Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-164/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:05 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə Nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı mədən nömrəsiz fərdi yaşayış evində yaşayan, 21 yanvar 2023-cü il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 mart 2022-ci il tarixdə saat 20:00 radələrində onun cinayətkar niyyətindən məlumatsız olan 2 nəfər fəhlə və tanışı Şahid1 ilə birlikdə sonuncunun idarə etdiyi “JMC” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə “X5” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 ünvanında yerləşən “Bakı Mexaniki Tökmə” zavodunun həyətindəki saxlanc yeri hesab edilməyən anbarına gələrək oradan “X5” MMC-yə məxsus 01 ədədinin qiyməti 40 manat olan 69 ədəd “X4-Scaffoldinf Frame” və 01 ədədinin qiyməti 50 manat olan 161 ədəd “Celik Platform-Roll Form 2,50-Stell Deck” adlı metal avadanlıqları gizli talayaraq zərərçəkmiş hüquqi şəxs “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 10,810 (on min səkkiz yüz on) manat olmaqla xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ildən 2022-ci ilin fevral ayınadək olan müddət ərzində “X5” şirkətində fəhlə kimi fəaliyyət göstərmiş, həmin şirkətin fəalliyyəti metal konsturiksiyaların alqı-satqısından ibarətdir. Şirkətin anbarı Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 ünvanında yerləşən “Bakı Mexaniki Tökmə” zavodunun həyətində yerləşir. Nümayəndə həmin şikətdə anbardar vəzifəsində, Şahid2 isə gözətçi vəzifəsində işləyir. 2022-ci ilin əvvəllərində maddi sıxıntıları olmuş, buna görə də əvvəllər işlədiyi “X5” MMC-nin Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 ünvanında yerləşən “Bakı Mexaniki Tökmə” zavodunun həyətində yerləşən anbardan metal avadanlıqlar oğurlayıb satmaq qərarına gəlmişdir. Həmin anbar açıq sahədə yerləşir, MMC tərəfindən Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 ünvanında yerləşən “Bakı Mexaniki Tökmə” zavodunun həyətindəki perimetrini və sahəsini dəqiq bilmədiyi boş ərazi icarəyə götürülmüş və MMC-yə məxsus müxtəlif növ metal avadanlıqlar həmin əraziyə yığılmışdır. Gözətçi Əli də axşam saatlarından bir neçə dəfə həmin metalların yanına gəlməklə nəzarət edib gedirmiş. Əvvəllər həmin ərazidə işlədiyindən zavodun daxilində gözətçilik qaydasını, metalların yığıldığı yerləri və digər məlumatları tam dəqiqliklə bilirdi. Oğurluqla bağlı işlərini planlaşdırıb yük maşını, fəhlə və oğurlayacağı metalı satmaq üçün müştəri axtarmağa başlamışdır. Belə ki, əvvəllər metal avadanlıqların satışı ilə məşğul olan “X5” MMC-də çalışdığından metal avadanlıqlar alan şəxsləri qiyabi də olsa tanımış, həmin şəxslərdən Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Şeş-beş” restoranın yaxınlığındakı metal qəbulu məntəqəsində işləyən Raminlə daha səmimi münasibəti olmuşdur. Raminin metal avadanlıqları ala biləcəyini düşünüb 01 mart 2022-ci il tarixdə ona zəng edib işlədiyi yerdən maaş əvəzi ona 1,5 ton çəkidə dəmirdən olan metal avadanlıqlar verildiyini və həmin metal avadanlıqları satmaq istədiyini bildirmişdir. Ramin isə 1,5 ton çəkidə metal avadanlıqları ümumilikdə 450 manata ala biləcəyini, lakin işlədiyi yerdə metalları yığmaq üçün şərait olmadığından həmin metalları Ramana qəsəbəsinə aparmalı olacağını, yol haqqını da onun verməli olduğunu bildirmişdir. Raminin şərtləri ilə razılaşıb metal avadanlıqları gətirəcəyini bildirmişdir. Bundan sonra oğurlayacağı metal avadanlıqları daşımaq üçün Tərlanla əlaqə saxlamışdır. Şahid1 onun qonşusudur, onun özünə məxsus “JMC” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı yük maşını vardır. Tərlan həmin yük maşını ilə metal alqı-satqısı və daşınması ilə məşğul olur. Tərlana məxsus həmin yük maşını ilə oğurlayacağı metal avadanlıqları daşıya biləcəyini düşünüb Tərlanla əlaqə saxlamışdır. Tərlanla danışıb təxminən 1,5 ton çəkidə metal avadanlıqları “Ulduz” metrosunun yaxınlığındakı zavodun həyətindən Ramana qəsəbəsinə neçiyə aparacağı barədə maraqlanmış və danışıb razılaşmışlar ki, həmin yükü Tərlan özünə məxsus “JMC” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə 150 manata aparacaq. Tərlana metal avadanlıqları iş yerindən maaş əvəzi ona verildiyini demişdir. xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Tərlanla danışıb onu Nərimanov rayonu ərazisindəki “Şeş-beş” restoranının yanına çağırmışdır. Özü də oğurlayacağı metal avadanlıqları maşına yükləmək üçün fəhlə axtarmış və Zabrat qəsəbəsi ərazisindəki qul bazarında dayanan, anket məlumatlarını bilmədiyi 2 nəfər fəhləylə danışıb onlarla birlikdə “Şeş-beş” restoranının yanına gəlmişdir. Hər fəhlə ilə danışıqlarına əsasən 20 manat pul verməliymiş. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Nərimanov rayonu ərazisindəki “Şeş-beş” restoranının yanında Tərlanla görüşmüşdür. Tərlana fəhlələrin metal avadanlıqları yükləyəcəyini bildirib, ondan fəhlələri özünə məxsus “JMC” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə “Bakı Mexaniki Tökmə” zavodunun həyətinə aparmağını istəmişdir. Özü isə, hazırda xatırlamadığı, əvvəllər tanımadığı taksi ilə “Bakı Mexaniki Tökmə” zavodunun həyətinə doğru getmişdir. Zavodun həyətinə çatdıqda gözətçi Əlinin oturduğu gözətçi postuna tərəf getmiş, Tərlangildən isə bir qədər irəlidə onu gözləmələrini istəmişdir. Əli yenicə ərazini gəzib qayıtdıqdan ən azı 1 saat ərzində yenidən ərazini gəzməyə çıxmayacağını bildiyindən, Əliylə sağollaşıb Tərlangilə tərəf getmiş, Tərlangilin yanına çatdıqda fəhlələr maşından düşmüş və fəhlələrlə birlikdə “X5” MMC-yə məxsus metal avadanlıqların yığıldığı anbara tərəf piyada getmiş, Tərlan isə yük maşını ilə onların arxasınca gəlmişdir. Anbara çatdıqda Tərlan yük maşınını saxlamış, özü isə avtomobildə qalmışdır. Fəhlələrlə birlikdə “platforma” və “rama” adlanan “X5” MMC-yə məxsus metal avadanlıqları Tərlana məxsus yük avtomobilinə yığmışdır. Özü isə fəhlələrlə birlikdə tanımadığı taksi ilə “Şeş-beş” restoranının yanına getmişdir. Raminlə danışıb metal avadanlıqları gətirdiyini bildirmiş, Ramin də onu “Şeşbeş” restoranının yanında gözləyəcəyini bildirmişdir. “Şeş-beş” restoranının yanına çatdıqdan sonra Raminlə orada görüşmüş, Ramin Tərlanın yük maşınına əyləşmiş və Ramana qəsəbəsinə yola düşmüşlər. O, isə tanımadığı taksi ilə fəhlələrlə birlikdə onların ardınca getmişdir. Ramana qəsəbəsində Raminin dediyi yerə, boş əraziyə çatdıqda avtomobillərdən düşmüşlər. Raminin dediyi yerə metal avadanlıqları boşaltdıqdan sonra Ramin ona ümumilikdə 450 manat pul vermişdir. O da həmin pulun 150 manatını danışıqlarına uyğun olaraq Tərlana yol pulu kimi vermişdir. Hər fəhləyə isə 20 manat zəhmət haqqı vermiş, qalan pulu da özündə saxlamış və Tərlanla birlikdə evlərinə qayıtmışdır. Özündə qalan 280 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Son olaraq məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxlərlə barışmış, onlara vurmuş maddi ziyanı tam şəkildə ödəmişdir. Əməlindən peşmandır. Bütün bunları nəzrə alaraq barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə bildirmişdir ki, 2020-ci ildən etibarən “X5” MMC-də anbardar vəzifəsində işləyir, anbar Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 ünvanında yerləşən “Bakı Mexaniki Tökmə” zavodunun həyətində yerləşir. “Bakı Mexaniki Tökmə” zavodunun həyətindəki perimetrini və sahəsini dəqiq bilmədiyi boş ərazi icarəyə götürülmüş və MMC-yə məxsus müxtəlif növ metal avadanlıqlar həmin əraziyə yığılmışdır. Həmin zavodun həyətinə gözətçi Şahid2 nəzarət etmiş, Əli axşam saatlarından bir neçə dəfə həmin metalların yanına gəlməklə nəzarət edib gedirmiş, həmçinin də Əli təkcə “X5” şirkətinə məxsus metal avadanlıqlara deyil, zavodun həyətində yerləşən digər anbarlarında avadanlıqlarına nəzarət edirmiş. 2022-ci ilin fevral ayında anbarda pərakəndə və dağınıq şəkildə yığılmış metal avadanlıqların sayında təxmini azalma olduğunu görmüş, bu barədə Əliyə də deyib metal avadanlıqları daimi nəzarətdə saxlamasını istəmişdir. xx.xx.2022-ci il tarixdə Əli ona zəng edərək anbardakı metal avadanlıqların sayının gözəçarpacaq qədər azaldığını bildirmişdir. Bundan sonra həmin gün anbara gəlib həqiqətən də metal avadanlıqlarının bir hissəsinin yerində olmadığını görmüşdür. Bu barədə Əliyə də bildirib özünün bu işlə məşğul olacağını bildirmişdir. Bir müddət maraqlandıqdan sonra əraziyə martın əvvəllərində naməlum yük maşının gəldiyini öyrənmişdir. xx.xx.2022-ci il tarixdə saat 07:00-da anbara gəlmiş və əraziyə baxış keçirərkən ərazidə olan MMC-yə məxsus bəzi malların yerində olmadığını aşkar etmişdir. Nərimanov RPİ-nin 17-ci PŞ-də ərizə yazarkən MMC-nə ümumilikdə təxminən 5400 manat maddi ziyan vurulmasını qeyd etmişdir. Hadisədən sonra şirkətdə sayım aparmışlar və 01 ədədinin dəyəri 40 manat olan 280 ədəd “X4-Scaffolding Frame”, 01 ədədinin dəyəri 50 manat olan 550 ədəd “Celik Platfor- Roll Form 2,50-Stell Deck”, 01 ədədinin dəyəri 8 manat olan 800 ədəd “Yatay Baglantı- Horizontal Brace”, 01 ədədinin dəyəri 12 manat olan 120 ədəd “Carpaz Baglantı-325sm- Diagonal Brace” adlı metal qurğuların ərazidə olmadığını müəyyən etmişlər. Həmin qurğular MMC tərəfindən sonuncu dəfə 2021-ci ilin iyul ayında avadanlıqların sayılmasından sonrakı siyahı ilə 2022-ci ilin mart ayının sonlarındakı sayımdan sonrakı siyahıda əksik gələn qurğulardır. MMC-yə məxsus həmin metal avadanlıqların oğurlanması, yaxud da istifadəyə yararsız olduğundan tullanılmasını dəqiq bilmir. MMC olaraq dəqiqləşmələr apararaq Təqsirləndirilən şəxs tərəfindən konkret olaraq 69 ədəd “X4-Scaffolding Frame” və 161 ədəd “Celik Platfor-Roll Form 2,50-Stell Deck” adlı metal avadanlıqların oğurlandığını müəyyən etmişlər. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış ümumilikdə 69 ədəd “X4-Scaffolding Frame” və 161 ədəd “Celik Platfor-Roll Form 2,50-Stell Deck” adlı metal avadanlıqlar geri qaytarılmışdır. Belə ki, polis əməkdaşları tərəfindən Elvinin oğurladığı metal avadanlıqların Ramin adlı şəxsə satıldığı müəyyən edilmiş, buna görə də Ramana qəsəbəsində olan həmin metal avadanlıqlar ona təhvil verilmişdir. Həmin metal avadanlıqlarla bağlı qabaqcadan beh götürdüyü üçün ona təhvil verilmiş həmin metal avadanlıqları hazırda adını xatırlamadığı müştəriyə satmışdır. Təqsirləndirilən şəxs tərəfindən “X5” MMC-nin Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 ünvanında yerləşən “Bakı Mexaniki Tökmə” zavodunun həyətindəki anbarından 01 ədədinin dəyəri 40 manat olan 69 ədəd “X4-Scaffolding Frame” və 01 ədədinin dəyəri 50 manat olan 161 ədəd “Celik Platfor-Roll Form 2,50-Stell Deck” adlı metal avadanlıqlar oğurlanmış və nəticədə “X5” MMC-yə ümumilikdə 10,810(on min səkkiz yüz on) manat maddi ziyan dəymiş, həmin maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə MMC-yə ödənilmişdir. Son olaraq məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o təqsirləndirilən şəxslə barışmış və ona dəymiş maddi ziyan tam çəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. Bununla bağlı barışıq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 bildirmişdir ki, təxminən 4 ildir ki, Bakı şəhəri ərazisində qara metal (dəmir) alqı-satqısı ilə məşğul olur. Belə ki, metal satmaq istəyən şəxslərdən həmin metalları alıb özünə məxsus “JMC” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı yük maşınına yükləyib bir qədər baha qiymətə zavoda satır. Həmçinin, yük maşınına müştəri olduqda yük daşıyır. Təqsirləndirilən şəxs onun qonşusudur. 01 mart 2022-ci il tarixdə günorta saatlarında Elvin ona zəng edərək “Ulduz” metrostansiyasının yaxınlığındakı zavodda olan metal avadanlıqları Ramana qəsəbəsinə aparmalı olduğunu bildirərək 150 manat yol puluna Elvinin metal avadanlıqlarını Ramana qəsəbəsinə aparmaqla bağlı razılaşmışlar. Elvin ona xəbər edəcəyini bildirmişdir. 02 mart 2022-ci il tarixdə saat 19 radələrində Elvin ona zəng edərək onu Nərimanov rayonu ərazisindəki “Şeş-beş” restoranın yanına çağırmışdır. O, da idarə etdiyi “JMC” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə həmin restoranın qarşısına gedib, həmin gün saat 20 radələrində Elvinlə görüşmüşdür. Elvin adlarını bilmədiyi 2 nəfərin fəhlə olduğunu və yükü onların yığacağını bildirmiş və həmin şəxslərin onun yük maşınına minmələrini istəmiş, o etiraz etmədiyindən həmin şəxslər onun yük maşınına minmişlər, Elvin özü isə hazırda xatırlamadığı taksiyə minmişdir. Təxminən 10 dəqiqə yol getdikdən sonra Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 ünvanında yerləşən “Bakı Mexaniki Tökmə” zavodunun yanına gəlmişlər. Həmin zavod köhnə zavoddur və zovodun həyətində müxtəlif sexlər vardır. Zavodun həyətinə daxil olduqdan sonra, Elvin bir qədər irəlidə onu gözləmələrini istəmiş və harasa getmişdir. O da yük maşınını sürüb zavodun həyətində Elvini gözləmişdir. Bir neçə dəqiqə sonra Elvin onların yanına gəlmiş və fəhlələr avtomobildən düşərək Elvinlə brilikdə piyada getməyə başlamışlar, o isə onların arxasınca yük maşınını sürmüşdür. Zavodun həyətində topa şəkildə yığılmış metal avadanlıqların yanında maşını saxlamış və maşından düşmədən onların yükü yığmalarını gözləmişdir. Elvin isə fəhlələrlə birlikdə metal avadanlıqları maşının yük yerinə yığmışlar. Metal avadanlıqları yük yerinə yüklədikdən sonra zavodun həyətindən çıxmışlar. O, maşını sürüb Nərimanov rayonu ərazisindəki “Şeş-beş” restoranın yanına getmiş və orada Elvini gözləmişdir. Elvin tanımadığı taksi ilə fəhlələrlə birlikdə onun yanına gəlmiş, bir neçə dəqiqə sonra isə Ramin adlı şəxs də onların yanına gəlmişdir. Ramin onun maşınına əyləşmiş birlikdə Ramana qəsəbəsinə getmişlər. 02 mart 2022-ci il tarixdə saat 23 radələrində Ramana qəsəbəsinə gəlmiş, Elvingildə gəlmişlər, fəhlələlər maşındakı metal avadanlıqları Raminin dediyi yerə boşaltmışlar. Yükü boşaltdıqdan sonra Ramin Elvinə 450 manat pul vermişdir. Elvin həmin pulun 150 manatını yol pulu kimi ona vermişdir. Bundan sonra Elvin və fəhlələrlə birlikdə onun maşınına minmişlər və hərəkətə başlamışlar. Fəhlələr “Sabunçu yolu” deyilən yerdə avtomobildən düşmüşlər, Elvin isə onunla birlikdə yaşadığı məhləyə qədər gəlmişdir. Elvin ona demişdir ki, xx.xx.2022-ci il tarixdə ona məxsus yük maşını ilə daşımış olduğu metal avadanlıqlar onun özünə məxsusdur, işlədiyi yerdən maaşının qarşılığında veriblər. Həmin metal avadanlıqların oğurluq olmasını polis əməkdaşları ona dedikdə bilmişdir. Həmin vaxta kimi metal avadanlıqların oğurluq olmasından məlumatı olmamışdır. Məhkəmə dindirilmiş Şahid2 bildirmişdir ki, 2021-ci ilin yay aylarından etibarən Bakı şəhəri “Ulduz” metrostansiyasının yaxınlığındakı köhnə dəmir əritmə zavodunun həyətindəki sexdə mühafizəçi işləyir. Belə ki, həmin zavodun həyətindəki 2 sexə hər gün saat 18:00-dan növbəti gün 09:00-a kimi nəzarət edir. Həmin sexlərdən birində dəmir konstruksiyaların satışı və icarəsi həyata keçirilir, digər sexdə isə qara metalların alqısatqısı həyata keçirilir. Qara metalın alqı-satqı sexinə Sənan adlı şəxs, dəmir konstrukiyaların satışı və icarə sexinə isə Anar adlı şəxs rəhbərlik edir. Dəmir konstruksiyaların satışı sexindəki dəmir konstruksiyalar açıq şəkildə sexin ətrafında yığılmış vəziyyətdə saxlanılır. Zavodun giriş qapısında zavodun özünün mühafizə xidməti xidmət aparır və zavoda avtomobillərin giriş-çıxışına onlar nəzarət edir. 2022-ci ilin fevral ayının sonlarında Anar bildirmişdir ki, dəmir konstruksiyaların satışı sexinə aid dəmir konstruksiyaların sayında nəzərə çarpacaq azalma vardır. Anar həmin dəmir konstruksiyaların oğurlanmasından şübhələndiyini bildirmişdir. O, isə dəmir konstruksiyaların şəklini çəkib telefonunda saxlamışdır ki, hər gün şəkilə baxmaqla dəmir konstruksiyaların sayına nəzarət edə bilsin. Onun əyləşdiyi mühafizə köşkü sexlərdən təxminən 40-50 metr kənarda olduğundan həmin sexlərə tam nəzarət edə bilmir. 02 mart 2022-ci il tarixdə saat 21:00 radələrində həmin sexin işçisi olan. Elvinlə birlikdə mühafizəçi köşkündə oturmuşlar. Elvin getdikdən sonra köşkdən çıxıb ətrafa nəzarət etmişdir. 03 mart 2022-ci il tarixdə növbədən çıxan zaman dəmir konstruksiyaların olduğu yerə baxdıqda çatışmazlıq görmüş və bu barədə Anara məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Anar ona zəng edərək sexdə olduğunu və həqiqətən də sexdən dəmir konstruksiyaların oğurlanmasından şübhələndiyini bildirmişdir. Bundan sonra Anara fevral ayında çəkdiyi şəkili göndərmiş, Anar isə şəkilə baxdıqdan sonra həqiqətən də dəmir konstruksiyaların oğurlandığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək təqsirləndirilən Təqsirləndirilən şəxsla eyni məzmunlu ifadə vermiş və onun dediklərini bir daha təsdiq etmişdir . Məhkəmədə tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan və foto cədvəllərdən görünür ki, hadisə Heydər Əliyev prospekti 103 ünanında yerləşən və hazırda fəaliyyət göstərməyən “Bakı Mexaniki Tökmə” zavodunun həyətində baş vermişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri X3 Hüquqi şəxsə ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda olmamışlar. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 Nömrəli X1 ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X1 müraicət etməmişdir. Maddi sübut kimi tanınma haqqında 07 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq Şahid3 satılmış və sonuncu tərəfindən araşdırmaya təqdim edilmiş 69 ədəd “X4-Scaffoldinf Frame” və 161 ədə “Celik Platform- Roll Form 2,50-Stell Deck” adlı metal avadanlıqlar iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi hesab edilmiş və zərərçəkmiş hüquqi şəxs “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə təhvil verilməsi nəzərə alınmışdır, həmçinin Təqsirləndirilən şəxsnn törədilmiş oğurluq cinayət əməli nəticəsində zərəçəkmiş hüquqi şəxs “X6” MMC-yə dəymiş ümumilikdə 10,810 (on min səkkiz yüz on) manat maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən verilməsi nəzər alınmışdır. Məhkəmədə tədqiq olunan “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixində qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin gün başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Resoublikası DİN BƏSSİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Zərərçəkmiş hüquqi şəxsin xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışmasını, törətmiş olduğu cinayət əməli nəticəsində ona dəymiş ziyanı tam şəkildə ödəməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs ğlu CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, 69 ədəd “X4-Scaffoldinf Frame” və 161 ədəd “Celik Platform-Roll Form 2,50- Stell Deck” adlı metal avadanlıqlar zərərçəkmiş hüquqi şəxs “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə təhvil verilməsi, həmçinin Təqsirləndirilən şəxs törədilmiş oğurluq cinayət əməli nəticəsində zərəçəkmiş hüquqi şəxs “X6” MMC-yə dəymiş ümumilikdə 10,810 (on min səkkiz yüz on) manat maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən verilməsi nəzərə alınmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Femida Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən ibtidai istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-164/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-164/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver