Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-177/2021 03.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim xxxxxxxxxxxxxxxxxxx sədrliyi, xxxxxxxxxxxxxxxxxxxxxxxxx katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu X3 üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri xxxx saylı Vəkil Bürosunun vəkili xxxxxxxxxxx təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının, Şamaxı rayonu, Həmyəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Şamaxı rayonunun Həmyəli kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, 22-ci korpusda fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1. maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 22 dekabr 2020-ci tarixdə saat 16:00 radələrində “Kia-Rio” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi ilə Qarabağ küçəsi istiqamətində hərəkət edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyərək, yəni nəqliyyat vasitəsini sola və yaxud sağa döndərərkən daim dəyişən hərəkət şəraitinə nəzarət etməklə dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməli, bu məqsədlə lazım gəldikdə idarə etdiyi avtomobili dayandırmalı və piyada keçib getdikdən sonra hərəkətini davam etdirməli olduğu halda, bunlara riayət etməyərək, yolun hərəkət hissəsinin sol tərəfindən sağ tərəfinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin arxa sol hissəsi ilə vurmuş, nəticədə onun ehtiyatsızlığından sonuncunun sağlamlığına az ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun öz ifadəsi, zərərçəkən və şahid ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 22 dekabr 2020-ci il tarixdə saat 16:00 radələrində etibarnamə əsasında idarə etdiyi, “Kia Rio” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobillə, Bakı şəhəri, Nərimanov rayonu, Ə.B.Ağaoğlu küçəsi ilə T.Şıxəliyev küçəsi istiqamətinə dönərkən, Ə.B.Ağaoğlu küçəsinin Qarabağ küçəsi ilə kəsişməsində sola dönüb manevr etdiyi zaman saatda 15 km/sürətlə hərəkətdə olub, yolu keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin arxa sol hissəsi ilə vurmuşdur. Dərhal sonra ona yardım göstərməyə çalışaraq əvvəl yaxınlıqda yerləşən 4 saylı poliklinikaya, sonra isə Travmatologiya institutuna aparıb təkrar müayinə etdirmişdir. Müayinələr zamanı Zərərçəkmiş şəxs sol qolunun dirsək nahiyyəsinin sınığı və cərrahi əməliyyata ehtiyac olduğu müəyyən edilmiş, bu müayinəyə cəmi 106 manat pul xərcləmişdir. O, qorxduğu üçün hadisə barədə polisə xəbər verməmiş, Zərərçəkmiş şəxs bütün tibbi xərcləri qarşılayacağını vəd versə də, sonradan bunu edə bilməmiş, sonuncunun əməliyyatı üçün tələb olunan 1500 manat pulu ödəyə bilməmişdir. Tutduğu əməldən səmimi peşman olmasını, cinayət hadisəsini ehtiyatsızlıqdan törətməsini, zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam ödəməsini və barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, 22 dekabr 2020-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Nərimanov rayonunun Qarabağ küçəsindən Təbriz küçəsi istiqamətində piyada keçərkən, Ə.B.Ağaoğlu küçəsi ilə Qarabağ küçəsinin kəsişməsində hərəkətdə olan “Kia-Rio” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ona yol vermədən, avtomobilini saxlamadan sola döndərmiş, avtomobilin sol yan hissəsi ilə onu vurmuş və avtomobilin sol yan təkəri onun sol ayağının üzərindən keçmiş, o, yerə yıxılmışdır. Dərhal oğlu Vüsala zəng etmiş, hadisənin baş verdiyi ərazidə yerləşən 4 saylı poliklinikaya gəlməsini bildirmiş, sonuncu tez bir zamanda özünü ora çatdırmış, sonra isə Təqsirləndirilən şəxsla birgə anasını Travmatologiya institutuna aparmışlar. Həkim müayinəsi zamanı sol dirsəyinin sınığı müəyyən edilmiş, xəstəxanada əməliyyat üçün 1500 manat pul lazım olduğu bildirildikdə Təqsirləndirilən şəxs ondan həkimə özü yıxılmasını deməyi xahiş etmiş, əvəzində onun bütün müalicə xərclərini üzərinə götürəcəyinə söz vermişdir. Lakin, ilk tibbi yardıma görə cəmi 106 manat xərclədikdən sonra Təqsirləndirilən şəxs ona verdiyi vədi yerinə yetirməmiş, əməliyyat üçün maddi köməklik göstərməkdən boyun qaçırmışdır. Məhkəmə baxışı dövründə ona sığorta şirkəti tərəfindən 1500 manat ödənilmiş, qalan məbləğin isə Təqsirləndirilən şəxs tərəfindən tam ödənilməsini və hazırda onunla barışdığını nəzərə alıb, bu barədə məhkəməyə ərizə təqdim edərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, 22 dekabr 2020-ci il tarixdə saat təxminən saat 16:00 radələrində anası Zərərçəkmiş şəxs ona zəng edərək Qarabağ küçəsində onu avtomobil vurduğunu və təcili həmin ərazidə yerləşən 4 saylı poliklinikaya gəlməsini xahiş etmişdir. O, tez bir zamanda poliklinikaya gəlmiş və anasını “Kia-Rio” markalı **-NY-*** dövlət nömrə nişanlı avtomobil” yolu keçərkən vurduğunu bilmişdir. Sonra o, sürücü Təqsirləndirilən şəxsla birgə anasını müayinə etmək üçün Travmatologiya institutuna aparmışlar. Həkim müayinəsi zamanı anasının sol dirsəyinin sındığı müəyyən edilmiş, xəstəxanada əməliyyat üçün 1500 manat pul lazım olduğu bildirildikdə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həkimə özü yıxılmasını deməyi xahiş edərək, əvəzində onun bütün müalicə xərclərini üzərinə götürəcəyinə söz vermişdir. Lakin, cəmi 106 manat pul xərclədikdən sonra Təqsirləndirilən şəxs verdiyi vədi yerinə yetirməmiş, əməliyyat üçün maddi köməklik göstərməkdən boyun qaçırmışdır. Hal-hazırda anasına vurulmuş zərər tam ödənildiyindən, Təqsirləndirilən şəxsla barışmışlar. Məhkəmə istintaqı zamanı iş üzrə əhəmiyyət kəsb edən bir sıra, o cümləldən aşağıdakı sənədlər də araşdırılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 fevral 2021-ci il tarixli 8/175 saylı avtotexniki ekspertiza rəyindən görünür ki, “Kia Rio” markalı, ** HY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində „Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (iş vər.64-67). Cinayət işində olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baş vermiş yol-nəqliyyat qəzası Bakı şəhəri, Nərimanov rayonu Qarabağ küçəsi ilə Ə.B.Ağaoğlu küçəsinin kəsişməsində yolun hərəkət hissəsində qeydə alınmış, 22 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Kia-Rio” markalı avtomobillə Nərimanov rayonu Qarabağ küçəsinə dönərkən, yolu keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmuşdur (iş vər. 9-15; 72-74). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X13 tərəfindən verilmiş 07 yanvar 2021-ci il tarixli, 01M saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol bazu sümüyünün distal ucunun qəlpəli yerdəyişmiş sınığı, sol baldır nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 22 dekabr 2020-ci il tarixdə yol-nəqliyyat qəzası şəraitində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aiddir (iş vər.36-38). Cinayət işinin materiallarında olan Şamaxı rayonu İHB-nın Həmyəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və 13.01.2021-ci il tarixli, 11 nömrəli arayışdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən Şamaxı rayonunun Həmyəli kəndində doğulub, müsbət xarakterizə olunur, ailə tərkibi arvadı X5 və 28.12.2017-ci il təvəllüdlü X6 ibarətdir (iş vər.45). İş materiallarında olan nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 05.11.2020-ci il tarixli etibarnamədən görünür ki, “Kia Rio” minik markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi ünvan 1 ünvanda qeydiyyatda olan X7 məxsus olmaqla, Şamaxı rayonu, Həmyəli kəndidə qeydiyyatda olan Təqsirləndirilən şəxs tərəfindən 3 il müddətinə 05.11.2023-cü il tarixədək idarə edilməsi üçün istifadəsinə verilmişdir (iş vər.46). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən və Şamaxı rayon İcra və probasiya şöbəsinin 12.02 2021-ci il tarixli, 44-97/5 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin 12.11.2015-ci il tarixli Hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3. maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzası 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti məhkum etmə cəzası təyin edilmiş, 08.06.2017-ci il tarixdə sınaq müddəti bitdiyi üçün şöbənin qeydiyyatından çıxarılmışdır (iş vər. 61-63). Cinayət işinin materiallarında olan 13.02.2021-ci il tarixli və 24.02.2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (iş vər. 97-98; 165-166). İş materiallarında olan 14, 24 fevral 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı, 99 HY-285 dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və mülkiyyətçisinə qaytarılmışdır (iş vər.107-111;146-151). İşdə olan nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması barədə 05 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi X7 məxsus “Kia Rio” markalı, 99 HY-285 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, piyadanın vurulması ilə əlaqədar avtomobilin arxa buferinin sol hissəsi, qanadla bitişik yerdən bir qədər aralanmışdır (iş vər.31-34). Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsi tərəfindən 28.01.2021-ci il tarixdə verilmiş məlumat məktubundan görünür ki, DİN-nin Baş X15 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompyüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs 17.09.2020-ci il tarixdə AE 970689 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (iş vər.139). Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin İ hissəsinin tələblərinə əsasən, sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 26-cı bəndinə əsasən, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində zərər çəkmiş şəxsin müalicə olunmasına və tibb müəssisəsində saxlanılmasına, əmlakına vurulmuş zərərin aradan qaldırılmasına, ölmüş zərərçəkmişin dəfn olunmasına sərf olunmuş xərclərin məbləği iş üzrə toplanılmış sübutlar (ekspertiza rəyləri, tibbi sənədlər, aktlar, arayışlar və digər sənədlər) əsasında müəyyən olunmalıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması onun özünün etirafı, zərərçəkmiş və şahid ifadələri, hadisə yerinə keçirilmiş baxış protokolu, ifadənin hadisə yerində yoxlanılmasına dair protokol, məhkəmə tibbi və məhkəmə avtotexniki ekspertiza rəyləri və digər sənədlərlə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 263.1. maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin məhkəmə o qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməli, eyni zamanda Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğundan müvafiq materiallar Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə göndərilməlidir. Belə ki, CM-in 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1. maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə xüsusi müsadirə olunan əmlak və mülki iddia yoxdur. İş üzrə məhkəmə məsrəfi 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı hüquqlarının müdafiəsi üçün dövlət hesabına təyin olunmuş vəkilə ödəniləcək pul vəsaiti ilə bağlı məsələni həll edərkən, məhkəmə təqdim olunmuş hesabatı, habelə iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, dövlət büdcəsindən hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat Bakı şəhəri xxxx saylı Vəkil Bürosu vasitəsilə vəkil xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, cinayət məsuliyyətindən azad edilmiş Təqsirləndirilən şəxs əməlinin inzibati məsuliyyətə səbəb olunması məsələsinin araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəsini aldıqdan sonra, ərazi aiddiyatı üzrə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Kia-Rio” markalı **-NY-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X7 qaytarılması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 43.1.2, 321, 321.2.1 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1. maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməlinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəsini aldıqdan sonra, ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilsin. İş üzrə keçirilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının dəyəri 100 (yüz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil X2 Bakı şəhəri xxx saylı Vəkil Bürosu vasitəsilə 120 (yüz iyirmi) manat ödənilsin. İş üzrə maddi sübut “Kia-Rio” markalı **-NY-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil mülkiyyətçi X1 verilsin. İş üzrə xüsusi müsadirə olunan əmlak və mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim xxxxxxxxxxx
Məhkəmə qərarları › İş №1(005)-177/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-177/2021
03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver