Məhkəmə qərarları › İş №1(005)-17/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-17/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-17/2021 02.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi – Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi – “Mərkəz” Vəkil Bürosunun vəkili X4, Zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Naxçıvan MR, Şərur rayonu, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən Naxçıvan MR, Şərur rayonu, Zeyvə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, H. Əliyev küçəsi, ev 15, mənzil 158-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 20:29-da etibarnaməsi olmadan idarə etdiyi AD N 111137 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan «AUDİ A7» minik markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri. Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə metronun «Koroğlu» stansiya istiqamətindən Atatürk prospekti istiqamətinə saatda 80 km/saat sürətlə hərəkətdə olarkən Nərimanov rayonu, Ziya Bünyadov prospekti 64/68 saylı ünvanın qarşısına düşən yolun hərəkət hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və həmin Qanunun 36-cü maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etmiş və yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı kimi tələblərinə riayət etməyib idarə etdiyi avtomobilin qabaq sağ tərəli ilə eyni hərəkət istiqaməti üzrə ondan qarşıda hərəkətdə olan Zərərçəkmiş şəxs1 ƏN-Vİ № 932810 nömrəli etibarnamə əsasında idarə etdiyi AD N 536538 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə Zərərçəkmiş şəxs2 mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan «Kia Optima» minik markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissə ilə toqquşduraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sol mil sümüyünün yerdəyişmiş qəlpəli sınığı, sağ qulaq seyvanının, hər iki dizin, sol baldırın, sağ iç topuğun sıyrıqları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, həmçinin «AUDİ A7» minik markalı 1 O-AR-171 dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək zədələnməsindən mülkiyyətçisi «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə 11940 manat maddi ziyan vurulmasına, «Kia Optima» minik markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək zədələnməsindən isə mülkiyyətçisi Zərərçəkmiş şəxs2 8844 manat maddi ziyan vurulmasına səbəb olmuş və bundan sonra o, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini yəni, yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini tərpətməməli, zərərçəkənlərə ilk tibbi yardım göstərməli, təcili yardım maşını çağırmalı, zərərçəkəni xəstəxanaya aparıb yenidən hadisə yerinə qayıtmalı, hadisə barəsində müvafiq icra hakimiyyəti orqanına məlumat verməli olduğunu bildiyi halda buna riayət etməməklə pozaraq, yol nəqliyyat hadisəsi törətdikdən sonra yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham edildiyi əməldə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 18 radələrində tanışının toy məclisində iştirak etmək üçün idarə etdiyi «AUDİ A7» minik markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakıxanov qəsəbəsində yerləşən “Qızlar” şadlıq sarayına getmişdir. Təxminən 1 saat toyda oturduqdan sonra saat 20:15 radələrində toydan çıxaraq idarə etdiyi avtomobil ilə yaşadığı evə getmək üçün Bakı şəhəri, Ziya Bünyadov prospektinə çıxmışdır. O, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə hərəkətdə olarkən Daxili İşlər Nazirliyinin Hospitalının qarşısındakı körpünün üzərində tıxac olduğunu görmüşdür. O, tıxaca daxil olmamaq üçün avtomobili idarə etdiyi sürətlə Atatürk prospektinə çıxmaq məqsədilə Nərimanov rayonu Ziya Bünyadov prospektinin əlavə yoluna daxil olmaq istəmişdir. Lakin sürəti çox olduğu üçün o, avtomobili saxlaya bilməmiş və idarə etdiyi avtomobilin ön hissəsi ilə qarşısında hərəkətdə olan «Kia Optima» markalı avtomobilin arxa hissəsini vurmuşdur. Bundan sonra həm onun idarə etdiyi avtomobil, həm də vurduğu avtomobil fırlanaraq səkiyə dəyib dayanmışdır. O, dərhal avtomobildən düşmüşdür. Bildirmişdir ki. hadisənin təsirindən sonra şoka düşdüyü və xəsarət aldığı üçün kənara çəkilərək səkinin üzərində əyləşmişdir. Onun idarə etdiyi avtomobillə vurduğu avtomobilin sürücüsü də əlindən xəsarət almış və kənarda dayanmışdır. Hadisədən sonra hadisə yerinə çoxlu şəxslər toplaşmışlar. Hadisə zamanı o, da xəsarət aldığı üçün hadisə yerində olan tanımadığı «Mercedes C» klass markalı avtomobilin sürücüsü onu idarə etdiyi avtomobilə mindirib 5 nömrəli Şəhər Kliniki Xəstəxanasına aparmışdır. O, 5 nömrəli Şəhər Kliniki Xəstəxanasının qarşısında düşmüş və “Mercedes C” klass markalı avtomobilin sürücüsü çıxıb getmişdir. O, 5 nömrəli Şəhər Kliniki Xəstəxanasının həyətinə daxil olsa da həmin xəstəxananın inzibati binasına girmədən çölə çıxmış və taksi ilə yaşadığı evə getmişdir. Sonradan polis əməkdaşlarının onu axtardığını bilmişdir. Buna görə də, o, Nərimanov RPİ-nə gedib etdiyi əməli etiraf etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verməmişdən öncə avtomobili saatda 90/100 km sürətlə sürmüşdür. İdarəetməni isə yolun arakəsmə hissəsində itirmişdir. Hadisə yerindən qaçmamışdır. Elə bir fikri də olmayıb. Təxmini xatırlayır ki, 20 dəqiqə müddətində hadisə yerində olmuşdur. O, özünü pis hiss etmiş və hadisənin təsirindən çıxa bilməmişdir. X8 və Hüquq Mühafizə orqanlarını hadisə yerində ətraflarında olan şəxslər çağırmışlar. Hadisə olan zaman ora bir çox insan yığılmışdı. Hamı onlarla maraqlanır və onların yaxşı olmalarına dair fikirlər bildirirdilər. Onu 5 nömrəli xəstəxanaya aparmışlar. Hər hansı zədə almamışdır. Bədənində bəzi cızıqlar olmuşdur. Sadəcə hadisənin təsirindən özünə gələ bilməmişdir. Xəstəxanada isə həkim müayinəsindən keçməmiş, qeydiyyata alınmamışdır. Həkimləri gözləmiş, lakin gəlmədiyini görəndə və özünü bir az daha yaxşı hiss etdiyi üçün oradan uzaqlaşaraq yaşadığı evə qayıtmışdır. O, zərərçəkmiş şəxsin yaralı olduğunu bilmirdi. Hadisə yerinə yığışan insanlar onların yaxşı olduqlarını dediklərinə görə düşünmüşdür ki, o da onun kimi yüngül xəsarətlər alıb. ***-***-**-** mobil nömrəsi həmin vaxt onun işlətdiyi mobil nömrəsi olub. Hadisə baş verənə qədər yollarda tıxac yox idi. Hadisə baş verəndən sonra isə artıq tıxac yaranmışdır. Bir neçə müddət sonra o, zərər çəkmiş şəxslərlə əlaqə saxlamağa çalışmış, lakin onlar onunla danışmaqdan imtina etmişlər. Onun mobil telefonu həmin gün hadisə baş verən zaman əlindən yerə düşərək qırılmışdır. Daha sonradan o, telefonu bərpa etmişdir. Zərərçəkmiş şəxsdə həyat üçün təhlükəli olan hal görməmişdir. Əksinə onun çox yaxşı olduğunu insanların danışığından eşidirdi. Hadisə yerində 15-20 dəqiqə olmuşdur. Hadisə yerindən qaçmaq halı olmayıb və belə bir şey etməmişdir. Müstəntiq tərəfindən tərtib olunan ifadəni oxumadan imzalamışdır. Hadisə baş verən zaman içkili vəziyyətdə olmamışdır. İçkili vəziyyətdə olmağına dair müayinədən keçməmişdir. Hadisə zamanı isə telefonunun batareyası yerə düşmüş və yalnız bir neçə saatdan sonra onu bərpa etmişdir. Onu xəstəxanaya tanımadığı bir şəxs aparmışdır. Son olaraq məhkəmə iclasında 8844 manat məbləğində pulun zərər çəkmiş şəxslərə təqdim edilməsini, zərər çəkmiş şəxslərin şikayətçi olmamalarını, əməlindən səmimi peşmanlıq çəkdiyini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 çıxış edərək bildirmişdir ki, xx xxxxxx 2019-cu il saat 19:30 radələrində ailə üzvlərini qaynatasının yaşadığı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə aparmışdır. O, ailə üzvlərini orada düşürtdükdən sonra yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinə getmək üçün Qaraçuxur qəsəbəsindən Q.Qarayev prospektinə çıxıb Ziya Bünyadov prospektinə daxil olmuşdur. Belə ki, Ziya Bünyadov prospekti ilə 70 km/saat sürətlə hərəkətdə olarkən Atatürk prospektinə çıxmaq üçün Ziya Bünyadov prospektindən yol ayrıcına daxil olmuşdur. O, yol ayrıcına daxil olub öz yolu ilə hərəkətdə olarkən anidən idarə etdiyi avtomobilin arxa sol tərəfinə sonradan markasını bildiyi **-AR-*** dövlət qeydiyyat nişanlı «Audi A7» markalı avtomobil çırpılmış və o, idarə etməni itirmişdir. Nəticədə onun idarə etdiyi avtomobil fırlanaraq yolun sol kənarında olan beton səddə dəymişdir. Hadisə nəticəsində idarə etdiyi avtomobil yararsız vəziyyətə düşmüş və o, köməksiz vəziyyətdə avtomobilin içərisində qalmışdır. Hadisə yerinə toplaşan şəxslər onu idarə etdiyi avtomobilin içərisindən çıxartmışlar. O, avtomobildən çıxarıldıqdan sonra sol qolunda bərk ağrılar hiss etmiş və qoluna baxan zaman sol qolunun mil sümüyünün qırıldığını görmüşdür. O, dərhal qardaşı Anara zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermiş və qardaşına hadisə yerinin ünvanını başa salmışdır. Öz avtomobilindən düşən zaman **-AR-*** dövlət qeydiyyat nişanlı «Audi A7» markalı avtomobilin sürücüsü artıq hadisə yerində olmamışdır. Hadisə yerində olan şahidlər ona **-AR-*** dövlət qeydiyyat nişanlı «Audi A7» markalı avtomobilin sürücüsünün hadisədən dərhal sonra idarə etdiyi avtomobildən düşərək qaçdığını demişlər. Təxminən 15 dəqiqə sonra qardaşı Anar da hadisə yerinə gəlmişdir Hadisə yerinin yanından təsadüfən tanışı Eşqin tanışı ilə keçdiyi üçün onlar idarə etdikləri avtomobili saxlayıb hadisə yerinə yaxınlaşmışlar. Eşqin hadisə nəticəsində onun xəsarət aldığını görmüş və onun qardaşı Anarın köməkliyi ilə onu idarə etdikləri avtomobili mindirmiş və onu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi- Tətqiqat Travmatalogiya və Ortopediya İnstitutuna aparmışlar. Qardaşı Anar isə hadisə yerində qalmışdır. Ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tətqiqat Travmatalogiya və Ortopediya İnstitutunda ilkin tibbi yardım göstərilmiş və sol qoluna gips qoyulmuşdur. Hadisə zamanı o, həmçinin sağ qulağından, hər iki dizindən, sol baldırından və sağ iç topuğundan xəsarət almışdır. Həmin nahiyələrə də həkimlər tərəfindən ilkin tibbi yardım edilmiş və o, evə buraxılmışdır. Zərərçəkmiş şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı idarə etdiyi **-VH-*** dövlət qeydiyyat nişanlı «Kia Optima» minik markalı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. O, baş vermiş hadisə zamanı spirtli içki, narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olmamışdır. Hadisə zamanı idarə etdiyi avtomobildə heç bir sərnişin olmamışdır. Qardaşı Anarla birlikdə bir neçə gün bundan əvvəl **-AR-*** dövlət qeydiyyat nişanlı «Audi A7» markalı avtomobilin sürücüsü kimi özünü təqdim edən Təqsirləndirilən şəxs Daməl oğlu ilə görüşmüşlər. Lakin Rəşadın **-AR-*** dövlət qeydiyyat nişanlı «Audi A7» markalı avtomobilin sürücüsü olması bizə şübhə doğurur. Çünki o, görüş zamanı onlara hadisənin baş vermə şəraitini düzgün izah edə bilməmiş və onun «Audi A7» markalı avtomobili idarə edə bilməsi üçün heç bir sənədi yoxdur. Bu da onlarda Rəşadın 1O-AR-171 dövlət qeydiyyat nişanlı «Audi A7» markalı avtomobilin sürücüsü olmasında şübhə yaratmışdır. Onu avtomobildən iki nəfər köməkli şəkildə çıxarmışlar. Xəstəxanaya isə onu öz tanış Eşqin aparmışdır. Hadisədən sonra qolu gözlə görüləcək dərəcədə sınmışdı və ayağında isə axsama var idi. Hadisə yerində qolunda şiddətli ağrılar olduğuna görə qala bilməmişdir. Hadisə yerində Audi markalı avtomobilin sürücüsü olmamışdır. Suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsı təxminən 20 gün sonra görmüşdür. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Hadisə baş verəndən bir neçə gün sonra isə o, müstəntiqin yanına çağırılmışdır. O, artıq onda bilmişdir ki, hadisəni törədən şəxsin avtomobili “Audi” markalı avtomobil olub. Qardaşı Zərərçəkmiş şəxs2 hadisə yerinə sonradan gəlmişdir. O özü hadisə yerində 5 dəqiqə olmuşdur. Hadisə yerində qardaşı gələndə o artıq xəstəxanaya aparılmışdı. Hadisədən sonra müxtəlif klinikalarda müalicə almışdır. Ona ümumilikdə 8844 manatdan çox ziyan dəyib, bu məbləğlə razılaşmır. Avtomobilin dəyəri 17.000 manatdır. Hüquq mühafizə orqanlarına kimin məlumat verdiyindən məlumatı olmamışdır. Onu xəstəxanaya dostu Eşqin aparmışdır. Hadisə baş verəndən sonra təqsirləndirilən şəxs və onun ailəsi onunla maraqlanmamışlar. Sonda məhkəməyə ərizə təqdim edərək istintaq müddətində müəyyən olunmuş 8860 manat təqsirləndirilən şəxs tərəfindən ödənildiyindən ondan şikayətinin olmadığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, **-VH-*** dövlət qeydiyyat nişanlı «Kia Optima» minik markalı avtomobil ona məxsusdur. O, həmin avtomobili idarə etmək üçün qardaşı Zərərçəkmiş şəxs1 etibarnamə vermişdi. xx.xx.2019-cu il tarixdə saat 20:30 radələrində qardaşı Pərvin ona zəng vuraraq Ziya Bünyadov prospektində idarə etdiyi avtomobili başqa avtomobilin vurduğunu bildirmişdir. Pərvin ona hadisənin dəqiq ünvanı barədə məlumat vermişdir. O hadisə yerinin yaxınlığında olduğundan dərhal hadisə yerinə yaxınlaşmışdır. O hadisə yerinə çatan zaman qardaşının sol əlindən və digər nahiyələrindən xəsarət alması və hadisə yerinin yaxınlığında dayanmasını görmüşdür. Həmçinin hadisə yerində olan zaman ona məxsus olan avtomobilin ön və arxa hissəsi zədələnmiş halda olduğunu görmüşdür. Eyni zamanda o, hadisə yerində olan zaman qardaşının idarə etdiyi avtomobili vuran **-AR-*** dövlət qeydiyyat nişanlı «Audi A7» markalı avtomobilin sürücüsünün hadisə yerində olmadığını gördü. Bundan sonra o qardaşını hadisə yerində olan tanışı Eşqinin köməkliyi ilə onun idarə etdiyi avtomobilə mindirmişdir və Eşqin qardaşını Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tətqiqat Travmatalogiya və Ortopediya İnstitutunun aparmışdır. O, isə hadisə yerində qalmışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirtmişlər. Daha sonra ona məxsus olan və hadisəni törədən avtomobil cərimə meydançasına aparılmışdır. Suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verəndən 5-6 dəqiqə sonra hadisə yerinə çatmışdır. Hadisəni törədən şəxsi o, görməmişdir. Hadisədən sonra qardaşı 2 dəfə əməliyyat olub və hazırda əlinin birində sinirləri ölüb. Hazırda əmək qabiliyyətini qismən itirib. Sonda məhkəməyə ərizə təqdim edərək istintaq müddətində müəyyən olunmuş 8860 manat təqsirləndirilən şəxs tərəfindən ödənildiyindən ondan şikayətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə çıxış edərək bildirmişdir ki, işlədiyi «xxxx» şirkətinin vəzifəsi avtomobilləri lizinq yolu ilə satışından ibarətdir. Mahiyyəti üzrə bildirmişdir ki, «xxxx» şirkəti tərəfindən “Audi A7” minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxxx 2017-ci il tarixdə Şahid4 lizinq yolu ilə satılmışdır. Həmin vaxt şirkət tərəfindən sözü gedən avtomobilin idarə edilməsi ilə bağlı Şahid4 və Şahid1 etibarnamə verilmişdir. Lakin Şahid4 tərəfindən aylıq lizinqin ödənilmədiyi üçün bir neçə dəfə “Audi A7" minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil onun əlindən alınmış, lakin sonra ödəniş edildiyi üçün avtomobil Şahid4 qaytarılmışdır. 2019-cu ildə “Audi A7” minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobillə 3 dəfə etibarnamə verilmişdir. Belə ki, həmin etibarnamələrdən ikisi xx.xx.2019-cu il tarixdə Şahid4 və Şahid1 verilmişdir. 2019-cu ilin oktyabr ayında Şahid4 ərizə ilə müraciət edərək “Audi A7” minik markalı, 1O-AR-171 dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi ilə bağlı Şahid2 Zəbula oğluna etibarnamə verilməsini xahiş etmişdir. Buna görə də, “xxxx" şirkəti tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə “Audi A7“ minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi ilə bağlı Şahid2 Zəbula oğluna etibarnamə verilmişdir. “Audi A7” minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı həmin etibarnamə sonuncu olmuşdur. 2019-cu ilin noyabr ayının 2-ci 10 günlüyündə onlara məlum olmuşdur ki, Nərimanov rayonu. Ziya Bünyadov prospektində “Audi A7" minik markalı, 1 Ö-AR-171 dövlət qeydiyyat nişanlı avtomobil **- VH-*** dövlət qeydiyyat nişanlı «Kia Optiıua» minik markalı avtomobil ilə toqquşmuş və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində işlədiyi “V.l.P. Leasing" şirkətinin balansında olan “Audi A7” minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. Nümayəndə verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə nəticəsində “Audi A7" minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə əlaqədar «xxxx» MMC-yə 10000 manatdan artıq maddi ziyan dəymişdir. xx xxxxxx 2019-cu il tarixdə Nərimanov rayonu. Ziya Bünyadov prospektində “Audi A7” minik markalı. **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi zamanı həmin avtomobilin kimin idarə etməsi barədə onlarda hər hansı bir məlumat olmamışdır. Sadəcə onu bildirmişdir ki, həmin avtomobillə bağlı sonuncu etibarnamə xx xxxxxxx 2019-cu il tarixdə Şahid2 Zəbula oğluna verilmişdir. Sonda təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Audi A7" markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 2019-cu ilin aprel ayından iyul ayınadək idarə etmişdir. Belə ki, həmin avtomobili Şahid4 lizinq yolu ilə almış və həmin avtomobilin idarə edilməsi üçün ona lizinq şirkəti tərəfindən aylıq sürmək üçün etibarnamə verilmişdir. O, həmin avtomobillə Şahid4 atası Rövşən Quliyevə sürücülük etmişdir. Lakin səhv etmirsə iyul ayında o işdən çıxdığı üçün həmin vaxtdan etibarən “Audi A7" markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməmişdir. Avtomobilin kimin idarə etməsi barədə dəqiq bir söz deyə bilmir. Lakin onu bildirir ki, həmin avtomobilin cəriməsi olduğu üçün o, bu yaxınlarda avtomobili sonuncu alan şəxs Təqsirləndirilən şəxsla görüşmüşdür. Görüş zamanı Rəşad ona xx xxxxxx 2019-cu il tarixdə Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Audi A7" markalı 10-AR- 171 dövlət qeydiyyat nişanlı avtomobili, özü idarə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən ayaqqabı mağazasında satıcı işləyir. Təqsirləndirilən şəxs təxminən 5 ildir ki, tanıyır və aralarında dostluq münasibəti yaranmışdır. Bir neçə dəfə Rəşada məxsus müxtəlif avtomobilləri idarə etmişdir. Belə ki, o, sonuncu dəfə Rəşadın idarə etdiyi "Audi A7” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Səhv etmirsə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həmin avtomobili səhər və axşam saatlarında idarə etmişdir. İşlədiyi mağaza Rəşadın yaşadığı binanın birinci mərtəbəsində yerləşdiyi üçün və özünə məxsus avtomobilini satdığına görə axşam işdən çıxanda Rəşadın idarə etdiyi avtomobili götürüb yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozuna getmişdir, səhər isə işə gəldikdən sonra avtomobili Rəşada vermişdir. xx.xx.2019-cu il tarixdə saat 16-17 radələrində Rəşad onun işlədiyi mağazaya gələrək "Audi A7" markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını götürüb çıxıb getmişdir. xx.xx.2019-cu il tarixdə 21 radələrində Rəşadla ortaq dostu olan Zamiq ona zəng vuraraq Rəşadın "Audi A7' markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ziya Bünyadov prospektində qəza törətdiyini bildirmişdir. Hadisə olan vaxt o, ünvan 1 ünvanında yerləşən ayaqqabı mağazasında olmuşdur. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla qonşudur və onların arasında dostluq münasibətləri var. Ehtiyac olan zaman Rəşadın avtomobilini götürüb idarə edir. Hadisə baş verən günü günorta saatından sonra Rəşad avtomobili ondan geri götürmüşdür. Həmin avtomobili ondan başqa kimin idarə etdiyindən xəbəri yoxdur. Rəşadın dostları çoxdur və o, onlara da avtomobilini sürmək üçün verə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, “AUDİ A7” minik markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili 2017-ci ilin oktyabr ayında "xxxx” şirkətindən lizinq, yəni kredit yolu ilə almışdır. Bununla bağlı onunla lizinq şirkəti arasında öhdəliyin icrası ilə bağlı saziş bağlanmışdır. Atası Rövşən Quliyev isə həmin sazişlə bağlı ona zamin dayanmışdır. “AUDİ A7” minik markalı 10- AR-171 dövlət qeydiyyat nişanlı avtomobili o və sürücüsü idarə etmişdir. Onların sonuncu sürücüləri onun sinif yoldaşı olan Şahid1 olmuşdur. Şahid1 "AUDİ A7" minik markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürülməsi ilə bağlı “xxxx'’ şirkəti tərəfindən etibarnamə də verilmişdir. “AUDİ A7” minik markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili atasının tanışları vasitəsilə Teymur adlı şəxsə satmışdır, lakin onlar arasında heç rəsmi sənədləşmə işləri aparılmamışdır. Teymur atasına ilkin ödəniş 10000 manat pul vermişdir. Teymur bundan sonra aylıq ödənişləri etməyi öhdəsinə götürmüşdür. 2019-cu ilin oktyabr ayının sonlarında ona məlum olmuşdur ki, həmin avtomobili Rəşad adlı şəxs almışdır. Lakin Rəşad aylıq ödənişi etmədiyi üçün “xxxx" şirkəti onu axtarmağa başlamışdır. “xxxx” şirkəti bu səbəbdən ona zəng vuraraq narahat etməyə başladığı üçün o Rəşadın istifadəsində olan ***-***-**-** mobil nömrəsi taparaq ona zəng vurmuş və ondan avtomobillə bağlı ödənişi etməyi tələb etmişdir. Rəşad tezliklə avtomobillə bağlı ödənişi edəcəyini bildirmişdir. 2019-cu ilin noyabr ayının 10-da saat 22:30 radələrində Xətai rayonu ərazisində yerləşən "Nəlbəki“ restoranında olarkən hazırda yadında qalmayan tanışı ona zəng vuraraq “AUDİ A7” minik markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Nərimanov rayonu, Ziya Bünyadov prospektində ağır qəza törətdiyini bildirmişdir. O, dərhal istifadəsində olan ***-***-**-** mobil nömrəsi Rəşadın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə yığmışdır. Lakin ***-***-**-** mobil nömrəsinə zəng çatmamışdır. O bundan sonra Rəşadın tanışı Zamiqə yığmış və ondan məsələnin nə yerdə olduğunu soruşmuşdur. Zamiq ona Rəşadın Nərimanov rayonu, Ziya Bünyadov prospektində idarə etdiyi “AUDİ A7“ minik markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Bu səbəblə də məhkəmə cinayət işinə Şahid2 iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlamaq və icraata götürmək barədə xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 987 nömrəli rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər - Sol mil sümüyünün yerdəyişmiş qəlpəli sınığı, sağ sulaq seyvanının, hər iki dizin, sol baldırın, sağ iç topuğun sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənib, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Şəhər Narkoloji Dispanserinin xx.xx.2019-cu il tarixli, 3154 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin Dispanserdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx xxxxxx 2019-cu il tarixli 111219- 1219 nömrəli məktubundan görünür ki, DİN BDYPİ-nin Qeydiyyat-İmtahan Şöbəsinin kompüter uçot bazasında xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx xxxxxx 2019-cu il tarixli 112122- 1219 nömrəli məktubundan görünür ki, DİN BDYPİ-nin Qeydiyyat-İmtahan Şöbəsinin kompüter uçot bazasına görə “AUDİ A7” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil 28.11.201-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatda olan “xxxx” MMC-nin adına qeydiyyatdadır. Qeyd olunan avtomobilin etibarnamə əsasında hər-hansı şəxsin istifadəsinə verilməsi barədə DİN-nin Baş Dövlət X7 mərkəzi informasiya sistemində məlumat mövcud deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2019-cu il tarixli, 8517 nömrəli məktubundan görünür ki, arxiv məlumatlarına görə Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Zərər çəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx xxxxxx 2019-cu il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2019-cu il tarixli, xx/xx-11727 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin Mərkəzdə qeydiyyatda yoxdur. Zərər çəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, “xxxx” MMC iş üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Zərər çəkmiş şəxsin nümayəndəsi qismində tanımaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Nümayəndə “xxxx” MMC-nin nümayəndəsi qismində tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasının xx.xx.2019-cu il tarixli 1041 nömrəli rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 2136 nömrəli ekspert rəyindən görünür ki, İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Audi A7 markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü R.Sarxanbəyov avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü R.Sarxanbəyov hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kia Optima markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Aparılmış tədqiqatın dəyəri 70 manatdır. Qrand avtoservis tərəfindən verilimiş xx.xx.2020-ci il tarixli, 275 nömrəli arayışdan görünür ki, “xxxx” MMC-yə məxsus “AUDİ A7” markalı ** AR *** dövlət nömrə nişanlı, 2011-ci il buraxılışlı, rəngi qara metallik olan nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilməsinə və usta xərclərinə ümumilikdə 11940 AZN tələb olunur. Qrand avtoservis tərəfindən verilimiş xx.xx.2020-ci il tarixli, 276 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “KİA OPTİMA” markalı ** VH *** dövlət nömrə nişanlı, 2007-ci il buraxılışlı, rəngi qara metallik olan nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilməsinə və usta xərclərinə ümumilikdə 8844 AZN tələb olunur. Zərər çəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində tanınmışdır. Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki,qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsindən həmin Məcəllənin 263-1.1-ci və 264-cü maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrdə nəzərdə tutulan ittihamın elan edilməsi, Azərbaycan Respublikası DİN-nin Növbətçi Hissələrin İdarəetmə Xidmətindən xx.xx.2019cu il tarixli 003-15329-1219 nömrəli məktubla daxil olmuş Təhlükəsizlik Şəhər Xidmətinin videoqeydiyyat sistemi vasitəsilə qeydə alınmış üzərində AZ ** AR *** dövlət qeydiyyat nişanı gəzdirən avtomobilin xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan hərəkəti barədə məlumatların əks olunduğu 01 ədəd DVD disk, həmçinin Azərbaycan Respublikası DİN-nin Növbətçi Hissələrin İdarəetmə Xidmətindən xx.xx.2019-cu il tarixli 003-14749-1219 nömrəli məktubla daxil olmuş Təhlükəsizlik Şəhər Xidmətinin TŞ6-060.1 və TŞ6-060.3 nömrəli video müşahidə kameralarının 10.11.201-cu il tarixdə saat 20:28dən 20:35-dək olan müddət ərzində qeydə aldığı görüntülərin əks olunduğu 01 ədəd DVD disk, bundan başqa Azərbaycan Respublikası DİN-nin X1 Nərimanov RPİ-nə daxil olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə xx xxxxxx 2019cu il tarixdə daxil olan çıxan və cavabsız zənglərin, smslərin və həmin nömrənin anten dairəsi haqqında məlumatların əks olunduğu CD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və həmin disklərin saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs1 hadisə zamanı idarə etdiyi “Kia Optima” minik markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs idarə etdiyi “AUDİ A7” minik markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üçün maddi sübut kimi əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, “Kia Optima” minik markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X9 İxtisaslaşdırılmış Layihə- İstehsalat İdarəsinin 20 saylı cərimə meydançasında, “AUDİ A7” minik markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X9 İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin 17 saylı cərimə meydançasında saxlanılmasının nəzərə alınması qərara alınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. Qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 1(005)- 147/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qismində qətimkan tədbirinin seçilməsi və tutularaq dərhal həbs edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli xx/xx-4051 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq xx xxxxxxxx 2020-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, müvafiq ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Onun əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci və 264-cü maddələri ilə tövsif edilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir. Bu şərt nəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsi törətmiş şəxsin hadisə yerində şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər şəkildə çatdırmaq öhdəliyini yerinə yetirməsidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda rəsmən belə təfsir vermişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz”. Göründüyü kimi, yol nəqliyyat hadisəsinin iştirakçısı olan nəqliyyat vasitəsinin sürücüsü hər hansı məqsədlə hadisə yerini tərk etməzdən əvvəl öz şəxsiyyətini bəlli etməlidir. Bundan başqa, istər Konstitusiya Məhkəməsi Plenumunun qərarında, istərsə də CM-nin 264-cü maddəsinin “Qeyd” hissəsində cinayət məsuliyyətini aradan qaldıran hal kimi istənilən şəxsə deyil, məhz yol nəqliyyat hadiəsindən zərər çəkmiş şəxsə köməklik göstərilməsindən, bu məqsədlə hadisə yerinin tərk edilməsindən bəhs olunur. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4cü hissəsinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması-http://www.eqanun.gov.az/alpidata/code/data/0/c_c_11.htmüç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq məhkəmə hesab edir ki, iş üzrə ittiham hökmü çıxarılmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci və 264-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurulmuş ziyanı ödəməsini, digər zərər çəkmiş şəxsin isə ondan şikayətçi olmamasını nəzərə alır və onu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə və Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilməli, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli, Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli xx/xx-4051 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq xx xxxxxxxx 2020-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2021-ci il tarixinədək həbsdə saxlanıldığı 04 (dörd) ay 9 (doqquz) gün müddət nəzərə alınaraq, ona təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi məsələsini müzakirə edib belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törədilmiş cinayətə (CM-nin 263-1.1) görə azadlıqdan məhrum etmə cəzası, qəsdən törədilmiş cinayətə (CM-nin 264) görə isə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs isə cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X9 İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin 20 saylı cərimə meydançasında saxlanılan “Kia Optima” minik markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X9 İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin 17 saylı cərimə meydançasında saxlanılan “AUDİ A7” minik markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil isə “xxxx” MMC-yə qaytarılmalı, 03 ədəd DVD formatlı disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçilərə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2021-ci il tarixinədək həbsdə saxlanıldığı 04 (dörd) ay 9 (doqquz) gün müddət nəzərə alınaraq, ona təyin edilmiş əsas cəza 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində, qəti olaraq 02 (il) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 07 (yeddi) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X9 İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin 20 saylı cərimə meydançasında saxlanılan “Kia Optima” minik markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X9 İxtisaslaşdırılmış Layihə- İstehsalat İdarəsinin 17 saylı cərimə meydançasında saxlanılan “AUDİ A7” minik markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil isə “xxxx” MMC-yə qaytarılsın. Cinayət işi üzrə maddi sübut – 03 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar