Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-174/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 10:40 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X3 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər “Bakı şəhəri 16 saylı” Vəkil Bürosunun vəkili – Müdafiəçi1, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1997-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “HB Güvən” klinikasında həkim köməkçisi işləyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində fərdi tikilmiş evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, 28 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində “B1, B, C1, C” kateqoriyalı, “BA” seriyalı 021868 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi X8 məxsus texniki cəhətdən saz vəziyyətdə olan, tünd göy rəngli “Mercedes Benz C180 minik” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi ilə Məmməd Araz küçəsi istiqamətində təxminən 80 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə hərəkət etdirərək, hərəkətdə olduğu Şəmsi Rəhimov küçəsində, həmin küçə ilə Məmməd Araz küçəsinin kəsişməsində “Dayanmadan keçmə qadağandır” üstünlük yol nişanı və “Sağa hərəkət” məcburi hərəkət istiqaməti nişanlarının olmasına baxmayaraq həmin nişanların tələbini pozaraq, hərəkətini davam etdirib Süleyman Rəhimov küçəsindən düzünə istiqamətdə hərəkət edərək Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsinə daxil olub «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin, 65-ci maddəsinin 3-cü hissəsinin tələblərinə əməl etməyərək, idarə etdiyi avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti istiqamətində hərəkətdə olan Şahid1 idarə etdiyi Şahid3 məxsus texniki cəhətdən saz vəziyyətdə olan, açıq yaşıl metallik rəngli “Toyota Prius” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuş və nəticədə ehtiyatsızlıqdan “Toyota Prius” minik markalı avtomobildə sərnişin olan 1968-ci il təvəllüdlü X1 vəziyyət və yuxarı və aşağı ətrafların süst iflici ilə müşayiət olunan 4-5-ci boyun fəqərələrinin fəsadlaşmış sınığı, çıxığı, sol təpəgicgah nahiyəsinin əzilmiş yarası, ağciyərlərin əzilməsi ilə nəticələnən xəsarətlər yetirməklə zərər çəkmiş şəxsin ölümünə səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “HB Güvən” klinikasında həkim köməkçisi kimi işləyir. “Mersedes-Benz C 180” minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə və “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. 28 oktyabr 2022-ci il tarixdə saat 22:35 radələrində Şahid2 ilə birlikdə “HB Güvən” klinikasının yaxınlığında saxladığı və idarə etdiyi “Mersedes-Benz C 180” minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək hərəkət etməyə başlamışdır. O, “Azadlıq” metrostansiyasının yerləşdiyi yeri yaxşı tanımadığı üçün mobil telefonunda naviqasiya proqramı olan “Waze” proqramından istifadə etmişdir. Bundan sonra “Waze” proqramının göstərdiyi yolla saatda təxminən 70-80 km/surətlə 15 dəqiqə hərəkət etdikdən sonra, hərəkətdə olduğu Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi ilə Bakı şəhəri, Nərimanov rayonu Məmməd Araz küçəsinin kəsişməsinə çatanda sürətini azaltmayıb hərəkətini davam etdirmiş və “Waze” proqramının göstərdiyi yolla baxan zaman Məmməd Araz küçəsinə daxil olmuşdur. Həmin vaxt idarə etdiyi “Mersedes-Benz C 180” minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəf hissəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi ilə hərəkətdə olan “Toyota Prius” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəf hissəsi toqquşmuşdur. Zərbənin təsirindən hər iki avtomobil əks zolağa keçərək yolun kənarında olan səkiyə dəyərək dayanmışdır. Həmin vaxt o, sol tərəf qabırğa və baş nahiyəsində ağrılar hiss etmiş və hadisənin şokunda olduğu üçün nə edəcəyini bilməmişdir. Buna baxmayaraq Şahid2 demişdir ki, yoldan keçən taksiyə əyləşib yaşadığı evə getsin. Toqquşmadan qısa müddət keçmiş hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım həkim briqadaları gəlmişlər. Hadisə zamanı “Toyota Prius” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan X11 və həmin avtomobilin sürücüsü Şahid1 bədən xəsarətləri aldıqlarına görə X18 xəstəxanaya aparılmışlar. Sərnişinin ciddi bədən xəsarətləri olduğuna görə müalicə olunması üçün onu palataya yerləşdirmişlər. Hadisə zamanı o, sol tərəf qabırğa və baş nahiyəsində ağrılar hiss etsə də, o, ciddi xəsarət almamış, özünü yaxşı hissə etmişdir. Məhkəmə-tibbi ekspertizasından keçmək istəməmişdir. Onun avtomobili idarə etmək üçün bütün sənədləri olmuşdur. Həmin vaxt o, avtomobili təxminən 70-80 km/saat sürətlə idarə etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinə həkim xərcləri və dəfn mərasimi ilə bağlı çəkilmiş xərcləri ödəmiş, onun arvadı ilə barışıq əldə etmişdir. Törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə belə bir cinayət əməlini törətməsini, himayəsində onkoloji xəstə valideyinlərinin olması, ailənin tək gəlir mənbəyi olmasının nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş X5 hüquqi varisi X9 ifadə verərək bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda Azərbaycan Milli Xalça Muzeyində toxucu kimi işləyir. X11 onun əridir. O, Akimlə xx.xx.1991-ci ildə rəsmi olaraq nikaha daxil olub ailə həyatı qurmuşdur. 28 oktyabr 2022-ci il tarixdə saat 22:00 radələrində əri Akimə zəng vuraraq sonuncudan evə gəlmək üçün işdən çıxıb-çıxmadığını soruşmuşdur. Akim də ona Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayonda yerləşən mebel sexində olduğunu, 10-15 dəqiqəyə işdən çıxacağını bildirmişdir. Bundan sonra o, Akimlə sağollaşıb telefonu söndürmüşdür. Həmin gün saat 23:38-də Akimin istifadə etdiyi mobil nömrədən ona zəng gəlmiş və o, telefona cavab vermişdir. Həmin vaxt telefonda onunla danışan şəxsin Akim yox, başqa şəxs olduğunu bilmiş və həmin şəxs ona polis əməkdaşı olduğunu bildirmişdir. O, polis əməkdaşından Akimin harada olduğunu soruşan zaman həmin şəxs ona yol-nəqliyyat hadisəsi baş verdiyini və Akimin xəsarət aldığını, təcili tibbi yardım avtomobili gələrək X24 Mərkəzə apardığını bildirmişdir. Bundan sonra o, X22 gedərək Akimlə maraqlanan zaman həkimlər ona Akimə ilkin tibbi yardım göstərildiyini və sonuncunun boyun fəqərəsindən xəsarət aldığını demişlər. Həmçinin orada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz C180” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Süleyman Rəhimov küçəsi ilə üzü Məmməd Araz küçəsi istiqamətinə hərəkətdə olan zaman Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi ilə Məmməd Araz küçəsinin kəsişməsində əri Akimin sərnişin kimi olduğu Şahid1 idarə etdiyi “Toyota Prius” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə əri X11 xəsarət almışdır. xx.xx.2022-ci il tarixdə əri X28 Mərkəzdə boyun fəqərəsindən əməliyyat olunsa da, sonuncunun səhhəti normallaşmamışdır. Əri Akim baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətə görə xx.xx.2022-ci il tarixdə X16 ölmüşdür. Akimin heç bir xəstəliyi olmamış, sonuncu sağlam olmuşdur. Həmçinin bildirmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə aralarında razılıq əldə olunmuş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmaması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə bildirimişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olsa da, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, “Toyota Prius” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb “Uber” taksi şirkətinə qoşulaq sərnişin daşımaqla məşğul olmuşdur. 28 oktyabr 2022-ci il tarixdə saat 22:30 radələrində sifariş əsasında idarə etdiyi avtomobilə sərnişin kimi əyləşmiş adının sonradan X13 olduğunu öyrəndiyi şəxsi sifariş əsasında Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən Gənclik metrostansiyası istiqamətində aparmalı olmuşdur. Həmin vaxt Akim idarə etdiyi avtomobil qabaq sağ sərnişin oturacağında əyləşmişmiş və o, sifariş verdiyi ünvana getmək üçün Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektindən Məmməd Araz küçəsində dönüb Atatürk prospekti istiqamətində saatda 40-50 km/surətlə hərəkət etməyə başlamışdır. İdarə etdiyi avtomobillə Məmməd Araz küçəsi ilə Şəmsi Rəhimov küçəsinin kəsişməsinə çatan zaman anidən sağ tərəfdən, yəni Şəmsi Rəhimov küçəsi ilə hərəkətdə olan “Mersedes-Benz C 180” minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğu yola daxil olaraq idarə etdiyi avtomobili qabaq sağ yan hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən hər iki avtomobil əks yola keçmiş və idarə etdiyi “Toyota Prius” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında olan hasara dəyərək dayanmışdır. O, özünə gəlib avtomobilində sərnişin olan Akimə baxan zaman sonuncunun xəsarət aldığını və özündə olmadığını görmüşdür. Bundan sonra oraya gələn şəxslər yaxınlaşaraq ona köməklik göstərərək və hadisə yerinə Təcili Tibbi yardım avtomobili çağırmışlar. Bir qədər sonra hadisə yerinə təcili tibbi yardım avtomobili və polis əməkdaşları gəlmişlər. Həmin hadisədən sonra bədəninin müxtəlif nahiyəsində küt ağrı olsa da, ciddi xəsarət almadığını və həkim müayinəsindən keçməyib yaşadığı ünvana getmişdir. Daha sonra ona məlum olmuşdur ki, Akim baş vermiş yol nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətdən 21 noyabr 2022-ci il tarixdə xəstəxanada ölmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirimişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır və onların arasında dostluq münasibəti vardır. 28 oktyabr 2022-ci il tarixdə saat 22:00 radələrində Ömərlə görüşmək üçün sonuncunun işlədiyi “HB Güvən” klinikasına getmişdir. Onlar təxminən 10-15 dəqiqə söhbət etdikdən sonra o, yaşadığı ünvana getmək istədiyini bildirmişdir. Ömər də onu idarə etdiyi “Mersedes-Benz C 180” minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Azadlıq” metrostansiyasının yaxınlığına apara biləcəyini, oradan da özünün sərnişin avtobusuna minib yaşadığı evə gedə biləcəyini demişdir. O, etiraz etməmiş və saat 22:35 radələrində Ömərlə birlikdə “HB Güvən” klinikasından çıxaraq sonuncunun idarə etdiyi “Mersedes-Benz C180” minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək hərəkət etməyə başlamışlar. O, avtomobilin arxa sərnişin oturacağında əyləşmişdir. Ömər “Azadlıq” metrostansiyasının yerləşdiyi yeri yaxşı tanımadığı üçün mobil telefonunda naviqasiya proqramı olan “Waze” proqramını açaraq proqramın göstərdiyi yolla avtomobili idarə etməyə başlamışdır. “Waze” proqramının göstərdiyi yolla baxan zaman Məmməd Araz küçəsinə daxil olmuşdur. Həmin vaxt Ömərin idarə etdiyi “Mersedes-Benz C 180” minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəf hissəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi ilə hərəkətdə olan “Toyota Prius” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəf hissəsi toqquşmuşdur. O, avtomobildən yerə düşmüş və Ömərin yerə enmədiyi üçün görüb sonuncunun əyləşdiyi oturacağa yaxınlaşmışdır. Həmin vaxt Ömər ona özünü yaxşı hissə etdiyini bildirmişdir. Ömərin vəziyyətinin yaxşı olmasını görüb yoldan keçən, taksi kimi fəaliyyət göstərən avtomobilə əyləşərək yaşadığı ünvana getmişdir. Daha sonra ona məlum olmuşdur ki, Ömərin idarə etdiyi avtomobillə toqquşmuş avtomobildə sərnişin qismində olan Akim Qasımov xəsarət almış və sonuncu aldığı xəsarətlərdən sonradan xəstəxanada dünyasını dəyişmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsinə bildirimişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, müxtəlif markalı avtomobillərin icarəyə verilməsi ilə məşğul olmuşdur. İcarəyə verdiyi avtomobillərdən biri də özünə məxsus olan “Toyota Prius” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Mehdi “Toyota Prius” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobili ondan icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Daha sonra ona məlum olmuşdur ki, Mehdi ona məxsus “Toyota Prius” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi ilə Ş.Rəhimov küçəsinin kəsişməsində, yol nəqliyyat hadisəsi olmuşdur. Həmin vaxt Mehdinin idarə etdiyi avtomobildə sərnişin kimi olan X11 yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış və almış olduğu xəsarətlə bağlı 21 noyabr 2022-ci il tarixdə xəstəxanada ölmüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ona məxsus “Toyota Prius” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə təmir xərci ilə birlikdə ümumilikdə 7360 manat maddi ziyan dəymişdir. Buna baxmayaraq ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənmişdir. Hadisə zamanı “Toyota Prius” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə bağlı heç bir iddia və tələbi olmamışdır. Məhkəmədə tədqiq olunan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 29 oktyabr 2022-ci il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, Ş.Rəhimov küçəsi ilə M.Araz küçəsinin kəsişməsində baş vermişdir. Yolun hərəkət hissəsi döngəli, örtüyün növü asfalt, örtüyün vəziyyəti quru, yol örtüyünün hər iki istiqamət üçün eni 16,40 metr, işlək hissəsinin eni 4 metr, ehtiyyat hissəsinin səki hissəsinin eni 3 metr, ayrıcı zolağın eni 0,40 metr, hərəkət zolaqlarının sayı 4-dür.Yolun işlək hissəsində aşkar edilmiş nişan xətləri 2,5 və 4.1.2 nişanlarının olması aşkar edilmişdir. Hadisə yeri baxış zamanı işıqlandırılır, şəhər elektrik nişanları ilə, sürücünün yerindən faraların işıqlarını görmə vəziyyəti uzaqdan 100 metr, yaxın işıqda 50 metrdir. Təbii günəş işığı ilə işıqlandırılır. Hadisə yerində şin izləri, tormozlama izləri, nəqliyyat vasitəsinin sınmış və itmiş hissələri, nəqliyyat vasitəsinin ətrafdakı əşyalara toxunma izləri və digər izlər aşkar olunmamışdır. Məhkəmədə tədqiq olunan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 2/36103 nömrəli, xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Məhkəmədə tədqiq olunan “DVD diskə baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan və DVD disk ilə hadisənin baş verdiyi an və daha sonra polis əməkdaşlarının hadisə yerinə gəlməsi müşahidə olunmuşdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X10 X27 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 144 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər –komatoz vəziyyəti və yuxarı və aşağı ətraflarının süts iflici ilə müşayiət olunan 4-5-ci boyun fəqərələrinin fəsadlaşmış sınığı, çıxığı, sol təpə-gicgah nahiyəsinin əzilmiş yarası, ağciyərlərin əzilməsi, həyati olub, xəstəxanaya daxil olmazdan az əvvəl bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. X2 ölümünə səbəb-komatoz vəziyyətlə müşayiət olunan 4-5-ci boyun fəqərələrinin fəsadlaşmış sınığı, çıxığı nəticəsində inkişaf etmiş baş beyin ödemi olmuşdur. Ölüm xəstəxanada xx.xx.2022-ci il tarixdə saat 10:00-da baş vermişdir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023cü il tarixli, 8/3571 nömrəli ekspertiza rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercedes Benz C180” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarışını almağa texniki imkanı olmuşdur. Sürücü Ö.Y.X19 C180 markalı avtomobili yaşayış məntəqəsindən 60 km/saatdan artıq, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 30 yanvar 2023cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C180” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmışdır. Həmçinin Şahid1 idarət etdiyi “Toyota Prius” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmışdır. Bundan başqa “Təhlükəsizlik şəhər” sistemindən alınmış 01 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Məhkəmədə tədqiq olunan “Qətimkan tədbiri seçilməsi” haqqında 30 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSSİ Əməliyyat-sorğu katrotekasında heç bir məlumat yoxudur. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əliağa Ağayev küçəsində qeydiyyatsız olaraq yaşayır. Ailə tərkibi anası, atası və bacısından ibarətdir. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli xəsiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əliağa Ağayev küçəsində yaşadığı müddət ərzində heç bir şikayət daxil olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs əmək fəaliyyəti göstərdiyi "xxxx" MMC tərəfindən verilmiş xəsiyyətnamədən də görünür ki, 2018-ci ildən həmin müəssisədə fəaliyyətə başlamışdır və onu barəsində heç bir şikayət, narazıçılıq daxil olmamışdır. 313600 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, zərərçəkmiş X12 xx.xx.2022-ci il tarixində boyun fəqərələrinin çoxsaylı sınıqları nəticəsində ölmüş, xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsin hüquqi varisinin təyin edilməsi haqqından qərar ilə X6 arvadı X9 hüquqi varis qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X29 İdarəsinə ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarı olan) BA 021868 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş həmin sürücülük vəsiqəsinin məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X9 ilə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli aralarında bağlanmış və notariat qaydada təsdiq olunmuş müqavilənin məzmunundan aydın olur ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisinə 8000 manat məbləğində ödəniş edəcəyi təqdirdə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmayacaqdır. Həmçinin məhkəmə baxışı zamanı xx.xx.2023-cü il tarixli barışıq ərizəsini təqdim edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmaması ilə yanaşı onunla barışdığını da bildirmişdir. İstər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ifadələrində, həmçinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/3571 nömrəli rəyi və digər zəruri sənədlərindən aydın olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmuş, lakin ehtiyyatsızlıq edərək cinayət əməlini törətmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə də məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edildiyindən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası CM-nin 45-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmək kimi əlavə cəza təyin edilməsini lazım bilir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkənin hüququ varisi ilə barışıq əldə etməsini, yaşadığı yer üzrə və işlədiyi müəssisə üzrə müsbət xarakterizə olunmasını, ailəsinin tək gəlir mənbəyi olmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Həmçinin Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə bağlı cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alır. Cinayət qanunvericiliyinin tələblərinə əsasən X14 tərəfindən törədilən CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli ehtiyatsızlıqdan törədilmiş cinayət hesab edilir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz C180 markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılması, Həmçinin Şahid1 idarə etdiyi “Toyota Prius” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması, bundan başqa “Təhlükəsizlik şəhər” sistemindən alınmış 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və CM-Nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaq müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C180” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılması, Həmçinin Şahid1 idarə etdiyi “Toyota Prius” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması, bundan başqa “Təhlükəsizlik şəhər” sistemindən alınmış 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-174/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-174/2023
10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver