Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-175/2025 30.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, X10 Etibar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 28 avqust 1994-cü ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Masallı rayonunun Ərkivan qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2025-ci ilin fevral ayının 9-da, saat 19:00 radələrində ünvan 3 ünvanda həyat yoldaşı Zərərçəkmiş şəxs ilə yaşadığı mənzilin yataq otağında ailə münaqişəsi zəminində mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən yumruq və təpiklə Zərərçəkmiş şəxs baş, sifət və ayaq nahiyələrinə bir neçə dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs sol göz yuvasının yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan hematoması, gözün ağlı qişası altına qansızması, üst dodağın sağ yarısının səthi əzilmiş yarası, sol qulaq seyvanının qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ildə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə rəsmi ailə qurmuş və birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü qızı X6 dünyaya gəlmişdir. Son günlər ailədə mübahisələri baş vermişdir. Pərvin ona qarşı yalanlar danışdığı üçün ona qarşı əsəbi olmuşdur. xx.xx.2025-ci il tarixində saat 19:00 radələrində evin yataq otağında olan zaman yoldaşının bank kartları istifadə etdiyini və həmin kartlara pul göndərildiyini bilmişdir. Yoldaşı atasının pul atdığını demişdir. Ondan gizlin bank kartı istifadə etdiyini bildiyi üçün Pərvinə əsəbiləşmiş və Pərvini başına, sifətinə yumruq və sillə ilə vurmuşdur. O, mətbəxə keçən zaman Pərvin qaçıb evdən getmişdir. Hadisə təxminən 04-05 dəqiqə davam etmişdir. Həmin vaxt otaqda Pərvin və özü olmuşdur. Qeyd etdi ki, Pərvinə yumruq zərbəsi endirməmiş, lakin hadisə zamanı özündə olmadığından hadisəni tam xatırlamadığını bildirmişdir. Əməlindən peşmandır. Sonra barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ildə həyat yoldaşı Təqsirləndirilən şəxs ilə rəsmi ailə qurmuşlar və birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü qızı X9 dünyaya gəlmişdir. Məhəmmədlə son günlər ailədə mübahisələri baş verir. Belə ki, Məhəmməd tez-tez spirtli içki qəbul edir və evdə dava-dalaş salır. Sonuncu dəfə “09” fevral 2025-ci il tarixdə təxminən saat 19:00 radələrində Məhəmməd evdə spirtli içki qəbul edərək sərxoş olduqdan sonra guya ondan gizlin bank kartı istifadə etdiyini və başqalarının o kartlara pul atdığını bəhanə edərək onunla münaqişə etmiş, sonra yaşadıqları evin yataq otağında olan zaman üstünə qışqırıb, nalayiq sözlərlə onu söymüşdür. O, Məhəmmədə söyüş söyməməsini dedikdə üstünə gəlib, başına və sifətinə yumruqla və ayaqlarına təpiklə zərbələr vurmuşdur. Məhəmməddən onu vurmamasını xahiş etmişdir. Məhəmməd mətbəxə keçən zaman evdən qaçaraq yaxınlıqda olan Neptun marketdə DİN-in “102” Xidmətinə məlumat vermişdir. Əlavə olaraq qeyd etmişdir ki, ilk dəfədir ki, Məhəmmədi o vəziyyətdə görmüşdür. Özü təkzib etsə belə, Məhəmməd ona həm yumruq, həm də təpik zərbələri vurmuşdur. Ona göndərilən pulu atası göndərmiş və bu səbəbdən Məhəmməd onu döymüşdür. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və cəzalandırılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Törədilmiş və ya hazırlanan cinayət barədə məlumatların şifahi qəbulu haqqında 09 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə 2025-ci ilin yanvar ayının 02-də, saat 19:00 radələrində rəsmi arvadı Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları ünvan 4 ünvanında ailə-məişət münasibətləri zəminində mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən sonuncunu bir neçə dəfə sillə və yumruqla vurmuşdur və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinin təhqiqatçısına şifahi formada məlumat vermişdir. “Hadisə yerinə baxış keçirilməsi barədə” 09 fevral 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanıdır. Mənzil hündürmərtəbəli yaşayış binasının onuncu mərtəbəsindədir. Zərərçəkmiş şəxs hadisə baş verən yeri göstərərək bildirmişdir ki, yataq otağında olan zaman Təqsirləndirilən şəxs ona qəsdən xəsarətlər yetirmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə-tibbi ekspertiza və X8 Publik Hüquqi şəxsinin Nərimanov rayon şöbəsinin 10 fevral 2025-ci il tarixli, 129 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sol göz yuvasının yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan hematoması, gözün ağlı qişası altına qansızması, üst dodağın sağ yarısının səthi əzilmiş yarası, sol qulaq seyvanının qançırı küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına və əmələ gəlmə mexanizminə əsasən demək olar ki, həmin xəsarətləri şəxsin özü-özünə yetirə bilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gələ bilməsi inandırıcı deyildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1, 41.2 (Cəza anlayışı və məqsədləri): Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 56.1.2 (Azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisələrinin növləri): ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələri müəyyən edilir. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 128: sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 131 (Ekspertin rəyi): Ekspertin rəyi – onun tərəfindən aparılmış tədqiqatlar və onların nəticələri barədə bu Məcəllənin müddəalarına uyğun tərtib edilmiş yazılı sənəddir. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamına əsasən, onların məcmusunu ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək belə qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam və birmənalı şəkildə sübuta yetirilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək hadisənin baş vermə faktını etiraf etsə də, onun təqsirliliyi yalnız bu etirafla deyil, iş üzrə toplanmış və bir-biri ilə uzlaşan mötəbər sübutların məcmusu ilə təsdiqini tapmalıdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirini sübuta yetirən həlledici sübut kimi Məhkəmə-tibbi ekspertiza və X8 Publik Hüquqi şəxsinin Nərimanov rayon şöbəsinin 10 fevral 2025-ci il tarixli, 129 nömrəli rəyi çıxış edir. Həmin rəyə əsasən, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sol göz yuvasının yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan hematoması, gözün ağlı qişası altına qansızması, üst dodağın sağ yarısının səthi əzilmiş yarası, sol qulaq seyvanının qançırı küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına və əmələ gəlmə mexanizminə əsasən demək olar ki, həmin xəsarətləri şəxsin özü-özünə yetirə bilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gələ bilməsi inandırıcı deyildir. Bu rəy, öz elmi əsaslılığı və prosessual qanunvericiliyin tələblərinə uyğun əldə edilməsi səbəbindən heç bir şübhə doğurmur və ittihamın əsasını təşkil etmək üçün tam yararlıdır. Habelə, həmin xüsusat Zərərçəkmiş şəxs ifadəsi ilə də təsdiq edilmiş, sonuncu Təqsirləndirilən şəxs onu döydüyünü, sağlamlığına xəsarət yetirdiyini birmənalı şəkildə məhkəmə iclasında və ibtidai istintaqda təsdiq etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran və ya onu cinayət məsuliyyətindən azad edən hallar müəyyən edilmədiyindən, ona qanunla nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Cəza təyini məsələləri: Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) Ümumi hissəsində təsbit edilmiş fundamental prinsipləri – ədalət (maddə 8.1), cəzanın məqsədləri (maddə 41) və cəza təyin etmənin ümumi əsaslarını (maddə 58.3) rəhbər tutur. Məhkəmə həmçinin, bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsini, xüsusilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarlarının göstərişlərini nəzərə alır. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Törədilmiş əməlin ictimai təhlükəliliyi qiymətləndirilərkən, məhkəmə qeyd edir ki, cinayətin obyekti insanın sağlamlığıdır ki, bu da dövlətin ali dəyər kimi qoruduğu fundamental hüquqlardandır. Məhkəmə, CM-nin 59-cu maddəsinin tələblərinə uyğun olaraq, X1 cəzasını yüngülləşdirən hal kimi onun törətdiyi əməldən səmimi peşmançılığını nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Bununla belə, məhkəmə cəza növünü seçərkən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən digər məlumatları da diqqətdən kənarda saxlaya bilməz. Cinayətin ailə-məişət zəminində, xüsusilə də təqsirləndirilən şəxsin həyat yoldaşına – fiziki cəhətdən ondan daha zəif olan və onunla etimada əsaslanan münasibətdə olan bir şəxsə qarşı törədilməsi, əməlin mənəvi-əxlaqi tərəfdən ictimai təhlükəliliyini artırır. X1 törətdiyi əməl cüzi bir səbəbdən – həyat yoldaşının atasından pul almasından yaranmış, lakin bu, ona qarşı yumruq və təpik zərbələrindən istifadə etməklə zorakılığa gətirib çıxarmışdır. Bu, təqsirləndirilən şəxsin öz emosiyalarına nəzarət etməkdə çətinlik çəkdiyini və aqressiv davranışa meylli olduğunu göstərir. Belə davranış, xüsusilə ailə daxilində, cəmiyyət üçün yolverilməzdir və qanunun sərt reaksiyasını tələb edir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə kimi alternativ cəza növlərini nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 2-ci bəndinə əsasən, maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı daha yüngül cəza növləri nəzərdə tutulduqda, məhkəmə daha ağır cəza növü təyin etdikdə qərarını əsaslandırmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X1 islah olunması və onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (praeventio generalis et specialis) məqsədlərinə nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi zəruri və ədalətlidir. Təqsirləndirilən şəxsin zərərçəkmişə, yəni öz həyat yoldaşına qarşı göstərdiyi zorakılığın xarakteri, onun ailə-məişət zəminində yaranmış münaqişəni sivil yolla deyil, fiziki güc tətbiq etməklə həll etməyə çalışması, onun islah olunmasının cəmiyyətdən təcrid olunmadan mümkünlüyünü şübhə altına alır. Azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyini, törədilmiş əməlin ictimai təhlükəliliyi və təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alındıqda, onun islahı üçün kifayət qədər təsirli və çəkindirici vasitə hesab edilə bilməz. Belə bir cəza, həmçinin, cəmiyyətin ailədaxili zorakılığa qarşı barışmaz mövqeyini və bu cür əməllərin cəzasız qalmayacağı prinsipini tam əks etdirməzdi. Məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən edərkən, bir tərəfdən cəzanı yüngülləşdirən halı, digər tərəfdən isə əməlin törədilmə şəraitini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, CM-nin 128-ci maddəsinin sanksiyası çərçivəsində ədalətli və mütənasib bir müddət təyin etməyi vacib bilir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, cəzaçəkmə müddətinin əvvəli – 30 iyul 2025-ci il tarixdən hesablanmalı, barəsində “həbs” qismində qətimkan tədbiri seçilməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı əsasında istintaq təcridxanasında saxlanılması nəzərə alınmalı, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat və 11 (on bir) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 170 (bir yüz yetmiş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 30 iyul 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində “həbs” qismində qətimkan tədbiri seçilsin və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə hazırda həbsdə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak, maddi sübut və mülki iddia olmaması nəzərə alınsın. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat və 11 (on bir) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 170 (bir yüz yetmiş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №1(005)-175/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-175/2025
30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver