Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-177/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X16 Bəhram oğlunun sədrliyi, Məmmədova Aygün Fərhad qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – «Arbitrium» Vəkil Bürovunun vəkili Müdafiəçi1 Kamiz oğlunun, «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1979-cu ildə Laçın şəhərində anadan olmuş, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ bələdiyyəsində vergi müfəttişi vəzifəsində işləmiş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ünvan 4 ünvanda yerləşən Zığ Bələdiyyəsində xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi üzrə vergi müfəttişi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən fərdi yaşayış evinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən çıxarışın alınmasına dair Zərərçəkmiş şəxs2 yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs2 xx.xx.2021ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində 670 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 vermiş olduğu vədinə əməl etməyərək və vəd etdiyi işin müqabilində heç bir iş görməyib zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 670 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ünvan 4 ünvanda yerləşən Zığ Bələdiyyəsində xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi üzrə vergi müfəttişi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən fərdi yaşayış evinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən çıxarışın alınmasına dair Zərərçəkmiş şəxs3 yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində 650 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 vermiş olduğu vədinə əməl etməyərək və vəd etdiyi işin müqabilində heç bir iş görməyib zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs3 650 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ünvan 4 ünvanda yerləşən Zığ Bələdiyyəsində xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi üzrə vergi müfəttişi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən iki fərdi yaşayış evinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən çıxarışın alınmasına dair Zərərçəkmiş şəxs4 yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs4 vermiş olduğu 1280 manat pul vəsaitini xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs5 alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 vermiş vədinə əməl etməyərək və vəd etdiyi işin müqabilində heç bir iş görməyib zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs4 1280 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ünvan 4 ünvanda yerləşən Zığ Bələdiyyəsində xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi üzrə vergi müfəttişi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən fərdi yaşayış evinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən çıxarışın alınmasına dair Zərərçəkmiş şəxs5 yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs5 xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində 580 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 vermiş olduğu vədinə əməl etməyərək və vəd etdiyi işin müqabilində heç bir iş görməyib zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs5 580 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ünvan 4 ünvanda yerləşən Zığ Bələdiyyəsində xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi üzrə vergi müfəttişi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən fərdi yaşayış evinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən çıxarışın alınmasına dair Zərərçəkmiş şəxs6 yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs6 xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində 650 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 vermiş olduğu vədinə əməl etməyərək və vəd etdiyi işin müqabilində heç bir iş görməyib zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs6 650 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ünvan 4 ünvanda yerləşən Zığ Bələdiyyəsində xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi üzrə vergi müfəttişi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 37 saylı evin, 18 saylı mənzilinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən çıxarışın alınmasına dair Zərərçəkmiş şəxs1 yalandan vəd verib bu adla Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 37 saylı evin, 18 saylı mənzilində 700 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 vermiş olduğu vədinə əməl etməyərək və vəd etdiyi işin müqabilində heç bir iş görməyib zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 700 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasının gedişində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib ittihama uyğun ifadə verərək bildirdi ki, o, 08 may 2021-ci il tarixli əmək müqaviləsinə əsasən Suraxanı rayonu Zığ Bələdiyyəsində vergi müfəttişi vəzifəsində işləmiş və 23 avqust 2021-ci il tarixdə öz ərizəsi ilə işdən çıxmışdır. Həmin vəzifədə işlədiyi müddətdə Zərərçəkmiş şəxs3 2021-ci ilin may ayında ona üraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları Qum adası qəsəbəsində olan fərdi yaşayış evinə “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs” xidmətindən çıxarışın alınmasını ondan xahiş etdikdə o, bunun mümkün olduğunu və onun hazırki işi ilə bağlı geniş əlaqələrinin olduğunu, aidiyyəti dövlət orqanlarının səlahiyyətli vəzifəli şəxsləri vasitəsilə bu məsələni müsbət şəkildə həll edə biləcəyimi demişdir. O, bui şin müqabilində 650 manat yox, 380 manat pul almış, sonra isə 3 (üç) nəfərdən ibarət lahiyəçi memar, yəni Şahid7, İsmayıl Quliyevi və Şahid9 xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Vüqarın yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə gətirmiş və memarlar Vüqarın evini ölsdükdən sonra Vüqara xx.xx.2019-cu il tarixli “Lisenziya və Lisenziya əlavəsini, xx.xx.2021-ci il tarixli “Azərbaycan Respublikası Zığ bələdiyyəsi, “Yerli (bələdiyyə” büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnaməni, Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları Qum adası qəsəbəsində yerləşən “X4” istifadəsində olan torpaq sahəsində inşa edilmiş 1 (bir) + mansard mərtəbəli fərdi yaşayış evinin layihəsinin X5ni vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 2021-ci ilin may ayında ona müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları Qum adası qəsəbəsində olan iki fərdi yaşayış evinə “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs” xidmətindən çıxarışın alınmasını yenidən ondan xahiş edərkən onunla razılaşdıqdan sonra sonuncudan da 1200 manat deyil 900 manat məbləğində pul almışdır. Yalnız 3 (üç) nəfərdən ibarət lahiyəçi memar, yəni Şahid7, İsmayıl Quliyevi və Elşən Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə gətirmiş, memarlar onun hər iki evini ölçüb biçdikdən sonra ona “Lisenziya və Lisenziya əlavəsi, xx.xx.2021-ci il tarixli “Azərbaycan Respublikası Zığ bələdiyyəsi, “Yerli (bələdiyyə” büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə, Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları Qum adası qəsəbəsində yerləşən “Zərərçəkmiş şəxs4” istifadəsində olan torpaq sahəsində inşa edilmiş 1 (bir) mərtəbəli fərdi yaşayış evinin layihəsinin X5ni və Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları Qum adası qəsəbəsində yerləşən “Zərərçəkmiş şəxs4” istifadəsində olan torpaq sahəsində inşa edilmiş 2 (iki) mərtəbəli fərdi yaşayış evinin layihəsinin X5ni vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs5 istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları Qum adası qəsəbəsində olan fərdi yaşayış evinə “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs” xidmətindən çıxarışın alınmasına görə xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları Qum adası qəsəbəsində olan fərdi yaşayış evinin həyətində Azərdən 580 manat deyil, 410 manat pul almışdır. Zərərçəkmiş şəxs6 istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları Qum adası qəsəbəsində olan fərdi yaşayış evinə “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs” xidmətindən çıxarışın alınmasına görə isə Elbrusdan 650 manat deyil, 310 manat pul almış, eyni qayda ilə ona da çıxarış almamışdır. Zərərçəkmiş şəxs3 daha sonra 2021-ci ilin yayında onu qayınanası Zərərçəkmiş şəxs1 ilə tanış etdikdən sonra Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 37 saylı evin, 18 saylı mənzilinə “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs” xidmətindən çıxarışın alınmasını ondan xahiş etdikdə o, çıxarış alınmasında köməklik edəcəyini yalandan vəd verərək Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 37 saylı evin, 18 saylı mənzilində Zərərçəkmiş şəxs1 700 manat pul deyil, 580 manat pul almışdır. Bundan əlavə o, Zərərçəkmiş şəxs2 epizoduna dair həmin şəxsi mən tanımamış, həmin şəxsi ona Zərərçəkmiş şəxs5 dediyindən həmin şəxsdən pul almamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşman olmasını bildirərək məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs3 onun kürəkənidir. Zərərçəkmiş şəxs3 onun yanında Bakı şəhəri Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən fərdi yaşayış evinin Təqsirləndirilən şəxs tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alınması ilə bağlı köməklik etdiyini deyərkən kürəkəni Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs onun yaşadığı Bakı şəhəri Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 37 saylı evin, 18 saylı mənzilinə daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarış alınması ilə bağlı köməklik edə biləcəyini soruşmasını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 37 saylı evin, 18 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarış alınması ilə bağlı köməklik edə bilməsini soruşduqda Təqsirləndirilən şəxs Vüqara problem olmadığını, həmin mənzilin sənədləşdirilməsinə 700 manat pulun müqabilində köməklik edə biləcəyini demişdir. Bu barədə kürəkəni Vüqar ona dedikdən sonra o, razılaşmışdır. Beləliklə də Təqsirləndirilən şəxs ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 37 saylı evin, 18 saylı mənzilinə daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarışın alınması ilə bağlı onun yaşadığı mənzilə lahiyəçilər ilə birlikdə baxış keçirilmiş, həmin vaxt o, Pəvriz Səfərəliyevə 650 manat pul vemişdir. Daha sonra o, evinə dair heç bir çıxarış ala bilmədiyindən Təqsirləndirilən şəxs barəsində hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda ona dəymiş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olmasını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Suraxanı rayonu Zığ bağları, Qum adası deyilən ərazidə yaşayır. Suraxanı rayon Zığ Bələdiyyənin əməkdaşı kimi özünü təqdim edən Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yaşayan sakinlər ilə söhbət edərkən Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yaşayan sakinlərin mövcud fərdi yaşayış evlərinin lahiyələrini tez bir zamanda hazırlayacağını və nəticədə həmin sakinlər daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarış sənədləri alacanlarını, bunun müqabilində fərdi evlərin yerləşdiyi torpaq sahələrinin ölçüsündən asılı olaraq pul ödənilməsini bildirmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evlərinin lahiyiləndirilməsi və gələcəkdə həmin lahiyə əsasında daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarışın alınması məqsədi ilə 3 (üç) nəfərdən ibarət lahiyəçilər ilə birlikdə onun Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən fərdi yaşayış evimə gəlmiş, fərdi yaşayış evini ölçdükdən sonra Təqsirləndirilən şəxs ona 650 manat pul ödəyəcəyimi bildirdikdə o, sonuncu ilə razılaşıb Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində 650 manat pulu sonuncuya vermişdir. Bundan sonra o, 2021-ci ilin oktyabr ayına qədər çıxarışı gözləsə də, Təqsirləndirilən şəxs ona çıxarışı təqdim etməmişdir. Bundan sonra o, bələdiyyənin əməkdaşı Şahid3 ilə telefon əlaqəsi saxlayarkən sonuncu ona Pəvriz Səfərəliyevin işdən çıxdığını bildirmişdir. Bundan sonra Pəvriz Səfərəliyevin onu və digər sakinləri aldatdığını anlamış və bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Hazırda ona dəymiş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olmasını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadə verərək göstərdi ki, onun Bakı şəhəri Suraxanı rayonu, Zığ Bağları, Qum adası qəsəbəsində 2 (iki) evi var. Suraxanı rayon Zığ bələdiyyənin əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yaşayan sakinlərlə söhbət edərək Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yaşayan sakinlərin mövcud fərdi yaşayış evlərinin lahiyələrini tez bir zamanda hazırlayacaq, nəticədə həmin sakinlər daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarış sənədləri alacaqlar, bunun üçün fərdi evlərininin yerləşdiyi torpaq sahələrinin ölçüsündən asılı olaraq pul ödənilməli olduğunu və 2021-ci ilin oktyabr ayının sonuna kimi fərdi evləri ilə bağlı daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarış sənədlərini əlbə-əl təqdim edəcəyini bildirdi. Təqsirləndirilən şəxs fərdi yaşayış evlərinin lahiyələndirilməsi və gələcəkdə həmin lahiyə əsasında daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarışın alınması məqsədi ilə 3 (üç) nəfərdən ibarət lahiyəçilər ilə birlikdə ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlmişlər və fərdi yaşayış evini ölçdükdən sonra Təqsirləndirilən şəxs 2 (iki) evinə görə çıxarış alınması məqsədi ilə hər bir evinə görə 640 manat, cəmi isə hər iki evinə görə 1280 manat pul ödəməli olduğunu bildirdikdəo, sonuncu ilə razılaşmış və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 vasitəsi ilə 1280 manat pulu vermişdir. Bundan sonra bir müddət keçsə də heç bir sənəd verilmədiyindən Təqsirləndirilən şəxs tərəfindən aldandığını anlamış və hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Hazırda ona dəymiş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olmasını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, 2021-ci ilin təxminən aprel ayında Suraxanı rayon Zığ bələdiyyənin əməkdaşı kimi özünü təqdim edən Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yaşayan sakinlərələ söhbət edərkən Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yaşayan sakinlərin mövcud fərdi yaşayış evlərmizin lahiyələrini tez bir zamanda hazırlayacağını, nəticədə daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarış sənədləri veriləcəyini və 2021-ci ilin oktyabr ayının sonuna kimi fərdi evləri ilə bağlı daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarış sənədlərini onlara təqdim edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evlərinin lahiyələndirilməsi və gələcəkdə həmin lahiyə əsasında daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarışın alınması məqsədi ilə 3 (üç) nəfərdən ibarət lahiyəçilər ilə birlikdə ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən fərdi yaşayış evlərinə gəlmişdir. Ona məxsus fərdi yaşayış evini ölçdükdən sonra Təqsirləndirilən şəxs 580 manat pul ödəyəcəyini ona bildirdikdə o, onunla razılaşıb xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində 580 manat pulu Pərvizə vermişdir. Daha sonra Təqsirləndirilən şəxs ona xx.xx.2019-cu il tarixli “Lisenziya və Lisenziya əlavəsi, oğlu X10 adına olan xx.xx.2021-ci il tarixli “Azərbaycan Respublikası Zığ bələdiyyəsi, “Yerli (bələdiyyə” büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə təqdim etmişdir. Bundan bir müddət sonra 2021-ci ilin oktyabr ayına qədər o, gözləsə də Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarış sənədləri təqdim edilməmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs tərəfindən aldandığını anlamış və bu barədə hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Hazırda ona dəymiş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olmasını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, 2021-ci ilin təxminən aprel ayında Suraxanı rayon Zığ Bələdiyyəsinin əməkdaşı kimi özünü təqdim edən Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yaşayan sakinlərələ söhbət edərək bildirdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yaşayan sakinlərin mövcud fərdi yaşayış evlərinin lahiyələrini tez bir zamanda hazırlayacaq və nəticədə həmin sakinlər daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarış sənədləri alacaqlar. Bu söhbətdən sonra O, Təqsirləndirilən şəxs dediklərinə inandığından onunla razılaşmışdır. Təqsirləndirilən şəxs fərdi yaşayış evlərinin lahiyələndirilməsi və gələcəkdə həmin lahiyə əsasında daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarışın alınması məqsədi ilə 3 (üç) nəfərdən ibarət lahiyəçilər ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən onun fərdi yaşayış evinə gəlmişlər. Bundan sonra onun fərdi yaşayış evini ölçdükdən sonra o, Təqsirləndirilən şəxs 650 manat pul vermişdir. Bir müddət keçdikdən sonra o, Təqsirləndirilən şəxs tərəfindən aldandığını, evinə dair heç bir sənəd vermədiyini görüb bu barədə hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Hazırda ona dəymiş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olmasını bildirdi. İbtidai istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, ona qarşı şikayətçi olmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2020-ci ilin fevral ayından Suraxanı rayonu, Zığ Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən 23 avqust 2021-ci il tarixinə olan müddət ərzində Suraxanı rayon Zığ Bələdiyyəsində vergi müfəttişi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs vergi müfəttişi kimi vəzifəsi ona təyin edilmiş Suraxanı rayonu, Qum adası və Bahar yaşayış massivlərində vətəndaşlardan torpaq və əmlak vergisini toplamaqdan ibarət idi. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs işdən azad edildikdən sonra bır sıra vətəndaşlardan Pərvizin onlardan müəyyən miqdarda pul alaraq yaşadıqları evlərin çıxarış sənədlərini hazırlayaraq onlara çıxarış verəcəyinə söz verməsi və onları aldatması barədə şifahi məlumatlar eşitməyə başladığından o, bu barədə kim müraciət etdisə onlara aidiyyatı üzrə hüquq mühafizə orqanlarına şikayət etmələrini izah etmişdir. O, Təqsirləndirilən şəxs ərazidə yaşayan şəxslərin evlərinin lahiyələrinin hazırlanması barədə heç bir göstəriş verməmiş, Təqsirləndirilən şəxs hazırlayaraq vətəndaşlara təqdim etdiyi lahiyə sənədlərini görməmiş və bu barədə mənim heç bir məlumatım olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Əlbəndə oğlu, Şahid3, Şahid4, Şahid5, Şahid6 ifadələri ilə Təqsirləndirilən şəxs cinayət əməlini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, 2006-cı ildən 2012-ci ilə kimi daşınmaz əmlakın dövlət reyestr xidmətində mühəndis vəzifəsində işləmiş, hazırda isə 2019-cu il tarixli İNİL-459\2019 nömrəli Lisensiya əsasında fəaliyyət göstərir. Həmin Lisenziyanın əlavəsi olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların lahiyələndirilməsi fəaliyyəti üzrə görülməsinə icazə verilən işlər ilə bağlı verilmişdir. Həmin icazə müddətsiz olaraq verilmişdir və bunun da əsasında bina və fərdi yaşayış evlərində memarlıq planlaşdırma işləri ilə məşğul olur. Həmçinin Bakı şəhəri, Suraxanı rayonu, Zığ bələdiyyəsinin vergi müfəttişi Təqsirləndirilən şəxs ona və Şahid8 müraciət edərək Bakı şəhəri Suraxanı rayonu, Zığ bağları Qum adası qəsəbəsində fərdi yaşayış evləri olduğunu və həmin evlərin lahiyələrinin çəkilməsini bildirdikdə o, Şahid8lə birlikdə həmin əraziyə gedərək həmin fərdi yaşayış evlərinə baxış keçirmiş və lahiyə işlərini aparmaqla 150-200 manat müqabilində pul almışlar. Həmin pulun müqabilində həmin evlərin lahiyəsini hazırlayaraq Təqsirləndirilən şəxs təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 və Şahid9 şahid qismində dindirilmiş Şahid7 ifadəsinə uyğun ifadələr verərək Təqsirləndirilən şəxs cinayət əməlini təsdiq etmişdirlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-nin 178.1, 178.2.2-ci maddələri ilə CPM-nin 39.1.12-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə 1 il 5 ay 2 gün vaxtından əvvəl şərti azad olunmuş, Ağcəbədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə CM-nin 67.1-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti ilə azad olunmuş, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 178.2.1, 178.2.4, 32.3, 310, 66.2, 67.1-ci maddələri ilə 04 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 178.1, 66.5, 66.2-ci maddələri ilə 5 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli qanunu tətbiq edilərək cəzadan azad edilmişdir. (Cild 1, i/v 206-208) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.3, 310-cu maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2ci maddəsi ilə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs Ağcəbədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair cəzasının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cu il tarixli qərarı ilə 11 ay 5 gün çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması barədə qərarı üzrə çəkilməmiş hissəsi qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 il 3 ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli tutulduğu vaxtdan yəni xx.xx.2018-ci il tarixdən hesablanmışdır. (Cild 1, i/v 209-217) Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası əvvəlki hökmlə təyin edilmiş 4 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmış və ona qəti olaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (Cild 1, i/v 218-222) Maddi sübutların götürülməsi və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, 61 nömrəli qeydiyyat şəhadətnaməsi, 2021-ci il tarixli «X5» İNİL- 459/2019 xx.xx.2019 tarixli Lisenziya və İNİL-459/2019/1 xx.xx.2019-cu il tarixli Lisenziyanın əlavəsi mətinləri iş üçün əhəmiyyət kəsb etdiyindən həmin sənədlər Zərərçəkmiş şəxs5 sübut əhəmiyyəti daşıdığından protokol tərtib edilib baxış keçirilməklə götürülmüşdür. (Cild 1, i/v 235) Maddi sübutların götürülməsi və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, 121246 nömrəli etibarnamə, 2021-ci il tarixli «X5» İNİL-459/2019 xx.xx.2019 tarixli Lisenziya və İNİL-459/2019/1 xx.xx.2019-cu il tarixli Lisenziyanın əlavəsi mətinləri iş üçün əhəmiyyət kəsb etdiyindən həmin sənədlər zərərçəkmiş şəxs X3 sübut əhəmiyyəti daşıdığından protokol tərtib edilib baxış keçirilməklə götürülmüşdür. (Cild 2, i/v 14) Maddi sübutların götürülməsi və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, 37 nömrəli qeydiyyat şəhadətnaməsi, 2021-ci il tarixli «X5» İNİL- 459/2019 xx.xx.2019 tarixli Lisenziya və İNİL-459/2019/1 xx.xx.2019-cu il tarixli Lisenziyanın əlavəsi mətinləri iş üçün əhəmiyyət kəsb etdiyindən həmin sənədlər Zərərçəkmiş şəxs6 sübut əhəmiyyəti daşıdığından protokol tərtib edilib baxış keçirilməklə götürülmüşdür. (Cild 2, i/v 47) Maddi sübutların götürülməsi və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, 44 nömrəli qeydiyyat şəhadətnaməsi, 2021-ci il tarixli «X5» İNİL- 459/2019 xx.xx.2019 tarixli Lisenziya və İNİL-459/2019/1 xx.xx.2019-cu il tarixli Lisenziyanın əlavəsi mətinləri iş üçün əhəmiyyət kəsb etdiyindən həmin sənədlər şahid X1 əhəmiyyəti daşıdığından protokol tərtib edilib baxış keçirilməklə götürülmüşdür. (Cild 2, i/v 73) Maddi sübutların götürülməsi və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, 38 nömrəli qeydiyyat şəhadətnaməsi, 2021-ci il tarixli «X5» İNİL- 459/2019 xx.xx.2016 tarixli Lisenziya və İNİL-459/2019/1 xx.xx.2016-cu il tarixli Lisenziyanın əlavəsi mətinləri iş üçün əhəmiyyət kəsb etdiyindən həmin sənədlər şahid X2 əhəmiyyəti daşıdığından protokol tərtib edilib baxış keçirilməklə götürülmüşdür. (Cild 2, i/v 106) Maddi sübutların götürülməsi və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, 1 ədəd CD disk mətni Zərərçəkmiş şəxs3 sübut əhəmiyyəti daşıdığından protokol tərtib edilib baxış keçirilməklə götürülmüşdür. (Cild 2, i/v 167-168) CD diskin götürülməsi və baxış aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki,CD diskdə səs yazıları 4 ədəd audio faylda yerləşdirilmişdir. Əvvəldə «CD» diskdə olan diktorların səsləri Zərərçəkmiş şəxs3 dinlənilməyə təqdim olundu. Diktatorlar «A» və «B» hərfləri ilə qeyd olundu. Diskdəki 1-ci faylda olan nitqlərin və danışığın məzmunu: A: pərviz müəllim sabahınız xeyir, nə var, nə yox, mənəm e Vüqardır, bu evə görə Nərimanovda günortadan sonra evdə olacaq da qayınanam, onu nə vaxta gəlib şey eləmək olar, özü də deyir gəlsinlər şey eləsinlər də, ölçsünlər, biçsinlər də görək nədir, nə döyür, gedə bilərik bu günlərim günortadan sonra Diskdəki 2-ci faylda olan nitqlərin və danışığın məzmunu: B: Saat elə bil üçdən sonra evdə olacaq da. Diskdəki 3-cü faylda olan nitqlərin və danışığın məzmunu: A:Bax həmin bu artırmanın da, həmin artırma olan hissə budur da, amma o birilər orderdir, iki otağın orderi var, bu artırmanın yoxdur. Diskdəki 4-cü faylda olan nitqlərin və danışığın məzmunu: Sabahın xeyir Vüqar, nə var, nə yox qardaş yaxşılıqdır, hə problem deyil, deyərsən ki, evdə olsunlar üçdən sonra lahiyə çəkəni götürüb apararam çəkər, sən ona dedin də nədi, nə deyil, qiyməti zadı nə istəyir. Bununla da səs yazılarının dinlənilməsi başa çatdı.(Cild 2, i/v 170) xx.xx.2022-ci il tarixli tutma barədə protokoldan görünür ki, xx.xx.1979-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində xx.xx.2022-ci il saat 15:00 radələrində saxlanılaraq Suraxanı RPİ-nin İŞ təhvil verilmişdir. (Cild 2, i/v 187) "Şübhəli şəxsin tutulması haqqında” 27 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 2, i/v 202-204) Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. (Cild 2, i/v 251-255) Qətimkan tədbiri seçmək haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir (Cild 3, i/v 1-4) Maddi sübutların götürülməsi və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, 1 ədəd CD disk mətni Zərərçəkmiş şəxs4 sübut əhəmiyyəti daşıdığından protokol tərtib edilib baxış keçirilməklə götürülmüşdür. (Cild 3, i/v 12-13) CD diskə baxış aparılması və səs yazısının dinlənilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, “CD” diskdə səs yazıları 36 ədəd audio faylda yerləşdirilmişdir. Əvvəlcə “CD” diskdə olan diktorların səsləri Zərərçəkmiş şəxs4 dinlənilməyə təqdim edildi. Diktorlar “A” və “B” (kişi diktorları) hərfləri ilə qeyd olundu. Diskdəki 1-ci faylda olan nitqlərin və danışığın məzmunu: A: Sabahınız xeyr qardaş, sabahınız xeyr, bu neynəmək lazımdır ki, bu iki mərtəbəli evin sənədini nəyə görə götürürsən ki, bu neftdən o vaxtı verilən sənəddir e, indi neft də deyil axı, bizi veriblər bələdiyyəyə hamsını, nəylə bağlı deyirdiz bunu, nəyinə baxım Diskdəki 2-ci faylda olan nitqlərin və danışığın məzmunu: A:Yox qardaş uje neftin sənədinə ehtiyac yoxdur, narahat olma, uje sizin adınıza onu elətdirdim də, kod açdırdım sizin adınıza, şəhadətnamə də yazılacaq sizin adınıza, bu gün də inşallah layihəsini çəkdirəcik vsyo, allah xeyrinizi versin Diskdəki 3-cü faylda olan nitqlərin və danışığın məzmunu: A:Siz inşallah bu gün nə vaxt gələrsiz evə, ki o, layihə çəkən onsuz da gələcək ora Azər qardaş bilir, elə gəlmişkən o, sizinkini də çəksin də qurtarsın birdəfəlik, saat neçə üçün təxminən evdə gələrsiz evə, biz ondan sonra deyim gətirsin Diskdəki 4-cü faylda olan nitqlərin və danışığın məzmunu: B: Sabahın xeyr qardaş, o Azərnən balaca evnən böyük evin hər ikisini sənədləşməyə görə dedim birdən lazım olar bunun əsli, ona görə şəkilləri atdım, dünən Azər mənə dedi şəkillərini at, ona görə mən də şəkilləri buna atıram ki, birdən lazımın olarda sənədləşmədə ona görə atdım Diskdəki 5-ci faylda olan nitqlərin və danışığın məzmunu: A: Oldu qardaş oldu, allah xeyrini versin, oldu yaxşı danışarıq Diskdəki 6-cı faylda olan nitqlərin və danışığın məzmunu: B: Sabahın xeyr qardaş, dünən dedin maraqlanacam, bir hə yox demədin, o sənədlərnən bağlı maraqlandımı, o komunalnıları Diskdəki 7-ci faylda olan nitqlərin və danışığın məzmunu: B: Burda hadisə olub, yəni bizdə, ona görə mən çox gümankı gələ bilmədim, yəni mənlə bağlı yox a, ümumiyyətlə də istehsalatda işçi sayı azdır ona görə də mən çıxa bilmədim də bu gün, dördü çıxacam, narahat olma elə Azərə zəng eliyəcəm Azər yaxın qardaşdır, yəni evimə gləib gedən yoldaşdır, elə özünüz gələrsiniz Azərin iştirakı ilə ölçüb biçib eliyərsiniz hər iki evdə probelm yoxdur, nə vaxt istəyirsi gəlin Diskdəki 8-ci faylda olan nitqlərin və danışığın məzmunu: B: Yo çünki atam burda döyr rayonda yaşayır, yanı lazım gələr yanında zəng eliyərik, şey eliyərik, yanı onun adından yazarıq da Diskdəki 9-cu faylda olan nitqlərin və danışığın məzmunu: B: Salam maleykum, qardaş sən iki gündür cavab vermirsən telefona, sən ikinci günü gəlməliydin, arayış götürməliydin, neynəməliydin, nə dünən cavab verirsən nə bu gün, hə yox deginən bu nə oldu, nə yerdə qaldı, bu sənədləri üçüncü günü götürməliydin, ərizə forması deyirdin nə deyirdin Diskdəki 10-cu faylda olan nitqlərin və danışığın məzmunu: A: Salam qardaş axşamın xeyr nətərsiz, mən sizə demədim bəs dayım rəhmətə gedib yasdayam, işə çıxmamışam e mən qardaş, ikinci gün bəli gəlib şey eləməli idim, amma bir dənə söz deyim də sizə, bilirsiz nə ərizə forması lazımdır, orda kişinin özünün, özünün xəttiynən notarius təsdiqiynən olamlıdır ki, bəli mən etiraz eləmirəm, yanı sən kişinin adından yaza bilməzsən, onu mən o günü maraqlandım, kişinin adından sən qətiyyən yaza bilməzsən, kişi özü yazdırmalıdır notariusda, notarius təsdiq eləməlidir, ondan verməlidir sənə ki, mən o ərizənin əsasında mən iş görüm, bildin nətəri, prosto danışa bilmirəm ona görə, telefon da biyaxdan maşındadır səhər tezdən, o birisi nömrədəyəm, ona görə, sən onu dəqiqləşdir, o sənədləri hazırla, ondan sonra o həmin notarius təsdiqiynən sənədi hazırla qoy evə evdə olsun, mən gələndə mən götürüm həll eliyək narahat olma Diskdəki 11-ci faylda olan nitqlərin və danışığın məzmunu: A: Maraqlandım qardaş, ikinci sən evdə olarsan da yəqin, ikinci sənə xəbər eliyəcəm, bir dənə kişidən ərizə forması almaq lazımdır ki, hə mən etiraz eləmirəm də belə bir şey Diskdəki 12-ci faylda olan nitqlərin və danışığın məzmunu: A: Qardaş belə pis çıxmasın atandır da o nə deməkdir, notariusdan bir dənə sənəd vermir ki, mənim adıma olan bir şey onun adına, o, onsuz heç bir qanuni, qeyri qanuni işdə görmək də olmaz axı düz başa düş, onun sənədi olsunda mən eliyim, eləməsəm onda denən ki, eliyə bilmirsən niyə eləmirsən Diskdəki 13-cü faylda olan nitqlərin və danışığın məzmunu: B: Sən onun formasını əl yazmasını yazginən nə cürə, tay o rayondadır, mən indi ona deyəcəm, o gedib yazdıracaq, qollatdıracaq, notariusda təsdiq etdirəcək, bura gələndən sonra yox bu belə yox belə yazılma söhbəti olmasın, bir dənə əl yazmasıynan qaralamasını yazırsan şəkilini çəkib atırsan mənə, mən o cür yazdırım təsdiq elətdirim, çünki o rayonda kənddə yaşayır, kənddən gələcək rayona 54 km, təsdiqlətdirib göndərdi bura yox düz gəlmədi o söhbəti olmasın da, yəni demək istəyirəm ki, əl-yazmasıynan nə yazılmalıdır sən yaz, torpaq atamın adındaydı, o formada yazsın o notariusa təsdiq elətdirsin gətirim onu verim sənə Diskdəki 14-cü faylda olan nitqlərin və danışığın məzmunu: A: Yaxşı səhər mən dəqiqləşdirib deyərəm nə formada yazdır yazdırarsan Diskdəki 15-ci faylda olan nitqlərin və danışığın məzmunu: B: Əziz qardaş işin əvvəlindən mən sənə dedim də elə bir şey mümkün deyil, dedin ki, yox sənlik deyil, həll eliyəcəm problem deyil, hə də görürsən ki, mən sənə deyirdim ki, o, mümkün də deyil elənçik bir şeyi sən eliyə bilməzsən, gərək onun razılığıynan, onu yazdıraram, ondan ötrü mən gərək rayona gedəm də, nəysə oldu yaxşı onu da eliyərəm, nə yazılsın, sən mənə onun kopyasını, əlyazmasını yaz atki mən də o cür də yazdırım Diskdəki 16-cı faylda olan nitqlərin və danışığın məzmunu: A: Salam, deməli notarius təsdiqiynən, ancaq notarius təsdiqiynən yazır ki, mənim adımda olan komunalnıların oğlum fılankəsov fılankəsin adına keçməyinə heç bir etirazım yoxdur, notarius təsdiq eliyir həmin sənəd, birdə o həmin kişinin şəxsiyyət vəsiqəsinin kopiyasını Diskdəki 17-ci faylda olan nitqlərin və danışığın məzmunu: B: Bildim e, onun təqdim olunması, hara veriləcək necə olacaq, onu bir dənə qaralama şəklində bir dənə cümlədi də nədi nədi onun formasını yazda necə ərizə formasıdır nədir bir dənə vərəqə yaz at mənə atım ona şəkil kimi, demək o da deyəcək ki, hə başlanğıcını nə yazaq, nətər eliyək, neyliyək sən onu bir dənə əlyazısıynan yaz olduğu kimi də orda yazılsın Diskdəki 18-ci faylda olan nitqlərin və danışığın məzmunu: B: Çünki o, rayondan 54-də döyr, düz 59 km yazıq aralıdadır, yaşdı adamdır, yəni o getsin orda yazsın təzdən düz gəlmədi qaytar, yəni əl, qaralamsını yaz, yazsınlar kimsə uşaqlardan, qızlardan, yada kimsə varsa da işçilərdən qaralamasını yazginən necə var o cür də köçürtdürüb notariusda, ya asan xidmətdə, hansında desön təsqdiqlətdirib atdıraram bəri, ya deyərəm skayn variantını atarlar burda çap eliyib çıxardaruq, yanı nəsə bir şey fikirləşib gətizdirərik Diskdəki 19-cu faylda olan nitqlərin və danışığın məzmunu: B: Uzadırsan e qardaş, indi də sən deyirsən ki, sənin özünkü, gah deyirsən atanınki, atam ordan yazırsa mənimki nəyə lazımdır, sən bunu əvvəlcədən qardaş deyərdin ki, bu pulu verməmişdən qabaq sən dedin ki, bu işlərin hamısı mənlikdir, heç nəyə ehtiyac yoxdur narahat olmaginən, indi bizə cürbəcür sözlər deyirsən, nə bilim gah özünki, gah atankı, bu işləri məni özüm dalınca düşüb mən özüm eliyəniydimsə sənə neynirdim mən pul verirdim eee Diskdəki 20-ci faylda olan nitqlərin və danışığın məzmunu: B: Qrdaşım bax məni düzgün başa düş e yanı xətrinə dəyəcək burda bir iş yoxdur, sənlə danışanda da Azərnən bizdə olanda sən özün mənim qapımın ağzına iki-üç nəfərnən gələndə dedim ki, qardaş yox o uzun dərədi, mən bilirəm ki, o söhbətin uzun dərədir, həll olunacaqsa hamı üçün həll olunacaq, Azər bir kəlmə dedi ki, bu söhbət həll olunacaq narahat olma, sən heç hara, heç yana getmiyəcəksən, özü həll eliyəcək, telefonla da sənlə özüm danışdım, dedin hə narahat olmaynan atasız həll olunacaq bu iş, mən də o evə təkcə bu evi demirəm hələ 900 manat sənə pul vermişəm, 900 manatın lahiyəsi patoloku özünü öldürsün eləsin 500 manat, mən sənə 400 manat əlavə pul vermişəm ki, əlim cibimdə oturum evimdə işimi görüm, mən düşüm atanın dalıyca ata təzdən gedib mənə orda notariusda sənəd axtarsın, rayondan Bakıya göndərsin, mən aparım verim asan xidmətə, filan şey elə, filan şey elə, bu uşaq söhbətdərin yığışdıraq da, bunu həll eliyə bilmirdin qabaqcadan deyərdin qardaşım həll eliyə bilmirəm bu iş uzun dərədir, özün həll eləginən, heç mən o işə girişməzdim, o işin dalıyca özüm düşürdümsə mənə lazım idi, kupça veriləcək, sən mənə bir ayın içində kupça verməmisən, üstündən uje hələ aylar keçib hələ xəbər yoxdur, kupçanı o işi həll eliyən oğlan qabaqcadan alır deyir ki gələ fərqi budur ki, üç aydan sonra hamıya veriləcəksə mənə də veriləcək, verilməyəcəksə heç kimə verilməyəcək, əgər bunu həll eliyə bilirdinsə həll eliyərdin, elə gündə sabah,sabah, o sənədi sabah yadıma düşür, bu gün deyirsən ki, allah rəhmət eləsin, hüzürüm var, sabah deyirsən filan sənədi gətir, ta yollarda qalıb bu sənədin dalıyca özüm düşürdümsə ona mənim nəyimə lazımıydı Diskdəki 21-ci faylda olan nitqlərin və danışığın məzmunu: A: Qardaş deməli belədir neynirsən, notarial qaydada, notarial qaydada ata şey, belə bir şey verir ki, belə bir məzmunda mənim evimin filan adresdə yerləşən evimin komunallarının mənim oğlum filənkəsov filənkəsin adına dəyişilməyinə etiraz eləmirəm, bax bu formada şeyi götürürsən, şəxsiyyət vəsiqəsinin kopyası, bir də sənin şəxsiyyət vəsiqəninin kopiyasını hazırlayanda mənə deyirsən Diskdəki 22-ci faylda olan nitqlərin və danışığın məzmunu: A: Qardaş elə danışırsan ki, başa düşmürəm e səni, sənin şəxsiyyət vəsiqəsinin, sənin adına keçmir bu, şəxsiyyət vəsiqəsinin kopyası lazımdır o nə deməkdir ki, elə deyirsən ki, yox mən şeyəm, qardaş şəxsiyyət vəsiqəsin kopiyası nə bilirlər ki, nə bilirsən sən kimsən kimin adına eləmək lazımdır Diskdəki 23-cü faylda olan nitqlərin və danışığın məzmunu: B: Şəxsiyyət vəsiqəmi dedin verəcəm də o problem deyil, o gün istədiz verdim yenə də verirəm öz kopyamı, mən prosto ata orda getsin sənəd yazsın, filan şey göndərsin, mən sənə dedim ki, kopyasını yaz, a kişi mən siznən danışanda da dedim ki, bu yollarda rayona çerez-çerez getmək söhbəti olacaqsa eləməginən, eləməyin, dedin ki, özüm həll eliyəcəm, boyun götürdün ki, heç kimi lazım deyil, narahat olma özüm həll eliyəcəm, indi də bizə deyirsən filən sənədi gətirin, filan şey eləginən, qardaş sənəd gətirmək yox, telefon nömrəsini yazıram sənə zəng elə atamla danış, narazı olsa həll eləməginən, razıdırsa özün dediyin kimi həll eləginən məni yollarda qoymaginən, həll eliyə bilmirsənsə qaytarın mənim pulumu gətirin Diskdəki 24-cü faylda olan nitqlərin və danışığın məzmunu: A: Qardaş notariusa getmək çətin məsələdir, mən getməliyəm sənin yerinə, atanın yerinə notariusa, baş düşmürəm e səni qardaş, sən sənədi verki mən bunu həll elətdirim də, atan getməlidir bəli notariusa notariusda dilindən kağız verməlidir, orda ad dəyişməni eliyən nə bilir ki, sənin atan ona razıdır yoxsa yox, dəyişsin versin pojalusta ellətdirim də nə çətin şeydir ki o Diskdəki 25-ci faylda olan nitqlərin və danışığın məzmunu: B: Bu gün də Azərə deyəcəm Azərin də xəbəri olsun, gətirər lahiyənin o pulun hesablayar qardaş 70 manat dövlətə verilən vergi döyr, onu vermişdim, dedin guya ada çevirirəm, onu elə belə təzdən sıfırlandı, onu ödəmişdim səndən də qabaq, təzdən onu ödətdirdin bu gün, o gün ödətdirdin də, onu da lahiyənin qardaş verdiyi hesabdan kvadratı iki manatdan 240 kvadrat hesablamayıb obşı yaşayışı onun da pulunu çıxacam bundan sonra qalan artıq pulu kupçanın zadın gətirib qaytararsız mənə lazım olmadı kupça, bu iş görmək döyr qardaş, qaytarıb gətirərsən pulumu, 400 manat lahiyənin şeyini çıxardarsan, qalanın pulumu gətirib qaytararsan, hər ikin evin hər ikisin, Azər mənə dedi ki, bu iş həll olacaq, sən özün də dedin ki, həll olacaq, sənə heç kimə ehtiyac yoxdur, mən sizə dedim ki, şərt kəsdim ki, bax əyərlərim sənəd çerez-çerez olacaqsa vermirəm, lazımdırsa problem döyr, əyərləri yoda qalmaqla, telefon zəngi ilə mümkünsə atamın telefon nömrəsini atacam sənə mənsiz zəng elə özüynən danış, narazı olsa sən deyəndi, razıdırsa həll eləginən, mən ta yollarda qalıb onu elə bunu eləginən o qədər sənəd dalınca düşən döyrəm qardaşım, alınmır, həll eliyə bilmirsənsə, telefon zəngiynən alınmırsa mənim pulumu qaytarıb gətirərsiniz, mən istəmirəm söhbət böyüsün Diskdəki 26-cı faylda olan nitqlərin və danışığın məzmunu: B: İnanmırsansa o dedigün kəlməyə zəng elə Azərə görginən o sözü sən demişdin düməmişdün, mən hətta şərtimi də kəsdim ki, qardaş bax sənəd sünəd, nə bilim filan şey ata şeyi olacaqsa bər başdan da mənlik deyil, dedün həll eliyəcəm, Azərdən zəng elə soruş dedin ki, o işləri özüm həll eliyəcəm, narahat olma, heç kimə ehtiyac yoxdur Diskdəki 27-ci faylda olan nitqlərin və danışığın məzmunu: A: Qardaş həll eliyə bilmirsən deyəndə kimsə baxıcı görücü deyil e biləki sənin həqiqətən atan ona razıdır, yada razı deyil, sa deyirəm ki, dilimnən atan notariusdan bir dənə rayonda deyil, olsunda rayonda, notariusdan bir dənə o kağızı almaq nə çətin şeydir 5 manat xərci var, alsın göndərsin lyuboy maşınnan götürdə burdan, götür ver ma da nə çətin şeydir ki, o Diskdəki 28-ci faylda olan nitqlərin və danışığın məzmunu: A: Sən mənə deməmisən ki, atam razı olmamış bunu nətər həll eliyə bilərsən, demisən ki, bunu eliyə bilərsən, demişəm ki, problem deyil, çünki mən də fikirləşmişəm ki, oğlusan, atandır, atan da ki, yüz faiz razıdır ki, bunu eləmək istəyirsən, mən ona görə demişəm ki, problem yoxdur eliyirəm, atan nədir ki, bir dənə kağızı almaq sensasiyaya çevirirsən sən onu Diskdəki 29-cu faylda olan nitqlərin və danışığın məzmunu: B: Əziz qardaşım sən mənə dedün ki, mən dedim ki, atam razı olmamış sən onu nətər həll eliyə bilərsən ki, onu, dedin problem deyil o, narahat olma mənlikdir, o sözü deyən oğlan bunu eləməlidir də, mən sənə deyirdim ki, notariussuz onu heç kim eliyə bilməz, mənim atamın razılığı olmadan sən onu nətər həll eiliyirdin, deyirdin ki, həll eliyəcəm problem deyil, indi niyə həll eliyə bilmirsən, bəs deyirdin problem deyil Diskdəki 30-cu faylda olan nitqlərin və danışığın məzmunu: B: Yaxşı,yaxşı, aldıraram, aya uzaq yoldu, qardaş o yollarda qalacaq, yaşdı adamdır, xəstə adamdır, mən prosto istiyirdim mən əvvəlcədən ona görə şərt kəsirdim ki, əziz qardaşım bu iş notariussuz alınmır, mən əyərlərim onu yola vuranıydımsa sənsiz də mən onu ta yola vurub əziyyət verib gətirərdim 28 Maya asan xidmətə vağzalın üstünə aparırdım, orda elə ərizəynən yazıb çevirtdirərdim də, elə sən, bu cür vəziyyətə gələcəkdisə, dedin problem deyil, ona görə də mən də xırdaçılıq da eləmədim, nəysə allah bilir mən onu rayondan nə vaxt gətirəcəm, nə vaxt gedəcək asan xidmətə iş uzanır, nəysə elətdirərəm, Azər mənim başıma oyu açdı, istəmirəm e, nəysə lənət şeytana Diskdəki 31-ci faylda olan nitqlərin və danışığın məzmunu: A: A qardaş bir dənə o notariusdan sənədi aldırırsan, çətin bir şey deyil beş dəqiqə atanın vaxtı gedəcək, girsin notariusa desin bu formada oğlumun adına komunalnıların keçməyinə heç bir etirazım yoxdur filan adresdəki evimlə bağlı, vəssalam, onu atan qoysun lyuboy rayon maşınına götür burdan ver mənə mən bir günə elətdirimm də onu böyük şeydirki o Diskdəki 32-ci faylda olan nitqlərin və danışığın məzmunu: A: Qardaş niyə belə problemə çevirirsən e sən hər şeyi, sən bir dənə notariusdan kağız aldıra bilmirsən ki, atandan, nə çətin şeydir ki, sən onu problemə çevirirsən e, ə beş dəyqəlik şeydir e qardaş o Diskdəki 33-cü faylda olan nitqlərin və danışığın məzmunu: B: Vəsiqəsi notraius təsdiq eləsin onu da, yoxsa ehtiyac yoxdur adi kopya Diskdəki 34-cü faylda olan nitqlərin və danışığın məzmunu: A: Elətdirsin hə qardaş, elətdirsin Diskdəki 35-ci faylda olan nitqlərin və danışığın məzmunu: B: Salam maleykum, sənin telefonuna neçə gündür zəng çatmır, sənin rəisin də deyir ki, işdən ərizə yazıb çıxıb gedib, qoy sənə deyim xəbərin olsun, bu sənədlər bağlı problemlər böyüdü, camaat indi hamımız yığışmışıq, kim nağarır, neynir özü biləcək neyniyəcək, amma mən sənə deyim, mən yazılı şəkildə vəkil də tutmuşam, danışmışam, qəti ərizə forması stolun üstündədir, səni gözləyirəm ki, bəlkə cavab verəsən mən sənə ətraflı hər şeyi başa salım, yəni mən 1300 manat iki evə görə sənə pul vermişəm, o “Gilan”la üz-üzə olan iki mərtəbəli olan oğlandır, “Gilan” marketlə üz-üzə, qoy deyim, birinci günə kimi mənlə məsələni ətraflı eliyirsən elə, elərmirsənsə mən sənə zəng eləmədən gedirəm birinci şeyə Suraxanının polis İdarəsinə, ondan sonra yazılı şəkildə ordan tutdu prokuraturaya qədər, hər yerə, korrupsiyaya, hamısına hərəsinə bir kopya yazıb verəcəm, ya kupçanı gətirib mənə təhvil verirsən, ya mənim pulumu qaytarıb gətirirsən, and ola Allaha, balalarımızın canına and olsun ki, bunu boş buraxmayacam, yanı haralaracan desön yazacam, özü də pulu veriləndə də həyətimdə videoçəkiliş görüntüm də var sənə deyim xəbərin olsun, yanı elə bilmə ki, çəkilməyib yanı sübut yoxdur, deyim sənə biləsən, yanı ki, bu elə belə qurtarmayacaq, ya zəng elə görüşək gəl problemi həll eləginən , yada ki, sənin müdirin deyir ki, hamı onu axtarır, obşum belə helə, qonşular yığışmışdı koma şəkildə hamımız ərizə yazmışıq, korrupsiayaya zada məlumat verəcik, qoy sənə deyim xəbərin olsun, faktiki mən yazmışam, sənə gündə zəng eliyirəm ona görə ki, telefonun bağlıdır, mərdimazarçılıq eləməyim, yanı səndən başqa evdə balaların var, istəmirəm, mərdimazarçılıq, kiminsə çörəyini kəsim, yanı mənə olan olub, o, 1300 manat sənə pul vermişəm, şeyə verilənləri demirəm, lahiyəyə indi o xırda xuruş nədir onu çıxmaq şərtilə, kupaçaya verilən pulu mənə bu gün çatdır, çatdırmırsan gəl danış, and ola Allaha, vicdanıma and olsun ki, yanı bu söhbət yazılıb, birinci günü demirəm, indi yanı danışıqdan asılıdır, bu işi boşa verməyəcəm, korrupsiayaya, ondan sonra prokuraturaya, hara lazımdır oralara qədər, hamısın imenno verib əl çəkməyəcəm, bax deyirəm, mən əvvəlcədən dedim ki, bu iş həll olunmayacaqsa da, indi eşitdiyimə görə ərizə yazıb çıxmısan, telefonu da söndürmüşdün, xəbərin də olsun deyirəm Diskdəki 36-cı faylda olan nitqlərin və danışığın məzmunu: A: Bir də o şəxsiyyət vəsiqəsinin kopyası atanın onu da deyərsən göndərər Bununla da səs yazılarınının dinlənilməsi başa çatdı. Zərərçəkmiş şəxs4 01 ədəd “CD” diskdə olan diktorların səslərini dinlədildikdən sonra bildirdi ki, 01 ədəd “CD” diskdə olan nitqlər onun özünə və Təqsirləndirilən şəxs məxsusdur.Belə ki, Zərərçəkmiş şəxs4 bildirdi ki, baxış protokolunda “A” hərfi ilə qeyd edilən kişi diktoru Təqsirləndirilən şəxs və “B” hərfi ilə qeyd edilmiş kişi diktoru isə onun özüdür. (Cild 3, i/v 137-139) CD diskə baxış aparılması və səs yazısının dinlənilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, “CD” diskdə səs yazıları 36 ədəd audio faylda yerləşdirilmişdir. Əvvəlcə “CD” diskdə olan diktorların səsləri zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dinlənilməyə təqdim edildi. Diktorlar “A” və “B” (kişi diktorları) hərfləri ilə qeyd olundu. Diskdəki 1-ci faylda olan nitqlərin və danışığın məzmunu: A: Sabahınız xeyr qardaş, sabahınız xeyr, bu neynəmək lazımdır ki, bu iki mərtəbəli evin sənədini nəyə görə götürürsən ki, bu neftdən o vaxtı verilən sənəddir e, indi neft də deyil axı, bizi veriblər bələdiyyəyə hamsını, nəylə bağlı deyirdiz bunu, nəyinə baxım Diskdəki 2-ci faylda olan nitqlərin və danışığın məzmunu: A:Yox qardaş uje neftin sənədinə ehtiyac yoxdur, narahat olma, uje sizin adınıza onu elətdirdim də, kod açdırdım sizin adınıza, şəhadətnamə də yazılacaq sizin adınıza, bu gün də inşallah layihəsini çəkdirəcik vsyo, allah xeyrinizi versin Diskdəki 3-cü faylda olan nitqlərin və danışığın məzmunu: A:Siz inşallah bu gün nə vaxt gələrsiz evə, ki o, layihə çəkən onsuz da gələcək ora Azər qardaş bilir, elə gəlmişkən o, sizinkini də çəksin də qurtarsın birdəfəlik, saat neçə üçün təxminən evdə gələrsiz evə, biz ondan sonra deyim gətirsin Diskdəki 4-cü faylda olan nitqlərin və danışığın məzmunu: B: Sabahın xeyr qardaş, o Azərnən balaca evnən böyük evin hər ikisini sənədləşməyə görə dedim birdən lazım olar bunun əsli, ona görə şəkilləri atdım, dünən Azər mənə dedi şəkillərini at, ona görə mən də şəkilləri buna atıram ki, birdən lazımın olarda sənədləşmədə ona görə atdım Diskdəki 5-ci faylda olan nitqlərin və danışığın məzmunu: A: Oldu qardaş oldu, allah xeyrini versin, oldu yaxşı danışarıq Diskdəki 6-cı faylda olan nitqlərin və danışığın məzmunu: B: Sabahın xeyr qardaş, dünən dedin maraqlanacam, bir hə yox demədin, o sənədlərnən bağlı maraqlandımı, o komunalnıları Diskdəki 7-ci faylda olan nitqlərin və danışığın məzmunu: B: Burda hadisə olub, yəni bizdə, ona görə mən çox gümankı gələ bilmədim, yəni mənlə bağlı yox a, ümumiyyətlə də istehsalatda işçi sayı azdır ona görə də mən çıxa bilmədim də bu gün, dördü çıxacam, narahat olma elə Azərə zəng eliyəcəm Azər yaxın qardaşdır, yəni evimə gləib gedən yoldaşdır, elə özünüz gələrsiniz Azərin iştirakı ilə ölçüb biçib eliyərsiniz hər iki evdə probelm yoxdur, nə vaxt istəyirsi gəlin Diskdəki 8-ci faylda olan nitqlərin və danışığın məzmunu: B: Yo çünki atam burda döyr rayonda yaşayır, yanı lazım gələr yanında zəng eliyərik, şey eliyərik, yanı onun adından yazarıq da Diskdəki 9-cu faylda olan nitqlərin və danışığın məzmunu: B: Salam maleykum, qardaş sən iki gündür cavab vermirsən telefona, sən ikinci günü gəlməliydin, arayış götürməliydin, neynəməliydin, nə dünən cavab verirsən nə bu gün, hə yox deginən bu nə oldu, nə yerdə qaldı, bu sənədləri üçüncü günü götürməliydin, ərizə forması deyirdin nə deyirdin Diskdəki 10-cu faylda olan nitqlərin və danışığın məzmunu: A: Salam qardaş axşamın xeyr nətərsiz, mən sizə demədim bəs dayım rəhmətə gedib yasdayam, işə çıxmamışam e mən qardaş, ikinci gün bəli gəlib şey eləməli idim, amma bir dənə söz deyim də sizə, bilirsiz nə ərizə forması lazımdır, orda kişinin özünün, özünün xəttiynən notarius təsdiqiynən olamlıdır ki, bəli mən etiraz eləmirəm, yanı sən kişinin adından yaza bilməzsən, onu mən o günü maraqlandım, kişinin adından sən qətiyyən yaza bilməzsən, kişi özü yazdırmalıdır notariusda, notarius təsdiq eləməlidir, ondan verməlidir sənə ki, mən o ərizənin əsasında mən iş görüm, bildin nətəri, prosto danışa bilmirəm ona görə, telefon da biyaxdan maşındadır səhər tezdən, o birisi nömrədəyəm, ona görə, sən onu dəqiqləşdir, o sənədləri hazırla, ondan sonra o həmin notarius təsdiqiynən sənədi hazırla qoy evə evdə olsun, mən gələndə mən götürüm həll eliyək narahat olma Diskdəki 11-ci faylda olan nitqlərin və danışığın məzmunu: A: Maraqlandım qardaş, ikinci sən evdə olarsan da yəqin, ikinci sənə xəbər eliyəcəm, bir dənə kişidən ərizə forması almaq lazımdır ki, hə mən etiraz eləmirəm də belə bir şey Diskdəki 12-ci faylda olan nitqlərin və danışığın məzmunu: A: Qardaş belə pis çıxmasın atandır da o nə deməkdir, notariusdan bir dənə sənəd vermir ki, mənim adıma olan bir şey onun adına, o, onsuz heç bir qanuni, qeyri qanuni işdə görmək də olmaz axı düz başa düş, onun sənədi olsunda mən eliyim, eləməsəm onda denən ki, eliyə bilmirsən niyə eləmirsən Diskdəki 13-cü faylda olan nitqlərin və danışığın məzmunu: B: Sən onun formasını əl yazmasını yazginən nə cürə, tay o rayondadır, mən indi ona deyəcəm, o gedib yazdıracaq, qollatdıracaq, notariusda təsdiq etdirəcək, bura gələndən sonra yox bu belə yox belə yazılma söhbəti olmasın, bir dənə əl yazmasıynan qaralamasını yazırsan şəkilini çəkib atırsan mənə, mən o cür yazdırım təsdiq elətdirim, çünki o rayonda kənddə yaşayır, kənddən gələcək rayona 54 km, təsdiqlətdirib göndərdi bura yox düz gəlmədi o söhbəti olmasın da, yəni demək istəyirəm ki, əl-yazmasıynan nə yazılmalıdır sən yaz, torpaq atamın adındaydı, o formada yazsın o notariusa təsdiq elətdirsin gətirim onu verim sənə Diskdəki 14-cü faylda olan nitqlərin və danışığın məzmunu: A: Yaxşı səhər mən dəqiqləşdirib deyərəm nə formada yazdır yazdırarsan Diskdəki 15-ci faylda olan nitqlərin və danışığın məzmunu: B: Əziz qardaş işin əvvəlindən mən sənə dedim də elə bir şey mümkün deyil, dedin ki, yox sənlik deyil, həll eliyəcəm problem deyil, hə də görürsən ki, mən sənə deyirdim ki, o, mümkün də deyil elənçik bir şeyi sən eliyə bilməzsən, gərək onun razılığıynan, onu yazdıraram, ondan ötrü mən gərək rayona gedəm də, nəysə oldu yaxşı onu da eliyərəm, nə yazılsın, sən mənə onun kopyasını, əlyazmasını yaz atki mən də o cür də yazdırım Diskdəki 16-cı faylda olan nitqlərin və danışığın məzmunu: A: Salam, deməli notarius təsdiqiynən, ancaq notarius təsdiqiynən yazır ki, mənim adımda olan komunalnıların oğlum fılankəsov fılankəsin adına keçməyinə heç bir etirazım yoxdur, notarius təsdiq eliyir həmin sənəd, birdə o həmin kişinin şəxsiyyət vəsiqəsinin kopiyasını Diskdəki 17-ci faylda olan nitqlərin və danışığın məzmunu: B: Bildim e, onun təqdim olunması, hara veriləcək necə olacaq, onu bir dənə qaralama şəklində bir dənə cümlədi də nədi nədi onun formasını yazda necə ərizə formasıdır nədir bir dənə vərəqə yaz at mənə atım ona şəkil kimi, demək o da deyəcək ki, hə başlanğıcını nə yazaq, nətər eliyək, neyliyək sən onu bir dənə əlyazısıynan yaz olduğu kimi də orda yazılsın Diskdəki 18-ci faylda olan nitqlərin və danışığın məzmunu: B: Çünki o, rayondan 54-də döyr, düz 59 km yazıq aralıdadır, yaşdı adamdır, yəni o getsin orda yazsın təzdən düz gəlmədi qaytar, yəni əl, qaralamsını yaz, yazsınlar kimsə uşaqlardan, qızlardan, yada kimsə varsa da işçilərdən qaralamasını yazginən necə var o cür də köçürtdürüb notariusda, ya asan xidmətdə, hansında desön təsqdiqlətdirib atdıraram bəri, ya deyərəm skayn variantını atarlar burda çap eliyib çıxardaruq, yanı nəsə bir şey fikirləşib gətizdirərik Diskdəki 19-cu faylda olan nitqlərin və danışığın məzmunu: B: Uzadırsan e qardaş, indi də sən deyirsən ki, sənin özünkü, gah deyirsən atanınki, atam ordan yazırsa mənimki nəyə lazımdır, sən bunu əvvəlcədən qardaş deyərdin ki, bu pulu verməmişdən qabaq sən dedin ki, bu işlərin hamısı mənlikdir, heç nəyə ehtiyac yoxdur narahat olmaginən, indi bizə cürbəcür sözlər deyirsən, nə bilim gah özünki, gah atankı, bu işləri məni özüm dalınca düşüb mən özüm eliyəniydimsə sənə neynirdim mən pul verirdim eee Diskdəki 20-ci faylda olan nitqlərin və danışığın məzmunu: B: Qrdaşım bax məni düzgün başa düş e yanı xətrinə dəyəcək burda bir iş yoxdur, sənlə danışanda da Azərnən bizdə olanda sən özün mənim qapımın ağzına iki-üç nəfərnən gələndə dedim ki, qardaş yox o uzun dərədi, mən bilirəm ki, o söhbətin uzun dərədir, həll olunacaqsa hamı üçün həll olunacaq, Azər bir kəlmə dedi ki, bu söhbət həll olunacaq narahat olma, sən heç hara, heç yana getmiyəcəksən, özü həll eliyəcək, telefonla da sənlə özüm danışdım, dedin hə narahat olmaynan atasız həll olunacaq bu iş, mən də o evə təkcə bu evi demirəm hələ 900 manat sənə pul vermişəm, 900 manatın lahiyəsi patoloku özünü öldürsün eləsin 500 manat, mən sənə 400 manat əlavə pul vermişəm ki, əlim cibimdə oturum evimdə işimi görüm, mən düşüm atanın dalıyca ata təzdən gedib mənə orda notariusda sənəd axtarsın, rayondan Bakıya göndərsin, mən aparım verim asan xidmətə, filan şey elə, filan şey elə, bu uşaq söhbətdərin yığışdıraq da, bunu həll eliyə bilmirdin qabaqcadan deyərdin qardaşım həll eliyə bilmirəm bu iş uzun dərədir, özün həll eləginən, heç mən o işə girişməzdim, o işin dalıyca özüm düşürdümsə mənə lazım idi, kupça veriləcək, sən mənə bir ayın içində kupça verməmisən, üstündən uje hələ aylar keçib hələ xəbər yoxdur, kupçanı o işi həll eliyən oğlan qabaqcadan alır deyir ki gələ fərqi budur ki, üç aydan sonra hamıya veriləcəksə mənə də veriləcək, verilməyəcəksə heç kimə verilməyəcək, əgər bunu həll eliyə bilirdinsə həll eliyərdin, elə gündə sabah,sabah, o sənədi sabah yadıma düşür, bu gün deyirsən ki, allah rəhmət eləsin, hüzürüm var, sabah deyirsən filan sənədi gətir, ta yollarda qalıb bu sənədin dalıyca özüm düşürdümsə ona mənim nəyimə lazımıydı Diskdəki 21-ci faylda olan nitqlərin və danışığın məzmunu: A: Qardaş deməli belədir neynirsən, notarial qaydada, notarial qaydada ata şey, belə bir şey verir ki, belə bir məzmunda mənim evimin filan adresdə yerləşən evimin komunallarının mənim oğlum filənkəsov filənkəsin adına dəyişilməyinə etiraz eləmirəm, bax bu formada şeyi götürürsən, şəxsiyyət vəsiqəsinin kopyası, bir də sənin şəxsiyyət vəsiqəninin kopiyasını hazırlayanda mənə deyirsən Diskdəki 22-ci faylda olan nitqlərin və danışığın məzmunu: A: Qardaş elə danışırsan ki, başa düşmürəm e səni, sənin şəxsiyyət vəsiqəsinin, sənin adına keçmir bu, şəxsiyyət vəsiqəsinin kopyası lazımdır o nə deməkdir ki, elə deyirsən ki, yox mən şeyəm, qardaş şəxsiyyət vəsiqəsin kopiyası nə bilirlər ki, nə bilirsən sən kimsən kimin adına eləmək lazımdır Diskdəki 23-cü faylda olan nitqlərin və danışığın məzmunu: B: Şəxsiyyət vəsiqəmi dedin verəcəm də o problem deyil, o gün istədiz verdim yenə də verirəm öz kopyamı, mən prosto ata orda getsin sənəd yazsın, filan şey göndərsin, mən sənə dedim ki, kopyasını yaz, a kişi mən siznən danışanda da dedim ki, bu yollarda rayona çerez-çerez getmək söhbəti olacaqsa eləməginən, eləməyin, dedin ki, özüm həll eliyəcəm, boyun götürdün ki, heç kimi lazım deyil, narahat olma özüm həll eliyəcəm, indi də bizə deyirsən filən sənədi gətirin, filan şey eləginən, qardaş sənəd gətirmək yox, telefon nömrəsini yazıram sənə zəng elə atamla danış, narazı olsa həll eləməginən, razıdırsa özün dediyin kimi həll eləginən məni yollarda qoymaginən, həll eliyə bilmirsənsə qaytarın mənim pulumu gətirin Diskdəki 24-cü faylda olan nitqlərin və danışığın məzmunu: A: Qardaş notariusa getmək çətin məsələdir, mən getməliyəm sənin yerinə, atanın yerinə notariusa, baş düşmürəm e səni qardaş, sən sənədi verki mən bunu həll elətdirim də, atan getməlidir bəli notariusa notariusda dilindən kağız verməlidir, orda ad dəyişməni eliyən nə bilir ki, sənin atan ona razıdır yoxsa yox, dəyişsin versin pojalusta ellətdirim də nə çətin şeydir ki o Diskdəki 25-ci faylda olan nitqlərin və danışığın məzmunu: B: Bu gün də Azərə deyəcəm Azərin də xəbəri olsun, gətirər lahiyənin o pulun hesablayar qardaş 70 manat dövlətə verilən vergi döyr, onu vermişdim, dedin guya ada çevirirəm, onu elə belə təzdən sıfırlandı, onu ödəmişdim səndən də qabaq, təzdən onu ödətdirdin bu gün, o gün ödətdirdin də, onu da lahiyənin qardaş verdiyi hesabdan kvadratı iki manatdan 240 kvadrat hesablamayıb obşı yaşayışı onun da pulunu çıxacam bundan sonra qalan artıq pulu kupçanın zadın gətirib qaytararsız mənə lazım olmadı kupça, bu iş görmək döyr qardaş, qaytarıb gətirərsən pulumu, 400 manat lahiyənin şeyini çıxardarsan, qalanın pulumu gətirib qaytararsan, hər ikin evin hər ikisin, Azər mənə dedi ki, bu iş həll olacaq, sən özün də dedin ki, həll olacaq, sənə heç kimə ehtiyac yoxdur, mən sizə dedim ki, şərt kəsdim ki, bax əyərlərim sənəd çerez-çerez olacaqsa vermirəm, lazımdırsa problem döyr, əyərləri yoda qalmaqla, telefon zəngi ilə mümkünsə atamın telefon nömrəsini atacam sənə mənsiz zəng elə özüynən danış, narazı olsa sən deyəndi, razıdırsa həll eləginən, mən ta yollarda qalıb onu elə bunu eləginən o qədər sənəd dalınca düşən döyrəm qardaşım, alınmır, həll eliyə bilmirsənsə, telefon zəngiynən alınmırsa mənim pulumu qaytarıb gətirərsiniz, mən istəmirəm söhbət böyüsün Diskdəki 26-cı faylda olan nitqlərin və danışığın məzmunu: B: İnanmırsansa o dedigün kəlməyə zəng elə Azərə görginən o sözü sən demişdin düməmişdün, mən hətta şərtimi də kəsdim ki, qardaş bax sənəd sünəd, nə bilim filan şey ata şeyi olacaqsa bər başdan da mənlik deyil, dedün həll eliyəcəm, Azərdən zəng elə soruş dedin ki, o işləri özüm həll eliyəcəm, narahat olma, heç kimə ehtiyac yoxdur Diskdəki 27-ci faylda olan nitqlərin və danışığın məzmunu: A: Qardaş həll eliyə bilmirsən deyəndə kimsə baxıcı görücü deyil e biləki sənin həqiqətən atan ona razıdır, yada razı deyil, sa deyirəm ki, dilimnən atan notariusdan bir dənə rayonda deyil, olsunda rayonda, notariusdan bir dənə o kağızı almaq nə çətin şeydir 5 manat xərci var, alsın göndərsin lyuboy maşınnan götürdə burdan, götür ver ma da nə çətin şeydir ki, o Diskdəki 28-ci faylda olan nitqlərin və danışığın məzmunu: A: Sən mənə deməmisən ki, atam razı olmamış bunu nətər həll eliyə bilərsən, demisən ki, bunu eliyə bilərsən, demişəm ki, problem deyil, çünki mən də fikirləşmişəm ki, oğlusan, atandır, atan da ki, yüz faiz razıdır ki, bunu eləmək istəyirsən, mən ona görə demişəm ki, problem yoxdur eliyirəm, atan nədir ki, bir dənə kağızı almaq sensasiyaya çevirirsən sən onu Diskdəki 29-cu faylda olan nitqlərin və danışığın məzmunu: B: Əziz qardaşım sən mənə dedün ki, mən dedim ki, atam razı olmamış sən onu nətər həll eliyə bilərsən ki, onu, dedin problem deyil o, narahat olma mənlikdir, o sözü deyən oğlan bunu eləməlidir də, mən sənə deyirdim ki, notariussuz onu heç kim eliyə bilməz, mənim atamın razılığı olmadan sən onu nətər həll eiliyirdin, deyirdin ki, həll eliyəcəm problem deyil, indi niyə həll eliyə bilmirsən, bəs deyirdin problem deyil Diskdəki 30-cu faylda olan nitqlərin və danışığın məzmunu: B: Yaxşı,yaxşı, aldıraram, aya uzaq yoldu, qardaş o yollarda qalacaq, yaşdı adamdır, xəstə adamdır, mən prosto istiyirdim mən əvvəlcədən ona görə şərt kəsirdim ki, əziz qardaşım bu iş notariussuz alınmır, mən əyərlərim onu yola vuranıydımsa sənsiz də mən onu ta yola vurub əziyyət verib gətirərdim 28 Maya asan xidmətə vağzalın üstünə aparırdım, orda elə ərizəynən yazıb çevirtdirərdim də, elə sən, bu cür vəziyyətə gələcəkdisə, dedin problem deyil, ona görə də mən də xırdaçılıq da eləmədim, nəysə allah bilir mən onu rayondan nə vaxt gətirəcəm, nə vaxt gedəcək asan xidmətə iş uzanır, nəysə elətdirərəm, Azər mənim başıma oyu açdı, istəmirəm e, nəysə lənət şeytana Diskdəki 31-ci faylda olan nitqlərin və danışığın məzmunu: A: A qardaş bir dənə o notariusdan sənədi aldırırsan, çətin bir şey deyil beş dəqiqə atanın vaxtı gedəcək, girsin notariusa desin bu formada oğlumun adına komunalnıların keçməyinə heç bir etirazım yoxdur filan adresdəki evimlə bağlı, vəssalam, onu atan qoysun lyuboy rayon maşınına götür burdan ver mənə mən bir günə elətdirimm də onu böyük şeydirki o Diskdəki 32-ci faylda olan nitqlərin və danışığın məzmunu: A: Qardaş niyə belə problemə çevirirsən e sən hər şeyi, sən bir dənə notariusdan kağız aldıra bilmirsən ki, atandan, nə çətin şeydir ki, sən onu problemə çevirirsən e, ə beş dəyqəlik şeydir e qardaş o Diskdəki 33-cü faylda olan nitqlərin və danışığın məzmunu: B: Vəsiqəsi notraius təsdiq eləsin onu da, yoxsa ehtiyac yoxdur adi kopya Diskdəki 34-cü faylda olan nitqlərin və danışığın məzmunu: A: Elətdirsin hə qardaş, elətdirsin Diskdəki 35-ci faylda olan nitqlərin və danışığın məzmunu: B: Salam maleykum, sənin telefonuna neçə gündür zəng çatmır, sənin rəisin də deyir ki, işdən ərizə yazıb çıxıb gedib, qoy sənə deyim xəbərin olsun, bu sənədlər bağlı problemlər böyüdü, camaat indi hamımız yığışmışıq, kim nağarır, neynir özü biləcək neyniyəcək, amma mən sənə deyim, mən yazılı şəkildə vəkil də tutmuşam, danışmışam, qəti ərizə forması stolun üstündədir, səni gözləyirəm ki, bəlkə cavab verəsən mən sənə ətraflı hər şeyi başa salım, yəni mən 1300 manat iki evə görə sənə pul vermişəm, o “Gilan”la üz-üzə olan iki mərtəbəli olan oğlandır, “Gilan” marketlə üz-üzə, qoy deyim, birinci günə kimi mənlə məsələni ətraflı eliyirsən elə, elərmirsənsə mən sənə zəng eləmədən gedirəm birinci şeyə Suraxanının polis İdarəsinə, ondan sonra yazılı şəkildə ordan tutdu prokuraturaya qədər, hər yerə, korrupsiyaya, hamısına hərəsinə bir kopya yazıb verəcəm, ya kupçanı gətirib mənə təhvil verirsən, ya mənim pulumu qaytarıb gətirirsən, and ola Allaha, balalarımızın canına and olsun ki, bunu boş buraxmayacam, yanı haralaracan desön yazacam, özü də pulu veriləndə də həyətimdə videoçəkiliş görüntüm də var sənə deyim xəbərin olsun, yanı elə bilmə ki, çəkilməyib yanı sübut yoxdur, deyim sənə biləsən, yanı ki, bu elə belə qurtarmayacaq, ya zəng elə görüşək gəl problemi həll eləginən , yada ki, sənin müdirin deyir ki, hamı onu axtarır, obşum belə helə, qonşular yığışmışdı koma şəkildə hamımız ərizə yazmışıq, korrupsiayaya zada məlumat verəcik, qoy sənə deyim xəbərin olsun, faktiki mən yazmışam, sənə gündə zəng eliyirəm ona görə ki, telefonun bağlıdır, mərdimazarçılıq eləməyim, yanı səndən başqa evdə balaların var, istəmirəm, mərdimazarçılıq, kiminsə çörəyini kəsim, yanı mənə olan olub, o, 1300 manat sənə pul vermişəm, şeyə verilənləri demirəm, lahiyəyə indi o xırda xuruş nədir onu çıxmaq şərtilə, kupaçaya verilən pulu mənə bu gün çatdır, çatdırmırsan gəl danış, and ola Allaha, vicdanıma and olsun ki, yanı bu söhbət yazılıb, birinci günü demirəm, indi yanı danışıqdan asılıdır, bu işi boşa verməyəcəm, korrupsiayaya, ondan sonra prokuraturaya, hara lazımdır oralara qədər, hamısın imenno verib əl çəkməyəcəm, bax deyirəm, mən əvvəlcədən dedim ki, bu iş həll olunmayacaqsa da, indi eşitdiyimə görə ərizə yazıb çıxmısan, telefonu da söndürmüşdün, xəbərin də olsun deyirəm Diskdəki 36-cı faylda olan nitqlərin və danışığın məzmunu: A: Bir də o şəxsiyyət vəsiqəsinin kopyası atanın onu da deyərsən göndərər Bununla da səs yazılarınının dinlənilməsi başa çatdı. Təqsirləndirilən şəxs 01 ədəd “CD” diskdə olan diktorların səslərini dinlədildikdən sonra bildirdi ki, 01 ədəd “CD” diskdə olan nitqlər onun özünə və Zərərçəkmiş şəxs4 məxsusdur.Belə ki, Təqsirləndirilən şəxs bildirdi ki, baxış protokolunda “B” hərfi ilə qeyd edilən kişi diktoru Zərərçəkmiş şəxs4 və “A” hərfi ilə qeyd edilmiş kişi diktoru isə onun özüdür.(Cild 3, i/v 157-162) "Sübutların qiymətləndirilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, 22 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 götürülmüş ünvan 5 ünvanda 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus 18 saylı mənzilin mövcud vəziyyətdə lahiyəsinə dair «X5» İNİL-459/2019 nömrəli, xx.xx.2019cu il tarixli «Lisenziya və İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziyanın əlavəsi», 06 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 götürülmüş Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 istifadəsində olan torpaq sahəsinə inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin lahiyəsinə dair «X5» İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziya və İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziyanın əlavəsi», 06 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 götürülmüş Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 istifadəsində olan torpaq sahəsinə inşa edilmiş 1+mansard mərtəbəli fərdi yaşayış evinin lahiyəsinə dair «X5» İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziya və İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziyanın əlavəsi», 22 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs4 götürülmüş Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs4 istifadəsində olan torpaq sahəsinə inşa edilmiş 1 və 2 mərtəbəli fərdi yaşayış evinin lahiyəsinə dair «X5» İNİL- 459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziya və İNİL-459/2019 nömrəli, xx.xx.2019cu il tarixli «Lisenziyanın əlavəsi», 29 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs5 götürülmüş Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs5 Naib oğlunun istifadəsində olan torpaq sahəsinə inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin lahiyəsinə dair «X5» İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziya və İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziyanın əlavəsi», 14 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs6 götürülmüş Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs6 istifadəsində olan torpaq sahəsinə inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin lahiyəsinə dair «X5» İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziya və İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziyanın əlavəsi» sənədlərinin surətləri, 16 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 götürülmüş səs yazıları olan «CD» disk, 07 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs4 götürülmüş səs yazıları olan «CD» disk, 16 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 götürülmüş səs yazıları olan «CD» diskə Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs iştirakı ilə baxış aparılması tərəfindən tərtib edilmiş protokollar, 07 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs4 götürülmüş səs yazıları olan «CD» diskə Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs iştirakı ilə baxış aparılması tərəfindən tərtib edilmiş protokollar iş üzrə maddi sübut kimi tanınmışdır. (Cild 3, i/v 171-208) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs barəsində «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx.xx.2017-ci il tarixli Qanunun tətbiqinə dair ərizəsinin baxışdan çıxarmaqla geri qaytarılması barədə ərizəsi təmin edilmiş və ərizə baxışdan çıxarılmaqla geri qaytarılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2020-ci il tarixli 68-VİQD saylı Qanununun onun barəsində tətbiq edilməsinə dair ərizəsi təmin edilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə dələduzluq cinayətinə münasibətdə zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında (1375 manat) dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq olunmaqla CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad edilmiş, həmin hökmdən CM-nin 66.2-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar xaric edilmiş, üzərində həmin hökmlə CM-nin 32.3, 310-cu maddəsi ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmin hökmlə CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş 4 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cazasının müddəti 2 il azadılsın və üzərində 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə dələduzluq cinayətinə münasibətdə zərər çəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən onun barəsində CM-nin 73-1.1-ci maddəsi tətbiq olunmaqla CM-nin 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən və cəzadan azad edilmiş, həmin hökm üzrə məhkumluğu olmayan hesab edilmiş, Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2018-ci il tarixdən hesablanması nəzərə alınaraq ona təyin olunmuş 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. (Cild 3, i/v 163-170) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı övladının olmasını, ailəli olmaqla ailənin yeganə maddi təminatçısı olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.3.1-ci maddəsinə əsasən cinayətlərin residivi qəsdən qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və daha sonra Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 11 ay 5 gün müddətə vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 32.3,310-cu maddələri ilə təqsirli bilinib qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 11 ay 5 gün çəkməkdən şərti olara vaxtından əvvəl azad olunması barədə qərarı üzrə çəkilməmiş hissəsi qismən birləşdirilməklə o, qəti olaraq 04 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əvvəllər törətdiyi az ağır cinayətlərə görə məhkumluğu hazırda ittiham olunduğu CM-nin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyi zaman ödənilmədiyindən əməlində cinayətlərin xüsusilə təhlükəli residivi yaranmışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusilə təhlükəli residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə qeyd edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs xüsusilə təhlükəli residiv nəzərə alınmaqla CM-in 178.2.2 və 178.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.4-cü maddəsinin tələblərinə görə, cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunur. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkməsinin əvvəli 20 iyun 2023-cü il tarixdən hesablanmalı, (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.4), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv ediməli və onun barəsində Ağcəbədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(017)-72/2023 qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, maddi sübut 03 ədəd CD disk və 22 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 götürülmüş ünvan 5 ünvanda 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus 18 saylı mənzilin mövcud vəziyyətdə lahiyəsinə dair «X5» İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziya və İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziyanın əlavəsi», 06 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 götürülmüş Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 istifadəsində olan torpaq sahəsinə inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin lahiyəsinə dair «X5» İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziya və İNİL- 459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziyanın əlavəsi», 06 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 götürülmüş Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 istifadəsində olan torpaq sahəsinə inşa edilmiş 1+mansard mərtəbəli fərdi yaşayış evinin lahiyəsinə dair «X5» İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziya və İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziyanın əlavəsi», 22 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs4 götürülmüş Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs4 istifadəsində olan torpaq sahəsinə inşa edilmiş 1 və 2 mərtəbəli fərdi yaşayış evinin lahiyəsinə dair «X5» İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziya və İNİL- 459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziyanın əlavəsi», 29 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs5 götürülmüş Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs5 Naib oğlunun istifadəsində olan torpaq sahəsinə inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin lahiyəsinə dair «X5» İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziya və İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziyanın əlavəsi», 14 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs6 götürülmüş Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs6 istifadəsində olan torpaq sahəsinə inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin lahiyəsinə dair «X5» İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziya və İNİL- 459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziyanın əlavəsi» sənədlərinin surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. (CPM-in 132-ci). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Arbitrium» Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və onun barəsində Ağcəbədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(017)-72/2023 qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut - 03 ədəd CD disk və 22 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 götürülmüş ünvan 5 ünvanda 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus 18 saylı mənzilin mövcud vəziyyətdə lahiyəsinə dair «X5» İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziya və İNİL- 459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziyanın əlavəsi», 06 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 götürülmüş Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 istifadəsində olan torpaq sahəsinə inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin lahiyəsinə dair «X5» İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziya və İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziyanın əlavəsi», 06 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 götürülmüş Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 istifadəsində olan torpaq sahəsinə inşa edilmiş 1+mansard mərtəbəli fərdi yaşayış evinin lahiyəsinə dair «X5» İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziya və İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziyanın əlavəsi», 22 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs4 götürülmüş Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs4 istifadəsində olan torpaq sahəsinə inşa edilmiş 1 və 2 mərtəbəli fərdi yaşayış evinin lahiyəsinə dair «X5» İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziya və İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziyanın əlavəsi», 29 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs5 götürülmüş Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs5 Naib oğlunun istifadəsində olan torpaq sahəsinə inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin lahiyəsinə dair «X5» İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziya və İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziyanın əlavəsi», 14 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs6 götürülmüş Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Qum adası qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs6 istifadəsində olan torpaq sahəsinə inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin lahiyəsinə dair «X5» İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziya və İNİL-459/2019 nömrəli, xx.xx.2019-cu il tarixli «Lisenziyanın əlavəsi» sənədlərinin surətləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Arbitrium» Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X17
Məhkəmə qərarları › İş №1(005)-177/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-177/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver