Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-170/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümyəndəsi - Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1972-ci ildə Ermənistan Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında pasport qeydiyyatında olan, ünvan 2 mənzil 115 ünvanında kirayədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin omakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə və onu Müdafiə Sənayesi Nazirliyinin tabeçiliyində olan İqlim Elmi-İstehsalat Müəssisəsinin və ya Alov zavodunun direktoru vəzifəsinə və ya həmin Nazirlikdə Aparat rəhbərinin müavini vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib aldadaraq, 2019-cu ilin iyun ayının sonlarında ünvan 3 ünvanının qarşısında 35.000 (otuz beş min) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edib bildirmişdir ki, o, 2018-ci ilin may ayından etibarən X4 məxsus olan, ünvan 4 ünvanında kirayədə yaşamağa başlamışdır. Aralarında olan razılaşmaya əsasən o, həmin mənzildə kirayə qalmaq üçün Zərərçəkmiş şəxs əvvəlcə aylıq 600 manat, bir müddət sonra isə 500 manat pul ödəməyə başlamışdır. O, Zərərçəkmiş şəxsla tanışlıq zamanı özünü İlham Abbasov kimi təqdim etmişdir. Ümumiyyətlə son bir neçə il ərzində tanış olduğu bütün insanlara, hətta birlikdə yaşadığı Şahid belə özünü İlham Abbasov kimi təqdim etmişdir. O, Zərərçəkmiş şəxs mənzilində kirayədə qaldığı müddət ərzində yaxın münasibətləri yaranmış və Arif müəllim ona etibar etməyə başlamışdır. Tanışlıqları zamanı o, Zərərçəkmiş şəxs heç bir yerdə işləmədiyini, maddi imkanının pis olmasını, lakin yaxın vaxtlarda hər hansı bir vəzifəyə təyin olunacağını bildirmişdir. Buna görə də Zərərçəkmiş şəxs ona müxtəlif vaxtlarda bir neçə dəfə, hər dəfə 500-1.000 manat civarında təxminən 10.000 manat məbləğində borc pullar vermişdir. 2019-cu ilin təxminən yanvar ayında Zərərçəkmiş şəxs ona, Bakı şəhərindəki Universitetlərdən hər hansı birinə prorektor vəzifəsinə işə düzəlmək istəməsini bildirmişdir. O, da Zərərçəkmiş şəxs yüksək vəzifələrdə çalışan tanışlarının olmasını, çalışıb onu istədiyi vəzifəyə təyin etdirəcəyini bildirmiş, lakin bununla bağlı pula ehtiyacın olacağını demişdir. Zərərçəkmiş şəxs da ona, pulla bağlı heç bir problemin olmayacağını bildirmişdir. Əslində isə onun Təhsil sahəsində hər hansı bir yüksək vəzifədə işləyən tanışı olmamış, sadəcə olaraq pula ehtiyacı olduğundan bu yolla Zərərçəkmiş şəxs pul almaq qərarına gəlmişdir. Bundan bir neçə gün sonra o, Zərərçəkmiş şəxs, guya hansısıa vəzifəli tanışı ilə danışmağını, onun Bakıdakı Universtetlərdən birinə prorektor vəzifəsinə təyin olunacağını, bununla bağlı təcili olaraq 10.000 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs da ona inanaraq 2019-cu ilin yanvar ayında ona 10.000 ABŞ dolları məbləğində pul vermişdir. 2019-cu ilin aprel ayında o, Zərərçəkmiş şəxsla əlaqə saxlayaraq ona borca 3.000 ABŞ dolları məbləğində pul lazım olduğunu bildirmiş və Arif müəllim də razılaşaraq ona həmin məbləğdə borca pul vermişdir. Bununla yanaşı həmin vaxta qədər o, təxminən 5-6 ay olarmış ki, Zərərçəkmiş şəxs kirayə pulunu da ödəmirmiş. Artıq 2019-cu ilin aprel ayında o, vaxtın xeyli uzanmasını, Zərərçəkmiş şəxs aldığı pulların qarşılığında ona verdiyi vədlərin heç birinə əməl edə bilməyəcəyini, yaxın vaxtlarda Arif müəllimin ondan nəticə tələb edəcəyini başa düşüb onun evindən çıxmaq qərarına gəlmişdir. Buna görə də o, 2019-cu ilin aprel ayında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində başqa bir kirayə mənzil tapmış və Zərərçəkmiş şəxs məlumat vermədən qəflətən bütün əşyalarını götürüb Şahid ilə birlikdə həmin mənzilə köçmüşdür. O, qabaqcadan Zərərçəkmiş şəxs aldadıb ondan pul almaq niyyətində olduğu üçün, ondan aldığı pulları qaytara bilməyəcəni və verdiyi vədlərə əməl edə bilməyəcəni bildiyi üçün gələcəkdə Zərərçəkmiş şəxs onu tapa bilməməsi üçün özünü İlham Abbasov kimi təqdim etmişdir. Söhbət əsnasında həqiqətən də Zərərçəkmiş şəxs Müdafiə Nazirliyinin vasitəsi ilə özünə iş qurmaq istəməyini, yəni konkret olaraq hansısa bir vəzifəyə təyin edilmək deyil sadəcə olaraq həmin nazirlik vasitəsi ilə tenderlərə qoşulub iş qurmaq istəməyini bildirmiş, lakin həmin işlə bağlı Zərərçəkmiş şəxs hər hansı bir məbləğdə pul almamışdır. Həmçini bildirmişdir ki, hazırda Zərərçəkmiş şəxs 34000 manat borcu var. Həmin borcu azadlığa buraxılacağı təqdirdə tam olaraq ödəyəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, X3 rektor müşaviri vəzifəsinə çalışır, Azərbaycan Dövlət İqtisad Universitetinin professorudur və iqtisad elmləri doktorudur. Təqsirləndirilən şəxs ilə 2018-ci ilin iyun ayında tanış olmuşdur. Belə ki, o, özünə məxsus olan, Nərimanov rayonu. Azadlıq prospekti, ev 116 ünvanında yerləşən 175 saylı mənzili kirayə verirmiş və 2018-ci ilin iyun ayında da Təqsirləndirilən şəxs ona müraciət edərək, ailəsi ilə birlikdə həmin mənzildə kirayədə yaşamaq istəməsini bildirmişdir. Tanışlıqları zamanı Təqsirləndirilən şəxs özünü ona İlham Abbasov kimi təqdim etmişdir. Tanışlıqdan sonra o, özünə məxsus mənzili aylıq 500 manata Təqsirləndirilən şəxs kirayə vermişdir. Həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs həyat yoldaşı kimi təqdim etdiyi Şahid ilə birlikdə onun mənzilində yaşamağa başlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs onunla çox yaxın münasibət yaratmağa başlamış və aralarında səmimi dostluq münasibətləri yaranmışdır. Ümumi söhbət əsnasında Təqsirləndirilən şəxs ona, əvvəllər müxtəlif vəzifələrdə çalışmasını, hazırda müvəqqəti olaraq işsiz olmasını, lakin hələ də ölkənin yüksək vəzifələrində çalışan məmurları ilə yaxın münasibətlərinin olmasını, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi ilə münasibətinin olmasını, qısa zaman ərzində həmin xidmətdə yaxşı vəzifələrdən birinə təyin olunacağını bildirirmiş. 2018-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs onunla görüşərək sevincli şəkildə ona, Dövlət Təhlükəsizlik Xidmətində şöbə rəisi vəzifəsinə təyin olunduğunu bildirmiş, hətta buna dair vəsiqə də göstərmiş və yaxın zamanlarda daha yüksək vəzifəyə təyin olunacağını bildirmişdir. Hətta həmin ərəfədə o, Təqsirləndirilən şəxs söylədiklərinin həqiqət olduğuna inanaraq ona 500 manat dəyərində kostyum, köynək və qalstukdan ibarət geyim dəsti də alaraq hədiyyə etmişdir. Bir müddətdən sonra Təqsirləndirilən şəxs tez-tez onunla görüşərək tezliklə X6 müavini vəzifəsinə təyin olunacağını bildirirmiş. Həmin ərəfədə Təqsirləndirilən şəxs ona bildirmişdir ki, nazir müavini təyin olunduqdan sonra onu X10 ilə görüşdürəcək və həmin nazirlikdə yaxşı vəzifəyə təyin etdirəcəkdir. Təqsirləndirilən şəxs təklifi onu maraqlandırdığı üçün və onun həqiqətən də X10 ilə münasibətlərinin olmasına, eləcə də yaxın müddətdə həmin nazirin müavini vəzifəsinə təyin olunacağına inandığı üçün onun təklifi ilə razılaşmaq qərarına gəlmiş və bunun üçün ondan nə tələb olunduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, əgər ona 50.000 manat pul versə özü X6 müavini təyin olunduqdan sonra onu həmin Nazirliyin tabeçiliyində olan İqlim Elmi- İstehsalat Müəssisəsinin və ya Alov zavodunun direktoru vəzifəsinə və ya Nazirlikdə Aparat rəhbərinin müavini vəzifəsinə təyin etdirə bilər. Bununla yanaşı Təqsirləndirilən şəxs ona bildirmişdir ki, əgər onun öz işi alınmasa belə verdiyi pulun qarşılığında onu Universitetlərdən birinə prorektor vəzifəsinə təyin etdirəcəkdir. O, isə Təqsirləndirilən şəxs, həmin məbləğdə pul verməyə maddi imkanının olmadığını, hələlik 35.000 manat pul düzəldə biləcəyini bildirmiş və vəzifəyə təyin olunduqdan sonra qalan pulu hissə-hissə verməyini təklif etmişdir. Təqsirləndirilən şəxs onun təklifi ilə razılaşmışdır. 2019-cu ilin iyun ayının sonlarında, hazırda tarixini dəqiq xatırlamadığı günlərin birində o, özünə məxsus olan və Təqsirləndirilən şəxs kirayə verdiyi ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs 35.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs həmin pulu ondan qəbul etdikdən sonra bildirmişdir ki, o, xx xxxx 2019-cu il tarixdə X6 müavini vəzifəsinə təyin olunacaqdır, təyinatından bir neçə gün sonra ona verdiyi vədinə əməl edərək onu nazir ilə görüşdürəcək və həmin nazirlikdə yüksək vəzifələrdən birinə təyin etdirəcəkdir. Bir neçə gün sonra, yəni iyul ayının əvvəllərində o, Təqsirləndirilən şəxsla görüşərək işlərin nə yerdə olduğu ilə maraqlanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ona, özünün vəzifəyə təyin olunma məsələsinin bir qədər yubandığını, lakin qısa müddət ərzində işlərin qaydasına düşəcəyini, Nazir müavini vəzifəsinə təyin olunacağını və bundan sonra mənə verdiyi vədə əməl edəcəyini bildirmişdir. Hətta həmin ərəfədə Təqsirləndirilən şəxs iki dəfə ona, Müdafiə Sənayesi Nazirliyinin inzibati binasının qarşısında görüş təyin etmiş, o, hər dəfə həmin ünvana gəldikdən sonra gözlərinin önündə həmin Nazirliyin inzibati binasından çıxaraq onunla görüşmüş və ona, şəxsən X10 ilə görüşdən gəlməsini, yaxın günlərdə işlərin həll olunacağını bildirmişdir. Bundan başqa həmin ərəfədə Təqsirləndirilən şəxs ona bildirmişdir ki, X10 ilə görüşə gedərkən hər hansı bir hədiyyə almaq lazımdır və bununla bağlı onu Mərkəzi Univermağa apararaq 5.000 manat dəyərində qızıl-zinyət əşyası aldırmışdır. Həmin qızıl-zinyət əşyaları hal-hazırda da onun özündədir. Bütün bunlar onda Təqsirləndirilən şəxs qarşı inam və etibar yaratmışdır. Lakin artıq 2019-cu ilin iyul ayının sonunun yaxınlaşmasına baxmayaraq Təqsirləndirilən şəxs verdiyi vədlərin heç birinə əməl etməmiş və bu hal onu narahat etməyə başlamışdır. Həmin ərəfədə Təqsirləndirilən şəxs da onunla əvvəllər olduğu kimi tez-tez görüşmürmüş, əksinə görüşlərdən yayınırmış. O, artıq Təqsirləndirilən şəxs hərəkətlərindən şübhələnməyə başladığı üçün onunla əlaqə saxlayaraq aldığı pulu geri qaytarmasını tələb etməyə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ona söz vermişdir ki, ən geci xx xxxxxx 2019-cu il tarixədək ondan aldığı 35.000 manat pulu tam şəkildə geri qaytaracaqdır. Lakin xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ona zəng etməmiş və onun zənglərinə də cavab verməmişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs ondan kirayə götürüb yaşadığı mənzilə getmiş, lakin qapını açan olmamışdır. Həmin vaxt qonşular ona bildirmişlər ki, artıq bir neçə ay olar ki, onun mənzilində heç kim yaşamır. Artıq həmin vaxt o, başa düşmüşdür ki, Təqsirləndirilən şəxs qabaqcadan onu aldatmaq niyyətində olduğu üçün və bunu başa düşdüyü zaman onu tapa bilməməyi üçün mənzilindən çıxaraq başqa ünvana köçmüşdür. O, bir neçə gün Təqsirləndirilən şəxs axtardıqdan sonra nəhayət taparaq mənzilin açarlarını təhvil almışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ona söz vermişdir ki, qısa müddət ərzində Daşkəsən rayonu, Xoşbulaq qəsəbəsində yerləşən torpaq sahəsini satıb onun pulunu qaytaracaqdır. Lakin həmin vaxtdan sonra Təqsirləndirilən şəxs yenə də ondan gizlənməyə başlamış və pulunu qaytarmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs onun evində kirayədə qaldığı ərəfədə 4 ayın kirayə haqqı olan 2.000 manat pulunu da ödəməmişdir. Sonradan Təqsirləndirilən şəxs telefonunu söndürərək tamamilə onunla olan əlaqəsini kəsmişdir. Bu səbəbdən o, xx xxxxxxxx 2019-cu il tarixdə Nərimanov rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin vaxta qədər o, hələ də Təqsirləndirilən şəxs adının İlham Abbasov olduğunu düşünürmüş. Artıq polis idarəsində araşdırma aparıldığı dövrdə ona məlum olmuşdur ki, özünü İlham Abbasov kimi təqdim edən şəxsin əsl adı Təqsirləndirilən şəxsdur və o, heç bir vaxt DTX-də və ya hər hansı bir digər yüksək vəzifədə çalışmamışdır. Sonda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək barəsində ən sərt cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı şahid Şahid vermiş olduğu ifadədən aydın olur ki, o, Təqsirləndirilən şəxs ilə 2014-cu ildə Tovuz rayonunda tanış olmuşdur. Tanışlıqdan sonra aralarında münasibət yaranmış və qeyri-rəsmi olaraq birlikdə yaşamağa başlamışlar. Tanışlıqları zamanı Təqsirləndirilən şəxs ona, hərbiçi olduğunu bildirmiş, lakin o, Təqsirləndirilən şəxs konkret olaraq hansı orqanda çalışmasını, hansı rütbəni daşımasını bilməmişdir. Hətta onlar yeni tanış olanda Təqsirləndirilən şəxs ona, özünü İlham kimi təqdim etmişdir. Bir neçə il birlikdə yaşadıqdan sonra o, Təqsirləndirilən şəxs əsl adsoyadını bilmişdir. 2015-ci ildə Təqsirləndirilən şəxs onu və qızı Günel Hümbətovanı Bakı şəhərinə gətirmiş və onlar Nizami rayonu, Qara-Qarayev prospektində kirayə mənzildə yaşamağa başlamışlar. 2018-ci ilin may ayında onlar ünvan 4 ünvanına kirayə köçmüşlər və orada yaşamağa başlamışlar. Həmin mənzilə köçəndən sonra ona məlum olmuşdur ki, mənzilin sahibi Zərərçəkmiş şəxsdur. Onlar Zərərçəkmiş şəxs hər ay 500 manat ödəmək şərti ilə razılaşıb mənzili kirayə götürmüşlər. Həmin mənzildə yaşadıqları müddət ərzində də o, Təqsirləndirilən şəxs harada işləməsini, nə işlə məşğul olmasını bilməmişdir. Təqsirləndirilən şəxs nadir hallarda evdən çıxırmış, demək olar ki, bütün günü evdə olurmuş və tez-tez spirti içkilər qəbul edirmiş. O, Təqsirləndirilən şəxs bunun səbəbini soruşanda isə ona, təqaüdə çıxmasını və yaxşı təqaüd almasını bildirirmiş. 2019-cu ilin aprel ayında Təqsirləndirilən şəxs ona, başqa mənzilə köçməli olduqlarını bildirmiş, lakin səbəbini izah etməmişdir. Bundan sonra onlar əşyalarını da yığaraq Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən, nömrəsini bilmədiyi binanın 26 saylı ünvanına köçüb orada kirayədə yaşamağa başlamışlar. xx xxxxxxx 2019-cu il tarixdə bacısı Elnarə Qasımovanın deməsinə əsasən ona məlum olmuşdur ki, Nərimanov rayon polis idarəsinin əməkdaşları Zərərçəkmiş şəxs şikayəti ilə bağlı Təqsirləndirilən şəxs axtarırlar. O, bu barədə Təqsirləndirilən şəxs soruşmuş, Təqsirləndirilən şəxs isə ona, bütün bunların ona aidiyiyyatının olmadığını demişdir. O, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında olan danışıqların, razılaşmaların şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqıında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaqı aparılması üçün icraata götürülmüşdür. Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir. Əməlin tövsif edilməsi haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə ibtidai istintaq davam etdirilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan edilməsi haqqında qərara, eləcə də X5 zərərçəkmiş şəxs qismində tanınmasına və həmin fakta görə başlanmış ********* nömrəli cinayət işinə xitam verilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki,Bakı şəhəri Yasamal RPİ-nin müstəntiqi polis mayoru Elnur Vəliyevin cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2018-ci il tarixli qərarı qanunsuz olduğundan ləğv edilmiş, Nərimanov RPİ-nin İŞ-də Təqsirləndirilən şəxs barəsində toplanmış material Yasamal RPİ-nin İŞ-də istintaq olunmuş ********* nömrəli cinayət işinə birləşdirilməklə tam, hərtəfli və obyektiv istintaqın bir icraatda Nərimanov RPİ-nin İstintaq Şöbəsində aparılmasının təmin edilməsi üçün ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2019-cu il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib şərti maliyyə vahidinin 3000 misli miqdarında cərimə olunmuşdur. xx.xx.2008-ci il tarixdə cəriməni tam ödəmişdir. Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və onun Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. “Sübutların qiymətləndirilməsi və cinayət təqibinə hissəvi xitam verilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş xx xxxx 2020-ci il tarixli ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs 2015-ci ilin avqust ayının sonlarında X7 qarşı törətdiyi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaqla cinayət məsuliyyətinə cəlb edilmə müddətinin keçməsini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən həmin hissə üzrə barəsində cinayət təqibinə hissəvi xitam verilməsi qərara alınmışdır. Azərbaycan respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 17/403337 nömrəli, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs xx.xx.2020ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2020-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 35000 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, habelə şahidin məhkəmə iclasında elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək 2018-ci ilin may ayından 2019-cu ilin aprel ayınadək müddət ərzində Zərərçəkmiş şəxs evində kirayədə yaşamasını, bu müddət ərzində Zərərçəkmiş şəxs hissə-hissə, hər dəfə 500-1.000 manat civarında olmaqla 10.000 manat borc pul almasını, bundan sonra 2019-cu ilin yanvar ayında Zərərçəkmiş şəxs 10.000 ABŞ dolları məbləğində pul alaraq həmin pulun əvəzində Zərərçəkmiş şəxs, guya yüksək vəzifədə işləyən tanışlarının vasitəsi ilə onu Bakı şəhərindəki universitetlərdən birinə prorektor vəzifəsinə təyin etdirəcəyini vəd etməsini, sonuncu dəfə isə Zərərçəkmiş şəxs 2019-cu ilin aprel ayında borc olaraq 3.000 ABŞ dolları məbləğində pul almasını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin bu ifadəsinə tənqidi yanaşır və həmin ifadənin onun tərəfindən məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilməsi kimi qiymətləndirir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərər çəkmiş şəxsin ifadəsi, zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolu və və cinayət işinin digər materialları ilə tam təqzib edilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində, o cümlədən Təqsirləndirilən şəxsla ibtidai araşdırma müddətində keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı göstərmişdir ki, 2019-cu ilin iyun ayının sonlarında Təqsirləndirilən şəxs ona, özünün xx xxxx 2019-cu il tarixdə X6 müavini vəzifəsinə təyin olunacağını, təyinatından bir neçə gün sonra onu həmin nazirliyin tabeçiliyində olan İqlim Elmi-İstehsalat Müəssisəsinin və ya Alov zavodunun direktoru vəzifəsinə və ya Nazirlikdə Aparat rəhbərinin müavini vəzifəsinə təyin etdirəcəyini, əgər öz işi alınmasa belə verdiyi pulun qarşılığında onu Bakı şəhərindəki universitetlərdən birinə prorektor vəzifəsinə təyin etdirəcəyini vəd etmiş və məhz bununla bağlı o, 2019-cu ilin iyun ayının sonlarında özünə məxsus ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs 35000 manat pul vermişdir. Bundan başqa məhkəmə istintaqı zamanı eləcə də müəyyən edilmişdir ki, tanışlıqları zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əsl ad və soyadını gizlədərək özünü İlham Abbasov kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində həmin halı təsdiq etmiş və qabaqcadan Zərərçəkmiş şəxs aldadıb ondan pul almaq niyyətində olduğu üçün, aldığı pulları qaytara bilməyəcəyini və verdiyi vədlərə əməl etməyəcəyini bildiyinə görə gələcəkdə Zərərçəkmiş şəxs onu tapa bilməməsi üçün özünü İlham Abbasov kimi təqdim etməsini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutma altında saxlanıldığı 2 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Namazov X8 Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu gündən, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı (CPM- 158.2.1., 158.6), ibtidai istintaq müddətində həbsdə saxlanıldığı 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı (CM-69.3.), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa, məhkəmə zərərçəkmiş şəxsin nümayəndəsi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki-prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda baxılmamış saxlanılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutma altında saxlanıldığı 2 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Zərərçəkmiş şəxs nümayəndəsi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-170/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-170/2020
20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver