Məhkəmə qərarları › İş №1(005)-165/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-165/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-165/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X15 Bəhram oğlunun sədrliyi, Məmmədova Aygün Fərhad qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 Balakişi oğlunun, X2 və Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 1(002)-7/2023 xx.xx.2023-cü il tarixli hökmü ilə 1 il 9 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, hazırda işləməyən, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq emişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib, sonuncunun həbsdə olan əri Əhməd Əzizovun barəsində məhkəmə baxışında olan cinayət işi ilə bağlı azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsində köməklik göstərəcəyinə dair yalandan vəd verib aldadaraq, xx.xx.2023-cü il tarixdə 3000 manat və xx.xx.2023-cü il tarixdə 2000 manat pulun Zərərçəkmiş şəxs4 tərəfindən Ağdaş şəhəri Heydər Əliyev prospektində yerləşən “Birinci” marketdə quraşdırılmış “M pay” ödəmə terminalı vasitəsi ilə adına olan "xxxx"a məxsus 4169-7377-0418-2167 nömrəli plastik kart hesabına göndərilməsinə nail olaraq, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 5000 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 ümumilikdə 5.000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib satmaq məqsədi ilə götürdüyü özünə məxsus olmayan “Hyundai İX 35” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobili satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 23 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən “Qismət” şadlıq sarayının qarşısında sonuncunun 18850 manat pulunu ələ keçirdikdən sonra 27 noyabr 2023-cü il tarixdə həmin nəqliyyat vasitəsinə dair sürmək üçün verilmiş etibarnaməni ləğv edərək avtomobili Zərərçəkmiş şəxs1 alıb müxtəlif bəhanələrlə avtomobili sonuncuya qaytarmayaraq Zərərçəkmiş şəxs1 18.850 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib, sonuncuya Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən fərdi yaşayış evini sənədləşdirəcəyinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs5 tərəfindən 17 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Yaşıl Market” adlanan marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə 3000 manat pulu adına olan kart hesabına göndərilməsinə nail olub ələ keçirərək Zərərçəkmiş şəxs5 ümumilikdə 3.000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə X2 etibarından sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan “Şkoda” markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 04 fevral 2024-ci ildə Bakı şəhəri Binəqədi rayonu “Həyat” Ailəvi istirahət Mərkəzində ilkin ödəniş kimi sonuncunun 10000 manat pulunu ələ keçirtdikdən sonra səhəri gün, yəni 05 fevral 2024-ci il tarixdə həmin nəqliyyat vasitəsində olan cərimələri aradan qaldıracağını bəhanə edərək avtomobili evakuatorla Bakı şəhəri, Səbail rayonu, M.Müşfiq küçəsi 332 saylı evin qarşısına gətizdirib müxtəlif bəhanələrlə avtomobili sonuncuya qaytarmayaraq pulu gətirəcəyini bildirərək aldatmış və zərərçəkmiş şəxs X4 10000 manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib özünə məxsus olmayan “Renault Megan” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili ona satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 12 fevral 2024-cü ildə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şosesində yerləşən BDYPİ-nin inzibati ərazisində olan notariat kontorunda 4000 manat nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 4.000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib özünə məxsus olmayan “Şkoda” markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağma dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 23 fevral 2024-ci ildə ünvan 3 ünvanda yerləşən «Mayson Dekor» çil-çıraq mağazasında ilkin ödəniş kimi sonuncunun atası X1 2275 manat pulunu ələ keçirtdikdən sonra ona onlayn qaydada etibarnamə verdiyi barədə yalan məlumat vermiş, 09 mart 2024-ci il tarixdə həmin nəqliyyat vasitəsi yol polisi əməkdaşları tərəfindən saxlanılaraq Zərərçəkmiş şəxs2 adına etibarnamə olmadığı aşkar edilərək nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsinə görə barəsində inzibati protokol tərtib edilib avtomobil duracağa yerləşdirilmiş, bununla da zərərçəkmiş Zərərçəkmiş şəxs2 2275 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasının gedişində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü tam təqsirli bilib ittihama uyğun ifadə verərək bildirdi ki, o, hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs4 əri Əhməd Əzizovun vasitəsi ilə tanımışdır. 2023-cü ilin may ayında Əhməd Əzizov ona zəng edərək məhkəmə tərəfindən azadlığın məhdudlaşdırılması cəzası verilməsinə köməklik edilməsini ondan xahiş etmiş, o, da ona tanışının olduğunu yalandan deyərək köməklik edəcəyini vəd etmişdir. Əhməd Əzizov onun nömrəsini arvadı Zərərçəkmiş şəxs4 vermişdir. Həmin gün Zərərçəkmiş şəxs4 ona zəng edərkən o, bir nəfər tanışının olduğunu və danışıb deyəcəyini bildirmişdir. Bir müddət sonra o, Aytəkin Əziziovaya zəng edərək bu işi 3000 manata həll edəcəyini bildirərəkən Aytəkin onunla razılaşaraq 3000 manatı onun "xxxx" kartına göndərmişdir. Bir həftə sonra yenə Zərərçəkmiş şəxs4 əlavə olaraq bu iş üçün 2000 manat pul istəyərkən Zərərçəkmiş şəxs4 yenidən onunla razılaşaraq həmin pulu da ona məxsus bank kartına göndərmişdir. O, həmin pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bir müddət sonra Əhməd Əzizovun işi alınmadığından həmin pulu sonradan geri qaytarmışdır. Bundan başqa, etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilini satışa çıxartdığından 2023-cü ilin oktyabr ayın sonlarında Amil ona zəng edərək bir nəfər şəxsin onun avtomobilini almaq istədiyini bildirərkən o, Elmir, Amil və sonuncunun yanında gələn Vidadi adlı şəxslə görüşmüşlər. Həmin maşını satan zaman Amil Elmir adlı şəxsin “Toyota Prius” markalı maşını bəyəndiyini, 12000 manata ala biləcəyi barədə aralarında razılaşmışlar. Həmçinin Amil adlı şəxs ona məxsus olan “Hyundai İX35” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Həmin vaxt Vidadi ona Amilin idarə etdiyi “Hyundai İX35” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili də almaq istədiyini bildirmişdir. “Hyundai İX35” markalı **-TU- *** dövlət qeydiyyat nişanlı avtomobilə ilkin olaraq 6000 manat verib hər ay 700 manat ödəməsi barədə razılaşmışlar. Daha sonra onlar notariusa gedərək “Toyota Prius” markalı avtomobilə etibarnamə vermişdir. Vidaid Həsənov "xxxx"a aid ona məxsus olan 4169- 7377-0418-2167 saylı plastik kartına əvvəlcə 3.000 manat, digər pulu isə Yasamal rayonu, “Qismət” şadlıq sarayın yanında vermişdir. Vidadi pulun digər hissəsinin dostundan alacağını bildirib birlikdə həmin yerə gedərək orada isə 15000 manat pulu alaraq ona vermişdir. Həmin puldan 12000 manat “Toyota Prius” markalı maşına görə 6000 manat isə “Hunday İX35” markalı maşına görə vermişdir. Həmin "Hyundai İX35” markalı **-TU-*** dövlət qeydiyyat işanlı avtomobilə onlayn şəkildə etibarnamə vermişdir. Təxminən bir həftə, on gün sonra Vidadi ona zəng edərək “Hyundai İX35” markalı **-TU-*** dövlət qeydiyyat işanlı avtomobili istəmədiyini və geri qaytarmaq istədiyini bildirərkən o, Vidadiyə heç bir problem olmadığını bildirərək həmin pulu ona dərhal verə bilməyəcəyini demişdir. Həmçinin Vidadiyə maşını ya onun satmasını, ya da özünün satmasını gözləməsini bildirərkən Vidadi onunla razılaşmışdır. Təxminən yarım saat sonra o, avtomobildə quraşdırılmış GPS sistemi vasitəsi ilə baxdıqda “Hyundai İX35” markalı **-TU-*** dövlət qeydiyyat işanlı avtomobilin Vidadi tərəfindən idarə edilərək Salyan rayonuna qayıtdığını gördüyündən dərhal Vidadiyə zəng edərək nə üçün belə etdiyini soruşduqda aralarında mübahisə yaranış, əsəbiləşərək həmin maşına olan etibarnaməni ləğv edərək maşının qaçırılması barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Daha sonra Vidadi də ondan şikayətçi olduğundan o, Vidadiyə olan pul borcunu tam ödəmişdir. Bundan başqa, o, ifadəsində göstərdi ki, 2023-cü ilin noyabr ayında Vüsal adlı şəxslə tanış olmuş, söhbət əsnasında Vüsal ona Suraxanı rayonu, Hövsan qəsəbəsində ev tikmək istədiyini, lakin buna görə icazə ala bilməməsini bildirərkən o, Vüsala Suraxanı rayon icra başçısı ilə qohum olduğunu, məsələni həll edə biləcəyini yalandan deyərək Vüsaldan icazə məsələsini həll etməyə görə 3000 manat pul istədikdə Vüsal onunla razılaşaraq ona məxsus olan bank kartına pulu göndərmişdir. Lakin həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonra isə ondan şikayət olunduğu üçün həmin pulu tam ödəmişdir. Bundan başqa, o, ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə tanışı Emin ona zəng edərək bir nəfər qadının maşın almaq istədiyini bildirərkən o, həmin qadınla Bakı şəhəri, Binəqədi rayonu, Pirşağı qəsəbəsində yerləşən “Həyat” restoranın qarşısında görüşmüşdür. O, bununla əlaqədar “Skoda Lizing” şirkətində olan “Skoda kamig” markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilin şəkillərini ataraq ilkin olaraq 10.000 manat, hər ay 300 manat ödəmək şərti ilə verə biləcəyini demişdir. Gülnar xanım onunla razılaşaraq “Həyat” restoranında ona 10.000 manat pul vermişdir. Axşam saatlarında həmin xanım ona zəng edərək Şirvan yolunda YPX əməkdaşları onu saxladığını və cərimələdiyini bildirərkən o, heç bir problem olmadığını və maşına görə etibarnamə verəcəyini demişdir. Lakin Gülnar maşını sürməyə qorxduğunu və həmin maşını geri qaytarmaq istədiyini dediyindən Gülnarın pulunu tam qaytarmışdır. Bundan başqa, o, ifadəsində göstərdi ki, “Renault Megan” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibindən baş etibarnamə ilə kredit şərti ilə alaraq idarə etmiş, bir müddət sonra avtomobilin sahibinə kiçik məbləğdə borcu olduğundan avtomobili sataraq borcu bağlamaq qərarına gəlmiş, bu məqsədlə avtomobilin sahibi ilə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə sonradan tanıdığı Zərərçəkmiş şəxs3 yaşadığı ünvana getmiş, həmin ünvanda Heydər avtomobilə baxaraq bəyəndiyindən alqı-satqıya dair ona 4000 manat pul vermiş, həmin gün avtomobilə dair etibarnamə verə bilmədiyindən avtomobili Heydərin yaşadığı ünvanda saxlayıb ona verdiyi pulu kart hesabına geri göndərmişdir. Heydər isə beh kimi 500 manat pulu ona qaytarmışdır. xx.xx.2024-cü il tarixdə Heydərin yaşadığı evə gedib birlikdə Respublika Baş Dövlət Yol Polis İdarəsinə gedərək orada yerləşən notariusa yaxınlaşmış, həmin vaxt notariusda Heydər ona 3500 manat pul ödəmişdir. Daha sonra Heydərlə notariusda alqı-satqıya dair sənədləri imzalayan zaman Heydərlə aralarında mübahisə yaranmış və sonradan şikayət əsasında ona verdiyi pulu Heydərə qaytarmışdır. Bundan başqa o ifadəsində göstərdi ki, Şəhriyarı atası Məhərrəmin vasitəsi ilə tanımış, Şəhriyara sürmək üçün “Renault Megane” markalı maşın vermişdir. 2024-cü ilin fevral ayının sonlarında Şəhriyar ona zəng edərək yeni maşın istədiyini bildirmiş, o, Şəhriyara əlində lizing ilə “Şkoda” markalı maşın olduğunu deyərək həmin avtomobilə görə ilkin ödəniş olaraq 2000 manat pul istəyərkən Şəhriyar onunla razılaşmış və onun bank kartına 2000 manat pul göndərmişdir. Daha sonra isə şikayət əsasında Şəhriyarın da pulunu geri qaytarmışdır. Törətdiyi cinayət əməllərindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin hər birinə ayrı-ayrılıqda dəymiş maddi ziyanın ödəməsini bildirərək məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək bildirdi ki, 2023-cü ilə kimi yaşadığı ünvanda qonşuluqda X10 yaşamışdır. Arada Amilə zəng edərək satdıq maşınların olması barədə məlumat vermiş, Amil isə ona ucuz qiymətə maşın tapanda arada bir həmin şəxsə hörmət edərək 50-100 manat pul vermişdir. 2023-cü ilin əvvəllərində Amil Salyan rayonundan Xırdalan şəhərinə köçməsinə baxmayaraq daimi olaraq əlaqə saxlamış, xx.xx.2023-cü il tarixdə Amil istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək “Toyota Prius” markalı avtomobil olduğunu, həmin maşının 10000 manata satıldığını və fotoşəkillərini göndərməsini bildirdikə Amil də “Whatsap” ani mesajlaşma proqramından həmin maşının fotoşəkillərini göndərmişdir. Həmin maşın xoşuma gəldiyindən və qiyməti də münasib olduğundan avtomobili almaq qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə Amilə zəng edərək ertəsi gün saat 09 radələrində Bakı şəhəri, Yasamal rayonunda olacağını demişdir. İlk dəfə “Toyota Prius” markalı maşın aldığından tanışı X6 zəng etmək qərarına gəlmiş və həmin gün Şahid1 zəng edərək maşın tapdığını və avtomobilin mühərrikinə baxmaq üçün gəlməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə evdən 10000 manat pul götürərək Bakı şəhərinə yola düşmüş, həmin gün saat təxminən 10 radələrində o, Amil və Elmir Yasamal rayonu, 77 saylı avtobusun son dayanacağında görüşmüşlər. Görüş vaxtı Amil maşının sahibi olan Tural adlı şəxsə zəng etmiş, İlkin olaraq Tural mobil telefona cavab verməmişdir. Lakin bir neçə zəngdən sonra Tural telefonu açmış və 28 May metrostansiyasının yaxınlığına getmişlər. Orada Tural adlı şəxslə görüşərkən məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Tural “Toyota Prius” markalı 99- KY-583 dövlət qeydiyyat nişanlı avtomobili 10000 (on min) manata satdığını demişdir. Maşının mühərriki və digər hissələri saz vəziyyətdə olsa da, maşının arxa hissəsində əzik olduğundan maşını almaq istəməmiş və düzəltmək ona baha başa gələcəyini bildirmişdir. Bir qədər söhbət etdikdən sonra Turalla maşını 8500 manata alacağı barədə razılığa gəlmişlər. Qiymətdə razılaşdıqdan sonra “Toyota Prius” markalı maşına görə Turala 8500 manat vermişdir. Maşını almağı ilə əlaqədar əziyyət haqqı olaraq 100 manat Amilə, 100 manat da Elmirə pul vermişdir. Razılaşdıqdan sonra Tural ona təklif etmişdir ki, notariusda etibarnamə yazdırmaq lazımdır. Həmin maşına baxdığı yerdən çıxmaq istəyərkən Tural “Hyundai İX35” markalı avtomobilin də olduğunu və həmin maşını da satdığını bildirmişdir. Həmin maşının qiyməti barədə soruşduqda Tural maşını 20000 (iyirmi min) manata satdığını və həmin maşını tanışı Amil tərəfindən idarə edildiyini demişdir. Amil ona həmin maşını bir ilə yaxın idarə etdiyini və yaxşı maşın olduğunu bildirmişdir. O, bununla əlaqədar maşın alveri ilə məşğul olan tanışı Fərmailə zəng edərək maşının qiymətinin 20000 (iyirmi min) manat olduğunu demiş, Fərmail isə razılıq etmişdir. Bundan sonra Turala qiymətdə bir qədər aşağı enməsini demiş və sonda həmin maşına görə 18500 manata razılaşmışlar. “Hyundai İX35” markalı maşına görə qiymətdə razılaşdıqdan sonra birlikdə yemək yeməyə, Tural isə tez bir zamanda qayıdacağını deyib etibarnamə almaq üçün getmiş, təxminən 20 dəqiqə sonra qayıdaraq 4 aylıq baş etibarnamə vermişdir. Restoranda olan zaman dostum Fariz Sadıqova zəng edərək kart hesabı göndərəcəyini və həmin hesaba 3500 manat pul göndərməsini bildirmişdir. X13 rayonu, Neptun marketdən 3500 manat pulu Turalın verdiyi kart hesabına göndərmişdir. 3500 manat pulu göndərdikdən sonra Turala “Hyundai İX35” markalı maşına görə etibarnamə verməsini demiş, Tural isə pulun hamısını verdikdən sonra etibarnamə verəcəyini bildirmişdir. Həmin vaxt Elmirə cibində pulun az olduğunu demiş, Elmir isə ona Salyan rayonuna gedərək pulu götürüb Tural verəcəyini demişdir. Həmin vaxt dostu Ceyhuna zəng edərək 15000 manat pul istəmiş, Ceyhun pulun atasında olduğunu deyib atasının evinə getməyi demişdir. Daha sonra o, Elmir, Amil və Tural birlikdə Qismət şadlıq evi tərəf getmiş və Ceyhunun atasından 15000 manat pulu götürüb Amilə vermişdir. Amil pulu saydıqdan sonra Turala vermişdir. Turala pulu verdikdən sonra maşına görə etibarnamə verməsini dedikdə Tural maşının texniki şəhadətnaməsi Mərdəkan qəsəbəsində olduğunu və həmin şəhadətnaməni götürüb geri qayıdacağını demişdir. Tural və Elmir birlikdə getmiş, o isə öz idarə etdiyi “Mercedes C Klass” markalı avtomobil ilə yaşadığı rayona qayıtmışdır. Həmin gün saat təxminən 18 radələrində Amil Turaldan aldığı “Toyota Prius” markalı maşını, Elmir isə “Hyundai İX 35” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı maşını sürüb Salyan rayonuna gətirmişlər. Elmirdən “Hyundai İX 35” markalı maşına görə etibarnamənin nə yerdə olduğunu soruşduqda Elmir Turala zəng edib özü ilə danışmağı bildirmişdir. Bununla əlaqədar bir neçə dəfə Turala zəng etmiş, lakin hər dəfə Tural əlində işi olduğunu demişdir. xx.xx.2023-cü il tarixdə Tural ona zəng edərək saat 10da etibarnamə vermək üçün Notariusa getdiyini demişdir. Həmin gün saat 23 radələrində yenidən Turalla əlaqə saxladıqda Tural etibarnamə verdiyini demişdir. Telefonunda mobil notaris tətbiqinə daxil olmuş və etibarnamənin verildiyini görmüşdür. Lakin ertəsi gün yenidən baxdıqda Turalın baş etibarnamə əvəzinə sürmək üçün etibarnamə verdiyini görmüşdür. Tural ilə təkrarən əlaqə saxlayarkən, Tural ona birinci gün Bakı şəhərinə gəlməyini və ona məxsus olan **-TU-*** dövlət qeydiyyat nişanını götürüb maşını mülkiyyətinə verəcəyini demişdir. O, xx.xx.2023-cü il tarixdə Elmirin yanına gedərək Elmirdən maşının texniki şəhadətnaməsini tələb etmiş, lakin bir nəticə görməyib Elmirə şikayət edəcəyini demişdir. Yasamal rayon Polis İdarəsinin qarşısında olan zaman Tural ona zəng edərək, şikayət etməməyi və maşının texniki şəhadətnaməsini Memar Əcəmi metrosunun yanında yerləşən adını xatırlamadığım restoranda qoyduğunu, özü isə yas mərasimi ilə əlaqədar rayona getdiyini demişdir. O, Turalın dediyi yerə getmiş və maşının texniki şəhadətnaməsini götürmüşdür. “Hyundai İX 35” markalı maşının X5 adında olduğunu görmüşdür. Sonra Turala zəng edərək, texniki şəhadətnaməni götürdüyümü bildirmiş, Tural isə rayonda olduğunu və birinci gün qayıtdıqdan sonra avtomobili adına keçirəcəyini demişdir. Bütün bunları Elmirə zəng edərək danışmış, Elmir isə özü də birinci gün iştirak edəcəyini demişdir. O, bu sözlərə inanmışam və yaşadığı rayona getmişdir. xx.xx.2023-cü il tarixdə Tural ona zəng edərək 250 manat pul istəmiş, Turala inanmadığım üçün yenidən Elmirə zəng etmiş, Elmir Turalla danışıb geri zəng edəcəyini demişdir. Bir neçə dəqiqə sonra Elmir yenidən zəng edərək narahat olmamağı və pulu Turala göndərməyi dedikdə Turalın kart hesabına 150 manat pul göndərmişdir. Ertəsi gün o və Fərmail Bakı şəhərinə getmiş, Yasamal rayonunda yerləşən Günəş petrolun yanında o, Elmir və Amil görüşmüşlər. Turala zəng etdikdə Tural gələcəyini demişdir və bir neçə saat sonra Tural tanımadığı üç nəfər şəxslə gələrək onları Yasamal rayonunda yerləşən restoranların birinə aparmışdır. Orada Tural ona bu maşının sahibi xarici ölkədədir və həmin sənədləri tərcümə etmək üçün 450 manat pul lazımdır demişdir. Artıq çıxılmaz vəziyyətdə olduğundan Turalın dediyi ilə razılaşmışdır. Tural notariusun ona zəng edəcəyini və hər şeyi özü həll edəcəyini deyərək Tural tanışları ilə birlikdə çıxıb getmişlər. Bundan bir neçə dəqiqə sonra bir nəfər şəxs ***-***-**-** saylı mobil nömrədən zəng edərək notarius olduğunu və bu işə görə 450 manat pul lazım olduğunu demişdir. Həmin şəxs həmin pulu kart hesabına göndərməyi demiş, o, isə pulu göndərməyəcəyini, şəxsən görüşüb verə biləcəyini demişdir. Həmin şəxs ona Turalla danışmağı deyib dəstəyi asmışdır. Bundan sonra Elmir ona 450 manat pulu kart hesabına göndərməyi demişdir. Bu məsələlərdən artıq yorulduğundan Turala zəng edib görüşmək istədiyini demiş, Tural isə ona Əcəmi metrosunun yaxınlığında olduğunu deyərək ora çağırmışdır. Tural ilə görüşəndə Turaldan nə etmək istədiyini soruşmuş, Tural ona «əgər 17000 manat pul verəcəyi halda razı olub-olmayacağını» soruşmuşdur. O, çıxılmaz vəziyyətdə olduğundan razılaşmış və 17000 manat pulu verməsini demişdir. Tural hal-hazırda əlində maşın olduğunu və satmaq üçün getdiyini deyərək ona həmin yerdə onu gözləməyi demişdir. O, Fərmaillə orada gözləmiş, lakin bir saat keçəməsinə baxmayaraq Turaldan səs çıxmadığından avtomobilə əyləşib rayona yola düşmüşlər. Yolda olan zaman Elmirə zəng edərək baş verənləri Elmirə danışmış, Elmir isə həmin maşını qaytarmağı demişdir. Qaradağ rayonu, Lökbatan dairəsini keçdikədn sonra “Socar Petrolium” yanacaq doldurma məntəqəsinə daxil olan vaxt qara rəngli Hyundai markalı maşın arxa hissəsini onun maşınına toxundurmuşdur. O, qorxub benzini yarıda kəsməsini bildirib maşını sürətlə sürmüşdür. Həmin maşın isə arxasınca gəlmişdir. Tural ona zəng edərək maşını qaytarmağı, qaytarmadığı təqdirdə onu tutduracağını demişdir. O, Qaradağ rayonu 11-ci polis bölməsinin qarşısında olanda Tural ona zəng edərək bölməyə girməməyi, maşını qaytarmağı demişdir. Daha sonra Tural ona ümumi tanışıları Faiqi tanıdığını və Faiqin onu tapşırdığını bildirmişdir. Qaradağ rayonu, Lökbatan dairəsi yaxınlığında “Hyundai Sonata” markalı maşının dayandığını və Faiqin düşdüyünü görmüşdür. Sonra Faiq onun əlimdən tutaraq maşından çölə çıxartmış, özü sükan arxasına əyləşmiş və uca səslə əsəbi formada maşına əyləşməyi demişdir. Faiq maşını Əcəmi metrostansiyası tərəfdə yerləşən kafeyə sürmüş, həmin vaxt kafenin qarşısında Tural və üç nəfər tanımadığı şəxslər olmuşdur. Daha sonra Tural ona «mənim verdiyim puldan 5000 manat verilib Elvinə, qalan pulu isə dostları ilə xərcləyib» demişdir. Tural ona pul verilməyəcəyini deyib getməyini bildirmişdir. Çıxan zaman Faiq ondan 200 manat pul istəmişdir. Daha sonra ona pul qaytarılmayacağını görüb polisə şikayət etmişdir. Hazırda məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət, tələb və iddiası olmadığını bildirərək ona məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək bildirdi ki, o, Təqsirləndirilən şəxs 2023-cü ildən tanıyır. Həmin vaxt Renault Megane” markalı maşın almaq istədiyindən Turala müraciət etmiş, Turalla 16 ay müddətində hər ay 600 manat vermək şərtilə, eləcə də 2000 manat pul vermək şərtilə razılaşıb həmin maşını almışdır. Daha sonra isə 2024-cü ildə Tural ona zəng edərək “Şkoda” markalı maşın olduğunu, ilkin ödəniş 2500 manat verməklə 36 ay müddətinə 750 manat aylıq ödəməklə maşın olduğunu bildirdiyindən onunla razılaşaraq Təqsirləndirilən şəxs hissə-hissə 2275 manat pul ödəmişdir. O, maşını alandan sonra onlayın qaydada etibarnamə verəcəyini desə də, vermədiyindən yol patrul əməkdaşları tərəfindən cərimələndiyindən onun barəsində şikayət etdikdən sonra Təqsirləndirilən şəxs onun pulunu geri qaytarmışdır. Hazırda məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət, tələb və iddiası olmadığını bildirərək ona məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında heç bir tanışlıq olmamışdır. O, özünə avtomobil almaq üçün tanışlarından bu barədə maraqlanmışdır. Tural bununla bağlı kimdənsə məlumat almış və xx.xx.2024-cü il tarixdə onun yaşadığı ünvana gəlmişdir. Tural söhbət əsnasında onun avtomobil almaq istədiyini tanışlarından öyrəndiyini və buna görə də idarə etdiyi avtomobili satmaq istədiyindən ona təklif etmək qərarına gəlmişdir. O, Turalın onun yaşadığı ünvana gəldiyi **-TV-*** dövlət qeydiyyat nişanlı Renault Megan markalı avtomobilə baxdıqdan sonra bəyənmiş və Turala alqı-satqı üçün 4430 manat pul vermişdir. Həmin vaxt Tural avtomobilin anasının adına olduğunu, həmin gün avtomobilə dair ona etibarnamə verəcəyini deyib avtomobili də yaşadığı ünvanda saxlamışdır. Lakin Tural bir neçə saat sonra əlaqə saxlayıb avtomobilin sənədlərində problem yarandığını deyib növbəti gün etibarnamə verə biləcəyini dedikdə o, pulunu tələb etmişdir. Bu vaxt Tural etiraz etməyib verdiyi puldan 3930 manat hissəsini geri qaytarıb 500 manat pulu beh kimi özündə saxlamışdır. xx.xx.2024-cü il tarixdə Tural onun yaşadığı ünvana gələrək notariusa gedib alqı-satqı edə biləcəklərini deyərək 500 manat beh pulu da ona geri qaytarıb alqı-satqıya dair bütün ödənişi eyni vaxtda verməyini demişdir. Həmin vaxt birlikdə Respublika Baş Dövlət Yol Polis İdarəsinə gedərək orada yerləşən notariusa yaxınlaşmışlar. Həmin zaman Tural notariusa daxil olaraq etibarnaməni və onun şəxsiyyət vəsiqəsini təqdim edərək avtomobilin onun mülkiyyətinə dair sənədləşdiriləcəyini deyərək yaxınlıqda yerləşən kafedə yemək yeməyi təklif etmişdir. O, Turala 4000 manat pulu ödəyərək birlikdə kafeyə getmişdir. Qalan 500 manat pulu isə avtomobilin adına rəsmiləşdirildikdən sonra ödəməli olmuşdur. Həmin vaxt namaz qılaraq geri qayıdacağını demişdir. Lakin bir neçə dəqiqə sonra geri qayıtdıqda Turalın kafedə olmadığını görmüşdür. Notariusa yaxınlaşdıqda da Turalın orada olmadığını görüb mobil nömrəsinə dəfələrlə zəng etdikdə Tural zənglərə cavab verməmişdir. Bu səbəbdən Turalın onu aldatdığını və pulunu dələduzluq yolu ilə ələ keçirdiyini başa düşüb barəsində şikayət etmişdir. Turala şikayət etməyi barədə mesaj yazdıqdan sonra zəngə cavab verərək pulu özünə geri qaytardığını iddia edərək yalnız özündə 500 manat beh kimi qəbul etdiyi pulun olduğunu bildirib həmin pulu kart hesabına göndərmişdir. Qalan pulu isə qaytarmaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs avtomobilin alqı-satqısına dair ondan 4000 manat pul alsa da, həmin puldan 500 manat hissəsini geri qaytarmışdır. Hazırda isə məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət, tələb və iddiası olmadığını bildirərək ona məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 Balakişi oğlu ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında heç bir tanışlıq olmamışdır. 2023-cü ilin noyabr ayında qohum vasitəsi ilə Təqsirləndirilən şəxsla tanış olmuşlar. Söhbət əsnasında ev tikdirdiyini, lakin buna görə icazə ala bilmədiyini bildirmiş, Tural isə Suraxanı rayon icra başçısı ilə qohum olduğunu, evin sənədlərinin alınması üçün kömək edəcəyini dedi. Turala inanıb xx.xx.2023-ci il tarixində 3.000 manat pul vermişdir. Bundan sonra Tural ona tikinti işlərini davam etdirməyi və narahat olmamağı bildirmiş, lakin xx.xx.2023-cü il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin 15-ə yaxın əməkdaşı gəlib tikintini dayandırmağı tələb etmişlər. Turala zəng edib bu barədə məlumat verdikdə Tural gələcəyini demiş, lakin iki saat gözləsə də Tural gəlməmişdir. Telefon danışığı zamanı Tural ondan xx.xx.2024-cü ilədək vaxt verilməsini, əgər vaxt olmasa pulu geri qaytaracağını demişdir. O, Turala pulunu qaytarmasını və ona dəymiş ziyanı da nəzərinə çatdırmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə Tural ona 700, xx.xx.2023-cü il tarixdə isə 500 manat olmaqla, ümumilikdə 1.200 manat pul qaytarmışdır. Qalan pulu isə ona dəfələrlə zəng edib xahişlər etsə də, müxtəlif bəhanələr gətirməklə qaytarmamışdır. Tural sonradan həmin pulu onun kart hesabına göndərmişdir. Hazırda məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət, tələb və iddiası olmadığını bildirərək ona məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə avtomobilini satmaq üçün Şirvan şəhərinə getmişdir. Şirvan şəhərində avtomobillərin alqı-satqısı ilə məşğul olan Şahid2 adlı makler ilə tanış olmuş, söhbət zamanı Elmin ona yeni avtomobil almaqda kömək edə biləcəyinə söz vermişdir. xx.xx.2024-cü il tarixdə Elminlə birlikdə Bakı şəhərinə Badamdar qəsəbəsində yerləşən avtomobil bazarına getmişlər. Elmin telefonda danışdıqdan sonra birlikdə həmin gün Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Həyat” restoranının qarşısına getmiş, orada “Elantra” markalı avtomobilə baxmış, lakin həmin maşın xoşuna gəlməmişdir. Bundan sonra Elmin ona “Şkoda” markalı avtomobilinin şəkilini göstərərək bir az gözləyək həmin maşını gətirəcəklər və avtomobilin qiymətinin 21.000 manat olmasını demiş və o, razılaşmışdır. Elmin ona gözlə avtomobilə baxaq xoşuna gələcək demişdir. Aradan bir az keçəndən sonra Elminin dediyi “Şkoda” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili Tural gətirmişdir. Tural əvvəlcə gətirdiyi avtomobilin qiymətini 19.000 manat olduğunu dedi, sonra biz 18.000 manata alqı-satqı edilməsi barədə razılaşdıq. Razılaşmaya əsasən 10.000 manat ilkin ödəniş etmiş və qalan məbləği hər ay 300 manat olmaqla 26 ay müddətinə ödəniş edəcəyinə söz vermişdir. Tural ona “Şkoda” markalı, **- AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə online formada etibarnamə verəcəyini bildirmişdir. Pulu verməzdən əvvəl Tural telefonda bir az əməliyyat apardıqdan sonra artıq etibarnamə verilib demiş, lakin ona heç bir sənəd verilməmiş və göstərilməmişdir. Elminin təkidi ilə 10.000 manat pulu “Həyat” restoranının qarşısında Turala vermiş və avtomobili sürüb Şirvan şəhərinə gedərkən Hacıqabul rayonu ərazisində yerləşən Navahi postu adlanan yerdə DYP əməkdaşları avtomobili saxlamışlar. Həmin vaxt aşkar olunmuşdur ki, avtomobilin 1050 manat cəriməsinə görə saxlanması barədə qərar var, həmçinin onun adına etibarnamə verilməmişdir. Turalla əlaqə saxlayıb bu barədə bildirmiş və avtomobili almayacağını, özünə qaytaracağını dedikdə Tural razılaşmışdır. Həmin vaxt Elmin ona əgər Tural cəriməni ödəməzsə özünün ödəyəcəyini demişdir. Bundan sonra maşının cəriməsindən 70 manatını Tural online şəkildə ödəmiş və avtomobili sürüb Şirvan şəhərinə getmişlər. Elminə onun və Turalın tərəfindən aldadıldığını dedikdə Elmin onu inandırmağa çalışmışdır ki, Tural və o, onu aldatmırlar. Həmin vaxt Elmin ona əgər Tural verilmiş 10.000 manatı qaytarmazsa özünün həmin pulu qaytaracağını demişdir. xx.xx.2024-cü il tarixdə xəbəri olmadan Elmin evakuator vasitəsi ilə həmin avtomobili Bakı şəhərinə gətirmiş və Bakı şəhəri Baş Polis İdarəsinin DYP İdarəsinin yanında Turala təhvil vermiş, pulu isə Turaldan alıb mənə qaytaracağını demişdir. Sonradan Elmin pulu qaytarmaqdan imtina etmiş və ona Tural nə vaxt pulu göndərərsə, həmin vaxt pulu qaytaracağını bildirmişdir. Turalla telefon əlaqəsi saxladıqda Tural ona ondan aldığı pulun 5.000 manatının onda, qalan 5.000 manatının isə Elmində oduğunu demişdir. Bundan sonra o, Tural və Elminin onun pulunu qaytarmadıqlarına görə şikayət etmişdir. Hazırda məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət, tələb və iddiası olmadığını bildirərək ona məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, bu işlə bağlı Zərərçəkmiş şəxs1 və Amil Kazımovu tanıyır. O, Vidadi ilə birlikdə maşın alqısatqısı ilə məşğul olmuş, Təqsirləndirilən şəxs isə ortaq tanışların vasitəsilə tanımışdır. 2023-cü il tarixdə Vidadi ona zəng edərək 10.000 manata “Toyota Pirus” markalı avtomobil olduğunu, bəyənərsə alacağını bildirmişdir. Vidadi ilə birlikdə avtomobilə baxmağa getmiş, avtomobilin arxasından vuruğu olduğunu, Vidadinin Turalla həmin maşını 8500 manata razılaşaraq aldığını görmüşdür. Həmin gün Vidadi həmin məbləğdə olan pulu Turala vermiş, həmin vaxt Tural Vidadiyə “Hyundai İX35” markalı avtomobili olduğunu, həmin maşını 20.000 manata satdığını, daha sonra aralarında 18500 manata razılaşaraq etibarnamə almaq üçün notariusa getmişlər. Lakin sonradan Vidadi həmin maşını geri qaytarmaq istəsə də qaytara bilməmişdir. Daha sonra Vidadi bu barədə onun barəsində şikayət etdiyindən Turalın Vidadinin pulunu tam qaytardığını öyrənmişdir. İstintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadə verərək bildirmişdir ki, o, Ağdaş rayonu, Yuxarı Qəsil kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Həyat yoldaşı Əhməd Əzizov barəsində dələduzluq cinayətinə görə cinayət işi başlanılmış və həmin cinayət işinə Şəki Ağır Cinayətlər məhkəməsində baxılmışdır. 2023-cü ilin aprel ayının sonlarında əri Əhməd Əzizov ilə mobil telefon ilə danışan zaman ona birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs azadlığa çıxacağını, Təqsirləndirilən şəxs vəzifədə işləyən tanışlarının olduğunu və onun işi ilə bağlı köməklik edəcəyini bildirmişdir. Bundan sonra əri Əhməd Əzizov ona Təqsirləndirilən şəxs iki mobil nömrəsini vermiş və həmin mobil nömrədən zəng gələn zaman cavab verməyini bildirmişdir. Təxminən 2023-cü ilin may ayının əvvəllərində əri Əhməd Əzizov onun mobil telefonuna zəng etmişdir. Söhbət zamanı əri X18 Rüstəmovun mobil nömrəsi ilə əlaqə saxlamağını istəmiş, o, da Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə zəng etmiş və həmin zəngə əri Əhməd Əzizovu da əlavə etmişdir. Söhbət zamanı əri X18 Rüstəmovdan onunla əlaqə saxlamağını və köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da razılaşmışdır. Təxminən 1-2 gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək əri Əhməd Əzizovun məhkəmədə olacaq cinayət işi bağlı hakimlə danışdığını və hakimin ərinə azadlığın məhdudlaşdırılması cəzasını verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ondan bu iş üçün 3000 manat pul istəmişdir. O da həmin pulu verəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz adına olan "xxxx"-a məxsus 4169-7377-0418-2167 kart hesabının şəklini “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə ona göndərmiş və pulu həmin karta köçürməyini istəmişdir. O da Tural ilə razılaşmş və 3000 manat pulu borc taparaq xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri, Heydər Əliyev prospektində yerləşən “Birinci Market” də olan “M pay” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan "xxxx"-a məxsus 4169-7377-0418-2167 kart hesabına göndərmişdir. O, həmin ödəniş qəbzinin şəklini Təqsirləndirilən şəxs istifadəsində olan “Whatsapp” ani mesajlaşma proqramına göndərmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs zəng edib bu barədə məlumat verərək pulu göndərdiyini bildirmişdir. Təxminən 2-3 gün sonra Təqsirləndirilən şəxs ona yenidən zəng edərək hakimin 3000 manata razı olmadığını deyərək əlavə olaraq 2000 manat pul lazım olduğunu bildirmişdir. O da razılaşmış və 2000 manat borca pul taparaq xx.xx.2023-cü il tarixdə Ağdaş şəhərində yerləşən "xxxx" MMC-yə məxsus ödəmə terminalı ilə Təqsirləndirilən şəxs adına olan "xxxx"-a məxsus 4169-7377-0418-2167 kart hesabına 2000 manat köçürmüşdür. O, həmin ödəniş qəbzinin şəklini Təqsirləndirilən şəxs “Whatsapp” ani mesajlaşma proqramında göndərmişdir. Eyni qayda ilə Təqsirləndirilən şəxs zəng edib bu barədə məlumat verib istəmiş olduğu 2000 manat pulu da onun kart hesabına göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs da məhkəmə prosesinin yekununda ərinə azadlığın məhdudlaşdırılması cəzası veriləcəyini bildirmişdir. Məhkəmə prosesindən bir gün əvvəl axşam saatlarında Təqsirləndirilən şəxs ona zəng etmiş və ərinə azadlığın məhdudlaşdırılması cəzası verilə bilməyəcəyini bildirmişdir. Ertəsi gün əri Əhməd Əzizovla mobil telefon ilə danışğı zamanı əri nə üçün işinin həll olunmadığını soruşmuşdur. O da hakimin razı olmadığı üçün işin alınmadığını bildirmişdir. Həmin vaxtı əri X18 Rüstəmovdan 5000 manat pulu geri almağını istəmişdir. O, Təqsirləndirilən şəxs verdiyi pulun məbləğini əri Əhməd Əzizova demişdir. O, daha sonra Təqsirləndirilən şəxs zəng edərək 5000 manat pulu geri qaytarmasını istəmiş, Təqsirləndirilən şəxs da həmin pulu 2-3 günə verəcəyini bildirmiş və 2-3 gün gözləsə də, Təqsirləndirilən şəxs pulunu geri qaytarmadığı üçün bu barədə şikayət etmişdir. Şikayət etdikdən sonra Təqsirləndirilən şəxs 3700 manat pulunu qaytarsa da, 1300 manat pulunu qaytarmamışdır. Məhkəməyə teleqram vuraraq ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət, tələb və iddiası olmadığını göstərmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, o, Sabirabad rayonu Xankeçən kəndində qeydiyyatda olsa da, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2024-cü il tarixdə Şirvan şəhərində Zərərçəkmiş şəxs6 ilə tanış olmuş, xx.xx.2024-cü il tarixdə Gülnar və Gülnarın qohumu X8 ilə birlikdə Bakı şəhərinə Badamdar qəsəbəsində yerləşən avtomobil bazarına Gülnar xanıma avtomobil almaq üçün onun idarə etdiyi “Kia Rio” markalı, Az ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşınla gəlmişlər. Gülnar xanım “Hyundai Elantra” markalı maşın istədiyi üçün onlar bazardan maraqlanmağa başlasalar da, həmin markada uyğun avtomobil tapmamışlar. Avtomobil satan şəxslə telefonda danışdıqdan sonra onlar hamısı birlikdə Pirşağı qəsəbəsinə “Həyat” restoranının qarşısına getmişlər. Həmin ünvana gətirilən “Hyundai Elanrta” markalı avtomobil onların xoşuna gəlməmişdir. Bundan sonra “Hyundai Elantra” markalı avtomobilini onlara göndərən adını sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs onun telefonuna “Şkoda” markalı avtomobilinin şəkilini göndərmiş və demişdir ki, bir az gözləsələr, həmin maşını gətirir baxsınlar. Həm də gətirilən “Şkoda” markalı avtomobilinin 21.000 manat olmasını ona telefonda demişdir. O, bu barədə Gülnar xanıma demişdir. Lakin Gülnar xanım pulunun az olmasını deyib “Şkoda” markalı maşını almaqdan imtina etmişdir. Sonradan Gülnar xanımın qohumu Mahir burdayıq, maşını gətirsinlər baxaq demişdir. Aradan bir az keçmiş Təqsirləndirilən şəxs “Şkoda, markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili gətirmişdir. Təqsirləndirilən şəxs əvvəlcə gətirdiyi avtomobilin qiymətini 19.000 manata olduğunu demişdir. Ancaq onlar avtomobili sonda 17800 manata razılaşmışlar. Təqsirləndirilən şəxs ona avtomobili onlar alsa onları yanlarına göndərən şəxsə 500 manat “calaq” pulu verəcəkdir demişdir. Ancaq həmin 500 manatın onlara heç bir aidiyyəti yoxdur. Razılaşmalarına görə “Həyat” restoranının içərisinə keçib oturmuşlar. Orada Gülnar xanım 10.000 manat pulu ilkin ödəniş kimi onların yanında sayıb Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt orada o, Gülnar xanım, Gülnarın qohumu Mahir Məmmədov, Təqsirləndirilən şəxs və Tural ilə birlikdə gələn adını bilmədiyi bir nəfər şəxs olmuşdur. Təqsirləndirilən şəxs ilə belə razılaşmışlar ki, Gülnar xanım 10.000 manat ödədiyi ilkin ödənişdən əlavə hər ayına 300 manat olmaqla 26 ay müddətinə ödəniş edəcəkdir. Gülnar xanım pulu Təqsirləndirilən şəxs verdikdən sonra etibarnamə verməsini bildirmişdir. Tural telefonunda bir neçə əməliyyat aparmış və telefonu Gülnar xanıma tərəf tuşlayıb online formada etibarnamə verdiyini demişdir. Lakin telefonda həqiqətən etibarnamə verilibverilmədiyini onların heç biri bilməmişdir. Həmin vaxt Gülnar xanıma heç bir sənəd verilməmişdir. “Həyat” restoranından çıxıb getmək istədikləri vaxt o, öz maşınının yük yerini açıb gödəkcəsini oraya qoymaq istədikdə Təqsirləndirilən şəxs onun yanına gəlmiş və 500 manat pulu sayıb maşınının yük yerində olan polkanın üzərinə qoyaraq xahiş etmişdir ki, bu pulu onları yanına göndərən şəxsə verər. Bundan sonra aldıqıları avtomobili Mahir Məmmədov sürmüşdür. Onlar yolda ayrılmışlar. O, öz maşını ilə yol getdiyi vaxt Mahir Məmmədov ona zəng vurub demişdir ki, aldıqları maşını Hacıqabul rayonu ərazisində yerləşən Navahi postu adlanan yerdə X19 əməkdaşları tərəfindən saxlayıblar. Həmin vaxt aşkar olunub ki, avtomobilin 1050 manat cəriməsi olduğuna görə saxlanması barədə qərar vardır. Şirvan şəhərinə gəldikdən sonra ona məlum olmuşdur ki, Gülnar xanımın adına Təqsirləndirilən şəxs tərəfindən heç bir etibarnamə verilməmişdir. Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlayıb bu barədə demiş və avtomobili Gülnar xanımın almayacağını, həmçinin geri qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs da onunla razılaşmış və demişdir ki, “indi axşamdır, sabah maşını gətir Bakı şəhərinə təhvil ver mənə, verdiyiniz 10.000 manat pulu qaytarım” demişdir. Həmin gün məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onların hamısını aldadıb və yalandan deyib ki, guya Gülnar xanımın adına etibarnamə yazmışdır. Təqsirləndirilən şəxs ona telefonda demişdir ki, maşının üzərində olan cəriməni özü ödəyəcəkdir. Bundan sonra maşının cəriməsindən 70 manatın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi məlum olmuşdur. xx.xx.2024-cü il tarixdə Mahir Məmmədov onula birlikdə Bakı şəhərinə gəldikdən sonra saat 09 radələrində Təqsirləndirilən şəxs ilə telefonda danışmışdır. Sonra Təqsirləndirilən şəxs evakuatorun sürücüsü ilə telefonda danışmış və danışıq vaxtı onu telefon xəttinə qoşduğu üçün bütün danışıqları eşitmişdir. Avtomobilin harada dayanmasını Mahir Məmmədov evakuatorun sahibinə demişdir. Evakuatorun sürücüsü həmin avtomobili Şirvan şəhərindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı şəhəri Baş Polis idarəsinin X19 İdarəsinin yaxınlığında, M.Müşfiq küçəsi 30 ünvanında yerləşən marketin sol tərəfindən küçəyə daxil olduqda 332 saylı evin qarşısına gətirmiş, 105 manat yol pulunu Təqsirləndirilən şəxs dediyinə görə o, ödəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs zəng vurmuş, təxminən 15-20 dəqiqədən sonra Təqsirləndirilən şəxs onların yanına gəlmişdir. Yanında bir nəfər tanımadığı şəxs də olmuşdur. Təqsirləndirilən şəxs həmin şəxsin atası olmasını demişdir. O, Təqsirləndirilən şəxs maşında heç bir problemin olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs maşına baxdıqdan sonra maşının açarını ondan alıb maşını işə salmış və heç bir problem olmadığını demişdir. Sonradan demişdir ki, 5 dəqiqəliyinə X19 İdarəsində işi vardır, sənəd götürməlidir. Maşını atası aparsın onlar X19 idarəsinə gedək, oradan sənəd götürməlidir. Bundan sonra atası kimi təqdim etdiyi şəxs Təqsirləndirilən şəxs göstərişi ilə maşını sürüb getmiş, onlar isə X19 İdarəsinə gəlmişlər. X19 İdarəsinin binasının yanında Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ona verdiyi 500 manatdan qalıq qalan 400 manatı alaraq X19 İdarəsinin inzibati binasına girmiş. Təxminən 15 dəqiqədən sonra Təqsirləndirilən şəxs yanlarına gələrək gedək pulu verim demişdir. Onlar X19 İdarəsinin həyətindən çıxıb şəhər istiqamətinə getmiş və yolun sol tərəfində olan məhkəmənin binasını keçdikdən sonra Təqsirləndirilən şəxs “maşını saxla gedim pulu gətirim” demişdir. Bundan sonra Təqsirləndirilən şəxs maşından düşüb getmişdir, təxminən 30-40 dəqiqədən çox gözləsə də, Təqsirləndirilən şəxs geri qayıtmamışdır. Təxminən 40-50 dəfə Təqsirləndirilən şəxs zəng vurmuş, hər dəfə Təqsirləndirilən şəxs ona indi gələcəyini desə də gəlməmişdir. Sonda başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu aldatmışdır. Ona görə də Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə baş verənlər barədə məlumat vermişdir. O, “Şkoda” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə saat 13-14 radələrində Bakı şəhəri Baş Polis İdarəsinin X19 idarəsinin yaxınlığında, yəni DYP İdarəsindən çıxdıqdan sonra “Hyundai” servisə gedən yolun sağ tərəfində ünvan 5 ünvanında yerləşən marketin sol tərəfindən küçəyə daxil olduqda 332 saylı evin qarşısında Təqsirləndirilən şəxs təhvil vermişdir. Son olaraq Təqsirləndirilən şəxs dələduzluq edərək onu orada aldadıb nəqliyyat vasitəsini götürməklə, həmçinin Zərərçəkmiş şəxs6 qeyd edilən nəqliyyat vasitəsi ilə bağlı ilkin olaraq baş etibarnamə verilməsini və həmin avtomobilin lizinqə salınmasına dair aldadaraq ümumilikdə 10.000 manat pulu dələduzluqla ələ keçirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, “baxış keçirlməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 xx.xx.2023-cü il tarixdə 3000 manat və xx.xx.2024-cü il tarixdə 2000 manat olmaqla olmaqla ümumilikdə 5000 manat pulu Ağdaş şəhəri Heydər Əliyev prospektində yerləşən “Birinci” marketdə quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan "xxxx"a məxsus 4169-7377- 0418-2167 nömrəli kart hesabına göndərmişdir. (cild 1, i.v: 9-13) xx.xx.2024-cü il tarixli, “hadisə yerinə baxış keçirlməsi haqqında” protokoldan görünür ki, Şahid2 “Şkoda” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili 05 fevral 2024-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, M.Müşfiq küçəsi 332 saylı evin qarşısına Təqsirləndirilən şəxs geri qaytarmışdır. (cild 1, i.v: 219-222) xx.xx.2024-cü il tarixli, “hadisə yerinə baxış keçirlməsi barədə” protokoldan görünür ki, X7 “Şkoda” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq üçün 04 fevral 2024-ci il tarixdə 10.000 manat pulu Təqsirləndirilən şəxs də Bakı şəhəri, Binəqədi rayonu,Pirşağı qəsəbəsində yerləşən “Həyat” Ailəvi istirahət Mərkəzində vermişdir. (cild 2, i.v: 10-16) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və cinayət işinin materiallarına əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Qaradağ Rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2, 178.2.2,178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 09 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (cild 4, i.v: 103-179) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-582/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonuna kimi, yəni 03 sentyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-656/2024 nömrəli qərarından görünür ki, müdafiəçinin vəsatəti təmin edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri istintaq müddətinin sonuna kimi, yəni 03 sentyabr 2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılmasına dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 28 avqust 2024-cü il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Tuqay Allahverdizadənin xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti bitdikdə sonuncunun barəsində başqa qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 03 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 06 fevral 2025-ci il tarixli, 000209 nömrəli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Qaradağ Rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2, 178.2.2,178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 09 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata götürülmüş, xx.xx.2025-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını və onların şikayət və tələblərinin olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı həbsdə və ev dustaqlığında saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 440 (dörd yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək həbsdə, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək ev dustaqlığında olduğu, cəmi 2 (iki) ay 13 (on üç) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 440 (dörd yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar