Məhkəmə qərarları › İş №1(005)-17/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-17/2024

27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-17/2024 27.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx.xx.1981-ci ildə Bərdə rayonu Lənbəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Nizami rayonu Özbəkistan küçəsi ev 1, mənzil 49-da yaşayan, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-593/2024 saylı hökmü ilə 09 (doqquz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanan, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək 30 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 sifariş etdiyi 1 kvadrat metrinin dəyəri 11,2 manat olmaqla 1130 kvadrat metr ölçüdə 12656 manat dəyərində sinklənmiş büzməli dəmir örtüklər və 1 kvadrat metrinin dəyəri 9,2 manat olmaqla 632 kvadrat metr ölçüdə 5814,4 manat dəyərində süd rəngli büzməli dəmir örtükləri 10 gün ərzində yük avtomobilinə yükləməklə Oğuz rayonuna yola salacağını vəd edib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla həmin gün ərzində ümumilikdə 13715 (on üç min yeddi yüz on beş) manat məbləğində pulu Bakı şəhəri Nərimanov rayonu 2093-cü məhəllə, Əliəsgər Qayıbov küçəsində yerləşən «Həyat inşaat» mağazasında ələ keçirib Zərərçəkmiş şəxs1 13715 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 30 yanvar 2023-cü il tarixdə saat 12 radələrində ictimai yer hesab olunan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qarşısında Zərərçəkmiş şəxs2 icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin təmirinə xərclədiyi pulun geri ödənilməməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq kənar şəxslərin yanında ucadan nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs2 qarın nahiyəsindən təpik zərbəsi ilə bir dəfə və baş nahiyəsindən yumruq zərbəsi ilə 2-3 dəfə vurduqdan sonra başından tutub dartmaqla yerə yıxıb sürümüş və baş nahiyəsinə bir dəfə təpik zərbəsi vurmaqla ona ənsə nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi-hematoması, boyunun yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan boyun bağ aparatının gərilməsi, ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsək oynağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi-dirsək oynağının hemartrozu ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, eləcə də Zərərçəkmiş şəxs2 məxsus «Opel Astra» markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin kapotuna təpiklə qəsdən bir zərbə vuraraq avtomobilin kapotunun zədələnməsi nəticəsində sonuncuya 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü və 221.1ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, müxtəlif növ tikinti materiallarının satışını təşkil etməklə dolanışığını təmin edir. 16 yanvar 2019-cu il tarixdə notarial qaydada tərtib edilmiş icarə müqaviləsi əsasında Bakı şəhəri Nərimanov rayonu 2093-cü məhəllə, Əliəsgər Qayıbov küçəsində yerləşən 293.1 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin 23,7 kv.metrini aylıq 400 manat icarə haqqı müqabilində icarəyə götürüb oranı «Həyat inşaat» mağazası kimi işlətmiş və həmin mağazada müxtəlif növ tikinti materiallarının, xüsusən də dam örtüklərinin satışını təşkil etmişdir. Mağazada satılan tikinti materiallarını dam örtüklərini əsasən «Dərnəgül» bazarındakı topdansatış mağazalarından, eləcə də Bakı şəhəri və Abşeron rayonu ərazisində yerləşən dam örtükləri zavodlarından almış, aldığı materialların qiymətinin üzərinə bir qədər əlavə edib mağazada satmışdır. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, onu ilk dəfə 30 noyabr 2021-ci il tarixdə işlədiyi «Həyat inşaat» mağazasında görüb tanımışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 mağazaya müştəri kimi gəlmiş, yaşadağı, Oğuz rayonunda yerləşən evində təmir – tikinti işləri apardığını, bununla əlaqədar müxtəlif tikinti avadanlıqları və dam örtüyü almaq istədiyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 ondan 5850 manat dəyərində taxta, 5480 manat dəyərində penaplas və 490 manat dəyərində isti pol alıb ümumilikdə 11820 manat ödəniş etmiş və o da həmin materialları Zərərçəkmiş şəxs1 təhvil vermiş, Zərərçəkmiş şəxs1 aldığı materialları yük avtomobilinə yükləyib yola salmışdır. Zərərçəkmiş şəxs1 nağd aldığı materiallardan əlavə 1 kv.metrinin dəyəri 11,2 manat olmaqla 1130 kv.m ölçüdə, 12656 manat dəyərində sinklənmiş büzməli dəmir örtük və 1 kv.metrinin dəyəri 9,2 manat olmaqla 632 kv.m ölçüdə, 5814 manat dəyərində süd rəngli büzməli dəmir örtük sifariş etmişdir. Zərərçəkmiş şəxs1 sifariş etdiyi, qeyd olunan materiallar mağazada olmadığından aralarında belə razılaşmışlar ki, 5-10 gün ərzində həmin materialları hazırlayıb yük avtomobili ilə Oğuz rayonuna yola salsın, Zərərçəkmiş şəxs1 da sifariş etdiyi materialların pulunun bir hissəsini öncədən, qalanını da materialları təhvil aldığı gün ödəsin. Sifariş etdiyi 2 adda materiallara görə Zərərçəkmiş şəxs1 həmin gün hissə-hissə olmaqla ona 13715 (on üç min yeddi yüz on beş) manat ödəniş etmiş, qalıq borcu da 4850 (dörd min səkkiz yüz əlli) manat təşkil etmişdir. O, Zərərçəkmiş şəxs1 sifariş etdiyi mallardan axtarsa da tapa bilməmişdir. Dərnəgül bazarında dam örtüklərinin satışı ilə məşğul olan digər şəxslərlə maraqlandıqda onlarda da həmin mal olmadığı, Ukrayanadan idxal etmək istədiklərini, idxal etdikdən sonra ona da verə biləcəklərini bildirmişlər. Faktiki olaraq Elnurun sifarişini vəd etdiyi müddətdə icra edə bilməsə də onun özünə heç bir məlumat verməmişdir. Elnurdan aldığı 13715 manat pulun bir hissəsini icarə haqqı kimi Zərərçəkmiş şəxs2 ödəmiş, qalanını da şəxsi ehtiyaclarına xərcləmişdir. Bir dəfə onun sifariş etdiyi materiala oxşar materialları Elnura təklif etmiş, lakin Zərərçəkmiş şəxs1 razılaşmamış və öz sifariş etdiyi forma və ölçüdə materialları təhvil verməyini tələb etmişdir. Son olaraq o bildirmişdir ki, Zərərçəkmiş şəxs1 13715 manat pulu şəxsən özü almış və öz ehtiyaclarına, borclarına xərcləmişdir, ona vermiş olduğu vədi üzrlü səbəblərə görə yerinə yeritə bilməmişdir. Bundan başqa o bildirmişdir ki, icarə haqqını gecikdirdiyinə görə Zərərçəkmiş şəxs2 ilə münasibətləri pisləşmiş, obyektdə olduğu vaxt Nəsimi gəlmiş, obyektdə qalan mebel avadanlıqlarını da götürüb obyekti boşaltmağını tələb etmişdir. Nəsiminin bu cür danışmağı onu əsəbləşdirdiyindən əli ilə onun sinə nahiyəsindən itələmiş, Nəsimi də yerə yıxılmışdır. Bundan sonra həmin ərazidən uzaqlaşmışdır. Məhkənin sualına cavab olaraq o bildirmişdir ki, maddi çətinlik çəkməsi səbəbilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 vurmuş olduğu maddi ziyanı ödəyə bilmir. Lakin digər zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 vurulmuş ziyanı ödəmişdir, aralarında barışıq əldə olunmuşdur. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən biri ilə barışıq əldə etməsini, ailəsinin yeganə gəlir mənbəyi olmasının nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Oğuz rayonunda yerləşən evində tikinti işləri apardığına görə 30 noyabr 2021-ci il tarixdə “Dərnəgül” tikinti materialları bazarında Təqsirləndirilən şəxs işlətdiyi mağazaya müştəri qismində daxil olub ona 11820 manat nağd pul ödəməklə taxta, penaplas və isti pol materialları almış, həmin materialları yük avtomobilinə yükləyib Oğuz rayonuna yola salmışdır. Bundan başqa Təqsirləndirilən şəxs dəmir örtük sifariş etmişdir. Vüqar, həmin materialların hazırda onda olmadığını, 7-10 gün ərzində tapıb toplayacağını və yük avtomobili ilə Oğuz rayonuna yola salacağını bildirmişdir. 30 noyabr 2021-ci il tarixdə sifariş etdiyi dam örtüklərinə görə hissə-hissə olmaqla Təqsirləndirilən şəxs 13715 (on üç min yeddi yüz on beş) manat pul ödəmişdir. Təqsirləndirilən şəxs vəd etdiyi 10 gün müddət başa çatdıqda ona bir neçə dəfə zəng etsə də telefon zənglərinə cavab verməmişdir. Bu səbəbdən də bir neçə dəfə Təqsirləndirilən şəxs işlətdiyi mağazaya gedib özü ilə görüşmüş, Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanə gətirib qısa müddət ərzində sifariş etdiyi materialları çatdıracağını vəd etmişdir. Təqsirləndirilən şəxs materialları xx.xx.2022-ci il tarixə qədər təhvil verəcəyini bildirsə də həmin tarixdə, nə də sonrakı müddət ərzində Vüqar ona hər hansı material təhvil verməmiş, nə də pulunu qaytarmamışdır. Məhkəmənin sualına cavab olaraq o bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı heç bir məbləğdə ödəniş olunmamışdır. Təqsirləndirilən şəxsdən ona vurulmuş maddi ziyanı tam şəkildə tələb edir və ondan şikayətçidir. Həmçinin o mülki iddia ilə bağlı ərizəni məhkəməyə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 13715 manat məbləğində ziyanın və 132 manat məbləğində dövlət rüsumu olaraq ödənilmiş məbləğin tutularaq ona ödənilməsina dair ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 293.1 kv/m olan qeyri-yaşayış binası tam mülkiyyət üzrə ona məxsusdur, həmin qeyri-yaşayış sahəsini aylıq 400 manat icarə haqqı ödəmək şərti ilə xx.xx.2021-ci il tarixədək Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs qeyri-yaşayış sahəsini boşaldıb təhvil verməsi ilə bağlı məhkəmə qətnaməsi olmuşdur. 30 yanvar 2023-cü il tarixdə həmin ünvanın qarşısında olarkən Təqsirləndirilən şəxs onun ünvanına nalayiq söyüş işlədib qəfildən təpik zərbəsi ilə qarın nahiyəsinə vurmuşdur. Zərbə möhkəm olduğundan əlləri ilə qarın nahiyəsini tutub yerə çöməlmişdir. Vüqar isə sakitləşməmiş və yumruqla başına 2-3 zərbə vurmuşdur. Təqsirləndirilən şəxs başından tutub dartaraq onu yerə yıxmış, yerdə sürümüş və təpiklə bir dəfə başının arxa hissəsinə zərbə vurmuşdur. Ətrafa toplaşmış şəxslər çətinliklə də olsa Vüqarı ayırmışlar. Vüqar ondan uzaqlaşıb avtomobilinə yaxınlaşmış və ona məxsus «Opel» markalı, **-SE- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin kapotuna təpik zərbəsi ilə bir dəfə vurub əzmişdir. Bundan sonra o, DİN-in 102 Xidmətinə zəng vurub məlumat vermişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o, təqsirləndirilən şəxslə barışmış və ona vurulmuş 250 manat məbləğində maddi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələb yoxdur, gələcəkdə də olmayacaqdır. Bununla bağlı barışıq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 10 ildən çoxdur tanıyır, Nəsimi oradakı 2-3 obyektin sahibidir, münasibəti hər zaman normal olmuşdur. Təqsirləndirilən şəxs da gözətçilik etdiyi müddətdə tanımış, Təqsirləndirilən şəxs Nəsimiyə məxsus obyekti işlətmişdir. 30 yanvar 2023-cü il tarixdə günorta saat 12 radələrində gözətçi məntəqəsində olarkən səs küy eşitmişdir, çıxıb baxdıqda Vüqar Nəsiminin arasında mübahisə olduğunu, daha sonra Vüqar Nəsiminin ünvanına, eləcə də ailə üzvlərinin ünvanına çox nalayiq söyüşlər söyməyə başlamış və qəfildən təpik zərbəsi ilə Nəsimini yumuruqla vurmuşdur. Nəsimi yerə yıxılsa da Vüqar dayanmamış, onu vurmağa davam etmişdir. Həmçinin avtomobilinə zərbələr vurmuşdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 arasında baş vermiş münaqişə təxminən 10- 15 dəqiqə davam etmiş, hadisəni ondan və bazarda işləyən Elşən Babayevdən başqa yoldan keçən tanımadığı şəxslər görmüşdür. Məhkmənin sualına cavab olaraq bildirmişdir ki, Nəsiminin vüqarı vurmasını və ona təhqiredici ifadələr işlətdiyini görməmişdir. Məhkəmə iclasında dinridilmiş şahid X1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, 2093-cü məhəllə Ələsgər Qayıbov küçəsində yerləşən qeyri-yaşayış binasının bir hissəsini notarial qaydada bağlanmış icarə müqaviləsi əsasında Zərərçəkmiş şəxs2 icarəyə götürmüşdür. Həmin sahədə o, vergilər nazirliyindən VÖEN almaqla sahibkar kimi Təqsirləndirilən şəxs ilə birlikdə fəaliyyət göstərmiş və orada “Həyat İnşaat” dam örtükləri mağazasını işlətmişlər. Zərərçəkmiş şəxs1 onun satıcı işlədiyi mağazaya gəlmiş və mağazada satılan mallara baxaraq alış etmək qərarına gəlmiş, ümumilikdə 25.000 manat dəyərində mal almağa razı olmuşdur. O, Elnurdan 11820 manat nağd pul almış, həmin qiymətdə taxta, peneplas və isti pol materiallarını ona satmışdır. Həmin malları Elnur mağazadan yük maşınına yığaraq ordan uzaqlaşmışdır. Həmin gün Elnur aldığı mallardan əlavə 13715 manatlıq dam örtüyü də almış, dam örtüklərinə baxıb seçim etdikdən sonra qiymətdə razılıq əldə olunmuşdur. Nümunə üçün baxıb seçdiyi dam örtükləri həmin vaxt mağazada olmadığı üçün Vüqar Elnura bildirmişdir ki, seçdiyi dam örtükləri 10-15 günə gələcəkdir. Bununla razılaşan Elnur hissə-hissə olaraq 13715 manat pulu ödəmişdir. Lakin materiallar gəlmədiyinə görə bu Elnurun sifariş verdiyi dam örtüklərini təhvil verə bilməmişlər. Zərərçəkmiş şəxs1 dam örtüyünə görə ödədiyi 13715 manat məbləğində puldan ona heç nə çatmamışdır. Məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə aralarında mübahisə olduğunu və sonuncunun onu döyərək xəsarət yetirməsi barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi ilə bağlı xx.xx.2023cü tarixli protokol və fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında yaranan mübahisə zəminində sonuncu zərərçəkmişə ünvan 8 ünvanın qarşısında baş vermişdir. Məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Əbdülkərim oğlu polis orqanlarına ərizə ilə müraciət edərək dam örtüklərinin sifarişi ilə bağlı Təqsirləndirilən şəxs verdiyi 13715 manat pulu Təqsirləndirilən şəxs tərəfindən qaytarılmır. Qaytarılması ilə bağlı ünvana yaxınlaşdıqda isə ona hücum etdiyini və pulu qaytarmayacağını bildirmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X6 sağlamlığa zərərvurmanın təyini ilə bağlı xx.xx.2023-cü il tarixli, 98 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlər ənsə nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi-hematoması, boyunun yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan, boyun bağ aparatının gərilməsi, ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsək oynağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi-dirsək oynağının hemartrozu-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/1994 nömrəli rəyindən görünür ki, nəzərə hesablama yolu ilə “H.Z.Tağıyev adıına xüsusi kiçik müəssisənin nəzdində olan avtoservis” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ziyan aktına əsasən 2006-cı il buraxışlı “Opel Astara” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 200,00 manat müəyyən edilir. Məhkəmə baxışında tədqiq edilmiş “Axtarışda olan şəxsin tutulması haqqında” 30 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılmışdır. Məhkəmə baxışında tədqiq edilmiş “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi” barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi və əməlinin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs X3 məxsus “Opel Astara” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərində hadisəinin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsində kömək etdiyindən iş üzrə maddi sübut hesab edilmiş, həmçinin məhkəmə-tibbi, məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyləri, xx.xx.2021-ci il tarixli nömrəsi qaimə-faktura və istintaq hərəkətlərinin protokolları işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamladığı üçün iş üzrə sübut növü kimi qəbul olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il, 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli qərarın ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 221.1-ci maddələri ilə təqsirləndirləməsinə dair ********* və ********* nömrəli materiala Azərbaycan Respublikası Cinayət Poressual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdi. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirləməsinə dair cinayət işinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1ci maddəsi tətbiq edilərək cinayət məsuliyyətinə xitam verilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirləməsinə dair cinayət işinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43-cü maddəsi tətbiq edilərək cinayət məsuliyyətinə xitam verilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-120/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixindən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-1272/2024 saylı qərarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-120/2024 saylı hökmü dəyişdirilərək, X4 təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etməə cəzası azaldılaraq ona 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-593/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-120/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-1272/2024 saylı qərarı ilə azaldılmış 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 25 noyabr 2023-cü il tarixdən 26 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 17 yanvar 2024-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət, ümumilikdə 03 (üç) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 09 (doqquz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmədə tədqiq edilən Zərərçəkmiş şəxs2 təqdim etmiş olduğu xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmədə tədqiq edilən Zərərçəkmiş şəxs1 təqdim etmiş olduğu mülki iddia ilə bağlı ərizəsindən görünür ki, mülki cavabdeh Təqsirləndirilən şəxs ona vurulmuş maddi zərərin əvəzi olaraq, 13 715 (on üç min yeddi yüz on beş) manat məbləğində pul vəsaitinin, mülki iddia verilməsi üçün ödənilmiş 132 (yüz otuz iki) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, Təqsirləndirilən şəxs özünü Zərərçəkmiş şəxs1 işgüzar şəxs kimi təqdim edərək ona ümumi məbləği 13715 manat təşkil edən tikinti materialı satması ilə bağlı verdiyi vədi, həmçinin digər Zərərçəkmiş şəxs2 ictimai yer hesab olunan qeyri-yaşayış sahəsinin qarşısında nalayiq ifadələrlə təhqir edərək ona zor tətbiq etməsi, habelə özgənin əmlakını zədələməklə müşahidə olunan qərəzli hərəkətlər etməsi ilə bağlı irəli sürdüyü dəlillərə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqında kifayət qədər sübutlarla, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiq olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4 və 221.1-ci maddələri ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsindəki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ödəmiş olduğu 13.715 manat müqabilində tikinti materiallarının Ukrayanadan idxal etmək mümkün olmadığından təmin edə bilməməsi, həmçinin digər Zərərçəkmiş şəxs2 aralarında baş verən mübahisə zamanı yalnız əli ilə itələyib yerə yıxması, ona və avtomobilinə heç bir zərbə yetirməməsi ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünün ifadəsində Zərərçəkmiş şəxs1 dam örtükləri gətirəcəyi vədi ilə pul almasını və daha sonra həmin pul məbləğini şəxsi ehtiyaclarına xərcləməsini etiraf etməsi, eləcə də Zərərçəkmiş şəxs2la ictimai yerdə mübahisə olunmasını və onu itələməsi ilə bağlı etirafedici ifadəsi, həmçinin məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahid ifadələri, cinayət işinin materiallarında olan protokollardan, məhkəmə istintaqı zamanı əldə edilərək tədqiq edilmiş sübutlar və işdə olan digər istintaq sənədləri ilə Təqsirləndirilən şəxs tikinti materiallarının idxal etmək mümkün olmadığından təmin edə bilməməsi və xuliqanlıq niyyətinin olmaması və avtomobilə heç bir zərbə yetirməməsi ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tam təkzib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci banədinə əsasən Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2022-ci il tarixli Plenumunun Qərarına əsasən cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Cinayət məsuliyyəti cinayət törətmiş şəxsin dövlət adından mühakimə edilməsini, təqsiri müəyyən edilmiş şəxslərə cəza və digər dövlət-məcburiyyət tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur ki, bu da ictimai münasibətlərin qorunmasında, cinayətlərin qarşısının alınmasında, cəmiyyət üzvlərinə çəkindirici təsirin göstərilməsində mühüm vasitə rolunu oynayır. Bundan başqa həmin qərarda göstərilmişdir ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi ilə məhdudiyyətin tətbiq edilməsi, yəni şəxsin müvafiq qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilə bilməsinin müəyyənləşdirilməsi şəxsin məhdudiyyətsiz şəkildə məsuliyyətdən azad edilməsinin qarşısını alır ki, burada da məqsəd cəmiyyətdə cəzasızlıq və məsuliyyətdən yayınmağın mümkünlüyü hissinin yaranmasının qarşısını almaq, məsuliyyətdən azad etmə institutunun tətbiqi zamanı Cinayət Məcəlləsinin qarşısında duran vəzifələrə mütənasibliyi qoruyub saxlamaqdır. Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinə əsasən bir dəfə cinayət məsuliyyətindən azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs zərəçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 vurmuş olduğu maddi ziyanı tam ödəməsini, onunla barışmasını, əməlini qismən etiraf etməsini və peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qanunvericiliyə əsasən cəzanı ağırlaşdıran hallar olmasa da onun əvvəllər eyni məzmunlu cinayət əməli törətməsinə baxmayaraq, yenidən eyni xarakterli cinayət törətməsi onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli və şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə cəza təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-593/2024 saylı hökmü ilə təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona azadlıqdam məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 25 noyabr 2023-cü il tarixdən 26 noyabr 2023:cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 30 avqust-01 sentyabr 2022-ci il tarixədək tutulduğu 2 gün müddət, 17 yanvar 2024-cü il tarixdən 18 yanvar 2024cü il tarixədək tutulduğu 01 (bir) gün müddət və ümumilikdə 05 (beş) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan 12 mart 2024-cü il tarixdən hesablanmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan başqa, məhkəmə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ümumilikdə Zərərçəkmiş şəxs1 13.715 (on üç min yeddiz yüz on beş) manat məbləğində ziyan vurmuş və heç bir məbləğ zərərçəkmiş şəxsə geri qaytarılmamışdır. Zərərçəkmiş şəxs1 tərəfindən isə mülki iddia ərizəsində 13.715 (on üç min yeddiz yüz on beş) manat ziyan qeyd edilmiş və həmin məbləğə uyğun 132 (yüz otuz iki) manat məbləğində rüsum ödənmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 221.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün bu əməlin törədilməsi ilə əlaqədar mülki iddiaçıya vurduğu maddi ziyan onun tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia tam təmin olunmalı, mülki iddiada qeyd olunmuş maddi ziyana görə zərərçəkmiş Zərərçəkmiş şəxs1 13.715 (on üç min yeddiz yüz on beş) manat, həmçinin dövlət rüsumu üçün ödənilmiş 132 (yüz otuz iki) manat məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə dair tələbi əsaslıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli manat) pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından görə “Femida” Vəkil Bürosunun hesabına və Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 90 (doxsan) saata görə 540 (beş yüz qırx) manay Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından görə 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 02 (iki) il, 09 (doqquz) ay müddətinə, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3 (üç) il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-593/2024 saylı hökmü ilə təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 30 avqust 2022-ci il tarixdən 01 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, 25 noyabr 2023-cü il tarixdən 26 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 17 yanvar 2024-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət və ümumilikdə 05 (beş) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il, 05 (beş) ay, 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 12 mart 2024-cü il tarixdən hesablansın. İş üzrə mülki iddia tam təmin edilsin. Maddi ziyana görə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 13.715 (on üç min yeddiz yüz on beş) manat, həmçinin dövlət rüsumu üçün ödənilmiş 132 (yüz otuz iki) manat, ümumilikdə 13.847 (on üç min səkkiz yüz qırx yeddi) manat məbləğin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saata görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq “Femida” Vəkil Bürosunun hesabına və Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 90 (doxsan) saata görə 540 (beş yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar