Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-179/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Astara şəhəri, Kijəbə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayında şəxsiyyəti istintaqa məlum olmayan “Fərhad” adlı İran İslam Respublikasının vətəndaşından satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 09 noyabr 2021-ci il tarixdə, saat 14 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılıb Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əlindəki üzərində “Zəfəran hospital” yazısı olan sellofan torbanın içərisinə baxış keçirilərkən, 1 ədəd qapağı yaşıl rəngli şəffaf plastik qablaşdırmada və 1 ədəd hədiyyə qutusu içərisində olan şəffaf sellofana yığılmış halda ayrı ayrılıqda təmiz çəkiləri 0,529 qram və 0,345 qram olmaqla ümumi təmiz çəkisi 0,874 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Nərimanov rayonu, Xutor, 2-ci Şimal Şitilliyi küçəsi ev 42 A-da Hikmət adlı şəxsin mənzilində kirayədə yaşayır. Ana tərəfdən olan qohumları İranda yaşadığından onların bəziləri ilə əlaqəsi vardır. Eləcə də, Fərhad adlı şəxs də həmin qohumlarından biridir. İşləyə bilmədiyi üçün arada həmin qohumlar ona maddi yardım edirlər və müəyyən qədər pul göndərirlər. Bundan bir müddət öncə pulu olmadığı üçün Fərhaddan 200 manat pul istəmiş, Fərhad ona bildirmişdir ki, pul göndərə bilmir, ona narkotik vasitə göndərər və həmin narkotik vasitələri onun tapşırığı ilə ayrı ayrı şəxslər ondan götürər. O da pulu olmadığından və narkotikə ehtiyacı olduğundan həm də Fərhad ona kuryerlik təklif eləməsindən acıqlanaraq Fərhada razılıq vermişdir ki, ona narkotik göndərsin və o da istifadə etsin. Lakin satmaq məqsədi olmamış hissə-hissə həmin narkotikləri istifadə etmək məqsədilə almışdır. Bundan sonra Fərhad ona dediyinə görə 200 manat dəyərində metamfetamin göndərmiş, o da həmin maddələri Pirşağı qəsəbəsində yerləşən məktəbin yanında yolun kənarında yerdən götürərək evə gətirmişdir. Həmin maddələr bir neçə bükümdə qablaşdırılmış vəziyyətdə olmuşdur. Fərhadın onları ölkəyə hansı yolla keçirməsi haqqında məlumatı yoxdur. Bir neçə gündən sonra yəni, xx.xx.2021-ci il tarixdə axşam saatlarında evində kirayədə yaşadığı Hikmət adlı şəxs onda narkotik olduğunu görüb bədənində ağrılar olduğundan ondan narkotik istəmiş, o da yaşadığı ünvanda 1 ədəd bükümdə metamfetamini Hikmətə pay olaraq vermişdir. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində yaşadığı ünvanın qarşısında olarkən 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış, onlar özlərini təqdim edib Nərimanov RPİ-nin 16-cı PB nin əməkdaşları olduqlarını bildirib onu 16-cı PB-nə dəvət etmiş, bundan sonra səs-küy salmadan polis əməkdaşları ilə birlikdə polis əməkdaşlarının təklili əsasında Bölmənin inzibati binasında yerləşən otaqların birinə getmişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra ora tanımadığı 1 mülki geyimli şəxs gəlmiş, özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşı həmin şəxsin vəkil olduğunu bildirərək ona hüquq və vəzifələrini izah etmiş, sonra, ona üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymağını təklif edəndə, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əlində olan Zəfəran hospital yazısı olan sellofan paketi könüllü olaraq təqdim etmişdir. Həmin sellofan torbanın içərisinə baxış keçirilərkən, içərisində olan 1 ədəd Samsung markalı mobil telefon, 1 ədəd qapağı yaşıl rəngli şəlfat plastik qablaşdırmada olan spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə, 1 ədəd hədiyyə qutusu içərisində olan şəffaf sellofana yığılmış, içərisində spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan büküm aşkar edilərək götürülmüşdür. Həmin vaxt prosesdə video çəkilişdən istifadə edilmiş, çəkiliş zamanı bildirmişdir ki, həmin maddələrdən bir hissəsini Hikmət adlı şəxsə 15 manat qarşılığında satmışdır. Videoçəkiliş zamanı da bu barədə qeyd etmişdir. Fərhad adlı şəxslə Whatsapp vasitəsilə əlaqə saxlamışdır. Həmin psixotrop maddəni Fərhad adlı şəxsin göstərişi ilə ondan heç kim gəlib götürməmişdir. Hazırda isə bildirir ki, həmin psixotrop maddəni Şahid1 pay olaraq vermişdir. Üzərinə baxış keçirilərkən eləcə də çəkiliş zamanı psixotrop maddəni Hikmətə 15 manata satdığını bildirsə də, hazırda qeyd edir ki, həmin zaman polis bölməsində olduğu zaman eşitmişdir ki, Hikmət narkotik vasitəni ondan 15 manata aldığını demişdir. Hikmətlə aralarında olan münasibətin xatirinə və onun evində də yaşadığı üçün Hikmətin dediklərinin yalanı çıxmasın deyə elə demişdir. Hazırda bildirir ki, o metamfetamini Hikmətə satmamış pay olaraq vermişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, “Hikmət” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri daşıması və onun xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanın yaxınlığında olacağı barədə məlumat almış, bundan sonra əməliyyat axtarış tədbirləri və təhqiqatçı tərəfindən müvafiq prosessual hərəkətlər keçirilmişdir. Tutulan həmin şəxsin polis bölməsində olduqları zaman Şahid1 olması öz təsdiqini tapmış, izahatı alındığı zaman Hikmət üzərində olan metamfetamini evində kirayədə yaşayan Ruhiyyə adlı şəxsdən aldığını demişdir. Onlar tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Ruhiyyə adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin gün saat 14 radələrində Nərimanov RPİ-nin 16-cı PBnin əməliyyat müvəkkili Şahid3 ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanın qarşısında saxlanılmış, ona özlərini polis əməkdaşı kimi təqdim edib birlikdə Nərimanov RPİ-nin 16-cı PB-nə gəlməsini təklif etmişlər. Qeyd edir ki, saxlanıldığı zaman xanımın əlində bir ədəd sellofan torba olmuşdur. Bundan sonra Bölmənin təhqiqatçısı Rəşad Əhmədova prosessual hərəkətləri keçirməsi həvalə edilmiş, təhqiqatçının qərarı ilə vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah olunaraq onun narkotik vasitə əldə edib saxlamasında şübhəli bilindiyi qeyd olunmuş və üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymağını təklif edəndə, o təhqiqatçının təklifi ilə əlində olan və üzərində Zəfəran hospital yazısı olan sellofan paketi könüllü olaraq təqdim etmişdir. Həmin sellofan torbanın içərisinə baxış keçirilərkən, içərisində olan 1 ədəd Samsung markalı mobil telefon, 1 ədəd qapağı yaşıl rəngli şəffaf plastik qablaşdırmada olan spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə, 1 ədəd hədiyyə qutusu içərisində olan şəffaf sellofana yığılmış, içərisində spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan büküm aşkar edilərək götürülmüş, həmin aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Üzərində şəxsi axtarış və götürülmə keçirilərkən Təqsirləndirilən şəxs həmin maddələrdən bir hissəsini Şahid1 adlı şəxsə 15 manat qarşılığında verdiyini qeyd elmiş, bundan sonra, təhqiqatçı orada iştirak edən şəxslərin və onun iştirakı ilə protokol tərtib etmiş və imzalanmışdır. Qeyd edir ki, həmin vaxt Təqsirləndirilən şəxs əlindəki sellofan torbadan metamfetaminə bənzər kütlə aşkar olunması prosesində video çəkilişdən istifadə edilmişdir. Sonradan isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş maddələr təhqiqatçı tərəfindən məhkəmə-kimyəvi ekspertizasına təqdim olunmuş və müəyyən edilmişdir ki, həmin maddələr psixotrop maddə olan metamfetamindir. Qeyd edir ki, Ruhiyyənin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə etməmişlər. Bu barədə sadəcə olaraq Şahid1 adlı şəxs təhqiqat zamanı qeyd etmişdir, onun həmin maddələri konkret haradan, kimdən əldə etməsi haqqında hər hansı məlumatı yoxdur. Ruhiyyə isə İranlıdan almasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin əməliyyat müvəkkili Şahid3 digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. İttiham aktının siyahısında şahid qismində Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 21-22-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 09 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 23-24-cü vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 09 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 13:30 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən ünvan 6 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində saat 14:00 radələrində 16-cı PB-nə gətirilmişdir. 16-cı PB-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və “Yusifbəyli və Partnyorları” vəkil bürosundan dəvət olunmuş X3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs əlindəki üzərində “Zəfəran” hospital yazısı olan sellofan paketi könüllü olaraq təqdim etdi. Sellofan paketin içərisinə baxış keçirdikdə oradan içərisində 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan 01 ədəd hədiyyə qutusu, içərisində spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan qapağı yaşıl rəngdə olan şəffaf rəngli 01 ədəd qutu və 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi sellofan paketin içərisində aşkar olunmuş maddələr psixotrop maddə hesab olunan “şüşə” adı ilə tanınan metamfetamindir. Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş psixotrop maddələri təxminən 15 gün bundan qabaq əvvəllər də aralarında alqı-satqı olduğu İran İslam Respublikasının vətəndaşı olan Fərhad adlı şəxsdən almışdır. Fərhad adlı şəxs həmin psixotrop maddələri Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yolun kənarında məktəbin qarşısına atdırmış və o da həmin ünvandan götürmüşdür. Aşkar olunmuş psixotrop maddələr iştirakçıların və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırıldı, 218 nömrəli möhürlə möhürləndi. Cinayət işinin 35-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 noyabr 2021-ci il tarixli, 6/4967 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs...” sözləri yazılmış zərfdəki 2 ədəd qutunun içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,529 qr., 0,345 qr., ümumi təmiz çəkisi 0,874 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Cinayət işinin 78-82-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(005)-1174/2021 saylı qərarından görünür ki, vəsatət və təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 09 noyabr 2021ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 106-cı vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 135-ci vərəqində olan Astara rayon İHB-nın Kijəbə qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 142-143-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin Ambulator X1 dair xx.xx.2021-ci il tarixli, 5299 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 162-174-cü vərəqələrində olan “Cinayət təqibi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 17 yanvar 2022-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, təqsirləndirilən şəxs X4 üzərində şəxsi axtarış və götürmənin aparılması zamanı üzərindən aşkar edilərək götürülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,529 qram, 0,345 qram, ümumi təmiz çəkisi 0,874 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələrin kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetaminin maddi sübut qismində tanınması və əlavə ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,674 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetaminin saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs cinayət təqibinin ilkin mərhələsində şəxsi axtarış aparılan zaman çəkilmiş olduğu 1 ədəd DVD-R formatlı diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,874 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, gənc olmasını, qadın olmasını və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 8 (səkkiz) ay 4 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə məhv edilməli (CPM- 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 56 (əlli altı) iş saatına görə 336 (üç yüz otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 8 (səkkiz) ay 4 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (01 il 04 ay 08 gün) çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 22 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Astara rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,674 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətlərinin aparılması prosesinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD- R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 56 (əlli altı) iş saatına görə 336 (üç yüz otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-179/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-179/2022
13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver