Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-162/2023 16.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış və xx.xx.2022-ci il tarixdə saat 12:40-da ünvan 2 ünvanın qarşısında olarkən Nərimanov RPİnin 16-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasına gətirilmiş, xidməti otaqda onun üzərinə keçirilən şəxsi axtarış zamanı ona məxsus olan əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,292 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, mənzil istismar idarəsində işləyir. Zibil yeşiklərindən dağıntıların olmamasına nəzarət edir. İşi ilə əlaqədar funksiyalarını icra edən zaman polis əməkdaşları ona yaxınlaşaraq, əvvəllər məhkumluğunun olub-olmamasını soruşmuşlar. Daha sonra isə onu avtomobilə əyləşdirib 16-cı PB-nə gətirmişlər. O, heç bir təqsirinin olmadığını bildirmişdir, lakin onu dinləyən olmamışdır. Son olaraq məhkəmədən barəsində bəraət verilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı ifadə verməmişdir və müstəntiq tərəfindən elektron formada tərtib edilmiş kağızları oxumadan imzalamışdır. Əvvəllər narkotik vasitə hesab olunan heroin istifadə etmişdir. Lakin son 5 ildir ki, narkotik vasitədən istifadə etmir. Polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalmamışdır. İdarədə polis əməkdaşları ona göstərilən narkotik vasitəni götürürək üzərindən aşkar edilmiş kimi təqdim etməsini tələb etmişlər. Məhkəmə iclasında ifadə verən polis əməkdaşlarını tanımır, həmin şəxslər onu saxlamamışlar və onlarla heç bir düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12.40 radələrində Nərimanov RPİ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə inzibati ərazidə gəzintidə olarkən ünvan 2 ünvanın qarşısında 1 nəfər şəxsin yerişindən və hərəkətlərindən özünü şübhəli aparmasını görüb bu səbəbdən ona yaxınlaşaraq özlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərərək Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları olmalarını bildirmiş, bundan sonra həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. Həmin şəxs danışarkən suallarından yayınmağa və oradan getməyə çalışmışdır. Onlar həmin şəxsin rabitəsiz danışığından narkotik vasitələrin təsiri altında olmasından və üzərində narkotik vasitə daşımasında şübhələnib onu Nərimanov RPİ-nin 16-cı PB-nə dəvət etmişlər. Polis Bölməsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxsdur. Bu barədə raportla rəhbərliyə məruzə etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı o, üzərində gəzdirdiyi narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki maddə narkotik vasitə hesab olunan "kakos" adı ilə tanınan heroindir. Aşkar edilmiş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə “Papanin” adlanan yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata almışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ittiham tərəfinin təşəbbüsü ilə cinayət işi üzrə şahidlər Şahid1 və Şahid2 təkrarən şahid qismində dindirilmiş və onlar ilkin ifadələri ilə oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 17 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 17 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən ünvan 6 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində 16-cı PB-nə gətirilmişdir. 16-cı PB-də Təqsirləndirilən şəxs üzərində üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. İştirakçıların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümü könüllü olaraq təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi maddə narkotik vasitə hesab olunan “kakos” adı ilə tanınan heroindir. Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2022ci il tarixdə Nəsimi rayonu, Papanin adlanan ərazidən anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən 10 manata almışdır. Həmin narkotik maddəni öz istifadəsi üçün saxlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 12:40-da ünvan 7 ünvanın qarşısında olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırıldı, 218 nömrəli möhürlə möhürləndi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2022-cil il tarixli, 6/6009 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün № 218” dairəvi möhür əksi, “Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs..” və s. Sözləri, soyad və imzaları olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,292 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat təşkil edir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 19 oktyabr 2022-ci il tarixli qərara əsasən Nərimanov RPİ-nin MSYda saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X2 19 oktyabr 2022-ci tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsinə qərar verilmişdir. “Təqsirləndirilən şəxs barəsinə qətimkan tədbirinin seçilməsi haqqında” 19 oktyabr 2022ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilmişdir. “Maddi sübut kimi tanıma haqqında” 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroinin təmiz çəkisi 0,292 qram hesablanmalı və iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmasına, aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizası nəticəsində tədqiqata sərf edilmiş 0,05 qram hissəsi nəzərə alınmaqla, qalıq 0,242 qram saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə verilməsinə, şəxsi axtarış zamanı istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsinə və cinayət işinin istintaq materiallarına əlavə edilməsinə qərar verilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-411/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətdə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətdə azadlığın məhdudlaşdırlması cəzası saxlanılmışdır. “Axtarışda olan şəxsin tutulmasına dair” 02 dekabr 2022-ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə ünvan 8 ünvanın qarşısında saxlanılaraq Nərimanov RPİ 16-cı PB-nə gətirilmişdir. “Qətimkan tədbirinin nəzərə alınması barədə” 02 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 X5 X1 xx.xx.2022-ci il tarixli, 7298 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olmuşdur və xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olmuşdur və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. “Axtarışda olan şəxsin tutulmasına dair” 23 yanvar 2023-cü tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanın qarşısında saxlanılaraq Nərimanov RPİ 16-cı PB-nə gətirilmişdir. “Təqdim edilən diskə baxış keçirilməsi haqqında” 24 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 16-cı PB-də Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. İştirakçıların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümü könüllü olaraq təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi maddə narkotik vasitə hesab olunan “kakos” adı ilə tanınan heroindir. Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu, Papanin adlanan ərazidən anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən 10 manata almışdır. “Təqsirləndirilən şəxsin RPİ-nin MSY-dən azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 25 yanvar 2023-cü il tarixli qərara əsasən təqsirləndirilən şəxs . Təqsirləndirilən şəxs MSY-dan azad olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 25 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroinin təmiz çəkisi 0,292 qram hesablanmalı və iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmasına, aparılmış məhkəmə fizikikimyəvi ekspertizası nəticəsində tədqiqata sərf edilmiş 0,05 qram hissəsi nəzərə alınmaqla, qalıq 0,242 qram saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə verilməsinə, şəxsi axtarış zamanı istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsinə və cinayət işinin istintaq materiallarına əlavə edilməsinə qərar verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-162/2023 saylı, 17 fevral 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsi və barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına etap olunması və yerləşdirilməsi, qərarın icrasının Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilmiş və onun icrasına nəzarətin həyata keçirilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraat dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Şöbəsinin 09 mart 2023-cü il tarixli, Aİ-60973 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq 16-cı PŞ-nə gətirilmiş və saxlanılması üçün Nərimanov MSY-nə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Təqsirləndirilən şəxs məhkəmə istintaqında ittiham edildiyi əməldə özünü təqsirli hesab etməyərək, ümumiyyətlə hər hansı cinayəti törətmədiyini, məhkəmə iclasında ifadə verən polis əməkdaşlarını tanımadığını və həmin şəxslərin onu saxlamadığı ilə bağlı ifadəsinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Məhkəmə göstərilən xüsusatın dəqiqləşdirilməsi üçün 29 mart 2023-cü il tarixdə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 17 oktyabr 2022-ci il tarixdə, saat 12:40 radələrində olduqları yerin müəyyən edilməsi üçün onların istifadələrində olan mobil nömrələrin anten məlumatlarının götürülməsi barədə qərar qəbul etmişdir. Məhkəmənin qərarına əsasən "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatlara əsasən Şahid1 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonun anten dairələri onun 17 oktyabr 2022-ci il tarixdə, saat 12:40 radələrində Bakı şəhəri, Səbail rayonu, R.Behbudov küçəsində olduğunu göstərir. Məhkəmənin qərarına əsasən "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatlara əsasən Şahid2 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonun anten dairələri onun 17 oktyabr 2022-ci il tarixdə, saat 12:40 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində olduğunu göstərir. Məhkəmə tərəfindən müvafiq anten məlumatlarını əldə edildikdən sonra ittiham tərəfinin vəsatəti əsasında əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 təkrar dindirilmişlər. Məhkəmə iclasında şahid qismində təkrarən dindirilmiş əməliyyat müvəkkili Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar səhər işə gələn zaman mobil telefonları işdə saxlayırlar. Xidməti funksiyaların icrası zamanı əraziyə onlara verilmiş xüsusi rabitə vasitəsi ilə çıxırlar. Onlara məxsus mobil telefona gələn zənglərə isə iş yoldaşları cavablandırırlar. xx.xx.2022-ci il tarixdə xidmət aparan zaman üzərində mobil telefonu olmamış və yalnız xüsusi rabitə vasitəsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş əməliyyat müvəkkili Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, mütəmadi olaraq inzibati ərazidə xidmət aparan zaman mobil telefondan istifadə etmir və mobil telefonu inzibati binada iş otağında saxlayır. Lakin xüsusi rabitə vasitəsi xidmət zamanı daimi olaraq istifadəsi üçün üzərində olur. Onun mobil telefonuna gələn zəngləri onun xahişi ilə mütəmadi olaraq inzibati binada olan iş yoldaşları cavablandırırlar. Məhkəmə iş üzrə şahidlər Şahid1 və Şahid2 təkrarən dindirilmələri zamanı verdikləri ifadələri ilə bağlı bildirir ki, məhkəmə şahidlərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək Şahid1 və Şahid2 məhkəmə istintaqı zamanı verdikləri ifadəni inandırıcı hesab edir. Beləliklə məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, habelə məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin və ekspert rəylərinin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilinmədiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun törətdiyi cinayət əməlinə görə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-411/2022 nömrəli hökmü qanuni qüvvəsini almamışdan əvvəl, yəni xx.xx.2022-ci il tarixdə törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 27 mart 2023-cü il tarixli, 21-1-3-6395-11 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsinə axtarış tədbirləri həyata keçirildiyi üçün onun qeydiyyata alınması mümkün olmamışdır. Beləliklə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-411/2022 hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının hər hansı hissəsini çəkməmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 1(006)-411/2022 nömrəli hökmü ilə təyin olunmuş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsi nəzərə alınmaqla Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq qəti cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 05 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün – ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş narkotik vasitənin qalıq çəkisi – 0,242 qram heroin məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri 55,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 iş saatı üçün cəmi 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 1(006)- 411/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs oğluna təyin olunmuş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsi nəzərə alınmaqla Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona 01 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu cəmi 05 gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş narkotik vasitənin qalıq çəkisi – 0,242 qram heroin məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 55,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-162/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-162/2023
16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver