Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-170/2023 09.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Rusiya Federasiyası, Taqanroq şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 24 sentyabr 2022-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 işlətdiyi Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti 97 F ünvanında yerləşən “Maryam Butik” geyim mağazasının plastik pəncərəsinin şüşəsini sındırıb açmaq yolu ilə mağazaya qanunsuz daxil olub, oradan 01 ədəd qiymətsiz metal ərintisindən hazırlanmış, 10,10 qram çəkidə, üzərində gümüşü və qara rəngli minalanmış hissələr olan “VGA 750 5 manat dəyərində BE 276373” damğası olan gümüşü rəngli üzüyü, 01 ədəd qiymətsiz metal ərintisindən hazırlanmış, 8,58 ram çəkidə, rəngsiz, şəffaf qaşlar və göy rəngli daş olan 15 manat dəyərində “BVLGARİ” damğası olan sarı rəngli üzüyü, 01 ədəd qiymətsiz metal ərintisindən hazırlanmış, 15,34 qram çəkidə, üzərində müxtəlif rəngli daşlar olan 6 manat dəyərində qara-sarı rəngli üzüyü, 01 ədəd “925” əyarlı gümüşdən hazırlanmış, 5,83 qram çəkidə, üzərində 1 ədəd açıq bənövşəyi rəngli və rəngsiz şəffaf qaşlar olan 30 manat dəyərində gümüş rəngli üzüyü, 01 ədəd “925” əyarlı gümüşdən hazırlanmış, 4,21 qram çəkidə, üzərində 1 ədəd göy rəngli və rəngsiz şəffaf qaşlar olan 21 manat dəyərində gümüşü rəngli üzüyü, 01 ədəd “925” əyarlı, gümüşdən hazırlanmış, 3,71 qram çəkidə, üzərində rəngsiz şəffaf qaşlar olan 19 manat dəyərində gümüşü rəngli üzüyü, 01 ədəd “925” əyarlı gümüşdən hazırlanmış, 7,13 qram çəkidə, üzərində 1 ədəd şəffaf daş olan 36 manat dəyərində gümüşü rəngli üzüyü, 01 ədəd qiymətsiz metaldan hazırlanmış, 2,60 qram çəkidə, üzərində rəngsiz şəffaf qaşlar olan 5 manat dəyərində gümüşü rəngli üzüyü, 01 ədəd “925” əyarlı gümüşdən hazırlanmış, 4.28 qram çəkidə, üzərində gümüşü rəngli minalı hissə olan 21 manat dəyərində gümüşü rəngli üzüyü, 01 ədəd “925” əyarlı gümüşdən hazırlanmış, 5,79 qram çəkidə, üzərində rəngsiz şəffaf qaşlar olan, halqa formalı, 29 manat dəyərində gümüşü rəngli üzüyü, 01 ədəd “925” əyarlı gümüşdən hazırlanmış, 6,82 qram çəkidə, üzərində qara rəngli və rəngsiz şəffaf, qaşları olan, halqa formalı, 34 manat dəyərində gümüş rəngli üzüyü, 01 ədəd qiymətsiz metal ərintisindən hazırlanmış, 37,17 qram çəkidə, üzərində qara rəngli daşlar olan 4 manat dəyərində sarı rəngli qolbağı, 01 ədəd qiymətsiz metal ərintisindən hazırlanmış, 13,48 qram çəkidə, üzərində rəngsiz şəffaf qaşlar olan, 9 manat dəyərində gümüşü rəngli qolbağı, 01 ədəd “925” əyarlı gümüşdən hazırlanmış, 11,98 qram çəkidə, üzərində rəngsiz şəffaf qaşlar olan 60 manat dəyərində gümüşü rəngli qolbağı, 01 ədəd qiymətsiz metal ərintisindən hazırlanmış, 7,99 qram çəkidə, üzərində göy rəngli daşlar olan 7 manat dəyərində gümüşü rəngli qolbağı, 01 ədəd qiymətsiz metal ərintisindən hazırlanmış, 9.28 qram çəkidə, üzərində bənövşəyi rəngli daşlar olan 8 manat dəyərində gümüşü rəngli qolbağı, 01 ədəd qiymətsiz metal ərintisindən hazırlanmış, 6,43 qram çəkidə, zəncir formalı halqalardan ibarət 4 manat dəyərində gümüşü rəngli qolbağı, 01 ədəd qiymətsiz metal ərintisindən hazırlanmış, 5,45 qram çəkidə, halqa formalı elementlərdən ibarət 3 manat dəyərində gümüşü rəngli qolbağı, 01 ədəd qiymətsiz metal ərintisindən hazırlanmış, 6,40 qram çəkidə, üzərində ulduz formalı gözmuncuğu elementləri olan 6 manat dəyərində sarı rəngli qolbağı, 01 ədəd qiymətsiz metal ərintisindən hazırlanmış, 27,42 qram çəkidə, üzərində açar formalı elementi olan 5 manat dəyərində sarı rəngli qolbağı, 02 ədəd qiymətsiz metal ərintisindən hazırlanmış, 15,25 qram çəkidə, halqa formalı müxtəlif rəngli rezinəoxşar elementlərdən və sarı rəngli metal kürəciklərdən ibarət 10 manat dəyərində qolbağı, 01 ədəd qiymətsiz metal ərintisindən hazırlanmış, 15,33 qramn çəkidə, üzərində rəngsiz şəffaf qaşlar olan, açar formalı 7 manat dəyərində gümüşü rəngli kulonlu boyunbağını, 01 ədəd “925” əyarlı gümüşdən hazırlanmış, 7,29 qram çəkidə, üzərində müxtəlif rəngli daşlar olan 36 manat dəyərində gümüşü rəngli kulonlu boyunbağını, 01 ədəd “925” əyarlı gümüşdən hazırlanmış, 18,33 qram çəkidə, üzərində 1 ədəd göy rəngli və rəngsiz şəffaf qaşlar olan 65 manat dəyərində gümüşü rəngli kulonlu boyunbağını, 01 ədəd “925” əyarlı gümüşdən hazırlanmış, 4,15 qram çəkidə, üzərində müxtəlif rəngli daşlar olan 21 manat dəyərində gümüşü rəngli kulonlu boyunbağını, 01 ədəd qiymətsiz metal ərintisindən hazırlanmış, 11,90 qram çəkidə, üzərində rəngsiz şəffaf daşlar olan 15 manat dəyərində “BVLGARİ” damğalı sarı rəngli kulonu, 01 ədəd “925” əyarlı gümüşdən hazırlanmış, 9,22 qram çəkidə, üzərində göy rəngli və rəngsiz şəffaf qaşlar olan 46 manat dəyərində gümüşü rəngli 1 cüt sırğanı, 01 cüt qiymətsiz metal ərintisindən hazırlanmış, 25,75 qram çəkidə, gül formalı elementləri olan, 15 manat dəyərində “Au 750” damğalı gümüşü rəngli sırğanı, 01 cüt qiymətsiz metal ərintisindən hazırlanmış, 44,18 qram çəkidə, göy rəngli kürə formalı- elementləri olan 10 manat dəyərində qara-sarı rəngli sırğanı, 01 cüt qiymətsiz metal ərintisindən hazırlanmış, 31,51 qram çəkidə 8 manat dəyərində gümüşü rəngli sırğanı, 01 cüt qiymətsiz metal ərintisindən hazırlanmış, 13,06 qram çəkidə, üzərində bənövşəyi və yaşıl rəngli daşlar olan 10 manat dəyərində sarı rəngli sırğanı, 01 cüt qiymətsiz metal ərintisindən hazırlanmış, 28,66 qram çəkidə, üzərində rəngsiz şəffaf qaşlar və yaşıl rəngli daşlar olan, 6 manat dəyərində gümüşü rəngli sırğanı, 01 cüt qiymətsiz metal ərintisindən hazırlanmış, 23,07 qram çəkidə, 5 manat dəyərində gümüşü rəngli sırğanı, 01 cüt qiymətsiz metal, ərintisindən hazırlanmış, 15,03 qram çəkidə, üzərində rəngsiz şəffaf qaşlar və “BVLGARİ” yazısı olan, 10 manat dəyərində sarı rəngli sırğanı, 01 cüt qiymətsiz metal ərintisindən hazırlanmış, 9,04 qram çəkidə, üzərində rəngsiz şəffaf qaşlar olan, 7 manat dəyərində gümüşü rəngli sırğanı, 01 cüt qiymətsiz metal ərintisindən hazırlanmış, 15,07 qram çəkidə, halqa formalı,4 manat dəyərində qara-sarı rəngli sırğanı, 01 cüt qiymətsiz metal ərintisindən hazırlanmış, 20,82 qram çəkidə, üzərində rəngsiz şəffaf qaşlar1 olan, 8 manat dəyərində sarı rəngli sırğanı, 01 cüt qiymətsiz metal ərintisindən hazırlanmış, 13,03 qram çəkidə, üzərində rəngsiz şəffaf qaşlar olan, 15 manat dəyərində gümüşü rəngli sırğanı, 01 cüt qiymətsiz metal ərintisindən hazırlanmış, 15,02 .qram çəkidə, üzərində rəngsiz şəffaf qaşlar olan, açar formalı, 3 manat dəyərində gümüşü rəngli sırğanı, 01 cüt qiymətsiz metal ərintisindən hazırlanmış, 6,81 qram çəkidə, üzərində göy rəngli daş olan, 8 manat dəyərində sarı rəngli sırğanı, 01 cüt qiymətsiz metal ərintisindən hazırlanmış, 9,48 qram çəkidə, üzərində rəngsiz şəffaf qaşlar və qara rəngli minalanmış hissələr olan, 6 manat dəyərində sarı rəngli sırğanı, 01 cüt qiymətsiz metal ərintisindən hazırlanmış, 12,28 qram çəkidə, üzərində müxtəlif rəngli və müxtəlif formalı elementlər və muncuqlar olan, 5 manat dəyərində sarı rəngli sırğanı, 01 cüt qiymətsiz metal ərintisindən hazırlanmış, 8,79 qram çəkidə, üzərində gümüşü rəngli minalı hissə olan gül formalı, 10 manat dəyərində gümüşü rəngli sırğanı, 01 cüt qiymətsiz metal ərintisindən hazırlanmış, 2,41 qram çəkidə, üzərində rəngsiz şəffaf qaşlar olan, halqa formalı, 3 manat dəyərində gümüşü rəngli sırğanı, 01 cüt qiymətsiz metal ərintisindən hazırlanmış, 1,24 qram çəkidə, üzərində ümumilikdə 2 ədəd rəngsiz şəffaf qaşlar olan, 3 manat dəyərində gümüşü rəngli sırğanı, 1 ədəd 15 manat dəyərində “Roru” markalı, 1,75 metr uzunluğunda, istifadədə olmuş idman matını, 01 ədəd 25 manat dəyərində üzərində “Louis Vuitton” yazıları olan, qəhvəyi rəngli təzə şalvarı, 01 ədəd 25 manat dəyərində qzərində “Louis Vuitton” yazıları olan, qarışıq rəngli, təzə, qısaqol, atlas materialından olan, düyməli köynəyi, 01 ədəd 30 manat dəyərində üzərində “Valentino” yazıları olan qırmızı-sarı-bənövşəyi rəngli uzun, təzə ətəyi, 01 ədəd 30 manat dəyərində üzərində “Miu Miu” yazıları olan müxtəlif rəngli uzun, təzə ətəyi, 01 ədəd 35 manat dəyərində üzərində “Louis Vuitton” yazıları olan, göy-ağ rəngli təzə cins şalvarı, 01 ədəd 15 manat dəyərində üzərində “alexander wang” yazıları olan, boz rəngli qısaqol, təzə köynəyi, 01 ədəd 10 manat dəyərində üzərində “Chanel” yazıları olan, qara rəngli təzə şortu, hər biri 10 manat olmaqla 02 ədəd 20 manat dəyərində üzərində “alexander wang” yazıları olan, ağ və qızılı rəngli, atlas materialından olan təzə şortları, hər biri 3 manat olmaqla 05 ədəd 15 manat dəyərində üzərində “Sandal”, “Lavanda”, “Musk”, “Ambar Y Sandalo”,“Gold Silver” yazıları olan təzə, ətir saçan buxurları, 1 ədəd 10 manat dəyərində çəhrayı rəngli, iki tutacaqlı, böyük ölçülü, istifadədə olmuş çantanı, 01 ədəd 2 manat dəyərində üzərində “Be Happy” yazıları olan, qızılı rəngli istifadədə olmuş darağı, hər biri 15 manat olmaqla 02 ədəd 30 manat dəyərində üzərində markalanma yazıları silinmiş, qara rəngli və 01 ədəd üzərində “Megawatt 9500 new” yazıları olan, istifadədə olmuş saç qurudan feni, hər biri 15 manat olmaqla 02 ədəd 30 manat dəyərində, üzərində “Wella” və üzərində “Pro straight digital ion” yazıları olan, qara rəngli, istifadədə olmuş saç ütüsünü, hər biri 15 manat olmaqla 5 ədəd 75 manat dəyərində, 1 ədəd üzərində “RJ 35W” (vafli) yazıları olan, çəhrayı rəngli, 01 ədəd üzərində “Pro Max” yazıları olan, qara rəngli, 01 ədəd üzərində “Pro Gemei” yazıları olan, qara rəngli, 02 ədəd üzərində markalanmasma dair heç bir məlumat olmayan sarı və çəhrayı rəngli saç buran fenləri, 01 ədəd 10 manat dəyərində “L- 618” model, qara rəngli, istifadə olunmuş saç qaynağı üçün aparatı, 01 ədəd 80 manat dəyərində “X13 Bang” markalı, qara rəngli kəmərli, kənarlarında kiçik ölçülü qaşlar olan qol saatını, 01 ədəd 50 manat dəyərində “Swatch” markalı, ağ rəngli kəmərli qol saatını, 01 ədəd 60 manat dəyərində “Emporio Armani” markalı, “AR-0415” model, gümüşü rəngli bilərzikli qol saatını, 01 ədəd 30 manat dəyərində qara rəngli qutuda üzərində “X3 A3U F0B8” yazıları olan, qara-qızılı rəngli gün eynəyini və satış üçün nəzərdə tutulmuş kassa hissəsində olan dolaba yaxınlaşıb saxlanc yeri hesab edilən dolabın siyirməsindən 1720 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 2980 (iki min doqquz yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli talama məqsədi ilə 28 oktyabr 2022-ci il tarixdə saat 01 radələrində ünvan 4 ünvanın həyətində yerləşən Şahid4 məxsus qarajın qapısının kilidini özü ilə gətirdiyi dəmir parçası ilə sındırıb qapını açmaq yolu ilə qaraja qanunsuz daxil olub oradan, Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 Cemal oğluna məxsus 01 ədəd 250 manat dəyərində Almaniyada istehsal edilmiş “BOSCH D-70745” markalı 230V, 50Hz, 2012-ci il istehsallı böyük perforatoru (6 kq), hər biri 80 manat olmaqla 160 manat dəyərində 02 ədəd “BOSCH GBH 2-26” markalı balaca perforatoru, 01 ədəd 80 manat dəyərində Çində istehsal edilmiş “Angle Grinder” markalı, ZW-AG2500 modelli, 220-240V-5O/60hz, 250W böyük laqondanı, 01 ədəd 280 manat dəyərində 250 amperlik “Schneider” markalı elektrik açarını, hər biri 30 manat olmaqla 300 manat dəyərində 10 ədəd 03 fazalı 40 amperlik “Schneider” markalı, 6000 manat dəyərində 10 ədəd 03 fazalı 40 amperlik “Schneider” markalı, 6000, 230/400V differensial avtomatları, hər biri 12 manat olmaqla 24 manat dəyərində 02 ədəd 03 fazalı 25 amperlik elektrik xətt açarını, 01 ədəd 12 manat dəyərində 03 fazalı 32 amperlik elektrik xətt açarını, 01 ədəd 15 manat dəyərində 03 fazalı 40 amperlik elektrik xətt açarını, hər biri 3 manat olmaqla 9 manat dəyərində 03 ədəd 01 fazalı 6 amperlik elektrik xətt açarını, hər biri 4 manat olmaqla 52 manat dəyərində 13 ədəd 01 fazalı 16 amperlik elektrik xətt açarını, 01 ədəd 5 manat dəyərində 01 fazalı 32 amperlik elektrik xətt açarını, 01 ədəd 40 manat dəyərində Çində istehsal edilmiş “KL HDA903” markalı kompressoru, bir metri 1 manat olmaqla 100 manat dəyərində 3x2,5 ölçüdə 100 metr elektrik kabelini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 Cemal oğluna ümumilikdə 1327 (bir min üç yüz iyirmi yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, heç bir yerdə işləmədiyindən maddi durumu zəif olmuşdur. Buna görə də oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə gecə saatlarında yaşadığı ünvanda olarkən həyətə siqaret çəkməyə çıxmış, maddi durumu yaxşı olmadığından həmin günü yəni, xx.xx.2022ci il tarixdə saat 03 radələrində anidən yaşadığı ünvana yaxın yerdə, yəni Nəsimi rayonu, Azadlıq prospekti 97 F ünvanında yerləşən “Maryam Boutice” geyim mağazasına daxil olaraq oradan oğurluq etmək qərarına gəlmişdir. Həmin mağazanın yerləşdiyi ünvanı yaxşı tanıdığından Azadlıq prospekti 97 F ünvanında yerləşən “Maryam Boutice” geyim mağazasının arxa tərəfində olan pəncərənin dəmir barmaqlığını yaşadığı ünvanın həyətindən götürdüyü ling ilə sındıraraq, alüminium pəncərənin şüşəsini qıraraq pəncərədən içəri daxil olmuşdur. Mağazanın içərisinə daxil olduqdan sonra mağazanın arxa hissəsində olan mətbəxdəki şkafın siyirməsini açdıqda orada olan kartondan olan qabın içərisində 1600 manat pul olduğunu görüb pulu oradan oğurlamışdır. Sonra isə mağazanın içərisindən “D and G” firmasına məxsus qadın əl çantası, 01 ədəd “Puma” firmasına məxsus istifadə olunmuş idman çantası, sayını xatırlamadığı saç qurutmaq üçün fen, 3 ədəd qol saatı, 01 cüt yeni uzun boğaz çəkmə, müxtəlif formalı, ölçülü, çəkili sırğa, üzük qolbaq və boyunbağı olan qadın bəzək əşyalarını, bijuteriyanı oğurlamışdır. Oğurluq etdikdən sonra gecə vaxtı o, yaşadığı ünvana gedərək həmin oğurladığı malları yaşadığı mənzildə divanın altında gizlətmiş, oğurluq etməyindən kimsənin xəbəri olmamışdır. Oğurladığı 1600 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bir daha qeyd edir ki, “Maryam Boutice” geyim mağazasından 1720 manat yox, 1600 manat pul oğurlamışdır. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə günorta saatlarında Nərimanov rayonu, Montin qəsəbəsində gəzən zaman məhəllənin içində bir qaraj görmüşdür. Qarajın qapısı açıq olmuş və içərisində tanımadığı adam olmuşdur. Yaxınlıqda dayanıb qarajı müşahidə edən zaman qarajın içərisində çoxlu elektrik avadanlıqları və elektrik ləvazimatları olduğunu görmüşdür. Qərara gəlmişdir ki, gecə saatlarında gəlib həmin qarajdan oğurluq etsin. Sonra o, oradan çıxıb getmişdir. Həmin gün saat 23 radələrində o, yaşadığı evdən bir ədəd dəmir parçası və idman çantası götürüb dövlət qeydiyyat nömrəsini xatırlamadığı taksini saxladıb həmin taksi ilə qeyd etdiyi qarajın yanına getmişdir. Ətrafda bir neçə adamlar olduğundan o, qərara gəlmişdir ki, gedib bir az gəzsin, bir az vaxt keçdikdən sonra qayıdıb oğurluq edər. O, təxminən bir saat yaxınlıqda gəzdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində yenidən qarajın yanına qayıtmışdır. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra özü ilə gətirdiyi dəmir parçası ilə qarajın qapısında olan qıfıla salıb sındırıb içəri daxil olmuşdur. Qarajda olan 01 ədəd böyük perforator və 02 ədəd balaca perforatoru özü ilə gətirdiyi idman çantasına qoyub yaxınlıqda olan besetkanın içərisinə qoymuşdur. Oğurladığı əşyalar ağır olduğundan bir neçə dəqiqə orada dayanmışdır. Daha sonra taksi sifariş vermək üçün yolun kənarına çıxmışdır. Bir neçə taksi şirkətindən taksi sifariş vermək istəsə də yaxınlıqda taksi olmadığından imtina cavabı gəlmişdir. Təxminən yarım saat keçdikdən sonra o, yenidən qarajın yanına getmişdir. Saat təxminən 01 radələrində, yenidən qaraja daxil olub içəridən çoxlu sayda elektrik ötürücülər, elektrik kabeli, 01 ədəd drel və 01 ədəd hava kompressorunu götürüb özü ilə gətirdiyi idman çantasına yığmış və digər oğurladığı əşyaların yanına aparıb qoymuşdur. Daha sonra xatırlamadığı taksi şirkətindən taksi sifariş vermişdir. Bir neçə dəqiqədən sonra markası və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi sürücüsü onun olduğu yerə yaxınlaşmışdır. Oğurladığı əşyaları taksinin yük yerinə yerləşdirib yaşadığı evin həyətinə aparmışdır. Bundan sonra oğurladığı əşyaları yaşadığı mənzilə məxsus kiçik saxlanc yerinə qoymuşdur. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 13 radələrində o, oğurladığı kabeli Nərimanov rayonunda yerləşən Qarabağ mehmanxanasının yaxınlığında yoldan keçən metal alışı ilə məşğul olan tanımadığı bir nəfər şəxsə 20 manata satmışdır. Həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2022-ci il tarixdə o, oğurladığı 01 ədəd böyük perforatoru, 02 ədəd balaca perforatoru, 01 ədəd dreli və 01 ədəd hava kompressorunu qardaşı Azada məxsus ailəsinin yaşadığı Xırdalan şəhərində yerləşən evinə aparıb qoymaq qərarına gəlmişdir. Həmin əşyalar böyük ölçülü olduğundan əşyaları müştəri tapdıqdan sonra satacaqmış. Digərləri isə kiçik ölçülü olduğundan və satılması rahat olduğundan həmin əşyaları yaşadığı evin həyətində olan saxlancda saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 01 radələrində o, taksi sifariş verib 01 ədəd böyük perforatoru, 02 ədəd balaca perforatoru, 01 ədəd dreli və 01 ədəd hava kompressorunu həmin taksinin yük yerinə qoyaraq Xırdalan şəhərinə, qardaşına məxsus evə aparmışdır. Evin yanına çatdıqdan sonra taksi sürücüsünü yola salıb əşyaları evin giriş qapısının yanına qoymuşdur. Qardaşı Azərbaycanda olmadığından sonuncunun həyat yoldaşı Vüsalə həmin evdə qalmışdır. Lakin o, Vüsaləni oyatmamaq üçün özü qapını açıb gətirdiyi əşyaları evin həyətində olan saxlanc yerinə qoymuşdur. O, Vüsaləyə bu barədə heç bir söz deməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslərə vurulmuş zərəri tam ödədiyini və sonuncuların ona qarşı şikayət və tələblərinin olmadığını qeyd edərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Cemal oğlu ifadəsində göstərmişdir ki, o, 12 ildir ki, Azərbaycan Respublikasında yaşayır. Ailəlidir, iki övladı vardır. 2016-cı ildən 2022-ci ilədək Azərbaycan Texniki Universitetində Azərbaycan dilində ali təhsil almışdır. Azərbaycan dilində sərbəst yazıb oxumağı bacarmışdır. Hazırda “Smart Electric” şirkətində elektrik vəzifəsində çalışır. Özü işdən əlavə də elektrik ustası kimi fəaliyyət göstərmişdir. Onun özünə məxsus elektrik alətləri və ləvazimatları olmuşdur. Həmin əşyaları qohumu Şahid4 məxsus olan Nərimanov rayonu, A.Neymətulla küçəsi 24 saylı binanın həyətindəki qarajda saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində əşyaların olduğu qarajın yan tərəfində elektrik avadanlıqlarının satışı ilə məşğul olan həmyerlisi Suat ona zəng edərək qarajın qapısında olan qıfılın sındırıldığını demişdir. O, həmin vaxt evdə olmuşdur. Bundan sonra o, dərhal qarajın yanına getmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, yerdə olan dəmir parçası ilə qarajın qapısında olan qıfıl sındırılmışdır. O, qaraja daxil olub ətrafa baxmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, qarajda olan ona məxsus 01 ədəd “BOSH” markalı 2.000 manat dəyərində böyük perforator (6 kq), 01 ədədinin qiyməti 260 manat olan ümumi dəyəri 520 manat təşkil edən 02 ədəd “BOSH” markalı balaca perforator, 01 ədəd Çin istehsallı markası yadında qalmayan 180 manat dəyərində böyük laqonda, 01 ədəd 250 amperlik 300 manat dəyərində “Schneider” markalı elektrik açarı, 01 metrinin qiyməti 03 manat olan, ümumi dəyəri 300 manat təşkil edən 3x2,5 ölçüdə 100 metr elektrik kabeli, 01 ədədinin qiyməti 55 manat olan ümumi dəyəri 550 manat təşkil edən 10 ədəd “Schneider” markalı differensial avtomat, 01 ədədinin qiyməti 24 manat olan ümumi dəyəri 48 manat təşkil edən 02 ədəd 03 fazalı 25 amperlik elektrik xətt açarı, 01 ədəd 26 manat dəyərində 03 fazalı 32 amperlik elektrik xətt açarı, 01 ədəd 32 manat dəyərində 03 fazalı 40 amperlik elektrik xətt açarı, 01 ədədinin qiyməti 10 manat olan ümumi dəyəri 30 manat təşkil edən 03 ədəd 01 fazalı 6 amperlik elektrik xətt açarı, 01 ədədinin qiyməti 6 manat olan ümumi dəyəri 78 manat təşkil edən 13 ədəd 01 fazalı 16 amperlik elektrik xətt açarı, 01 ədəd 7 manat dəyərində 01 fazalı 32 amperlik elektrik xətt açarı və 01 ədəd 140 manat dəyərində Çin istehsallı markası yadında qalmayan kompressorun oğurlandığını aşkar etmişdir. Bundan sonra o, qarajın qarşısında olan təhlükəsizlik kameralarına baxan zaman bir nəfər şəxsin qarajın qapısının qıfılını sındıraraq qeyd etdiyi əşyaları çantalara yığıb apardığının şahidi olmuşdur. Sonda Zərərçəkmiş şəxs1 Cemal oğlu təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 10 ilə yaxındır ki, Nəsimi rayonu, Azadlıq prospekti 97 f ünvanında yerləşən “Maryam Boutice” geyim mağazasını işlədir. Həmin mağazada bacısı Şahid3 satıcı kimi çalışır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Şahid3 mağazanı açıb içəri daxil olduqda mağazanın içərisinin dağınıq olduğunu görüb, diqqətlə baxdıqda mağazanın arxa hissəsində olan alüminium çərçivəli şüşə pəncərənin sındırıldığını görmüşdür. Mina ona bu barədə məlumat verərək, mağazadan oğurluq olduğunu bildirmişdir. O isə dərhal evdən çıxaraq yolda DİN-nin 102 xidmətinə zəng edərək oğurluq olması barədə məlumat vermişdir. O, işlətdiyi mağazaya getdikdə polis əməkdaşlarının artıq orada olduğunu görmüşdür. O, özü də mağazaya diqqətlə baxdıqda oradan 1720 manat pulun, 01 ədəd ağ qızıldan olan sırğa, 01 ədəd qadın əl çantası, 01 ədəd idman çantası, 02 ədəd fen, 03 ədəd qol saatı, 01 cüt yeni uzun boğaz çəkmə, 01 ədəd Van Cleef firmasına məxsus sırğa üzük komplekti, 01 ədəd gümüş boyunbağı, 10 ədəd müxtəlif formalı svarovski qaşlı gümüş sırğa, 07 ədəd svarovski qaşlı qolbaq, 01 ədəd 50 qram çəkidə sırğa və üzərində yaqut daşı olan 02 ədəd klon olmaqla gümüş komplekt, 01 ədəd daxılın içərisindən müxtəlif ölçülü və formalı üzük, qolbaq, sırğaların oğurlanmasını görmüşdür. Oğurluq hadisəsi xx.xx.2022-ci il saat 19-dan xx.xx.2022-ci il saat 11 radələri arasında baş vermişdir. İşlətdiyi “Maryam Boutice” geyim mağazasının arxa tərəfində olan alüminium çərçivəli şüşə pəncərənin dəmir barmaqlığı dartılıb əyilərək, pəncərənin şüşəsi sındırılmaqla içəri daxil olunmuşdur. Həmin mağazadan 1720 manat pulu, 01 ədəd 280 manat dəyərində ağ qızıldan olan sırğa, 01 ədəd 100 manat dəyərində “D and G” firmasına məxsus istifadə olunmuş qadın əl çantası, 01 ədəd yenisinin qiyməti 33 manat olan “Puma” firmasına məxsus istifadə olunmuş idman çantası, 02 ədəd fen olmaqla 01 ədəd istifadə olunmuş fen 40 manat, digər istifadə olunmuş fen 30 manat, 01 ədəd 70 manat dəyərində istifadə olunmuş Swatch qol saatı, 01 ədəd 300 manat dəyərində istifadə olunmuş Hublot qol saatı, 01 ədəd 250 manat dəyərində işlənmiş Armani Sedef qol saatı, 01 cüt 40 manat dəyərində yeni uzun boğaz çəkmə, 01 ədəd 210 manat dəyərində Van Cleef firmasına məxsus sırğa üzük komplekti, 01 ədəd 80 manat dəyərində gümüş boyunbağı, 10 ədəd ümumilikdə 200 manat dəyərində müxtəlif formalı svarovski qaşlı gümüş sırğa, 07 ədəd ümumilikdə 140 manat dəyərində svarovski qaşlı qolbaq, 01 ədəd 180 manat dəyərində 50 qram çəkidə sırğa və üzərində yaqut daşı olan 02 ədəd klon olmaqla gümüş komplekt, 01 ədəd daxılın içərisindən ümumilikdə 100 manat dəyərində müxtəlif ölçülü və formalı üzük, qolbaq, sırğaları oğurlanmışdır. Sonda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir və 2007-ci il tarixdə onlar rəsmi qaydada ailə həyatı qurmuşlar. Həmin evlilikdən bir az yaşlı oğlan övladları vardır. Anar güləş idman növü üzrə Avropa çempionudur. Anar əvvəllər mühafizə xidmətində işləsə də, son zamanlar heç bir yerə işləməmişdir. Buna görə də, maddi cəhətdən sıxıntı çəkmişlər. Buna baxmayaraq Anar işləmək və ailəsini dolandırmaq məqsədi ilə hər gün evdən çıxaraq iş axtarmışdır. 27 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı mənzildə olan zaman polis əməkdaşları gələrək mənzilə baxış keçirtmək istədiklərini bildirmişlər. O, polis əməkdaşlarından nə səbəbə yaşadıqları mənzilə baxış keçirtmək istədiklərini soruşan zaman polislər ona Nəsimi rayonu, Azadlıq prospekti 67 ünvanında yerləşən “Məryəm Butik” adlı mağazada oğurluq hadisəsi baş verdiyini və həmin oğurluğu əri Anarın törətməsində şübhə etdikərini bildirmişlər. Bundan sonra o, mənzilə polis əməkdaşları tərəfindən baxış keçiriləməsinə etirazının olmaması barədə ərizə yazmışdır. Bundan sonra onun, polis əməkdaşlarının və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə yaşadığı mənzilə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı mənzilin qonaq otağında olan masanın alt hissəsindən, qara rəngli sellofan torbanın içərisindən qol saatları, müxtəlif bijuteriya bəzək əşyaları və müxtəlif qadın geyimləri, qadın çantası, daraq, saç feni, saç ütüsü, saç buran alət, saç qaynaq edən aparat aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları həmin əşyaların kimə məxsus olduğunu soruşan zaman o, həmin əşyaların onlara məxsus olmadığını, bu barədə məlumatı olmadığını bildirmişdir. Bundan sonra əri Anara zəng vuraraq sonuncudan bu barədə soruşan zaman Anar ona aşkar olunmuş əşyaları oğurlayaraq ondan xəbərsiz gətirib mənzildə gizlətdiyini bildirmişdir. Aşkar edilmiş əşyalar polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuşdur. Protokolun doğruluğunu hamı kimi o da imzası ilə təsdiq etmişdir. Əri Təqsirləndirilən şəxs oğurluq etməsindən məlumatı olmamışdır. Anar ona bu barədə heç bir söz deməmişdir. Həmçinin Anarm oğurladığı əşyaları yaşadıqları mənzilə gətirib gizlətməsi barədə məlumatı olmamışdır. Anar həmin əşyaları o, anası gildə olan zaman ondan xəbərsiz gətirib mənzildə gizlətmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1, Şahid3 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1, Şahid3 və Şahid4 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 5-8-ci vərəqələrində olan “Baxış keçirilməsi və götürülməsi haqqında” 02 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi ünvan 7 ünvanında yerləşən qarajda baş vermişdir. Cinayət işinin İ cildinin 38-ci vərəqində olan 05 noyabr 2022-ci il tarixli “Tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 56-60-cı vərəqələrində olan “Axtarış və götürmə aparılması haqqında” 05 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanında olan saxlanc yerindən 01 ədəd 250 amperlik “Schneider” maralı elektrik açarı, 03 ədəd 3 fazalı 40 amperlik “Schneider” maralı diffirensial avtomat, 02 ədəd 3 fazalı 25 amperlik, 01 ədəd 3 fazalı 32 amperlik, 01 ədəd 3 fazalı 40 amperlik, 02 ədəd 01 fazalı 6 amperlik, 13 ədəd 01 fazalı 16 amperlik, 01 ədəd 01 fazalı 32 amperlik elektrik xətt açarları maddi sübut kimi götürülmüşdür. Cinayət işinin İ cildinin 67-71-ci vərəqələrində olan “Axtarış və götürmə aparılması haqqında” 05 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı əşyaların bir hissəsini saxladığı ünvan 9 ünvanından 01 ədəd “BOSH” markalı böyük perforator(6 kq), 02 ədəd “BOSH” markalı balaca perforator, 01 ədəd “Angle Grinder” markalı böyük laqonda və 01 ədəd “KL HDA903” markalı kompressor maddi sübut kimi götürülmüşdür. Cinayət işinin İ cildinin 73-cü vərəqində olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 06 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı aşkar edilmiş 01 ədəd böyük ölçülü perforator, 02 ədəd balaca perforator, 01 ədəd drel, 01 ədəd hava kompressor, 24 ədəd diffirensial elektrik açarları Zərərçəkmiş şəxs1 Cemal oğluna tanınmaya təqdim edilmiş və tanınma zamanı Zərərçəkmiş şəxs1 Cemal oğlu həmin əşyaları markasından, rəngindən, ölçüsündən və işlənmə dərəcəsindən tanıdığını, 10 ədəd “Schneider” maralı elektrik differensial avtomatdan 03 ədədinin tapıldığını, 3x2.5 mm ölçüdə 100 metr elektrik naqilinin tapılmadığını bildirmişdir. Cinayət işinin İ cildinin 100-102-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin sçeilməsi barədə” 07 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbinrin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X4 07 noyabr 2022-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSYdən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 103-104-cü vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 07 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 113-115-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8169 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 12 adda malların istifadədə olunmaları nəzərə alınmaqla 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1227,0 manat, qərarda göstərilən 3x2,5 ölçüdə 100 metr elektrik kabelin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 100,0 manat (1 manat x 100 metr) müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Cinayət işinin İ cildinin 117-ci vərəqində olan xx.xx.2022-ci il tarixli Qəbzdən görünür ki, Sadık X6 RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X2 özünə məxsus olan 01 ədəd Almaniyada istehsal edilmiş “BOSCH D-70745” markalı böyük perforator (6 kq), 02 ədəd “BOSCH GBH 2-26” markalı balaca perforator, 01 ədəd “Angle Grinder” markalı böyük laqonda, 01 ədəd 250 amperlik “Schneider” markalı elektrik açarı, 03 ədəd 03 fazalı 40 amperlik “Schneider” markalı differensial avtomatı, 02 ədəd 03 fazalı 25 amperlik elektrik xətt açarı, 01 ədəd 03 fazalı 32 amperlik elektrik xətt açarı, 01 ədəd 03 fazalı 40 amperlik elektrik xətt açarı, 03 ədəd 01 fazalı 6 amperlik elektrik xətt açarı, 13 ədəd 01 fazalı 16 amperlik elektrik xətt açarı, 01 ədəd 01 fazalı 32 amperlik elektrik xətt açarı, 01 ədəd “KL HDA903” markalı kompressoru təhvil almışdır. Cinayət işinin İ cildinin 139-142-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 24 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97F ünvanında yerləşən “Maryam Butuk” geyim mağazasında baş vermişdir. Cinayət işinin İ cildinin 151-154-cü vərəqələrində olan “Baxış keçirilmə və götürülmə haqqında” 27 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanından 01 ədəd Hublot qol saatı, 01 ədəd Swath qol saatı, 01 ədəd Armani qol saatı, 07 ədəd gümüşdən olan üzük, 03 ədəd dəmir metaldan olan bəzək əşyası üzük, 01 ədəd sırğa boyunbağıdan ibarət olan gümüş dəsti, 02 ədəd klonlu gümüş boyunbağı, 01 ədəd dəmir metaldan bəzək əşyası klonlu boyunbağı, 22 ədəd müxtəlif ölçülü dəmir metaldan olan bəzək əşyası sırğalar, 01 ədəd Van Cleef firmasına məxsus sırğa üzük komplekti, 01 ədəd Bvlgarı firmasına məxsus sırğa üzük komplekti, 10 ədəd dəmir metaldan olan bəzək əşyası qolbaq, 01 ədəd gümüşdən olan qolbaq, 01 ədəd Dior firmasına məxsus gün eynəyi, 01 ədəd idman matı, 09 ədəd qadın geyimi, 05 ədəd ətir saçan buxur, 01 ədəd qadın çantası, 01 ədəd daraq, 02 ədəd saç feni, 02 ədəd saç ütüsü, 05 ədəd saç buran alət, 01 ədəd saç qaynaq aləti maddi sübut kimi götürülmüşdür. Cinayət işinin İ cildinin 176-cı vərəqində olan 29 sentyabr 2022-ci il tarixli “Tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur Cinayət işinin İ cildinin 217-219-cu vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-531/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 220-221-ci vərəqələrində olan “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilişdir. Cinayət işinin İ cildinin 225-ci vərəqində olan “Diskə baxış keçirilməsi haqqında” 02 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi X7, Azərbaycan Respubliaksı CPM-nin 51, 85 və 236-cı maddələrini rəhbər tutaraq həmin protokolu ondan ötrü tərtib edir ki, icraatında Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq hadisə yerinə keçirilmiş baxış nəticəsində oğurluq baş vermiş Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti 97 f ünvanında yerləşən “Maryam Boutice” geyim mağazasında quraşdırılmış videomüşahidə kameralarının fiksə etdiyi videogörüntülərin köçürüldüyü bir ədəd DVD diskə Nəsimi RPİ-nin MSY-də Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 iştirakı ilə “HP” markalı masaüstü kompyuterdə baxış keçirmişdir. Diskə keçirilmiş baxış zamanı məlum olmuş ki, həmin DVD diskin yaddaşında videogörüntü vardır. Qeydə alınmış videogörüntüdən görünür ki, xx.xx.2022-ci il tarixdə 1 nəfər şəxs Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti 97 f ünvanında yerləşən Zərərçəkmiş şəxs2 icarəyə işlətdiyi “Maryam Boutice” geyim mağazasına bir nəfər şəxs gödəkçənin papağını başına keçirməklə mağazanın daxilində olan piştaxtanın arxasında süyürtmələri axtardığı, sonra isə həmin şəxsin mağazanı tərk etdiyi görünür. Təqsirləndirilən şəxs bildirmişdir ki, videogörüntüdə əks olunan şəxs onun özüdür, o, xx.xx.20220-ci il tarixdə Nəsimi rayonu, Azadlıq prospekti 97 F ünvanında yerləşən “Maryam Boutice” geyim mağazasının pəncərəsindən daxil olaraq oradan oğurluq etdikdən sonra isə, oğurluğa daxil olduğu pəncərə hündürdə olduğundan o, mağazanın arxa qapısından həmin mağazanı tərk etmişdir. Cinayət işinin İ cildinin 240-244-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6218-9/7788 nömrəli rəyindən görünür ki, , tədqiqata təqdim edilmiş məmulatlardan cədvəl 1 üzrə sıra nömrələri; 4,5,6,7,9,10,11,14,23,25,27 olanlar 925 əyarlı gümüşdən hazırlanmışdır; - 24 olan kulonlu boyunbağının kulonu 925 əyarlı gümüşdən, boyunbağı hissəsi qiymətsiz metal ərintisindən (mis, sink və.s) hazırlanmışdır; - Digər məmulatların hər biri qiymətsiz metal ərintisindən (mis, sink və.s) hazırlanmışdır. - Təqdim edilmiş məmulatların üzərlərində qaş olanların qaşları qiymətli qaşlara aid deyildir. Tədqiqata təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi, əyyarı və digər göstəriciləri, (qaşlarının təbiəti, damğası, adları və s.) Cədvəl 1-də göstərilmişdir. Ekspertiza tədqiqatına təqdim edilən malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1040,00 (663+377) manat müəyyən edilir. Digər 04 adda zərgərlik məmulatları təyinatı üzrə istifadəyə yararsız olduğundan qiymətsiz müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri cədvəl 1 və 2də göstərilmişdir. Cinayət işinin İİ cildinin 47-48-ci vərəqələrində olan “DVD diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 27 oktyabr 2022-ci il tarixdə saat 23:24:19-dan saat 23:42:59-da kimi olan müddət ərizndə bir nəfər kişi cinsindən olan şəxsin bir neçə dəfə ünvan 4 ünvanın qarşısında yerləşən qarajın giriş VK qapısına yaxınlaşıb qapıya müdaxilə etdikdən sonra ətrafa boylanıb uzaqlaşıb getməsi müşahidə olunmuşdur. Həmçinin baxış zamanı 28 oktyabr 2022-ci il tarixdə saat 00:09:13-dan saat 01:24:12-ə kimi olan müddət ərzində əynində ağ rəngli gödəkcə və gödəkcənin papağını başına geyinmiş şəxsin əlində olan fənərin işığını yandırıb ünvan 4 ünvanda yerləşən qarajda axtarış aparıb müxtəlif əşyaları götürüb özü ilə gətirdiyi torbalara yığması müşahidə olunmuşdur. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanın qarşısında yerləşən qarajın giriş qapısına müdaxilə edən və xx.xx.2022-ci il tarixdə qarajın içərisinə daxil olaraq oradan müxtəlif elektrik mallarını oğurlayan şəxsin özü olmasını bildirmişdir. Cinayət işinin İİ cildinin 80-82-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/70 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 220,00 manat müəyyən edilir. O cümlədən: 1. 01 ədəd “X13 Bang” markalı, qara rəngli kəmərli, kənarlarında kiçik ölçülü qaşlar olan qol saatı - 80,00 manat; 2. 01 ədəd “Swatch” markalı, ağ rəngli kəmərli qol saatı - 50,00 manat; 3. 01 ədəd “Emporio Armani” markalı, “AR-0415” model, gümüşü rəngli bilərzikli qol saatı - 60,00 manat; 4 01 ədəd qara rəngli qutuda üzərində “X3 A3U F0B8” yazıları olan, qara-qızılı rəngli gün eynəyi;- 30,00 manat. Cinayət işinin İİ cildinin 90-92-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən o, Azərbaycan Respublikası CM-nin 180.2.4, 70, 69.3-cü maddələrinə əsasən təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək barəsində 01 il şərti sınaq müddəti verilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin İİ cildinin 93-101-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-154/2018 saylı, 07 sentyabr 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azerbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 07 avqust 2017-ci il tarixdən 09 avqust 2017-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla onun üzərində qəti olaraq 02 (iki) 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilib, təyin edilən azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmaqla Təqsirləndirilən şəxs üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilməsi, sınaq müddətinin əvvəlinin hökmün icraya yönəldiyi tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Cinayət işinin İİ cildinin 102-131-ci vərəqələrində olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Cemal oğluna məxsus 01 ədəd Almaniyada istehsal edilmiş “BOSCH D-70745” markalı 230V, 50Hz, 2012-ci il istehsallı böyük perforator (6 kq), 02 ədəd “BOSCH GBH 2-26” markalı balaca perforator, 01 ədəd Çində istehsal edilmiş “Angle Grinder” markalı, ZW-AG2500 modelli, 220-240V-5O/60hz, 250W böyük laqonda, 01 ədəd 250 amperlik “Schneider” markalı elektrik açarı, 03 ədəd 03 fazalı 40 amperlik “Schneider” markalı 6000, 230/400V differensial avtomatı, 02 ədəd 03 fazalı 25 amperlik elektrik xətt açarı, 01 ədəd 03 fazalı 32 amperlik elektrik xətt açarı, 01 ədəd 03 fazalı 40 amperlik elektrik xətt açarı, 03 ədəd 01 fazalı 6 amperlik elektrik xətt açarı, 13 ədəd 01 fazalı 16 amperlik elektrik xətt açarı, 01 ədəd 01 fazalı 32 amperlik elektrik xətt açarı, 01 ədəd Çində istehsal edilmiş “KL HDA903” markalı kompressorun sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və sahibinə geri qaytarılmasının nəzərə alınması, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Hublot” markalı, qol saatı, 01 ədəd “Swath” markalı qol saatı, 01 ədəd “Armani” markalı qol saatı, 07 ədəd gümüşdən olan üzük, 03 ədəd dəmir metaldan olan bəzək əşyası üzük, 01 ədəd sırğa boyunbağıdan ibarət olan gümüş dəst, 02 ədəd klounlu gümüş boyunbağı, 01 ədəd dəmir metaldan bəzək əşyası klounlu boyunbağı, 22 ədəd müxtəlif ölçülü dəmir metaldan olan bəzək əşyası sırğalar, 01 ədəd Van Cleef firmasına məxsus sırğa üzük komplekti, 01 ədəd Bvlgarı firmasına məxsus sırğa üzük komplekti, 10 ədəd dəmir metaldan olan bəzək əşyası qolbaq, 01 ədəd gümüşdən olan qolbaq, 01 ədəd Dior firmasına məxsus gün eynəyi, 01 ədəd idman matı, 09 ədəd qadın geyimi, 05 ədəd ətir saçan buxur, 01 ədəd qadm çantası, 01 ədəd daraq, 02 ədəd saç feni, 02 ədəd saç ütüsü, 05 ədəd saç buran alət, 01 ədəd saç qaynaq alətinin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və sahibinə geri qaytarılmasının nəzərə alınması, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97 f ünvanında yerləşən “Maryam Boutice” geyim mağazasında baş vermiş oğurluq hadisəsini görüntüsü köçürülmüş 01 ədəd “DVD” formatlı diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanın qarşısında yerləşən qarajda baş vermiş oğurluq hadisəsinin görüntüsü köçürülmüş 01 ədəd “DVD” formatlı diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxsla barışmışdır. Ona dəyən ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 002027 nömrəli Vəsiqənin surətindən görünür ki, X8 şəhid ailə üzvüdür. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini və sonuncuların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, atasının şəhid olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 4 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs1 Cemal oğluna məxsus 01 ədəd Almaniyada istehsal edilmiş “BOSCH D-70745” markalı 230V, 50Hz, 2012-ci il istehsallı böyük perforator (6 kq), 02 ədəd “BOSCH GBH 2-26” markalı balaca perforator, 01 ədəd Çində istehsal edilmiş “Angle Grinder” markalı, ZW-AG2500 modelli, 220-240V-5O/60hz, 250W böyük laqonda, 01 ədəd 250 amperlik “Schneider” markalı elektrik açarı, 03 ədəd 03 fazalı 40 amperlik “Schneider” markalı 6000, 230/400V differensial avtomatı, 02 ədəd 03 fazalı 25 amperlik elektrik xətt açarı, 01 ədəd 03 fazalı 32 amperlik elektrik xətt açarı, 01 ədəd 03 fazalı 40 amperlik elektrik xətt açarı, 03 ədəd 01 fazalı 6 amperlik elektrik xətt açarı, 13 ədəd 01 fazalı 16 amperlik elektrik xətt açarı, 01 ədəd 01 fazalı 32 amperlik elektrik xətt açarı, 01 ədəd Çində istehsal edilmiş “KL HDA903” markalı kompressorun və Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Hublot” markalı, qol saatı, 01 ədəd “Swath” markalı qol saatı, 01 ədəd “Armani” markalı qol saatı, 07 ədəd gümüşdən olan üzük, 03 ədəd dəmir metaldan olan bəzək əşyası üzük, 01 ədəd sırğa boyunbağıdan ibarət olan gümüş dəst, 02 ədəd klounlu gümüş boyunbağı, 01 ədəd dəmir metaldan bəzək əşyası klounlu boyunbağı, 22 ədəd müxtəlif ölçülü dəmir metaldan olan bəzək əşyası sırğalar, 01 ədəd Van Cleef firmasına məxsus sırğa üzük komplekti, 01 ədəd Bvlgarı firmasına məxsus sırğa üzük komplekti, 10 ədəd dəmir metaldan olan bəzək əşyası qolbaq, 01 ədəd gümüşdən olan qolbaq, 01 ədəd Dior firmasına məxsus gün eynəyi, 01 ədəd idman matı, 09 ədəd qadın geyimi, 05 ədəd ətir saçan buxur, 01 ədəd qadm çantası, 01 ədəd daraq, 02 ədəd saç feni, 02 ədəd saç ütüsü, 05 ədəd saç buran alət, 01 ədəd saç qaynaq alətinin sahiblərinə geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan - xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97 f ünvanında yerləşən “Maryam Boutice” geyim mağazasında baş vermiş oğurluq hadisəsini görüntüsü köçürülmüş 01 ədəd “DVD” formatlı disk və xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanın qarşısında yerləşən qarajda baş vermiş oğurluq hadisəsinin görüntüsü köçürülmüş 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, hesab edir ki Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 4 (dörd) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs1 Cemal oğluna məxsus 01 ədəd Almaniyada istehsal edilmiş “BOSCH D-70745” markalı 230V, 50Hz, 2012-ci il istehsallı böyük perforator (6 kq), 02 ədəd “BOSCH GBH 2-26” markalı balaca perforator, 01 ədəd Çində istehsal edilmiş “Angle Grinder” markalı, ZW-AG2500 modelli, 220-240V-5O/60hz, 250W böyük laqonda, 01 ədəd 250 amperlik “Schneider” markalı elektrik açarı, 03 ədəd 03 fazalı 40 amperlik “Schneider” markalı 6000, 230/400V differensial avtomatı, 02 ədəd 03 fazalı 25 amperlik elektrik xətt açarı, 01 ədəd 03 fazalı 32 amperlik elektrik xətt açarı, 01 ədəd 03 fazalı 40 amperlik elektrik xətt açarı, 03 ədəd 01 fazalı 6 amperlik elektrik xətt açarı, 13 ədəd 01 fazalı 16 amperlik elektrik xətt açarı, 01 ədəd 01 fazalı 32 amperlik elektrik xətt açarı, 01 ədəd Çində istehsal edilmiş “KL HDA903” markalı kompressorun və Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Hublot” markalı, qol saatı, 01 ədəd “Swath” markalı qol saatı, 01 ədəd “Armani” markalı qol saatı, 07 ədəd gümüşdən olan üzük, 03 ədəd dəmir metaldan olan bəzək əşyası üzük, 01 ədəd sırğa boyunbağıdan ibarət olan gümüş dəst, 02 ədəd klounlu gümüş boyunbağı, 01 ədəd dəmir metaldan bəzək əşyası klounlu boyunbağı, 22 ədəd müxtəlif ölçülü dəmir metaldan olan bəzək əşyası sırğalar, 01 ədəd Van Cleef firmasına məxsus sırğa üzük komplekti, 01 ədəd Bvlgarı firmasına məxsus sırğa üzük komplekti, 10 ədəd dəmir metaldan olan bəzək əşyası qolbaq, 01 ədəd gümüşdən olan qolbaq, 01 ədəd Dior firmasına məxsus gün eynəyi, 01 ədəd idman matı, 09 ədəd qadın geyimi, 05 ədəd ətir saçan buxur, 01 ədəd qadm çantası, 01 ədəd daraq, 02 ədəd saç feni, 02 ədəd saç ütüsü, 05 ədəd saç buran alət, 01 ədəd saç qaynaq alətinin sahiblərinə geri qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan - xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97 f ünvanında yerləşən “Maryam Boutice” geyim mağazasında baş vermiş oğurluq hadisəsini görüntüsü köçürülmüş 01 ədəd “DVD” formatlı disk və xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanın qarşısında yerləşən qarajda baş vermiş oğurluq hadisəsinin görüntüsü köçürülmüş 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 240 (iki yüz qırx) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-170/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-170/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver