Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-162/2020 13.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Şəki rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən, ünvan 1 saylı ünvanda qeydiyyatda olmaqla, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olub özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmiş və təkrarən yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxxx 2019-cu il tarixdə saat 07 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 saylı ünvanın qapısının açıq vəziyyətdə olmasından istifadə edib qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus 10 manat məbləğində pul, içərisində bir ədəd 2100 manat dəyərində “Nikon D7200” markalı fotoaparat, həmin fotoaparata aid əlavə batareya təchizatı üçün nəzərdə tutulmuş 153 manat dəyərində bir ədəd qurğu, bir ədəd 2720 manat dəyərində 24-70mm ölçülü obyektiv qurğusu, bir ədəd 255 manat dəyərində 50mm ölçülü obyektiv qurğusu, bir ədəd 765 manat dəyərində 18-140mm ölçülü obyektiv qurğusu, bir ədədinin dəyəri 170 manat olan 02 ədəd ümumilikdə 340 manat dəyərində “Nikon D7200” markalı fotoaparat üçün batareya, bir ədədinin dəyəri 375 manat olan 03 ədəd ümumilikdə 1125 manat dəyərində «Yongnuo YN685» markalı işıq qurğusu, bir ədəd 16 manat dəyərində 8 GB həcmində «Lexar» markalı «SD» yaddaş kartı, bir ədədinin dəyəri 48 manat olan 02 ədəd ümumilikdə 96 manat dəyərində 16 GB həcmində «Lexar» markalı «SD» yaddaş kartı, bir ədədinin dəyəri 65 manat olan 02 ədəd ümumilikdə 130 manat dəyərində 32 GB həcmində «Lexar» markalı «SD» yaddaş kartı, bir ədəd 190 manat dəyərində fotoaparatla işıq cihazı arasında naqilsiz əlaqəni təmin edən «Triger Yongnuo» markalı qurğu, bir ədədinin dəyəri 50 manat olan 03 ədəd ümumilikdə 150 manat dəyərində işıq cihazı üçün nəzərdə tutulmuş «Panasonic» markalı batareya, bir ədədinin dəyəri 60 manat olan 02 ədəd ümumilikdə 120 manat dəyərində işıq cihazı üçün nəzərdə tutulmuş «Varta» markalı batareya, bir ədədinin dəyəri 140 manat olan 02 ədəd ümumilikdə 280 manat dəyərində “Nikon D7200” markalı fotoaparata aid enerji təchizatı cihazı, bir ədədinin dəyəri 15 manat olan 03 ədəd ümumilikdə 45 manat dəyərində obyektiv cihazlarının mühafizəsi üçün nəzərdə tutulmuş qurğu olan 130 manat dəyərində «Nikon D7200» markalı fotoaparat və aksessuarları üçün nəzərdə tutulmuş «Lewerpo» markalı çantanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 8625 manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişcir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019cu il tarixdə saat 07 radələrində ünvan 3 mənzil 20 saylı ünvanın qapısının açıq vəziyyətdə olmasından istifadə edib qanunsuz daxil olaraq dəhlizdə asılqanda asılmış Zərərçəkmiş şəxs3 məxsus cins gödəkcənin cibindən içərisində 40 manat məbləğində pul olan 50 manat dəyərində “Flipp Plein” markalı pul kisəsini, mənzilin qonaq otağında quraşdırılmış qaz sobasının üzərindən Zərərçəkmiş şəxs2 məxsus içərisində 50 manat məbləğində pul olan 340 manat dəyərində pul kisəsini və uşaq otağından 50 manat dəyərində 01 cüt gümüş sırğa, 100 manat dəyərində 01 ədəd boyunbağı, bir ədədinin dəyəri 25 manat olmaqla 02 ədəd ümumilikdə 50 manat dəyərində üzüyü gizli olaraq talayıb zərərçəkmiş şəxs B. M. Quliyevə 90 manat məbləğində, zərərçəkmiş şəxs Z. Y. Quliyevaya 590 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, xx xxxxxx 2019-cu il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 4 saylı ünvanın qapısının açıq vəziyyətdə olmasından istifadə edib qanunsuz daxil olaraq C. Mahmudovanın onu görməsinə məhəl qoymayıb hərəkətlərini davam etdirərək evin yataq otağındakı kitab rəfinin üzərindən C. Mahmudovaya məxsus içərisində 65 manat və həmin dövrə uyğun olaraq 34 manat təşkil edən 20 ABŞ dolları məbləğində pul olan 120 manat dəyərində pul kisəsini açıq talayıb zərərçəkmiş şəxs C. A. Mahmudovaya 219 manat məbləğində maddi ziyan vurmaqla təkrarən soyğunçuluq etmişdir. Bundan başqa o, xx xxxxxx 2019-cu il tarixdə saat 08 radələrində ünvan 5 ünvanına qanunsuz daxil olaraq yataq otağında dolabın üzərinə qoyulmuş Zərərçəkmiş şəxs5 məxsus içərisində 20 manat dəyərində dodaq boyası, hər birinin dəyəri 15 manat olmaqla 02 ədəd üz ənliyi, içərisində 100 manat məbləğində pul olan 20 manat dəyərində qəhvəyi rəngli pul kisəsi, içərisində 3000 manat, həmin dövrə uyğun olaraq 1700 manat təşkil edən 1000 ABŞ dolları, həmin dövrə uyğun olaraq 188 manat təşkil edən 100 Avro məbləğində pul olan 20 manat dəyərində qara rəngli pul kisəsi olan 40 manat dəyərində əl çantasını, digər otaqda dolabın içərisinə qoyulmuş Zərərçəkmiş şəxs6 məxsus içərisində 400 manat dəyərində 01 cüt qızıl sırğa, içərisində 10 manat məbləğində pul olan 10 manat dəyərində pul kisəsi olan 25 manat dəyərində əl çantasını gizli olaraq talayıb zərərçəkmiş şəxs C. E. Bayramovaya xeyli miqdarda 5118 manat məbləğində, zərərçəkmiş şəxs G. Q. Bayramova 445 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2, 180.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, əvvəllərdə oğurluq və narkotik vasitə istifadə etdiyinə görə ümumilikdə 3 dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə 2019-cu ilin aprel ayında ona təyin olunmuş cəzanın qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azadlığa çıxdıqdan sonra hər hansı işlə məşğul olmadığından maddi sıxıntıları olmuşdur. xx xxxxxxxx 2019-cu il tarixdə saat 06 radələrində yaşadığı Suraxanı rayonu, Yuxarı Sabir küçəsi ev 1 saylı ünvandan çıxıb oğurluq etmək qərarına gəlmiş və həmin gün 160 saylı avtobusla “Koroğlu” metrostansiyası istiqamətində getmişdir. Metronun yanında düşüb içəriyə daxil olmuş və “İnşaatçılar” metrostansiyasından çıxmışdır. Həmin yerdən nömrəsini xatırlamadığı avtobusa əyləşərək İzmir küçəsinə gəlib 5 N-li binanın yanında düşmüşdür. Həmin binanın həyətində dayanıb işə gedib-gələnlərə nəzarət etmiş, sonra isə binanın 2-ci giriş qapısından daxil olub saat 07 radələrində birinci mərtəbədən qapıların açıq olubolmamasını yoxlamaq üçün dəstəyini əli ilə yoxlamağa başlamışdır ki, hansısa qapının açıq olacağı təqdirdə mənzilin içərisinə daxil olub maddi dəyəri olan əşyalar oğurlasın. Bu məqsədlə bir-bir qapıları yoxlayan zaman mənzillərdən birinin qapısının aralı olmasını görmüşdür. Əli ilə ağ rəngli dəmir qapını sakitcə itələmiş və içəriyə daxil olmuşdur. Dəhlizdən irəli gedib qonaq otağına daxil olub içəridə qoyulmuş dolabın üzərində çantanı görüb əli ilə ağzını açmış və içərisindəki fotoaparatı görmüşdür. Tez çantanı içərisində olan fotoaparatla bir yerdə götürüb otaqdan çıxan zaman görmüşdür ki, evin digər otağında bir nəfər oğlan çarpayıda yatmışdır. Onu görmədiyinə və möhkəm yatdığına əmin olduğu üçün ehmalca otaqdan çıxıb qapını örtmüş və binadan çıxaraq oradan uzaqlaşmışdır. Həmin fotoaparatı yaşadığı evə aparıb yatdığı otaqda çarpayının altına qoymuşdur ki, görən olmasın. İki gün sonra qonşu küçədə yaşayan Orxan adlı şəxslə məhəllədə qarşılaşmış və oğurladığı “Nikon D7200” markalı fotoaparatı ona 400 manata təklif etmişdir. Orxan isə həmin fotoaparata 240 manat verəcəyini demişdir. O da Orxanın dediyi qiymətlə razılaşmış, həmin fotoaparatı çantası və içindəki əşyaları ilə birlikdə ona satmışdır. xx xxxxxx 2019-cu il tarixdə səhər saat 07 radələrində pulu olmadığı üçün oğurluq etmək məqsədilə Bakı şəhəri, Səbail rayonu, A. Quliyev küçəsində yerləşən binaya daxil olmuşdur. Həmin binada bir-bir qapıları yoxlamışdır ki, açıq vəziyyətdə olan mənzilə daxil olsun. A. Quliyev küçəsi ev 10, mənzil 20 saylı ünvanın qapısını əli ilə yoxladıqda görmüşdür ki, mənzilin giriş qapısı açıq vəziyyətdədir. O, həmin mənzilin qapısını açaraq kiminsə olub-olmadığını dəqiqləşdirmək üçün bir qədər gözləmişdir. Mənzildən səs gəlmədiyini görüb içəriyə daxil olaraq girişdə, dəhlizdə asılqandan asılmış cins gödəkçənin iç cibindən bir ədəd qara rəngli dəri materialdan hazırlanmış pul qabını götürüb mənzildən çıxıb aşağı düşmüşdür. Aşağıda həmin pul qabıya baxanda görmüşdür ki, içərisində müxtəlif növ kartlar və sənədlər, həmçinin 40 manat məbləğində pul vardır. Bu zaman o, həmin mənzildə daha dəyərli əşyanın olacağını düşünüb yenidən həmin mənzilin qarşısına gəlmişdir. Yenidən həmin mənzilin içərisinə daxil olmuş, qonaq otağında kaminin üzərində olan bir ədəd qadın pul kisəsini götürmüşdür. Geri qayıdıb mənzildən çıxmaq istəyən zaman girişdən sağ tərəfdə yerləşən otağa daxil olmuş və orada bir nəfər oğlanın yatmasını görmüşdür. Həmin otağın girişinin sağ tərəfində komputer stolunun üzərində olan bir ədəd karton qutunu götürüb mənzildən çıxmışdır. Mənzildən çıxdıqdan sonra pilləkənlərlə düşəndə karton qutunun içərisində olan gümüş və bijüteriya əşyalarını götürüb cibinə qoymuş, karton qutunu isə yerə atmışdır. Qadın pul kisəsini açanda isə içərisində sənədlər və müxtəlif növ kartlar olduğunu, eyni zamanda 50 manat məbləğində pul olmasını görmüşdür. Pul kisələrinin içərisində olan 40 manat və 50 manat məbləğində pulu götürmüşdür. Gümüş və bijüteriya əşyalarını isə qiymətli əşyalar olmadığını bildiyi üçün yol gedəndə hazırda xatırlamadığı bir yerdə zibil qabına atmışdır. Bundan sonra tanımadığı taksi avtomobili ilə “28 May” metrostansiyasının yaxınlığına gəlmişdir. Bayıl qəsəbəsindəki evdən oğurladığı iki ədəd pul kisəsinin içərisində cəmi 90 manatdan bir qədər çox pul olduğunu bildirmişdir. Pul kisələrinin birinin içində 50 manat, digərində isə 40 manat pul olmuşdur. Həmçinin pul kisələrinin içərisində bir nəfər kişiyə aid sürücülük vəsiqəsi, avtomobilin texniki şəhadətnaməsi, şəxsiyyət vəsiqələri, müxtəlif vizitkalar və bank kartları olmuşdur. O, daha sonra piyada gəzişərək ətrafda olan binaları müşahidə etməyə başlamışdır. Saat təxminən 10 radələrində Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsindəki binalardan birinə qalxaraq bir-bir qapıları ehtiyatla yoxlamağa başlamışdır. Məqsədi açıq qapılardan birinə ehtiyatla daxil olub oradan bacardığı dəyərli və qiymətli əşyalardan oğurlayıb getmək olmuşdur. O, üçmərtəbəli binaya daxil olduqdan sonra bir-bir qapıları müşahidə eləyib əli ilə yoxlamışdır. Binanın 2-ci mərtəbəsində olan köhnə tumbanı gördükdə həmin tumbanın altına Bayıl qəsəbəsində oğurladığı iki ədəd pul kisəsininin içərisində olan sənədləri və bank kartlarını atmışdır. Binanın 3-cü mərtəbəsində qapılardan birinin açıq vəziyyətdə olduğunu aşkar etmişdir. Mənzilə ehtiyatla daxil olduqda kiçik dar dəhlizdən keçərək qonaq otağına, oradan da yataq otağına daxil olmuşdur. Yataq otağının qapısı açıq olmuş, həmin otaqda olan taxtın üzərində bir nəfər xanım arxası ona tərəf, üzü isə otağın pəncərəsinə tərəf uzanmışdır. Elə yataq otağının qapısının girişində içəri tərəfdə dərhal solda kitab rəfinin üzərində pul kisəsi olmuşdur. O, həmin pul kisəsini götürərkən qadın ani olaraq yuxudan ayılmış və onu görüb qışqırmışdır. Bundan sonra götürdüyü pul kisəsini cibinə qoyaraq dərhal mənzili və binanı tərk eləyib qaçmışdır. “28 Mall” ticarət mərkəzinin yaxınlığında tanımadığı taksi avtomobilinə əyləşərək «Torqovu» adlanan əraziyə getmişdir. “Oskar” marketə bitişik olan dönərxanaya yaxınlaşaraq orada işləyən tanımadığı işçiyə 50 qəpik pul vermişdir ki, onun üçün telefonu ilə taksi sifariş eləsin. Həmin şəxs də 8555 xidmətinə zəng eləyərək onun üçün taksi sifariş elədikdən sonra həmin taksi vasitəsi ilə bacısı Leylanın yaşadığı Suraxanı rayonu, Yuxarı Sabir küçəsindəki evə getmişdir. Sonuncu dəfə Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsindəki evdən oğurluq törədərkən götürdüyü pul kisəsinin içərisində də təxminən 65 manat, 20 ABŞ dolları məbləğində pul olmuşdur. Həmçinin pul kisəsinin içərisində 2 ədəd də bank kartları olmuşdur. Kartlar əhəmiyyətsiz olduğundan elə pul kisəsinin içərisində saxlamışdır. Səbail və Nəsimi rayonunda yerləşən mənzillərdən oğurladığı pul kisələrini o, Suraxanı rayonunda su kanalının içərisinə atmışdır. xx xxxxxx 2019-cu il tarixdə səhər saat 08 radələrində “N. Nərimanov” metrostansiyasının yaxınlığında gəzən zaman pulu olmadığı üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, ara məhəllələr ilə hərəkət edib yaşayış binalarının qarşısına gəlmişdir. O, həmin vaxt ünvanını dəqiq bilmədiyi binanın blokuna daxil olmuşdur. Oraya daxil olmaqda məqsədi maddi dəyəri olan əşya oğurlamaq olmuşdur. Pilləkanlarla yuxarıya doğru hərəkət edən zaman dəqiq xatırlamadığı mərtəbədə yerləşən mənzillərdən birinin qapısının açıq vəziyyətdə olmasını görmüşdür. O, bir qədər gözləyib mənzildən hər hansı bir səs gəlmədiyini görüb içəriyə daxil olmuşdur. Mənzilə daxil olduqdan sonra sol tərəfdə yerləşən otağın içərisinə daxil olub orada heç kimin olmadığını görmüşdür. Sakitcə otaqda olan dolabı açmış və içərisində qadın əl çantasının olmasını görmüşdür. Əl çantasını götürüb dəhlizə qoymuş və digər sağ tərəfdə olan yataq otağına daxil olmuşdur. Sağ tərəfdə yerləşən yataq otağında bir nəfər qadının yatmasını görmüşdür. Həmin vaxt sakitcə ətrafa nəzər salmışdır. Qeyd etdiyi yataq otağının içərisində yerləşən yataq dəsti ilə üzbəüz olan güzgülü dolabın üzərində qoyulmuş qadın əl çantasını cəld şəkildə götürüb həmin otaqdan çıxmışdır. Bundan sonra isə az öncə dəhlizdə qoyduğu əl çantasını da götürüb mənzili tərk etmişdir. Cəld şəkildə mənzili tərk edib yuxarı mərtəbəyə qalxmışdır. 5-ci mərtəbəyə qalxıb orada əl çantalarının içərisini nəzərdən keçirmişdir. Dəhlizdən sol tərəfdə yerləşən otaqdan götürdüyü əl çantasının içərisini açan zaman orada pul kisəsi görmüş və pul kisəsini açdıqdan sonra xatırlamadığı məbləğdə az miqdarda pulun olmasını görüb həmin pul kisəsini cibinə qoyaraq çantanı oraya almışdır. Digər əl çantasının içərisinə baxan zaman isə 02 ədəd pul kisəsinin və qadına aid kosmetik vasitələrin olmasını görmüşdür. Pul kisələrinin içinə baxan zaman orada xarici və milli valyuta ilə pul əskinazlarının olmasını görüb pul kisələrini götürmüşdür. Həmin əl çantasını da orada qoyub pilləkanlarla aşağıya düşərək qeyd olunan ünvandan uzaqlaşmışdır. Hadisə yerindən uzaqlaşdıqdan sonra pul kisələrinin içərisinə baxan zaman orada dəqiq xatırlamadığı məbləğdə 4500-5000 manat məbləğində pulun olmasını, şəxsiyyət vəsiqəsi və “Kapital Bank” a məxsus plastik kartın olmasını görmüşdür. O, pul kisələrini və şəxsiyyət vəsiqəsini xatırlamadığı yerdə atmışdır. Bankomat kartı ilə pul əskinaslarını isə özü ilə götürmüşdür. Bundan sonra yaşadığı Suraxanı rayonu, Sabir küçəsindəki fərdi yaşayış evinə getmişdir. Bir qədər evdə oturduqdan sonra çıxaraq oğurladığı pul ilə özünə geyim əşyaları almışdır. Elə həmin gün oğurluq etdiyi çantanın içərisindəki bankomat kartını Suraxanı rayonu ərazisində yerləşən 101 saylı məktəbin qarşısında olan bankomat aparatına daxil etsə də, parolu bilmədiyi üçün hər hansı bir əməliyyat edə bilməmişdir. Bundan sonra isə anadan olduğu Şəki rayonuna gedərək bir neçə gün istirahət etdikdən sonra Bakı şəhərinə qayıtmışdır. xx xxxxxx 2019-cu il tarixdə isə onu Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları axtardığından könüllü olaraq polis şöbəsinə gəlmişdir. Son olaraq əməlindən peşmançılıq çəkməsini, ağ ciyər xəstəliyindən əziyyət çəkməsini qeyd edib barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə işə getmək üçün «Nikon» markalı fotoaparatı götürmək məqsədilə həmin kameranı saxladığı qonaq otağına daxil olmuşdur. Bu zaman çantada qonaq otağındakı dolaba qoyduğu «Nikon D7200» markalı fotoaparatın avadanlıqları və aksessuarları ilə birlikdə yerində olmadığını görmüşdür. Bir neçə dəqiqə fotoaparatı axtarsa da, tapa bilməmiş və fotoaparatı axtaran zaman kitab rəfinə qoyduğu 10 manat pulun da yerində olmadığını görüb narahat olaraq mobil telefonu ilə Emin və Səlimə zəng vurub bu barədə onlardan soruşmuşdur. Emin, eləcə də Səlim fotoaparatı və 10 manat pulu götürmədiklərini bildirmişlər. Emin və Səlimlə danışdıqdan sonra qonaq otağındakı kitab rəfinə qoyduğu 10 manat pulunun, habelə çantada qonaq otağındakı dolaba qoyduğu “Nikon D7200” markalı fotoaparatın avadanlıqları və aksessuarları ilə birlikdə naməlum şəxs tərəfindən həmin gün səhər saat 07.30 radələrindən 12 radələrinədək olan müddət ərzində mənzilin qapısının açıq olması səbəbindən oğurlandığını başa düşmüşdür. O, naməlum şəxs tərəfindən 10 manat məbləğində pul, bir ədəd 2100 manat dəyərində «Nikon D7200» markalı fotoaparatı, həmin fotoaparata aid əlavə batareya təchizatı üçün nəzərdə tutulmuş 153 manat dəyərində bir ədəd qurğu, bir ədəd 2720 manat dəyərində 24-70 mm ölçülü obyektiv qurğusu, bir ədəd 255 manat dəyərində 50mm ölçülü obyektiv qurğusu, bir ədəd 765 manat dəyərində 18-140 mm ölçülü obyektiv qurğusu, iki ədəd hər birinin dəyəri 170 manat təşkil edən ümumilikdə 340 manat dəyərində «Nikon D7200» markalı fotoaparat üçün batareya, üç ədəd hər birinin dəyəri 375 manat təşkil edən ümumilikdə 1125 manat dəyərində «Yongnuo YN685» markalı işıq qurğusu, bir ədəd 16 manat dəyərində 8 GB həcmində «Lexar» markalı «SD» yaddaş kartı, iki ədəd hər birinin dəyəri 48 manat təşkil edən ümumilikdə 96 manat dəyərində 16 GB həcmində «Lexar» markalı «SD» yaddaş kartı, iki ədəd hər birinin dəyəri 65 manat təşkil edən ümumilikdə 130 manat dəyərində 32 GB həcmində «Lexar» markalı «SD» yaddaş kartı, bir ədəd 190 manat dəyərində fotoaparatla işıq cihazı arasında naqilsiz əlaqəni təmin edən «Triger Yongnuo» markalı qurğu, üç ədəd hər birinin dəyəri 50 manat təşkil edən ümumilikdə 150 manat dəyərində işıq cihazı üçün nəzərdə tutulmuş «Panasonic» markalı batareya, iki ədəd hər birinin dəyəri 60 manat təşkil edən ümumilikdə 120 manat dəyərində işıq cihazı üçün nəzərdə tutulmuş «Varta» markalı batareya, bir ədəd 130 manat dəyərində «Nikon D7200» markalı fotoaparat və aksessuarları üçün nəzərdə tutulmuş «Lewerpo» markalı çanta, üç ədəd hər birinin dəyəri 15 manat təşkil edən ümumilikdə 45 manat dəyərində obyektiv cihazlarının mühafizəsi üçün nəzərdə tutulmuş qurğu, iki ədəd hər birinin dəyəri 140 manat təşkil edən ümumilikdə 280 manat dəyərində «Nikon D7200» markalı fotoaparata aid enerji təchizatı cihazı oğurlanmışdır. Həmin avadanlıq və qurğuların hamısı tamamilə saz vəziyyətdə olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 8625 manat məbləğində maddi ziyan dəymişdir. Sonda təqsirləndirilən şəxs barəsində şikayətçi olduğunu və ona dəymiş zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə səhər saat 09 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs3 yuxudan ayılıb zala getmiş, təxminən bir-iki dəqiqə keçdikdən o bildirmişdir ki, evin giriş qapısının açıq vəziyyətdə olduğunu görübdür və bundan sonra gedib oğlu Natiqin yataq otağına baxmışdır ki, ola bilsin, oğlu Natiq evdən çıxıb, qapını bağlamayıbdır. Lakin görmüşdür ki, oğlu Natiq yataq otağında yatıbdır. Bundan sonra evə oğru girməsindən şübhələnib dəhlizdə asılqandan asılmış vəziyyətdə olan cins pencəyinin cibinə baxanda cibində olan qara rəngli pul kisəsinin yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, oğlu Natiqə avtomobilinə pul kisəsinin orada olub-olması üçün baxmasını söyləmişdir. Natiq aşağıya düşmüş, bir neçə dəqiqə sonra əlində bir qutu ilə evə gəlib bildirmişdir ki, həmin qutu onlara məxsusdur. Həmin qutunun içərisində ozünə məxsus bijuteriya əşyaları olmuş və istifadə etmək üçün qızına vermişdir. Bundan sonra onlar tam əmin olmuşlar ki, mənzilə kənar şəxs daxil olub oğurluq etmişdir. Daha sonra o, qonaq otağında zalda kaminin üzərində olan pul kisəsinə baxmış və həmin pul kisəsinin də yerində olmadığını aşkar etmişdir. Həyat yoldaşının pul kisəsinin içərisində təxminən 40 manat pul, həyat yoldaşının sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, avtomobilinin qeydiyyat şəhadətnaməsi, TT Fay kluba məxsus kartı, Lukoil yanacaqdoldurma məntəqəsinə məxsus benzin kartı, müxtəlif banklara məxsus plastik kartlar olduğunu, öz pul kisəsinin içərisində isə özünə məxsus şəxsiyyət vəsiqəsi, VEÖN kartı, sosial sığorta kartı, əmək haqqı aldığı “Unibank”a məxsus plastik kart və 50 manat məbləğində pul olmuşdur. Pul kisəsinin özü isə timsah dərisindən hazırlanmaqla 340 manat dəyərində olmuşdur. Bundan başqa mənzilin uşaq otağından bijuteriya və gümüş bəzək əşyaları oğurlanmışdır. 50 manat dəyərində 01 cüt gümüş sırğa, 100 manat dəyərində 01 ədəd boyunbağı, hər birinin dəyəri 25 manat olmaqla 02 ədəd üzük oğurlanmışdır. Hadisə baş verdikdən sonra o və həyat yoldaşı plastik kartların oğurlanması ilə bağlı həmin banklara müraciət etmiş və kartlar müraciətləri əsasında bağlanılmışdır. Hadisə nəticəsində ona ümumilikdə 590 manat məbləğində maddi ziyan dəyməsini bildirmişdir. Sonda təqsirləndirilən şəxs barəsində şikayətçi olduğunu və ona dəymiş zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə yaşadıqları ünvan 3 mənzil 20 saylı ünvandan baş vermiş oğurluq hadisəsi zamanı ona məxsus pul kisəsi dəhlizdə asılqandan asılmış göy rəngli cins gödəkçəsinin cibindən oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 90 manat məbləğində, həyat yoldaşı Zərərçəkmiş şəxs2 isə 590 manat məbləğində maddi ziyan dəymişdir. Sonda təqsirləndirilən şəxs barəsində şikayətçi olduğunu və onlara dəymiş zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında evə qayıdıb özünəməxsus əl çantasını yataq otağındakı dolabın üzərinə qoymuşdur. Əl çantasının içərisində 02 ədəd pul kisəsi və özünə məxsus olan 01 ədəd dodaq boyası, 02 ədəd üz ənliyi olmuşdur. Pul kisəsinin biri qəhvəyi rəngli olmaqla içərisində 100 manat məbləğində pul, “Kapital Bank” a məxsus içərisində hər hansı məbləğdə pul olmayan plastik kartı və şəxsiyyət vəsiqəsi, digəri isə qara rəngli olmaqla içərisində 1000 ABŞ dolları, 3000 manat və 100 avro məbləğində pul olmuşdur. Axşam saatlarında artıq övladı ilə birlikdə özünəməxsus yataq otağında yatarkən əl çantası da dolabın üzərində qalmışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 07 radələrində valideyni X3 yaşadıqları mənzildən işə getmək məqsədi ilə çıxan zaman anasına durub qapını bağlamasını bildirsə də, anası yuxuya gedib qapını bağlamamışdır. Saat 09 radələrində o, yuxudan ayıldıqdan sonra dolabın üzərində qoyduğu özünəməxsus olan əl çantasının yerində olmadığını aşkar etmişdir. Evdə hər hansı bir dağıntı olmadığından və evə kiminsə girməyini düşünmədiyi üçün əl çantasını ailə üzvləri ilə birlikdə mənzilin içərisində axtarmağa başlamışdır. Bir qədər mənzili axtarıb əl çantasını tapa bilmədikləri üçün dolabların içərisinə baxan zaman anası Bayramova Gülmirəyə məxsus əl çantasının da yerində olmadığını aşkar etmişlər. Bundan sonra anası qapını həyat yoldaşı Bayramov Etibar işə gedərkən bağlamadığını və onu yuxu tutduğunu bildirib mənzilə kiminsə girməsini söyləmişdir. Onlar artıq mənzildən oğurluq hadisəsinin baş verməsinə əmin olub DİN-in 102 xidmətinə müraciət etmişlər. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 5130 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda anasının çantasında 01 cüt qızıl sırğa dəsti də oğurlanmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs barəsində şikayətçi olduğunu və onlara dəymiş zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs4 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq dövründə vermiş olduğu ifadəsini təsdiqlədiyini bildirmişdir. Bu səbəbdən də məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi barədə məlumatın verilməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş və Zərərçəkmiş şəxs4 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, onun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş və onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs yaşadığı məhəllədən bir neçə aydır ki, tanıyır. xx.xx.2019-cu il tarixdə təsadüfən Əfqanla məhəllədə rastlaşan zaman Əfqan ona evdə işlənmiş fotoaparatının olduğunu, həmin fotoaparatın ona pay verildiyini və satmaq istədiyini bildirmişdir. Daha sonra o, həmin fotoaparatı Əfqandan 240 manata almışdır. Fotoaparatı Əfqandan aldıqdan sonra “Gəncə” adlı qrupda satışa çıxartmışdır. Sərvin adlı tanışı həmin fotoaparatı almaq istədiyini ona demiş və 430 manat təklif etmişdir. O razılıq vermiş, nömrə nişanlarını və sürücüsünü xatırlamadığı Gəncə avtobusu ilə fotoaparatı Sərvinə yola salmışdır. Onu da qeyd etmişdir ki, həmin fotoaparatı alan zaman Əfqan fotoaparatın ona hədiyyə verildiyini bildirmişdir. Həmin fotoaparatın cinayət yolu ilə əldə edilməsindən məlumat olmadığını bildirmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq dövründə vermiş olduğu ifadəsini təsdiqlədiyini, həmçinin məhkəmə iclasında rayonda yaşadığı üçün iştirak edə bilməyəcəyini bildirmişdir. Bu səbəbdən də məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi barədə məlumatın verilməsi nəzərə alınmış və Şahid2 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaq aparılır. (cild 1, i.v.1); Maddi sübut kimi tanımaq haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan və eyni tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd dodaq boyası, 02 ədəd üz ənliyi, 01 ədəd əl çantası və Zərərçəkmiş şəxs6 məxsus 01 ədəd əl çantası maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs5 qaytarılmışdır. ( cild 1, i.v. 30; 32- 33) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2019-cu il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Nərimanov Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli qərarı ilə cinayət məsuliyyətindən azad edilib adi müşahidə altında tibbi xarakterli məcburi müalicə təyin edilmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2005ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 177.2.3, 234.1, 66.3, 93.1.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə AR CM-nin 234.1, 178.2.2, 178.2.3, 178.2.4, 66.3, 67.1-ci maddələri ilə təqsirli bilinib 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 03 ay 27 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-nin 177.3.3, 234.1, 66.1, 93.1.4-cü maddələri ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə CM-nə dəyişikliklə bağlı xx.xx.2017-ci il tarixli qanun tətbiq edilərək təqsirləndirildiyi CMnin 177.3.3-cü maddəsi hökmdən xaric edilmiş, CM-nin 177.2.3-cü maddəsi ilə 05 il, CMnin 234.1-ci maddəsi ilə 02 il, CM-nin 66.2-ci maddəsinə əsasən cəzası 08 ildən 06 ilə endirilmişdir, xx.xx.2019-cu il tarixdə Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 11 ay 10 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. ( cild 1, i.v. 44-46) Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl AR CM-nin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.3, 177.2.4-cü maddələrinə tövsif edilmişdir. (cild 1, i.v. 55) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. (i.v. 71-72). Qətimkan tədbirinin nəzərə alınması haqqında xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Adil oğlunun barəsində Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınması qərara alınmışdır. ( cild 1, i.v. 84) Diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs Adil oğlu hərəkət edərək bankomat aparatının qarşısına gəlir. 00:00:26 anında pul kisəsinin içərisindən bankomat kartını çıxarır və 00:52 anında əlindəki plastik kartı bankomat aparatına daxil edir. 01:33 anında isə bankomat aparatının yanından uzaqlaşır. DVD diskin içərisində olan digər fayllara baxış zamanı isə Təqsirləndirilən şəxs Adil oğlu paltar mağazasının içərisində hərəkət edir. ( cild 1, i.v. 86) Cinayət işinin icraata qəbul edilməsi, bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki,190070443 nömrəli cinayət işi Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Akif Məcidov tərəfindən icraata qəbul edilmiş və ********* nömrəli cinayət işinə birləşdirilərək əməl AR CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2, 180.2.3-cü maddələrinə tövsif edilmişdir. ( cild 1, i.v. 89-91) Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Elmar Abdalovun “Cinayət işinin başlanması haqqında” xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, fakta görə CMnin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. ( cild 1, i.v. 94) Təqdim olunan əşyaların götürülməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə X2 tərəfindən Zərərçəkmiş şəxs3 məxsus AC 522779 nömrəli sürücülük vəsiqəsini, Zabita Quliyeva adına Beynəlxalq Banka məxsus 6762 6111 0639 2862 nömrəli bank kartını, Zamina Quliyeva adına 5362 3882 1532 9442 nömrəli Yapı Kredi banka məxsus kart, Zərərçəkmiş şəxs3 adına 5167 5133 4820 3860 nömrəli Beynəlxalq Banka məxsus kart, Quliyeva Zamina adına 4098 6088 8849 1367 nömrəli Unibank məxsus Visa kart və Bakhtiyar Quliyev adına 5362 3882 0258 9735 nömrəli Yapı Kredi banka məxsus kart, Qoç Ət restoranına məxsus 2015 1997 0002 5872 nömrəli kartın, Hayat Clinic tibb mərkəzinin yaşıl rəngli vizit kart, Akkumlyator Mərkəz tərəfindən verilmiş zəmanət talonu və Zərərçəkmiş şəxs3 adına Farris Optik tərəfindən yazılmış eynək reseptini təhvil almışdır. ( cild 1, i.v. 113) xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, X1 xx.xx.2019-cu il tarixdə AC 522779 nömrəli sürücülük vəsiqəsini, Zabita Quliyeva adına Beynəlxalq Banka məxsus 6762 6111 0639 2862 nömrəli bank kartını, Zamina Quliyeva adına 5362 3882 1532 9442 nömrəli Yapı Kredi banka məxsus kart, Zərərçəkmiş şəxs3 adına 5167 5133 4820 3860 nömrəli Beynəlxalq Banka məxsus kart, Quliyeva Zamina adına 4098 6088 8849 1367 nömrəli Unibank məxsus Visa kart və Bakhtiyar Quliyev adına 5362 3882 0258 9735 nömrəli Yapı Kredi banka məxsus kart, Qoç Ət restoranına məxsus 2015 1997 0002 5872 nömrəli kartın, Hayat Clinic tibb mərkəzinin yaşıl rəngli vizit kart, Akkumlyator Mərkəz tərəfindən verilmiş zəmanət talonu və Zərərçəkmiş şəxs3 adına Farris Optik tərəfindən yazılmış eynək reseptini təhvil almışdır. ( cild 1, i.v. 117) Görüntüyə baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, 01 ədəd CD diskə baxış keçirilən zaman Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 6 ünvanında baş vermiş soyğunçuluq cinayət hadisəsi ilə əlaqədardır. Videogörüntü 9 saniyəlikdir. Həmin videogörüntüdə bir nəfər arıq bədən quruluşlu şəxsin Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 154 ünvanındakı binadan qaçaraq çıxıb getdiyi görünür. Zərərçəkmiş şəxs4 həmin videogörüntüdəki şəxsin xx xxxxxx 2019-cu il tarixdə onun yaşadığı evə daxil olaraq ona məxsus pul kisəsini onun gözü qarşısında talayaraq qaçıb getmişdir. ( cild 1, i.v. 123) Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl AR CM-nin 180.1-ci maddəsindən həmin məcəllənin 180.2.3-cü maddəsinə tövsif edilmişdir. (cild 1, i.v. 125) Cinayət törətməkdə şübhə edən şəxsi tutmaq haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Adil oğlu xx.xx.2019-cu il tarixdə saat 18:00da şübhəli şəxs qismində tutulmuşdur. ( cild 1, i.v. 141) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. (cild 1, i.v. 150-151). Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 4(005)- 589/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Adil oğlu barəsində həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixindən hesablanmaqla xx xxxxxx 2020-ci il tarixinədək həbs qətimkan tədbiri seçilmişdir. ( cild 1, i.v. 178-182) Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Səbail RPİ-nin İŞ-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndiriləndirilməsinə dair istintaqı aparılan ********* nömrəi cinayət işi Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Elmar Abdalov tərəfindən icraata qəbul edilərək CM-nin 180.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. ( cild 1, i.v. 190, 191) xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. ( cild 1, i.v. 234-235) Cinayət işinin icraata qəbul edilməsi, bir icraatda birləşdirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Yasamal RPİ-nin İŞ-də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Nəsimi RPİ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. ( cild 2, i.v. 1-2) Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, fakta görə Yasamal RPİ-nin İŞ-də Təqsirləndirilən şəxs barəsində AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır. ( cild 2, i.v. 6-7) xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. ( cild 2, i.v. 98-99) Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Cavid Əhmədovun “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs Adil oğlunun Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Nəsimi RPİ-nin İstintaq Şöbəsində istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi və istintaqın davam etdirilməsi üçün Bakı şəhər prokurorluğu vasitəsi ilə Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. (cild 2, i.v. 115-117); Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Rəşad Abdalovun “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Adil oğlunun Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işiTəqsirləndirilən şəxs CMnin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə eyni icraatda birləşdirilməsindən ütrü istintaq aidiyyəti üzrə Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. (cild 2, i.v. 123-125) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ayadək, xx xxxxx 2020-ci il tarixinədək müddətə uzadılmışdır. ( cild 2, i.v. 146-149) Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2 və 180.2.3-cü maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması və s. qərara alınmışdır. ( cild 2, i.v. 193-208) Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələr edilməklə yenidən ittiham elan edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 2, i.v. 228-229) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolları, habelə cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.3-cü maddəsinə əsasən oyğunçuluq, yəni özgənin əmlakını açıq talama təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2 və 180.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə 08 il müddətinə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı 06 il müddətinə endirilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 11 (on bir) ay 10 (on) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 11 (on bir) ay 10 (on) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, cəzasını çəkdiyi dövrdə hazırki cinayət əməllərini xx xxxxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixlərdə törətmişdir. Göründüyü kimi o, hazırki cinayət əməllərini 2 il keçmədən törətmişdir. Bununla da Təqsirləndirilən şəxs onun əməlində cinayətlərin residivi yaranmış olur. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də oğurluq cinayətlərinə görə məhkum olunmasını onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2 və 180.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla cəza təyin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 11 (on bir) ay 10 (on) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi müddətdə törətmişdir. Bu səbəbdən, CM-in 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv olunmalı və CM-in 67.1-ci maddəsinə əsasən qeyd edilən cəzanın çəkilməmiş hissəsi hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 02 ədəd qadın əl çantası, 01 ədəd dodaq boyası və 02 ədəd üz ənliyinin Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınmalıdır. Həmçinin maddi sübut Zərərçəkmiş şəxs3 məxsus AC 522779 nömrəli sürücülük vəsiqəsinin, Zabita Quliyeva adına Beynəlxalq Banka məxsus 6762 6111 0639 2862 nömrəli bank kartın, Zamina Quliyeva adına 5362 3882 1532 9442 nömrəli Yapı Kredi banka məxsus kartın, Zərərçəkmiş şəxs3 adına 5167 5133 4820 3860 nömrəli Beynəlxalq Banka məxsus kartın, Quliyeva Zamina adına 4098 6088 8849 1367 nömrəli Unibank məxsus Visa kartın və Bakhtiyar Quliyev adına 5362 3882 0258 9735 nömrəli Yapı Kredi banka məxsus kartın, Qoç Ət restoranına məxsus 2015 1997 0002 5872 nömrəli kartın, Hayat Clinic tibb mərkəzinin yaşıl rəngli vizit kartın, Akkumlyator Mərkəz tərəfindən verilmiş zəmanət talonunun və Zərərçəkmiş şəxs3 adına Farris Optik tərəfindən yazılmış eynək reseptinin Zərərçəkmiş şəxs3 geri qaytarılması nəzərə alınmalıdır. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk iş cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızına dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızına məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2 və 180.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.3-cü maddələri ilə isə 4 il (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə təyin olunmuş və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı 06 il müddətinə endirilmiş azadlıqdan məhrum etmə cəzasının, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə çəkilməmiş 11 (on bir) ay 10 (on) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin və CM-nin 67.1-ci maddəsinə əsasən çəkilməmiş həmin cəza hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 02 ədəd qadın əl çantası, 01 ədəd dodaq boyası və 02 ədəd üz ənliyinin Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs3 məxsus AC 522779 nömrəli sürücülük vəsiqəsinin, Zabita Quliyeva adına Beynəlxalq Banka məxsus 6762 6111 0639 2862 nömrəli bank kartın, Zamina Quliyeva adına 5362 3882 1532 9442 nömrəli Yapı Kredi banka məxsus kartın, Zərərçəkmiş şəxs3 adına 5167 5133 4820 3860 nömrəli Beynəlxalq Banka məxsus kartın, Quliyeva Zamina adına 4098 6088 8849 1367 nömrəli Unibank məxsus Visa kartın və Bakhtiyar Quliyev adına 5362 3882 0258 9735 nömrəli Yapı Kredi banka məxsus kartın, Qoç Ət restoranına məxsus 2015 1997 0002 5872 nömrəli kartın, Hayat Clinic tibb mərkəzinin yaşıl rəngli vizit kartın, Akkumlyator Mərkəz tərəfindən verilmiş zəmanət talonunun və Zərərçəkmiş şəxs3 adına Farris Optik tərəfindən yazılmış eynək reseptinin Zərərçəkmiş şəxs3 geri qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk iş cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-162/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-162/2020
13.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver