Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-175/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhər 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Xaçmaz rayonu, Çiləgir kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində xx.xx.2024-cü il tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən Rusiya Federasiyasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan “Pasportstol” ləqəbli şəxs və ya qeyriləri tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “B, B1, C, C1” kateqoriyalı 99 01 412455 nömrəli sürücülük vəsiqəsini əldə etmiş, Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə həmin saxta sürücülük vəsiqəsini 13 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi 36 ünvanında fəaliyyət göstərən 1 saylı Bakı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının “BB043148” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Bazar Store” mağazasında işləyirdi, orada işləyən şəxslərdən biri də Şahid1 adlı şəxs idi. Qazandığı əmək haqqı qane etmədiyindən söhbət əsnasında Rusiya Federasiyasına gedərək taksi fəaliyyəti göstərmək fikirinin olduğunu Şahid1 bildirmişdir. Şahid1 isə atasının orada işlədiyini bu barədə məlumatlı olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs taksi fəaliyyəti göstəmək üçün sürücülük vəsiqəsinin olmadığını bildirdikdə, bu zaman Orxan ona kömək edə biləcəyini demiş və Rusiya Federasiyasında sürücülük vəsiqəsi əldə etməyin Azərbaycanda olduğu kimi ciddi olmadığını söyləmiş, maraqlanıb ona məlumat verəcəyini bildirmişdir. Daha sonra Orxan ona sürücülük vəsiqəsinin hazırlanması üçün şəxsiyyət vəsiqəsinin, əlavə şəkilin lazım olduğunu və rüsum kimi 500 (beş yüz) manat məbləğində pul lazım olduğunu demişdir. Yusif İsmətov pulu Orxanın verdiyi bank kartına göndərmiş və sənədləri vermişdir. Orxan da onları Rusiyada yaşayan atasına göndərmişdir. Təxminən 2023-cü ilin yanvar ayında Orxan sürücülük vəsiqəsini işdə gətirib vermişdir. Daha sonra maddi imkanı zəif olduğu üçün Rusiyaya gedə bilməmişdir. Və düşünmüşdür ki, əldə etdiyi sürücülük vəsiqəsini dəyişərək Azərbaycan Respublikasının sürücülük vəsiqəsini əldə edib burada sürücü kimi işləsin. Bununla əlaqədar “ASAN xidmət” mərkəzinə getmiş və Rusiya Federasiyasına məxsus sürücülük vəsiqəsinin Azərbaycan Respublikası sürücülük vəsiqəsi ilə dəyişdirilməsi üçün müraciət etmişdir. Orada ona yeni sürücülük vəsiqəsi verilmiş amma Rusiya Federasiyasına məxsus sürücülük vəsiqəsi orada qalmışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, onun, ümumiyyətlə, ümumvətəndaş pasportu yoxdur və o, heç vaxt Azərbaycan Respublikasının ərazisini tərk etməmişdir, sürücülük vəsiqəsi almaq üçün imtahandan və ya hər hansı yoxlanışdan keçməmişdir. Rusiya Federasiyasından əldə edilən sürücülük vəsiqəsinin saxta olduğunu bilməmişdir. Ona elə gəlmişdir ki, orada sürücülük vəsiqəsinin əldə etmə qaydası bu formadadır. Saxta olduğunu bilsəydi heç vaxt “ASAN xidmət”ə müraciət etməzdi. Son olaraq o, əməlindən peşman olmasını, ilk dəfədir cinayət əməli törətdiyini, himayəsində yaşlı atasının olmasını, ailəsinin yeganə gəlir mənbəyi olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 bildirmişdir ki, 2021-2022-ci illərdə Təqsirləndirilən şəxs “Bazar Store” mağazasında qəssab kimi işlədiyi zamanlardan tanımışdır. 2019-cu ildə qısa zaman ərzində Rusiyada taksi kimi işləmişdir. O, orada Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi ilə işləmişdir. 2020-ci ilin əvvəllərində qayda çıxmışdır ki, Rusiyada artıq Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi ilə nəqliyyat vasitəsi idarə etmək mümkün olmayacaq. Bu səbəbdən də, o, Azərbaycan Respublikasına geri qayıtmışdır. Onun atası Şahid2 uzun müddət Rusiyada yük daşıma sahəsində işləmişdir. Belə ki, İsmətlə birlikdə işlədikləri zamanlarda, yəni 2022-ci ilin sonlarında söhbət edən zaman Rusiyada taksilikdə yaxşı pul olduğu barədə danışmışdırlar. Həmin ərəfələrdə İsmətin maaşı az imiş, buna görə də o, Rusiyaya gedib orada taksi işləmək qərarına gəlmişdir. Ona Rusiya Federasiyasına məxsus sürücülük vəsiqəsi əldə etməklə bağlı maraqlanıb məlumat verəcəyini bildirmişdir. O, da həmin vaxt atasına zəng edib bu barədə maraqlanmışdır. Daha sonra atası zəng edib ona demişdir ki, oradakı tanışları vasitəsilə maraqlanıb, bu işin mümkün ola biləcəyini demişdirlər. Bunun üçün İsmətin şəxsiyyət vəsiqəsinin şəklini, 3*4 ölçüdə şəkli və rüsum olaraq da 500 manat pul lazımdır. 2023-cü ilin yanvar ayının əvvəllərində atası ona demişdir ki, vəsiqə hazırdır. Atası ondan İsmətin ora nə zaman gedəcəyini soruşmuşdur. O, da İsmətlə danışmış, o isə hələ maddi imkanı zəif olduğu üçün Rusiyaya gedə bilməyəcəyini demişdir. Belə ki, atası da həmin sürücülük vəsiqəsini Azərbaycana gələn bir nəfər tanımadığı şəxslə Bakıya göndərmişdir. O, həmin şəxslə Bakı şəhərində görüşüb vəsiqəni ondan götürmüş və 2023-cü ilin yanvar ayının ortalarında İsmətə vermişdir. Daha sonra İsmətlə görüşən zaman o demişdir ki, Rusiyaya getməyi alınmamışdır. Həmin vəsiqənin saxta olmasını bilməmişdir. Məhkəmə iclasında Şahid2 bildirmişdir ki, 2022-ci ilin sonlarında oğlu Şahid1 ona zəng edib demişdir ki, onun bir nəfər dostu Rusiyaya gəlib taksi işləmək istəyir. Oğlu ondan dostu üçün Rusiyada sürücülük vəsiqəsi düzəltməyin mümkün olduğunu soruşmuş, o da maraqlanıb xəbər edəcəyini demişdir. Belə ki, o, Rusiyada yaşayan tanışlarından bu məsələ ilə bağlı soraqlaşmış və onu “Pasportstol” ləqəbli rus millətindən olan bir şəxslə əlaqələndirmişdirlər. “Pasportstol” ləqəbli şəxs ona demişdir ki, məsələni həll etmək mümkündür. O, şəxsin gəlməsinə ehtiyac olmadığını, həmin şəxsin şəxsiyyət vəsiqəsinin, fotoşəklinin və 500 manat məbləğində pulun olması zəruri olduğunu demişdir. O, həmin şəxsin dediklərini zəng edib oğluna demişdir və oğlu da dostu ilə danışıb razı olduğunu demişdir. Belə ki, oğlu dostundan 500 manat alıb ona göndərmək istəyəndə o, demişdir ki, həmin pulu evdə saxlasın. O, həmin pulun əvəzinə Rusiyada həmin şəxsə 500 manat pulu rus rublu ilə göndərmişdir. Təxminən 1 aydan sonra “Pasportstol” ləqəbli şəxs sürücülük vəsiqəsinin hazır olduğu xəbərini göndərmiş və həmin vəsiqəni orada işləyən Rusiya vətəndaşları ilə ona çatdırmışdır. O da 2023-cü ilin əvvəllərində həmin vəsiqəni Rusiyadan Azərbaycana gələn həmyerlilərim vasitəsilə göndərmişdir. O, həmin sürücülük vəsiqəsinin saxta olduğunu bilmirmiş. Çünki onu orada tam əmin etmişdilər ki, həmin vəsiqə tam qanuni hazırlanıb. Məhkəmədə tədqiq olunan Azərbyacan Respublikası Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Baş X9 İdarəsinə xx.xx.2023-cü il tarixli məktub ünvanlanaraq Azərbaycan Respublikasının vətəndaşları X3, X1, X2, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinə müraciət edərək xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqələrini dəyişdirmələri və təqdim etmiş olduqları sürücülük vəsiqlərinin həqiqiliyi şübhə doğurması səbəbilə araşdırılması üçün həmini darəyə göndərilmişdir. Məhkəmədə tədqiq olunan Azərbyacan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərinin texniki ekpertizası ilə bağlı xx.xx.2023-cü il tarixli, 5/1466 saylı ekspertiza rəyindən görünür ki, Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş xx-xx-412455 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu deyil, printer vasitəsi ilə çap edilmişdir. Təqdim edilmiş, Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş xx-xx-412455 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra” məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs fiziki şəxs kimi uçotda olması, eləcə də hər hansı bir müəssisənin rəhbəri kimi vergi orqanında qeydiyyatda olması barədə məlumat əldə edilməmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs hərbi qulluqçu qismində xidmətdən keçməsi barədə heç bir məlumat əldə edilməmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Nərcan kəndi İƏD-də nümayəndəsi tərəfindən verilən xx.xx.2024cü il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.1997-ci il tarixində anadan olmuş milliyyəti azərbaycanlı, orta təhsilli, subay, Xaçmaz rayon Çiləgir kənd sakini Təqsirləndirilən şəxs. Təqsirləndirilən şəxs yaşadığı ərazidə özünü sakit bir gənc kimi göstərmiş, Nərəcan kənd İcra Nümayəndəliyinə Təqsirləndirilən şəxs barəsində onu tanıyanlardan, yaxın qohumlarından heç bir yazılı və şifahi şikayyət daxil olmamışdır. Məhkəmədə tədqiq olunan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinə hissəvi xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs etirafedici izahat və ifadəsi, şahidlərin ifadələri, DİN-in X9 İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16/2-126385/2023 nömrəli məktub, “könüllü təqdim edilən əşyanı götürmə haqqında” və “baxış keçirilməsi sında” protokollar, sənədlərin məhkəmə-texniki ekspertizasının 19 oktyabr 2023-cü il 5/1466 nömrəli rəyi, həmçinin Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2022-ci il tarixli 99 01 412455 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədi və Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2023-cü il BB043148 nömrəli sürücülük vəsiqəsi cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq edilən “Elektron məhkəmə” informasiya sistemindən əldə edilən məlumata əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.1969-ci il təvəllüdlü İlyas Yusifov adlı yaşlı atası vardır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu Məcəllənin 320.2-ci maddəsinə əsasən Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsində bu cinayət əməli idarəetmə qaydası əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi idarəetmə faəliyyətini predmetləri vəqisə və ya digər rəsmi sənədlərin, dövlət təltiflərinin, möhürlərin, ştampların və blankların hazırlanmasını, onlardan istifadənin və həmin predmetlərlə davranışın qanunverciliklə müəyyən olunmuş qaydası çıxış edir. Nəzərə alınmalıdır ki, dövlət əleyhinə olan cinayətlər ictimai təhlükəli əməllər hesab olunur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində yaşlı atasının olması, ailəsinin yeganə gəlir mənbəyi olması, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CMin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cərimə cəzası təqsirləndirilən Təqsirləndirilən şəxs fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut - Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2022-ci il tarixli 99 01 412455 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədi və Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2023-cü il BB 043148 nömrəli sürücülük vəsiqəsi cinayət işi materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 32 (otuz iki) saata görə 192 (yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından görə Bakı şəhər 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 320.2cimaddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd edilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 (min beş yüz) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işinə əlavə edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2022-ci il tarixli 99 01 412455 nömrəli sürücülük vəsiqəsinə oxşar sənəd və Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2023-cü il BB043148 nömrəli sürücülük vəsiqəsi maddi sübut hesab edilərək cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 32 (otuz iki) saata görə 192 (yüz doxsan iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhər 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-175/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-175/2024
29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver