Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-168/2024 26.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:50 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və 02 azyşalı övladı olan, orta təhsilli, işləməyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilənədək həmin ünvanda yaşamış, hazırda barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)1624/2023 saylı qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 oktyabr 2023-cü il tarixdən 19 noyabr 2023-cü il tarixə kimi olan müddət ərzində, yəni 22 oktyabr 2023-cü il tarixdə, saat 05:12-də, 24 oktyabr 2023-cü il tarixdə, saat 04:35-də, 25 oktyabr 2023-cü il tarixdə, saat 05:27-də, 31 oktyabr 2023-cü il tarixdə, saat 04:58-də, 02 noyabr 2023-cü il tarixdə, saat 05:22-də, 03 noyabr 2023-cü il tarixdə, saat 04:49-da, 04 noyabr 2023-cü il tarixdə, saat 06:10-da, 06 noyabr 2023-cü il tarixdə, saat 05:17-də, 08 noyabr 2023-cü il tarixdə, saat 06:47-də, 09 noyabr 2023-cü il tarixdə, saat 06:58-də, 12 noyabr 2023-cü il tarixdə, saat 05:40-da, 17 noyabr 2023-cü il tarixdə, saat 06:27-də və 18 noyabr 2023-cü il tarixdə, saat 05:49-da vahid niyyətlə əhatələnmiş qəsdlə "xxxx" MMC-nin ünvan 3 ünvanındakı ətrafı məftil arakəsmələrlə hasarlanmış metal əritmə və mexaniki emal sahəsinə həmin hasardan aşmaqla qanunsuz daxil olub oradakı metal avadanlıqların saxlanıldığı anbardan "xxxx" MMC-ə məxsus bir kiloqramının qiyməti 12 manat olmaqla ümumi dəyəri 3504 manat olan 292 kiloqram çəkidə “latun” materialından olan metal avadanlıqları gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-ə ümumilikdə 3504 (üç min beş yüz dörd) manat maddi ziyan vuraraq oğurluq etmiş, həmçinin cinayət əməlini davam etdirib, tanışı X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 noyabr 2023-cü il tarixdə, saat 07:09-da və 23 noyabr 2023-cü il tarixdə, saat 03:35-də "xxxx" MMC-nin ünvan 3 ünvanındakı ətrafı məftil arakəsmələrlə hasarlanmış metal əritmə və mexaniki emal sahəsinə həmin hasardan aşmaqla qanunsuz daxil olub oradakı metal avadanlıqların saxlanıldığı anbardan "xxxx" MMC-ə məxsus bir kiloqramının qiyməti 12 manat olmaqla ümumi dəyəri 960 manat olan 80 kiloqram çəkidə “latun” materialından olan metal avadanlıqları gizli olaraq talamağa cəhd edərək, vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə dəyəri 4464 manat olan 372 kiloqram çəkidə “latun” materialından olan metal avadanlıqları oğurlamağa cəhd etmiş, lakin "xxxx" MMC-nin mühafizəçiləri tərəfindən cinayət əməlləri ifşa edildiyi üçün iradələrindən asılı olmayan səbəbdən cinayətin törədilməsini başa çatdıra bilməmişlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Dərnəgül Bazarı adlanan yerdə fəhləçilik etmişdir. Həmin bazarda fəhləçilik edən zaman ünvan 3 ünvanında yerləşən "xxxx" MMCnin əritmə sexinin yaxınlığındakı anbar tipli yerdə xeyli sayda əlvan metalın pərakəndə yığıldığını görmüşdür. Həmin anbar tipli yerin ətrafı məftil çəpərlə hasarlandığından həmin hasardan aşmaqla sahəyə daxil olmağın əlverişli olduğunu hiss etmişdir. Həmin ərazidə isə mühafizəçilərin hərəkət etmədiyini gördüyündən oradan metal avadanlıqları oğurlamaq qərarına gəlmişdir. Lakin, həmin yerə tək daxil olmaqla oğurluq etməyin çətin olduğunu bildiyindən kömək edəcək başqa bir nəfərə də ehtiyacı olmuşdur. Buna görə də 2023-cü ilin oktyabr ayının əvvələrindən tanıdığı X6 bu barədə məlumat verib onunla birlikdə oğurluq etməyi ona təklif etmişdir. Anarın da maddi vəziyyəti çətin olduğundan onun təklifinə etiraz etməyib onunla birlikdə oğurluq etməyə razılıq vermişdir. Belə ki, razılaşmışlar ki, o, hasardan aşmaqla həmin sahəyə daxil olub, anbar tipli yerdən metal avadanlıqları oğurlayaraq hasarın üzərindən Anara ötürəcək, Anar da materialları alaraq metal hasarın yanında bir yerə toplayacaq, daha sonra isə o da Anarın yanına qayıdaraq oğurladıqları metalları birlikdə daşıyacaqlar, daha sonra isə oğurladıqları metalları aparıb satacaqlar. Bu razılaşmadan sonra ilk olaraq xx.xx.2023-cü il tarixdə saat 05 radələrində Anarla "xxxx"ın yaxınlığında görüşüb oğurluq edəcəkləri həmin əritmə sexinin yerləşdiyi əraziyə getmişlər. Razılaşmalarına əsasən Anar metal hasarın yanında durmuş, o, isə həmin hasardan aşaraq əraziyə daxil olub gizlincə metalların yığıldığı anbar tipli həmin yerə daxil olmuşdur. Orada yığılan “latun” materialdan olan metallardan bir neçəsini oğurlayaraq daşıyıb hasarın üzərindən Anara ötürmüş, Anar da həmin metalları ondan alıb hasarın yaxınlığında bir yerdə toplamışdır. Daha sonra isə hasardan aşaraq ərazidən çıxmış və Anarla birlikdə oğurladıqları metalları daşıyaraq yolun kənarında gizlətmişlər. Metalları gizlətdikdən sonra səhərin açılmasını gözləmişlər və səhər açıldıqdan sonra Dərnəgül bazarında dayanmış, üzərində yükdaşıma qurğusu olan “QAZ 3129” markalı, ağ rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomaşının tanımadığı, adını bilmədiyi sürücüsünə yaxınlaşıb özlərinə məxsus metalların daşınmalı olduğunu bildirmişlər. Bundan sonra danışıb 20 manat razılaşmışlar. Daha sonra həmin maşınla metalları gizlətdikləri yerə gəlmişlər. Orada Anarla birlikdə boruları maşına yükləmişdirlər. Anar Aydın adlı tanışının Bakı şəhəri, Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən evində metal qəbulu ilə məşğul olduğunu və oğurladıqları metalları ona sata biləcəklərini bildirmişdir. Bundan sonra “QAZ 3129” markalı həmin maşınla oğurladıqları metalları Aydının yaşadığı evə aparmışlar, Anar Aydınla danışaraq metalların özlərinə məxsus olduğunu, tullantıların olduğu ərazidən yığdıqlarını və həmin metalları satmaq istədiklərini bildirmişdir. Aydın isə Anarı tanıdığından bir kiloqramı 8 manata olmaqla ümumilikdə 23 kiloqram çəkidə “latun” materialdan olan metalları ümumilikdə onlardan 184 manata satın almışdır. Aldıqları 184 manat pulun 20 manatını sürücüyə yol pulu kimi vermişlər, qalanını isə Anarla aralarında yarı bölmüşdürlər. Oğurluqdan əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, Anara yenidən oğurluq etməyi təklif etmişdir. Anar etiraz etmədiyindən xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2013-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə təkrarən müxtəlif saatlarda, adətən gecə vaxtlarında təxminən 17-28 kq çəkidə latun materiallarında olan metalları oğurlamışlar və tanımadıqları qazel markalı sürücülərə yaxınlaşaraq özlərinə məxsus metalları daşımaqda razılıq əldə etmişlər. Eyni şəxsə satdıqlarında şübhə yarada biləcəklərini düşündüklərindən “Dərnəgül” bazarında müxtəlif şəxslərə kilosundan asılı olaraq 130-190 manat arası müxtəlif qiymətlərə satmışlar. Yol pulu verdikdən sonra qalan pulu Anarla aralarında bölmüşlər. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, alıcılar həmin materialların oğurluq olduğunu bilməmişdir. Əldə etdikləri pulları isə şəxsi ehtiyaclarına xərcləmişlər. xx.xx.2023-cü il tarixdə yenidən oğurluq etmək üçün əraziyə daxil olduqda, mühafizəçilər görmüş və bu zaman əllərində olan materialları yerə qoyaraq qaçmışlar. Daha sonra yenidən oğurluq etdikləri zaman mühafizəçilər tərəfindən saxlanılmışlar. Əməlindən peşmandır. Hal-hazırda zərərçəkmiş hüquqi şəxsə vurmuş olduğu maddi ziyanı ödəyə bilmir. Himayəsində 02 azyaşlı övladının, həyat yoldaşının olmasını, atasının 2-ci X2masını nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, MET-AK” MMC-nin Nəzarət və Sətəm departamentinin müdüri vəzifəsində xidmət edir. "xxxx" MMC-yə məxsus 10 ton çəkidə latunun 292 kiloqramının əksik olduğu müəyyən edilmişdir. Əksik olan 292 kiloqram çəkidə “latun”un "xxxx" MMCnin ünvan 3 ünvanında yerləşən metal əritmə və mexaniki emal sahəsindən oğurlanmasına dair əsaslı şübhələr müəyyən edildiyindən rəhbərlik tərəfindən bununla bağlı tədbir görülməsi tapşırılmışdır. Bundan sonra "xxxx" MMC-nin Nəzarət və Sətəm departamentinin mütəxəssisi Şahid3 tərəfindən "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşən metal əritmə və mexaniki emal sahəsində quraşdırılmış müşahidə kameralarının görüntüləri nəzərdən keçirilib xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə gecə saatlarında iki nəfər naməlum şəxsin hasardan tullanmaqla sahəyə daxil olaraq orada saxlanılan latun materialından olan metal avadanlıqları saxlanıldığı yerdən götürüb hasarın yanına daşımaqla hasardan aşırıb oğurladıqları müəyyən edilmişdir. Bundan sonra MMC-nin mühafizəçiləri gecə saatlarında həmin sahəni müşahidə etməyə başlamışlar və xx.xx.2023-cü il tarixdə, saat 06 radələrində həmin şəxslərin yenidən sahəyə daxil olaraq oğurluq etməyə çalışdıqları aşkar edilmiş, həmin vaxt mühafizəçilər onları yaxalamağa çalışsalar da buna nail ola bilməmişlər. Belə ki, həmin şəxslər mühafizəçiləri gördükdə qaçaraq sahədən uzaqlaşmağa nail ola bilmişlər. Bundan sonra da müşahidələr davam etdirilmiş və xx.xx.2023-cü il tarixdə, saat 03:35-də müşahidə zamanı həmin şəxslərin yenidən sahəyə daxil olduqları aşkar edilmişdir. Həmin vaxt onlardan birini, yəni sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsi yaxlamışlar, digər şəxs isə, yəni sonradan adının Anar olduğunu bildiyi şəxs qaçaraq uzaqlaşa bilmişdir. Məhkəməinin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsdən müəssisəyə vurulmuş maddi ziyanı tam şəkildə tələb edir və şikayətçidir. Məhkəmə iclasında dindirilmiş Şahid1 bildirmişdir ki, "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşən metal əritmə və mexaniki emal sahəsində nəzarətçi işləyir. "xxxx" MMC-də hesabat aparılarkən bir müddət öncə əmkadaşlıq edilən digər şirkətdən satın alınmış olan "xxxx" MMC-yə məxsus 10 ton çəkidə latunun 292 kiloqramının əksik olduğu müəyyən edilmişdir. Əksik olan 292 kiloqram çəkidə “latun”un "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşən metal əritmə və mexaniki emal sahəsindən oğurlanmasına dair əsaslı şübhələr müəyyən edildiyindən rəhbərlik tərəfindən bununla bağlı tədbir görülməsi tapşırılmışdır. Bundan sonra "xxxx" MMC-nin Nəzarət və Sətəm departamentinin mütəxəssisi Şahid3 tərəfindən "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşən metal əritmə və mexaniki emal sahəsində quraşdırılmış müşahidə kameralarının görüntüləri nəzərdən keçirilib və gecə saatlarında həmin ünvandan oğurluq olunduğunu aşkar etmişlər. Daha sonra həmin sahəni müşahidə etməyə başlamışlar və xx.xx.2023-cü il tarixdə, saat 06 radələrində həmin şəxslərin yenidən sahəyə daxil olaraq oğurluq etməyə çalışdıqlarını aşkar etmişlər. Həmin vaxt onları yaxalamağa çalışsalar da buna nail ola bilməmişlər. Belə ki, həmin şəxslər onları gördükdə qaçaraq sahədən uzaqlaşmağa nail ola bilmişdirlər. Bundan sonra da müşahidələr davam etdirilmiş və xx.xx.2023-cü il tarixdə, saat 03:35-də müşahidə zamanı həmin şəxslərin yenidən sahəyə daxil olduqları aşkar edilmiş, onlardan birini, yəni sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsi yaxlamışlar, digər şəxs isə qaçaraq uzaqlaşa bilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 bildirmişdir ki, ünvan 4 ünvanda yaşayır və yaşadığı evdə əlvan və qara metalların alqı-satqısı ilə məşğul olur. X7 və Təqsirləndirilən şəxs da metal alqı-satqısı zamanı tanımışdır. Belə ki, əvvəllər X4 bir neçə dəfə metal almış, buna görə də onu tanımışdır. 2023-cü ilin oktyabr ayının sonlarında səhər saatlarında Anar sonradan tanıdığı Təqsirləndirilən şəxsla birlikdə onun yaşadığı evə gələrək tullantı üçün nəzərdə tutulmuş yerlərdən yığdıqları latun materialdan olan avadanlıqları satmaq istədiklərini bildirmişdir. O da Anarı tanıdığından gətirdikləri latunun bir kiloqramını 8 manata ala biləcəyini bildirmişdir. Anar satmış olduqları latun materialından olan avadanlıqların özlərinə məxsus olduğunu, tullantı üçün nəzərdə tutulmuş yerlərdən topladıqlarını, ona görə də növbəti günlər ərzində toplamış olduqları latunu yenidən gətirib satacaqlarını bildirmişdir. Anargilin həmin avadanlıqları oğurladıqlarını bilməmişdir. Beləliklə də 2023-cü ilin oktyabr ayının sonlarından həmin ilin noyabr ayının sonlarına qədər olan müddət ərzində müxtəlif vaxtlarda Anar və Hüseyndən bir neçə dəfəyə bir kiloqramını 8 manata olmaqla ümumilikdə təxminən 100-110 kiloqram çəkidə latun almışdır. Həmin metalların oğurluq olmasını bilməmişdr. Məhkəmə iclasında dindirilmiş Şahid3 məhkəmə iclasında dindirilmiş digər Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və təqsirləndirilən və zərərçəkmiş şəxsin nümayəndəsinin bildirdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş iş üzrə Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxslərin dedikləri ilə eyni məzmunlu olmuşdur. Məhkəmədə tədqiq edilən "xxxx" MMC-nin Nəzarət və Sətəm Departamentinin müdiri Nümayəndə xx.xx.2023-cü il tarixli ərizə ilə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə oğurluq hadisəsi ilə bağlı müraciət etmişdir. Məhkəmədə tədqiq edilən “Əşyanın götürülməsi və baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokol və dvd diskdən görünür ki, Təqsirləndirilən şəxs tanışı ilə "xxxx" MMC-nin sahəsinə daxil olaraq oğurluq etməsi faktı müəyyən edilir. Məhkəmədə tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, oğurluq hadisəsi olduğu ünvan 5 ünvanında baş vermişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsə ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixindən “Opioid və psixostimulyatorun qəbulu nəticəsində aslılıq sindromu” diaqnozu ilə Respublika Narkoloji Mərkəzdə qeydiyyatdadır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya xəstəxanasına ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi”nin xx.xx.2023-cü il tarixli, 9/9353 saylı rəyindən görünür ki, ekpertiza təyini haqqında qərarda göstərilən 292 kiloqram latunun 2023-cü ilin oktyabr-noyabr aylarına olan orta bazar qiymət ilə ümumi dəyərli nəzəri qaydada təxminən 2628,00 (292 kq x 9,00 man) manat müəyyən olunur. Məhkəmədə tədqiq edilən “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, Ə.Qayıb küçəs 15 A ünvanında yerləşən metal əritmə və mexaniki emal sahəsində quraşdırılmış müşahidə kamerlarının görüntülərinin əks olunduğu 01 ədəd disk iş üçün əhəmiyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-41/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2023-cü il tarxində cəzasının başa çatması səbəbilə qeydiyyatdan çıxarılmışdır. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-131/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq barəsində 02 il, 07 ay, 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 21-1-3-7738-11 saylı məktubundan görünür ki, məhkum Əhmədov X5 Rayon Məhkəməsinin 1(005)-131/2023 saylı, xx.xx.2023-cü il tarixlii hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən təqsirli bilinərək 2 il 7 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Probasiya idarəsində qeydiyyata alınmış və cəza müddətinin sonu xx.xx.2026-cı il tarixdə hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin 4(005)-1624/2023 saylı, 27.11 2023-cü il tarixli qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçildiyindən və tutulmanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablandığından cəzanın çəkilmiş hissəsi 2 (iki) ay 11 (on bir) gün, çəkilməmiş hissəsi isə 2 (iki) il 5 (beş) ay 5 (beş) gün təşkil edir. Məhkəmədə tədqiq edilən “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şühbəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 4(005)1624/2023 saylı qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixədək hesablanmışdır. Məhkəmədə tədqiq edilən AZ-İV № 255052 və AZ-İV № 534372 nömrəli X1 görünür ki, təqsirləndirilən şəxsin himayəsində 01.12.202-ci il təvəllüdlü Uğur Əhmədov və xx.xx.2018-ci il təvəllüdlü Məhəmməd Əmədov adlı 02 azyaşlı övladı vardır. Məhkəmədə tədqiq edilən 8193 nömrəli vəsiqdən görünür ki, Təqsirləndirilən şəxs atası X10 Mübaribəsi Veteranıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini etiraf etməsi, əməlindən peşman olmasını, 02 (iki) azyaşlı övladının olmasını, atasının müharibə iştirakçısı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qanunvericiliyə əsasən cəzanı ağırlaşdıran hallar olmasa da onun zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməməsi, həmçinin vurmuş olduğu maddi ziyanı ödəməməsi, onun əvvəllər də mülkiyyət əleyinə cinayət əməlləri törətməklə azadlığın mədudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq yenidən eyni xarakterli cinayət əməli törətməsi, onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli və şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməlləri törətməkdə davam etməsi ona əvvəllər təyin olunmuş cəzaların onun islah olunmasına xidmət etmədiyi qənaətinə gəlməyə imkan yaradır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-nin 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1 və 29, 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 29-cü maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası CM-nin 63-cü maddəsinə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Nərimanov Rayon Məhkəməsinin 1(005)-131/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il, 05 (beş) ay, 05 (beş) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirmək yolu ilə ona cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan 25 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut cinayət işinə əlavə edilmiş "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, Ə.Qayıb küçəs 15A ünvanında yerləşən metal əritmə və mexaniki emal sahəsində quraşdırılmış müşahidə kamerlarının görüntülərinin əlavə olunduğu 01 ədəd DVD-disk cinayət işi materiallarında saxlanılmalıdır. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 48 (qırx səkkiz) iş saatı üçün 228 (iyirmi səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsi tətbiq edilməklə, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 1(005)-131/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 02 (iki) il, 05 (beş) ay, 05 (beş) gün müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq, 01 (bir) il, 02 (iki) ay, 17 (on yeddi) gün müddətində azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutulmaqla, bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatnın dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Maddi sübur hesab edilmiş "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, Ə.Qayıb küçəs 15 A ünvanında yerləşən metal əritmə və mexaniki emal sahəsində quraşdırılmış müşahidə kamerlarının görüntülərinin əks olunduğu 01 ədəd DVD-formatlı disk cinayət işi materiallarında saxlanılsın. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən ibtidai istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 48 (qırx səkkiz) iş saatı üçün 228 (iyirmi səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-168/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-168/2024
26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver