Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-165/2023 08.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyat olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə 07 oktyabr 2022ci il tarixdə saat 15:40 radələrində ünvan 2 ünvanda fəaliyyət göstərən, giriş-çıxışı sərbəst olan "xxxx" stomatoloji klinikasında qeydiyyatçı vəzifəsində işləyən Şahid mətbəx otağına keçməsindən istifadə edib, həmin klinikanın dəhlizində yerləşən qeydiyyat masasında pul vasitələrinin saxlanıldığı siyirməni açıb 850 manat pulu talayıb, "xxxx" MMC-nə 850 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə 27 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanda yerləşən “Bonadea” klinikasının birinci mərtəbəsinin 309 saylı rentgen otağına qanunsuz daxil olaraq, klinikanın rentgen-texnik vəzifəsində işləyən Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 dolaba qoyduğu şalvarının cibindən 300 manat pulu və 100 manat dəyərində olan bir ədəd qara rəngli “Armani” markalı pul kisəsini talayıb, zərərçəkmiş şəxs X6 400 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə 18 noyabr 2022-ci il tarixdə saat 13:11 radələrində Bakı şəhəri Nərimanov rayonu X4 küçəsi 36 saylı ünvanda yerləşən “Ege” klinikasının üçüncü mərtəbəsinin 304 saylı ginekoloji otağına qanunsuz daxil olaraq klinikanın həkim-ginekoloq vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 dolabda olan qadın əl çantasının içərisindən sonuncuya məxsus 250 manat pulu və 300 manat dəyərində olan bir ədəd qara rəngli “Kemal Tanca” markalı pul kisəsini talayıb, Zərərçəkmiş şəxs2 550 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 oktaybr 2022-ci il tarixdə saat təxminən 15.40 radələrində özü tək Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən "xxxx" adı ilə fəaliyyət göstərən stomatoloji klinikaya gələrək orada guya həkim gözləmiş kimi gəzinərək, jurnal oxumuş və bu zaman görmüşdür ki, qeydiyyatda əyləşən xanım yoxdur. O, ətrafa baxmışdır ki, heç kim onu görmür və ona görədə masanın siyirməsini çəkərək oradan pulları götürüb dərhal klinikadan qaçaraq tərk etmişdir. Kənarda pulu saydıqda görmüşdür ki, 850 manatdır. Həmin pulu o şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 27 oktyabr 2022-ci il tarixdə saat təxminən 17 radələrində özü tək ünvan 5 ünvanda yerləşən “Bonadea” klinikasına gələrək, orada birinci mərtəbədə guya yoxlanışa gəlmiş kimi gəzinmişdir. O görmüşdür ki, 309 saylı otağın qapısı açıqdır və otaqda heç kim yoxdur. O, ilk əvvəl otağa daxil olub, əmin olmuşdur ki, içəridə heç kim yoxdur və yenidən otaqdan çıxmışdır. Dəhlizdə bir daha heç kimin olmadığını gördükdən sonra otağa daxil olub, otaqda olan dolabın qapısını açaraq orada olan şalvarın cibində axtarışlar etmişdir. Şalvarın cibində qara rəngli pul kisəsi gördüyündən götürərək cibinə qoyub dərhalda otaqdan çıxıb klinikanı tərk etmişdir. Kənarda saydıqda məlum olmuşdur ki, pul kisəsinin içərisində 300 manat pul vardır. O, həmin pul kisəsini oralarda atsa da, 300 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 18 noyabr 2022-ci il tarixdə saat 13 radələrində özü tək Nərimanov rayonu X4 küçəsi 36 saylı ünvanda yeriəşən “Ege” klinikasına gələrək guya həkim müayinəsindən keçmiş kimi otaqlara baxmışdır ki, hansı otaqda həkim yoxdursa daxil olub oğurluq etsin. Ona görədə həmin klinikanın 3-cü mərtəbəsinin 304 saylı otağına baxdıqda görmüşdür ki, otaqda heç kim yoxdur. Ona görədə otağa daxil olub dolaba yaxınlaşaraq qapısını açdıqda içəridə qadın əl çantasını açaraq içərisinqən qara rəngli pul kisəsini götürmüşdür. Dərhal da klinikanı tərk edib kənarda pul kisəsini açdıqda görmüşdür ki, içərisində 250 manat pul vardır. Bundan başqa pul kisəsinin içərisində bank kartı, sənədləri görsədə pul kisəsi ilə birlikdə məişət tullantıları qutusuna atmışdır. Həmin pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra isə 21 noyabr 2022-ci il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanmış, etdiyi oğurluq əməllərini səmimi etiraf etmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən hal hazıra kimi “Bonadea” klinikasında texnik-radioloq vəzifəsində işləyir. Belə ki, həftənin bazar günündən başqa hər gün saat 09 radələrindən 18 radələrinədək klinikanın 1-ci mərtəbəsində yerləşən 309 xidməti otaqda işlə məşğul olmaqla, həmin otaqda tək xidmət edir. Orada olan otaqlara giriş çıxış sərbəstdir ki, bu baxımdan da onun otağına da giriş çıxış sərbəstdir, heç bir qadağa yoxdur. Belə ki, həkimlər tərəfindən göndərişə əsasən pasiyentlər rentgen müayinə olunur. Bu baxımdan 27 oktyabr 2022-ci il tarixdə saat 09 radələrində o iş yerinə gələrək xidməti otağını açıb işi ilə məşğul olmuşdur. O, paltarlarını dəyişib şalvarını otağında olan dolabın içərisinə qoymuşdur. Həmin şalvarın cibində isə qara rəngli pul kisəsi də vardır ki, həmin kisənin içərisində ümumilikdə 300 manat pulu vardır. Daha sonra saat 17 radələrində o, otağı 15 dəqiqəlik tərk etdiyindən otağın giriş qapısını bağlamayaraq getmişdir. Yenidən otağına qayıdaraq işləri ilə məşğul olub, həmin gün saat 18 radələrində işdən çıxarkən şalvarını geyindikdə aşkar etmişdir ki, pul kisəsi içərisində olan 300 manat pulla birlikdə şalvarının cibində yoxdur. Daha sonra o Nizami RPİ-nin 25-ci PŞ-nə ərizə ilə müraciət etmiş və polis əməkdaşları hadisə yerinə baxış keçirtmişdirlər. Həmçinin o klinikanın daxilində quraşdırılmış videogörüntüyə baxış keçirərkən məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində o qısa müddətli otaqdan çıxarkən naməlum kişi cinsindən olan şəxs otağa daxil olur və otaqda olan dolabdan pul kisəsini götürərək daha sonra otaqdan çıxıraq gedir. Sonda Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənilmədiyini və hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Mehdiabad qəsəbəsi 28 may küçəsi 15-də yerləşən "xxxx" stomatoloji klinikanın rəhbəridir. Belə ki, həmin klinikanın iş fəaliyyəti səhər saat 09 radələrindən axşam saat 19 radələrinədək pasiyentlərə xidmət olunur. Həmin müddətdə klinikaya giriş çıxış sərbəstdir. Həmin klinika ikinci mərtəbədə yerləşməklə dəhlizdə qeydiyyat şöbəsi yerləşir ki, həmin yerdədə ödənişlər olunur. Qeydiyyatçı Şahid tərəfindən isə nəzarət olunur. Belə ki, xx.xx.2022-ci il tarixdə sonradan adı ona məlum olan, lakin əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxs Fatmanın qısa müddətli digər otağa keçməsindən istifadə edərək kassada olan 850 manat pulu gizli yolla oğurlamışdır. Buda klinikanın müşahidə kameralarının görüntüsünə düşmüşdür. Sonda Zərərçəkmiş şəxs3 ona vurulmuş ziyanın ödənilmədiyini və hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs2 və şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştirak etməmişlər. Bununla belə, Zərərçəkmiş şəxs2 və Şahid məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiyini bildirmişlər. Cinayət işinin 127-128-ci vərəqələrində olan Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanına verdiyi ifadəsindən görünür ki, o, 2020-ci ildən “EGE” klinikasında həkim ginekoloq vəzifəsində işləyir. 18 noyabr 2022-ci il tarixdə saat 08 radələrində o, iş yerinə gələrək xidməti otağını açıb işi ilə məşğul olmuşdur. Eləcədə o əl çantasını otağında olan dolabın içərisinə qoymuşdur. Daha sonra saat 13.10 radələrində o, otağı qısa müddətli olaraq tərk etdiyindən otağın giriş qapısını bağlamayaraq getmişdir. Belə ki, yenidən otağına qayıdaraq işləri ilə məşğul olmuşdur. Lakin həmin gün saat 18 radələrində əl çantasına baxarkən görmüşdür ki, əl çantasının içərisində olan pul kisəsi yoxdur. Daha sonra dərhal 102 xidmətinə müraciət etmiş və polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirtmişdirlər. Həmçinin klinikanın daxilində quraşdırılmış videogörüntüyə baxış keçirərkən məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 13.11 radələrində qısa müddətli otaqdan çıxarkən naməlum kişi cinsindən olan şəxs otağa daxil olur və yenədə otaqdan çıxıraq gedir. O, həmin şəxsi tanmadığını bildirərək pul kisəsinin içərisində 250 manat nəğd pulu, uşağı X3 məxsus şəxsiyyət vəsiqəsi, onun özünə məxsus sürücülük vəsiqəsi, “Paşa” banka məxsus plastik kart olmuşdur. O bildirmişdir ki, qara rəngli “Kemal Tanca” markalı pul kisəsi 300 manat dəyərindəndir və həmin pul kisəsinin içərisində 250 manat pulu olmuşdur ki, bununlada ona ümumilikdə 550 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 11-12-ci vərəqələrində olan “Baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X5 iştirakı ilə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, “Bonadeo” klinikasının İ mərtəbəsində yerləşən radioloji otağa baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, eni 3 metr, uzunluğu 4 metr olan otaqda sol tərəfdə boz rəngli paltar dolabı vardır. Cinayət işinin 14-cü vərəqində olan “Videogörüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, “Bonodea” klinikasından götürülmüş CD-R diskdə olan videogörüntülərə baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 17 radələrində təxminən 25-30 yaşlarında kişi cinsli şəxsin klinikanın dəhlizində otağın qarşısında dayanıb ətrafa nəzər gəzdirdikdən sonra qapısı açıq vəziyyətdə olan radioloji otaqda heç kimin olmamasından istifadə edərək otağı daxil olub orada olan dolabın qapısını açıb dolabı bir qədər axtardıqdan sonra dolabdan nəsə götürüb cinibə qoyaraq oğurlayıb otaqdan çıxıb getmişdir. Cinayət işinin 29-30-cı vərəqələrində olan “Tutma haqqında” 21 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 58-ci vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 18 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, DİN-in 102 xidmətindən daxil olmuş məlumat əsasında əməliyyat qrupu ilə hadisə yerinə gəldikdə müəyyən olundu ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 36 ünvnaında yerləşən “Ege” hospitalda baş vermişdir. Oğurlanan pul kisəsi hospitalın 3-cü mərtəbəsindən 304 saylı otaqdan dolabdan oğurlanmışdır. Dolab otağa daxil olduqda sol tərəfdə yerləşir. Otaqda 01 ədəd masa, 01 ədəd qara rəngli dəri materiallı kreslo, 02 ədəd stul, masanın üzərində kompüter dəsti vardır. Cinayət işinin 63-cü vərəqində olan “Elektron maqnit daşıyıcısına baxış keçirilməsi haqqında” 22 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-177.2.2 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə təqdim olunmuş, Bakı şəhəri Nizami rayonu, Bəkir Cobanzadə küçəsi, 20 saylı yerləşən “Bonadea” hospitalının, həmçinin ünvan 6 ünvanda yerləşən «Ege» hospitalın müşahidə kameralarının çəkilişinə «CD» disklərdə olan videogörüntülərə iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakları ilə tərəfimdən baxış keçirildi. "Bonadea” hospitalının müşahidə kameralarının çəkilişinə düşmüş video görüntülərin 27 oktyabr 2022-ci il tarixdə çəkilməsi müəyyən olunur. Həmin faylı 01:24 dəqiqədən ibarətdir və faylda olan video görüntüdəki tünd rəngli geyimdə olan bir nəfər şəxs hospitalın iş otağına daxil olur, orada ətrafa baxır sonra isə otaqdan çıxır, daha sora yenidən otağa daxil olaraq oradakı dolabın qapısını açıb, dolabdan götürdüyü əşyanı əynində olan gödəkçəsinin sağ yan cibinə qoyaraq otaqdan çıxması müşahidə olunur. Bununla da həmin faylda olan çəkliş başa çatır. “Ege” hospitalın müşahidə kameralarının çəkilişinə düşmüş video görüntülərin 18 noyabr 2022-ci il tarixdə saat 13:11-də çəkilməsi müəyyən olunur. Həmin faylı 00:36 dəqiqədən ibarətdir və faylda olan video görüntüdəki tünd rəngli geyimdə olan bir nəfər şəxs hospitalın iş otağının qapısını açaraq həmin yerə baxır, sonra həmin otağa daxil olaraq qapını bağlayır və bir sonra isə otaqdan çıxması müşahidə olunur. Bununla da həmin faylda olan çəkliş başa çatır. «CD» disklərdə olan görüntülərə baxış zamanı iştirak edən iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, videogörüntülərdə olan tünd geyimli şəxs o, özüdür. Bununla da 02 ədəd “CD” disklərdə olan video görüntülərin müşahidəsi başa çatır. Cinayət işinin 84-87-ci vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(007)-614/2022 saylı qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 108-109-cu vərəqələrində Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə o, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 09 ay 25 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 110-120-ci vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2017-ci il tarixli, 1(006)-162/2017 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarının qismən toplanaraq qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, cəzaçəkməsinin əvvəlinin 30 noyabr 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 121-123-cü vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(003)-924/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 9 (doqquz) ay 25 (iyirmi beş) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması qərara alınmışdır. Cinayət işinin 129-cu vərəqində olan “DVD diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ünvan 7 ünvanında yerləşən “EGE” klinikasının daxilində 3-cü mərtəbədə quraşdırılmış videogörüntülərə baxış keçirilmişdir. Fayllara baxış keçirilərkən müəyyən oldu ki, xx.xx.2022-ci il tarixdə saat 13:11-də otağa bir nəfər kişi cinsindən olan şəxs daxil olur və yenidən otağı tərk edir. Baxış vaxtı Zərərçəkmiş şəxs2 bildirdi ki, həmin otaq onun xidməti otağı olan klinikanın 3-cü mərtəbəsində yerləşən 304 saylı otaqdır. Belə ki, həmin görüntüdən az əvvəl qısa müddətli otağı tərk etdiyini və həmin müddətdə də kişi cinsindən olan şəxsin daxil olaraq pul kisəsi ilə birlikdə 250 manat pulunu və ona dair sənədləri oğurladığını bildirdi. Cinayət işinin 147-ci vərəqində olan “DVD diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ünvan 8 ünvanında yerləşən “Bonadea” klinikasının daxilində 1-ci mərtəbəsində quraşdırılmış kameranın qeydə aldığı videogörüntülərə baxış keçirilmişdir. Fayllara baxış keçirilərkən müəyyən oldu ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində otağa bir nəfər kişi cinsindən olan şəxs daxil olur, orada ilk əvvəl otağa baxış keçirsə də dolabın qapısını açıb axtarışlar edir. Daha sonra isə əlində qara rəngli əşyanı götürüb otağı tərk edir. Cinayət işinin 159-160-cı vərəqələrində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanda fəaliyyət göstərən, girişçıxışı sərbəst olan "xxxx" stomatoloji klinikasına baxış keçirilmişdir. Cinayət işinin 196-197-ci vərəqələrində olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, diskə baxış keçirilərkən bir ədəd DVD diskində 05 ədəd qovluq olması müəyyən edilmişdir. Həmin DVD diskinə köçürülmüş görüntülər xx.xx.2022-ci il tarixdə saat 14:52-dən saat 15:40-dək oğurluq hadisəsi baş vermiş anı fıksə etmişdir. Həmin görüntüdə 1 nəfər şəxsin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən "xxxx" adlı Stomotoloji klinikaya gəldiyi və Klinikanın dəhlizində nəzarətçinin diqqətinin yayınmasından istifadə edərək dəhlizdə yerləşən qeydiyyat masasında pul vəsaitlərinin saxlandığı sirməni açıb saxlanc yerinə qanunsuz daxil olaraq oradan 850 manat pulu gizli olaraq talayıb həmin Klinikanı tərk etdiyi görünür. Cinayət işinin 250-259-cu vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanıma haqqında” 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurluq etməsi faktı üzrə həmin oğurluq hadisələrini özündə əks etdirən 03 ədəd CD diskə köçürülmüş videogörüntülərin iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılması üçün cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM - 58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM - 56.1.2), cəza çəkməsinin əvvəli 21 noyabr 2022-ci il tarixdən hesablanmalı (CPM - 158.2.1, 158.6), Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan - 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi keçirilmiş 6 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 21 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-165/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-165/2023
08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver