Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-177/2022 09.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun Vəkili X2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etmiş, saxlamış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq 01 ədəd çaxmağın üzərində 197 nömrəsi olan, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AK-74 modelli, yivli odlu silah olan, texniki cəhətdən saz və atəşə yararlı «Kalaşnikov» konstruksiyalı avtomat, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı həmin kalibrli «Kalaşnikov» konstruksiyalı avtomatların komplekt hissəsi-darağı, 30 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 07 ədədi 1975-ci, 04 ədədi 1979-cu, 19 ədədi 1981-ci illərdə istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli «Kalaşnikov» konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan ştat patronları əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın yaxınlığına daşmış və gəzdirmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə odlu silah əldə etmə, saxlama və daşıması barədə Nərimanov RPİ-nə daxil olmuş məlumat əsasında qeyd olunan idarənin və 17-ci PŞ-nin əməkdaşları tərəfindən 11 noyabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saat 15 radələrində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əlində olan ağ rəngli parça materialından tikilmiş, üzərində “Abşeron Un” yazıları olan 01 ədəd torbanın içərisindən göy rəngli sellofan torbaya bükülmüş çaxmağın üzərində 197 nömrəsi olan, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AK-74 modelli, yivli odlu silah olan texniki cəhətdən saz və atəşə yararlı «Kalaşnikov» konstruksiyalı avtomat, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı həmin kalibrli «Kalaşnikov» konstruksiyalı avtomatların komplekt hissəsi-darağı, 30 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 07 ədədi 1975-ci, 04 ədədi 1979-cu, 19 ədədi 1981-ci illərdə istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli «Kalaşnikov» konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan ştat patronları aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən bir ildən çox olar ki, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül deyilən ərazidə yararsız dəmir əşyalarının tullandığı yerdə ona lazım ola biləcək dəmir əşyalarını toplayan zaman oradan qara rəngli sellofana bükülmüş halda 01 ədəd avtomat və ona aid 30 ədəd patronlar tapmışdır. Həmin silahı və patronları yaşadığı Yasamal rayonu, M.Sübhi küçəsi 162 saylı evdə saxlamışdır kı, satmaq üçün müştəri tapsın. 11 noyabr 2021-ci il tarixdə saat 15 radələrində qeyd etdiyi avtomatı və patronları evdən götürüb ünvan 4 ünvanın yaxınlığına gətirmişdir ki, orada tanımadığı şəxslərdən birinə sata bilsin. Lakin o, orada olduğu zaman ona mülkü geyimdə olan 4 nəfər yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirib ondan harada yaşadığını, adını və soyadını soruşmuşlar. O da adını və soyadını onlara bildirmişdir. Polis əməkdaşları ona əlində tutduğu torbanın içərisində silah-sursat olmasından şübhələndiklərini deyərək onlarla Nərimanov RPİ-nə getməsini xahiş etmişlər. O da həmin şəxslərlə Nərimanov RPİ-nə getmişdir. Polis idarəsində ona bildirilmişdir ki, əlində tutduğu torbanın içərisində silah-sursat olmasından şübhələndiklərinə görə əlində tutduğu torbada axtarış və götürmə aparacaqlar. Daha sonra polis əməkdaşları tərəfindən həmin torbaya baxış keçirilmiş, baxış zamanı o, 01 ədəd avtomat silahını, 30 ədəd patronları və 01 ədəd darağı könüllü olaraq təqdim etmişdir. Son olaraq əməlindən peşmançılıq çəkməsini və himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin CAŞ üzrə inspektoru Şahid2 Rəfail oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirinin həyata keçirilməsi ilə bağlı istintaq qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunda o da iştirak etmişdir. Həmin gün ünvan 2 ünvanın yaxınlığında əməliyyat məlumatına əsasən zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin piyada getdiyini görmüşlər. Bundan sonra o, digər polis əməkdaşları ilə birlikdə həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər və həmin şəxsdən adını və soyadını soruşmuşlar. Saxlanılan şəxs adının Rüstəm, soyadının Osmanov olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs üzərində odlu silah gəzdirməsi barədə məlumatların olduğunu bildirərək, bu məlumatın yoxlanılması üçün onu Nərimanov RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla Polis İdarəsinə getməyə razılıq vermişdir. Daha sonra şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində və sağ əlində tutduğu torbanın içərisində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs torbanı təqdim edib bildirmişdir ki, həmin torbanın içərisində 01 ədəd avtomat silah, 30 ədəd patronlar və 01 ədəd daraq var. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi torbanı açıb içərisinə baxdıqda göy rəngli sellofon torbaya bükülmüş 01 ədəd avtomat silahına bənzər silah, 30 ədəd patronlar və 01 ədəd daraq olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 01 ədəd avtomat silahını və ona aid 30 ədəd patronları təxminən bir il bundan əvvəl Bakı şəhərində Dərnəgül deyilən ərazidə dəmir tullantıları atılan yerdən tapmış və indiyədək özü ilə saxlamışdır ki, müştəri taparsa satsın. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid5 şahid qismində dindirilmiş Şahid2 Rəfail oğlunun verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid1 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında 11 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 11 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, ünvan 5 ünvanın yaxınlığında Nərimanov RPİ-nin NMB CAŞ-nin və 17-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində və sağ əlində tutduğu torbanın içərisində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs sağ əlində tutduğu, üzərində “Abşeron Un” yazıları yazılmış, 01 ədəd ağ rəngli, parça materialından tikilmiş torbanı təqdim edib bildirmişdir ki, həmin torbanın içərisində 01 ədəd avtomat silah, 30 ədəd patronlar və 01 ədəd sandıq (daraq) olmuşdur. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 01 ədəd ağ rəngli parça materialından tikilmiş, üzərində "Abşeron Un“ yazıları olan torbanı açıb içərisinə baxdıqda göy rəngli sellofan torbaya bükülmüş 01 ədəd avtomat silahına bənzər silah, 30 ədəd patronlar və 01 ədəd sandıq (daraq) olduğu aşkar edilmişdir. Silahın üzərində hər hansı bir rəqəmlər, həriflər, nömrələr və yazılar yoxdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 01 ədəd avtomat silahını və ona aid 30 ədəd patronları təxminən bir il bundan əvvəl Bakı şəhərində Dərnəgül deyilən ərazidə dəmir tullantıları atılan yerdən tapmış və indiyədək özündə saxlamışdır ki, müştəri taparsa satsın. Bu gün həmin silahı və ona aid olan 30 ədəd patronları ağ rəngli torbaya qoyaraq Nərimanov rayonu, M.Nərimanov küçəsinə gətirmişdir ki, orada satmaq məqsədi ilə tanımadığı müştəriyə göstərsin. Təxminən saat 15:00 radələrində M.Nərimanov küçəsi 5 saylı ünvanın yaxınlığında olduğu zaman ona mülki geyimdə olan 4 nəfər şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib onlarla Nərimanov RPİ-yə getməsini xahiş etmişlər. O da həmin şəxslərlə birlikdə Nərimanov RPİ-yə gəlmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs əynində olan qara rəngli, dəri əvəzləyici materialından tikilmiş qısa qol gödəkçəsinin sağ yan cibindən üzərində "Prima" yazıları, içərisində 04 ədəd siqaret olan 01 ədəd siqaret qutusunu, və 01 ədəd alışqanı, həmin gödəkcənin sağ yan cibindən 01 ədəd 50, 02 ədəd 20, 08 ədəd 10, 01 ədədə 05 nominallı qəpikləri, ümumilikdə bir manat yetmiş beş qəpiyi, həmin gödəkcəsinin sol tərəf iç cibindən Təqsirləndirilən şəxs adına verilmiş AA ******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini, 01 ədəd qoruyucu maskanı, 01 ədəd saç darağını da könüllü olaraq təqdim etmişdir. Əlavə axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir maddə və ya əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs könüllü təqdim cidiyi-01 ədəd avtomat silahına bənzər silah, 30 ədəd patronlar və 01 ədəd sandıq (daraq) iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi götürülərək qablaşdırılmış və DİN-nin 44 nömrəli möhürü ilə möhürlənmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 12 noyabr 2021-ci il tarixli 21/641R nömrəli rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş 01 ədəd çaxmağın üzərində 197 №-si olan silah, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidirdarağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş 30 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 07 ədədi 1975-ci, 04 ədədi 1979-cu, 19 ədədi 1981-ci, illərdə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnixov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. - Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gülləgilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Qeyd: Tədqiqata təqdim edilmiş 30 ədəd 5,45x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 noyabr 2021-ci il tarixli 4(005)- 1179/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 noyabr 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Maddi sübut qismində tanınma haqqında 13 noyabr 2021-ci il tarixli qərardan görünür ki, 01 ədəd 197 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ-də silah zavodunda istehsal olunmuş, yivli odlu silahlar növünə aid, texniki cəhətdən saz və atəşə yararlı, 5,45 mm kalibrli «Kalaşnikov» konstruksiyalı AK-74 modelli avtomat, zavod üsulu ilə istehsal edilmiş, 5.45x39 mm kalibrli «Kalaşnikov» avtomatlarında atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı döyüş sursatı olan 30 ədəd patronlar və 01 ədəd daraq «Kalaşnikov» konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 5,45x39 mm kalibrli patron tutumuna malik və istifadəyə yararlı daraq cinayət işi üzrə sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Ekspertiza zamanı təqdim edilmiş 30 ədəd 5,45x39 mm kalibrli patronlardan 03 ədədinin eksperimental atəş zamanı istifadə olunması nəzərə alınması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 14.01.2022-ci il tarixli cavabından görünür ki, Osmanov X4 Rayon Xalq Məhkəməsinin 02.08.1995-ci il tarixli hökmü ilə AR CM-nin 143.4, 42-1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəzanın icrası iki il müddətə təxirə salınmış, Binəqədi Rayon Məhkəməsinin 16.04.1997-ci il tarixli hökmü ilə AR CM-nin 213.1, 39-cu maddəsi ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21.12.1999-cu il tarixdə AR Milli Məclisin 10.12.1999-cu il tarixli Amnistiya haqqında qərarının 5-ci bəndində əsasən cəzadan azad edilmiş, Yasamal Rayon Məhkəməsinin 26.07.2000-ci il tarixli hökmü ilə AR CM-nin 207.3-cü maddəsi ilə təqsirli bilinib 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16.11.2004-cü ildə cəzasının sonu ilə azad olunmuş, Nərimanov Rayon Məhkəməsinin 10.02.2005-ci il tarixli hökmü ilə AR CM-nin 152-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR Apellyasiya Məhkəməsinin 21.04.2005-ci il tarixli qərarı ilə CM-nin 62-ci maddəsi tətbiq edilərək 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 68.1.2-ci maddəsi tətbiq edilməklə qəti olaraq 01 il 01 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilərək azad edilmiş, Nərimanov Rayon Məhkəməsinin 01.03.2006-cı il tarixli hökmü ilə AR CM-nin 221.2.2, 234.1, 66.3, 67.1, 68.1.2-ci maddəsi ilə təqsirli bilinib 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20.01.2011-ci ildə cəzasının sonu ilə azad edilmiş, Yasamal Rayon Məhkəməsinin 22.07.2013-cü il tarixli hökmü ilə AR CM-nin 177.1, 234.1, 66.1, 66.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05.06.2014-cü il tarixdə Xəzər Rayon Məhkəməsinin 05.06.2014cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmiş, 20.10.2014-cü ildə təyin edilmiş sınaq müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, Səbail Rayon Məhkəməsinin 13.11.2015-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09.12.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sübutların qiymətləndirilməsi haqqında 14 yanvar 2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd CD diskin maddi sübut kimi tanınması və materiallara əlavə edilməsi və s. qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək məhkum olunmasını onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 11 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 01 ədəd çaxmağın üzərində 197 nömrəsi olan, 5.45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AK-74 modelli, yivli odlu silah olan, texniki cəhətdən saz və atəşə yararlı Kalaşnikov konstruksiyalı avtomat, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş ekspertizadan sonra qalıq qalmış 27 ədəd 5.45X39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi-darağı, 30 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 07 ədədi 1975-ci, 04 ədədi 1979-cu, 19 ədədi 1981-ci illərdə istehsal olunmuş, 5.45X39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan ştat patronları hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 9 (doqquz) iş saatına görə 54 (əlli dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 11 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 01 ədəd çaxmağın üzərində 197 nömrəsi olan, 5.45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AK-74 modelli, yivli odlu silah olan, texniki cəhətdən saz və atəşə yararlı Kalaşnikov konstruksiyalı avtomat, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş ekspertizadan sonra qalıq qalmış 27 ədəd 5.45X39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi-darağı, 30 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 07 ədədi 1975-ci, 04 ədədi 1979-cu, 19 ədədi 1981ci illərdə istehsal olunmuş, 5.45X39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan ştat patronları hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 9 (doqquz) iş saatına görə 54 (əlli dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-177/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-177/2022
09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver