Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-163/2022 11.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –Bakı şəhəri 15 Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi ev 68B ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlamaqla daşımışdır. Belə k, Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlamaqla daşıyarkən 27 noyabr 2021-ci il tarixdə saat 14 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri Nərimanov rayonu, X11 küçəsi, 39 ünvanında şübhəli şəxs qismində saxlanılıb, Nərimanov rayon Polis İdarəsinin 16-cı PB-nə gəlirilib inzibati binada üstünə baxış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir büküm şəffaf rəngli selofana bükülü 0,285 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 3 aya yaxındır ki, narkotik vasitə istifadə edir. 27.11.2021-ci il tarixində saat 13 radələrində Nərimanov rayonunun ərazisində tanışları Hikmət və Elməddin ilə görüşüb söhbət edərkən 4 nəfər şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları olduqlarını bildirib onları 16-cı PB-nə gətirmişlər. Polis bölməsində xidməti otaqlarınd abirində üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində gəzdirdiyi psixotrop maddəni könüllü olaraq təqdim etmişdir. Həmin psixotrop maddəni 27.11.2021-ci il tarixdə yaşadığı ünvanın yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən özü qəbul etmək üçün 10 manata almışdır. Sonda əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 27 noyabr 2021-ci il tarixdə saat 14 radələrində PB-nin cinayət axtarış xətti üzrə əməliyyat müvəkkili polis mayoru X13, əməliyyat müvəkkili, polis kapitanı X8 və sahə inspektoru polis kapitanı X18 ilə birlikdə inzibati ərazidə gəzinti apararkən Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 39 ünvanın qarşısında 3 nəfər şəxsin hərəkətlərindən və özlərini şübhəli apardıqlarını görüb onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib, onlara da özlərini təqdim etmələri təklif olunmuşdur. Həmin şəxslər danışarkən suallardan yayınmağa və oradan uzaqlaşmağa çalışmışlar. Onların rabitəsiz danışığından narkotik vasitələrin təsiri altında olmalarından və üzərlərində narkotik vasitə daşımalarından şübhələnib onları 16-cı PB-nə dəvət etmişlər. Polis Bölməsində onların şəxsiyyəti müəəyyən edildi, məlum oldu ki, həmin şəxslər X1, X2 və Təqsirləndirilən şəxs oğludur. Həmin şəxslərin üzərində şəxsi axtarış aparılması və təhqiqat araşdırması aparılması üçün raportla bölmənin rəhbərliyinə müraciət etmiş, araşdırmanın aparılması təhqiqatçı Emin Səfərova tapşırılmış və o, Təqsirləndirilən şəxs oğlunun üzərinə baxış keçirilməzdən əvvəl ona hüqüq və vəzifələrini izah edərək vəkil X9 dəvət etmiş və baxışın videoçəkiliş vasitəsilə keçiriləcəyini izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində olan əşyaları təqdim elsin. O, əynində olan qara rəngli şalvarın qabaq sol yan cibindən «İphone 6» markalı mobil telefonu, sağ yan cibindən bir ədəd içərisində spesifik qoxuya malik, şəffaf rəngli, krislall şəkilli maddə olan şəffaf rəngli sellofan bükülüsünü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bir ədəd sellofan bükülünün içərsində olan şəffaf rəngli kristal formasında olan maddə «şüşə» adı ilə tanınan metamfetamindir. Həmin maddəni 27.11.2021-ci il tarixdə səhər saatlarında yaşadığı ünvanın yaxınlığında anket məlumatını bilmədiyi, üzdən tanıdığı şəxsdən 10 manata almışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş bükülü zərfə qoyularaq iştirak edən polis əməkdaşlarının və onun özünün iştirakı ilə möhürləndi və bu barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində çağırılmış X4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə şahid X4 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 27 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 27 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ 16-cı PB-nin baş leytenantı X19, CA üzrə baş əməliyyat müvəkkilləri, polis mayoru Şahid1, polis mayoru Şahid2, əməliyyat müvəkkili, polis kapitanı X3 və sahə inspektoru, polis kapitanı X14 və 20 saylı Vəkil bürosunun vəkili X7, şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə protokol tərtib etmişdir. 27.11.2021-ci il tarixdə saat 14:00 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 4 ünvanın qarşısında Təqsirləndirilən şəxs oğlu saxlanılaraq şübhəli şəxs qismində 16-cı PB-nə gətirilmişdir. 16-cı PB-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etməsi təklif olundu. Təqsirləndirilən şəxs oğlu üzərinə şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan şəffaf rəngli selofana bükülmüş 01 ədəd bükümü təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs oğlu bildirdi ki, təqdim etdiyi maddə psixotrop maddə hesab olunan “şüşə” adı ilə tanınan metamfetamindir. Təqsirləndirilən şəxs oğlu üzərindən aşkar edilmiş psixotrop maddəni 27.11.2021-ci səhər saatlarında yaşadığı ünvanın yaxınlığından anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən 10 manata almışdır. Həmin narkotik maddəni əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyaraq öz istifadəsi üçün saxlamışdır. 27.11.2021-ci il tarixdə saat 13:00-da yaşadığı ünvanın qarşısında tanışları olan Hikmət və Elməddinlə görüşmüş və saat 14:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışlar. Aşkar olunmuş psixotrop maddə iştirakçıların və Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə qablaşdırıldı, 218 nömrəli möhürlə möhürləndi; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2021-ci il tarixli, 6/5281 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 218” dairəvi möhür əksi olan, «Şübhəli şəxs Təqsirləndirilən şəxs» sözləri, adlar soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,285 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 29 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 29 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “Diskə baxış keçirilməsi haqqında” 05 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X5, icraatında olan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə cinayət işi materiallarına əlavə edilmiş 27 noyabr 2021-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı PB-də şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs oğlunun üzərinə axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD diskə baxış keçirtmişdir. Həmin DVD diskin içərisində 1 ədəd fayl vardır. Baxış zamanı müəyyən edilmişdir ki, fayldaki görüntü 04 dəqiqə 13 saniyə davam edir. Görüntüdə özünü Təqsirləndirilən şəxs oğlu kimi təqdim edən şəxs müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə görüntünün 04 dəqiqə 13-cü saniyəsində əynində olan qara rəngli şalvarın sağ qabaq cibindən bir ədəd sellofan bükülüsünü, sol cibindən 01 ədəd qara rəngli “İphone 6” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyur və təqdim etdiyi bükülünün içərisindəki maddənin “şüşə” olduğunu və həmin psixotrop maddə olan metamfetamini 27.11.2021-ci il tarixdə yaşadığı ünvanın yaxınlığında üzdən tanıdığı adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata alaraq üzərində saxladğını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü zərfə qoyularaq möhürlənir və zərf iştirakçılar tərəfindən imzalanır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 dekabr 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu məhkum edilməmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 04 dekabr 2021-ci il tarixli, 4884 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; “Sübutların qiymətləndirilməsi haqqında” 05 yanvr 2022-ci il tarixli qərardan görünür ki, psixotrop maddə metamfetamin və 01 ədəd DVD disk sübut hesab edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,285 qram çəkidə psixotrop maddə metamfetam (iş üzrə keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,235 qram) iş üçün müstəsna əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış və götürmə zamanı çəkilmiş video görüntünün olduğu 01 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi isə 0,285 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs oğluna CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs oğlu CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (27-29 noyabr 2021-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-də saxlanılan psixotrop maddənin qalıq çəkisi məhv edilməli, şəxsi axtarış zamanı çəkilmiş video görüntünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun CM-in 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X10 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil X16 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi xidmətə görə vəkil X10 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatı üçün cəmi 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 27.11.2021-ci il tarixdən 29.11.2021-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğluna təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan 0,235 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 65.00 manat Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X16 tərəfindən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-163/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-163/2022
11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver