Məhkəmə qərarları › İş №1(005)-165/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-165/2021

03.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-165/2021 03.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi 14 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1991-ci ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Göygöl rayonu, Hacıməlik qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 03 noyabr 2019-cu il tarixdə saat 01 radələrində ünvan 1 ünvanda yerləşən “İstilik sistemləri” marketin qarşısındakı yolda kənar şəxslərin gözü önündə heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, cəmiyyət tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub kənar şəxslərin gözü önündə idarə etdiyi 10-TО-059 dövlət nömrə nişanlı avtomobillə həmin küçə ilə piyada hərəkət edən qadınları təqib edərək, onlara əxlaqsız təkliflər etmiş, həmin qadınlardan biri Zərərçəkmiş şəxs onlara öz iradını bildirdikdə, Təqsirləndirilən şəxs avtomobildən düşərək Zərərçəkmiş şəxs üzərinə hücum edərək qarşısını kəsmiş, onu nalayiq sözlərlə təhqir etmiş, qəsdən yumruqla onun sifət nahiyəsinə zərbə vurmuş, əlində olan dəyəri 160 manat olan 01 ədəd "Xiaomi” markalı. Mİ Play" modelli mobil telefonunu yerə salaraq zədələmiş, saçından yapışıb yerə yıxaraq təxminən 2 metr məsafədə sürütləmiş, qəsdən yumruq, təpiklə onun baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq zərbələr endirmiş, nəticədə onun sağ almacıq, yanaq nahiyəsinin, sağ budun qançırları, sağ saidin sıyrığı ilə müşayiət olunan - dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, ənsə nahiyəsinin, sağ göz ətrafının şişkinli hematoması, sağ gözün ağlı qişasına qansızma ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmiş, sonra həmin avtomobildə sərnişin kimi əyləşmiş şəxsiyyəti məlum olmayan qrupun digər üzvü isə avtomobildən düşərək xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs üzərinə hücum etmiş, onun saçından yapışaraq təkrarən yerə yıxmış, onu yerdə sürütləyərək qəsdən təpiklə onun sağ ayağına zərbələr vurmuş, onun budunun qançırları, sağ saidin sıyrığı ilə müşayiət olunan dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs yerdə sürütləyərkən onun sol qulağında dəyəri 105 manat olan 01 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində 1 ədəd ağ-şəffaf qaş olan sırğanı, sağ qolunda dəyəri 1600 manat təşkil edən 18 qram çəkidə 750 əyarlı qızıl qolbağı qəsdən məhv edib, ona ümumilikdə 1865 manat məbləğində ziyan vurmaqla müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərdi ki, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. 2011-ci ildən Bakı şəhərinə gəlmiş, Nərimanov rayonu Montin qəsəbəsində kirayə evlərdə yaşamış və taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2010-cu ildə Nicat adlı şəxsə məxsus olan Merscdes Benz markalı 1O-TO-059 dövlət nömrə nişanlı avtomobili icarəyə götürmüş və etibarnamə ilə idarə etmişdir. O, 03 noyabr 2019-cu il tarixdə təxminən saat 01 radələrində Nərimanov rayonu "İnfiniti” gecə klubunun yanından keçəndə bir nəfər əvvəllər tanımadığı cavan oğlan ona əl ilə işarə etmiş və o, avtomobili saxlamış, həmin şəxs qabaq oturacağa əyləşmiş və şəhər istiqamətində xatırlamadığı ünvana sürməyi xahiş etmişdir. O, avtomobili sürməyə başlamış və O.Rəcəbli küçəsi "Deluks" otelinin yanından keçərkən kimsə küçədə gedən qızlarla mübahisə etdiyini, sonradan adını bildiyi Zərərçəkmiş şəxs əl-qol atdığı onun diqqətini cəlb etmişdir. O, onları aralamaq məqsədi ilə avtomobilinin sürətini azaltmış və yolun kənarında həmin yerdə saxlamış və özü tək avtomobildən yerə düşüb mübahisə edən Zərərçəkmiş şəxs və oğlana yaxınlaşmış, aralarına girib əlləri ilə onları bir birindən aralamış və hər ikisinə iradın tutmuş, mübahisə etməməyi, dalaşmamağı bildirmişdir. Həmin yerdə tanımadığı çoxlu adam yığışmış, onları aralaşdırdıqdan sonra o, qayıdıb avtomobilinə əyləşərək oradan çıxıb getmişdir. Bundan sonra, həmin qızla oğlan arasında nə baş verdiyini bilməmişdir. O, həmin qıza və oğlana heç bir xəsarət yetirməmiş və özü də xəsarət almamışdır. Bundan sonra, xatırlamadığı yerdə sərnişini düşürdüb evə gəlmiş, sonra çıxıb işləmək üçün Rusiya Federasiyasına getmişdir. 04 fevral 2021-ci ildə Bakı şəhərinə qayıtmış, aeroportda ona axtarışda olduğunu bildirilmişlər. Daha sonra o saxlanılaraq Nərimanov RPİ-nə gətirilmişdir. Zərərçəkmiş şəxs hansı şəraitdə xəsarət almasını bilməmiş və Zərərçəkmiş şəxs nə o, nədəki avtomobilində olan sərnişin döyməmişdir. Son olaraq verilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini bildirərək barəsində bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ilin noyabr ayının 2-də axşam saatlarında əylənmək məqsədi ilə bacısı Şahid1 ilə birlikdə Nərimanov rayonu ərazisində yerləşən «İnfiniti» gecə klubuna getmişlər. 03 noyabr 2019-cu il tarixdə gecə saat 01 radələrində o, bacısı Jalə və tanışı Aygün adlı qızla klubdan çıxıb Ə.Rəcəbli küçəsi ilə «Deluks» otel istiqamətində piyada gedərkən arxadan asta sürətlə yaxınlaşan «Mercedes Benz» markalı, 10-10-059 dövlət qeydiyyat nişanlı avtomobilinin onlarla paralel sol tərəfləri ilə hərəkət etdiyini müşahidə etmişdir. Həmin avtomobilin sürücüsü sonradan adını bildiyi Təqsirləndirilən şəxs və qabaq sərnişin oturacağında əyləşmiş oğlan ona və bacısına söz ataraq əxlaqsız təkliflər etməyə başlamış, onların avtomobilə əyləşməsini istəmişlər. Onlar əvvəlcə onların hərəkətlərinə əhəmiyyət verməsələr də həmin şəxslər, xüsusən də avtomobilin sürücüsü kobudlaşmağa başlamış, onları həm də təhqir etmiş və əxlaqsız adlandırmışdır. O, da hirslənib ona "evində olan qadınlara hörmət qoyursa bizimlə işi olmasın" deyə irad tutmuşdur. Bu zaman Elvin avtomobili saxlayıb yerə düşmüş və onun ünvanına nalayiq söyüşlər söyə-söyə ona yaxınlaşmış və qəfildən yumruqla sağ göz nahiyəsinə, yanağına və başına bir neçə dəfə zərbə vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılmış, əlindəki «Xiomi» markalı mobil telefonu yerə düşmüş, telefonunun ekranının şüşəsi sınmışdır. Elvin əli ilə saçından tutub onu təxminən 2 metr yerdə sürütləmiş və təpikləməyə başlamış, sağ ayağına bir neçə zərbə vurmuşdur. Sağ qolunda sürütləmə nəticəsində sıyrılmışdır. Bu zaman əvvəllər tanımadığı yoldan keçən şəxslər ona yaxınlaşmış, Elvini ondan aralaşdırmışdır. Elvin ondan uzaqlaşarkən bacısı Jalə ona ayağa qalxmağına köməklik etmişdir. O ayağa qalxıb dikələndə avtomobildə qabaq sərnişin oluracağında əyləşmiş tanımadığı oğlan avtomobildən düşüb ona yaxınlaşaraq saçından tutub qəfildən arxaya dartmaqla yerə yıxmış və onu yerdə sürüməyə başlamış, təpiklə sağ ayağına bir neçə zərbə vurmuşdur. Tanımadığı şəxslər onu da ondan aralaşdırdıqdan sonra həm Elvin, həm də sərnişin avtomobilə əyləşmiş və onlar ərazidən uzaqlaşmışlar. Həmin avtomobildə olmuş arxa oturacaqda əyləşən tanımadığı 3-cü şəxs isə avtomobildən yerə düşməmişdir. Bundan sonra o, DİN-in 102 Xidmətinə zəng vurub məlumat vermişdir. Daha sonra polis şöbəsinə gedərək şikayət ərizəsi yazmışdır. Evə çatdıqdan sonra sağ qolunda olmuş qızıl qolbağın və qulağındakı sırğanın sol tayının hadisə zamanı döyülərkən düşüb itdiyini bilmişdir. Növbəti gün səhər saatlarında həmin yerə gedib qolbaq və sırğa tayını axtarsa da tapa bilməmişdir. Hadisə təxminən 15 dəqiqə ərzində olmuş və hadisəni ətrafa toplaşmış tanımadığı şəxslər görmüşdür. Ona ümumilikdə 1865 manat ziyan dəymişdir. Sonda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X8 onun doğma bacısıdır. 2019-cu ilin noyabr ayının 2-də axşam saatlarında Zərərçəkmiş şəxs ilə birlikdə əylənmək məqsədi ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən «İnfiniti» gecə klubuna getmişlər. 03 noyabr 2019-cu il tarixdə gecə saat 01 radələrində klubdan çıxıb Ə.Rəcəbli küçəsi ilə «Deluks» otel istiqamətdə piyada gedərkən arxadan asta sürətlə yaxınlaşan «Mercedes Benz» markalı. **-TO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin onlarla paralel sol tərəfində hərəkətini davam etdirdiyini, avtomobilin sürücüsü və qabaq sərnişin oturacağında əyləşmiş oğlan onlara əxlaqsız təkliflər edərək avtomobilə əyləşməklərini istəmişlər. Onlar əvvəlcə onların hərəkətlərinə əhəmiyyət verməsələr də həmin şəxslər, xüsusən də avtomobilin sürücüsü kobudlaşmağa başlamış, onları həm təhqir etdiyindən, həm də əxlaqsız adlandırdığından bacısı Lalə onlara, evində olan qadınlara hörmət qoyursa bizimlə işi olmasın deyərək irad tutmuşdur. Bu zaman sürücü avtomobili saxlayıb düşmüş və Laləni təhqir edə-edə yaxınlaşıb qəfildən yumruqla Lalənin sağ göz nahiyəsinə, yanağına və baş nahiyəsinə zərbələr vurmuşdur. Lalə zərbənin təsirindən yerə yıxılmış və əlindəki telefon yerə düşüb qırılmışdır. Avtomobilin sürücüsü onun saçından dartıb yerlə sürüməyə başlamış, təpiklə onun sağ ayağından vurmuş, o, da qışqırıb yoldan keçən şəxslərdən kömək etmələrini xahiş etmişdir. Yoldan keçən, əvvəllər tanımadığı şəxslər sürücüyə yaxınlaşıb onu Lalədən ayırmışlar. Oraya toplaşmış şəxslər sürücünü ayırarkən avtomobildə qabaq sərnişin oturacağında əyləşmiş oğlan avtomobildən düşüb Laləyə yaxınlaşmış və onun saçından tutub dartaraq yerə yıxmış, təpiklə sağ ayağından bir neçə zərbə vurmuşdur. Lalə yerə yıxıldıqdan sonra da saçından tutduğu vəziyyətdə Laləni sürüməyə başlamışdır. O, köməklik edib bacısı Laləni ayağa qaldırmış, həm də DİN-in 102 Xidmətinə zəng edib məlumat vermişdir. Hadisə təxminən 15 dəqiqə davam etmişdir. Həmin vaxt ətrafda çoxlu sayda insan toplaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul ayının əvvəllərində Bakı şəhərində olarkən 2 günlük avtomobilə ehtiyac olduğundan xatırlamadığı ortaq tanışları vasitəsi ilə qiyabi tanıdığı Təqsirləndirilən şəxs müraciət etmiş, ondan qısa müddətli icarəyə avtomobil verməsini xahiş etmişdir. O, özünə məxsus olan «Mercedes 200» markalı, 10-T0-059 dövlət qeydiyyat nişanlı minik avtomobilini günlük 50 manat müqabilində icarəyə verdiyini ona demiş, o da razılaşmışdır. 06 iyul 2019-cu il tarixdə günorta saatlarında Elvinlə Günəşli qəsəbəsində görüşüb metronun «Xalqlar dostluğu» stansiyasının yaxınlığında, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 115/9 ünvanında yerləşən 52 saylı notariat kontoruna getmişdir ki, etibarnamə yazdırsın. Notariusda olarkən Elvin etibarnaməni uzun müddətə verməsini, təkrarən ona müraciət etsə yenidən etibarnamə yazdırmağa ehtiyac olmamasını təklif etmişdir. O da Elvinin təklifi ilə razılaşmış və 52 saylı notariat kontorunda qeyd olunan avtomobilə dair Elvinin adından onun adına 2020-ci ilin fevral ayına qədər qüvvəsi olan etibarnamə yazılmışdır. Notariat kontorundan çıxdıqdan sonra Elvin avtomobilin açarını ona vermişdir. Həmin gün avtomobili Bakı şəhərində özü idarə etmiş, növbəti gün səhər saatlarında isə avtomobili Elvinə qaytarmışdır. Əvvəlcədən aralarında danışığa əsasən avtomobili 2 günlük icarəyə götürdüyünü desə də indi xatırlamadığı səbəbə görə 1 gün sürdükdən sonra avtomobili Elvinə qaytarmış və ona cəmi 50 manat pul ödəmişdir. Həmin vaxtdan sonra qeyd olunan avtomobili idarə etməmiş, heç sərnişin qismində də həmin avtomobilə əyləşməmişdir. 03 noyabr 2019-cu il tarixdə gecə saat 01-02 radələrində o. Gəncə şəhərində olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi" barədə 05 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, baş vermiş xuliqanlıq hadisəsi ünvan 3 ünvanda yerləşən "İstilik Sistemləri" marketinin qarşısındakı yolda qeydə alınmışdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7- Təcrübi və Tədris Birliyinin 06 noyabr 2019-cu il tarixli 974 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - ənsə nahiyəsinin, sağ göz ətrafının şişkinli hematomaları, sağ gözün ağlı qişasına qansızma, sağ almacıq və yanaq nahiyəsinin, sağ budun qançırları, sağ saidin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 03.11.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakterinə və yerləşdiyi nahiyələrə əsaslanaraq demək olar ki, həmin xəsarətləri şəxsin özü-özünə yetirə bilməsi və öz boyu hündürlüyündən yıxılma nəticəsində əmələ gələ bilməsi inandırıcı deyil. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 05.02.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Göygöl rayon Məhkəməsinin 24.08.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla islah işləri cəzasına məhkum edilmiş, 23.05.2013-cü il tarixli Amnistiya Qərarının 1.4-cü bəndinə əsasən cəzadan azad olmuşdur. “Diskə baxış keçirilməsi haqqında” 28 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in X3 Xidmətindən daxil olmuş 01 ədəd “DVD" video diskdəki fayllarda Təqsirləndirilən şəxs idarə etdiyi **-TO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 02 noyabr 2019-ci il saat 20:00-dan 03 noyabr 2019-cu il saat 12:00-a qədər olan müddət ərzində elektron müşahidə kameraların Bakı şəhəri Nərimanov rayonu O.Rəcəbli küçəsində və digər küçələrdə qeydə alınması barədə məlumatlar olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2019-cu il tarixli 31114/31115 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd 585 əyarlı, sadə qaşlı, 2.51 qram çəkidə olan sırğa tayının orta bazar qiyməti 105 manat, 01 ədəd “Xiaomi” markalı “Mİ Play” modelli, şüşəsi çatlamış vəziyyətdə olan mobil telefonun orta bazar qiyməti 160 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109,50 manat təşkil edir. 03.02.2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə ekspertiza tədqiqatı üzrə ondan götürülmüş 1 ədəd 585 əyyarlı sadə qaşlı 2,51 qram çəkidə olan sırğa tayını və 1 ədəd XİOMİ markalı Mİ Play modelli, şüşəsi çatlamış vəziyyətdə olan mobil telefonunu 03 fevral 2020-ci il tarixdə təhvil almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X9 04 fevral 2020-ci il tarixli 04/974 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - ənsə nahiyəsinin, sağ göz ətrafının şişkinli hematomaları, sağ gözün ağlı qişasına qansızma, sağ almacıq və yanaq nahiyəsinin, sağ budun qançırları, sağ saidin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində 03.11.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ qozun ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz ətrafının və ənsə nahiyəsinin şişkinli hematomaları ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya, sağ almacıq və yanaq nahiyəsinin sağ budun qançırları, sağ saidin sıyrığı isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. “Şəxsin fotoşəkillə tanınmaya təqdim edilməsi" barədə 31 mart 2020-ci il tarixli protokolundan görünür ki. Zərərçəkmiş şəxs ona təqdim edilmiş 4 ədəd fotoşəkillərin arasında sıra nömrəsi ilə 2-də olan Təqsirləndirilən şəxs fotoşəkilini tanımış və həmin şəxsin onu döyərək xuliqanlıq eldiyini bildirmişdir. “Şəxsin fotoşəkillə tanınmaya təqdim edilməsi" barədə 31 mart 2020-ci il tarixli protokolundan görünür ki, Şahid1 ona təqdim edilmiş 4 ədəd fotoşəkillərin arasında sıra nömrəsi ilə 2-də olan Təqsirləndirilən şəxs fotoşəkilini tanımış və həmin şəxsin onun bacısı Zərərçəkmiş şəxs döyərək xəsarətləndirdiyini bildirmişdir. Şübhəli şəxsin tutulması haqqında 04 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsin tanınması haqqında 04 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim edilən şəxsləri nəzərdən keçirib göstərmişdir ki, sıra nömrəsi ilə 2-ci yerdə dayanmış şəxsi tanıdığını, həmin şəxsin 2019-cu ilin noyabr ayının 3-də gecə saat 01 radələrində küçədə ona hücum etdiyini, onu döydüyünü, ona xəsarət yetirdiyini bildirmişdir. Şəxsin tanınması haqqında 05 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 təqdim edilən şəxsləri nəzərdən keçirib göstərmişdir ki, sıra nömrəsi ilə 3-də dayanmış şəxsi tanıdığını bildirmişdir. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs tərəfindən 03.11.2019-cu ildə gecə saatlarında Ə.Rəcəbli küçəsində yolda bacısı Laləni döydüyünü bildirmişdir. “İfadənin yerində yoxlanılması haqqında” 06 fevral 2021-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs hadisənin 03 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu. Ə.Rəcəbli küçəsində yerləşən “İstilik Sistemləri” marketinin qarşısında baş verdiyini bildirmişdir. İfadənin hadisə yerində yoxlanılmasına dair çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməsi və MSY-dən azad edilməsi haqqında 06 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair baş müstəntiq Mehman Ələsgərovun vəsatətinin təmin edilməsindən imtina edilməsi və onun, dərhal saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. “Qətimkan tədbirinin seçilməsi haqqında” 06 fevral 2021-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 07 fevral 2021-ci il tarixli qərardan görünür ki, 06.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası DİN-nin X3 Xidmətindən daxil olmuş 01 ədəd “DVD” video diskdəki fayllarda Təqsirləndirilən şəxs idarə etdiyi **-TO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin elektron müşahidə kameraların Bakı şəhəri Nərimanov rayonu Ə.Rəcəbli küçəsində və digər küçələrdə qeydə alınmasına və 1 (bir) ədəd DVD diskdən 12 ədəd görüntünün çıxarışları, video görüntüləri özündə əks etdirən DVD diski iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Hacıməlik qəsəbə üzrə nümayəndəliyi tərəfindən verilmiş 09.02.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Göygöl rayon Hacıməlik qəsəbəsində qəsəbəsində məskunlaşmaqla qeydiyyatdadır, qəsəbənin ictimai işlərində yaxından iştirak edib, özünün nümunəvi davranışı ilə fərqlənmişdir. Təqsirləndirilən şəxs CM-in 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə dair məhkəmədə verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin təqsirləndirilən şəxsin məhkəmə iclasında ifadəsində göstərdiyi xüsusatlar iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirərək sübut kimi qəbul etmir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin, habelə şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun 04.02.2021-ci il tarixdən 06.02.2021-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət nəzərə alınmalı (CM- 69.3), Təqsirləndirilən şəxs üzərinə Göygöl rayonunun ərazi hüdudlarını tərk etməmək, gün ərzində yaşayış yerindən axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göygöl Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cinayət işi üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 109,50 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.) və XİAOMİ markalı Mİ Play modelli mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04.02.2021-ci il tarixdən 06.02.2021-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində yaşayış yerindən axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göygöl rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - XİAOMİ markalı Mİ Play modelli mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 109,50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar