmüş, həmin qadının onun çantasından pul kisəsini götürüb-götürmədiyini görməmiş, həmin qadının çantası müdirəsi Xatirə xanımın çantasından olmuşdur. Həmin qadının Xatirə xanımın çantasından nəsə götürməsindən şübhələnmiş və həmin qadın kreslodan durub sanitar qovşağa gedəndə xadimə işləyən Sürəyya xanımdan həmin qadının kimliyini soruşmuşdur. Sürəyya demişdir ki, onu tanımır, hansısa müştərinin gəlişini gözləyir, həmin qadın inzibatçı Zenfira xanıma demişdir ki, hansısa müştəri içəridədir, onu gözləyir, sonra da gəlib Sürəyyadan su istəmişdir. Həmin qadın sanitar qovşağa gedəndən sonra gəlib öz çantasına baxdıqda 1300 manat pul və şəxsiyyət vəsiqəsi olan pul kisəsinin yerində olmadığını gördükdə pul kisəsinin yerində olmadığını bildirmiş, tanımadığı qadın sanitar qovşaqdan çıxan zaman ona yaxınlaşıb bildirmişdir ki, çantasından 1300 manat pulu və şəxsiyyət vəsiqəsi olan pul kisəsi oğurlanmışdır. Həmin qadın özünü çox rahat apararaq heç nədən xəbəri olmadığını bildirmiş və bu vaxt iş yoldaşları toplaşmış, həmin qadın müdirənin otağına getmiş və çantasını tökdükdə qadın əşyalarından başqa pul və ya pul kisəsi olmamışdır. Həmin vaxt qadın qarışıqlıqdan istifadə edib orta qapıdan çıxaraq getmişdir, onun arxasınca getsə tapa bilməmiş, sonra DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, Səbail RPİ-nin 9-cu Polis Bölməsindən əməkdaşlar gəlmiş və baş vermiş hadisə ilə əlaqədar ərizə ilə müraciət etmişdir. İşdən sonra işlədiyi salonda qaş ustası işləyən Vəfa xanımla birlikdə sanitar qovşağı axtararkən pul kisəsini və içərisindəki şəxsiyyət vəsiqəsini baçokun içərisindən aşkar etmiş, yaşadığı evə gedən zaman pul kisəsini sanitar qovşaqdan tapdığına görə yadında qalmayan yerdə atmışdır. Həmin pul kisəsini 10 manata almışdır. Pul kisəsindən oğurlanan pullar 10, 20, 50, 100 manatlıq əskinaslardan ibarət olmuşdur. Hadisədən sonra salonun içərisində olan videomüşahidə kamerasına baxdıqda görmüşdür ki, həmin qadın onun çantasından pul kisəsini götürüb öz çantasına qoyur, sonra maskasını taxaraq gedib kresloda əyləşir və həmin vaxt öz çantasında olan əşyalarını nizamlayır, sonra da sanitar qovşağa gedir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1310 manat ziyan dəymişdir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs4 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs4 vermiş olduğu ifadəsində göstərmişdir ki, 2 ilə yaxındır ki, ünvan 2 ünvanında yerləşən “Oksigen” adı altında fəaliyyət göstərən özəl klinikada həkim mama-ginekoloq işləyir. İşlədiyi xidməti otaq klinikanın ikinci mərtəbəsindəki 208 saylı otaqdır. 10 iyul 2020-ci il tarixdə saat 11 radələrində klinikanın 3-cü mərtəbəsində yerləşən doğum şöbəsində olan xəstəyə baxmaq üçün otağın qapısını açıq qoyaraq otaqdan çıxmış, həmin vaxt dəhlizdə çoxlu sayda xəstə olmuşdur. Təxminən 10 dəqiqə sonra otağına qayıtdıqda kreslonun sol tərəfində olan kiçik masanın üzərinə qoyduğu əl çantasının açıq olduğunu, çantanın içərisinə baxdıqda üzərində “Gucci” yazısı olan pul kisəsinin yerində olmadığını görmüşdür. Həmin pul kisəsinin içərisində 200 ABŞ dolları, 500 manat pul, şəxsiyyət vəsiqəsi, 4 ədəd plastik kart, 1 ədəd Muğan bank, 2 ədəd Premium bank, 1 ədəd Kapital banka məxsus, 2 ədəd ticarət mərkəzlərinə aid kartlar olmuşdur. Baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, az sonra Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları gələrək hadisə yerinə baxış keçirmiş, klinikanın dəhlizindəki müşahidə kamerasının görüntülərinə baxdıqda, otaqdan çıxdıqdan təxminən 3 dəqiqə sonra 40-45 yaşlı, sarı saçlı, əynində göy rəngli cins şalvar və ağ rəngli kofta olan qadının onun işlədiyi otağa daxil olduğunu və otaqdan çıxıb tələsik getdiyini görmüşlər. Həmin qadını tanımır, ona xəstə kimi müraciət etməmişdir. Pul kisəsini həmin qadının oğurladığından şübhələnmişlər. Baş vermiş oğurluq hadisəsi zamanı ona 1010 manat maddi ziyan dəymişdir. Oğurlanmış bank kartlarını dərhal bağlatdığından, ticarət mərkəzinə aid kartların isə özünün iştirakı olmadan istifadə edilməsi mümkün olmadığından kartların oğurlanmasına görə ona ziyan dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, Bakı şəhəri, Lermontov küçəsində yerləşən «Beaufe» gözəllik salonunda makiyaj ustası işləyir. İşlədiyi gözəllik salonunda həm müəllimə, həm də dırnaq ustası işləyən Zərərçəkmiş şəxs5 tanıyır, münasibətləri yaxşıdır. Zərərçəkmiş şəxs5 və başqalarının iş yerində «lotereya» oynamalarından məlumatı var, lakin özü lotereya oynamır. 2020-ci ilin iyun ayının 13-də saat 10:00-da işə gəlmiş və iş günü ərzində işdə olmuş, adəti üzrə öz çantasını iş otağına qoymuşdur. İlkanə isə çantasını iş masasının üzərində qoyur, İlkanə həm də salonda olan otağında usta kimi dərs keçir. Həmin günü saat 12:30 radələrində salonun zalında səs eşidib çıxdıqda görmüşdür ki, işçilər və bir nəfər qadın dayanıblar, İlkanə tanımadığı qadına deyir ki, çantasından içərisində 1300 manat pul, şəxsiyyət vəsiqəsi olan pul kisəsi oğurlanmışdır və həmin oğurluqda həmin qadından şübhələnir. Həmin qadın isə pul götürmədiyini bildirirdi, daha sonra həmin qadının çantasına baxıldıqda orada pul olmamış, qadın əşyaları olmuşdur. Həmin vaxtı tanımadığı həmin qadın baş qarışdığını görüb salondan qaçıb getmişdir. Sonra İlkanənin çantasından pulunun oğurlanması ilə əlaqədar Səbail RPİ-nin 9-cu Polis Bölməsinə edilmiş şikayət əsasında salona gəlmiş polis əməkdaşlarının iştirakları ilə salondakı kamera görüntülərinə baxış keçirilmiş və kamera görüntülərindən məlum olmuşdur ki, həmin qadın İlkanənin iş masasının üstündə olan çantasından pul kisəsini götürüb öz çantasına qoyur, sonra salonda olan kresloda əyləşir, öz çantasında olan əşyalarını nizama salır və sonra salonda olan sanitar qovşağa keçir, çıxandan sonra isə İlkanə onu saxlayır, oğurluqda şübhələnmə barədə danışıqda isə həmin qadın orta qapıdan çıxıb gedir. Həmin vaxt qadını axtarsalar da onu tapa bilmirlər. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq şahidlər Şahid3 və Şahid1 məhkəmədə iştirak etməmişlər. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onların ibtidai istintaqda vermiş olduqları ifadələri elan olunmuşdur. Belə ki, ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi-40A ünvanında yerləşən “Beuty” gözəllik salonunu icarə əsasında işlədir və salonun müdiri odur. Salonda 10 iş otağı, bir zal və digər zəruri qovşaqlar vardır, otaqda işçilər üçün bütün şərait vardır. Salona giriş-çıxış 3 yerdəndir, salonda 7 nəfər işçi vardır, xidmət növləri bunlardır: saç ustası, dırnaq ustası, makyaj və sairə, eyni zamanda salonda müraciət edənlərə qeyd olunan sahələr üzrə dərs də deyilir. Zərərçəkmiş şəxs5 son 8 aydır ki, salonda dırnaq ustası kimi işləyir, o həm də müraciət edən şagirdlərə öz sahəsi üzrə dərs də deyir, İlkanənin iş masası salonun zalındadır, lakin tələbələrə dərsi otaqda keçir. Salonun işçiləri və işçilərin və işçilərin tanış və qohumları cəmi 17 nəfər «lotereya» oynayırlar, o, şəxsən ayda 300 manatdan oynayırmış, digərləri isə hərə ayrı məbləğdə lotereya verirmişlər, hər ayın 15-ə lotereya pulunu götürürmüşlər. 2020-ci ilin iyun ayı o, lotereya pulunu götürməli idi, əvvəllər lotereyanı kosmetoloq işləyən Lalə xanım yığırdı, lakin son vaxtlar o, ailə qurduğundan işdən çıxdığı üçün lotereya pulunu İlkanə yığmağa başladı və istər lotereya yığanın dəyişməsi, istərsə də lotereyanın yığım vəziyyəti əlaqədar iştirakçılar arasında hər hansı narazılıq olmamışdır. Müdirə kimi İlkanənin işindən narazılığı yoxdur. 13 iyun 2020ci il tarixdə həmişəki kimi işdə olmuşdur, İlkanə də işində olmuşdur və həmişəki kimi öz çantasını zalda olan iş masasının üzərindən asmışdı. O bilirdi ki, İlkanə lotereya pulunun bir hissəsini yığmışdır, lakin bu barədə onunla danışıqları olmamışdır. Təxminən saat 11:30 radələrində baxmışdır ki, zaldakı kresloda bir nəfər tanımadığı qadın əyləşmişdir, o, həmin qadının kimliyini, kimi gözləməsini inzibatçı Zenfiradan soruşmuşdur, Zemfira da bildirmişdir ki, kimisə gözləyir, o, onun başqa hərəkətlərinə fikir verməmişdir, lakin «gözü qaynayır», o tərəf, bu tərəfə baxırdı ki, bu da diqqətini cəlb etmişdir. O, həmin vaxt zalda özümə aid masamda əyləşmiş və çantasını da masanın üzərinə qoymuşdu, sonra İlkanə danışdı ki, öz masasında olan çantasından içərisində 1300 manat lotereya pulu olan pul kisəsi oğurlanmışdır və hamı buna təəccüblə yanaşmışdır. Bu zaman həmin qadın sanitar qovşaqdan çıxmış və İlkanə bildirdi ki, həmin qadın onun çantasından pul kisəsini oğurlayıb və həmin qadından şübhəlidir. O da baxmışdır ki, həmin qadının əlində olan çanta da eynilə onun çantasındandır, yəni «VİLİTON» markalı idi, dəri və qəhvəyi rəngdədir, üzərində dediyi markası yapışdırılmışdır, həmin çantanı o, Antalyada olanda 700 manata almışdır, İlkanə həmin qadını saxlayıb çantasından pulu oğurlamaqda ondan şübhələndiyini bildirdi, həmin qadın oğurluq etmədiyini bildirdi və təklif etdi ki, çantasını açıb baxsınlar, onun çantasına baxmışlar və orada İlkanənin pul kisəsi və ya pul olmasını görməmişlər, həmin qadın oğurluğu etiraf etmədiyindən orada danışmışlar ki, salonda olan kamera görüntülərinə baxılacaq, həmin vaxt İlkanə iş otağına keçmiş və baş qarışıq olduğundan həmin qadına fikir verməmişlər. O da bundan istifadə edib orta qapıdan çıxıb getmişdir. O, oğlu Xəlil və İlkanə həmin qadını tapmaq üçün çıxmışlar, ətrafı axtarsalar da onu tapa bilməmişlər və sonra DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir, sonra da polis əməkdaşları gəlmişlər və salonda olan kamera görüntülərinə baxandan sonra məlum olmuşdur ki, həmin qadın salona girib və İlkanənin masasında olan çantasından pul qabını götürüb öz çantasına qoymuş və sonra maskasını taxaraq zalda olan kresloda oturaraq öz çantasında olan əşyalarını nizama salır, Sonra isə salonda olan sanitar qovşağa keçir və orada məlum oldu ki, həmin qadın salona girib inzibatçı Zemfira onun kimliyi ilə maraqlanıb və o da kimisə gözlədiyini deyib, sonra xadimə Sürəyya xanımın yanına gedib və ondan su alıb içib. Həmin qadın roza rəngli kofta, göy cins parçadan şalvar geyinmişdi, alçaq boylu, arıq qadın idi, baxımsız qadın idi, pinti formada qarabəniz idi, təxminən 40-45 yaşlarında olardı. Polislər həmin vaxt salonda sənədləşdirmələr aparıb getdilər və o da işin sonunda evinə getmişdir. Səhərisi günü ona məlum olmuşdur ki, İlkanə və Vəfa onlar gedəndən sonra sanitar qovşağı axtaranda həmin qadının getdiyi qovşaqdakı baçonkadan İlkanənin pul kisəsini və içərisində şəxsiyyət vəsiqəsini tapmışlar. Əlavə olaraq bildirmişdir ki, 10 fevral 2011-ci il təvəllüdlü qızı Xanım həmin gün iş yerində olub və usta Vəfanın qızı ilə salonda oynayırdılar, hadisədən sonra qızı ona demişdir ki, həmin qadın İlkanə xanımın masasını göstərərək orada əyləşən xanımın adının kim olmasını soruşub, uşaq da bildirib ki, İlkanədir. Bildirmişdir ki, lotereyanın pulu İlkanədə olmaqla onun masasından oğurlanıbsa da pul ona məxsus olub, həmin pul ona çatmalı idi. İlkanə həmin lotereyanın pulunu ona verməmişdir. Belə ki, ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 4 Saylı doğum evinin “USM” otağında tibb bacısı vəzifəsində işləyir. Hər gün işə saat 09:00-da gəlir və 17:00 radələrində işdən çıxır. Vəzifəsi “USM” otağının həkimi Zərərçəkmiş şəxs3 köməklik etməkdən, xəstələrin qeydiyyatını aparmaqdan ibarətdir. xx.xx.2019-cu il tarixdə, saat 09:00 radələrində işə gəlmişdir. “USM” otağında şəxsi əşyalarını yığmaq üçün dolablar vardır və o, həkim Şəhla ilə işə gəldikdən sonra əl çantalarını və şəxsi əşyalarını dolablara qoyurlar. İşə gəldikdən sonra həmişəki kimi Şəhla həkimlə əşyalarını və əl çantalarını dolaba qoymuşlar. Bundan sonra otağı tərk edərək çıxmışdır. Bir müddətdən sonra onu Şəhla həkim çağıraraq bildirmişdir ki, dolabda olan əl çantası oğurlanmışdır. O da dəhlizdə olan xəstələrin çox olduğunu, onlardan birinin götürəcəyini ehtimal etmiş və bu barədə Şəhla həkimə bildirmişdir. Bundan sonra o, Şəhla həkimlə birlikdə doğum evini axtarmağa başlamışlar. O, doğum evinin sanitar qovşağında Şəhla xanımın əl çantasını tapmış və gətirib ona verən zaman Şəhla həkim əl çantasının baxmış və bildirmişdir ki, çantanın içərisində olan 1530 manat pulu yoxdur. O, Şəhla həkimlə birlikdə dərhal doğum evinin içərisində quraşdırılmış müşahidə kameraları olan hissəyə getmiş və orada kameraya baxan zaman müəyyən etmişlər ki, bir nəfər qadın 40-45 yaşlarında, arıq bədən quruluşlu, orta boylu, sarı saçlı qadın “USM” otağına keçir və həmin qadın otaqdan çıxdıqdan sonra dəhlizdə olan xəstələrin çox olmasına görə onun hansı istiqamətdə getdiyini müəyyən etmək mümkün olmur. Şəhla xanım həmin qadını xəstəxananın içərisində, o isə xəstəxananın həyətində axtarmağa başlamışlar. O, xəstəxananın həyətində dayanmış şəxslərə qadını təsvir etdikdən sonra bir nəfər tanımadığı kişi qadının getdiyi istiqaməti ona göstərmiş və onun arxası ilə avtomaşınla apara biləcəyini təklif etmişdir. O da həmin tanımadığı şəxsin dəqiq markası və nömrə nişanını xatırlamadığı avtomaşını ilə göstərdiyi istiqamətdə getmişdir. Təxminən xəstəxanadan 300-500 metr kənarlaşan zaman həmin müşahidə kamerasında gördüyü qadının yol ilə getdiyini görmüş və tanımadığı şəxsdən avtomaşını saxlamasını xahiş etmişdir. Həmin şəxs qadının yanında avtomaşını saxlamış və o, yerə düşərək qadına yaxınlaşmışdır. Həmin qadına pulu götürməsini bildirmişdir. Qadın da etdiyi əməli etiraf etmişdir. O, həmin qadını doğum evinə dəvət etmişdir. Qadın da gəldiyi avtomaşınla doğum evinə gəlmiş və orada oğurladığı pulların hamısını təqdim etmişdir. Bundan sonra polis əməkdaşları gəlmiş və həmin qadını Qaradağ RPİ-nin 10-cu PB-nə aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 12 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxsin MSY-dan azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 14 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Hadisə yerinin müayinə olunması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri “Bakı Medical Plaza” hospitalının 6-cı mərtəbəsidir. Hadisə baş vermiş xidməti otaq 6-cı mərtəbədə yerləşən liftdən çıxdıqda sağ tərəfdə, uzun koridorun sonunda, sol tərəfdə yerləşir. Xidməti otaq bir balaca giriş otağından və bir otaqdan ibarətdir. Otağa daxil olduqda girişin sağ tərəfində dolab yerləşir. Könüllü təqdim olunan əşyaların götürülməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi, Zərərçəkmiş şəxs2 oğurladığı 07 ədədi 100 manatlıq, A00910519, A 74803632, A 82535150, A 85451102, B 08660728, B 02326487, B 06753481, 01 ədədi 50 manatlıq B12966290, 02 ədədi 20 manatlıq, A 64535266, B 31259086, 01 ədədi 10 manatlıq A 42776998, 03 ədədi 5 manatlıq C 21837458, C 52489622, C 56197500 və 1 ədədi 1 manatlıq olmaqla F 93132658 əskinaslara baxış keçirilməklə götürülmüşdür. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 816 manat pulu Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Elçin Mehdiyevdən qəbul etmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 4 saylı Doğum evinin USM otağına baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs3 bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 10 radələrində masanın üzərində əl çantasının içərisində 1530 manat pul olmuşdur. DVD diski götürmə və baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, həmin DVD diskdə 02 ədəd video görüntü faylı vardır. Həmin videogörüntüdən görünür ki, xx.xx.2019-cu il tarixdə saat 10:14:54-də Təqsirləndirilən şəxs gözündə eynək taxmış, əynində ağ rəngli köynək və göy rəngli cins şalvar vardır. O, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evinin “USM” otağına daxil olub oradan əl çantasını götürüb, dəhlizə çıxaraq həmin xəstəxananın sanitar qovşağına keçir, bir neçə dəqiqədən sonra isə sanitar qovşağından dəhlizə çıxaraq əlindəki çantasının içərisinə hər hansısa bir əşyanı yerləşdirməyə cəhd edərək xəstəxananın çıxışana tərəf gəlib xəstəxananı tərk edir. Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 iyul 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Qətimkan tədbiri seçilməsi barədə xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilmişdir. Müvəqqəti saxlama yerindən azad etmək haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildiyi üçün o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Axtarışda olanın tutulması ilə bağlı xx.xx.2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2020-ci il tarixdə tutularaq Nəsimi RPİ-dən Qaradağ RPİ-ni 10-cu PB gətirilmişdir. Vəsatətin rədd edilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında 19 avqust 2020-ci il tarixli qərarından görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Azər Həsənov tərəfindən təqdim olunmuş vəsatətin rədd edilməsi və iş üzrə Təqsirləndirilən şəxs dərhal Qaradağ RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. “Hadisə yerinə baxış” barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs4 DİN-in 102 xidmətinə verdiyi məlumat ilə bağlı ünvan 6 ünvanda yerləşən “Oksigen” klinikasının 2-ci mərtəbəsində yerləşən 208 saylı xidməti otağa baxış keçirilmişdir. Həmin otaqda ofis üçün mebel aləti qara rəngli divan kreslo vardır. Həkim Zərərçəkmiş şəxs4 bildirdi ki, bu gün saat 11:30 da həmin otağın qapısını açıq qoyaraq çıxmış və 11:49-da otağa qayıdarkən masanın üzərində qoyduğu, içərisində 500 AZN, 200 ABŞ dolları, “Kapital Bank” və “Muğan Bank” banklara məxsus kartlar olan 170 manat dəyərində olan pul kisəsi, dəridən olan müxtəlif rənglərdən ibarət olan əl çantasının içərisindən oğurlanmışdır. “Diskə baxış keçirilməsi haqqında” 10 iyul 2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 11:36:10 radələrində sonradan Təqsirləndirilən şəxs olması bilinən şəxs ünvan 7 ünvanda yerləşən “Oksigen” klinikasının 208-ci otağında heç kəsin olmamasını görərək daxil olması və 11:36:55 radələrində otaqdan çıxaraq klinikanı tərk etməsi əks olunmuşdur. “Qətimkan tədbiri seçilməsi haqqında” 27 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Hadisə yerinə baxış keçirilməsi barədə” 13 iyun 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı hadisə yerinin ünvan 8 ünvanında yerləşən “Beauty” gözəllik salonu olması müəyyən olunmuşdur. Hadisə yerinin baxışı zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək toplanmış materiala əlavə olunmuşdur. Qeyd edilən obyektin ümumi sahəsi 150 kv.-dır. Obyektin girişi uzun koridordan, ümumilikdə 6 otaqdan ibarətdir. Hadisə obyektin giriş hissəsində sol istiqamətdə 3-cü oturacağın üzərində vətəndaş Zərərçəkmiş şəxs5 məxsus çantadan içərisindən 1300 manat olan pul kisəsi oğurlanmışdır. “Video görüntülərə baxış keçirilməsi haqqında” 13 iyun 2020-ci il tarixli protokoldan görünür ki, baxışla müəyyən edilmişdir, təqdim edilmiş videogörüntülər CD-R tipli diskdə yazılmışdır, 01 ədəd videofayldan ibarətdir. Video faylına adı “VİD-20200624-WA0024” olmaqla, ölçüsü 6,05 Mbayt, davamiyyət müddəti 34 saniyədir. Video fayla baxarkən müəyyən edilir ki, gözəllik salonuna gələn müştərilər obyektdə əyləşərək söhbət edirlər. Daha sonra hadisəni törətməkdə şübhəli bilinən şəxs masanın üzərində olan vətəndaş Zərərçəkmiş şəxs5 məxsus çantanı açaraq oradan pul kisəsini götürərək obyekti tərk edir. Bununla videogörüntü və baxış başa çatır. “CD diskə baxış keçirilməsi haqqında” 07 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, diskdə 2 ədəd fayl var. Faylların birincisi 13 saniyədən ibarətdir. Həmin fayldan görünür ki, bir nəfər əynində göy rəngli cins şalvar, boz rəngli kofta olan qadın xəstəxananın dəhlizi ilə keçib gedir. İkinci fayl 14 saniyədən ibarətdir. Həmin fayldan görünür ki, bir nəfər əynində göy rəngli cins şalvar, boz rəngli kofta olan qadın xəstəxanadan çıxıb oradan uzaqlaşır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, əynində göy rəngli cins şalvar, boz rəngli kofta olan onun özüdür, həmin görüntülər xəstəxanadan oğurluq hadisəsi törədən zaman çəkilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 11 yanvar 2021-ci il tarixli qərarı ilə iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi Zərərçəkmiş şəxs3 məxsus 12 ədəd 100 manatlıq, 2 ədəd 50 manatlıq, 4 ədəd 20 manatlıq, 10 ədəd 10 manatlıq, 10 ədəd 5 manatlıq, Zərərçəkmiş şəxs2 məxsus 7 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 3 ədəd 5 manatlıq və 1 ədəd 1 manatlıq pul əskinaslarının maddi sübut hesab edilməsi və saxlanılması üçün sahiblərinə qaytarılmasının nəzərə alınması və Təqsirləndirilən şəxs oğurluq etdiyi hadisələri törətməsi görüntülərini özündə əks etdirən, istintaq dövründə əldə edilmiş 04 ədəd CD disklər maddi sübut kimi tanınmışdır. AR DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4-cü hissəsinə əsasən, şərti sınaq müddəti tətbiq edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2005-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 234.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010cu il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə xüsusi müəssisəyə keçirilmiş, xx.xx.2011-ci ildə cərimə cəzası ilə azad edilmişdir; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 326.2, 66.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanun tətbiq edilərək cəzası 02 il 08 aya endirilmiş, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 01 ay 12 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2018-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-158/2020 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 1(006)-434/2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 6 ay azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 2 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 1 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 2 il 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 29 dekabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolları, habelə cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 326.2, 66.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanun tətbiq edilərək cəzası 02 il 08 aya endirilmiş, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 01 ay 12 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs qızının əvvəl törətdiyi cinayətə görə məhkumluğu hazırda ittiham olunduğu CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyi zaman ödənilmədiyindən əməlində cinayətlərin residivi yaranmışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə birinci epizodu 01 iyul 2019-cu il tarixdə yəni, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmləri çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu cəmi 06 gün müddət azadlıqdan məhrum etmə növündə cəzasının müddətinə daxil olunmalıdır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – 29 dekabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli və barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(006)-434/2021 hökmü ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut - 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut - 12 ədəd 100 manatlıq, 2 ədəd 50 manatlıq, 4 ədəd 20 manatlıq, 10 ədəd 10 manatlıq, 10 ədəd 5 manatlıq pul əskinaslarının Zərərçəkmiş şəxs3, 7 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 3 ədəd 5 manatlıq və 1 ədəd 1 manatlıq pul əskinaslarının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 90 iş saatına görə 540 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-158/2022 saylı, 25 may 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 02 il 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu cəmi 06 gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 06 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(006)-434/2021 hökmü ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut - 12 ədəd 100 manatlıq, 2 ədəd 50 manatlıq, 4 ədəd 20 manatlıq, 10 ədəd 10 manatlıq, 10 ədəd 5 manatlıq pul əskinaslarının Zərərçəkmiş şəxs3, 7 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 3 ədəd 5 manatlıq və 1 ədəd 1 manatlıq pul əskinaslarının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut-04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 90 iş saatına görə 540 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar