Məhkəmə qərarları › İş №1(005)-164/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-164/2021

29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-164/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi -Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Tovuz rayonu, Əlibəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Tovuz rayonu, Əlibəyli kəndində qeydiyyatda olmaqla ünvan 1-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs qardaşı X4 Zərərçəkmiş şəxs icarəyə götürdüyü avtomobilə görə tətbiq edilən cərimələri ödəyəcəyinə dair sonuncuya vəd verərək yerinə yetirmədiyi üçün 28 noyabr 2020-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanında yerləşən mağazada Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı əlləri ilə Zərərçəkmiş şəxs sağ əlini qəsdən tutub burmaqla ona sağ əlin İV barmağının orta falanqasının yerdəyişən sınığı ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədiyini bildirərək ifadəsində bildirmişdir ki, o, ünvan 1 ünvanında yerləşən yaşadığı evin həyətində özünə məxsus olan ərzaq mağazası işlədir. X16 2018-ci ilin mart ayında Bakı şəhərində lizinq yolu ilə “Daewoo Gentra” minik markalı avtomobil almışdır. Vüqar bir neçə ay həmin avtomobillə Bakı şəhərində taksi sürücüsü kimi işlədikdən sonra ona məlum olmayan səbəblərdən avtomobili sahibinə geri qaytarmışdır. 24 noyabr 2020-ci il tarixdə günorta saat 12 radələrində özünə məxsus mağazada olan zaman Zərərçəkmiş şəxs mağazaya daxil olub özünü təqdim edərək qardaşı Vüqarı axtardığını bildirmişdir. Şəbnəmə Vüqarın qardaşı olduğunu söyləyib Vüqarla telefon vasitəsilə əlaqə saxlayıbsaxlamadığını soruşmuşdur. Şəbnəm cavabında Vüqardan narazılığını bildirərək onunla əlaqə və ünsiyyət saxlamaq istəmədiyini demişdir. Şəbnəmdən nə məqsədlə Vüqarı axtardığını soruşduqda Şəbnəm bir müddət əvvəl özünə məxsus Daewoo Gentra minik markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobili lizinq yolu ilə Vüqara satdığını və Vüqarın həmin avtomobili idarə edərkən yol hərəkəti qaydaları əleyhinə törətmiş olduğu inzibati xətalara görə yaranmış cərimə borcunu ödəmədiyini bildirmişdir. Şəbnəmə bu məsələnin ona aidiyyəti olmadığını söyləyib Vüqarın işlərinə görə bir də onu narahat etməməsini xahiş etmişdir. Şəbnəm cavabında ondan Vüqarla gün ərzində əlaqə saxlayıb cərimələri mütləq ödətdirməyi tələb edərək, əks təqdirdə növbəti dəfə yaşadığı ünvana gəlib onunla başqa cür danışacağını deyib çıxıb getmişdir. Həmin gün axşam saatlarında bununla əlaqədar qardaşı Vüqara zəng edərək Şəbnəm adlı qadının onu axtardığını və cərimələri ödəməsini tələb etdiyini demişdir. Vüqar bu işin ona aidiyyəti olmadığını söyləyib Şəbnəm zəng edəyəcəyi təqdirdə ona aralarında olan mübahisə ilə bağlı məhəkəməyə müraciət etməsini söyləməyini tapşırmışdır. Vüqardan niyə görə bu barədə Şəbnəmlə danışmadığını soruşduqda Vüqar sözügedən avtomobillə bağlı Şəbnəmlə bir neçə dəfə görüşüb danışdığını, lakin Şəbnəmi başa sala bilmədiyini demişdir. Növbəti gün, yəni 25 noyabr 2020-ci il tarixdə səhər saatlarında Şəbnəm ***-***-**-** mobil telefon nömrəsindən “WhatsApp” proqramı vasitəsilə ona səsli sms göndərərək Vüqarla danışıbdanışmadığını soruşmuşdur. Şəbnəmə cavab verərək qardaşı Vüqarla danışdığını söyləyib Vüqarın aralarında olan mübahisəni məhkəmə yolu ilə həll etməyi təklif etdiyini bildirmişdir. Həmçinin Şəbnəmdən xahiş etmişdir ki, bir də Vüqara görə onu narahat etməsin. Şəbnəm cavabında “WhatsApp” proqramı vasitəsilə ona səsli sms göndərməklə hədə-qorxu gələrək təhqiramiz ifadələrlə onu təhqir edib tezliklə yaşadığı ünvana gəlib onu rüsvay edəcəyini demişdir. 28 noyabr 2020-ci il tarixdə günorta saat 12 radələrində özünə məxsus mağazada olan zaman Şəbnəm qəflətən içəri daxil olub qışqıraraq onun ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Bir neçə dəfə Şəbnəmə müraciət edərək sakitləşməsini xahiş edib piştaxtanın arxasından çıxaraq ona yaxınlaşmışdır. Bu zaman gözləmədiyi halda Şəbnəm əlləri ilə boğaz nahiyəsini cırmaqlayaraq ona xəsarət yetirmişdir. Özünü itirərək geri çəkilən zaman Şəbnəm əlləri ilə onu sinəsindən itələmişdir. Müvazinətini itirib mağazadakı vitrinə doğru geri çəkilsə də, özünü toparlayıb yıxılmayaraq, ayaq üstə durmuşdur. Bunu görən Şəbnəm mağazanın girişində qoyulmuş metal qablarda qablaşdırılmış “Full” enerji içkilərinin bir qismini yerə dağıtdıqdan sonra bir neçəsini götürərək ona doğru atmışdır. Çətinliklə də olsa özünü Şəbnəmin atdığı enerji içkilərindən qoruyub öz həyətinə keçmişdir. Bu an Şəbnəm enerji içkilərinin bir neçəsini də götürüb küçəyə atmışdır. Şəbnəmin səs-küyünə və söyüş səslərinə qonşular küçəyə çıxmışlar. Onlar Şəbnəmə irad tutaraq söyüş söyməməsini tələb etmişlər. Şəbnəmin sakitləşmədiyini görüb mobil telefonu ilə “102” xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra tanımadığı iki nəfər polis əməkdaşı xidməti avtomobillə yaşadığı ünvana gəlmişlər. Bundan sonra polis əməkdaşları onu və Şəbnəmi Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsinə aparmışlar, polis bölməsində baş vermiş hadisə ilə əlaqədar ərizə və izahat vermişdir. Həmin vaxt Şəbnəm Şirəliycvaya xəsarət yetirməmişdir. Son olaraq ona qarşı elan olunmuş ittihamla razı olmadığını zərər çəkmiş şəxsə heç bir xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 13 mart 2018-ci il tarixdə Bakı şəhərində fəaliyyət göstərən “xxxx” MMC-dən müqavilə bağlamaqla lizinq yolu ilə “Daewoo Gentra” minik markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin ərəfələrdə həmin avtomobilin lizinq yolu ilə satışı barədə “Turbo.az” saytında elan yerləşdirmişdir. 18 noyabr 2019-cu il tarixdə X13 mobil telefonuna zəng vuraraq həmin avtomobili lizinq yolu ilə almaq istədiyini bildirmişdir. Bununla əlaqədar X13 ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində, “Elit” ticarət mərkəzinin yaxınlığında yerləşən avtomobil təmiri məntəqəsində görüşərək həmin avtomobili ona təqdim etmişdir. Vüqar Qurbanov həmin məntəqədə işləyən avtomobil təmiri ustası Şahid1 iştirakı ilə avtomobilin texniki vəziyyəti ilə yaxından tanış olduqdan sonra avtomobili bəyəndiyini və lizinq yolu ilə almaq istədiyini bildirmişdir. Vüqar Qurbanovla bu barədə ətraflı danışaraq ümumi razılığa gəldikdən sonra “Daewoo Gentra” minik markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” MMC-nin mülkiyyətində olduğuna görə sənədləşdirmə aparmaq üçün birlikdə “xxxx” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Xarici dairəvi yol 4 ünvanında yerləşən ofisinə gedib orada müvafiq sənədləşdirmə aparmışlar. Aralarında olan razılaşmaya əsasən Vüqar Qurbanov qabaqcadan depozit qismində ona 1000 (bir min) manat məbləğində pul verməklə sözügedən avtomobili 30 (otuz ay) müddətinə gündəlik 25 (iyirmi beş) manat ödəmək şərti ilə lizinq yolu ilə almışdır. Bununla əlaqədar Vüqar Qurbanov öz dəsti xətti ilə ona qəbz yazıb verərək üzərinə öhdəlik göitürmüş və həmin qəbzdə hər hansı problem yaranacağı təqdirdə əlaqə saxlamaq məqsədi ilə yaxın qohumlarının, o cümlədən qardaşı Təqsirləndirilən şəxs əlaqə telefonlarını yazmışdır. Elə həmin gün, yəni 18 noyabr 2019-cu il tarixdə həmin avtomobili tam saz və istismara yararlı vəziyyətdə Vüqar Qurbanova təhvil vermişdir. Növbəti gündən etibarən Vüqar Qurbanov müntəzəm olaraq avtomobilə görə ona gündəlik 25 (iyirmi beş) manat məbləğində pul ödəməyə başlamışdır. 2020-ci ilin mart ayında Vüqar Qurbanov ona zəng vuraraq idarə etdiyi “Daewoo Gentra” minik markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrik sistemində nasazlıq yarandığı və bu səbəbdən avtomobilin istismara yararsız vəziyyətə düşdüyünü bildirib avtomobili təmir etdirərək tam saz vəziyyətdə ona təqdim etməyini tələb etmişdir. Vüqara etiraz edərək, avtomobilin artıq 3 (üç) aydan çoxdur ki, onun istifadəsində olduğunu, aralarında olan razılaşmaya əsasən avtomobili hər beş gündən bir onun iştirakı ilə texniki baxışdan keçirərək mühərrik sisteminin yağını dəyişdirməli olduğu halda, buna riayət etmədiyini və avtomobili ona tam saz vəziyyətdə təhvil verdiyini bildirib öz vəsaiti hesabına avtomobili təmir etdirməsini tələb etmişdir. Bu səbəbdən Vüqarla aralarında narazılıq yaranmışdır. Həmin ərəfələrdə Vüqarın ona məlumat vermədən “Daewoo Gentra” minik markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobili evakuator vasitəsilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Elit” ticarət mərkəzinin yaxınlığındakı avtomobili təmiri məntəqəsində aparıb orada işləyən usta Şahid1 təhvil verdiyini eşidib Vüqara zəng vuraraq narazılığını bildirmişdir. Vüqar müxtəlif bəhanələr gətirərək avtomobili təmir etdirəcəyini vəd etsə də, vədinə əməl etməmişdir. 2020-ci ilin mart ayında təmir məntəqəsində Səxavət adlı ustanın iştirakı ilə “Daewoo Gentra” minik markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçrdikdə avtomobilin mühərrik sisetminin sıradan çıxdığını, eyni zamanda qabaq hissəsinin əzildiyini, kondisionerin yerində olmadığını və bir sıra digər detalların yararsız vəziyyətə düşdüyünü görmüşdür. Avtomobilin təmir xərcləri ilə bağlı maraqlandıqda ona məlum olmuşdur ki, avtomobilin təmiri və tam istismara yararlı vəziyyətə gətirilməsi üçün 2500 (iki min beş yüz) manat vəsaitə ehtiyac vardır. Bundan başqa ona məlum olmuşdur ki, Vüqar avtomobili idarə etdiyi müddət ərzində yol-hərəkəti qaydaları əleyhinə törətmiş olduğu inzibati xətalara görə yaranmış 600 (altı yüz) manat məbləğində cərimə borcunu dövlətə ödəməmişdir. Bu səbəbdən həmin vaxtdan etibarən mütəmadi olaraq Vüqara zəng vurub avtomobili təmir etdirməsini və yol-hərəkəti qaydaları əleyhinə törətmiş olduğu inzibati xətalarla bağlı cərimə borcunu ödəməsini tələb etməyə başlamışdır. Vüqar uzun müddət ərzində müxtəlif bəhanələrlə onu aldadaraq avtomobili təmir etdirməmiş, habelə cərimə borclarını ödəməmişdir. Bir müddət sonra isə Vüqar ümumiyyətlə onun zənglərinə cavab verməmişdir. Bu səbəbdən məcburiyyət qarşısında qalıb 2020-ci ilin may ayında Vüqarın qardaşı Təqsirləndirilən şəxs zəng vuraraq Vüqarın hərəkətlərindən narazılığını bildirmiş və xahiş etmişdir ki, Vüqarla danışaraq heç olmazsa, cərimələri ödəməyə onu razı salsın. Ramin bir neçə dəfə Vüqarla bu barədə danışaraq onu başa salacağını bildirsə də, bir müddət sonra onun telefonlarına cavab verməmişdir. Bu səbəbdən Vüqarı tapa bilmədiyi üçün Raminin ünvan 4 ünvanında yaşadığını öyrənib 2020-ci ilin noyabr ayının ortalarında Vüqarı tapmaq üçün Raminlə söhbət etmək məqsədi ilə həmin ünvana getmişdir. Həmin ünvanda Raminin ərzaq mağazası işlətdiyini öyrənib orada Raminlə görüşərək niyə görə qardaşı Vüqarla birlikdə onu aldatdıqlarını və Vüqarın hansı səbəbdən ona vurduğu maddi ziyanı ödəmədiyini soruşmuşdur. Ramin Vüqarın törətdiyi inzibati xətalara dair protokolların surətini “WatshApp” proqramı vasitəsilə ona göndərməsini xahiş edib söz vermişdlir ki, növbəti həftənin birinci gününədək Vüqarın əvəzinə onun cərimələrini ödəyəcəkdir. Raminə inanıb minnətdarlıq edərək yaşadığı ünvana qayıtmışdır. Lakin növbəti həftə ərzində Ramın vədinə əməl edib cərimələri ödəməmişdir. Bununla əlaqədar bir neçə dəfə Raminə zəng vurmuş, lakin Ramin telefon zənglərinə cavab verməmişdir. Bu səbəbdən 28 noyabr 2020-ci il tarixdə saat 11 radələrində Ramini tapıb qardaşı Vüqarın ona olan borcunu tələb etmək üçün Raminin yaşadığı ünvan 4 ünvanına getmişdir. Həmin gün saat 12 radələrində Raminin Nərimanov rayonu, Z.Bünyadov prospekti, PYUA 38/10, ev 104 ünvanında yerləşən mağazasına yaxınlaşan zaman onun mağazada olduğunu görüb içəri daxil olaraq niyə görə onu aldatdığını soruşub bu məsələ ilə bağlı tezliklə hüquq-mühafizə orqanlarına şikayət edəcəyini, qardaşı Vüqarla yanaşı onun da qanun qarşısında cavab verməli olacağını bildirmişdir. Ramin kobud şəkildə ona etiraz edərək bu məsələnin ona aidiyyəti olmadığını bildirdikdə Vüqarın avtomobili ondan alarkən qəbz yazıb verdiyini və həmin qəbzdə öz yaxın qohumlarının, o cümlədən onun adını və telefon nömrəsini yazaraq hər hansı problem yaranacağı təqdirdə əlaqə saxlamağı qeyd etdiyini demişdir. Ramin əsəbiləşərək üstünə qışqırıb rədd olub çıxıb getməsini tələb etmişdir. Ramindən danışığına fikir verməsini tələb edib aralarında olan problemi həll etmək üçün qardaşı Vüqarla onu görüşdürməsini tələb etmişdir. Bu zaman Ramin piştaxtanın arxasından çıxıb mağazanın içərisində qəflətən üstünə hücum etmişdir. Özünü qorumaq üçün əllərini qabağa vermiş və Ramin ani olaraq əlləri ilə sağ əlini tutub buraraq onu mağazanın qapısına doğru itələmişdir. Bu an sağ əlinin dördüncü barmağında şiddətli ağrı hiss edib qışqıraraq Ramindən əlini buraxmasını tələb etmişdir. Ramin onun qışqırmasına əhəmiyyət verməyib əlini buraxmayaraq onu mağazanın qapısından çölə itələyərək bir daha Vüqarla bağlı həmin məhəlləyə gəlməməsini tələb etmişdir. Çətinliklə özünü ələ alıb kənara çəkilmiş və şiddətli ağrı hiss etdiyi üçün sağ əlini baxan zaman sağ əlinin dördüncü barmağının şişdiyini görmüşdür. Bu zaman ətrafdakılardan kimsə polis əməkdaşlarının gələcəyini bildirmiş, bu səbəbdən şikayətini bildirmək üçün mağazadan bir qədər aralanıb polis əməkdaşlarını gözləməyə başlamışdır. Bir neçə dəqiqə sonra polis əməkdaşlarının mağazaya yaxınlaşıdığını görüb özünü təqdim etdikdən sonra Raminin ona xəsarət yetirdiyini bildirmiş və polis əməkdaşlarının müşayiəti ilə Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsinə getmişdir. Orada mobil telefonu ilə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq Raminin barəsində şikayət etmişdir. 17-ci polis şöbəsinin təhqiqatçısı ondan hadisə barədə ərizə və izahat almışdır. Polis şöbəsini tərk edib yaşadığı ünvana gedərkən sağ əlinin dördüncü barmağı bir qədər şişdiyindən və ağrı şiddətliyindən artıq sağ əlini sərbəst hərəkət etdirə bilməmişdir. Növbəti gün ağrıları keçmədiyi üçün Nəsimi rayonu ərazisində yerləşən taravmatologiya xəstəxanasına müracit elmişdir. Orada həkimlər onu müayinə edərkən ona məlum olmuşdur ki, sağ əlinin dördüncü barmağı sınmışdır. Bu səbəbdən həmin xəstəxanada ambulator qaydada müalicə olunmuşdur. Hadisə barədə sonradan tanışı, avtomobil ustası Şahid1 danışmışdır. Son olaraq təqsirləndirilən şəxs barəsində şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 çıxış edərək bildirmişdir ki, 2019-cu ilin noyabr ayının ortalarında tanışı Zərərçəkmiş şəxs işlədiyi sexə gələrək şəxsi istifadəsində olan “Daewoo Gcntra” minik markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin lizinq yolu ilə satışı barədə “Turbo.az” saytında elan yerləşdirmək istədiyini və elanda əlaqə telefonu qismində öz mobil telefon nömrəsi ilə yanaşı onun da mobil telefon nömrəsini qeyd etmək istədiyini bildirmişdir. Şəbnəmə narahat olmamasını söyləyib elanda niyə görə onun telefon nömrəsini qeyd etmək istədiyini soruşduqda Şəbnəm elanla maraqlanan müştərilərin mütləq əvvəlcə avtomobili ustaya göstərmək istəyəcəklərini söyləyib məhz bu səbəbdən öz nömrəsi ilə yanaşı ona məxsus mobil telefon nömrəsini də qeyd etmək istədiyini bildirmişdir. Razılaşmış və Şəbnəm həmin ərəfələrdə şəxsi istifadəsində olan “Daewoo Gentra” minik markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobili işlədiyi sexə sürüb gətirmişdir. 18 noyabr 2019-cu il tarixdə Şəbnəm ona zəng vuraraq X4 ona zəng vurub həmin avtomobili lizinq yolu ilə almaq istədiyini bildirmişdir. Şəbnəmin zəngindən bir neçə dəqiqə sonra X13 ona da zəng vuraraq Şəbnəmə məxsus həmin avtomobillə maraqlanmışdır. Vüqara avtomobilin tam saz vəziyyətdə olduğunu və işlədiyi sexdə saxlanıldığını bildirib istənilən vaxt gəlib baxa biləcəyini söyləmişdir. Bir neçə dəqiqə sonra X1 birlikdə işlədiyi sexə gəlib onun iştirakı ilə Şəbnəmə məxsus həmin avtomobilə baxmışlar. Vüqar avtomobilin texniki vəziyyəti ilə yaxından tanış olduqdan sonra avtomobili bəyəndiyini və lizinq yolu ilə almaq istədiyini bildirmişdir. Şəbnəm Vüqarla bu barədə ətraflı danışaraq ümumi razılığa gəldikdən sonra həmin avtomobil “xxxx” MMCnin mülkiyyətində olduğuna görə onlar müvafiq sənədləşdirmə aparmaq üçün birlikdə “xxxx” MMC-yə getmişlər. Elə həmin gün Vüqar Şəbnəmlə razılaşaraq avtomobili tamamilə saz və istismara yararlı vəziyyətdə işlədiyi sexdə təhvil alıb sürüb aparmışdır. Şəbnəmin deməsinə görə ona məlum olmuşdur ki, aralarında olan razılaşmaya əsasən Vüqar qabaqcadan depozit qismində ona 1000 (bir min) manat məbləğində pul verməklə sözügedən Daewoo Gentra minik markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobili 30 (otuz ay) müddətinə gündəlik 25 (iyirmi beş) manat ödəmək şərti ilə lizinq yolu ilə ondan almış və bununla əlaqədar öz dəsti-xətti ilə ona qəbz yazıb verərək üzərinə öhdəlik göitürmüşdür. 2020-ci ilin mart ayında Şəbnəm Vüqarın ona zəng vuraraq idarə etdiyi avtomobilin mühərrik sistemində nasazlıq yarandığını və bu səbəbdən avtomobilin istimara yararsız vəziyyətə düşdüyünü bildirib avtomobili təmir etdirərək tam saz vəziyyətdə ona təqdim etməsini tələb etdiyini bildirmişdir. Vüqar avtomobili tam saz vəziyyətdə təhvil aldığı üçün bunu eşidib təəccüblənmişdir. Bir neçə gün sonra Vüqar Şəbnəmə məxsus avtomobili qabaq hissəsi əzilmiş vəziyyətdə evakuator vasitəsilə işlədiyi sexə gətirərək qoyub getmişdir. Bu barədə Şəbnəmə zəng vurub məlumat vermişdir. Bununla əlaqədar Şəbnəm işlədiyi sexə gəlmiş və birlikdə avtomobilə baxış keçirtdikdə avtomobilin mühərrik sisetminin sıradan çıxdığını, eyni zamanda qabaq hissəsinin əzildiyini, avtomobilin kondisionerinin yerində olmadığını və bir sıra digər zəruri detallarının da yararsız vəziyyətə düşdüyünü aşkar etmişlər. Şəbnəmin xahişi ilə təmir xərclərini hesabladıqda məlum olmuşdur ki, avtomobilin təmiri və tam istismara yararlı vəziyyətə gətirilməsi üçün 2500 (iki min beş yüz) manat pula ehtiyac vardır. Bir müddət sonra Şəbnəmin deməsinə görə həmçinin ona məlum olmuşdur ki, Vüqar avtomobili idarə etdiyi müddət ərzində yol-hərəkəti qaydaları əleyhinə törətmiş olduğu inzibati xətalara görə yaranmış 600 (altı yüz) manat məbləğində cərimə borcunu dövlətə ödəməmişdir. Sonradan avtomobilin mühərrik sistemini işə saldıqda ona məlum olmuşdur ki, avtomobilin sürət qutusu da sıradan çıxmışdır və itismara yararsız vəziyyətdədir. Odur ki, bu barədə Şəbnəmə zəng vuraraq sürət qutusunun da yararsız vəziyyətə düşməsini və sürət qutusunun təmir olunması üçün 1200 (bir min iki yüz) manata ehtiyac olduğunu bildirmişdir. Bununla əlaqədar Şəbnəm bir neçə dəfə Vüqara zəng vurub avtomobili təmir etdirməsini və yol-hərəkəti qaydaları əleyhinə törətmiş olduğu inzibati xətalara görə cərimə borcunu ödəməsini tələb etsə də, Vüqar müxtəlif bəhanələr gətirib avtomobili təmir etdirməmiş, habelə cərimə borclarını da ödəməmişdir. 28 noyabr 2020-ci il tarixdə saat 15 radələrində Şəbnəm mobil telefonuna zəng vuraraq həyəcanlı vəziyyətdə həmin gün saat 11 radələrində Vüqarı tapıb ona olan borcunu tələb etmək üçün Vüqarın qardaşı Raminlə söhbət etmək məqsədi ilə Raminə məxsus ünvan 4 ünvanında yerləşən mağazaya getdiyini, lakin Raminin mağazada onu kobud şəkildə qarşıladığını və qəflətən üstünə hücum edib sağ əlini tutub buraraq onu mağazadan çölə çıxarmaqla sağ əlinin dördüncü barmağına xəsarət yetirdiyini bildirmişdir. Narahat olaraq Şəbnəmə ehtiyatlı olmasını söylədikdə o, artıq bununla bağlı Nərimanov RPİ-nin 17-ci polis şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparıldığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin post-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Şahid2 çıxış edərək bildirmişdir ki, 28 noyabr 2020-ci il tarixdə saat təxminən 13 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, PYUA 38/10 küçəsində Nərimanov RPİ-nin post-patrul xidməti bölüyünün polis nəfəri Şahid3 ilə birlikdə idarəyə məxsus “Fiat dablo” minik markalı xidməti avtomobillə xidməti vəzifələrinin icrası ilə əlaqədar hərəkətdə olarkən PYUA 38/10 küçəsi, ev 104 ünvanında yerləşən mağazada münaqişə baş verdiyini görüb cəld həmin ünvana hərəkət etmişlər. Avtomobili saxlayıb mağazaya yaxınlaşan zaman bir nəfər qadının mağazanın qarşısında dayandığını və mağazanın içərisində olan bir şəxslə mübahisə etdiyini görmüşlər. Həmin qadına yaxınlaşıb özlərini təqdim edərək nə baş verdiyini soruşub şəxsiyyətini müəyyənləşdirmək üçün ona müvafiq suallar ünvanlamışlar. Həmin qadın özünü Zərərçəkmiş şəxs kimi təqdim edib mağazanın sahibi Ramin adlı şəxslə aralarında mübahisə baş verməsini və mübahisə zamanı Raminin onun sağ əlinin dördüncü barmağına xəsarət yetirdiyini bildirmişdir. Həmin qadının sağ əlinə diqqətlə fikir verdikdə həqiqətən də sağ əlinin dördüncü barmağının şişdiyini görmüşdür. Bundan sonra mağazaya daxil olub özlərini təqdim edərək orada olan Ramin adlı şəxsi çölə dəvət edib şəxsiyyətini müəyyənləşdirmək üçün ona da müvafiq suallar ünvanlamışlar. Həmin şəxs özünü sözügedən mağazanın sahibi Təqsirləndirilən şəxs kimi təqdim edərək Şəbnəm adlı həmin qadının mağazaya gəlib ona xəsarət yetirdiyini bildirmişdir. Hər iki şəxsi nizamintizama dəvət edərək hadisə ilə əlaqədar müvafiq araşdırma aparılmalı olduğunu izah edib onları ərazi aidyyəti üzrə Nərimanov RPİ-nin 17-ci polis şöbəsinə dəvət edib gətirərək orada növbətçi hissəyə təqdim etmişlər. Hadisə ilə bağlı 17-ci polis şöbəsinin rəhbərliyinə müvafiq raportla məruzə etmişdir. 17-ci polis şöbəsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs X16 bir müddət əvvəl Zərərçəkmiş şəxs icarəyə avtomobil götürmüş, lakin sonradan avtomobildə nasazlıq yarandığı üçün Zərərçəkmiş şəxs ilə Vüqar və Təqsirləndirilən şəxs qardaşları arasında narazılıq yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin post-patrul xidməti bölüyünün polis nəfəri Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin təşəbbüsü ilə şahid qismində dəvət edilərək dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi dükana yaxınlaşanda qadın orada olmuşdu. Raminin ünvanına nalayiq ifadələr işlətmişdir. Orada enerji içkiləri var idi. Həmin enerji içkiləri götürüb Raminə doğru atmağa başlamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, hadisə yerində olmuşdur. Belə ki, dükana çörək almaq məqsədi ilə getmişdir. Mübahisəni təfsilatı ilə görməmişdir. O, ətrafa dağılmış enerji içkilərini toplamağa daha sonra kömək etmişdir. Xanımın barmağında qırıq olmamışdı. Həmin dükan üç ev onlardan aralıda olmuşdur. Ətrafda insanlar yığışmışdı. Xanımı dükanın içərisində görməmişdir. Xanım barmağının xəsarət alması ilə bağlı heç nə deməmişdir. Raminin də dükandan çölə çıxdığını görməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin təşəbbüsü ilə şahid qismində dəvət edilərək dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, hadisə baş verən ərazidə ev tikdirir. Ramini də ev tikdiyi vaxtdan etibarən tanıyır. Zərərçəkmiş şəxslə isə əlaqəsi yoxdur və onu tanımır. Hadisə baş verən tarixdə də tikilməkdə olan evinə baxmaq üçün getmişdir. Bir də görmüşdür ki, bir xanım Raminin mağazasının qapısını döyüb nalayiq ifadələr işlədir. O qadına yaxınlaşıb belə etməməsini, bir xanıma yaraşmayan hərəkətlər olduğunu bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Ramini mağazasının qapısından çıxanda görməmişdir. Zərərçəkmiş şəxsi isə mağazanın içərisində olarkən görməmişdir. Sadəcə olaraq enerji içkilərini tökdüyünü görmüşdür. Qadın ancaq nalayiq ifadələr işlədirdi. Xanımın isə barmağına xəsarət dəyməsi ilə bağlı heç nə eşitməmişdir. O, hadisə yerində bilavasitə olmamış sadəcə səs-küy eşidib hadisə yerinə getmişdir. Təqribən ətrafda 10-15 nəfər insan toplaşmışdı. Ondan başqa xanımı sakitləşdirən olmamışdı. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin təşəbbüsü ilə şahid qismində dəvət edilərək dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Ramini 4-5 ildir ki, tanıyır. Həmin tarixdə yaşadığı yerdən işə getməsi üçün tərk etmişdir. Bu zaman yolda gedərkən nalayiq ifadələr işlədən bir qadının səsini eşitmişdir. Nə baş verdiyini öyrənmək üçün hadisə yerinə yaxınlaşmışdır. Raminin həmin vaxt polis əməkdaşlarının hadisə yerinə gəlməsi üçün zəng etdiyini görmüşdür. Mağaza Raminə məxsus idi. Onların arasında baş vermiş mübahisəni görməmiş, sadəcə olaraq xanımın nalayiq ifadələr işlətdiyini görmüşdür. Həmin xanım enerji içkilərini götürüb yola dağıtmışdır. Hadisə baş verən zaman saat təqribən 12:00 olardı. Həmin qadını mağazanın içərisində görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 30 dekabr 2020-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaq aparılır. AR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X18 896 nömrəli, 07.12.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ əlin İV barmağının orta falanqasının yerdəyişən sınığı küt əşyanın təsirindən törənib, müddəti 28.11.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Aşkar edilmiş xəsarətlərin lokalizasiyasına və mexanizminə əsasən demək olar ki, həmin xəsarətlərin yıxılma və ya şəxsin özü tərəfindən yetirilməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 28.12.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Nərimanov rayon Məhkəməsinin 14.04.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatlı Birliyinin 55 saylı Mənzil Kommunal İstismarı Şöbəsi tərəfindən verilmiş 53/50 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1-də qeydiyyatsız yaşayır. Bakı şəhər İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatlı Birliyinin 55 saylı Mənzil Kommunal İstismarı Şöbəsinin 55/51 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1-də yoldaşı, oğlu və atası ilə birlikdə yaşayır. Bakı şəhər İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatlı Birliyinin 55 saylı Mənzil Kommunal İstismarı Şöbəsinin 55/51 saylı Təqsirləndirilən şəxs barəsində vermiş olduğu xasiyyətnaməsindən görünür ki, ünvan 1-də yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Qonşular tərəfindən müsbət xarakterizə edilir. AZ İV-386661 nömrəli və AZ İV-120282 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04.12.2019-cu il təvəllüdlü X7 və 03.05.2018ci il təvəllüdlü X5 olmaqla iki azyaşlı övladı vardır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 12 fevral 2021-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 13 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12.02.2021-ci il tarixdə AR CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması və s. qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahid ifadələri, hadisə yerinə baxış protokolu, ekspertiza rəyi, habelə cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma—iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini müsbət səciyyələndirən halın olmasını təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri ilə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar