Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-162/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs (mülki ididaçı)- Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Ermənistan Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ş evində yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bir sıra əməkdaşları ilə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs oğlu Şahid "xxxx" QSC-də sahə rəisi vəzifəsinə düzəlməsinə köməklik göstərməsi üçün ona müraciət etdikdə, bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 13 yanvar 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən çay evində 6000 manat və 2022-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 205 ünvanında yerləşən 23 saylı musiqi məktəbinin qarşısında 1500 manat olmaqla ümumilikdə 7500 (yeddi min beş yüz) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilmiş və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qaynı Tahirin vasitəsi ilə tanımışdır. 2022-ci ilin əvvəllərində qaynı Tahir Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evində söhbətləşdiyi zaman yeznəsini işə düzəltmək istədiyini demişdir. Tahirə yalandan tanışların olduğunu yeznəsini işə düzəldə biləcəyini demiş, bu söhbətdə 1 həftə sonra söhbət etdikləri zamanı qudası Zərərçəkmiş şəxs demiş, Fizuli Taleh ilə birlikdə görüşüb bu məsələ haqqında ətrafli söhbət etmək istədiyini bildirmişdir. Fizuli onun istifadəsində olduğu 077 ***-**-** nömrəsinə zəng edib oğlu Şahid Azərbaycan Texniki Universitetinin “avtomatika” fakultəsini bitirdiyini və onu hara işə düzəldə biləcəyini soruşmuş,o bir neçə iş yeri təklif etdikdən sonra Fizuli oğlu Oruc ilə məsləhət etdikdən sonra "xxxx" QSC-yə işə düzəltməyini qərar vermişlər. Fizuliyə 7500 manat pula tanışları vasitəsi ilə işə düzəldəcəyini demişdir. 13 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi RPİ-nin 20-ci PŞ- nin yaxınlığında yerləşən çay evində Zərərçəkmiş şəxs və onun oğlu Şahid ilə birlikdə görüşüb Fizuli ilə söhbət zamanı oğlunu hansı vəzifəyə düzəldəcəyini soruşub, onun oğlunu "xxxx" QSC-nin tərkibində olan “Avto-baza”da aylıq 950 manat məvacibi sahə rəisi vəzifəsinə düzəldəcəyini, həmçinin"xxxx"QSC-də işləyən tanışlarının vasitəsi ilə tez bir zamanda alınacağına inandırdıqdan sonra Fizuli elə ordaca 6000 manat pulu verib qalan 1500 manat pulun oğlu işə düzəldəndən sonra verəcəyini bildirmişdi. Pulu götürəndən 2 gün sonra Fizuli ilə əlaqə saxlayıb sağlamlıq haqqında arayışın və digər sənədlərini istəmişdir ki, Fizulini işin getdiyinə inandırsın. Fizuli həmin sənədləri oğlu Orucun vasitəsi ilə göndərmiş, 2022-ci ilin iyun ayında o, Fizuli ilə əlaqə saxlayaraq görüşmək istədiyini demişdir ki, məqsədi digər 1500 manatı götürmək olmuşdur. Onlar, yəni Tahir o və Fizuli Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsində yerləşən çay evində görüşmüşlər. Görüş zamanı "xxxx" QSC-də kadr dəyişikliyi olduğu üçün qalan 1500 manat pulu verməli olduğunu, əks təqdirdə oğlu Orucun işə qəbul məsələsinin alınmayacağını bildirmişdir. Fizuli ona 1 gün vaxt verməyini demişdir. Səhərsi gün 1500 manat pulu oğlu Orucun vasitəsi ilə göndərmişdir. Həmin pulu Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti, 23 saylı musiqi məktəbin qarşısında görüşüb götürüb, bundan sonrada Zərərçəkmiş şəxs müxtəlif bəhanələr gətirərək yalan vədlər vermişdir, onun niyyəti Zərərçəkmiş şəxs aldatmaq olmuşdur, Fizulidən götürdüyü 7500 manat pulu heç kimə verməmişdir, maddi sıxıntıları olduğuna görə həmin pulu o, öz xərclərinə sərf etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hal-hazırda zərərşəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı ödəyə bilməsədə qısa zaman içərisində ödəyəcəkdir. Mülki iddianı qəbul edir. Son olaraq əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsinə yüngül cəza təyin edilməsini məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2 il müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs oğlu Orucun qayınatası Tahir Qurbanovun vasitəsi ilə tanımışdır. Oğlu Şahid Azərbaycan Texniki Universitetinin “Avtomatika” fakültəsini bitirmişdir. Təxminən 2022-ci ilin əvvəllərində oğlu Oruc işsiz olduğu üçün onu işə düzəltmək istəyirdi. Bu məqsədlə Orucun qayınatası Tahirlə söhbət zamanı ona oğlunu işə düzəltmək istədiyini bildirmişdir. Tahir də ona tanışı Sahilb adlı şəxsin vasitəsi ilə oğlu Orucu "xxxx" QSC-də işə düzəldə biləcəyini bildirmişdi. Həmin zaman Tahirdən Sahil adlı şəxsin güvənilir biri olub olmadığını soruşduqda o. Sahilin onunla qohumluq əlaqələrinin də olduğunu bildirmişdi. Bundan sonra o, Tahirdən Sahil ilə danışmasını xahiş etmişdir. Tahir də, Sahilin istifadəsində olan mobil nömrəsinə zəng edərək ondan oğlu Orucu "xxxx" QSC-nə işə düzəldə bilib-bilməyəcəyini soruşmuşdu. Həmin zaman Sahil 7500 manat pul qarşılığında oğlunu "xxxx" QSC-nə işə düzəldə biləcəyini bildirmişdi. Bundan sonra onlar 13 yanvar 2022- ci il tarixdə Bakı şəhəri, Nəsimi RPİ-nin 20-ci PŞ-nin yaxınlığında yerləşən çay evində görüş təyin etmişlər. 13 yanvar 2022-ci il tarixdə qeyd olunan çay evində o, oğlu Oruc ilə birlikdə Sahil ilə görüşmüşlər.Sahil ilə söhbət zamanı ondan oğlunu hansı vəzifəyə düzəldəcəyi barədə maraqlanmışlar, Sahil də, oğlu Orucu "xxxx" QSC-nin tərkibində olan “Avto- baza” da aylıq 950 manat məvacibi olan sahə rəisi vəzifəsinə düzəldəciyini bildirmişdir. Həmin vaxt Sahil həmçinin "xxxx" QSC-də yüksək vəzifədə çalışan tanışlarının olduğunu və oğlunu da, həmin tanışlarının vasitəsi ilə "xxxx" QSC-də işə düzəldə biləcəyini bildirmişdir. Sahilin qətiyyətli danışığı və "xxxx" da yüksək vəzifədə işləyən tanışlarının olduğunu bildirməsindən sonra ona qarşı inamı yaranmış və onun üzərində olan 6000 manat pulu oğlu Orucun yanında Sahilə təqdim etmişdir. Sahil də, pulu təhvil alaraq cibinə qoymuşdur. Bundan sonra Sahil qalan 1500 manat pulu nə vaxt ona təqdim edəcəyini soruşduqda ona oğlu işə düzəldikdən sonra 1500 manat pulu verəcəyini bildirmiş, Sahil də, razılaşaraq oğlu Orucu "xxxx" QSC-də işə düzəldəcəyinə dair bir daha vəd vermişdir. Bundan sonra onlar sağollaşaraq oradan ayrılmışlar. Pulu verdiyi vaxtdan təxminən 2-3 gün keçdikdən sonra Sahil onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq oğlunun sənədlərini və sağlamlıq haqqında arayışını istəmiş, o, Sahilin dediyi sənədləri oğlu Orucun vasitəsi ilə Sahilə göndərmişdir. 2022-ci ilin iyun ayında Sahil əlaqə saxlayaraq onunla görüşmüşlər. Görüş zamanı Sahil "xxxx" QSC-də kadr dəyişikliyi olduğu üçün 1500 manat pulu verməli olduğunu, əks təqdirdə oğlu Orucun işə qəbul məsləsinin alınmayacağını demiş, o da ona 1500 manat pulu verəcəyini demişdir. Həmin günün sabahısı 1500 manat pulu Sahilə təqdim etməsi üçün oğlu Oruca vermişdir. Oruc da pulu Sahilə verdikdən sonra onunla əlaqə saxlayaraq pulu Sahilə verdiyini bildirmişdir. Bundan sonra o, Sahil ilə əlaqə saxlamış və o, ona narahat olmamağı, artıq "xxxx" QSC-də işləyən yüksək vəzifəli şəxslərlə oğlunun işi ilə bağlı danışdığını və yaxın zamanlarda oğlunu işə çağıracaqlarını demişdir. Pulu verdiyi tarixdən 2 ay keçməsinə baxmayaraq Sahil onlara işlə bağlı heç bir məlumat verməmişdir. Belə olduqda Sahillə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamış, lakin, Sahil ona səbirli olaraq gözləməyini və 2 həftə ərzində oğlunun işə çağırılacağını bildirmişdir. Lakin Sahilin dediyi vaxtdan 1 həftə keçməsinə baxmayaraq oğlunu işə çağırılmadığını gördükdə Sahillə əlaqə saxlayaraq ondan verdiyi 7500 manat pulu geri tələb etmiş. Sahil isə 1 ay ərzində ona verdiyi pulu qaytaracağını bildirmişdir. Lakin Sahilin vəd verdiyi vaxtdan xeyli keçməsinə baxmayaraq ona vermiş olduğu 7500 manat pulu qaytarmamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanı ödəməmiş və onlar barışıq əldə etməmişdir.Ondan şikayətçi olduğunu və şəxs barəsində ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs oğlu məhkəməyə mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı mülki iddia verərək mülki cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə maddi ziyana görə 7.500 manat və 95 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Füzuli oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2 il müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs onun qayınatası Tahir Qurbanovun vasitəsi ilə tanımışdır. O, Azərbaycan Texniki Universitetinin "Avtomatika" fakültəsini bitirmişdir. Təxminən 2022- ci ilin əvvəllərində o, işsiz olduğu üçün o atası onu işə düzəltmək istəyirdi. Bu məqsədlə atası qayınatası Tahirlə söhbət zamanı ona onu işə düzəltmək istədiyini bildirmişdir. Tahir də atasına tanışı Sahil adlı şəxsin vasitəsi ilə onu "xxxx" QSC-də işə düzəldə biləcəyini bildirmiş və Sahil ilə onu "xxxx" QSC-nə işə düzəldə bilib- bilməyəcəyini soruşmuşdur. Hamin zaman Sahil 7500 manat pul qarşılığında onu "xxxx" QSC-nə işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra onlar atası Füzuli ilə birlikdə 13 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi RPİ-nin 20-ci PŞ-nin yaxınlığında yerləşən çay evində Sahil ilə görüşmşlər. Sahil ilə söhbət zamanı ondan onu hansı vəzifəyə düzəldəcəyi barədə maraqlanmışlar. Sahil də, onu "xxxx" QSCnin tərkibində olan “Avto- baza” da aylıq 950 manat məvacibi olan sahə rəisi vəzifəsinə düzəldəciyini bildirmişdir. Həmin vaxt Sahil həmçinin “Socar" QSC-də yüksək vəzifədə çalışan tanışlarının olduğunu və onu da həmin tanışlarının vasitəsi ilə “Socar" QSC-də işə düzəldə biləcəyini bildirmişdir. Sahilin qətiyyətli danışığı və "xxxx" da yüksək vəzifədə işləyən tanışlarının olduğunu bildirməsi onlara ona qarşı inam yaratmışdır. Bundan sonra atası üzərində olan 6000 manat pulu onun yanında Sahilə təqdim etmişdir. Sahil də, pulu təhvil alıb sayaraq cibinə qoymuşdur. Bundan sonra Sahil qalan 1500 manatı nə vaxt ona veriləcəyini soruşduqda atası ona onu işə düzəldikdən sonra 1500 manat pulu verəcəyini bildirmişdir. Sahil də, razılaşaraq onu "xxxx" QSC-də işə düzəldəcəyinə dair bir daha vəd vermişdir. Bundan sonra onlar sağollaşaraq oradan ayrılmışlar. Pulu verdikdən təxminən 2-3 gün keçdikdən sonra Sahil atası ilə əlaqə saxlayaraq onun sənədlərini və sağlamlıq haqqında arayışını istəmişdir. Sənədləri hazırlayıb Sahillə görüşüb ona vermişdir. Orada Sahil bir daha onu işlə təmin edəcəyinə söz vermişdir. 2022-ci ilin iyun ayında Sahil atası ilə Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsində yerləşən çay evində görüşmüş və Sahil "xxxx" QSC-də kadr dəyişikliyi olduğu üçün 1500 manat pulu verməli olduğunu, əks təqdirdə onun işə qəbul məsləsinin alınmayacağını bildirmişdir. Atası da 1500 manat pulu verəcəyini bildirmişdir. Həmin günün sabahısı 1500 manat pulu Sahilə təqdim etməsi üçün atası ona pulu vermiş və o Sahillə Bakı şəhəri, Nərimanov rayonu Azadlıq prospekti 205 ünvanında yerləşən 23 saylı müsiqi məktəbinin qarşısında görüşüb 1500 manatı ona vermişdir. Bundan sonra onlar Sahil ilə əlaqə saxlamış və o, onlara narahat olmamağı, artıq "xxxx" QSC-də işləyən yüksək vəzifəli şəxslərlə onun işi ilə bağlı danışdığını və yaxın zamanlarda işə çağıracağını bildirmişdir. Pulu verdiyi tarixdən 2 ay keçməsinə baxmayaraq Sahil onunla işlə bağlı heç bir məlumat verməmişdir. Belə olduqda Sahillə əlaqə saxladıq, lakin, Sahil səbirli olaraq gözləməklərini və 2 həftə ərzində işə çağırılacağını bildirmişdir. Lakin Sahilin dediyi vaxtdan 1 həftə keçməsinə baxmayaraq o işə çağırılmamış və atası belə olduğu halda Sahillə əlaqə saxlayaraq ondan verdiyi 7500 manat pulu geri tələb etmişdir. Lakin Sahilin vəd verdiyi vaxtdan xeyli keçməsinə baxmayaraq ona vermiş olduğu 7500 manat pulu qaytarmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Axtarışda olan şəxsin tutulması haqqında” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən 03 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad olunmuş və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, təkrar törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsiilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən, yəni 22 may 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs məhkəməyə mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi zərərin ödənilməsi ilə bağlı mülki iddia verərək mülki cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə maddi zərərə görə 7.500 manat məbləğində pulun və ödənilmiş 95 manat dövlət rüsumunun mülki cavabdehdən tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia tam təmin edilməli, Təqsirləndirilən şəxso ğlundan 7.500 manat məbləğində pulun və ödənilmiş 95 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi xx.xx.2025-ci il tarixdən-xx.xx.2025-ci il tarixədək 25 iş saatı üçün 150 (yüz əlli) manat, xx.xx.2025-ci il tarixdən 01 iş saat üçün 11 (on bir) manat, cəmi 161 manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsiilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində saxlanıldığı 1(bir) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 02 (iki) ay, 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 22 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiası tam təmin edilsin. Təqsirləndirilən şəxs 7.500 manat məbləğində pul və ödənilmiş 95 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi, 26 iş saatı üçün cəmi cəmi 161 (yüz altmış bir) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-162/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-162/2025
22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver