Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-160/2021 24.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs «İnstaqram» sosial şəbəkəsində nalayiq ifadələr işlətməsini səbəb kimi göstərib bəhanə edərək 26 sentyabr 2020-ci il tarixdə, saat 17:00 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs görüb saxlayaraq, ətrafda olan çoxlu sayda şəxslərə heç bir əhəmiyyət verməyib, ümumi birgə yaşayış və davranış qaydalarına zidd olaraq, 30 dəqiqə ərzində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tədbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, qəsdən yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsindən zərbələr endirib ona sol almacıq nahiyyəsinin qançırı, sol saidin sıyrıqları ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə, ətrafda olan və yoldan keçən digər şəxslərin rahatlıqlarını, dincliklərini pozmaqla xuliqanlıq etdikdən sonra, qanunsuz hərəkətlərini davam etdirərək özgənin əmlakını açıq talama məqsədilə Zərərçəkmiş şəxs ünvan 3 ünvanında yerləşən qarajın qarşısına gətirib orada sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə 30 (otuz) manat pulunu açıq talayaraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 221.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2 ildir ki, tanıyır və onunla Binəqədi rayonu, Naxçıvani küçəsində yerləşən parkda tanış olmuşlar. “İnstagram” sosial şəbəkəsində 5-6 nəfər qız, o, və Hamlet olmaqla qrup yaratmışlar. Həmin qrupda olan yazışmalar əsasında Hamletin onun arxasıca nalayiq ifadələr işlətməsinin bilmişdir. Buna görə onunla danışmaq qərarına gəlmişdir. 26.09.2020ci il tarixdə saat 15:30 radələrində Ayna Sultanova heykəlinin yanında yerləşən “Məhəllə” kafesində dostları Əbülfət, İlkin, Azər və qardaşı Müşfiqlə əyləşmişlər. Onlar təxminən saat 17:00 radələrinədək kafedə olmuşlar. Saat 17:00 radələrində kafedən çıxıb yol kənarı ilə hərəkət edərkən ünvan 4 ünvanın qarşısında Hamlet və onun dostu Aslanı görmüşlər. O, Hamleti görən kimi onun yanına getmişdir. Ona kənara çəkilməyi demişdir. Onlar yaxınlıqdakı şirniyyat mağazasının qarşısında söhbət etməyə başlamışlar. Həmin vaxt dostları Əbülfət, İlkin, Azər və qardaşı Müşfiq, həmçinin Hamletin dostu Aslan da onların yanına gəlmişlər. Söhbət zamanı Hamletə nəyə görə “dalımca danışıbsan, mənə söyüş söymüsən” demişdir. Hamlet ilk öncə bunu inkar etsə də, o, Hamletə təhqir etməsi barədə şəkillər göstərdikdə yaxşı etdiyini bildirmişdir. O, da bundan əsəbiləşərək sifət nahiyyəsindən bir dəfə yumruq və sillə ilə vurmuşdur. Daha sonra Aslan onların davalarını görərək yaxınlaşmış və onları ayırmağa çalışmışdır. Aralarında olan dava sakitləşdikdən sonra o, orada olan şəxslərə müraciət edərək ona 30 manat pul lazım olduğunu bildirmişdir. Hamlet cibindən 30 manat pul çıxararaq ona vermiş, hətta halallığını da verdiyini bildirmişdir. O da 30 manat pulu Hamletdən götürərək sağollaşıb ayrılmışlar. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdığını, vurulmuş ziyanı tam ödədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən tanıyır, onunla yaxın münasibəti yoxdur, heç vaxt düşmənçililiyi və ədavəti olmamışdır. O, bir qrup uşaqla qrup yaratmışlar. Sonradan Arzu adlı qız Rəsulu onların qrupuna salmışdır. Buna görə o, narazılıq etmişdir. Bu məsələni Rəsul bilmişdir. 26.09.2020-ci il tarixdə, saat 17:00 radələrində yaşadığı evdən çıxıb dostu Maya adlı qızın ad gününə gedirmiş. Buna görə yaşadığı binanın yanında dayanacaqda dostu Aslanla görüşmüşdür. Bu zaman Rəsul yanında qardaşı Müşfiq, tanıdığı Əbülfət və adlarının hadisədən sonra bildiyi Azər və İlkin onlara yaxınlaşmışlar. Rəsul ona “sən nəyə görə mənim arxamca danışmısan” demişdir. Buna görə mübahisələri yaranmışdır. Rəsul ona gəl kənara çəkilərək söhbər edək demişdir. O, da onun bu sözü ilə razılaşmışdır. Bundan sonra onlar yaxınlıqdakı şirniyyat mağazasının qarşısına getmişlər. Orda da mübahisə edərkən orada Rəsul “sən nəyə görə mənim arxamca danışıbsan” deyib əlləri ilə sifət nahiyyəsinə zərbələr endirməyə başlamışdır. O, əyiləndə qarın nahiyyəsinə də təpiklə zərbə endirmişdir. Bu zaman yanlarında olanlar araya girib onları bir təhər ayırmışlar. Həmin vaxt bir nəfər maşınla yaxınlaşıb “bura mənim obyektimin qarşısıdır, buradan çıxıb gedin” demişdir. Buna görə onlar yaxınlıqda adam olmayan küçəyə bir qarajın qarşısına getmişlər. Orada Rəsul ondan heç nə demədən 30 manat tələb etmişdir, o, Rəsulun onu yenidən döyəcəyini fikirləşib Rəsula dediyi 30 manatı vermiş və sonra Aslanla birlikdə ordan uzaqlaşmışdır. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, onun qardaşı Müşviq, Azər və İlkin qonşu binada yaşayır. O, onlarla dostluq edir. Rəfiyev X4 rayonu 207 saylı orta məktəbdə onunla paralel sinifdə oxuyurmuş və onunla da dostluq münasibətləri vardır. 26.09.2020-ci il tarixdə saat təxminən 14:00 radələrində o, İlkin, Azər, Müşviq və Rəsul «Ayna Sultanova» heykəlinin yanında yerləşən adını bilmədiyi çayxanaya getmişlər. Çayxanada oturub çay içmişlər. Təxminən 2 saat sonra çayxanadan çıxıb Dərnəgülə gedən zaman avtobus dayanacağının arxasında Hamlet və onun tanışı Aslan ilə təsadüfən rastlaşmışlar. Onlara yaxınlaşıb görüşmüşlər. X16rağa, yaxınlıqda yerləşən «BazarStore» marketinin qarşısına aparmış və onlar da Rəsulgilin arxası ilə getmişlər. «BazarStore» marketinin qarşısında Rəsul Hamletlə söhbət etməyə başlamışdır. Söhbət zamanı Rəsul Hamletə «nə üçün məni sosial şəbəkədə söymüsən» demişdir. Hamlet onu söymədiyini bildirmişdir. Buna görə onların sözləri çəpləşmişdir. Rəsul telefonunu çıxarıb Hamletə nəsə göstərmişdir. Bundan X23 marketin qarşısında yumruq və sillə ilə sifət nahiyyəsindən vurmuşdur. Həmin vaxt bir nəfər tanımadığı cavan oğlan maşınla yaxınlaşıb yanlarında saxlamışdır. O, maşının pəncərəsindən «dalaşmayın, bir birinizlə mehriban olun» demişdir. Bundan sonra onlar Rəsul ilə Hamleti ayırmışlar. Sonra Rəsul və Hamlet onlardan ayrılıb biraz kənara ara küçəyə girib qapısı bağlı qarajın qarşısında dayanmışlar. Onların arxası ilə getmişlər ki, onlar yenidən dalaşmasın. Həmin vaxt Rəsul Hamletdən 30 manat pul istəmişdir. Hamlet də, da cibindən müxtəlif məbləğdə pulu çıxararaq Rəsula 30 manat vermiş və halallığını veridiyini bildirmişdir. Sonra birlikdə oradan uzaqlaşıb çay içmək üçün yaxınlıqda yerləşən çayxanaya getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 və Şahid3 digər Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X10 ilə 2 ildir dostluq edirlər. Sentyabr ayının əvvəllərində Hamlet ona sentyabr ayının 26-sı danışdığı qızın ad gününə getmək istədiyini söyləmişdir. 26.09.2020-ci il tarixdə saat təxminən 16:45 radələrində Hamlet ona zəng edərək evdən çıxmağını və ad gününə getmələrini bildirmişdir. Saat 16:55 radələrində Hamletlə dayanacaqda görüşmüşdür. Hamletlə olduğu zaman əvvəllər tanıdığı Rəsul, qardaşı və yanındakı şəxslər onlara yaxınlaşıb onlarla görüşmüşlər. Daha sonra Rəsul Hamletə tək söhbət etmək istədiyini söyləmişdir və kənara çəkmişdir. O, Hamletgilin arxası ilə getmişdir. Bu zaman görmüşdür ki, Rəsul Hamleti vurur. Həmin vaxt bir nəfər tanımadıqları cavan oğlan maşınla yaxınlaşıb yanlarında saxlamışdır. O, maşının pəncərəsindən «dalaşmayın, bir birinizlə mehriban olun» demişdir. Bunu görüb onlara yaxınlaşmış və onları ayıraraq Rəsula Hamleti vurmamasını bildirmişdir. Bundan sonra Rəsul və Hamlet başqa məhəlləyə gedib qarajın qarşısında durmuşlar. X17 pul istəmişdir. Sonra Hamlet sosial şəbəkədə olan söhbəti danışmışdır. Buna baxmayaraq Rəsul yenə də Hamletdən 30 manat istəmişdir. Bundan sonra Hamlet 30 manat pulu Rəsula vermişdir. Daha sonra Hamletlə birlikdə Hamletin istədiyi qızın ad gününə getmişlər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cinayət işinin 57-58-ci vərəqələrində olan Şahid1 ifadəsindən görünür ki, Şahid3 ilə 3 ilə yaxındır dostur. 26.09.2020-ci il tarixdə saat təxminən 14:00 radələrində telefonla Müşviqə zəng edərək onunla oturub çay içmək istədiyimi bildirmişdir. Daha sonra «Ayna Sultanova» heykəlinin yanında yerləşən adını bilmədiyi çayxanaya getmişdir. Çayxanada Rəsul və yanındakı uşaqlarla görüşmüşdür. Çayxanada oturub çay içmişlər. Sonra Müşviq yanlarına gəlmişdir. Oturub söhbət etmişlər. Təxminən 2 saat sonra çayxanadan çıxıb Dərnəgülə gedən zaman avtobus dayanacağında Rəsulun 2 nəfər şəxsə yaxınlaşdığını və görüşdüyünü görüb onlarda görüşmüşlər. Sonra Rəsul ordakı uşaqlardan birini, adını sonradan Hamlet olduğunu bildiyi şəxsi qırağa çəkib söhbət etməyə başlamışdır. Söhbət zamanı Hamletin sözünün çəp düşdüyünü və Rəsulun Hamleti vurduğunu görmüşdür. Bunu görüb onları ayırmışlar. Daha sonra Rəsul və Hamlet kənara getmişlər. Həmin vaxt telefonuna evdəkilərdən zəng gəlmişdir. O telefonla danışıb qurtardıqdan sonra Rəsul və Hamletin əl sıxışdıqlarını görmüşdür. Sonra oradan ayrılmışlar. O və ordakı uşaqlar birlikdə yenidən çay içməyə getmişlər. Cinayət işinin 10-11-ci vərəqələrində olan 26.09.2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X9 ünvan 5 ünvanında baş vermiş hadisə ilə əlaqədar Azərbyacan Respublikası CPM-nin 236-cı maddəsini rəhbər tutub X3 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən olundu ki, hadisə yerinin sol tərəfində qaraj, sağ tərəfində isə ağaclar yerləşir. Hadisə yerinin ətrafında qarajlar da var. Hadisə olan küçənin sol tərəfidir. Hadisə yerinin fotoşəkilləri çəkilərək tərtib olunmuş protokola əlavə olunmuşdur. Baxış süni işıqlanma şəraitində həyata keçirilmişdir, baxış zamanı iş üçün əhəmiyyətli heç bir əşya, predmet götürülməmişdir, baxış zamanı heç bir şikayət və tələb daxil olmamışdır. Cinayət işinin 44-cü vərəqində olan 28 sentyabr 2020-ci il tarixli “Tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2020-ci il tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 77-79-cu vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli, 4(005)-1153/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 180.1 və 221.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin istintaq müddəti həddində, yəni 28 dekabr 2020-ci il tarixinədək müəyyən edilməsi, həbsetmənin əvvəlinin 28 sentyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 83-84-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X22 Nərimanov rayon Şöbəsinin 30.09.2020-ci il tarixli, 701 nömrəli (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər: sol almacıq nahiyəsinin qançırı, sol saidin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 26.09.2020-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına və əmələ gəlmə mexanizminə əsasən demək olar ki, həmin xəsarətlərin öz boyu hündürlüyündən yıxılma və şəxsin özü-özünə yetirə bilməsi inandırıcı deyil. Cinayət işinin 99-100-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 24.11.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.04.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasna məhkum edilmişdir. Cinayət işinin 101-110-cu vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli, 1(001)-212/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29.177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 5 (beş) ay 16 (on altı) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Cinayət işinin 117-124-cü vərəqələrində olan “İfadənin yerində yoxlanılması haqqında” 19.12.2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ İŞ-nin müstəntiqi X5, Azərbaycan Respublikası CPM-nın 260-ci maddəsinin tələblərinə əsasən icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs, Nərimanov RPİ-nin MSY-nin polis nəfərləri X13 və X6 iştirakı ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Təqsirləndirilən şəxs ifadəsindəki bir sıra halların yerində yoxlanılması və dəqiqləşdirilməsi məqsədi ilə ifadəsində göstərdiklərini hadisə yerində yoxlamışdır və Azərbaycan Respublikası CPM-nin 261-ci maddəsinə əsasən həmin protokolu tərtib etmişdir. Hüquq vəzifələri Təqsirləndirilən şəxs izah olunduqdan sonra ona təklif olunmuşdur ki, əvvəllər ifadəsində dediklərini hadisə yerində göstərsin. Bundan sonra Təqsirləndirilən şəxs göstərməsinə əsasən, “Mersedes Benz” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov RPİ-nin inzibati binasından çıxıb ünvan 3 ünvanına getmişlər. Orada Təqsirləndirilən şəxs bildirdi ki, 26.09.2020-ci il tarixdə saat 15:30 radələrində Ayna Sultanova heykəlinin yanında yerləşən “Məhəllə” kafesində dostları Əbülfət, İlkin, Azər və qardaşı Müşfiqlə əyləşmişlər. Onlar təxminən saat 17:00 radələrinədək kafedə olmuşlar. Saat 17:00 radələrində kafedən çıxıb yol kənarı ilə hərəkət edərkən Hamlet və onun dostu Aslanı görmüşlər. O, Hamleti görən kimi onun yanına getmişdir. Ona kənara çəkilməyi demişdir. Onlar yaxınlıqdakı şirniyyat mağazasının qarşısında söhbət etməyə başlamışlar. Həmin vaxt dostları Əbülfət, İlkin, Azər və qardaşı Müşfiq, həmçinin Hamletin dostu Aslanda onların yanına gəlmişlər. Söhbət zamanı Hamletə “nəyə görə dalımca danışıbsan, mənə söyüş söymüsən” demişdir. Hamlet ilk öncə bunu inkar etsə də, o, ona təhqir etməsi barədə şəkillər göstərdikdə yaxşı etdiyini bildirmişdir. O, da bundan əsəbiləşərək sifət nahiyyəsindən bir neçə dəfə yumruq və sillə vurmuşdur. Daha sonra Aslan onların davaların görərək yaxınlaşmış və onları ayırmağa çalışmışdır. Sonra o və Hamlet kənara qarajın qarşısına keçmişlər. Orada o, Hamleti cəzalandırmaq üçün ondan 30 manat tələb etmişdir. O da cibindən müxtəlif məbləğdə pulu çıxararaq ona 30 manat vermişdir. Daha sonra qardaşı Müşfiq onu oradan uzaqlaşdıraraq aparmışdır. İfadənin yerində yoxlanması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu yer- ünvan 2 ünvanında, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 30 manat pul aldığı yer ünvan 3 ünvanında yerləşir. İfadənin yerində yoxlanması açıq hava şəraitində təbii işıq altında keçirilmiş. İfadənin yerində yoxlanılması zamanı iş üçün əhəmiyyətli olan heç bir maddi sübut götürülməmiş, yoxlama barədə tərtib edilmiş protokol ucadan oxunmuş. İştirakçılardan heç bir əlavə, şikayət və ərizə daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, ona görə də, imzalarla təsdiq edilmişdir. Cinayət işinin 145-146-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X1” X15 04.12.2020-ci il tarixli, 2402 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hərəkətlərinin özünə və ətrafdakılara qarşı təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin 160-cı vərəqində olan Ağdam Rayon İHB-nın Seyidli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilən 10.02.2021-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfndən yazılmış, həm özü, həm də qanuni nümayəndəsi tərəfindən imzalanmış 29.04.2021-ci il tarixli ərizədən görünür ki, 1(005)-165/2021 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Dəymiş ziyan tam ödənilmişdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhər Probasiya İdarəsinin 20.05.2021-ci il tarixli 21-1/3- 1613 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29,177.2.1 və 29.177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-212/2019 saylı, 30.04.2019cu il tarixli hökmü 03.06.2019-cu il tarixdə icraata daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs 20.06.2019-cu il tarixdə qeydiyyata alınmış və 20.11.2019-cu il tarixdə ona ENV tətbiq edilmişdir. Məhkum Təqsirləndirilən şəxs 28.09.2020-ci il tarixə çəkilməmiş cəza müddəti 09 ay 20 gün təşkil edir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində soyğunçuluq və xuliqanlıq cinayətinin tərkibi olsa da, onun tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl düzgün tövsif edilməmişdir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama-insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İnsanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə dedikdə, şəxsin orqanizminə həyat və ya sağlamlıq üçün təhlükəli olmayan maddələr yeridilməsi, vurma, döymə və ya qəsdən sağlamlığa yüngül zərər vurma, zərərçəkmişin azadlığını məhdudlaşdırma (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.), həyat və ya sağlamlıq üçün təhlükəli olmayan fiziki ağrılar yetirmə başa düşülməlidir. Belə zor həm əmlakın götürülməsinə maneçilik edən şəxslərin müqavimətini qırmaq, həm də götürülmüş əmlakı əldə saxlamaq və aradan çıxmaq məqsədi ilə tətbiq edilə bilər. Ona görə də, həm əmlakın mülkiyyətçisinə (və ya başqa sahibinə), həm də kənar şəxslərə belə zor tətbiq edilməsi təhlil edilən tövsifedici əlaməti əmələ gətirəcəkdir. Lakin cinayət işinin materiallarından və proses iştirakçılarının məhkəmə istintaqı zamanı verdikləri ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə Zərərçəkmiş şəxs ilə mübahisə etməsi və sonuncuya bir neçə zərbə vuraraq dərəcələri təyin edilməyən xəsarətlər yetirməsi ünvan 2 ünvanında baş vermişdir. Orada olan şəxslər onları ayırdıqdan və həmin vaxt bir nəfər tanımadıqları şəxsin hadisə yerindən təsadüfən keçərkən avtomobilini saxlayaraq maşının pəncərəsindən «dalaşmayın, bir birinizlə mehriban olun» deməsindən sonra tərəflər arasında baş verən mübahisə sakitləşmişdir. Daha sonra tərəflər ünvan 3 ünvanında yerləşən qarajın qarşısına getmişlər və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncunun həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan hər-hansı bir zor tətbiq etməyərək açıq talama yolu ilə 30 manat pulunu tələb edərək soyğunçuluq etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsinin deyil, həmin Məcəllənin 180.1-ci maddəsinin tərkibi vardır və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 180.2.4-cü maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.». Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən «məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.». Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 221.1-ci maddələri ilə təqsirli bilinməlidir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.1 və 221.1-ci maddələri ilə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs ilə barışmasını, vurulmuş ziyanı tamamilə ödəməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmasını müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilsə də, onun bu məhkumluğu (Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli, 1(001)-212/2019 saylı hökmü) azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli, 1(001)-212/2019 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş cəzaya qismən birləşdirilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (15 ay 22 gün) çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4cü maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3 (üç) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli, 1(001)-212/2019 nömrəli hökmü ilə təyin edilmiş 2 (iki) il 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 9 (doqquz) ay 20 (iyirmi) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs təyin olunmuş 3 (üç) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilərək, ona 3 (üç) il 9 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (15 ay 22 gün) çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-160/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-160/2021
24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver