Məhkəmə qərarları › İş №1(005)-17/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-17/2022

08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-17/2022 08.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs X3, qanuni nümayəndəsi Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1985-ci ildə Bərdə rayonu, Cumalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Cumalar kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1 və 177.2.1-ci maddələri, 19.01.2005-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Şeyxzamanov küçəsi, ev 12-də yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayanı vədlər vermə vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etməklə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talama məqsədilə oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə ilə tanışı 19.01.2005-ci ildə anadan olmuş, yetkinlik yaşına çatmayan X4 əldə olunacaq gəlirdən pul verəcəyini vəd edib cinayətkar fəaliyyətə cəlb edib qabaqcadan əlbir olub bir qrup şəxs halında, 14 dekabr 2020-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəmənli küçəsi 125b saylı evin qarşısında Bakı şəhər sakini Şahid3 məxsus hərəkətsiz vəziyyətdə saxlanılmış «Mercedes Benz» 190 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, qeyd olunan avtomobilin qapısını açıb salonun içərisində arxa oluracağın üzərində olan "xxxx" MMC-Yə məxsus 1 ədəd 900 manat dəyərində «Coway» markalı və "xxxx" MMC-yə məxsus 1 ədəd 350 manat dəyərində «Water Ekspess» markalı su təmizləyən cihazları, cəmi 1250 manat dəyərində özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1 və 177.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. X6 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talama məqsədilə oğurluq elmişdir. Belə ki, X6 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup şəxs halında, 14 dekabr 2020-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəmənli küçəsi 125b saylı evin qarşısında Bakı şəhər sakini Şahid3 məxsus hərəkətsiz vəziyyətdə saxlanılmış «Mercedes Benz» 190 markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, qeyd olunan avtomobilin qapısını açıb salonun içərisində arxa oluracağın üzərində olan "xxxx" MMC-yə məxsus 1 ədəd 900 manat dəyərində «Coway» markalı və "xxxx" MMC-yə məxsus 1 ədəd 350 manat dəyərində «Water Ekspess» markalı su təmizləyən cihazları, cəmi 1250 manat dəyərində özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da, X6 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonunda yaşayır. İş tapmaq məqsədilə 2020-ci ilin noyabr ayında Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdən sonra Nərimanov rayonunun ərazisində günü 2 manata olan evlərdə kirayədə yaşamağa başlamışdır. Bakı şəhərinə gəldikdən sonra icarəyə avtomobil götürərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. Mehdi ilə kirayədə yaşadığı evdə tanış olmuş, onunla yaxşı münasibətləri vardır. 13 dekabr 2020-ci il tarixdə axşam vaxtlarında kirayədə yaşadığı evdə olan zaman Mehdi ilə söhbət edərkən pula ehtiyacları olduğundan qərara gəlmişlər ki, yaşadıqları evdən çıxıb ətrafda hərlənib hardansa oğurluq edib pul əldə etsinlər. Aralarında razılıq olduqdan sonra onlar 14 dekabr 2020-ci il tarixdə gecə saatlarında yaşadıqları evdən çıxaraq oğurluq etməyə getmişlər. Nərimanov rayonunun ərazisində yaşayış binalarının birinin həyətində “Mercedes” markalı avtomobilin dayandığını görüb həmin avtomobildən maqnitafon oğurlamaq qərarına gəlmişlər. Hər ikisi həmin maşına yaxınlaşmışlar, Mehdi sürücü tərəfdən olan qapını yoxladıqda açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra Mehdi maşının salonuna daxil olub əvvəl avtomobilin maqnitafonunu yerindən söküb çıxarmış, sonra isə arxa otucağın üzərində olan 2 ədəd qutunu götürmüşlər. Qutuların içərisində su filtrləri olmuşdur. Avtomobildən götürdükləri maqnitofon xarab olduğundan onu tullamışlar. Həmin su filtrlərini götürüb idarə etdiyi maşında saxlamışlar. Həmin günün sabahı o, tezdən idarə etdiyi maşınla işləmək üçün fəhlə bazarına getmişdir. Oğurladıqları su fitrlərindən birini həmin gün Nərimanov rayon ərazisində yerləşən «Xəqani» adlanan yanacaq doldurma məntəqəsinin yaxınlığındakı fəhlələrin iş tapmaq üçün yığışdığı yerdə olan gizli bir yerdə gizlətmişdir ki, gələcəkdə satıb pul əldə edər. Oğurladıqları digər su filtri isə maşının arxa yük yerində qalmışdır. Həmin gün axşam kirayədə yaşadığı evə gəldikdə maşının arxa yük yerində olan su filtrini Mehdiyə vermişdir ki, maşında gəzdirə bilmir və müvəqqəti kirayədə yaşadıqları evdə saxlayıb sonra kiməsə satsınlar. Mehdi ondan digər su filtrləri barədə soruşduqda isə yalandan ona guya təsadüfən tanış olduğu şəxsə 120 manata satıb şəxsi tələbatları üçün xərcləməsini demişdir. Mehdi su filtrini yaşadıqları evə aparıb evdə olan şəxslərə demişdir ki, guya qohumuna məxsusdur və ondan xahiş edib ki, satmaq üçün köməklik etsin. Evdə kirayədə yaşayan digər şəxslərə əşyanın oğurluq olması barədə bildirməmişlər. Bundan sonra 19 dekabr 2020-ci il tarixdə su filtrini satmaq məqsədilə onlarla birlikdə kirayədə yaşayan İlhamdan istifadəsində olan mobil telefon aparatını alıb sonra Mehdiyə məxsus bilmədiyi nömrəni həmin telefon aparatına daxil edib «İnstaqram» sosial şəbəkəsində su filtlərinin satışı ilə bağlı məlumat vermişlər. Lakin İlhama su filtrinin oğurluq olması barədə bildirməmişlər. Mehdi nömrəsini İlhamın telefonundan çıxarmamış və ondan xahiş elmişdir ki, həmin nömrəyə bununla bağlı zəng gəlsə xəbər versin. 20 dekabr 2020-ci il tarixdə tezdən saat 11 radələrində Mehdiyə məxsus nömrəyə tanımadıqları bir nəfər şəxs zəng vurub su filtrini almaq istədiyini bildirmişdir. Mehdi həmin şəxslə danışıb onunla həmin gün saat 13 radələrində Nərimanov rayonu ərazisində yerləşən Albert Aqarunovun heykəlinin yaxınlığında görüşməklə bağlı razılaşmışdır. Həmin vaxt o, Bərdə rayonunda olmuşdur. Bir neçə saatdan sonra o xəbər tutmuşdur ki, Mehdi polis əməkdaşları tərəfindən yaxalanmışdır. Son olaraq əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında qanuni nümayəndəsi Təqsirləndirilən şəxs2 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan X6 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Gəncə şəhərində yaşayır. İş tapmaq məqsədilə 2020-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhərinə gəlmişdir. Həmin vaxtdan Nərimanov rayonunun ərazisində günü 2 manata olan evlərdə kirayədə yaşamağa başlamışdır. Təyyarla kirayədə yaşadığı evdə tanış olmuşdur. 13 dekabr 2020-ci il tarixdə kirayədə yaşadığı evdə Təyyarla söhbət edən zaman o, bildirmişdir ki, onun idarə etdiyi avtomobilin maqnitafonu yoxdur və maqnitafon əldə elmək məqsədilə ona hansısa maşından maqnitafon oğurlamağı təklif etmişdir. Təyyarın təklifini qəbul etmiş və həmin gün Təyyarla bilikdə kirayədə yaşadığı evdən çıxıb onun idarə etdiyi avtomobilə əyləşib evin yaxınlığında olan küçələri gəzib maqnitafon oğurlamaq üçün maşın axtarmışlar. 14 dekabr 2020-ci il tarixdə saat 01 radələrində Nərimanov rayonunun ərazisində binaların həyətində “Mercedes” markalı avtomobilin dayandığını görmüşlər. Həmin avtomobilə yaxınlaşdıqda qapısının açıq olduğunu görmüşlər. Bundan sonra o, maşının salonuna daxil olub maqnitafonu və arxa oturacağın üzərində olan 2 ədəd qutunu götürmüşdür. Maqnitafonun lazımsız olduğunu gördükdən sonra tullamışlar. Qutuların içərisində isə si filtrləri olmuşdur. Həmin su filtrlərinin birini Təyyar 120 manata sataraq öz şəxsi tələbatları üçün xərcləmişdir. Sonra Təyyar ona su filtrini maşında gəzdirməkdən ehtiyat etdiyini deyərək, həmin su filtrini ona vermişdir ki, satana kimi kirayədə yaşadıqları evdə saxlasınlar. Bundan sonra 19 dekabr 2020 ci il tarixdə su filtrini satmaq məqsədilə Təyyar onlarla birlikdə kirayədə yaşayan İlhamdan istifadəsində olan mobil telefon aparatını alıb üzərində olan hazırda xatırlmadığı nömrə vasitəsi ilə «İnstaqram» sosial şəbəkəsində su filtrinin satışı ilə bağlı məlumat vermişdir. Lakin İlhama su filtrinin oğurluq olması barədə bildirməmişdir. 20 dekabr 2020-ci il tarixdə tezdən saat 11 radələrində həmin nömrəyə tanımadıqları bir nəfər şəxs zəng vurub su filtrini almaq istədiyini bildirmişdir. O, həmin şəxslə telefon vasitəsi ilə danışıb onunla həmin gün saat 13 radələrində Nərimanov rayonu ərazisində yerləşən Albert Aqarunovun heykəlinin yaxınlığında görüşməklə bağlı razılaşmışlar. Tanışı Təyyar həmin vaxt şəxsi işləri olduğundan evdən çıxıb idarə etdiyi maşınla Bərdə rayonuna getmiş və bu səbəbdən su filtrini satmaq üçün onunla birlikdə gedə bilməmişdir. Həmin gün saat 13 radələrində təyin olunmuş görüş yerinə getmək üçün o, su filtri olan qutunu kirayədə yaşadığı evdən çıxarıb gedərkən həmin vaxt evdə olan tanışı Cəmildən xahiş etmişdir ki, su filtrini aparmaq üçün ona köməklik elsin. Cəmilin apardıqları su filtrinin oğurluq olması barədə və həmin su filtrini hara aparmağı barədə məlumatı olmamış və o da Cəmilə bu barədə bildirməmişdir. Cəmil onun xahişini nəzərə alıb ona köməklik etmiş və birlikdə su filtrini təyin olunmuş görüş yerinə gətirmişlər. Həmin yerə çaldıqda tanımadığı bir neçə nəfər şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək Nərimanov rayonu 17-ci polis şöbəsinin əməkdaşları olduqlarını bildirib onlarla birlikdə işlədikləri şöbəyə getməyi demişlər. Daha sonra onlar polis əməkdaşları ilə birlikdə bölməyə getmişlər. Bölmədə polis əməkdaşlarına tanışı Təyyarla birlikdə törətdiy oğurluq hadisəsini etiraf elmişdir. Sonra o, oğurladığı onda olan su filtrini polis əməkdaşlarına təqdim etmişdir. Son olaraq əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 izahatında göstərmişdir ki, o, su təmizləyici cihazların satışı ilə məşğul olan "xxxx" şirkətində müdir vəzifəsində işləyir. Şirkətin texniki mütəxəssisi Şahid3dur. Bəzən elə hallar olur ki, Taryel onların icazəsi və məlumatları olmaqla qurlaşdırılacaq və ya təmir olunacaq su təmizləyən cihazları təmir etmək üçün və ya ünvanlarda quraşdırmaq üçün idarə eldiyi avtomobilə qoyub salonunda və ya yük yerində saxlayır. 13 dekabr 2020-ci il tarixdə əvvəllər olduğu kimi Taryel onlara məxsus “Cordial" şirkətinə aid 1 ədəd «Coway» markalı su təmizləyici qurğunu götürüb müştərilərə çatdırmaq üçün idarə etdiyi avtomobilin salonuna qoymuşdur. Axşam saatlarında Taryel şirkətlə əlaqə saxlayıb həmin gün gec olduğu üçün qeyd olunan su cihazını tələb olunan ünvanlara çatdıra bilmədiyini, səhəri günü aparacağı barədə məlumat vermişdir. 14 dekabr 2020-ci il tarixdə saat 12 radələrində Taryel şirkətlə əlaqə saxlayıb gecə vaxtlarında yaşadığı binanın qarşısında saxladığı avtomobilin qapısını açıb salondan maqnitofonun və 2 ədəd su filtrinin oğurlandığını bildirmişdir. Oğurluq hadisəsi ilə bağlı Taryel polisə məlumat vermişdir. Bir neçə gün keçdikdən sonra o, Taryeldən işin nə yerdə olması ilə maraqlandıqda Taryel ona polis əməkdaşları tərəfindən ona məxsus avtomobildən oğurluq hadisəsini törətmiş şəxslərin yaxalandıqlarını bildirmişdir. Oğurlanmış şirkətə məxsus “Coway” markalı su filtri qaytarılmış, şirkətə dəyən ziyan ödənildiyindən təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəməyə bu barədə ərizə təqdim etdi. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq zərərçəkmiş hüquqi şəxs "Aquatech” MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. Zərərçəkmiş hüquqi şəxs "Aquatech” MMC-nin nümayəndəsi Nümayəndə2 istintaq zamanı verdiyi izahatından görünür ki, o, su təmizləyici cihazların satışı ilə məşğul olan "xxxx" şirkətində mühəndis vəzifəsində işləyir. Şahid3 şirkətin rəsmi işçisi olmasa da, onların icazəsi və məlumatı olmaqla qurlaşdırılacaq və ya təmir olunacaq su təmizləyən cihazları təmir etmək üçün və ya ünvanlarda quraşdırmaq üçün idarə etdiyi avtomobilə qoyub salonunda və ya yük yerində saxlayır. 13 dekabr 2020-ci il tarixdə əvvəllər olduğu kimi Taryel onlara məxsus şirkətə aid 1 ədəd «Water Ekspress» markalı su təmizləyici qurğunu götürüb müştərilərə çatdırmaq üçün idarə etdiyi avtomobilin salonuna qoymuşdur. Axşam saatlarında Taryel şirkətlə əlaqə saxlayıb həmin gün gec olduğu üçün qeyd olunan su cihazını tələb olunan ünvanlara çatdıra bilmədiyini, səhəri günü aparacağı barədə məlumat vermişdir. Buna görə də su təmizləyici qurğu gecə evə gedərkən Taryelin idarə etdiyi “Mercedes Benz 190” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qalmış və o, avtomobili yaşadığı Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 125B ünvanın qarşısında saxlamışdır. 14 dekabr 2020-ci il tarixdə saat 12 radələrində Taryel şirkətlə əlaqə saxlayıb bildirmişdir ki, gecə vaxtlarında naməlum şəxslər tərəfindən yaşadığı binanın qarşısında saxladığı avtomobilin qapısını açıb salondan üzərində olan 1 ədəd “Pioneer” markalı maqnitafonu, maşında arxa oturacağın üzərində olan digər şirkətə məxsus bir ədəd “Coway” markalı su təmizləyən cihaz və eyni zamanda onların şirkətinə məxsus bir ədəd «Water Ekspess» markalı su təmizləyən cihazı oğurlanmışdır. Oğurluq olması barədə bildikdən dərhal sonra Şahid3 zəng vurub bu barədə DİN-in 102 xidmətinə məlumat vermiş və sonra Nərimanov rayon 17-ci Polis Şöbəsinə gedərək rəsmi ərizə ilə müraciət etmişdir. Bir neçə gün keçdikdən sonra yəni 20 dekabr 2020-ci il tarixdə Taryeldən işin nə yerdə olması ilə maraqlandıqda Taryel ona bildirmişdir ki, polis əməkdaşları ona məxsus avtomobildən oğurluq hadisəsini törətmiş şəxslərdən birini, adını sonradan bildikləri X5 müəyyən edib yaxalayaraq şöbəyə gətirmişlər. Oğurluqla bağlı araşdırma aparılarkən müəyyən edilmişdir ki, Mehdi həmin oğurluq hadisəsini tanışı Təyyar adlı şəxslə birliklə törətmişdir. Şöbədə "xxxx" şirkətinə məxsus su təmizləyici qurğu polis əməkdaşları tərəfindən götürülmüşdür, onların şirkətinə məxsus su qurğusu isə oğurluq etmiş Mehdi adlı şəxsin sözlərinə görə onunla birlikdə oğurluq hadisəsini törətmiş Təyyar adlı şəxsdə qalmışdır. Taryel oğurluq etmiş Mehdi adlı şəxsin təqdim etdiyi “Coway” markalı su təmizləyən qurğunu gördükdə dərhal tanıyaraq ona məxsus avtomobildən oğurlanmış qurğulardan biri, yəni “Coway” markalı su filtrinin olmasını bildirərək oğurluq hadisəsinin Mehdi və onun tanışı tərəfindən törədilməsində tam əmin olmuşdur. İşlədiyi şirkətə məxsus oğurlanmış «Water Ekspess» markalı su filtrinin satış qiyməti 650 manatdır və oğurluq hadisəsinin baş verməsi nəticəsində şirkətə həmin məbləğdə maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, iş tapmaq məqsədilə 17 dekabr 2020-ci il tarixdə Bakı şəhərinə gəlmişdir. Elə həmin vaxtdan Bakı şəhəri, Nərimanov rayonu. Aşıq Cümə küçəsi, 1969 saylı məhəllədə yerləşən Firuzə adlı qadına məxsus günü 2 manata kirayə verilən evdə kirayədə yaşamışdır. Həmin evdə Təyyar və Mehdidə kirayədə yaşamışlar. Onlarla tanışlığı və münasibəti yaranmışdır. 19 dekabr 2020-ci il tarixdə axşam vaxtlarında kirayədə yaşadığı evdə olan zaman Mehdi və Təyyar ona yaxınlaşıb xahiş etmişlər ki, istifadəsində olan mobil telefon aparatını «İnstaqram» sosial şəbəkəsində nəyəsə baxmaq üçün onlara versin. O da telefonunu onlara vermişdir. Onlar telefon aparatını ondan aldıqdan sonra Mehdi özündə olan hazırda xatırlamadığı mobil nömrəni onun telefon aparatına daxil edib qeyd olunan sosial şəbəkəyə daxil olduqdan sonra su filtrinin satışı ilə bağlı elan vermişlər. Mehdi ondan xahiş etmişdir ki, su filtrinin satışı ilə bağlı verdiyi elana görə onun nömrəsinə zəng gəlsə telefonu danışmaq üçün ona versin və ya bu barədə ona məlumat versin. 20 dekabr 2020-ci il tarixdə saat 11 radələrində onun telefon aparatında olan Mehdiyə aid nömrəyə hazırda xatırlamadığı nömrədən zəng gəlmişdir. Həmin vaxt Mehdi yanında olmadığına görə zəngə o, cavab vermişdir. Zəng edən şəxs su filtrinin satışı ilə bağlı verilmiş elana görə zəng vurmasını bildirmişdir. Daha sonra həmin filtri almaq istədiyini və satış üçün həmin gün saat 13 radələrində kirayədə yaşadıqları evin yaxınlığında olan Albert Aqarunovun heykəlinin yanına gələcəyini demişdir. O, bir az keçmiş bu barədə evə gələn Mehdiyə bildirmişdir. Bundan sonra o, uzanıb yatmış və Mehdinin su filtrini satmaq üçün gedib-getmədiyini bilməmişdir. Həmin gün kirayədə yaşadığı evə polis əməkdaşları gəlib ona Nərimanov rayon 17-ci Polis Şöbəsinə gəlməyini demişlər. O, polis əməkdaşları ilə birlikdə qeyd olunan polis şöbəsinə gəldikdən sonra orada ona məlum olmuşdur ki, Mehdi su filtrini satmaq üçün evdən çıxıb qeyd olunan yerə gedərkən evdə olan Cəmilə onunla birlikdə getməyi xahiş etmişdir. Cəmil onun sözünü yerə salmayıb Mehdi ilə birlikdə həmin yerə getmişdir. Heykəlin yanına gəldikdən sonra polis əməkdaşları Mehdi və Cəmili saxlayıb polis şöbəsinə aparmışlar. Polis Şöbəsində müəyyən olunub ki, Mehdi Təyyarla birlikdə oğurluq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 18 oktyabr 2020-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Cümə küçəsi, 1969 saylı məhəllədə yerləşən Firuzə adlı qadına məxsus günü 2 manata kirayə verilən evdə kirayədə yaşayır. Kirayədə yaşadığı evdə ondan başqa müxtəlif rayondardan Bakı şəhərinə işləmək üçün gəlmiş Təyyar, Mehdi, İlham və digər şəxslər yaşayır. 20 dekabr 2020-ci il tarixdə saat təxminən 13 radələrində o, kirayədə yaşadığı evdə olan zaman diqqət yetirmişdir ki, Mehdi əlində bükülmüş bükülü ilə harasa gedir. Mehdidən hara getdiyini soruşanda ona əlində olan bükülünün hansısa tanışına verməli olmasını demiş və ondan xahiş etmişdir ki, onunla birliklə həmin əşyanı aparmaq üçün köməklik etsin. Mehdi ilə tanışlıq münasibəti olduğu üçün onun təklifi ilə razı olmuş və sonra Mehdi ilə kirayədə yaşadıqları qeyd olunan evdən çıxıb yaxınlıqda olan Albert Aqarunovun heykəlinin yanına gəlmişlər. Həmin yerə çatdıqda tanımadığı bir neçə nələr şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək Nərimanov rayonu 17-ci polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və sonra onlarla birlikdə işlədikləri şöbəyə getməyi demişlər. Polis Şöbəsində müəyyən olunmuşdur ki, Mehdi Təyyarla birlikdə hansısa avtomobildən su filtrləri oğurlamışlar. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Şahid3 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. Şahid3 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, su təmizləyici cihazların satışı ilə məşğul olan "xxxx" şirkətində texniki işlər üzrə mütəxəssis işləyir. Belə ki, su təmizləyici cihazların qurdaşıdrılması, təmir olunması və digər texniki işlərini görür. Qeyd olunan şirkətdə mütəxəssis işləməklə yanaşı "xxxx" şirkətində usta kimi çalışıraq həmin şirkətə məxsus qurğulara texniki xidmət göstərir. Elə hallar olur ki, qurlaşdırılacaq və ya təmir olunacaq su təmizləyən cihazları təmir etmək üçün və ya ünvanlarda qurlaşdırmaq üçün idarə etdiyi avtomobilə qoyub salonunda və ya yük yerində saxlayır. 13 dekabr 2020-ci il tarixdə mən "xxxx" şirkətinə məxsus 1 ədəd «Coway» markalı və "xxxx" şirkətinə məxsus 1 ədəd «Water Ekspess» markalı su təmizləyən cihazları götürüb müştərilərə çatdırmaq üçün idarə eldiyi avtomobilin salonunda arxa oturacağın üzərinə qoymuşdur. Həmin gün gec olduğu üçün qeyd olunan su cihazlarını tələb olunan ünvanlara çatdıra bilməmiş və bu səbəbdən gecə evə gedərkən avtomobilin salonunda qalmışlar. 13 dekabr 2020-ci il tarixdə saat 20 radələrində yaşadığı Nərimanov rayonu, Y.V.Çəmənzəmənli küçəsi 125 b saylı binanın qarşısına gələrək idarə etdiyi “Mercedes Benz 190” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı binanın qarşısında saxlayıb evə getmişdir. 14 dekabr 2020-ci il tarixdə saat 12 radələrində evdən çıxıb avtomobilə yaxınlaşıb salona əyləşdikdə görmüşdür ki, avtomobilin üzərində olan 1 ədəd 80 manat dəyərində “Pioneer” markalı maqnitafonu yerində yoxdur və kimsə tərəfindən yerindən sökülüb çıxarılaraq oğurlanıb. Maşının içərisinə baxdıqda bilmişdir ki, maşında arxa oturacağın üzərində olan iki ədəd qeyd etdiyi su filtrləri yerində yoxdur və oğurlanıb. Oğurluq olması barədə bildikdən dərhal sonra o, bu barədə DİN-in 102 xidmətinə zəng vurub məlumat vermiş, sonra Nərimanov rayon 17-ci Polis Şöbəsinə gələrək rəsmi ərizə ilə müraciət etmişdir. Bir neçə gün keçdikdən sonra, yəni 20 dekabr 2020-ci il tarixdə o, işlə maraqlanmaq üçün qeyd olunan polis şöbəsinə gəlmiş və orada olarkən ona məlum olmuşdur ki, polis əməkdaşları ona məxsus avtomobildən oğurluq hadisəsini törətmiş şəxslərdən birini, əvvəllər tanımadığı adı sonradan ona məlum olan X5 müəyyən edib yaxalayaraq şöbəyə gətirmişlər. Polis əməkdaşları Mehdini hadisə ilə bağlı sorğu edərkən o, qeyd olunan oğurluq hadisəsini tanışı Təyyar adlı şəxslə birliklə törətdiyini etiraf edərək oğurladığı su filtrlərindən birini polis əməkdaşlarına təqdim etmişdir. Diqqət yetirəndə bilmişdir ki, Mehdinin təqdim etdiyi su filtri ona məxsus avtomobildən oğurlanmış “Coway" markalı su filtridir və həmin əşyanı görən kimi dərhal tanıdığı üçün oğurluq hadisəsinin Mehdi tərəfindən törədilməsinə şübhəsi qalmamışdır. Qeyd olunan hadisə zamanı ona məxsus avtomobildən ona aid 1 ədəd 80 manat dəyərində “Pioneer” markalı maqnitafon, avtomobilin salonunda arxa oturacağın üzərində olan "xxxx" şirkətinə məxsus 1 ədəd 1700 manat dəyərində «Coway» markalı və "xxxx" şirkətinə məxsus 1 ədəd 650 manat dəyərində «Water Ekspess» markalı su təmizləyən cihazları oğurlanmışdır. Hadisə baş verməzdən əvvəl o, idarə etdiyi “Mercedes Benz 190‘' markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili evin qarşısında saxlayıb evə gedərkən avtomobilin qapılarını bağlayıb ya bağlamadığını xatırlamır. Ola bilsin ki, diqqətindən yayınıb qapı açıq qalmışdır. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Şahid4 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. Şahid4 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 dekabr 2020-ci il tarixdə Nərimanov rayonu, Y.V.Çəmənzəmənli küçəsi 125 b saylı binada yaşayan Şahid3 mobil telefonla DİN-in 102 xidmətinə məlumat verərək və 17-ci PŞ-nə ərizə ilə müraciət edərək naməlum şəxslər tərəfindən yaşadığı binanın qarşısında saxladığı “Mercedes Benz 190” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan özünə məxsus olan bir ədəd “Pioneer” markalı maqnitofonun, texniki işlər üzrə mütəxəssis olduğu "xxxx" şirkətinə məxsus bir ədəd “Coway” markalı və usta kimi çalışdığı “Acuatech” şirkətinə məxsus “Water Ekspress” markalı su təmizləyici qurğuların oğurlanması barədə məlumat vermişdir. Qeyd etdiyi məlumat və vətəndaşın ərizəsi ilə bağlı polis şöbəsində araşdırma aparılmaqla yanaşı, o da əməliyyat müvəkkili olaraq tədbirlərini keçirməyə başlamışdır. İlkin olaraq şikayətçi Şahid3 oğurlanan su filtrlərinin əlamətləri ilə maraqlandıqda öyrənmişdir ki, həmin su təmizləyici qurğular ağ rəngli olmaqla üzərlərində hansı firmaya məxsus olmaları və markaları yazılmışdır. Şahid3 oğurlanan su təmizləyici qurğuların "xxxx" şirkətinə məxsus «Coway» markalı və "xxxx" şirkətinə məxsus «Water Ekspess» markalı olmasını bildirmişdir. Bundan sonra o, həmin cihazların Nərimanov rayonu ərazisində su təmizləyici qurğuların satışı ilə məşğul olan mağazalara və ya fərdi şəxslərə satılıb-satılmaması istiqamətində tədbirlər keçirmiş, eyni zamanda ərizədə vətəndaş tərəfindən qeyd olunan su təmizləyici qurğuların satılması ilə bağlı sosial şəbəkədə elan yerləşdirilməsi ehtimalını da nəzərə alaraq, internetdə müxtəlif səhifələrə nəzər yetirmişdir. 19 dekabr 2020-ci ildə İnstaqram sosial şəbəkəsində bir nəfər şəxs tərəfindən su filtrinin satılması barədə məlumat görmüdür. Bu elan onun diqqətini cəlb etdiyi üçün iş üçün əhəmiyyətli ola biləcəyini fikirləşib və həmin elanda qeyd olunan mobil nömrə ilə əlaqə saxlamışdır. Telefonda danışdığı şəxs özünü ona Mehdi kimi təqdim etmişdir. O, Mehdidən satmaq işlədiyi su təmizləyici qurğunun qiyməti, hansı markaya və firmaya aid olmasını soruşmuşdur. Mehdi ona su təmizləyici qurğunu 200-250 manat civarında qiymətə satmaq niyyətinin olmasını demişdir. O, həmin cihazın ucuz qiymətə satılmasından şübhələnmişdir. Belə ki, Şahid3 ərizəsində filtrin qiymətini 1000 manatdan artıq olmasını qeyd etmişdir. Buna görə də telefonda danışdığı və özünü Mehdi kimi təqdim edən şəxsdən həmin qurğunun foto şəklini ona göndərməsini xahiş etmişdir. Mehdi şəkili onun telefonuna göndərəndən sonra markasının “Coway” olmasını gördükdə əmin olmuşdur ki, həmin filtr Şahid3 avtomobilindən oğurlanan iki ədəd su təmizləyici qurğulardan biridir. O, Mehdiyə həmin su filtrini almaq istədiyini demiş və əlavə etmişdir ki, ilk öncə cihaza baxıb hansı vəziyyətdə olmasını bilməlidir. Beləliklə, onlar 20 dekabr 2020-ci ildə Nərimanov rayonu ərazisindəki Albert Aqarunovun heykəlinin qarşısında görüşmək barədə razılaşmışlar. Dediyi tarixdə səhər saatlarında o, həmin yerə getmiş və Mehdi də yanında adını sonradan bildiyi onunla kirayədə yaşayan Şahid2 ilə birlikdə gəlmişdir. Onlar görüşəndə Mehdinin əlindəki qutunun içərisində “Coway” markalı su təmizləyici qurğu olmuşdur. O, Mehdiyə və onun yanında olan Şahid2 özünü təqdim edərək polis əməkdaşı olduğunu demiş və hər iki şəxsi 17-ci PŞ-nə dəvət etmişdir. Polis şöbəsində məlum olmuşdur ki, Şahid2 su təmizləyizi qurğunu satmaq üçün onunla görüşə gələn X1 filtrini daşımağa kömək etmək üçün gəlmişdir. Cəmilin baş vermiş hadisə ilə bağlı heç bir məlumatı yoxdur. Mehdi Tanırverdiyevlə sorğu-sual etdikdə o, etiraf etmişdir ki, 14 dekabr 2020-ci il tarixdə onunla kirayədə yaşayan Təqsirləndirilən şəxs1 ilə birlikdə Nərimanov rayonu, Y.V.Çəmənzəmənli küçəsi 125 b saylı binanın qarşısında dayanmış “Mercedes Benz 190” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan bir ədəd “Pioneer” markalı maqnitafon, bir ədəd “Coway” markalı və bir ədəd “«Water Ekspress” markalı su təmizləyici qurğuları oğurlamışlar. Polis Şöbəsində "Mehdi Tanırverdiyevin könüllü təqdim etdiyi Coway” markalı su filtri protokol tərtib oluraraq götürülmüşdür. Maqnitafonun və digər “Water Ekspress” markalı su təmizləyici qurğunun harada olmasını soruşduqda, Mehdi maqnitafonu işlək olmadığı üçün tulladıqlarını, “Water Ekspress” markalı su filtrinin isə onunla birlikdə oğurluqda iştirak edən Təqsirləndirilən şəxs1 olduğunu demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Təqdim edilmiş əşyanın götürülməsi barədə” 21 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin 17-ci PŞ-nin baş təhqiqatçısı Ağazadə Nurlan icraatında olan material ilə əlaqədar X6 bir ədəd "xxxx" markalı su filtrini təqdim etmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 01 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, X6 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 01 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. “Əşyanın götürülməsi və tanınması” haqqında 06 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X7 icraatında olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs1 hal şahidlərinin iştirakları ilə 1 ədəd «Water Ekspress» markalı təmizləyici qurğunu təqdim etdi və bildirdi ki, həmin su təmizləyici qurğunu 14.12.2020-ci il tarixdə ünvan 1 ünvanır “Mersedes Benz” 190 markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan tanışı Mehdi adlı şəxslə birlikdə oğurlamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi əşyaya iş üzrə şahid qismində dindirilmiş Şahid3 iştirakı ilə baxış keçirilən zaman götürmə iştirak edən Şahid3 təqdim olunan 1 ədəd «Water Ekspress» markalı təmizləyən qurğunu görən kimi tanıyıb ona məxsus avtomobildən oğurlandığını bildirdi və həmin qurğunu nəzərdən keçirib dərhal zahiri görünüşünə, markasına və ümumi əlamətlərinə görə tanıdığını bildirdi. Odur ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd “Water Ekspress» markalı su təmizləyən qurğu iş üçün əhəmiyyət kəsb etdiyindən götürüldü. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26.01.2021-ci il tarixli, 9/356 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2 adda malların 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1250 manat, təqdim edilməmiş 1 adda malın 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 60 manat müəyvən edilir. Belə ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd istifadədə olmuş "xxxx" markalı, «P-09CR» modeli su filtrinin qiyməti 900 manat, istifadədə olmuş «Express Water» markalı LUX/CLASS su filtrinin qiyməti 350 manat, təqdim edilməyən «Pioneer» markalı maqnitafonun nəzəri qaydada qiyməti təxminən 60 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 29 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Qətimkan tədbirinin seçilməsi haqqında” 29 yanvar 2021-ci il tarixli qərardan görünür ki, X6 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanıma haqqında” 27 yanvar 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə götürülmüş "xxxx" MMC-yə məxsus 1 ədəd 900 manat dəyərində «Coway» markalı su filtrinin maddi sübut kimi tanınması, "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 təhvil verilməsi, "xxxx" MMC-yə məxsus 1 ədəd 350 manat dəyərində «Water Ekspess” markalı su filtrinin maddi sübut kimi tanınması və "xxxx" MMCnin nümayəndəsi Nümayəndə2 təhvil verilməsi qərara alınmışdır. “Cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi və əməlin tövsif edilməsi barədə” 28 yanvar 2021-ci il tarixli qərardan görünür ki, bir ədəd 80 manat dəyərində “Piooner” markalı maqnitafonun oğurlanması faktına görə əməldə cinayət tərkibi yaranmadığından X3 və Təqsirləndirilən şəxs1 barələrində həmin fakta görə cinayət təqibinə xitam verilmış, həmin xüsusat üzrə material ayrılaraq inzibati məsuliyyətə cəlb olunması üçün Nərimanov RPİ-nin 17-ci PŞ-nə göndərilmişdir. İstintaq zamanı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 və "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 əvvəlki ifadələrində onlara məxsus su təmizləyici cihazların qiymətinin yüksək olmasını göstərsələr də, əlavə dindirmə zamanı cinayət işinə əlavə edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində əks olunmuş qiymətlərlə bağlı heç bir narazılıqlarının olmadıqlarını göstərdikləri üçün qeyd edilən ekspertiza rəyi əsas götürülmüş, iş üzrə götürülmüş “Water Ekspres” markalı su filtri və "xxxx" markalı su fıltri maddi sübut kimi tanınmış və gələcəkdə qəbzlə zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmışdır. Qəbzlərə əsasən müəyyən edilir ki, “Cordial» MMC-yə məxsus bir ədəd «Coway» markalı su filtri Nümayəndə1, "xxxx" MMC-yə məxsus 1 ədəd «Water Ekspess” markalı su filtri Nümayəndə2 tərəfindən Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Hüseyn Nuriyevdən təhvil alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tərəfindən CM-in 170.1 və 177.2.1-ci maddələrində və X6 tərəfindən CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin izahatları və şahidlərin ifadələri, ekspert rəyi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayanı vədlər vermə vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etməsinə görə Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə verilmiş ittihamla bağlı qeyd edir ki, yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə dedikdə, onda bir və ya bir neçə cinayətin törədilməsində iştirak etmək arzusu yaradılmasına yönələn, fiziki və ya psixi təsirlərin (döymə, əzab vermə, cəzasız qalacağına inandırma, hədələmə və qorxutma, ələ alma, aldatma, intiqam hisslərini oyatma, cinayətin törədilməsi yeri və üsulları, cinayətin izlərinin gizlədilməsi haqqında məsləhətlər vermə, oğurlanmış şeylərin realizəsində kömək etməyi vəd etmə və başqa) tətbiq olunması ilə müşayiət olunan hərəkətlər başa düşülür. Cinayətkar fəaliyyət ictimai təhlükəlilik dərəcəsindən və xarakterindən asılı olmayaraq cinayət qanununda nəzərdə tutulan hər hansı bir cinayətin törədilməsi üzrə fəaliyyətdir. Bu fəaliyyət cinayətdə iştirakçılığın bütün növləri ilə həyata keçirilə bilər. Cinayət Məcəlləsinin 170.1-ci maddəsinə əsasən on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə-üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilən maddənin maddəsinin dispozisiyasında cinayətin törədilmə üsulları kimi aldatma, vədlər vermə, hədə-qorxu gəlmə göstərilmişdir. Vədlər vermə yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətdə iştirak edəcəyi təqdirdə onun mənafeyinə uyğun hərəkət və ya hərəkətsizliyin edilməsinə (pul və ya qiymətli hədiyyə veriləcəyinə, etdiyi xoşagəlməz hərəkətlər barəsində məlumatların heç kimə verilməyəcəyinə və s.) inandırmaqdır. Belə ki, “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008ci il tarixli Qərarının 8-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan şəxslər tərəfindən 18 yaşına çatmış şəxslərin iştirakı ilə törədilmiş cinayətlər haqqında işlərə baxılarkən cinayətin iştirakçısı olan yetkinlik yaşına çatan şəxslə yeniyetmə arasındakı qarşılıqlı münasibətlərin xarakterinin dəqiq araşdırılması zəruridir. Belə ki, yetkinlik yaşına çatmayan şəxsin cinayət törədilməsində və ya cəmiyyətə qarşı qanuna zidd digər hərəkətlərə cəlb edilməsində yetkinlik yaşına çatmış şəxsin rolunun müəyyən olunması üçün qeyd olunan göstəricilərin mühüm əhəmiyyəti ola bilər. Məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmamış şəxsləri cinayət fəaliyyətinə cəlb etməyə görə yalnız yetkinlik yaşına çatmış və cinayəti qəsdən törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər. Yetkinlik yaşına çatmış şəxs cinayətin törədilməsinə cəlb etdiyi şəxsin yetkinlik yaşına çatmadığını bilmədiyi halda, o, Azərbaycan RespublikasıCM-nin 170-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CM-nin 170-ci və 171-ci maddələri ilə məsuliyyət nəzərdə tutan cinayətlər yetkinlik yaşına çatmayanların cinayət fəaliyyətinə və digər hüquqa zidd hərəkətlərə cəlb edildiyi andan başa çatmış hesab olunur. Bu zaman yetkinlik yaşına çatmayanların təhrik edildikləri hüquqa zidd hərəkətləri törədib-törətməməsinin əhəmiyyəti yoxdur. Hazırki iş üzrə Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə ilə tanışı 19.01.2005-ci ildə anadan olmuş, yetkinlik yaşına çatmayan X4 əldə olunacaq gəlirdən pul verəcəyini vəd edib cinayətkar fəaliyyətə cəlb etmişdir ki, onun bu hərəkəti Cinayət Məcəlləsinin 170.1-ci maddəsində nəzərdə tutulmuş ictimai-təhlükəli əməldir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlləri Cinayət Məcəlləsinin 170.1 və 177.2.1-ci maddələri və X3 əməli isə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onların barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; zərərçəkmiş hüquqi şəxslərə dəyən ziyanı ödəməsini və sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə, 170.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən CM-in 58.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 68.1, 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1-ci maddəsinə əsasən təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmalı və təyin olunacaq cəzalar CM-in 66.2-ci maddəsinə əsasən qismən toplanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 170.1 və 177.2.1 -ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması, 170.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəzalar (azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla) qismən toplanılmaqla qəti cəza müəyyən edilməli (CM-66.2, 68.1.1-1), barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs X4 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: əməlini etiraf edib peşman olmasını; zərərçəkmiş hüquqi şəxslərə dəyən ziyanın ödənilməsini; yetkinlik yaşına çatmamasını; ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini; qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını. İş üzrə X3 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X4 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Cinayət Məcəlləsinin 86-cı maddəsində sadalanan şərtlər nəzərə alınmalıdır. Məhkəmə, X3 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs X6 CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3), həmçinin CM-in 86-cı maddəsində sadalanan şərtlər nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 170.1 və 177.2.1-ci maddələri və X3 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan 01 ədəd “Water Ekspres” markalı və 01 ədəd “Coway" markalı su filtrlərinin zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri müştərək qaydada Təqsirləndirilən şəxs1 və X2 tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə, həmçinin vəkillər Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 məhkəmədə iştirak etdikləri 70 (yetmiş) iş saatına görə hər birinə 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 08 fevral 2022-ci il tarixdən hesablansın. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X3 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X6 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X4 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 01 ədəd “Water Ekspres” markalı və 01 ədəd “Coway" markalı su filtrlərinin zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və X2 tutularaq dövlət büdcəsinə köçürülsün. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 70 (yetmiş) iş saatına görə 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs X3 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 70 (yetmiş) iş saatına görə 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi gündən (həbsdə saxlanılan şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar