Məhkəmə qərarları › İş №1(005)-179/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-179/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-179/2021 28.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 6,680 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 72 saylı evin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 26 noyabr 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 13.45-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 72 saylı evin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,395 qram və 3,285 qram olmaqla ümumilikdə 6,680 qram çəkidə xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eyni olub, ağ rəngli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26 noyabr 2020-ci il tarixdə təxminən saat 13:45-də tanışı Şahid5 idarə etdiyi “Chevrolet Aveo” markalı avtomobillə şəxsi işləri ilə əlaqədar Nizami rayonu, Qara Qarayev prospekti 72 ünvanının yaxınlığında olarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb Baş İdarəyə dəvət edilmişlər. O, Baş İdarəyə əməliyyatçıların avtomobilində, Tahir isə öz avtomobilində gətirilmişdir. Baş idarəyə gəldikdən sonra onun üzərinə axtarış və götürmə aparılması həyata keçirilmişdir. Bildirir ki, üzərindən aşkar olunmuş metamfetamin ona məxsus deyil. Sonda Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 26 noyabr 2020-ci il tarixdə Baş İdarəyə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddələrin əldə edərək saxlaması, daşıması və satışı ilə məşğul olması bildirilmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 26 noyabr 2020-ci il tarixli qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 13.45-də Nizami rayonu, Q.Qarayev prospekti 72 ünvanının yaxınlığında bir nəfər şəxslə birlikdə sonuncunun idarə etdiyi “Chevrolet Aveo” markalı avtomobilin yanında saxlanılaraq həmin avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Bundan sonra həmin gün saat 15.54-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparmağa başlanmışdır. Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən psixotrop maddələri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının cibində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibində olan bir ədəd “Samsung” markalı mobil telefonu və 20 manat pulu çıxardıb təqdim etmişdir. Həmin sellofan bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini həmin günü, yəni 26 noyabr 2020-ci il tarixdə günorta saatlarında Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Yeni Ramana küçəsində yaşadığı ünvanın yaxınlığından təsadüfən tapdığını və götürüb üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxsnin üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxsnin üzərindən aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 20 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxsnin özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsnin üzərindən aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən və şübhəli şəxs Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılaraq Baş İdarəyə gətirilmiş tanışı Şahid5 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Şahid5 əynində olan yaşıl rəngli gödəkçənin iç cibində olan bir ədəd “İphone” markalı mobil telefonu və özünə məxsus şəxsiyyət vəsiqəsini, gödəkcənin sağ yan cibində olan bir ədəd avtomobil açarını, əynindəki cins şalvarının sol yan cibindən olan 50 manat və sağ yan cibindən olan 80 qəpik pulu çıxardıb təqdim etmişdir. Baxış zamanı Şahid5 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Şahid5 üzərindən aşkaı edilmiş bir ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi, avtomobil açarı və 50 manat 80 qəpik pulu iş üzrə əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Sorğu zamanı Şahid5 şübhəli şəxs Təqsirləndirilən şəxs dostı olduğunu, Təqsirləndirilən şəxsnin üzərində psixotrop maddə olmasından məlumatsız olduğunu, özünün psixotrop maddələr və psixotrop maddələrdən istifadə etmədiyini bildirmişdir. Bundan sonra müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və heç bir şikayət və vəsatət daxi olmayaraq protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan başqa Şahid5 məxsus “Chevrolet Aveo” markalı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Şahid5 idarə etdiyi avtomobildə psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa həmin maddələri və əşyaları könüllü surətdə verməsi təklif edilmişdir. Şahid5 idarə etdiyi avtomobildə psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş digər əşya və predmetlər gizlədib saxlamadığını bildirmişdir. Bundan sonra Şahid5 özünün icazəsi və iştirakı ilə onun idarə etdiyi “Chevrolet Aveo” markalı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və heç bir şikayət və vəsatət daxil olmayaraq protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Əlavə olaraq bildirmişdir ki, 26 noyabr 2020-ci il tarixdə Baş idarəyə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs psixotrop maddələrin əldə edilməsi, daşınması və satışı ilə məşğul olması bildirilsə də, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun psixotrop maddələri satış məqsədi ilə əldə etməsi öz təsdiqi tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinin 18-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 26 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tutmanın əvvəli 26 noyabr 2020-ci il tarixdə saat 13:45-dən hesablanmışdır. Cinayət işinin 26-28-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı X2 Azərbaycan Respublikası CPMin 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid4, Şahid3, Şahid2, həmçinin Şahid5, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X6 iştirakları ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında 26 noyabr 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 13:45-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 72 ünvanının yaxınlığında tanışı Şahid5 ilə birlikdə sonuncunun idarə etdiyi “Chevrolet Aveo” markalı, **-TP-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq həmin avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 noyabr 2020-ci il tarixli qərara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 26 noyabr 2020-ci il tarixdə saat 15:54də şəxsi axtarış və götürmə aparılmasına, Şahid5 üzərinə baxış keçirilməsinə başlanılmışdır. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının cibində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibində olan bir ədəd “Samsung” markalı mobil telefonu və 20 manat pulu çıxardıb təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin sellofan bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini həmin günü, yəni 26 noyabr 2020-ci il tarixdə günorta vaxtı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Yeni Ramana küçəsində yaşadığı ünvanın yaxınlığından təsadüfən tapdığını və götürüb üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxsnin üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdr. Bundan sonra Təqsirləndirilən şəxsnin üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 20 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxsnin özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsnin üzərindən aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən və şübhəli şəxs Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 72 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş tanışı Şahid5 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Şahid5 əynində olan yaşıl rəngli gödəkcənin iç cibində olan bir ədəd “İphone” markalı mobil telefonu və özünə məxsus AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsini, gödəkcənin sağ yan cibində olan bir ədəd avtomobil açarını, əynindəki cins şalvarının sol yan cibində olan 50 manat və sağ yan cibində olan 80 qəpik pulu çıxardıb təqdim etmişdir. Baxış zamanı Şahid5 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Şahid5 üzərindən aşkar edilmiş bir ədəd “İphone” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, avtomobil açarı və 50 manat 80 qəpik pulu iş üzrə əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Sorğu zamanı Şahid5 şübhəli şəxs Təqsirləndirilən şəxs dostu olduğunu, Təqsirləndirilən şəxsnin üzərində psixotrop maddə olmasından məlumatsız olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmədiyini, narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Şahid5 dediklərini təsdiq edib, onun üzərindən aşkar edilən psixotrop maddələrdən Şahid5 məlumatının olmadığını bildirmişdir. Cinayət işinin 51-54-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr 2020-ci il tarixli, 6/2596 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki iki ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 3,395 qram və 3,285 qram, ümumi təmiz çəkisi 6,680 qram ağ rəngli maddələr xarici görünüşünə və kimyəvi tərkibinə görə eyni olub psixotrop maddə metamfetamindir. Cinayət işinin 82-86-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 4(005)-1344/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin 04 ay müddətində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 26 noyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 97-ci vərəqində olan “Maddi sübut hesab edilməsi haqqında” 27 noyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar olunub götürülmüş bir ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan iki ədəd bükümdə 6,580 qram çəkidə psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 112-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 01.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 138-139-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 X3 X4 14 dekabr 2020-ci il tarixli, 3442 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 150-ci vərəqində olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilən 09.12.2020-ci il tarixli, 341 nömrəli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 152-ci vərəqində olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 oktyabr 2013-cü il tarixdə verilmiş AZ İİİ seriyalı 188638 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 11.10.2013-cü il tarixdə anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 24 oktybar 2013-cü il tarixdə 3474 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında isə X5 göstərilmişdir. Cinayət işinin 153-cü vərəqində olan 4 saylı Bakı “Asan xidmət” X8 tərəfindən 24 noyabr 2015-ci il tarixdə verilmiş AZ İİİ seriyalı 656250 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 07.11.2015-ci il tarixdə anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 24 noyabr 2015-ci il tarixdə 7855 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X10, ana qrafasında isə X5 göstərilmişdir. Cinayət işinin 158-165-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 28 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunması, onun qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində edilməklə ona yenidən ittiham elan olunması, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd CD diskin maddi sübut hesab edilməsi və cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon cihazının cinayət işi üzrə əhəmiyyət kəsb etmədiyindən ayrılmış cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılması qərara alınmışdır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd bükümlərdə ağ rəngli psixotrop maddə metamfetaminin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi ümumilikdə 6,680 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı övladlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 26 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 6,580 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar