Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-167/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Femida” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Ağdam rayonu, Sarıçoban kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Sarıçoban kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1 və 29,317-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək üzərində daşıyıb saxlamaqla həmin qadağan olunmuş əşyaları yoxlamadan gizlətəklə X4ndə saxlanılan şəxsə ötürülməsinə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 24 iyul 2022-ci il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 14 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 1,740 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 25 iyul 2022-ci il tarixdə həmin narkotik vasitə olan heroini Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1, 234.4.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən atası Şahid8 yoxlamadan gizlədərək ötürməsi üçün sonuncuya hazırladığı sovqatın içərisində olan göy rəngli şalvarın bel hissəsində yerləşdirməklə qablaşdırıb həmin sovqatı Ağdam rayonundan taksi fəaliyyəti ilə məşğul olan Şahid9 vasitəsi ilə Bakı şəhərinə göndərməklə Azərbayacan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı X4ndə cəza çəkən Şahid2 yanına görüşə gedən sonuncunun atası Şahid1 verməsinə baxmayaraq, 25 iyul 2022-ci il tarixdə saat 15:30 radələrində Şahid1 gətirdiyi sovqatlara Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsinin nəzarət buraxılış məntəqəsində hal-şahidlərinin iştirakı ilə baxış keçirilərkən, Şahid8 göndərdiyi sovqatın içərisində olan göy rəngli şalvarın bel nahiyəsindən 14 ədəd nazik kağız bükümdə ümumi təmiz çəkisi 1,740 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürüldüyündən Təqsirləndirilən şəxs iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar qəsdini başa çatdıra bilməyib cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyaları yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 29, 317- 1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, atasına göndərdiyi əşyaların arasında narkotik vasitənin olmasından xəbərsiz olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasının sonunda özünü tam təqsirli bilmiş və etdiyi əməldən peşman olmasını qeyd etmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi izahatında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, əvvəllər məhkum olunmamış və heç bir yerdə işləmir. Şahid8 onun doğma atasıdır. X5 Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikas CM-nin 228.1, 234.4.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmişdir. Atası cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penilensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində çəkir. xx.xx.2022-ci il tarixdə atası istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə X4ndən zəng vuraraq məhkum yoldaşı Vüsal adlı şəxsin atasının onun yanına gələcəyini, Vüsalın atasının vasitəsi ilə ona ərzaq məhsulları və geyim göndərməyini istəmişdir. Həmin telefon danışığı zamanı atası Ramil Vüsalın atasının istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni ona verərək həmin şəxslə əlaqə saxlamağını, həmçinin həmin şəxsin vasitəsi ilə ona siqaret, kolbasa, şirniyyat və evdə paltar dolabında olan 2 ədəd şalvarını göndərməyini istəmişdir. O, atası Ramilin narkomaniya xəstəliyindən əziyyət çəkməsini və bədənində ağrılar olduğunu bildiyi üçün sonuncuya göndərəcəyi sovqatın içərisində pay kimi narkotik vasitə göndərmək istəmişdir. O, həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 19 radələrində atasının ona verdiyi, adının sonradan Mirzəxan olduğunu öyrəndiyi şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurmuşdur. Mirzəxana Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penilensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən oğlu Vüsalın məhkum yoldaşı olan Şahid8 oğlu olduğunu, Ağdam rayonunda olduğu üçün atasının yanına gedə bilmədiyini, atasına sovqat göndərmək istədiyini bildirmişdir. Mirzəxan da oğlu Vüsalın ona bu barədə məlumat verdiyini və sovqatı hazır edərək Bakı şəhərinə göndərməyini, xx.xx.2022-ci il tarixdə Vüsalın yanına gedəcəyini, Vüsalın yanına gedən zaman atası üçün göndərəcəyi sovqatı da apara biləcəyini demişdir. Bundan sonra o, Ağdam rayonunda tanımadığı, zahirdən narkotik vasitə istifadəçisi olan şəxsə yaxınlaşıb sonuncuya bu barədə bildirmiş və həmin şəxsdən 30 manat pul verib 14 ədəd kağız bükümdə narkotik vasitə heroini almışdır. Sonra narkotik vasitəni yaşadığı evdə olan atasına məxsus şalvarlardan birinin bel hissəsinə yerləşdirmiş və marketdən kolbasa, siqaret, şirniyyatlar, pomidor, xiyar alaraq sovqat hazırlamışdır. İçərisinə narkotik vasitə yerləşdirdiyi şalvarı digər paltarlarla birlikdə hazırladığı sovqatın içərisinə yerləşdirmişdir. Sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə Ağdam rayonundan Bakı şəhərinə taksi fəaliyyəti ilə məşğul olan Elməddin adlı şəxsin istfadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış və sonuncuya xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə çatdırılması bağlamamın olduğunu bildirmişdir. Elməddin də ona səhər tezdən Bakı şəhərinə yola düşəcəyini və bağlamanı hazır edərək verməsini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Ağdam rayonu, Sarıçoban kəndində Elməddinlə görüşmüş və atası Ramilə göndərmək məqsədi ilə hazırladığı sovqatı sonuncuya vermişdir. Elməddin də sovqat olan bağlamanı avtomobilin yük yerinə yerləşdirmişdir. Bundan sonra Vüsalın atası Mirzəxanın istifadəsində ***-***-**-** saylı mobil nömrəni Elməddinə verib sovqatı həmin şəxs çatdırmasını bildirmiş və bağlamanı Bakı şəhərinə aparması üçün sonuncuya 5 manat vermişdir. Bundan sonra Bağlamanın çatıb-çatmaması ilə maraqlanmaq üçün Elməddin və Vüsalın atası Mirzəxanla bir neçə dəfə telefon əlaqəsi saxlamışdır. Sonuncu dəfə Elməddinlə əlaqə saxlayan zaman sonuncu ona artıq Bakı şəhərində olduğunu və sovqatı Mirzəxana çatdırdığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları ona yaxınlaşıb axtarışda olduğunu bildirib onu şübhəli şəxs qismində saxlayaraq Nərimanov RPİ-nə aparışlar. Polis idarəsində olan zaman ona məlum olmuşdur ki, Mirzəxanın vasitəsi ilə atası Ramilə göndərdiyi sovqatın içərisinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən baş keçirilən zaman sovqatın içərisində olan şalvarın bel nahiyəsində gizlətdiyi narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. O. heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Eyni zamanda narkotik vasitə və psixotrop maddələrdən də istifadə etməmişdir. Mirzəxanın göndərmiş olduğu sovqatın içərisində narkotik vasitə olması barədə məlumatı olmamışdır. O, Mirzaxana bu barədə heç bir söz deməmişdir. Mirzəxan sadəcə olaraq ona insanlıq naminə oğlu Vüsalın yanına gedən zaman atası üçün göndərəcəyi sovqatı da apara biləcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Şahid2 narkotik maddələrin qəbulu və satışı ilə məşğul olduğundan 2020-ci ildə həbs edilmiş və cəzasını 10 saylı Cəzaçəkmə Müəssisəsində çəkir. xx.xx.2022-ci il tarixdə saat 18:40 radələrində istifadəsində olan mobil nömrəsinə ***-***-**-** saylı nömrədən zəng edərək Ağdam rayonundan oğlunun məhkum yoldaşına sovqat göndərilməsini bildirmişlər. O da həmin şəxslə razılaşmışdır. xx.xx.2022-ci il tarixda 13:40 radələrində oğlunun cəza çəkdiyi 10 saylı CÇM-nin qarşısına markasını və dövlət qeydiyyat nişanını bilmədiyi taksi avtomobili yaxınlaşmışdır. O, həmin avtomobildan sovqatları götürərək X4nə daxil olmuşdur. Sovqatları və üst başını yoxlayan zaman Ağdamdan gələn sovqatda olan şalvarın kəmər yerindan 14 ədəd adi kağıza bükülmüş narkotik maddə olan heroin aşkar edilmişdir. Bundan sonra Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən zəruri sənədləşmə aparıldıqdan sonra onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. Həmin narkotik maddə ona aid olmamış və həmin narkotik maddə sovqat kimi əvvəllər tanımadığı şəxsin göndərdiyi sovqatdan aşkar edilmişdir. X4 əməkdaşları ona hər hansı bir fiziki təziq göstərməmişlər. O, heç vaxt narkotik vasitə qəbul etməmişdir. Həmin sovqat çantası ona maxsus olmamış, içərisində narkotik vasitə olmasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 1988-ci ildən 10 saylı cəzaçəkmə müəssisəsində mühasib xəzinadar vəzifəsində çalışır. Onun heç kimlə düşmənçiliyi və ədavəti olmamışdır. Şahid1 tanımamış, heç bir münasibəti olmamışdır. 25 iyul 2022-ci il tarixdə saat 15:40 radələrində 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Şahid2 ilə qısa müddətli görüşə gəlmiş atası Şahid1 üzərinə xüsusi ayrılmış otağda keçiriləcək baxışda müəssisənin digər əməkdaşları tərəfindən hal-şahidi qismində iştirak etməyini xahiş etmişlər. O da hal şahidi qismində iştirak etmək üçün razılaşmışdır. Ona və digər dəvət olunmuş hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Daha sonra görüşə gəlmiş Şahid1 üzərinə və əşyalarına baxış keçirilmişdir. Baxış zamanı görüşə gəlmiş Şahid1 gətirdiyi sovqatlarda olan göy rəngli şalvarın bel nahiyəsində gizli şəkildə bükülmüş 14 ədəd nazik kağız bükümlərdə qablaşdırılmış spesifik iyə malik toz şəkilində boz rəngli narkotik vasitəyə oxşar maddə aşkar olunmuşdur. Həmin 14 ədəd nazik kağız bükümlər şalvarın bel nahiyəsindən çıxarılarkən dağılma ehtimalı olduğundan müəssisə əməkdaşları tərəfindən bir ədəd bükümdə cəmləşdirilmişdir. Aşkar olunmuş kütlə onun və digər hal şahidinin iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Daha sonra müəssisə əməkdaşları tərəfindən baxışın keçirilməsi ilə bağlı onun və digər hal şahidinin iştirakı ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində şahid qismində dindirilmiş Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 1996-cı ildən ədliyyə orqanında xidmət edir və hal-hazırda 2019-cu ildən 10 saylı cəzaçəkmə müəssisəsində əməliyyat şöbəsinin rəisi vəzifəsində işləyir. 25 iyul 2022-ci il tarixdə tarixdə təxminən saat 15:40 radələrində müəssisədə cəza çəkən məhkum Şahid2 yanında qısa müddətli görüşə gəlmiş atası Şahid1 gətirdiyi əşyalara və üzərinə müəssisənin əməkdaşları ilə birgə görüş otağında xüsusi ayrılmış otaqda dəvət olunmuş hal şahidlərinin iştirakı ilə baxış keçirmişlər. Baxış zamanı görüşə gəlmiş Şahid1 gətirdiyi sovqatlarda olan göy rəngli şalvarın bel nahiyəsində gizli şəkildə bükülmüş 14 ədəd nazik kağız bükümlərdə qablaşdırılmış spesifik iyə malik toz şəkilində boz rəngli narkotik vasitəyə oxşar maddə aşkar olunmuşdur. Həmin 14 ədəd nazik kağız bükümlər şalvarın bel nahiyəsindən çıxarılarkən dağılma ehtimalı olduğundan tərəflərindən bir ədəd bükümdə cəmləşdirilmişdir. Aşkar olunmuş kütlə hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Daha sonra onlar tərəfindən baxışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və protokolu imzalarla təstiq etmişlər. Sorğu zamanı Şahid1 aşkar edilmiş 14 ədəd bükümlərdən xəbərsiz olduğunu bildirmişdir. Daha sonra baxışın keçirilməsi ilə bağlı və hal şahidlərinin iştirakı ilə protokol tərtib edilmişdir. Aşkar olunmuş maddənin növünün müəyyən edilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində şahid qismində dindirilmiş Şahid5 ifadəsinə uyğun ifadə verərək, onun dediklərini təsdiqləmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid8, Şahid9 və Şahid7 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş oldugu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 10 saylı cəzaçəkmə müəssisəsinin Əməliyyat şöbəsinin rəisi ədliyyə polkovnik-leytenantı Şahid5, hal şahidləri: Şahid3 və Şahid4, Əməliyyat şöbəsinin inspektoru ədliyyə kapitanı Şahid6 və RNŞ-nin nəzarətçisi: ədliyyə giziri Şahid7 iştirakları ilə bu protokolu tərtib etmişlər ondan ötrü ki, bu gün yəni xx.xx.2022-ci il tarixdə, təxminən saat 15:40 radələrində müəssisənin əməliyyat aparatına daxil olmuş məlumata əsasən, müəssisənin 3 saylı dəstəsində cəza çəkən, xx.xx.1991-ci il təvəllüdlü, xx.xx.2021-ci il tarixli Bakı Ağır cinayətlər məhkəməsinin AR CM-nin 234.4.3, 234.4.1-ci maddələrinə əsasən 5 il müddətinə (cəzasının əvvəli: xx.xx.2020- cəzasının sonu :xx.xx.2025-ci il) azadlıqdan məhrum edilmiş məhkum Şahid2 yanına qısa müddətli görüşə gəlmiş atası Şahid1 gətirdiyi sovqata nəzarət buraxılış məntəqəsində baxış tədbiri keçirilən zaman sovqatda olan göy rəngli şalvarın bel nahiyyəsində gizli şəkildə bükülmüş 14(on dörd) ədəd nazik kağız bükümlərdə qablaşdırılmış spesifik iyə malik toz şəklində boz rəngli narkotik vasitəyə oxşar maddə aşkar edilərək götürülmüşdür. Aşkar edilərək götürülmüş spesifik iyə malik narkotik vasitəyə oxşar maddə hal şahidlərinin iştirakı ilə müvafiq qaydada zərfə qablaşdırıldı və möhürləndi. Götürülmüş maddə tərkibinin və növünün müəyyən edilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 6/4027 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Vətəndaş Şahid1 aşkar edilmiş narkotik vasitə... hal şahidləri- iki imza; Vətəndaş Şahid1 K.:imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 1,740 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. 14 ədəd kağız bükümlərdə heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bükümdəki heroinlərlə eyni kimyəvi tərkibli olub- olmamasını müəyyən etmək mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ‘‘Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr "-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 1,740 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,690 qram. Ekspertiza xərci 92 manat təşkil edir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. “Axtarışda olan şəxsin tutulması barədə” 25 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin Azərbaycan Respubklikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X2 ilə axtarış elan olunaraq barəsində 60687 saylı Axtarış işi açılan xx.xx.2000-ci ildə Ağdam rayonunda anadan olmuş, Ağdam rayonu Sarıçoban kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 11:50 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd «Redmi Mİ Play» markalı mobil telefona baxış keçrilmiş və baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Şahid9 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 25 iyul 2022-ci il tarixdə saat 08:30-da, saat 08:38-də 1 ədəqiqə 21 saniyə, saat 11:23-də 18 saniyə, saat 11:19-da 16 saniyə, saat 12:28də 23 saniyə danışların aparılması, saat 13:04-də isə zəngin rədd edilməsi, Şahid9 istifadəsində olan ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə 24 və 25 iyul 2022-ci il tarixlərdə telefon zənglərinin edilməsi müəyyən edilməmişdir. CD diskə baxış keçirilməsi haqqında 16 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Şahid9 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin arasında xx.xx.2022-ci il tarixdə sat 18:37:21 də 115 saniyə, saat 20:53:04-də 32 saniyə, xx.xx.2022-ci il tarixdə saat 05:46:56-da 78 saniyə, saat 06:19:35-də 24 saniyə, xx.xx.2022-ci il tarixdə saat 21:11:35-də 39 saniyə, saat 23:49:39-da 21 saniyə, xx.xx.2022-ci il tarixdə saat 07:42:40-da 10 saniyə, saat 08:26:48-də 6 saniyə, 08:31:39da 42 saniyə, saat 09:01:22-də 65 saniyə, saat 14:53:38-də 23 saniyə, saat 14:59:41-də 74 saniyə telefon əlaqəsinin olması müəyyən edilmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 - ***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin arasında xx.xx.2022-ci il tarixdə saat 19:53:50-da 135 saniyə, xx.xx.2022-ci il tarixdə saat 07:58:12-də 59 saniyə, saat 08:35:18-də 94 saniyə, saat 08:37:20-də 15 saniyə telefon əlaqəsinin olması, ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs adına qeydiyyat alınması və 051 -594-37-36 saylı mobil nömrənin 24 və 25 iyul 2022-ci il tarixlərində “Ağdam rayonu” anten dairəsində olması müəyyən edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. “Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 29, 317-1.1-ci maddələrinə tövsif edilmişdir. İş üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6949 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Şahid1 gətirdiyi sovqatdan aşkar edilərək götürülmüş 14 ədəd bükümdə ilkin təmiz çəkisi 1,740 qram olmuş narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 1,690 qram çəkidə narkotik vasitə heroin saxlanış üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilməsi; iş üzrə "xxxx" MMC-dən götürülmüş 1 ədəd “CD” disk iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndilərək istintaq materiallarına əlavə edilməsi; Təqsirləndirilən şəxs məxsus 01 ədəd 4İ Play» markalı mobil telefon aparatı maddi sübut kimi tanınması və saxlanması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. İşdə olan Agdam RİHB-nin Xındırıstan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1 və 29,317-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,740 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. 317-1.1 maddəsinə əsasən-cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi -min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qızının əməli CM-in 234.1 və 29,317-1.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını, ilk məhkumlugunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs CM-nin 234.1 maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 29,317-1.1-ci maddəsi ilə islah işləri cəzası təyin edilməsini qanuni və əsaslı hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3-cü maddəsinə əsasən təyin edilmiş islah işləri cəzası iki günə bir gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməklə CM-nin 66.2 maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CM-nin 68.3-cü maddəsində qeyd olunur ki, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə- 68.3.1. islah işlərinin iki günü, 68.3.2. ictimai işlərin dörd saatı bərabər tutulur. Həmçinin CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci və 29,317-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona CM-nin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası, CMnin 29,317-1.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 68.3-cü maddəsinə əsasən islah işləri cəzası iki günə bir gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməklə CM-nin 66.2 maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmalı, həbsdə saxlanıldığı 2 (iki) gün (25-27 oktyabr 2022-ci il), ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş narkotik vasitə heroinin qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi Mİ Play» markalı mobil telefon aparatı sahibinə qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qızının məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Femida vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 33 (otuz üç) iş saatı üçün cəmi 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 29,317-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, CMnin 29,317-1.1-ci maddəsi ilə hər ay qazancından 20 faiz dövlət nəfinə pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-cü maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay islah işləri cəzası iki günə bir gün azadlığın məhdudlaşdırılması cəzası ilə-yəni 9 (doqquz) ay azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməklə, CM-nin 66.2 maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplansın, ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonununn hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və çəkisi 1,690 qram narkotik maddə- heroin məhv edilsin. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi Mİ Play» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs qaytarılsin. İş üzrə ekspertiza xərci 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 33 (otuz üç) iş saatı üçün cəmi 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Femida vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-167/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-167/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver