Məhkəmə qərarları › İş №1(005)-176/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-176/2023

17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-176/2023 17.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Pərviz Pərvin oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və zərərçəmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və 04 azyaşlı övladı olan, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdə saat 14:00 radələrində əvvəllər qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs satıcı işlədiyi ünvan 2 ünvanında yerləşən mağazaya gələrək sonuncu ilə şəxsi münasibətlər zəmnində mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs şillə və yumruqla qəsdən Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq onu itələməklə sonuncuya ənsə, sağ gözaltı nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əziləməsi ilə müşahidə edilən hematomaları, sol əlin arxa səthinin və sol budun orta üçdə birinin bayır səthinin qançırları, müddəti xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, ekspertiza rəyləri və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə 20 il əvvəl qeyri-rəsmi olaraq ailə həyatı qurmuşdur. Onların iki azyaşlı övladı vardır. Uşaqların saxlanması üçün məhkəmə qərarı ilə aliment ödəyir, lakin pandemiya dövründə 6.000 manata yaxın borcu yarandı. Alimenti ödəyə bilmədiyi üçün Nəzirəyə anasının təqaüd kartını vermişdir. Lakin kart ona lazım olduğu üçün ondan qartı qaytarmasını istəmişdir. Nəzirə isə kartı qaytarmaqdan imtina etmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində Nəzirənin satıcı işlədiyi Nərimanov rayonu, S.Y.Bakuvi küçəsi 3 ünvanında yerləşən marketə getmiş, orada Nəzirədən kartını qaytarmasını tələb etmişdir. Nəzirə isə kartın Binəqədi rayon icra şöbəsində olduğunu bildirmiş, bu zaman Nəzirənin yalan danışdığını düşünmüş bunu dilə gətirdikdə isə Nəzirə səs-küy salaraq, üstünə qışqırmışdır. Bu zaman çox əsəbiləşmiş və əsəblərini cilovlaya bilməyib Nərizənin bir qədər sakitləşməsi üçün ona bir şillə vuraraq və onu itələmişdir ki, özünə gəlsin. Mübahisə zamanı marketin içərisində vitrində olan qida məhsulları yerə dağılmış və o daha sonra marketdən çıxıb getdmişdir. Son olaraq məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslə barışmış, əməlindən səmimi peşman olmasını, himayəsində 04 az yaşlı övladının olmasını nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə barışıq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 20 il əvvəl qeyri-rəsmi olaraq ailə həyatı qurmuşdur. Onların iki azyaşlı övladı vardır. Şıxəli aliment borcunu ödəmək məqsədi ilə anasının pensiya kartını ona vermişdir. Lakin daha sonra Şixəli həmin kartı ondan tələb etmiş, o isə, ona kartı verməkdən imtina etmişdir. xx.xx.2023-cü il tarixdə saat 14:00 tadələrində o, satıcı işlədiyi Nərimanov rayonu, S.Y.Bakuvi küçəsi 3 ünvanında yerləşən marketdə olarkən Şıxəli gəlmişdir. Marketin içərisinə daxil olduqda ondan kartı istəmiş o isə, kartın icra şöbəsində olduğunu bildirmişdir. Şıxəli gedib kartı oradan götürməyini istəsə də, o razı olmamış və bu zaman onların arasında mübahisə baş vermişdir. Şıxəli yumruqla başına, qoluna və belin nahiyələrinə bir neçə dəfə vurmuşdur. Son olaraq o, Təqsirləndirilən şəxs ilə hazırda barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək və bu barədə barışıq ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmədə tədqiq olunan “Hadisə baxış keçirilməsi haqqında” 19 yanvar 2023-cü il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, hadisə xx.xx.2023-cü il tarixində saat 14:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, S.Y.Bakuvi küçəsində yerləşən marketin içərisində baş vermişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 19 yanvar 2023cü il tarixli, 53 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər ənsə sağ gözaltı nahiyənin yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiəti edən hematomaları sol əlin arxa səthinin və sol budun orta üçdə birinin bayır səthinin qançırları- küt əşyanın (əşyaların) təsiirindən törənmişdir, qərarınn təsviri hisssinndə xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən ünvanlamış sorğuya əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, həmçinin xx.xx.2021-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 01 il, 05 ay, 03 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Lakin Təqsirləndirilən şəxs əvvəllər CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməmişdir. Məhkəmədə tədqiq olunan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 07 fevral 2023-cü il tarixli qərradan görünür ki, iş üzrə məhkəmə-tibbi ekspertizasının rəyi maddi sübut kimi qiymətləndirilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunan Zərərçəkmiş şəxs məhəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli barışıq ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə hazırda barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq olunan Təqsirləndirilən şəxs məhkəməyə təqdim etmiş olduğu xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığı və dəymiş zərərin aradan qalxdığına dair məhkəməyə təqdim edilmiş ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 39.1.11, 40.3, 43, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar