Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-17/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) - X2, müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1958-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ Verilmiş ittihamın mahiyyəti: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə əlillik dərəcəsinin alınmasına köməklik göstərilməsi ilə bağlı 2018ci ilin avqust ayının əvvəllərində cinayətdən xəbərsiz tanışı Şahid2 vasitəsi ilə özünə müraciət etmiş X4 özünün yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini Yaşar Şahgəldiyevin işlədiyi ünvan 2 ünvanında yerləşən ət kəsimi mağazasında görüşləri zamanı ona yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Yaşar Şahgəldiyevin xeyrinə edəcəyi hərəkətə, yəni hərbi əməliyyatlar zamanı aldığı travmaya görə əlillik dərəcəsi təyin edilməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 16.000 (on altı min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini sonuncuya yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2018-ci ilin avqust ayının ortalarında Yaşar Şahgəldiyevin işlədiyi həmin ət kəsimi mağazasında ilkin olaraq 11.000 (on bir min) manat, 2018-ci ilin avqust ayının sonlarında qeyd edilən yerdə 5.000 (beş min) manat olmaqla, ümumilikdə 16.000 (on altı min) manat məbləğində Yaşar Şahgəldiyevə məxsus pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus həmin pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Yaşar Şahgəldiyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Yaşar Şahgəldiyevi təhrik etmişdir. İİ Məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə verilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Yaşar Şahgəldiyevi 2018-ci ildə onun Nərimanov rayonunda yerləşən ət kəsimi mağazasında ortaq tanışları Muğan vasitəsi ilə tanımışdır. Bəzən boş vaxtlarında Yaşarın ət kəsimi mağazasına gedib orada sonuncu və Muğanla hal-əhval tutmuşdur. Təxminən 2018-ci ilin yay ayları olardı ki, Yaşarın ət kəsimi mağazasında olarkən Yaşar ona Qarabağ müharibəsinin işitrakçısı olduğunu, kontuziya aldığını, lakin bununla bağlı olaraq əlillik dərəcəsinin olmadığını bildirmişdir. Həmin vaxtı Muğan ona Yaşara əlillik təyin olunması üçün kömək etməsini bildirmişdir. O da Yaşara əlillik təyin olunması üçün köməklik göstərə biləcəyini demişdir. Bir müddət sonra Yaşara zəng edərək onun əlillik dərəcəsi almasına görə işini danışdığını və buna görə 11.000 manat pul verməli olduğunu bildirmişdir. Yaşarın Qarabağ döyüşündə kontuziya aldığını bildiyinə görə ona qanuni yolla əlillik düzəltdirəcəyini düşündüyündən və həmin vaxtı pula ehtiyacı olduğundan bu işi həll edəcəyini düşünmüş, bundan başqa Yaşara bildirmişdir ki, adamı varsa özü gedib əlillik düzəltdirə biləcəyini, əgər yoxdursa bununla bağlı özü bir adam, bir tanış tapıb kömək edəcəkdir. Yaşardan 11.000 manat pul vəsaitini tələb etdikdən sonra Yaşar ona bu barədə düşünüb sonra cavab verəcəyini bildirmişdir. Həmin danışıqdan bir neçə gün sonra Yaşar ona zəng edərək razı olduğunu bildirərək görüşmək istəmişdir. O da təxminən 2018-ci ilin yay aylarında Yaşarın ət kəsimi mağazasına getmişdir. Orada Yaşardan 11.000 manat pulu və xəstəliyi ilə bağlı olan sənədlərin surətini almış, pulu alarkən yanlarında heç kim olmamışdır. Pula ehtiyacı olduğundan həmin vəsaiti öz şəxsi ehtiyaclarına xərcləmişdir. Yaşara əvvəlcədən əlillik dərəcəsinin təyin olunmasının yollarını öyrəndiyini, həmin pulu özünə götürdüyünü, qanuni yolla əlillik dərəcəsi almasına kömək edəcəyini, əgər alınmasa pulunu geri qaytaracağını bildirmişdir. Həmin vaxtı Yaşar bildirmişdir ki, onun üçün fərq etmir, pulu kimə verir, ya özündə qalır, ona lazımdır ki, əlillik dərəcəsi alsın. O da Yaşara əlillik dərəcəsi almaq üçün ilk öncə hərbi hospitalda həkim müayinələrindən keçərək qərar almalı olduğunu bildirmişdir. Bundan sonra Yaşara hansı sənədləri toplayıb hərbi hospitala müraciət etməsini başa salaraq hamısının qaydasını izah etmişdir. Yaşar həmin ərəfələrdə ona izah etdiyi sənədləri toplayaraq Bakı şəhərində yerləşən hərbi hospitala müraciət etmiş və orada həkim müayinələrindən keçərək qərar almışdır. Yaşar qərarı aldıqdan sonra ona zəng edərək verdiyi izaha görə təşəkkürünü bildirmişdir. Bundan sonra 2018-ci ilin hansı ayı olmasını xatırlamadığı gündə Yaşarın ət kəsimi mağazasına gedərək yaxın müddətdə işinin həll olunacağını, əlilliyin tam təsdiq olunması üçün ondan əlavə olaraq 4000 manat məbləğində pul verməli olduğunu bildirmişdir. Həmin vaxtı Yaşar ona 4000 manat pul vermişdir. O, həmin 4000 manatı eyni qaydada Yaşardan almışdır ki, ona əlilliyin düzəlməsi üçün özü köməklik edəcək, həmin pul vəsaitini heç kimə verməyəcəkdir. 4000 manat pulu Yaşardan alarkən yanlarında heç kim olmamışdır, həmin pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Yaşara da bildirmişdir ki, işi alınmasa qısa müddət ərzində ondan aldığı 15.000 manat pul vəsaitini geri qaytaracaqdır. Yaşar Şahgəldiyevin həkim komissiyasının qərarının alınmasına görə hər hansı vəzifəli və ya digər şəxslərdən heç bir xahiş etməmiş, həmçinin bununla bağlı heç kimə pul və sair maddi nemət verməmişdir. Araşdırma zamanı izahatında bildirmək istəmişdir ki, tanışlardan qanuni yolla həkim komissiyasının qərarının necə alınmasını xahiş edərək maraqlanmış və bunun qanuni yollarını tanışlardan öyrənərək Yaşara bildirmişdir. Həmçinin bir daha qeyd edir ki, Yaşardan aldığı ümumilikdə 15.000 manat pul vəsaitindən hər hansı vəzifəli və ya digər şəxsə verməmiş, qeyd etdiyi kimi bütün pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləmişdir. Yaşardan pulları alarkən hər iki dəfədə tək olmuşlar, yanlarında Muğan olmamışdır. O, Yaşara yüksək vəzifədə işləyən dostlarının olduğunu, 16.000 manat pulu müəyyən vəzifəli şəxslərə verəcəyini bildirməmişdir. Bir daha qeyd edir ki, sadəcə əlillik dərəcəsinin qanuni təyin olunması üçün bununla bağlı olaraq tanışlardan maraqlanıb necə həll edə biləcəyini danışdığını nəzərdə tutmuşdur. İşin qanuni yollarının öyrənilməsi üçün hal-hazırda xatırlamadığı tanışlardan maraqlanmışdır. Onun Şahid3 adlı dostu var, Anarla 2018-ci ilin noyabr ayında tikinti ilə bağlı ölçü məsələsinin həll olunması işi ilə əlaqədar olaraq tanış olmuşdur, belə ki, Anar tikinti üzrə ölçü işlərinə baxır. Anardan Yaşara qanuni yolla əlillik dərəcəsi təyin olunmasına köməklik göstərməsini xahiş etmişdir. Yaşardan aldığı 15.000 manat pul vəsatindən Şahid3 verməmiş, Yaşardan pul almağı barədə Anarın heç bir məlumatı olmamışdır. Sadəcə olaraq 2018-ci ildə qanuni əlillik təyin edilməsinin necə olacağını Anardan soruşaraq məlumat almışdır, Anar da ona qanuni yolla köməklik edəcəyini bildirdiyindən o, tez-tez Anarla əlaqə saxlamışdır, lakin Anar da ona kömək edə bilməmişdir. Əlavə olaraq qeyd edir ki, hazırda Yaşara vurmuş olduğu zərərdən 4.000 manat ödəməyə hazırdır. Qalan hissəni isə qısa müddətdə ödəməyə söz verir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınmış X6 ifadəsində göstərdi ki, təxmini olaraq 2018-ci ilin avqust ayında tanışı Şahid2 vasitəsi ilə tanıdığı Təqsirləndirilən şəxs tez-tez onun ət dükanına gəlirmiş, söhbətlərin birində Təqsirləndirilən şəxs onun birinci Qarabağ döyüşlərində iştirak etdiyini və kantuzya aldığını bildikdən sonra buna görə əlillik dərəcəsinin olub-olmamasını soruşmuş, o da öz növbəsində Əhlimana sənədlərinin natamam olması səbəbindən əlillik dərəcəsi ala bilməmişdir. Sənədlərinin natamam olması səbəbindən əlillik dərəcəsi ala bilməyəcək və buna görə də əvvəllər Tibbi Sosial Ekspert Komissiyasına, həmçinin hər hansı müvafiq quruma müraciət etməmişdir. Əhliman ona həmin vaxtı yüksək vəzifədə işləyən dostlarının olduğunu və ona əlillik dərəcəsi düzəltdirib pensiya təyin etdirə biləcəyini təklif etmiş, o da Əhlimanın fikri ilə razılaşmışdır. Əhliman ona bu barədə məlumat verəcəyini bildirərək gedmişdir. Bundan təxmini 3-4 gün sonra Şahid2 onun yanında, yəni ət dükanında olarkən Əhliman da həmin yerə gələrək əlillik dərəcəsi təyin etdirmək qarşılığında 16.000 manat pul tələb etdiyini, həmin pulu müəyyən vəzifəli şəxslərə verəcəyini bildirmişdir. Əvvəlcə məbləğin çox olması səbəbindən Əhlimanla razılaşmamış, lakin Əhliman verəcəyi pulu əlilliyə görə təyin olunacaq pensiyadan çıxaracağını, həmin məbləğin guya az olduğunu təkidlə bildirdikdən sonra razılaşmışdır. Təxminən 2018-ci ilin avqust ayının ortalarında öz ət mağazasında Şahid2 yanında Təqsirləndirilən şəxs ilkin olaraq 11.000 manat pul vermiş, 5000 manatı isə qısa müddətdə düzəldib verəcəyini bildirmişdir. Əhlimana 11.000 manat pulu verərəkən Qarabağ döyüşündə xəsarət almağı ilə bağlı sənədlərini də vermişdir. Həmin görüşdən bir həftə sonra Əhliman onun mağazasına gələrək əlillik dərəcəsini yaxın vaxtda alacağını, 5000 manatı da tezliklə verməyini demişdir. O da eyni qaydada və eyni yerdə 2018-ci ilin avqust ayının sonlarında Şahid2 yanında Əhlimana qalan 5000 manat pulu vermişdir. Qeyd edir ki, Əhlimana hər iki dəfədə pulu verərəkən yanlarında yalnız Şahid2 olmuşdur, həmçinin əlavə olaraq da bildirmişdir ki, Əhlimanı ondan əvvəl Şahid2 tanımış, Əhliman da Muğana görə onun ət mağazasına gəlib-getmişdir. Bundan sonra, yəni pulu Əhlimana verdikdən təxminən 2 ay sonra Əhliman ona “Papanin” adlanan yerdə Hərbi Hospitala getməyini bildirdiyindən o da həmin hospitala gedərək adlarını xatırlamadığı həkimlərin müayinələrindən keçmiş və bir müddət sonra ona həmin hospitaldan müharibədə iştirak etməsi və kontuziya alaraq onda xəsarətlər olması barədə qərar almışdır. Bundan sonra Əhlimana qərarı aldığını və əlilliyi təyin etmirəsini tələb etmişdir. Həmin vaxtan halhazıradək Əhliman ona əlillik təyin olunması ilə bağlı heç bir iş görməmiş və hər dəfə Əhlimana iş düzəlmirsə pulunu geri qaytarmasını bildirsə də Əhliman qısa müddətdə düzələcəyini bildirib müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Bundan sonra Əhlimanın pulu geri qaytarmayacağını düşündüyündən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişdir. Hərbi Hospitaldan qərar alarkən bununla bağlı olaraq hər hansı şəxsə pul və sair maddi nemət verməmişdir. Oraya adi müharibə iştirakçısı kimi getmiş, orada ona Əhlimanın adını deyən olmamışdır, həmçinin o da Əhlimanın adını çəkməmişdir. Buna görə də birazda olsun Əhlimandan həmin vaxtı şübhələnmişdir ki, Əhliman burada onunla bağlı heç kimə heç bir söz deməmişdir. Şahid2 onun Təqsirləndirilən şəxs əlillik dərəcəsi düzəltməsi üçün 16.000 manat pul verməyini təsdiq edə bilər. Əhliman özünü ona əvvəllər torpaq komitəsində işlədiyini, lakin hal-hazırda işsiz olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona əlillik dərəcəsini konkret olaraq kimin vasitəsi ilə düzəldəcəyini bildirməsə də, yüksək vəzifədə işləyən dostlarının olduğunu və bu yolla onlara pul verərək ona əlillik düzəltdirə biləcəyini demişdir. Əlavə olaraq qeyd edir ki, o, Əhlimanın həbs olunmasını, yəni ki, Əhlimana azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını istəmir. Hətda Əhliman ona vurulmuş ziyandan 4000 manat pul ödəməyi təklif etmişdir. Lakin o, Əhlimana verdiyi 16.000 manat pulun tam ödənilməsini istəyir. Həmin vəsaitin hissə-hissə ödənilməsinə razı deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və X5 tanıyır, onlarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs 2018-ci ilin noyabr ayından tanıyır, onunla öz işi ilə bağlı tanış olmuşdur, Yaşar Şahgəldiyevi isə Əhliman vasitəsi ilə təxminən 2019-2020-ci illərdə tanımışdır, Əhliman Yaşarı ona dostu kimi təqdim etmişdir. Təxminən 2018-ci ilin sonlarında Əhlimanla yeni tanış olduğu vaxtlarda, sonuncu ona bir dostu olduğunu, birinci Qarabağ müharibəsində iştirak etdiyini, həmin müharibədə xəsarət aldığını, ona əlillik dərəcəsi təyin olunmasında köməklik göstərməyini xahiş etmişdir. Əhlimana özünün yüksək dərəcəli şəkər xəstəsi olduğunu, buna görə gözlərinin çox zəif gördüyünü, əlillik düzəltməyə tanışı olsaydı özü üçün düzəldirə biləcəyini demiş, lakin Əhlimana əlillik dərəcəsi almaq üçün qanuni yolları ona izah edəcəyini, əgər həqiqətən də onun dostunun Qarabağ döyüşündə xəsarət alması təsdiqini taparsa qanuni yolla yol göstərib kömək edə biləcəyini bildirmişdir. Bundan bir müddət keçəndən sonra Əhliman ondan ilkin olaraq hansı sənədləri toplamaq lazım olduğunu soruşmuş, o isə müəyyən sənədləri toplamağı izah etmişdir. Həmin ərəfələrdə Əhliman dostu Yaşarın əvvəlcədən hərbi hospitaldan qərar aldığını bildirmiş və həmin qərarı ona göstərmişdir. O da həmin qərarla Yaşarın əlillik ala biləcəyini, lakin TSEK-ə müraciət etməli olduğunu bildirmişdir. Bundan sonra bununla bağlı olaraq Əhliman ondan dəfələrlə bu barədə soruşmuş və ona mütləq qaydada köməklik göstərməyini xahiş etmişdir, lakin o da bununla bağlı olaraq heç bir yerdə tanışı olmadığını bildirmişdir. Əhliman bundan sonra ona bir dəfə də zəng etmiş və harada olduğunu soruşmuşdur, həmin vaxtı Sumqayıtda yas yerində olduğunu bildirmiş, həmin vaxtı da Əhliman Yaşarın işinə görə ona köməklik etməyini demişdir. Həmçinin qeyd edir ki, Əhliman onu dostu Yaşarla da görüşdürmüş, bir yerdə oturub çay içmişlər. Bir müddət sonra Yaşar ona zəng edərək Əhlimanın ona əlillik dərəcəsi təyin etdirmək üçün 16.000 manat pulunu aldığını, işi düzəltmədiyini və pulu da geri qaytarmadığını bildirmişdir. O da Əhlimana zəng edib bu barədə soruşmuş, Əhliman isə Yaşardan 15.000 manat aldığını və qısa müddətdə onu geri qaytaracağını demişdir. Bir müddət əvvəl Əhliman ona zəng edərək Yaşarın ondan şikayət etmək istədiyini, Yaşara zəng etməyini və ondan pulu qaytarmaq üçün vaxt istəyib şikayət etməməyini bildirməyini xahiş etmişdir. Əhlimana, Yaşara zəng edəcəyini, lakin vaxt istəməyəcəyini, çünki həmin vaxtda Əhliman əgər pulu qaytarmasa Yaşarın onunla münasibəti pisləşəcəyini bildirmişdir. Bundan sonra Yaşara zəng edərək tanışlığın xətrinə Əhlimandan şikayət etməməsini xahiş etmişdir. Həmçinin qeyd edir ki, Yaşar Əhlimana zəng edib əlaqə qura bilməyəndə ona zəng edirmiş ki, Əhliman onu aldadır, o da bu barədə Əhlimandan soruşduqda Əhliman cavab vermişdir ki, Yaşara desin ki, əlilliyi qısa müddətdə həll olunacaq, o da Yaşara bu barədə məlumat verirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cinayət işinin 70-74-cü vərəqələrində olan Şahid2 istintaqa verdiyi ifadəsindən görünür ki, o, əvvəllər xırda heyvandarlıqla məşğul olmuşdur. Hal-hazırda işsizdir, ailəlidir, 3 yetkinlik yaşına çatmış övladı var. Həmçinin qeyd edir ki, birinci Qarabağ müharibəsi iştirakçısıdır, “Azərbaycan Vətən Müharibəsi X8”nin üzvü olmaqla İİ qrup əlildir. Mahiyyəti üzrə bildirir ki, X5 və Təqsirləndirilən şəxs tanıyır, onlarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs əvvəlcədən yaşadığı qəsəbə sakini kimi tanımış, onunla heç bir münasibəti olmamışdır. Daha sonra Yaşar Şahgəldiyevin ət kəsimi mağazasında olarkən təsadüfən Əhlimanı gördüyünü və onunla orada salamlaşaraq münasibətləri yarandığını, Yaşarın da Əhlimanı həmin vaxtı tanıdığını bildirmişdir. Daha sonra Əhlimanla Yaşarın ət kəsimi mağazasında bir neçə dəfə görüşüb söhbətlər aparmışlar. Orada olarkən, bir gün X11 müharibəsinin iştirakçısı olduğunu, kantuziya aldığını öyrəndiyindən Əhliman Yaşara dostlarının olduğunu, ona əlillik dərəcəsi təyin etdirə biləcəyini söylədiyindən, Yaşar da Əhlimanın fikri ilə razılaşmışdır. Bundan sonra Yaşarın yanında olarkən Əhliman da oraya gəlmiş və Yaşar Əhlimandan 11.000 manat pul verdiyini, əlillik dərəcəsinin nə vaxt düzələcəyini soruşmuşdur. Əhliman da Yaşara cavab vermişdir ki, narahat olmasın düzələcəkdir. Bundan bir müddət sonra Yaşarın yanına heyvan satmağa gətiribmiş, Əhliman da həmin vaxtı oraya gəlmiş, orada olan söhbət zamanı Yaşarın Əhlimana ümumilikdə 16.000 manat pul verdiyini, onun əlillik dərəcəsini düzəltməsini dediyini, Əhlimanın da bu məsələni qısa müddətdə həll edəcəyini söz verdiyini eşidmişdir. Başqa heç bir məlumatı yoxdur. Yaşar həmin pul vəsaitlərini onun yanında verməsə də, lakin Yaşarla Əhlimanın arasında olan söhbətlərdən eşitmişdir ki, ümumilikdə 16.000 manat pulu Yaşar Əhlimana vermişdir, Əhliman da həmin söhbətlər zamanı bunları təsdiq etmişdir. Yaşar ola bilsin ki, həmin söhbətin üstündən uzun müddət keçdiyinə görə elə yadında qalıb ki, pulları onun yanında vermişdir. Təqsirləndirilən şəxs Yaşar Şahgəldiyevə əlillik dərəcəsi düzəltməsini konkret olaraq kimin vasitəsi ilə edəcəyi barədə məlumatı yoxdur. Cinayət işinin 50-ci vərəqində olan “Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 022833 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs həmin Birliyin üzvüdür. Cinayət işinin 59-61-ci vərəqələrində olan “Diskə baxış keçirilməsi haqqında” 11 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, disk ağ rəngli zərfin içərisindədir. Diskin üz qabığı ağ rəngdə olub üzərində zavod üsulu ilə “Princo CD-R” sözü həkk edilmişdir. Həmin diski kompyuterin disk oxunan hissəsinə keçirib diskdəki faylın açılmasını gözlədikdən sonra “X12” proqramı vasitəsilə həmin diskə yerləşdirilmiş fayllara baxmaq mümkün oldu. Diskdə bir ədəd fayl vardır. Həmin faylın ad hissəsində "AUD-20211208-WA0006.mp3” yazılmışdır. Baxış zamanı ad hissəsində “AUD-20211208-WA0006.mp3” yazılmış səs yazısından görünür ki, X1 Əhliman Sultan oğlu ilə salamlaşdıqdan sonra: sən neynədin, nağardın, nə fikirləşdin? Təqsirləndirilən şəxs: Nə fikirləşəcəm, heçnə, sənin işinin həlli vardaa nolubki?! Y.Şahgəldiyev: Nətər həll edirsən işi? Təqsirləndirilən şəxs: Həll olunubdu sənin işin. Y.Şahgəldiyev: Mənim işim nətər həll olunub qardaş?! Təqsirləndirilən şəxs: Heç bir saat olmaz onla danışacam, heç bir saat yox, yarım saata. Y.Şahgəldiyev: Yoxe nətər həll olunub de mən bilim görüm nətər həll eləmisiz? Təqsirləndirilən şəxs: Ay qardaş, özünü aparıb isbatlayıb göstərəcəklər. Y.Şahgəldiyev: Səni başa düşə bilmirəme, sən mənlə dava istəyirsən qardaş?! Təqsirləndirilən şəxs: Dava nədiye, o nə danışıqdır ki?! Y.Şahgəldiyev: Nə danışıme səninlə mən, 3 ildi vermişəm ala bilmirəm, indidə mənə deyirsən işin görülüb, nətər görülübe?! Təqsirləndirilən şəxs: A iş görülübdü, imtina, heçnə yoxdu a kişi. Y.Şahgəldiyev: Dünən, sırağagün sən mənə dedin ki, TSEK-dən sənə sənəd gəlib, 3400, şeyi atdız mənə, onu deyirsən düzəlib? Təqsirləndirilən şəxs: Yoxe a kişi, dedim Yaşarın, dedi ki, bu dəqiqə Sumqayıtdayam gedirəm, Sumqayıtdayam, gedib ordan yığacam Yaşarı. Y.Şahgəldiyev: Sumqayıta niyə gedib, gedib nağarır Sumqayıtda? Təqsirləndirilən şəxs: Bilmirəm, sovezə gedərdəə, hara gedəcək?! Y.Şahgəldiyev: Bura bax, mən kağızı əlimə, bu kartı əlimə almaq üçün qruppam təsdiqlənməlidir, yoxsa yox? Təqsirləndirilən şəxs: Əlbətdə, qruppa təsdiqlənmədən nə ala bilərsən?! Y.Şahgəldiyev: Yaxşı, qruppa təsdiqlənməyibsə Sumqayıta nəyə gedib bu? Təqsirləndirilən şəxs: Hələ mən də bilmirəmdə, qoy görüm. Y.Şahgəldiyev: Sən görürsən necə yanaşırsan?!, sən adamı (qeyri-etik söz işlədilir). Təqsirləndirilən şəxs: A elə şey olar?!, yanaşmasam sən nə bilirdin, sənə mesaj yazdım yığ məni, yığ məni.axırda açdı özü danışdı mənimlə. Y.Şahgəldiyev: Sən and olsun Allaha məni özünlə düşmən edəcəksən, amma mən pis düşmana çevriləcəm. Nə qədər yaxşı adamam, o qədərdə pis adamam. Təqsirləndirilən şəxs: A Yaşar, sənin işin deyilib həll olunacaq, olunacaq. Y.Şahgəldiyev: Mənim sənədimi xəstəxanadan aldım ha, ordan qanuni gəldi, gəldi burada sistemə qədər qanuni gəldi dayandı, o dayanan dayandı, bundan sonra olanlarda hamısı nömrədi, başa düşdün?! Təqsirləndirilən şəxs: Aaaa mənə o lazımdı, mən ona demişdim nömrəni ver mənə, o vermədi də. Y.Şahgəldiyev: sənə o lazımdı, 3 ay bundan qabaq sistemdə dayanıb. Təqsirləndirilən şəxs: Yaşar, mən sənə dedim ki, mən sənə nə dedim?! Mən kişi kimi dedim ki, Yaşarın işinə (başa düşülmür) Y.Şahgəldiyev: Mənə nəye o nə dedi, Anar iş görəndi mənə? mənim işim tökülüb qalıb. Təqsirləndirilən şəxs: İndi qulaq as, hərə özünə bir şəxsdidə, görürsən sənə necə təsir elədi, mənə beş qatı təsir edir. İndi mən onu səhər-səhər yığdım, açdı özü telefonıa danışdım, dedi Sumqayıta gedirəm, dedi yığıb sənlədə danışacam Yaşarla da. Y.Şahgəldiyev: Yoxe sən məni saymadın, sən mənə qarşı, adam çörək yeyəndə kişi kimi yeyər, qulaq as sözümü deyim qurtarım, sənin yadındadı Ələsgərdə iş əyiləndə?!, Ələsgərdən iş əyiləndə Muğan yanımda olanda dedin belə, çıxartdım kişi kimi pulu saydım verdim ki, mənim işim görülsün, amma siz gətirdiz çıxartdız məni bu vəziyyətə. Təqsirləndirilən şəxs: Yaşar yaxşı ki, işin içindəsən özün bilirsən, mən sənin işinə biganə yanaşıramsa ən axrıncı adamam, intası hərə özünə görə şəxsdir, dayan, indi üç adamığda, Anardı, sənsən, mənəm. mən sənin yanında o sualı versəm, mən sənə dedim ver bildirişi mənə çəkil dayan qırağda, sən mənə nə dedin ay Yaşar?! Y.Şahgəldiyev: Sənə bir şey deyim, mən sənin yerində olsaydım, sən on altı mini mənə versəydin, bu üç il ərzində o işi görməsəydim, neynəyəcəkdin?! de görüm. Təqsirləndirilən şəxs: Yaşar, mənim öhdəliyimə düşdü sırazı qərarı verdim sənə də, yəni vaxtında. Y.Şahgəldiyev: O qərar mənə lazım deyile bu günkü gündə, mənə lazımdı iş həll olunsun, neynirəm o qərarı mən. Təqsirləndirilən şəxs: Yo, bircə dəqiqə, onun üstündə həll olunur olunmağına. Y.Şahgəldiyev: Söhbəti yox həll olunur onun üstündə, amma bu gün nəticə yoxdusa nəyə lazımdı o qərar mənim. Təqsirləndirilən şəxs: Bir dinlə də, dinlə, deməli əsası var, indi kiçiyinnən əlləşirik, kiçiyində uzatdı, uzatdı, axırda guya günahları düzəldi, (başa düşülmür), bu məqamda gedirdi, dedi ki, onla işin yoxdu. Y.Şahgəldiyev: Gəl belə edəkdə, mən sənə verdiyim 16.000 gətir mənə qaytar, pul qalsın mənim cibimdə. Təqsirləndirilən şəxs: Ay Yaşar mən sənə o pulu necə qaytara bilərəm, pulu yemişik paylamışıq. Y.Şahgəldiyev: Qulaq as gör nə deyirəm, indiyə qədər mənim pulum səndə qalıb, mən inanmışam sənə, indidə sən gətir qoy. Təqsirləndirilən şəxs: sənin məndə pulun qalmayıb axı. Y.Şahgəldiyev: Necə yəni qalmayıb? Təqsirləndirilən şəxs: Heçnə dörd min pulda verilib həllini tapmaq üçün. Y.Şahgəldiyev: Yəni demək istəyirəm mən sənə vermişəmdə o pulları. Təqsirləndirilən şəxs: Aydın məsələdi. Y.Şahgəldiyev: day mən bilmirəme nə vermisən kimə, nə verməmisən. Gətir on altı minimi ver qalsın cibimdə. Təqsirləndirilən şəxs: On altı min pulun var məndə? Y.Şahgəldiyev: Qardaş sənə vermişəmdə o boyda pulu. Təqsirləndirilən şəxs: Yoxe əlində qərarın var (başa düşülmür). Y.Şahgəldiyev: Tüpürüm o qərara əgər bunundalı yoxdursa, neynirəm o qərarı. Təqsirləndirilən şəxs: Aydə da biz helə onun dalından danışıqrıda, dalıycada o pulu vermisən uzanır. Y.Şahgəldiyev: Ayə bu qərar tüpürüm mən, əgər bir sənəd yoxdursa neynirəm qərarı, həll olunmayıb, həllin tapmayıpsa neynirəm. Sən gəl mən deyənə qulaq as, gəl düşmən olmayaq, mənim bu gün axrıncı günümdü, köpəkoğludur dözməyəcəm, balalarımın canı dözməyəcəm artıq, kəsdiyimiz çörək haqqı dözməyəcəm. Təqsirləndirilən şəxs: Yaşar o sənin şəxsi işindi. Y.Şahgəldiyev: Eşidirsən məni?! Mənim şəxsi işim döre, mən pulumu tələb edirəm, yada işimin həllini tələb edirəm, onuda həll etmirsən. Təqsirləndirilən şəxs: Mənim öhdəliyimə düşən... Y.Şahgəldiyev: Sənin öhdəliyinə o işin hamısı düşüre, işin yarısı düşmür, sən nə danışırsan?! Təqsirləndirilən şəxs: Bir dəqiqə, mən sənə qruppanı demişdim ki, eliyə bilməsəm, onuda eliyəcəm, günah mənimdi.. Y.Şahgəldiyev: Hanı eləmisən, hanı?! Təqsirləndirilən şəxs: Bilirsən də nə yerdədi iş, özün bilirsən dəə. Y.Şahgəldiyev: Nəisə, eləmirsən də?! Təqsirləndirilən şəxs: Niyə eləmirəme, mən sənə dedim eləmirəm?! Y.Şahgəldiyev: Yaxşı, mən görürəm ki, sən başqa cür hərəkət edirsən, nə istəyirsən onuda elə, sən öz işini gör, mən də öz işimi. Təqsirləndirilən şəxs: Yoxe sən danışırsan belədi, kişi kimi danışıram səninlə, deyirəm belədi, deyisən elədi. Həmin səs yazısının müddəti 6 dəqiqə 25 saniyədir. Cinayət işinin 69-cu vərəqində olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1525 nömrəli qərarından görünür ki, X2 Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətlər hərbi travmadır. Cinayət işinin 96-cı vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 104-106-cı vərəqələrində olan “CD diskə baxış keçirilməsi haqqında” 20 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, disk ağ rəngli zərfin içərisindədir. Diskin üz qabığı ağ rəngdə olub üzərində zavod üsulu ilə “bakcell” sözü və qələmlə “BKC/LGL- 19232-21” sözləri həkk edilmişdir. Həmin diski kompyuterin disk oxunan hissəsinə keçirib diskdəki faylın açılmasını gözlədikdən sonra “X12” proqramı vasitəsilə həmin diskə yerləşdirilmiş fayllara baxmaq mümkün oldu. Diskdə 4 ədəd fayl vardır. 2 ədəd faylda sms mətnləri vardır və ad hissəsində “SMS_Tarixçəsi_**********041_5********.rar” yazısı olan fayla daxil olduqda xx.xx.2019-cu il tarixdə Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrədən X2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Yaşar təyin olunsun səbr et”, xx.xx.2020-ci il tarixdə “Yaşar yığacam özüm, yanımda adam var”, xx.xx.2020-ci il tarixdə “Yaşar səbr elə yığacam qardaş”, xx.xx.2021-ci il tarixdə “Yaşar salam, xalam rəhmətə gedib, yasdayam yığacam qardaş” xx.xx.2021-ci il tarixdə “Yaşar qaqa zəng edəcəm 15- 20 dəqiqəyə” məzmunda sms-lər gəldiyi görünür. Ad hissəsində sms mətnləri olan fayllara daxil olduqda“SMS_Tarixçəsi_**********037_5********.rar” sms mətnləri olan fayla daxil olduqda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı sms aşkar edilmədi. Adhissəsində“Zənglərin_Məxsusluq_Tarixçələri_**********0238_553653644_BKC.rar” yazısı olan fayla daxil olduqda mobil nömrələr və həmin nömrələrin kimlərə məxsus olması barədə məlumatlar vardır. Ad hissəsində “Zənglərin_Detallaşması_**********0154_5********.rar” yazısı olan fayla daxil olduqda X2 adına olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil nömrəsi arasında danışıqlar olduğu görünür. Həmin zənglərdən görünür ki, ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2019-cu il tarixdə, saat 15:03:00-cu dəqiqədə 212 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 15:21:42-ci dəqiqədə 26 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 13:48:25-ci dəqiqədə 85 saniyə, həmin tarixdə, saat 13:50:43-cü dəqiqədə 36 saniyə, həmin tarixə, saat 20:22:53-cü dəqiqədə 144 saniyə, həmin tarixdə, saat 20:39:23-cü dəqiqədə 578 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 19:37:42-ci dəqiqədə 568 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 15:17:03-cü dəqiqədə 45 saniyə, həmçinin eyni qaydada xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. X2 adına olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs adına olan ***-***- **-** mobil nömrəsi arasında danışıqlar olduğu görünür. Həmin zənglərdən görünür ki, ***- ***-**-** mobil nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2020-ci il tarixdə, saat 21:12:38-ci dəqiqədə 29 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 16:32:34-cü dəqiqədə 82 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 17:35:45-ci dəqiqədə 129 saniyə, həmin tarixdə, saat 18:09:47-ci dəqiqədə 70 saniyə, həmin tarixdə, saat 18:47:31-ci dəqiqədə, saat 47 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 15:12:05-ci dəqiqədə 86 saniyə, həmin tarixdə, saat 19:26:50ci dəqiqədə 58 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 17:53:04-cü dəqiqədə 62 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 20:25:29-cu dəqiqədə 194 saniyə, həmçinin eyni qaydada xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020., xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. X2 adına olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs adına olan ***-***- **-** mobil nömrəsi arasında danışıqlar olduğu görünür. Həmin zənglərdən görünür ki, ***- ***-**-** mobil nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2018-ci il tarixdə, saat 15:21:39-cu dəqiqədə 60 saniyə, xx.xx.2018-ci il tarixdə, saat 13:16:44-cü dəqiqədə 39 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 10:27:50-ci dəqiqədə 26 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 13:06:57-ci dəqiqədə 47 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 12:34:58-ci dəqiqədə 47 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 14:05:41-ci dəqiqədə 79 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 14:00:20-ci dəqiqədə 122 saniyə, həmin tarixdə, saat 14:04:50-ci dəqiqədə 48 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 12:11:23-cü dəqiqədə 60 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 11:28:06-cı dəqiqədə 102 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 15:47:57-ci dəqiqədə 41 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 14:01:46-cı dəqiqədə 67 saniyə, həmçinin eyni qaydada xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. Bundan başqa baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edəcək hər hansı zəng aşkar edilmədi. Cinayət işinin 108-110-cu vərəqələrində olan “CD diskə baxış keçirilməsi haqqında” 20 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, disk ağ rəngli zərfin içərisindədir. Diskin üz qabığı qırmızı rəngdə olub üzərində zavod üsulu ilə “nar” sözü və qələmlə “212026338” rəqəmləri həkk edilmişdir. Həmin diski kompyuterin disk oxunan hissəsinə keçirib diskdəki faylın açılmasını gözlədikdən sonra “X12” proqramı vasitəsilə həmin diskə yerləşdirilmiş fayllara baxmaq mümkün oldu. Diskdə 8 ədəd fayl vardır. 4 ədəd faylda sms mətnləri vardır və ad hissəsində “SMS_Tarixçəsi__**********2546__7********.pdf” yazısı olan fayla daxil olduqda xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Qardaş aç bu telefonu, Yaşar inan dayanmır”, xx.xx.2020-ci il tarixdə “Anar Yaşarla gəlirəm sizə, Allah üzünü ağ eləsin, 30 deqiqeye mar qabağına gəl” məzmunda sms-lər gəldiyi görünür. Ad hissəsində “SMS_Tarixçəsi__**********2603__7********.pdf” yazısı olan fayla daxil olduqda xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Yaşar ile getmeyiydin başına dönüm ona zəng vur” məzmunda sms gəldiyi görünür. Bundan başqa digər sms mətnləri olan fayllara daxil olduqda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı sms aşkar edilmədi. AdhissəsindəZənglərin_Məxsusluq_Tarixçələri__**********1553___702153101_NAR. pdfvəZənglərin_Məxsusluq_Tarixçələri__**********1609___702173870_NAR.pdfyazısı olan fayllara daxil olduqda mobil nömrələr və həmin nömrələrin kimlərə məxsus olması barədə məlumatlar vardır. Ad hissəsində “Zənglərin_Detallaşması__**********1534___ 7********.pdf” yazısı olan fayla daxil olduqda Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil nömrəsi ilə X2 adına olan ***-***-**-** mobil nömrəsi arasında danışıqlar olduğu görünür. Həmin zənglərdən görünür ki, mobil ***-***-**-** nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2020-ci il tarixdə, saat 21:12:38-ci dəqiqədə 29 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 16:32:34-cü dəqiqədə 82 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 17:35:45-ci dəqiqədə 129 saniyə, həmin tarixdə, saat 18:09:47-ci dəqiqədə 70 saniyə, həmin tarixdə, saat 18:47:31-ci dəqiqədə, saat 47 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 15:12:05-ci dəqiqədə 86 saniyə, həmin tarixdə, saat 19:26:50-ci dəqiqədə 58 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 17:53:04-cü dəqiqədə 62 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 20:25:29-cu dəqiqədə 194 saniyə, həmçinin eyni qaydada xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020., xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. Ad hissəsində “Zənglərin_Detallaşması__**********1605___ 7********.pdf” yazısı olan fayla daxil olduqda Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil nömrəsi ilə X2 adına olan ***-***-**-** mobil nömrəsi arasında danışıqlar olduğu görünür. Həmin zənglərdən görünür ki, mobil ***-***-**-** nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2018-ci il tarixdə, saat 15:21:39-cu dəqiqədə 60 saniyə, xx.xx.2018-ci il tarixdə, saat 13:16:44-cü dəqiqədə 39 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 10:27:50-ci dəqiqədə 26 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 13:06:57-ci dəqiqədə 47 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 12:34:58-ci dəqiqədə 47 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 14:05:41-ci dəqiqədə 79 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 14:00:20-ci dəqiqədə 122 saniyə, həmin tarixdə, saat 14:04:50-ci dəqiqədə 48 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 12:11:23-cü dəqiqədə 60 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 11:28:06-cı dəqiqədə 102 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 15:47:57-ci dəqiqədə 41 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 14:01:46-cı dəqiqədə 67 saniyə, həmçinin eyni qaydada xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. Bundan başqa baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilmədi. Cinayət işininn 118-119-cu vərəqələrində olan “CD diskə baxış keçirilməsi haqqında” 21 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, disk ağ rəngli zərfin içərisindədir. Diskin üz qabığı ağ rəngdə olub üzərində zavod üsulu ilə “Verbatim” sözü və qələmlə “28638” rəqəmləri həkk edilmişdir. Həmin diski kompyuterin disk oxunan hissəsinə keçirib diskdəki faylın açılmasını gözlədikdən sonra “X12” proqramı vasitəsilə həmin diskə yerləşdirilmiş fayllara baxmaq mümkün oldu. Diskdə 1 ədəd qovluq vardır, həmin qovluğun ad hissəsində “28638.zip” yazılmışdır. Həmin qovluğu açdıqda sms mətnləri olan 4 ədəd faylın və ad hissəsində “abuneciler.xlsx”, “antenna2018.xlsx”, “antenna2019.xlsx”, “antenna2020.xlsx” və “antenna2021.xlsx” yazısı olan fayllar vardır. Sms mətnləri olan fayllara daxil olduqda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı sms aşkar edilmədi. Ad hissəsində “abuneciler.xlsx” yazısı olan fayla daxil olduqda mobil nömrələr və həmin nömrələrin kimlərə məxsus olması barədə məlumatlar vardır. Ad hissəsində “503653644_SMS.txt” yazısı olan fayla daxil olduqda xx.xx.2021-ci il tarixdə Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrədən X2 istifadəsində olan ***-***- **-** mobil nömrəsinə “Yaşar zəng etmişdin dünən, yığıram eşitmədin” məzmunda sms gəldiyi görünür. Ad hissəsində “antenna2018.xlsx”, “antenna2019.xlsx”, “antenna2020.xlsx” və “antenna2021.xlsx” yazısı olan fayllara daxil olduqda Təqsirləndirilən şəxs adına olan ***- ***-**-** mobil nömrəsi ilə X2 adına olan ***-***-**-** mobil nömrəsi arasında danışıqlar olduğu görünür. Həmin zənglərdən görünür ki, mobil ***-***-**-** nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2019-cu il tarixdə, saat 15:03:00-cu dəqiqədə 212 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 15:21:42-ci dəqiqədə 26 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 13:48:25-ci dəqiqədə 85 saniyə, həmin tarixdə, saat 13:50:43-cü dəqiqədə 36 saniyə, həmin tarixə, saat 20:22:53-cü dəqiqədə 144 saniyə, həmin tarixdə, saat 20:39:23-cü dəqiqədə 578 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 19:37:42-ci dəqiqədə 568 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 15:17:03-cü dəqiqədə 45 saniyə, həmçinin eyni qaydada xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. Bundan başqa baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilmədi. Cinayət işinin 123-cü vərəqində olan Azərbaycan Respublikası Bakı Müharibə Əlil və X8 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin İctimai Birliyin Bakı şəhər şöbəsinin sədr müavini vəzifəsində çalışır, dövlət və QHT-lər tərəfindən təşkil olunan sosial layihələrdə yaxından iştirak etməklə, ümumilikdə iş yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 132-153-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 22 dekabr 2021-ci il tarixli qərardan görünür ki, X2 təqdim etdiyi Təqsirləndirilən şəxs ilə aralarında telefon danışıqlarını əks etdirən səs yazısının mövcud olduğu 1 ədəd CD disk, “Azercell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk, “Azerfon” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk, “Bakcell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işinin 183-184-cü vərəqələrində olan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 22 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin elektron informasiya sistemindən verilmiş xx.xx.2016-cı il tarixli xxxxxxx0003 nömrəli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik verilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 312 nömrəli, xx.xx.2021-ci il tarixli 71 nömrəli və xx.xx.2021-ci il tarixli, 18 nömrəli vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs müvafiq olaraq “Böyük Zəfər”, “Milli Ordu – 100” və “AVMVİB-25 il” medalları ilə təltif edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi tərəfindən təqdim edilmiş müxtəlif tarixli fəxti fərmanlar və tərifnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Gənc nəslin Hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində səmərəli fəaliyyətinə” görə dəfələrlə təltif edilmişdir. İİİ Yuxarıda tədqiq olunan sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməsi: Məhkəmə, Təqsirləndirilən şəxs istinad edilən əmələ qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, cinayət məsuliyyətinə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu cinayət əməlinə qiymət verilməsi baxımından kifayət edir. Hazırda da müdafiə tərəfinin öz müdafiəsi üçün gətirdiyi dəlillər verilmiş ittihamın həqiqiliyini aradan qaldıran hallar kimi çıxış etmir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən onun özünün qismən etirafedici ifadəsi, məhkəmə tərəfindən zərərçəkmiş şəxs qismində tanınmış şəxsin ifadəsi və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla, xüsusilə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş X2 təqdim etdiyi Təqsirləndirilən şəxs ilə aralarında telefon danışıqlarını əks etdirən səs yazısının mövcud olduğu 1 ədəd CD disk, “Azercell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk, “Azerfon” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk və “Bakcell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disklə təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). İV Cinayət əməlinin tövsifinə dair məhkəmənin mövqeyi və iş üzrə məhkəmənin gəldiyi nəticələrin hüquqi əsaslandırılması: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli qərarında qeyd olunur ki, təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətləri formalaşdırır, törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Təşkilatçı da məhz həmin cinayəti təşkil etmiş, təhrikçi həmin cinayətə icraçını təhrik etmiş, köməkçi isə həmin cinayətdə icraçıya kömək etmiş şəxs hesab olunurlar. Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarına əsasən Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Bundan başqa, həmin Qərara əsasən şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Həmin Qərara əsasən şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi – beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 24 oktyabr 2018-ci il tarixli qərarından da göründüyü kimi X6 Azərbaycan Respublikasının Müdafiəsi zamanı hərbi travma almışdır və buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 32.4,312.2-ci maddəsi ilə deyil, məhz 32.4,312.1-ci maddəsi ilə qiymətləndirilmişdir. Bununla belə, məhkəmə ibtidai istintaq orqanının X2 zərərçəkmiş şəxs qismində tanınmamasına dair mövqeyi ilə (i.v. 152) qətiyyən razılaşmayaraq həmin mövqeyin əsassız olduğunu bildirir. Əvvəla qeyd edək ki, hazırki iş üzrə yalançı vasitəçi kimi çıxış edən Təqsirləndirilən şəxs əməllərinin həm də dələduzluq kimi tövsif edilməsi nəzərə alınarsa qeyd etmək zəruridir ki, Cinayət Məcəlləsinin dələduzluğa görə məsuliyyət nəzərdə tutan 178.1-ci maddəsinin dispozisiyasının məzmunu, habelə Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinin birinci cümləsi onu göstərir ki, dələduzluqla bağlı cinayət işlərində əmlak zərərinin vurulması faktını müəyyən etmək üçün zərərçəkmiş şəxs mütləq müəyyən edilməlidir. Eyni zamanda, Ali Məhkəmənin Plenumunun 2015-ci il 11 iyun tarixli Qərarında dələduzluqla bağlı işlərdə zərərçəkmiş şəxsin məcburi iştirakına dair müddəalar bilavasitə təsbit olunmuşdur (məsələn, 3, 5, 7 və 8-ci bəndlər). Bu baxımdan nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə əsasən, şəxs rüşvət vermə əməlini könüllü olaraq müvafiq dövlət orqanına məlumat verdiyi təqdirdə o, cinayət məsuliyyətindən azad olunur. Belə olan halda isə həmin şəxsin dələduzluq cinayətində zərərçəkmiş şəxs kimi tanınmaması onun hüquqlarının qanuni əsas olmadan məhdudlaşdırılmasına gətirib çıxara bilər. Bu mövqe eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Qərarında da təsbit edilmişdir. Həmin Qərara əsasən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən, barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir. Bundan əvvəl istintaq və məhkəmə təcrübəsində formalaşan mövqeyə gəldikdə isə qeyd olunmalıdır ki, normanın mümkün olan bütün təfsiri variantları sırasından məhkəmələr yalnız konstitusiyaya uyğun olana üstünlük verməlidirlər. Əgər normanın təfsiri konstitusion norma və prinsiplərin pozulmasına gətirib çıxarırsa, onun konkret işə tətbiq olunması yolverilməzdir. Məhkəmə təcrübəsi, yalnız normanın konstitusion tələblərə uyğun gələn məzmununun müəyyənləşdirilməsinə imkan verən, hamı tərəfindən qəbul edilmiş qaydalara uyğun aparılmış təfsirinə əsaslanmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2022-ci il 9 mart tarixli Qərarı). Beləliklə, hazırki iş üzrə xx.xx.2021-ci il tarixdə ərizə ilə cinayət təqibi orqanına rüşvət vermə haqqında könüllü olaraq məlumat verən X2 barəsində istintaq orqanının xx.xx.2021-ci il tarixli qərarı ilə (i.v. 132-153) cinayət təqibinin başlanması rədd edildiyindən məhkəmə onun zərərçəkmiş şəxs qismində tanınmasını və müəyyən edilmiş prosessual təminatlardan istifadə etməsini mümkün və əsaslı hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli tam etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlarla tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən əməlindən peşmançılıq çəkməsini, onun Qarabağ müharibəsinin iştirakçısı olmasını və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xəsarət alaraq ikinci dərəcə əlil olmasını, onun şəxsiyyətini xarakterizə edən qeyri-hökumət təşkilatı çərçivəsində sosial əhəmiyyətli layihələrdə iştirak etməsini, dəymiş ziyandan 4.000 manat məbləğində ödəniş etməyə cəhd göstərməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların məcmusunu (Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşmançılıq çəkməsini, onun Qarabağ müharibəsinin iştirakçısı olmasını və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xəsarət alaraq ikinci dərəcə əlil olmasını, onun şəxsiyyətini xarakterizə edən qeyri-hökumət təşkilatı çərçivəsində sosial əhəmiyyətli layihələrdə iştirak etməsini, dəymiş ziyandan 4.000 manat məbləğində ödəniş etməyə cəhd göstərməsini) və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsin məhz azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsini məqsədəuyğun hesab edir. V İş üzrə yekun müddəalar: Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübut olan – X2 təqdim etdiyi Təqsirləndirilən şəxs ilə aralarında telefon danışıqlarını əks etdirən səs yazısının mövcud olduğu 1 ədəd CD disk, “Azercell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk, “Azerfon” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk, “Bakcell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) X6 məhkəmə baxışı zamanı mülki iddia verərək, 16.000 (on altı min) manat məbləğin mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasının təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər.». Beləliklə, məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirən şəxs Təqsirləndirilən şəxs 2018-ci ilin avqust ayının ortalarında Yaşar Şahgəldiyevin işlədiyi həmin ət kəsimi mağazasında ilkin olaraq 11.000 (on bir min) manat, 2018-ci ilin avqust ayının sonlarında qeyd edilən yerdə 5.000 (beş min) manat olmaqla, ümumilikdə 16.000 (on altı min) manat məbləğində Yaşar Şahgəldiyevə məxsus pul vəsaitini ələ keçirməsi öz təsdiqini tapmışdır. Bu səbəbdən mülki iddia təmin edilməli və təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 16.000 (on altı min) manat məbləğində vəsait tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X3 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin gəldiyi nəticələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarları, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – X2 təqdim etdiyi Təqsirləndirilən şəxs ilə aralarında telefon danışıqlarını əks etdirən səs yazısının mövcud olduğu 1 ədəd CD disk, “Azercell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk, “Azerfon” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk, “Bakcell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 16.000 (altı min) manat məbləğində vəsait tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) X3 xeyrinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-17/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-17/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver