Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-176/2022 24.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 09 avqust 1986-cı il tarixdə Masallı rayonunun Kəlbəhüseynli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, tam orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Masallı rayonu, Kəlbəhüseynli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 noyabr 2021-ci il tarixdə, saat 13 radələrində icarə əsasında işlətdiyi ünvan 2 ünvanda yerləşməklə “Fujıfılm” adı ilə fəaliyyət göstərən fotostudiyada faktiki ər-arvad kimi yaşadığı Zərərçəkmiş şəxs müəyyən məlumatların köçürüldüyü özünə məxsus yaddaş qurğusunun onun tərəfindən gizli götürüldüyünü söyləyib həmin yaddaş qurğusunu israrla ondan tələb etməsini cüzi səbəb kimi bəhanə edərək əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq göstərərək xüsusi amansızlıqla və ağır iztirablar verməklə qəsdən yumruq, ayaq, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağının dəstəyi və tiyəsi ilə Zərərçəkmiş şəxs başına və bədəninin müxtəlif nahiyələrinə xüsusi ağrılarla müşayiət olunan çoxlu sayda ardıcıl zərbələr endirmiş, nəticədə Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının İX- X qabırğalarının yerini dəyişən qapalı sınıqları, sol təpə nahiyəsinin, sağ əlin arxa səthinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi-hematomaları, sağ təpə nahiyəsinin qansızmaları, sağ gicgah nahiyəsinin sıyrığı, sağ süd vəzisinin aşağı kvadrantının, sol bazunun orta üçdə birinin bayır səthinin, sol dirsək oynağının arxa səthinin, sol baldırın orta üçdə birinin ön səthinin, döş qəfəsinin sağ yarısının arxa, bayır səthinin və sağ bel nahiyəsinin, sol bud çanaq oynağının ön səthinin qançırları, sağ bazunun orta üçdə birinin bayır səthində 1 ədəd, sağ saidin orta üçdə birinin arxa səthində 1 ədəd, sağ budun aşağı üçdə birinin bayır səthində 1 ədəd (cəmi 3 ədəd) deşilmiş-kəsilmiş yaraları, sol əlin İİİ barmağının dırnaq falanqasının ön səthində 1 ədəd, sağ budun orta üçdə birinin bayır səthində 1 ədəd, aşağı üçdə birinin bayır səthində 1 ədəd (cəmi 3 ədəd) səthi kəsilmiş yaraları, sağ budun orta üçdə birinin bayır səthində 3 ədəd, sağ diz oynağının arxa səthində 2 ədəd, sağ baldırın orta üçdə birinin bayır səthində 4 ədəd, sol baldırın orta üçdə birinin bayır səthində 2 ədəd (cəmi 11 ədəd) deşilmiş yaraları kimi insan həyatı üçün təhlükəli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həbs olunanadək Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, ev 3-də yerləşən 44 saylı mənzildə Zərərçəkmiş şəxs, onun atası Cavad Abbasov, anası Fəridə Abbasova və qardaşı Mirdaməd Abbasovla bir yerdə kirayə yaşamışdır. Sonra, bildirmişdir ki, özü peşəkar fotoqraf olduğundan, təxminən 6 ildir ki, aralarında icarə müqaviləsi bağlanmadan şifahi razılıq əsasında Tofiq adlı şəxsə məxsus Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 26 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürərək, oranı “Fujıfılm” adı ilə fotostudiya kimi işlədir. Daha sonra, qeyd etmişdir ki, X10 ilə evli olsa da, 2011-ci il tarixdə Zərərçəkmiş şəxs ilə tanış olmaqla, dini nikah, yəni kəbin əsasında faktiki ər-arvad kimi yaşamağa başlamışlar və birgə nikahlarından uşaqları yoxdur. Bir yerdə yaşadıqları müddət ərzində Cavidəni qısqandığı üçün aralarında mübahisə yaranaraq onu döydüyündən, sonuncu onun barəsində Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə şikayət etmiş və bununla bağlı orada araşdırma aparılmış, lakin sonradan barışdıqlarından, o, hər hansı məsuliyyətə cəlb edilməmişdir. Həmçinin, vurğulamışdır ki, Zərərçəkmiş şəxs Nərimanov rayonu ərazisində fəaliyyət göstərən 1 saylı Bakı Ərazi İdarəsinin X1 mühəndis-invertarlaşdırıcı işlədiyindən, bir sıra müəssisələrin eskiz layihələrini yaddaş qurğusuna köçürüb həmin yaddaş qurğusunu onun icarə əsasında işlətdiyi qeyd olunan yerdə yerləşən fotostudiyaya aparmış və həmin yaddaş qurğusu orada qaldığından, o, yaddaş qurğusunu götürmüşdür. 01 noyabr 2021-ci il tarixdə, saat 23 radələrində yaşamış olduqları qeyd olunan ünvanda yerləşən mənzildə Cavidə ilə birlikdə olan zaman sonuncu nə səbəbdən qanunsuz olaraq iş yerindən həmin məlumatları yaddaş qurğusuna köçürüb götürməsinə iradını bildirərək, zarafatca “buna görə adamı işdən çıxararlar və tutarlar” deyə Cavidəyə müraciət edəndə, sonuncu onu işdən çıxartdıracağını və tutduracağını güman etdiyindən, aralarında narazılıq yaranmış, lakin, aralarında hər hansı dalaşma olmadan və Cavidəyə hər hansı xəsarət yetirmədən, qısa zaman ərzində barışmışlar. Cavidə ilə iş yerləri yaxın olduğundan, hər gün, nahar vaxtı sonuncu işdən çıxıb onun icarə əsasında işlətdiyi qeyd olunan ünvanda fəaliyyət göstərən fotostudiyaya getmiş və onlar orada görüşüb bir yerdə nahar etmək məqsədilə ilə yaşadıqları mənzilə yollanmışlar. Həmişə olduğu kimi, bir yerdə yaşadıqları mənzilə gedib nahar etmək məqsədilə 02 noyabr 2021-ci il tarixdə, saat 13 radələrində Cavidə onun icarə əsasında işlətdiyi fotostudiyaya getmiş, orada olan zaman Cavidə yenidən həmin yaddaş qurğusunda olan məlumatlar əsasında onu işdən çıxartdıracağını və tutduracağını deyib guya yaddaş qurğusunu ondan gizli götürdüyünü söyləmiş və yaddaş qurğusunu ona verməsini tələb etmişdir. O, bu söhbətə birdəfəlik son qoyub bir daha açmamasını Cavidədən tələb edəndə, sonuncu dediklərini bir daha təkrar edərək yaddaş qurğusunu ona verməsini israrla bildirmişdir. Cavidə dediklərindən əl çəkmədiyi üçün hirsləndiyindən, öncə əlləri ilə onu itələmiş və Cavidə yerə yıxılmış, sonra, yumruq, ayaq və otaqda olan jurnal stolunun siyirməsindən götürdüyü mətbəx bıçağının dəstəyi və tiyəsi ilə Cavidənin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş və bıçağı orada atıb mənzili tərk edərək oradan getmişdir. Cavidəyə xəsarətlər yetirməkdə məqsədi onun bir daha bu söhbətə qayıtmaması üçün onu qorxutmaq olmuşdur. Qeyd olunan vaxtda və yerdə Cavidə ilə aralarındakı mübahisə və sonuncuya xəsarətlər yetirməsi prosesi təxminən 20-25 dəqiqə ərzində davam etsə də, olanlar otağın içərisində baş verməklə ikisindən başqa orada digər heç kim olmadığından və səs-küy otağın içərisində yarandığından, ora toplaşan və baş verənlərin şahidi olan olmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, ev 3-də yerləşən 44 saylı mənzildə atası Cavad Abbasov, anası Fəridə Abbasova və qardaşı Mirdaməd Abbasovla bir yerdə kirayə yaşayır. 02 noyabr 2021-ci il tarixədək Təqsirləndirilən şəxs da, onlarla eyni mənzildə yaşamışdır. 2011-ci il tarixdə Təqsirləndirilən şəxslə tanış olmaqla, dini nikah, yəni kəbin əsasında faktiki ər-arvad kimi yaşasalar da, rəsmi nikaha daxil olmamışlar və birgə nikahlarından uşaqları yoxdur. Bir yerdə yaşadıqları müddət ərzində Pərviz əsassız yerə onu qısqanıb dəfələrlə hədələyərək döydüyü üçün onun barəsində Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə şikayətlər etsə və bununla bağlı araşdırmalar aparılsa da, sonradan barışdıqlarından, sonuncu hər hansı məsuliyyətə cəlb edilməmişdir. 01 noyabr 2021-ci il tarixdə, saat 23 radələrində yaşadığı qeyd olunan ünvanda yerləşən mənzildə Pərvizlə birlikdə olan zaman sonuncu yenidən onu qısqandığı üçün aralarında narazılıq yaransa da, hər hansı dalaşma olmamış və Pərviz ona hər hansı xəsarət yetirmədən, sonradan barışmışlar. Pərvizlə iş yerləri yaxın olduğundan, hər gün, nahar vaxtı onun icarə əsasında işlətdiyi “Fujıfılm” adı ilə fəaliyyət göstərən fotostudiyaya getmiş, orada görüşüb bir yerdə nahar etmək məqsədilə isə yaşadıqları mənzilə yollanmışlar. Həmişə olduğu kimi, bir yerdə yaşadıqları mənzilə gedib nahar etmək məqsədilə 02 noyabr 2021-ci il tarixdə, saat 13 radələrində Pərvizin işlətdiyi fotostudiyaya getmiş, içəri daxil olan kimi Pərviz saçını kəsdirdiyini deyib ona isti su hazırlamasını və hamamı təmizləməsini tapşırmış, o, hamama daxil olub oranı səliqəyə salaraq geri qayıdan zaman Pərviz heç bir səbəb olmadan əlləri ilə onu itələyib yerə yıxmış, yerə yıxılandan sonra, onun ünvanına nalayıq ifadələr işlədərək öncə ayaqları ilə onun başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş və ona xəsarətlər yetirərək kapron lentlə ayaqlarını bağlamaq istəmiş, lakin, ona mane olub onun ayaqlarını bağlamasına imkan verməyəndə Pərviz otaqda olan jurnal stolunun siyirməsindən iri mətbəx bıçağını götürərək öncə bıçağın dəstəyi ilə, daha sonra, tiyəsi ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş və ona xəsarətlər yetirmişdir. O, qışqırdığı üçün qışqırmasının qarşısını almaq məqsədilə Pərviz onun əynindəki gödəkçənin papağını ağzına salmışdır. Həmin vaxt Pərviz ona xəsarətlər yetirən zaman hansısa sənədləri imzalamağa onu məcbur etdiyindən, o, məcbur qalıb həmin sənədləri imzalamışdır. Pərvizin ona imzalatdırdığı sənədləri oxumaq istəsə də, buna imkan vermədiyindən, həmin sənədlərin hansı sənədlər olduğunu bilmir. Təxminən 30 dəqiqə ərzində Pərviz ona xəsarətlər yetirib mənzili tərk edəndən sonra, o, birtəhər mənzildən çıxıb qışqıraraq kömək istəmiş və yoldan keçən tanımadığı şəxsin taksi kimi idarə etdiyi minik avtomobili ilə yaşadığı mənzilə getmiş, ailə üzvləri bu barədə məlumatlı olanda, qardaşı X14 Nazirliyinin 102 Xidməti-Zəng mərkəzinə zəng edərək məlumat vermiş və həmin məlumat əsasında Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində araşdırma aparılmağa başlanılmışdır. Qeyd olunan vaxtda və yerdə Pərvizlə aralarındakı mübahisə və sonuncunun ona xəsarətlər yetirməsi prosesi təxminən 30 dəqiqə ərzində davam etsə də, olanlar otağın içərisində baş verməklə ikisindən başqa orada digər heç kim olmadığından və səs-küy otağın içərisində yarandığından, ora toplaşan və baş verənlərin şahidi olan olmamışdır. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda, şahid X6 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahid X4 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 9-13-cü vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 02.11.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında fəaliyyət göstərən “Fujifilm” fotostudiyasının içərisidir. Hadisə yeri 5 mərtəbələi yaşayış binasının 1ci mərtəbəsindir. Hadisə yerinin giriş qapısında 1 ədəd dəstəyi qəhvəyi qara rəngli plasmasdan olan mətbəx bıçağı götürülmüşdür. Obyektin girişində masanın üzərində qara rəngli kiçik portmanat aşkar edilmişdir. Həmin portmanatın içərisində Təqsirləndirilən şəxs məxsus bir ədəd hərbi bilet, bir ədəd tələbə bileti, bir ədəd xarici pasport, bir ədəd sürücülük vəsiqəsi, bir ədəd “Azərsu” katı, bir ədəd “Bakubus” kartı, 02 ədəd etibarnamə, 01 ədəd Covid-19 sənədi, Azərişıq ödəmə kartı, 02 ədəd dəmir açar və 05 ədəd xırda kağız parçalar götürülmüşdür. Cinayət işinin 16-17-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X13 05.11.2021-ci il tarixli, 834 nömrəli rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sağ yarısının İX-X qabırğalarının yerini dəyişən qapalı sınıqları, sol təpə nahiyəsinin, sağ əlin arxa səthinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi-hematomaları, sağ təpə nahiyəsinin qansızmaları, sağ gicgah nahiyəsinin sıyrığı, sağ süd vəzisinin aşağı kvadrantının, sol bazunun orta üçdə birinin bayır səthinin, sol dirsək oynağının arxa səthinin, sol baldırın orta üçdə birinin ön səthinin, döş qəfəsinin sağ yarısının arxa, bayır səthinin və sağ bel nahiyəsinin, sol bud çanaq oynağının ön səthinin qançırları, sağ bazunun orta üçdə birinin bayır səthində 1 ədəd, sağ saidin orta üçdə birinin arxa səthində 1 ədəd, sağ budun aşağı üçdə birinin bayır səthində 1 ədəd (cəmi 3 ədəd) deşilmiş-kəsilmiş yaraları, sol əlin İİİ barmağının dırnaq falanqasının ön səthində 1 ədəd, sağ budun orta üçdə birinin bayır səthində 1 ədəd, aşağı üçdə birinin bayır səthində 1 ədəd (cəmi 3 ədəd) səthi kəsilmiş yaraları, sağ budun orta üçdə birinin bayır səthində 3 ədəd, sağ diz oynağının arxa səthində 2 ədəd, sağ baldırın orta üçdə birinin bayır səthində 4 ədəd, sol baldınn orta üçdə birinin bayır səthində 2 ədəd (cəmi 11 ədəd) deşilmiş yaraları deşici alətin (alətlərin), ola bilsin bıçağın tiyəsinin şiş ucunun təsirindən törənmişdir, göstərilən şəraitdə əmələ gələ bilər, müddəti 2 noyabr 2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərər vurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özüözünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində gəlməsi inandırıcı deyil. Cinayət işinin 51-52-ci vərəqlərində olan “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 12 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 79-80-ci vərəqələrində olan “Cinayət əməlinin tövsif edilməsi haqqında” 13 noyabr 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 127.2.2 və 127.2.3-cü maddələri ilə başlanmış, hazırki cinayət işi üzrə cinayət əməlinin həmin məcəllənin 127.2.2-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işinin 95-98-ci vərəqələrində olan “Əşyanın tanınmasının aparılması haqqında” 13 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilən bıçağı uzunluğuna, quruluşuna, xüsusiyyətlərinə və əlamətlərinə əsasən tanıyaraq, 02 noyabr 2021-ci il tarixdə, saat 13 radələrində icarə əsasında işlətdiyi ünvan 4 ünvanda yerləşməklə “Fujıfılm” adı ilə fəaliyyət göstərən fotostudiyada məhz həmin bıçaqla Zərərçəkmiş şəxs xəsarətlər yetirməsini təsdiq etmişdir. Cinayət işinin 112-117-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.11.2021-ci il tarixli, 4(005)-1181/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 12 noyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 130-132-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilən 02.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.08.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 manat cərimə edilmişdir. Cinayət işinin 139-cu vərəqəsində olan Masallı rayon İHB-nın Çaxırlı kənd İƏDÜ nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 144-cü vərəqində olan “Doğum haqqında” 22 sentyabr 2016-cı il tarixli, AZ İİİ 830202 nömrəli şəhadətnamənin surətindən görünür ki, 15.08.2015-ci ildə Bakı şəhərində anadan olmuş X5 atası kimi Təqsirləndirilən şəxs, anası kimi X9 göstərilmişdir. Cinayət işinin 148-150-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.08.2021-ci il tarixli, 1(005)-326/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 1000 (bir min) manat miqdarında cərimə cəzasının təyin edilməsi qərara alınmışdır. Cinayət işinin 152-ci vərəqində olan “Amnistiya aktının tətbiq edilməsi barədə” 17 noyabr 2021-ci il tarixli qərardan görünür ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən məkum Təqsirləndirilən şəxs cəzadan azad edilməsi qərara alınmışdır. Cinayət işinin 159-160-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 dekabr 2021-ci il tarixli, 3/1891 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 1 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan onun təyinatını dəyişdirən əlavə və ya düzəlişlər edilməmişdir. Cinayət işinin 169-187-ci vərəqələrində olan “Cinayət təqibi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 17 yanvar 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsindən həmin məcəllənin 127.2.2 və 127.2.3-cü maddələrinə tövsif edilməsi, istintaqın gedişində götürülmüş bıçağın cinayətin aləti olduğundan maddi sübut kimi tanınması və Nərimanov rayon Polis İdarəsində məsul saxlanışa verilməsi qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılaraq imzalanmış 16.05.2022-ci il tarixli ərizədən görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs X7 qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmışdır, ona vurulmuş ziyan tam ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində 1 (bir) azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 127.2.2 və 127.2.3cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 6 (altı) ay 12 (on iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, iş üzrə maddi sübut kimi tanınan bir ədəd bıçaq məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müvafiq olaraq məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 36 (otuz altı) iş saatına görə 216 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 6 (altı) ay 12 (on iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (01 il 24 gün) çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Masallı rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə məsul saxlanışa verilmiş 1 (bir) ədəd bıçaq məhv edilsin. İş üzrə ekspertiza xərci 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 36 (otuz altı) iş saatına görə cəmi 216 (iki yüz on altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-176/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-176/2022
24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver