Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-166/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Ermənistan Respublikasının Tumanyuyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramanı sovxozu ünvansız yeni tikilidə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayının 29-da, saat 21:30 radələrində yaşadıqları ünvan 3 ünvanında yerləşən mənzilin qonaq otağında anası Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəminində baş vermiş münaqişə zamanı qəsdən yumruqla iki dəfə sonuncunun baş və sifət nahiyəsindən vuraraq ona burunun sol yarısının sıyrığı, alt dodağın sol yarısının iç səthinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş yekun protokol üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, anası Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı deyildir. Valideynlərinin onunla və yaxud digər qardaşları ilə birlikdə yaşamaması, əksinə yeznəsi ilə birlikdə yaşaması onun xoşuna gəlmir, ona mənəvi olaraq çox pis təsir edir. Bu səbəbdən də onunla anası arasında əvvəllər də mübahisələri olmasına baxmayaraq anası bacısı gili evdən çıxarmamışdır. xx.xx.2021 -ci il tarixdə saat təxminən 21:30 radələrində valideynlərinin yaşadığı ünvan 4 ünvanında yerləşən evə gəlmişdir. O, anası gilin ev telefonlarına zəng etmiş, lakin cavab verən olmamışdır. Sonra qapını döymüş, lakin əvvəlcə qapım açmaq istəməmişlər. Sonra anası qapını açmış və onunla söyüşlə danışmağa başlamışdır. O da bacısı Tellinin ailəsinin həmin evdə yaşamasına narazılığını bildirərək onları evdən çıxardacağım bildirmişdir. Anası da üstünə gələrək onun yaxasından yapışan zaman əli ilə onu kənara itələmək məqsədilə vurmuş və əli anasının sifətinə və başına dəymişdir. Anasının ağzı qanayaraq xəsarət almışdır. O. yeznəsi Azərin o evdə yaşamasını istəmədiyini və onları evdən çıxarmaq üçün əlindən gələni edəcəyini bildirmişdir. Həmin vaxt o, özündə olmamış, çünki anasının onun və yaxud qardaşının o evdə yaşamasına qarşı çıxaraq yeznələrini həmin evə gətirməsini ona dəyişməsi kimi başa düşmüşdür. Odur ki, o, özündə olmadığından bu hadisə baş vermiş və anasının sifətinə və başına iki dələ yumruqla vurmuşdur. Həmin vaxt yanlarında olan atası Rüstəm qışqıraraq söhbətə qarışmış və onları sakitləşdirmişdir. Bundan sonra o, sakitləşib atası ilə söhbət edən zaman polis əməkdaşları gəlib onu 18-ci polis şöbəsinə aparmışlar. Sonda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını, əməlindən səmimi peşman olduğunu bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 21:30 radələrində yaşadığı ünvan 5 ünvanında həyat yoldaşı Rüstəm, qızı Telli və nəvəsi Nadiyə evdə olan zaman oğlu Elşad qapını döymüşdür. O, əvvəlcə qapını açmaq istəməsə də sonra qapını açmış və Elşad qızı Tellinin ailəsinin onlarla yaşamasına narazılığını bildirərək onu nalay iq sözlərlə təhqir etmişdir. O da Elşadı danlayaraq özünü yaxşı aparmasını tələb etmiş və ona acıqlı cavab vermişdir. Bu səbəbdən aralarında sözlə mübahisə başlamışdır. Mənzilin qonaq otağında mübahisə edən zaman Elşad şillə və yumruqla onun başına, eləcə də sifət nahiyəsinə iki dəfə zərbə vurmuşdur. Həmin vaxt yanlarında olan həyat yoldaşı Rüstəm qışqıraraq söhbətə qarışmış və onları sakitləşdirmişdir. Bundan sonra nəvəsi Nadiyə AR DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, hadisə təxminən 3-5 dəqiqə çəkmişdir. Son olaraq yazılı ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, ona dəymiş zərərin əvəzinin tam olaraq ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Törədilmiş və ya hazırlanan cinayət barədə məlumatların şifahi qəbulu haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə saat 21:30 radələrində yaşadığı evdə olan zaman oğlu Təqsirləndirilən şəxs ilə münaqişə zəminində onun ağız və baş nahiyəsinə bir neçə dəfə şillə və yumruq vuraraq ona xəsarət yetirmişdir. Bundan başqa Eldar onu öldürməklə hədələyərək bacısı Tellinin evdən çıxarılmasını tələb etmiş, əks təqdirdə onu və qızının Tellinin başına oyun açacağını demişdir. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin təhqiqatçısına şifahi formada məlumat vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya X2, canlı şəxsin ekspertizasının xx.xx.2021-ci il tarixli, 54 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət- burunun sol varisinin sivrim, alt dodağının sol varisinin iç səthinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarix və əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə qarşılıqlı şəkildə barışmış və onun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ona dəymiş zərərin əvəzinin aradan qaldırıldığını və yekun məhkəmə qərarı çıxarılarkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını, onunla barışdığını, ona vurulmuş zərərin aradan qaldırıldığını və yekun məhkəmə qərarı çıxarılarkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma əməlinin törədilməsi CMnin 128-ci maddəsinə əsasən cinayət hesab edilir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs qarşılıqlı surətdə barışmaları nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, yuxarıda göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığına və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığına, habelə dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsini nəzərə alır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 7 saata görə 42 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat material üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 7 saata görə 42 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-166/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-166/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver