Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-164/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyatda olan, ünvan 2 ünvanında yaşamış, hazırki iş üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-cı il tarixli, 4(009)-1065/2020 nömrəli qərarı ilə ********* nömrəli cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 07 radələrində ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs tərəfindən idarə edilərək saxlanılmış “Hundai Sonata” markalı **-TD-*** qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsinin açıq vəziyyətdə olmasından istifadə edərək avtomobilin salonunda ötürücünün yanından, Zərərçəkmiş şəxs məxsus balansında 05 manatlıq danışıq kartı, üzərində isə 15 manat dəyərində ***- ***-**-** nömrəli sim kartı olan, 01 ədəd 400 manat dəyərində “Xiomi” markalı və balansında danışıq kartı olmayan, nömrəsiz, 01 ədəd 750 manat dəyərində “Huavei” markalı mobil telefon aparatlarını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 1170 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2019cu ilin iyul ayının əvvələrindən həmyerlisi, uşaqlıqdan tanıdığı Vüsalimin “20 Yanvar” metro stansiyasınının yaxınlığında yerləşən telefon təmiri mağazasında ona kömək etmişdir. Onun mütəmadi olaraq həmin mağazaya gələn Şahid4 ilə öncədən Vüsalimin vasitəsi ilə qiyabi tanışlığı olmuşdur. Mağazada Vüsalimin köməkçisi kimi işlədiyi müddət ərzində isə, Şahid4 ilə sıx münasibəti yaranmışdır. Belə ki Pərvin, dostu Vüsalim ilə əvvəllər “28 May” metro stansiyası yaxınlığında yerləşən telefon satışı ilə məşğul olan mağazada birlikdə çalışmışdır. Oğurluqdan bir neçə saat öncə Şahid4 Vüsalimin mağazasında olarkən söhbət əsnasında ona birlikdə “Atatürk” prospektində yerləşən “Rent a car”dan icarəyə avtomobil götürməyi təklif etmiş və onlar birlikdə şəhərə gəzintiyə getmişlər. Orada olarkən Pərvin dostuna zəng edərək oraya gəlməyini bildirmiş, daha sonra onlar birlikdə Gəncliyə getmiş, orada “Rent a car”dan Pərvin və dostu avtomobil götürmüş, onlar avtomobilin pulunu birlikdə vermişdir. Pərvin avtomobilə əyləşərək Yasamal rayonuna öz xanım dostunu götürmək üçün gəlmiş, daha sonra onlar oradan “Əcəmi” metrosuna tərəf getmişlər. Orada kafelərin birində tanışı Elşən, Pərvinin xanım dostu, Pərvin və o, birlikdə oturmuşlar. Daha sonra bütün günü şəhəri maşınla gəzmişlər. Nərimanov rayonu ərazisindən keçərkən universitetin qarşısında Pərvin avtomobili saxlamış, o da fürsətdən istifadə edərək avtomobildən düşmüş, qarşıdakı avtomobilin pəncərəsinin açıq olduğunu görüb oradan iki ədəd mobil telefon götürmüşdür. Hazırda mobil telefonların markasını xatırlamır. Sonra gəldikləri avtomobilə əyləşmiş, avtomobilə əyləşərkən Pərvin telefonları görmüş və bunları satmaq istəmişdir. Laha sonra onlar Firidunun yanına getmiş və Pərvin telefonların birini Firiduna satmış, digər telefonu isə geri qaytarmışdır. Həmin mobil telefonu sonradan Pərvinin nə etməsi barədə məlumatı yoxdur. Eyni zamanda, telefonları həmin avtomobildən oğurlamasını ona heç kim deməmiş, o özü sərbəst qərar verərək həmin mobil telefonları oğurlamışdır. Əməlindən peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Hundai” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx xxxx 2019-cu il tarixə keçən gecə saat 05 radələrində, Nərimanov rayonunda yerləşən İqtisad universitetinin qarşısında avtomobilini saxlamış, bir müddət istirahət etmək istəmiş və özündən asılı olmayaraq onu yuxu tutmuşdur. Bu zaman avtomobilin pəncərələri açıq vəziyyətdə olmuş, yuxudan ayılaraq özünə gəldikdə isə balansında 05 manatlıq danışıq kartı, üzərində isə 15 manat dəyərində ***-***-**-** nömrəli sim kartı olan, 01 ədəd 400 manat dəyərində “Xiomi” markalı və balansında danışıq kartı olmayan, nömrəsiz, 01 ədəd 750 manat dəyərində “Huawei” markalı mobil telefonlarının avtomobilindən oğurlanmasını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 1170 manat maddi ziyan dəymişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının vermiş olduğu rəy ilə razı deyil. Onun “Xiaomi” markalı mobil telefonunun dəyəri 400 manat olmuş, eyni zamanda digər “Huawei” markalı telefonun da dəyəri 750 manat təşkil etmişdir. Oğurlanan “Xiomi” markalı telefonu ona qaytarılsa da, digər mobil telefonu qaytarılmamış və ona görə dəyən ziyan tam ödənilməmişdir. Buna görə də təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla dostu Vüsalim vasitəsi ilə tanış olmuş və münasibətləri yaranmışdır. Hadisə günü Təqsirləndirilən şəxsla birlikdə avtomobillə şəhərdə gəzmişlər. Bəxtiyar telefonları onun xəbəri və məlumatı olmadan oğurlasa da, avtomobilə əyləşdikdən sonra telefonları satmağı Bəxtiyara o təklif etmiş, daha sonra avtomobili telefon aksesuarlarının təmiri mağazasında telefon təmiri ilə məşğul olan tanışı Firidunun işlədiyi yerə tərəf sürmüşdür. Nərimanov rayonunda avtomobildən düşərək Firidunun işlədiyi obyektə daxil olmuşdur. Bu zaman tanışı Elşən də onun yanında gəlmişdir. O, telefonlardan birini, yəni “X6 Note 4” markalı mobil telefonu Firiduna satmışdır. “Huawei” markalı telefonu isə Firidun götürmədiyindən həmin telefonu evinə aparmış, həmin günün axşamı 20 Yanvar metrostansiyasının yaxınlığında Vüsalim işlədiyi obyektə gələrək ona mobil telefonu satmaq istədiyini bildirmiş və “Huawei” markalı telefonu ona satmışdır. Telefonları satarkən Şahid1 və Şahid2 telefonların oğurluq olması barədə məlumat verməmişdir. Qazandığı puldan isə Bəxtiyara heç nə verməmiş, bütün pulu özü götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Şahid4 adlı şəxsi tanıyır, onlar birlikdə hərbi xidmətdə olmuş, ondan sonra da birlikdə işlər görmüşlər. Təqsirləndirilən şəxsı təxminən bir ildən artıqdır tanıyır. Onun tüfeyli həyat tərzi keçirən biri olduğunu bilir. Şahid4 “Huawei” markalı “Mate 20“ modelli mobil telefonu ona satmış, lakin telefonun oğurluq olması barədə heç nə deməmişdir. Telefonu aldıqdan bir müddət sonra onun işlədiyi mağazadan da oğurluq hadisəsi baş vermiş və həmin mobil telefon da oğurlanan telefonların içərisində olmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 və Şahid3 məhkəmə iclasında iştirak etməmişlər. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təxminən 3 ay olar ki, Nərimanov rayonu A.Nemətulla 48 ünvanında yerləşən telefon aksesuarlarının təmiri mağazasında telefon təmiri ilə məşğul olur, artıq 1 ay olar ki, həmin mağazada çalışdığı işdən ayrılmış və hal-hazırda işləmir. Mağazada çalışdığı müddətdə bir neçə dəfə xarab telefonların alqı-satqısı ilə də məşğul olmuş, sonuncu dəfə iyul ayının ortalarında mağazada çalışarkən Şahid4 bir nəfər tanımadığı şəxslə ağ rəngli nömrəsini xatırlamadığı avtomobillə mağazaya yaxınlaşmış, həmin zaman Pərvin yaxınlaşaraq telefon satmaq istədiyini bildirmiş, o isə öz növbəsində telefonu ala biləcəyini demiş, telefona baxarkən telefonun yaddaşının boş olduğunu, içində heç bir mobil operatora məxsus nömrə olmadığını görmüşdür. Pərvin ona telefonu 30 manata satmaq istədiyini bildirmiş, o isə həmin qiymətə mobil telefonu ondan almış, onun yanında dayanan digər şəxs isə onlardan kənarda dayanmışdır. Pərvin telefonu satarkən ona oğurluq olması barədə məlumat verməmiş, o, aldığı telefonu təmir edərək həmin telefonun üzərinə onunla birlikdə həmin mağazada köməkçi kimi çalışan qohumu X2 məxsus babasının adına olan (***-***- **-**) mobil nömrəni taxaraq işləyib-işləmədiyini yoxlamış və Tap.az saytında 130 manata satışa çıxarmağı barədə elan vermiş, Gəncədə yaşayan tanımadığı bir şəxs zəng edərək mobil telefonu 100 manata almaq istədiyini bildirmiş və onlar 130 manata razılaşmışlar. O avtovağzalda həmin şəxslə görüşmüş və telefonu 130 manata həmin şəxsə satmışdır. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2019-cu ilin təxminən iyul-avqust aylarında xəstəliyi ilə bağlı olaraq müalicə almaq məqsədilə Bakı şəhərinə gəlmiş, Bakı şəhərində olarkən həmin ərəfələrdə internet səhifələrindən birində şəxsi istifadəsi üçün mobil telefon axtarmağa başlamış, elanların birində gördüyü modelini dəqiq xatırlamadığı “Xiaomi” markalı mobil telefon xoşuna gəldiyindən elanın altında yerləşdirilən mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq almaq istədiyini bildirmiş, həmin şəxslə Bakı şəhərində Beynəlxalq Avtovağzalın qarşısında görüşmüş, həmin şəxs, ona telefonun özünə məxsus olduğunu, heç bir probleminin olmadığını bildirmiş və o da həmin şəxsdən telefonu alaraq Mingəçevir şəhərinə getmişdir. Bir neçə gün sonra Mingəçevir şəhərində olarkən qiyabi tanışlığı olan Elsevər adlı şəxsə telefonu 120 manata satmışdır. Bir neçə ay sonra həmin şəxs özü və daha sonra da polis əməkdaşları onunla əlaqə saxlayaraq telefonun oğurluq olduğunu bildirmiş, o da təcili olaraq həmin telefonu götürərək polisə təhvil vermək üçün gətirmişdir. Telefonun oğurluq olması barədə məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Əli Sevdimov, Nərimanov RPİnin inzibati binasında xidməti otağında, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq Şahid1 tərəfindən könüllü olaraq təqdim edilən sənədin surətinin iş üçün mühüm əhəmiyyət kəsb etməsi nəzərə alınaraq ona baxış keçirmişdir. Baxış zamanı müəyyən olundu ki, həmin sənəd Şahid4 adlı şəxsin şəxsiyyət vəsiqəsinin surətidir və həmin sənəddə Xiaomi markalı mobil telefonun onun tərəfindən satıldığı qeyd olunmuşdur. Həmin sənəd iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün tərəfindən götürülmüşdür; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon X3 Şöbəsinin müstəntiqi, polis baş leytenantı X1, tərəfindən istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zəruri olduğundan, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs verdiyi ifadənin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək məqsədi ilə onun oğurluq etməsi ehtimal olunan yerdə ifadəsinin yerində yoxlanılması istintaq hərəkətini aparmışdır. ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınmış Təqsirləndirilən şəxs xx xxxx 2019cu il tarixdə oğurluq etmiş olduğu yeri və hadisə yerinə gedən yolu göstərməyi təklif edəndə, sonuncu oğurluq etmiş olduğu yerin ünvan 4 ünvanını qeyd etdiyindən onun göstərdiyi yerə getmişlər. Təqsirləndirilən şəxs təqdim etdiyi yer ünvan 4 ünvanında yerləşən köşkün qarşısıdır. Təqsirləndirilən şəxs verdiyi ifadəsində qeyd etdiklərini əyani olaraq göstərməsi və baş vermiş hadisənin faktiki hallarına dair ifadə verməsi təklif olunanda, o, həmin yeri göstərərək bildirdi ki, xx xxxx 2019-cu il tarixdə səhər saatlarında həmin ünvanda yolun kənarında dayanmış vəziyyətdə olmuş avtomobilin içindən iki ədəd mobil telefon oğurlamışdır. Bununla da, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı sonuncu ifadəsində göstərdiyi yerə necə və hansı yolla getməsini, öz hərəkətlərinin xarakter və xüsusiyyətləri ilə bağlı ayrı-ayrı halların müəyyən edilməsini düzgün və dəqiq göstərərək ifadəni təsdiq etdi; “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Əli Sevdimov, Nərimanov RPİnin inzibati binasında 52 nömrəli xidməti otaqda, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq Şahid3 iştirakı ilə xx xxxxxx 2020-ci il tarixdə onun tərəfindən könüllü olaraq təqdim edilən “Xiaomi” markalı mobil telefonun iş üçün mühüm əhəmiyyət kəsb etməsi nəzərə alınaraq baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, həmin mobil telefonun korpusu qızılı rəngli örtükdən ibarətdir. Təqdim olunmuş mobil telefenun ön hissəsi isə şüşə materialdan ibarət olmaqla ağ rəngdədir. Mobil telefonun arxa hissəsində “Xiaomi” markasının loqosu əks olunmuşdur. Həmin mobil telefon iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 3784/3785 nömrəli kompyuter texniki ekspertizası rəyindən görünür ki, təqdim edilmiş bir ədəd həssas təzyiqlə (sensorlu) çalışan “Android 7.0” əməliyyat sistemi ilə təhciz olunmuş “Xiomi Redmi” markalı “Note 4” mobil “**********50822, **********50830 imei kodlu mobil (smartfon) telefon olmaqla, hal-hazırda işlək vəziyyətdədir. Aparılmış tədqiqat nəticəsində Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və köhnə işlənmiş mobil telefon alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilmiş bir ədəd “Xiaomi Redmi 32GB” markalı “Note 4” modelli mobil telefonun işlənmiş vəziyyətdə, xx xxxxxx 2018-ci il tarixə, telefonun istismar müddətini, təyinatı üzrə istifadəyə yararlığını, hadisə vaxtı üstündə satış üçün telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar satış qiyməti təxminən 192,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil edir; Zərərçəkmiş şəxs tərəfindən yazılmış qəbzdən görünür ki, o, xx xxxx 2020-ci il tarixdə Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Əli Sevdimovdan 01 ədəd “X6” markalı, “Note 4” modelli mobil telefonu təhvil almışdır; “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli Qərardan görünür ki, “X6” markalı, “Note 4” modelli mobil telefonun maddi sübut kimi tanınaraq xx.xx.2020-ci il tarixdə zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmışdır; Məhkəməyə təqdim edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 234/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 180.2.2-ci maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs CM-in 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 1 il 8 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır; Qanuni qüvvəyə minmiş hökmün icrası barədə xx xxxxxxx 2020-ci il tarixli göstərişdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-234/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli hökmü icra olunması üçün Xəzər rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(005)- 1065/2020 nömrəli qərarından görünür ki, CM-in 180.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokol, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci maddəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3- 2, 177.1 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2005-ci il 03 mart tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. CPM-in 435.4 və 435.4.3-cü maddələrinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir və bu hal yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmələr tərəfindən rəhbər tutmalıdır. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: əməlindən peşman olmasını; cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini və gənc olmasını; qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Naftalan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən olunmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulmuş hallar nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-234/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və icra edilməmiş 1 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki cinayət işi üzrə təyin edilmiş cəza ilə qismən toplanılaraq qəti cəza müəyyən edilməli (CM-66.2, 66.5), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, hazırki iş üzrə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut –“X7” markalı, “Note 4” modelli mobil telefonun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.5-ci maddələrinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-234/2020 nömrəli, xx xxxxxxx 2020ci il tarixli hökmü ilə təyin edilmiş və icra edilməmiş 1 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 11 (on bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - “X6” markalı, “Note 4” modelli mobil telefonun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №AZ34CTRE********************, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-164/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-164/2020
29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver