Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-16/2025 11.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs hüquqi varisi X1 və müdafiəçisi Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Oqtay oğlunun iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin satış nümayəndəsi (ekspeditoru) vəzifəsində işləyərkən vahid niyyətlə ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda mənimsəməklə talamışdır. Belə ki, o hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2, ev 8, mənzil 9 olan Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN **********) 19 oktyabr 2004-cü il tarixdən satış nümayəndəsi (ekspeditoru) vəzifəsində işləyərkən, tamah niyyəti ilə, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə, Cəmiyyətlə aralarında bağlanmış əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamaq və ziyankarlığa qarşı mübariz olmaq, müəssisənin rəhbərliyinə vaxtı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmaq, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmaq, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etmək, ona etibar edilmiş maddi sərvətlərin inventarizasıyasını həyata keçirmək və sair səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyasını yerinə yetirən vəzifəli şəxs kimi, Cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2, ev 8, mənzil 9 ünvanda yerləşən anbarından 01 yanvar 2020-ci il tarixdən – 09 dekabr 2022-ci il tarixədək olan müddətdə rəsmi sənədlərlə ümumillikdə 3050602.72 manat dəyərində, müxətlif çeşitdə və adda rəqəmsal elektronika avadanlığını qəbul edib Cəmiyyətlə aralarında diller müqaviləsi mövcud olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin “DostTech” adı altında Bakı şəhərində fəaliyyət göstərən ticarət obyektinə satış üçün təhvil vermiş, xx.xx.2020-ci il tarixdə həmin diller üzrə 183579,69 manat qalığı qalmış, dillerlə aparılmış ABŞ valyutası ilə əməliyyatlardan borc qalıq yerdəyişməsi manat ekvivalentində 326053,57 manat olmuş, 40705,56 manat dəyərində mal anbara geri qaytarılmış, 23078,74 manat isə bonus olmuş, diller tərəfindən alınmış malların müqabilində 3452892,20 manat ödəniş edilmiş, 43559,48 manat Cəmiyyətin mühasibatlıq uçotu üzrə qalığı olmuş, diller tərəfindən təsdiq olunan faktiki borc 25031,0 manat olmaqla, həmin dillerdən xx.xx.2017-ci il tarixli qəbzlə 17000.0 manat, xx.xx.2017-ci il tarixli qəbzlə 13000.0 manat, xx.xx.2018-ci il tarixli qəbzlə 12000.0 manat, xx.xx.2018-ci il tarixli qəbzlə 23000.0 manat, xx.xx.2018-ci il tarixli qəbzlə 10131.0 manat, ümümilikdə isə 75131,0 manat satış pulunu qəbul edib həmin pul vəsaitindən 57031,0 manat nağd pulu hissə-hissə xəzinəyə ödəyib, 18100.0 manat satış pulunu təhvil verməyib özünün şəxsi ehtiyaclarına sərf edib, həmçinin diller tərəfindən geri qaytarma edilmiş 428,48 manat dəyərində malı anbara təhvil verməyib qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirib, öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş Zərərçəkmiş şəxs QSC-nə məxsus ümumillikdə 18528,48 (on səkkiz min beş yüz iyirmi səkkiz manar qırx səkkiz qəpik) manat miqdarında özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda mənimsəməklə talamışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İbtidai istintaq zamanı və əvvəlki məhkəmə iclaslarında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində xx.xx.2004-cü il tarixdə Zərərçəkmiş şəxs QSC-də ekspeditor vəzifəsinə işə qəbul edildiyini, 2022-ci ilin aprel ayında işdən kənarlaşdırılsa da, Cəmiyyətlə arasında olan əmək müqaviləsinə 2022-ci ilin noyabr ayında xitam verildiyini, o, ilk dəfə işə qəbul olunan zaman Cəmiyyətlə arasında əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlandığını, ekspeditor kimi vəzifələrinin ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, müəssisəyə heç bir səbəb üçündən ziyan vurmamaq və ziyankarlığa qarşı mübariz olmaq, müəssisənin rəhbərliyinə vaxtı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmaq, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmaq, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etmək, ona etibar edilmiş maddi sərvətlərin inventarizasıyasını həyata keçirmək və sairdən ibarət olduğunu, işlədiyi müddət ərzində o, 1000 manat məvacib aldığını, həmçinin satışdan əldə edilən pul vəsaitinin 1.5% bonus kimi hər ay ekspeditorlara verildiyini, o, Cəmiyyətdə yalnız rəqəmsal elektronika avadanlığının, yəni ki, smartfon tipli telefonların, həmçinin planşetlərin satışını həyata keçirdiyini, belə ki, Cəmiyyətdə məişət əşyalarının və rəqəmsal elektronika avadanlığının öz kanalı, həmçinin həmin kateqoriya üzrə menecerləri mövcud olduğunu, ekspeditor kimi işlədiyi “İNTEQRAL" QSC-nin faktiki ünvanı isə ünvan 4u, cəmiyyətin anbarı da faktiki ünvanında yerləşdiyini, cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən anbarından ekspeditorlara satış üçün yalnız kompüter, mobil telefon, smartfon, planşetlər, bəzi hallarda isə xırda məişət aşyaları buraxıldığını, Cəmiyyətdə yalnız mobil və smartfon tipli telefonların, həmçinin planşetlərin satışını həyata keçirdiyini, ekspeditor işlədiyi müddət ərzində onunla birgə avtomobildə sürücü-ekspeditor fəaliyyət göstərdiyini qeyd edərək bildirmişdir ki, o, ekspeditor işlədiyi müddət ərzində yalnız isti satışla işləmiş, həmçinin anbardan malları qəbul edib isti anbar kimi saxlamaq üçün, o cümlədən anbardan qəbul etdiyi malları dillerlərə paylanılmasını həyata keçirməkdən ötrü Cəmiyyət tərəfindən onların istifadəsinə Fiat markalı “Doblo” modelli, **-AL- *** dövlət qeydiyyat nişanlı avtomobil verilmiş, həmin avtomobildə o və onunla birgə fəaliyyət göstərən Cəmiyyətdə sürücü-ekspeditor işləyən Anar Dadaşzadə və Cəmiyyət tərəfindən onlara ayrılmış sürücü fəaliyyət göstərmiş, anbardan qəbul edilən malları dillerlərə satış üçün təhvil verən zaman həmin mallara dair yerində elektron qaimə-fakturanın tərtib edilməsi, həmçinin dillerlərdən satış pulunu qəbul edən zaman həmin pul vəsaitinə dair elektron kassa-mədaxil orderlərinin tərtib edilməsi üçün Cəmiyyət tərəfindən onlara terminal vasitəsi təhkim edilmişdir. O bildirmişdir ki, ekspeditor kimi işlədiyi müddət ərzində onlar Cəmiyyətin anbarına yaxınlaşaraq sifariş etdiyi malları qəbul etmiş, qəbul etdikləri mallara dair isə anbardar tərəfindən iki nüsxədə qaimə tərtib olunmaqla, həmin qaimənin “poluçil” yəni “təhvil aldı” qrafasını malı o qəbul edən zaman o, onunla birgə fəaliyyət göstərən Anar Dadaşzadə qəbul edən zaman isə sonuncu imzalamış, qaimənin “otpustil”, yəni “təhvil verdi” qrafasını isə anbardar imzalamış, bundan sonra isə həmin qaimənin bir nüsxəsi anbarda saxlanılmaqla digəri onlara verilmiş, anbardan götürdükləri mallar isə Cəmiyyətin sisteminə işlənilməklə, sistemdə həmin malları yerdəyişmə olaraq Cəmiyyətin anbarından onların istifadə etdiyi avtomobilin anbarına keçdiyi kimi, yəni yerdəyişmə kimi görünmüş, işlədiyi müddət ərzində onlar bazarı öyrənərək satışına təlabat olan malları anbardan qəbul edib sonradan həmin malları Cəmiyyətlə aralarında müqavilə olan dillerlərə satış üçün təhvil vermiş, mallar dillerlərə təhvil verilən zaman isə onlara təhkim edilmiş terminal vasitəsi ilə iki nüsxə də elektron qaimə-faktura çap edilməklə həmin qaimənin bir nüsxəsi dillerə verib, digər nüsxəsi isə günün sonunda Cəmiyyətin mühasibatlığına təqdim edilmiş, anbardan qəbul etdikləri mallar dillerlərə müəyyən vaxtlarda onun və işlədiyi müddətdə onunla birgə fəaliyyət göstərən sürücü-ekspeditor Anar Dadaşzadə tərəfindən təhvil verilmiş, mallar isə bəzən nağd, bir çox vaxt isə nisyə olaraq dillerlərə satış üçün təhvil verilmiş və nisyə verilmiş malların müqabilində pul vəsaitləri isə sonradan dillerlərdən qəbul edilmiş, bəzən isə satış üçün təhvil verilmiş malların müqabilində pul vəsaitləri dillerlər tərəfindən nağdsız qaydada Cəmiyyətin müvəkkil bankda olan hesabına köçürülmüş, satış üçün təhvil verilmiş malların müqabilində nağd pul vəsaitləri dillerlərdən qəbul edilən zaman terminal vasitəsi ilə iki nüsxədə elektron kassa-mədaxil orderi tərtib edilməklə həmin orderin bir nüsxəsi dillerə verilmiş, digər nüsxəsi isə günün sonunda onların tərəfindən Cəmiyyətin mühasibatlığına təhvil verilmişdir. O qeyd etmişdir ki, Cəmiyyətin anbarından qəbul edilən mallar, həmçinin istifadə etdikləri avtomobilin isti anbarında, yəni baqaj hissəsində olan faktiki mallar, o cümlədən onların tərəfindən dillerlərə satış üçün təhvil verilən mallar, eləcə də təhvil verilmiş malların müqabilində dillerlərdən qəbul edilmiş pul vəsaitləri daim Cəmiyyətin sisteminə işlənməklə bu barədə sistemdə məlumat əks olunmuşdur. O bundan başqa bildirmişdir ki, 2022-ci ilin aprel ayında Cəmiyyətin daxili auditləri tərəfindən onun dislokasiyasında geniş yoxlamalar keçirilmiş, ona həmin yoxlamada iştirak etməyi ilə bağlı məlumat verilmədiyindən isə o, sözü gedən yoxlamalarda, yəni keçirilmiş üzləşmələrdə iştirak etməmiş, bundan əlavə xx.xx.2022-ci il tarixdə Cəmiyyət rəhbərliyi tərəfindən ona bildirilmişdir ki, auditlər tərəfindən dislokasiyası üzrə keçirilmiş təftiş nəticəsində öhdəliyində çatışmazlıqlar aşkar edilmiş, həmçinin fəaliyyətinin yoxlanışının hələ də davam etdiyini ona söyləmiş, o isə Cəmiyyət rəhbərliyinə fəaliyyətində hər hansı çatışmazlığın olmasının qeyri mümkün olduğunu qeyd edərək bunun anlaşmazlıq olduğunu söyləmiş, bundan bir neçə gün sonra isə Cəmiyyət rəhbərliyi tərəfindən işdən kənarlaşdırılmış və aprel ayının təxminən sonlarından işə çıxmamışdır. 2022-ci ilin may ayının əvvəllərində onu Cəmiyyətə dəvət edərək orada ona satışdan əldə etdiyi pul vəsaitlərini mənimsədiyini bildirilmiş, o isə orada fəaliyyəti dövrü ərzində hər-hansı mənimsəmə əməlinə yol vermədiyini sonunculara söyləmiş, sonra isə ona öhdəliyində təxminən 100000.00 manat pul vəsaitinin çatışmazlığın olduğunu bildirərək həmin pul vəsaitini Cəmiyyətə ödəməyini ondan tələb edilmiş, o isə öhdəliyində hər-hansı çatışmazlın olmadığını bildirərək Cəmiyyətə pul vəsaiti ödəməkdən imtina etmiş, bundan başqa 2022-ci ilin iyul ayında isə sərbəst auditor ona zəng edərək fəaliyyətinin audit yoxlaması aparıldığını bildirərək, keçirilən audit yoxlamasında iştirak etmək üçün onu ofisinə dəvət etmiş və o oraya gedərək izahat vermiş, o, audit yoxlamasında iştirak edən zaman isə ona öhdəliyində təxminən 100141.72 manat çatışmalığın olduğunu bildirilmiş, o isə öhdəliyində hər-hansı çatışmazlığın olmadığını söyləmiş, bundan sonra isə hər-hansı pul vəsaitini mənimsəmədiyini Cəmiyyət rəhbərliyinə bildirərək hər-hansı ödəniş etməmiş, həmin dövrdə Cəmiyyət rəhbərliyi tərəfindən öhdəliyində yaranmış çatışmazlıqla hüquq-mühafizə orqanına müraciət edilmiş, bundan sonra isə isə, 2022-ci ilin oktyabr ayında faktla bağlı prokurorluqda cinayət işi başlanmış və noyabr ayının əvvəllərində isə o, Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilmişdir. O, öhdəliyində yaranmış 100141.72 manat pul vəsaitini mənimsəməsə də, noyabr ayının ortalarında o, həmin vəsaitin tam şəkildə Cəmiyyətə ödənilməsini təmin etmiş, sonradan isə məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustağlığı qətimkan tədbirinə dəyişdirilmiş, sonranda isə 2023-cü ilin yanvar ayının sonlarında ona əvvəllər elan olunmuş ittiham dəyişdirilərək ona əlavələr edilməklə ona Azərbaycan Respublikası CM-nin 179.3.2, 313 və 320.2-ci maddələri ilə yenidən ittiham elən edilmiş və fevral ayının əvvəllərində isə sözü gedən cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir və hazırda baxış mərhələsindədir. Təqsirləndirilən şəxs ifadəsinin davamı olaraq Zərərçəkmiş şəxs QSC-yə işə qəbul olunan zaman onunla əmək və tam maddi məsuliyyət haqqında müqavilə bağlandığını, Cəmiyyətlə arasında bağlanmış xx.xx.2004-cü il tarixli əmək və tam-maddi məsuliyyət haqqında müqavilədəki olan imzaların ona məxsus olduğunu, ekspeditor işlədiyi müddət ərzində Cəmiyyətin anbarından malları qaimə əsasında qəbul etdiyini və həmin qaimənin “poluçil” yəni “təhvil aldı” qrafasını o, “otpustil”, yəni “təhvil verdi” qrafasını isə anbardar imzaladığını, Cəmiyyətin anbarından satış məqsədi ilə qəbul etdiyi malları dillerlərə elektron qaimə əsasında təhvil verdiyini, belə ki, mallar təhvil verilən zaman onlara təhkim edilmiş terminal vasitəsi ilə iki nüsxədə elektron qaimə tərtib edilməklə həmin qaimənin birini dillerə verdiyini, digərini isə sonradan Cəmiyyətin mühasibatlığına təhvil verdiyini, dillerlərdən satış pulu da onun tərəfindən eyni qayda da qəbul edildiyini, yəni ki, satış pulu qəbul edilən zaman terminal vasitəsi ilə onun tərəfindən iki nüsxədə elektron kassa-mədaxil orderi tərtib edilməklə həmin orderin biri dillerdə qaldığını, digəri isə onun tərəfindən mühasibatlığa təhvil verildiyini, müəyyən hallarda isə dillerlər pul vəsaitlərini nağdsız qaydada Cəmiyyətin bankda olan hesabına köçürdüyünü, Satışdan əldə olunan pul vəsaitləri onun tərəfindən xəzinədara təhvil verilən zaman bununla bağlı iki nüsxədə xəzinə mədaxil orderi tərtib olunmaqla həmin orderin biri onda, digəri isə xəzinədarda qaldığını, ekspeditor işlədiyi müddət ərzində DostTech "xxxx" MMC adlı dillerlə ticarət əlaqələrində olduğunu və həmin dillerə rəqəmsal elektronika avadanlığının, yəni telefon və planşetin satışını etdiyini, ticarət əlaqələrinin isə həm nağd, həmdə nağdsız köçürülmə qaydasında aparıldığını, ticarət əlaqələrində olduğu müddət ərzində isə sözü gedən dillerlə onun tərəfindən mütəmadi üzləşmələr aparıldığını qeyd edərək, ona 13 mart 2023-cü il tarixli müstəqil auditor aktı təqdim edilmiş və bununla bağlı bildirmişdir ki, o, fəaliyyət göstərdiyi müddət ərzində DostTech "xxxx" MMC adlı dillerlə həm nağd, həmçinin nağdsız qaydada işləmiş, işlədiyi müddət ərzində isə sözü gedən dillerdən qəbul etdiyi nağd pul vəsaitlərini Cəmiyyətin xəzinəsinə ödəmişdir. O, audit aktında göstərilənlər, yəni ki, sözü gedən diller üzrə öhdəliyində 18528,48 manat çatışmazlığın aşkar edilməsi həqiqəti əks etdirmədiyini və o, sözü gedən çatışmazlığın olması ilə razı olmadığını, belə ki, bunun absurd məsələ olduğunu qeyd etmişdir. Bundan başqa ona təqdim edilmiş DostTech "xxxx" MMC tərəfindən ödənilmiş ümumillikdə 75131,0 manat satış puluna dair xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli qəbzlərin surətləri ilə bağlı bildirmişdir ki, onun tərəfindən satılmış malların müqabilində ümumillikdə 75131,0 manat satış pulu həmin Cəmiyyətin mühasibi olan Şahid4 tərəfindən ona xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli qəbzlər əsasında ödənilmiş və o, həmin məbləğləri tam şəkildə Cəmiyyətin xəzinəsinə təhvil vermiş, bundan başqa həmin qəbzlərin surətlərində Təhvil alan”, “İmza” qrafasındakı imzaların ona məxsus olmuşdur. O bundan başqa bildirmişdir ki, DostTech "xxxx" MMC-dən ona vozvrat, yəni qaytarma edilmiş ümumillikdə 428,48 manat dəyərində mal onun tərəfindən Cəmiyyətin anbarına qaytarılaraq təhvil verilmişdir. O qeyd etmişdir ki, Cəmiyyətin əməkdaşları tərəfindən DostTech "xxxx" MMC-də yoxlamalar aparıldıqdan sonra oranın mühasibi olan Şahid4 onunla əlaqə saxlayaraq bu barədə ona məlumat vermiş, yəni bildirmişdir ki, yoxlamalar zamanı çatışmazlıq aşkar edilmiş, o isə İradə xanıma sonuncudan qəbul etdiyi pul vəsaitlərini tam şəkildə Cəmiyyətə ödədiyini söyləmişdir. O bildirmişdir ki, Şahid4 tərəfindən xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli qəbzlər əsasında ona ödənilmiş, ümumillikdə 75131,0 manat satış pulunu o, Cəmiyyətdə xəzinəyə təhvil verən zaman bununla bağlı xəzinə mədaxil orderi tərtib olunub imzalanmaqla bir nüsxəsi ona təqdim edilmişdir. O, lakin bunun üzərindən xeyli vaxt keçdiyindən həmin qəbzlərin harada olmasından xəbəri olmadığını, qəbzlərin surətlərini tapdığı halda istintaqa təqdim edəcəyini söyləmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs hüquqi varisi X2 və müdafiəçisi Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Oqtay oğlu Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi Nümayəndə mülki iddiaçı Zərərçəkmiş şəxs QSC”-nin adından iş üzrə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı maddi zərərin ödənilməsinə dair iddia ərizəsi verərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC-nin xeyrinə 18.528,48 manat pulun tutulmasını xahiş etmişdir. Lakin məhkəmə istintaqı gedişində Təqsirləndirilən şəxs ölümü ilə bağlı mülki iddia ərizələrindən imtina etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində bildirmişdir ki, 2012-ci mart ayından Zərərçəkmiş şəxs QSC-də xəzinədar vəzifəsində işləyir, işlədiyi QSC-nin baş direktoru X3r. Cəmiyyətin fəaliyyəti iri və xırda məişət əşyalarının, o cümlədən elektronika avadanlıqlarının, yəni kompüter, mobil telefonlar, planşetlər və onların aksesuarlarının topdan satışını həyata keçirməkdən ibarətdir. Cəmiyyətin rəhbərliyi tərəfindən işə qəbul olunan əməkdaşlarla müvafiq əmək müqavilələri və tam maddi məsuliyyət haqqında müqavilə bağlanır, Cəmiyyətin faktiki ünvanında yerləşən ofisində ondan başqa xəzinədar vəzifəsində işləyən şəxs olmadığını, səlahiyyətlərinə əsasən vəzifəsinin Cəmiyyətin xəzinəsinə daxil olan pul vəsaitlərini xəzinəyə mədaxil etməkdən və xəzinədəki pul vəsaitlərini müvafiq sənədlər əsasında xəzinədən məxaric etməkdən ibarət olduğunu, xəzinədar işlədiyi Zərərçəkmiş şəxs QSCdə rəqəmsal texnikanın satışı ilə, yəni (kompüter, mobil telefon, smartfon, planşet və.s) məşğul olan ticarət nümayəndələri (ekspeditorlar) yalnız isti satışla işlədiyini, belə ki, ekspeditorlar dillerlərə satış üçün təhvil veridikləri malların müqabilində pul vəsaitlərini dillerlərdən qəbul etdikləri zaman, həmin pul vəsaitinin qəbuluna dair istifadələrində olan terminal vasitəsi ilə müvafiq çek çap edərək həmin çeki imzalayıb bir nüsxəsini pul vəsaiti ödəyən dillerə verərək bir nüsxəsini özlərində saxladığını, sonradan isə ekspeditorlar qəbul etdikləri pul vəsaitini və həmin pullara dair terminal çeklərini xəzinəyə təhvil verərək həmin pul vəsaitləri onun tərəfindən xəzanəyə mədaxil edildiyini və bununla bağlı onun tərəfindən kassa-mədaxil orderləri tərtib edilərək ekspeditor və onun tərəfindən imzalandığını bildirmişdir. Qəbz verilirdi, imza olunurdu, biri onda biri isə digər tərəfdə qalırdı. Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, sonuncunu Cəmiyyətdə işlədiyi müddət ərzində tanıdığını, qeyd olunan şəxslə heç bir qohumluğunun, qərəzliyinin, düşmənçiliyinin olmadığı qeyd edərək bildirmişdir ki, "xxxx" QSC-nin sabiq ticarət nümayəndəsi (ekspeditor) Təqsirləndirilən şəxs anbardan qəbul etdiyi malların satışından əldə etdiyi pul vəsaitlərinin ödənişlərini dillerlərdən qəbul etdikdən sonra nağd qaydada xəzinəyə ödəmiş, sonuncu nağd şəkildə Cəmiyyətə ödədiyi pul vəsaitlərini o, xəzinəyə daxil edib rəsmiləşdirmiş, yəni ki, ödənilən pula dair hər zaman mədaxil qəbz tərtib edilməklə, həmin qəbzi o və Təqsirləndirilən şəxs imzalamışdır. O bundan əlavə, Təqsirləndirilən şəxs öhdəliyində yaranmış çatışmazlıqla bağlı qeyd etmişdir ki, təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində Cəmiyyətin regionda fəaliyyət göstərən ekspeditorların birinin fəaliyyətində çatışmazlıqlar aşkar edilmiş və bu səbəbdən Cəmiyyət rəhbərliyinin göstərişinə əsasən digər ekspeditorların da fəaliyyəti yoxlanılmağa başlanmış, bundan əlavə həmin vaxt Cəmiyyət rəhbərliyinin göstərişinə əsasən 2022-ci ilin aprel ayı ərzində Cəmiyyətin daxili auditləri tərəfindən rəqəmsal elektronika avadanlığının satışı ilə işləyən ekspeditorların fəaliyyəti də yoxlanılmış, eləcə də, həmin dövrdə ekspeditor Təqsirləndirilən şəxs fəaliyyəti yoxlanaraq sonuncunun dislokasiyasına aid olan dillerlərdə mal və pul qalığının təftişi keçirilmiş, Təqsirləndirilən şəxs fəaliyyəti yoxlanılan zaman sonuncunun ticarət əlaqəsində olduğu bir neçə diller üzrə çatışmazlıqlar aşkar olunmuş və nəticədə isə, keçirilmiş yoxlama və təftiş nəticəsində Elnurun ticarət əlaqəsində olduğu 10 diller üzrə öhdəliyində ümumillikdə 100141.72 manat çatışmazlığın olduğu təsdiq edilmiş, sonradan isə bildiyi qədəri ilə həmin dövrdə Cəmiyyət rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs öhdəsində yaranmış çatışmazlıq sonuncudan tələb edilsə də, Elnur qeyd olunan pul vəsaitini Cəmiyyətə ödəməkdən yayınmış və ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində ifadəsində 2013-cü il tarixdə Cəmiyyətə mühasib vəzifəsinə işə qəbul edildiyini, 2013-2018-ci illər ərzində Cəmiyyətdə mühasib, 2018-ci ildən 2023-cü ilin fevral ayınadək isə aparıcı mühasib vəzifəsində işlədiyini, .2023-cü ilin fevral ayında isə Cəmiyyətdə maliyyə şöbəsinin müdiri vəzifəsinə təyin olunmaqla hazırkı vaxtadək sözü gedən vəzifədə işlədiyini, işlədiyi Cəmiyyətin direktoru X4 olduğunu, Cəmiyyətin fəaliyyəti iri və xırda məişət əşyalarının, o cümlədən rəqəmsal elektronika avadanlığının və onların aksesuarlarının topdan satışını həyata keçirməkdən ibarət olduğunu, Cəmiyyətdə fəaliyyət göstərən ekspeditorlar, həmçinin sürücü-ekspeditorlar maddi məsul şəxslər olduğuna görə sonuncularla əmək müqavilələri bağlanarkən, eyni zamanda tam maddi məsuliyyət haqqında müqavilə də bağlandığını, ona görə də, ekspeditorlar, eləcə də sürücüekspeditorlar satış üçün götürdükləri mallar üzrə tam məsul cavabdeh şəxs olduğunu qeyd edərək bildirmişdir ki, Cəmiyyətin faktiki ünvanında yerləşən ofisində hazırda onun rəhbərliyi altında çalışan Şahid1 başqa xəzinədar vəzifəsində işləyən şəxs yoxdur və xəzinədarın səlahiyyətlərinə əsasən vəzifələri Cəmiyyətin xəzinəsinə daxil olan pul vəsaitlərini xəzinəyə mədaxil etməkdən və xəzinədəki pul vəsaitlərini müvafiq sənədlər əsasında xəzinədən məxaric etməkdən ibarətdir. O, Cəmiyyətdə rəqəmsal elektronika avadanlığının satışı ilə, yəni (kompyuter, mobil telefon, smartfon, planşet və.s) məşğul olan ticarət nümayəndələri (ekspeditorlar) yalnız isti satışla işlədiyini, belə ki, ekspeditorlar dillerlərə satış üçün təhvil veridikləri malların müqabilində pul vəsaitlərini dillerlərdən qəbul etdikləri zaman, həmin pul vəsaitinin qəbuluna dair istifadələrində olan terminal vasitəsi ilə müvafiq çek çap edərək həmin çeki imzalayıb bir nüsxəsini pul vəsaitini ödəyən dillerə verərək bir nüsxəsini özlərində saxladığını, sonradan isə ekspeditorlar qəbul etdikləri pul vəsaitini və həmin pullara dair terminal çeklərini xəzinəyə təhvil verərək həmin pul vəsaitləri xəzinədar tərəfindən xəzanəyə mədaxil edildiyini, həmçinin bununla bağlı kassa-mədaxil orderləri tərtib edilərək ekspeditor və xəzinədar tərəfindən imzalandığını, ekspeditorlar tərəfindən dillerlərə satış üçün verilən mallar nağd və nisyə qayda da verildiyini, bəzi hallarda dillerlərin şəxsən özləri tərəfindən Cəmiyyətin anbarından mallar alınan zaman həmin malların müqabilində pul vəsaitləri sonuncular tərəfindən birbaşa Cəmiyyətin xəzinəsinə ödənilərək bununla bağlı kassa-mədaxil orderləri tərtib edildiyini, sonradan isə həmin qəbzlər xəzinədar tərəfindən qovluğa yığılmaqla sonradan Cəmiyyətin xəzinəsinə təhvil verilərək mühasibatlıqda saxlanıldığını qeyd etmişdir. O bundan başqa, dillerlərlə nağdsız qaydada satışda aparıldığını və qeyd olunan satış isə elektron vergi-hesab fakturası tərtib olunmaqla, həmin fakturaya əsasən dillerlər ödənişi Cəmiyyətin bankda olan hesabına ödədiyini, ödənilən məbləğlər isə Cəmiyyətin sistemində ticarət nümayəndələrinin (ekspeditorların) anbardan götürdüyü mallara görə hesablarından çıxıldığını, bundan əlavə müəyyən dillerlər, Cəmiyyətə pul vəsaitlərini həm nağd, həmçinin nağdsız qaydada ödənişini etdiyini bildirmişdir. İNTQRAL” QSC-nin sabiq ticarət nümayəndəsi (ekspeditor) Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, həmin şəxsi Cəmiyyətdə işlədiyi müddət ərzində tanıdığını, sonuncu ilə heç bir qohumluğunun, qərəzliyinin, düşmənçiliyinin olmadığını qeyd edərək bildirmişdir ki, təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində Cəmiyyətin regionda fəaliyyət göstərən ekspeditorların birinin fəaliyyətində çatışmazlıqlar aşkar edilmiş və bu səbəbdən Cəmiyyət rəhbərliyinin göstərişinə əsasən digər ekspeditorlarında fəaliyyəti yoxlanılmağa başlanmış, bundan əlavə həmin vaxt Cəmiyyət rəhbərliyinin göstərişinə əsasən 2022-ci ilin aprel ayı ərzində Cəmiyyətin daxili auditləri tərəfindən rəqəmsal elektronika avadanlığının satışı ilə işləyən ekspeditorların fəaliyyəti də yoxlanılmış, eləcə də, həmin dövrdə ekspeditor Təqsirləndirilən şəxs fəaliyyəti yoxlanaraq sonuncunun dislokasiyasına aid olan dillerlərdə mal və pul qalığının təftişi keçirilmiş, Təqsirləndirilən şəxs fəaliyyəti yoxlanılan zaman sonuncunun ticarət əlaqəsində olduğu bir neçə diller üzrə çatışmazlıqlar aşkar olunmuşdur. 2023-cü ilin fevral ayının əvvəllərində Cəmiyyətə dəvət olunmuş sərbəst auditor tərəfindən xx.xx.2023-ci il tarixdən - xx.xx.2023-cü il tarixə dək “DostTech "xxxx" MMC adlı diller üzrə yoxlama aparılaraq üzləşmələr keçirilmiş, nəticədə də, isə Təqsirləndirilən şəxs həmin diller üzrə öhdəliyində 18528,48 manat çatışmazlığının olduğu müəyyən edilmişdir. Eləcə də, yoxlamalar zamanı müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdən – xx.xx.2018-ci il tarixədək “DostTech "xxxx" MMC adlı diller tərəfindən Təqsirləndirilən şəxs ümumillikdə 428,48 manat dəyərində mal geri qaytarma (vozvrat) edilmiş, lakin mallar sonuncu tərəfindən Cəmiyyətə təhvil verilməmişdir. Məhkəmə iclaslnda müdafiə tərəfin vəsatətinə əsasən dindirilmiş şahid X4 ifadəsində göstərmişdir ki, QSC-nin baş direktoru işləyir. Cəmiyyətin fəaliyyəti iri və xırda məişət əşyalarının, o cümlədən elektronika avadanlıqlarının, yəni kompüter, mobil telefonlar, planşetlər və onların aksesuarlarının topdan satışını həyata keçirməkdən ibarətdir. “İNTEQRAL" QSC-nin hüquqi ünvanı və faktiki ünvanı ünvan 6n ümumi fəaliyyəti kommersiya fəaliyyətidir. Təqsirləndirilən şəxs topdan satış şöbəsində fəaliyyət göstərirdi. O, şirkətdə işə başlayanda artıq Elnur orada işləyirdi. Onlar daxili prosedur olaraq bir neçə ildən bir sıfırlama aparırlar. Həmin müddətdə onlar problemlərin üzə çıxdığının şahidi olmuşlar. Onlar ümumi yoxlamadan sonra sənədləri toplayıb Elşən müəllimə vermişlər. Ondan sonra hüquqi məslələrlə Elşən müəllim məşğul olurdu. Verilmiş suallara cavab olaraq X4 ifadəsində onun həmin şirkətdə 2022-ci ilin yanvar ayından direktor kimi fəaliyyət göstərməsini, 2010-cu ildən İnteqral MMC-də işləməsini, yoxlamaların 2-3 ildən bir keçirilməsini, Elnur ilə aralarında heç bir problem olmamasını, əvvəllər araşdırma olmasını, həmin araşdırmanın təsdiqini tapmadığı üçün ittiham elan edilməməsini, bütün sənədləri almalarını və hüquqi işlərin aparılması üçün tədbirlər görülməsini, Elnurla borcu barəsində bildiyi qədər ilə heç kimin danışmamasını, Ağır Cinayətlər məhkəməsində iş gedən zaman paralel araşdırma aparılmasını və nə vaxt araşdırma aparılması barədə məlumatının olmamasını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində 2006-cı il tarixdən "xxxx" MMC-də mühasib vəzifəsində çalışdığını, işlədiyi Cəmiyyətə məxsus, ünvan 7 ünvanında “DostTech” adlı mağaza fəaliyyət göstərdiyini, sözü gedən mağazanın da mühasibatlıq işlərinin onun tərəfindən aparıldığını, “DostTech” rəqəmsal texnikanın, məişət tenixkasının və avadanlığının satışını həyata keçirildiyini, sözü gedən mallar isə müxtəlif firmalardan nağd və nisyə alınaraq satışını həyata keçirildiyini, həmin firmalardan biri də Bakı şəhərində fəaliyyət göstərən Zərərçəkmiş şəxs QSC olduğunu və işlədiyi Cəmiyyətlə sözü gedən QSC arasında təxminən 2012-ci ildən diller müqaviləsi mövcud olduğunu, həmin Cəmiyyətin ekspeditoru işləmiş Təqsirləndirilən şəxs ticarət əlaqələri zamanı tanıdığını, sonuncu ilə qohumluğunun, qərəzliyinin, ədavətinin olmadığını, Təqsirləndirilən şəxs mühasib işlətdiyi "xxxx" MMC-nə məxsus “DostTech” mağazasına rəqəmsal texnikanın, yəni ki, mobil smartfon və s. nağd və nisyə qaydada satışını etdiyini qeyd edərək bildirmişdir ki, 2018-ci ilin iyun ayınadək Zərərçəkmiş şəxs QSC ilə ticarət əlaqələri nağd qaydada, sonradan isə nağdsız köçürmə qaydasında həyata keçirilmiş, belə ki, Təqsirləndirilən şəxs tərəfindən satılmış malların müqabilində pul vəsaitləri 2018-ci ilin iyun ayınadək onlar tərəfindən nağd qaydada sonuncuya ödənilmiş, sonradan isə malların müqabilində pul vəsaitləri köçürmə yolu ilə Cəmiyyətin hesabına köçürülmüşdür. O qeyd etmişdir ki, 2022-ci ildə Zərərçəkmiş şəxs QSC-nin əməkdaşlarından eşitmişdir ki, Təqsirləndirilən şəxs öhdəliyində külli miqdaqda çatışmazlıqlar aşkar edilmiş və sonuncu işdən kənarlaşdırılmış, bundan sonra sonradan ona məlum olmuşdur ki, 2022-ci ilin sonlarında Təqsirləndirilən şəxs Cəmiyyətdə işləldiyi müddət ərzində etdiyi mənimsəmə cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs edilmiş, sonradan isə vurulmuş zərəri tam şəkildə Cəmiyyətə ödəmişdir. Bundan sonra bildirmişdir ki 2023-cü ilin fevral ayının əvvəllərində Cəmiyyət əməkdaşları “DostTech” mağazasına gələrək Elnurun ticarət əlaqəsi olduğu dillerlərlə pul borcunun və mal qalığının olub-olmamasını araşdırıldığını bilirmiş, o isə Cəmiyyət əməkdaşların şərait yaratmış, bir neçə gün ərzində sənədlər əsasında yoxlama aparıldıqdan sonra Təqsirləndirilən şəxs “DostTech” mağazası üzrə öhdəliyində ümumillikdə 18528,48 manat çatışmazlığın olduğu müəyyən olunmuş, yoxlamalar zamanı məlum olmuşdur ki, həmin məbləğin 18100,0 manat satış pulu onun tərəfindən 2017-2018-ci il tarixlərdə Təqsirləndirilən şəxs ödənilmiş, 428,48 manat dəyərində isə mal sonuncuya geri qaytarma (vozvrat) edilmişdir. O bildirmişdir ki, həmçinin yoxlama zamanı ödənilmiş qəbzlərin surətləri onun tərəfindən yoxlamaya təqdim edilmiş, qəbzlər əsasında isə Cəmiyyətin mühasibatlığı ilə qarşılıqlı üzləşmə aparılaraq məlum olmuşdur ki, onun tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə 17000.0 manat satış pulu ödənilmiş, lakin həmin məbləğin 16000.0 manatı Cəmiyyətin xəzinəsinə təhvil verilsə də, 1000.0 manatı təhvil verilməmiş, həmçinin xx.xx.2017-ci il tarixdə 13000.0 manat satış pulu onun tərəfindən sonuncuya ödənilmiş, lakin həmin məbləğin 10000.0 manatı Cəmiyyətin xəzinəsinə təhvil verilsə də, 3000.0 manatı təhvil verilməmiş, bundan əlavə xx.xx.2018-ci il tarixdə 12000.0 manat satış pulu onun tərəfindən Təqsirləndirilən şəxs ödənilmiş, lakin həmin məbləğ tam şəkildə Cəmiyyətin xəzinəsinə təhvil verilməmiş, bundan başqa xx.xx.2018-ci il tarixdə 23000.0 manat satış pulu onun tərəfindən sonuncuya ödənilmiş, lakin həmin məbləğin 21000.0 manatı Cəmiyyətin xəzinəsinə təhvil verilsə də, 2000.0 manatı təhvil verilməmiş, o cümlədən xx.xx.2018-ci il tarixdə 10131.0 manat satış pulu onun tərəfindən Təqsirləndirilən şəxs ödənilmiş, lakin həmin məbləğin 10031.0 manatı Cəmiyyətin xəzinəsinə təhvil verilsə də, 100.0 manatı təhvil verilməmiş, bununla da xx.xx.2017-ci il tarixdən – xx.xx.2018-ci il tarixədək sonuncuya ödənilmiş ümumillikdə 75131,0 manat satış pulundan Təqsirləndirilən şəxs 7031,0 manat satış pulunu Cəmiyyətin xəzinəsinə ödəmiş, 18100.0 manat satış pulunu isə ödəməmişdir. O qeyd etmişdir ki, eləcə də, xx.xx.2017-ci il tarixdən – xx.xx.2018-ci il tarixədək onların tərəfindən Təqsirləndirilən şəxs 428,48 manat dəyərində isə mal sonuncuya geri qaytarma (vozvrat) edilmiş, həmin mallar isə Cəmiyyətə təhvil verilməmişdir. o bundan əlavə bildirmişdir ki, Təqsirləndirilən şəxslə ticarət əlaqələrində olduğu müddət ərzində o, nağd satış pullarını sonuncunun şəxsən özünə ödəmiş, lakin Elnurun həmin pul vəsaitlərini tam şəkildə Cəmiyyətin xəzinəsinə təhvil verib verməməsi ilə bağlı onun məlumatı olmamış, bununla bağlı isə az öncə qeyd etdiyi kimi onun 2023-cü ilin fevral ayının əvvəllərində Cəmiyyətin əməkdaşları tərəfindən yoxlama aparılan zaman məlumatı olmuş, o, bu barədə Təqsirləndirilən şəxs dedikdə isə, sonuncu sözü gedən satış pullarının tam şəkildə Cəmiyyətin xəzinəsinə ödədiyini qeyd etmişdir. O, bundan əlavə onların tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən – xx.xx.2018-ci il tarixədək ödənilən pullara dair qəbzlərin surətlərini ifadəsinə əlavə etmişdir. Şahid4 məhkəməyə xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram vuraraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin ibtidai araşdırması zamanı Şahid4 istintaqa könüllü təqdim etdiyi xx.xx.2017-ci il tarixli, 17000.0 manat ödənişə dair “Qəbz”in kserosurəti – 01 vərəq, xx.xx.2017-ci il tarixli, 13000.0 manat ödənişə dair “Qəbz”in kserosurəti – 01 vərəq, xx.xx.2018-ci il tarixli, 12000.0 manat ödənişə dair “Qəbz”in kserosurəti – 01 vərəq, xx.xx.2018-ci il tarixli, 23000.0 manat ödənişə dair “Qəbz”in kserosurəti – 01 vərəq, xx.xx.2018-ci il tarixli, 10131.0 manat ödənişə dair “Qəbz”in kserosurəti – 01 vərəq xx.xx.2023-cü il tarixli qərar və protokolla sonuncudan götürülməklə müvafiq qaydada iş materiallarına əlavə edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 14 noyabr 2023-cü il tarixli 4/1812 №-li rəydə göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs 17000.0 manat satış pulunun ödənilməsinə dair xx.xx.2017-ci il tarixli, 13000.0 manat satış pulunun ödənilməsinə dair xx.xx.2017-ci il tarixli, 12000.0 manat satış pulunun ödənilməsinə dair xx.xx.2018-ci il tarixli, 23000.0 manat satış pulunun ödənilməsinə dair xx.xx.2018-ci il tarixli və 10131.0 manat satış pulunun ödənilməsinə dair xx.xx.2018-ci il tarixli qəbzlərin kserosurətlərinə əks olunmuş “Təhvil alan” qrafalarında “Verdiyev Lenur” yazıları və “İmza” qrafalarındakı imzalar – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 126 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 17 oktyabr 2023-ci il tarixli 9/7326 №-li rəydə göstərilmişdir ki, DostTech (TSE MMC) ilə aparılmış əməliyyatlarla bağlı Zərərçəkmiş şəxs MMC-də üzləşdirmə aktları, qaimə-fakturalar, mədaxil qəbzləri, bank hesabından çıxarışlar, auditor rəyi eləcə də cədvəl məlumatları nəzərə alınmaqla sabiq ekspeditor Təqsirləndirilən şəxs hesabı üzrə 18528,48 manat çatışmazlığın yaranması müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 250 manat təşkil edir. İş materiallarına əlavə edilmiş tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Reslublikası CMnin 179.3.2, 313 və 320.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3 maddəsinə əsasən 03 il müddətə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, 05 il 03 ay azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, təyin olunmuş cəza CM-nin 70-ci maddəsinə əsasən şərti hesab edilməklə ona 02 il sınaq müddəti müəyyən edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC-nin anbarından satış üçün maddi məsuliyyətinə götürdüyü mallara dair Cəmiyyət daxili qaimələr və istintaq zamanı Şahid4 istintaqa könüllü təqdim etdiyi və xx.xx.2023-cü il tarixli qərar və protokolla sonuncudan götürülməklə müvafiq qaydada iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ödənilmiş satış pullarına dair, o cümlədən xx.xx.2017-ci il tarixli, 17000.0 manat ödənişə dair, xx.xx.2017-ci il tarixli, 13000.0 manat ödənişə dair, xx.xx.2018-ci il tarixli, 12000.0 manat ödənişə dair, xx.xx.2018-ci il tarixli, 23000.0 manat ödənişə dair, xx.xx.2018-ci il tarixli, 10131.0 manat ödənişə dair “Qəbz”lərin surətləri ********* №-li cinayət işi maddi sübut qismində tanınmış və həmin sənədlərin cinayət işi materiallarında saxlanması nəzərə alınmışdır. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindəh görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə “ürəyin aterosklerotik” xəstəliyindən Bakı şəhərində ölmüşdür. Məhkəmə, işdə iştirak edən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan əməllərin törədilməsini özü ibtidai istintaq zamanı etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 144-146-cı maddələri). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələrin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlmişdir.Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. CM-nin 179.2.3 və 179.2.4 maddələrinə əsasən-Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə -dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Mənimsəmə talamanın müstəqil forması olub, obyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli şeylərin ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların xüsusi tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə keçirir. Əmlak hər hansı təşkilatın işçisi hesab edilməyən xüsusi şəxslərə də etibar edilə bilər (onlara yuxarıda qeyd olunan sərəncam vermə, idarə etmə, saxlama və s. səlahiyyətlər verməklə). Təqsirkara səlahiyyətlər podrat, icarə, saxlama və s. mülki-hüquqi müqavilələr əsasında da verilə bilər. CPM-in: 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir; 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, lakin onun ölməsi ilə əlaqədar onun barəsində cəza təyin edilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq verməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə ittiham hökmü çıxarılmalı, lakin təqsirləndirilən şəxsə cəza təyin edilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2 və 44.2.1-1-ci maddələrinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və xx.xx.2024-cü il tarixdə öldüyündən ona cəza təyin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in: 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə istintaqının gedişində zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənilməsini tələb etsədə, məhkəmə istintaqında təqsirləndirilən şəxs öldüyündən mülki iddiaçı Zərərçəkmiş şəxs QSC mülki iddiasından imtina etmişdir. Ona görə də zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə maddi sübut qismində tanınmış - Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSCnin anbarından satış üçün maddi məsuliyyətinə götürdüyü mallara dair Cəmiyyət daxili qaimələr və istintaq zamanı Şahid4 istintaqa könüllü təqdim etdiyi və xx.xx.2023-cü il tarixli qərar və protokolla sonuncudan götürülməklə müvafiq qaydada iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ödənilmiş satış pullarına dair, o cümlədən xx.xx.2017-ci il tarixli, 17000.0 manat ödənişə dair, xx.xx.2017-ci il tarixli, 13000.0 manat ödənişə dair, xx.xx.2018-ci il tarixli, 12000.0 manat ödənişə dair, xx.xx.2018-ci il tarixli, 23000.0 manat ödənişə dair, xx.xx.2018-ci il tarixli, 10131.0 manat ödənişə dair “Qəbz”lərin surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının ümumi dəyəri – 376 manat Təqsirləndirilən şəxs öldüyündən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, lakin ona Azərbaycan Respublikası CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş hesab edilsin. Cinayət işi üzrə maddi sübut - Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC-nin anbarından satış üçün maddi məsuliyyətinə götürdüyü mallara dair Cəmiyyət daxili qaimələr və istintaq zamanı Şahid4 istintaqa könüllü təqdim etdiyi və xx.xx.2023-cü il tarixli qərar və protokolla sonuncudan götürülməklə müvafiq qaydada iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ödənilmiş satış pullarına dair, o cümlədən xx.xx.2017-ci il tarixli, 17000.0 manat ödənişə dair, xx.xx.2017-ci il tarixli, 13000.0 manat ödənişə dair, xx.xx.2018-ci il tarixli, 12000.0 manat ödənişə dair, xx.xx.2018-ci il tarixli, 23000.0 manat ödənişə dair, xx.xx.2018-ci il tarixli, 10131.0 manat ödənişə dair “Qəbz”lərin surətləri cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri - 376 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs QSC-nin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı zərər tələbinə dair mülki iddiası üzrə icraata xitam verilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-16/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-16/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver