Məhkəmə qərarları › İş №1(005)-180/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-180/2023

31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-180/2023 31.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Femida” Vəkil Bürosunun Vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Ermənistanın Spitak rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddəni və güclü təsir edən maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən 13,216 qram çəkidə qurudulmuş marixuananı, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən 0,455 qram çəkidə psixotrop maddə metamfetamini və “Güclü təsir edən maddələr və onların külli miqdarda siyahısı”na daxil edilən 10 ədəd kapsulada ümumilikdə 1,5 qram preqabalin güclü təsir edən maddəsini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 01 dekabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 18:20-də ünvan 3 ünvanının yaxınlığında idarə etdiyi «Mitsibushi Pajero» markalı, **-TD-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 0,455 qram çəkidə psixotrop maddə metamfetamin bir ədəd bükümdə, üzərində “ALYSE 150 mg...Pregabalinne” göstəriciləri olan 01 ədəd blisterdə olan 10 ədəd kapsulada ümumilikdə 1,5 qram çəkidə preqabalin təsiredici maddəsi, ayrı-ayrılıqda təmiz çəkiləri 0,460 qram, 0,374 qram, 0,371 qram, 0,315 qram, 0,274 qram, 0,237 qram, 0,394 qram, 0,327 qram, 0,272 qram, 0,334 qram, 0,280 qram, 0,262 qram, 0,306 qram, 0,286 qram, 0,357 qram, 0,358 qram, 0,338 qram, 0,340 qram, 0,342 qram, 0,335 qram, 0,337 qram, 0,344 qram, 0,336 qram, 0,283 qram, 0,318 qram, 0,419 qram, 0,240 qram, 0,429 qram, 0,238 qram, 0,275 qram, 0,334 qram olmaqla otuz bir ədəd kağız bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 1,079 qram və 1,154 qram olmaqla iki ədəd salfet bükümlərdə və ayrı-ayrılıqda təmiz çəkiləri 0,321 qram, 0,223 qram və 0,324 qram olmaqla üç ədəd tütün kağızına bükülmüş halda ümumi təmiz çəkisi 13,216 qram narkotik vasitə qurudulmuş marixuana 01 ədəd sellofan torbanın içində olmaqla əynindəki boz rəngli dəri gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı sürülmüş ittihamla ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan marixuanadan çəkmək yolu ilə istifadə etmişdir. O, bir müddət əvvəl sosial şəbəkdə narkotik vasitələrin satıldığı səhifəni tapmışdır. Həmin səhifədə xarici mobil operatora məxsus nömrə olmuşdur ki, o, “Whatsapp” proqramı ilə tanımadığı şəxslə əlaqə saxlayaraq narkotik vasitələri almaq üçün 300 manat pul köçürmüşdür. Narkotik vasitə marixuana, bir qədər psixotrop maddə metamfetamin və Alyse dərmanlarını sifariş vermişdir ki, təxminən 3 gün əvvəl həmin maddələri Bakı Şəhər Metropoliteninin Həzi Aslanov adına olan stansiyasın yaxınlığında yerdən götürüb şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirməyə başlamışdır. 01 dekabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə gətirilmiş, İdarədə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı o, üzərində gəzdirdiyi narkotik vasitələri polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra onun üzərinə baxış keçirilməsi davam etdirilmiş və pul qabının içərisindən 1 ədəd ukrayna dövlətinə mənsub pul əskinası eləcə də ABŞ dolları, həmçinin keçmiş SSR dövlətinə mənsub pul əskinası, 1150 manat pul, 03 ədəd vizit kart, 02 ədəd üzərilərində “**********445320” və “**********524501” rəqəmləri qeyd edilmiş plastik bank kartı, ona məxsus şəxsiyyət və sürücülük vəsiqəsi, 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 01 ədəd nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə aşkar edilmişdir. Qara rəngli pul qabından aşkar edilmiş 02 ədəd üzərilərində “**********445320” və “**********524501” rəqəmləri qeyd edilmiş plastik bank kartı, şəxsiyyət və sürücülük vəsiqəsi, 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 01 ədəd nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə polis əməkdaşı tərəfindən götürülmüşdür. Qara rəngli pul qabından aşkar edilmiş 01 ədəd ukrayna dövlətinə mənsub pul əskinası eləcə də ABŞ dolları, həmçinin keçmiş SSR dövlətinə mənsub pul əskinası, 1150 manat pul, 03 ədəd vizit kartı ona geri qaytarılmışdır. Bundan sonra onun idarə etdiyi “Pajero” markalı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sonda məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Aşkar edilən narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmişdir. Beynindən əməliyyat olmuşdur. Bu səbəbdən ağrılar var və beynində yaranan səslər onu narahat edir. Narkotik vasitədən də istifadə etməsinə səbəb ağrıları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, 01 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdə, saat 18:20-də ünvan 3 ünvanının yaxınlığında idarə etdiyi “Pajero” markalı, **-TD-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, saxlanılarkən üzərində şəxsi axtarış və baxış aparılmasına yerində şərait olmadığına görə prosessual hərəkətlərin aparılmasından ötrü əməkdaşların müşayiəti altında idarə etdiyi avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 dekabr 2022-ci il tarixli qərara əsasən həmin günü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Baş İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək o, vəkilə təmin edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə Alyse və psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf sellofan paketi, 01 ədəd dərman konvalyutunu, 03 ədəd tütün kağızını, gödəkçənin sol yan cibindən qəhvəyi rəngli açar qabını, “LD” markalı siqaret qutusunu, 01 ədəd “Samsung” markalı mobil telefonu, əynində olan şalvarının sol yan cibindən 02 ədəd “Samsung” markalı mobil telefonu, şalvarının sağ yan cibindən avtomobil açarını, şalvarının sağ arxa cibindən qara rəngli pul qabını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd konvalyuta baxış keçirilərkən konvalyutun üzərində “Alyse” sözləri qeyd edilmiş 10 ədəd ağ rəngli dərman həbləri müşahidə edilmişdir. 03 ədəd bükülmüş tütün kağızına baxış keçirilərkən tütün kağızlarının içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. 01 ədəd Şəffaf sellofan paket açılarkən paketin içərisindən 01 ədəd sellofan büküm, 31 ədəd kağız büküm və 02 ədəd salfetka büküm aşkar edilmişdir. 02 ədəd salfetka bükümə və 31 ədəd kağız bükümə baxış keçirilərkən bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə, 31 ədəd kağız bükümdə, 02 ədəd salfetka bükümdə və 03 ədəd tütün kağızında narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və 01 ədəd konvalyutda üzərində “Alyse” sözləri yazılmış 10 ədəd dərman həbi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş qəhvəyi rəngli açar qabına baxış keçirilərkən həmin qabın içərisindən 7 manat pul və mənzil açarı aşkar edilmişdir. Aşkar edilmiş açar qabı və açar, eləcə də 7 manat pul onun özünə geri qaytarılmışdır. Qara rəngli pul qabına baxış keçirilərkən pul qabının içərisindən 1 ədəd ukrayna dövlətinə mənsub pul əskinası eləcə də ABŞ dolları, həmçinin keçmiş SSR dövlətinə mənsub pul əskinası, 1150 manat pul, 03 ədəd vizit kart, 02 ədəd üzərilərində “**********445320” və “**********524501” rəqəmləri qeyd edilmiş plastik bank kartı,Təqsirləndirilən şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqəsi, 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 01 ədəd nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə aşkar edilmişdir. Qara rəngli pul qabından aşkar edilmiş 02 ədəd üzərilərində “**********445320” və “**********524501” rəqəmləri qeyd edilmiş plastik bank kartı, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqəsi, 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 01 ədəd nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə götürülmüşdür. Qara rəngli pul qabından aşkar edilmiş 1 ədəd ukrayna dövlətinə mənsub pul əskinası eləcə də ABŞ dolları, həmçinin keçmiş SSR dövlətinə mənsub pul əskinası, 1150 manat pul, 03 ədəd vizit kart Təqsirləndirilən şəxs geri qaytarılmışdır. O cümlədən “LD” markalı siqaret qutusu və həmin qutunun içərisindən aşkar edilmiş 01 ədəd alışqan Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Həmçinin aşkar edilmiş 03 ədəd “Samsung” markalı mobil telefon götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxsun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri sosial şəbəkdən nömrəsini taparaq sonradan “Whatsapp” proqramı ilə tanımadığı şəxslə əlaqə saxlayaraq narkotik vasitələri əvvəlcədən 300 manat ödəyərək sifariş verdiyini, konum ilə narkotik vasitələrin atıldığı dəqiq ünvanı müəyyən edərək 3 gün əvvəl Bakı Şəhər Metropoliteninin Həzi Aslanov adına olan stansiyasın yaxınlığında yerdən götürüb şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs İdarə etdiyi “Pajero” markalı, **-TD-*** qeydiyyat nişanlı avtomobildə qanunsuz hər hansı əşya və ya predmet saxlamadığını və avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarışın nəticələri ilə bağlı protokol tərtib edildikdən sonra idarə etdiyi “Pajero” markalı, **-TD-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Pajero” markalı, **- TD-*** qeydiyyat nişanlı avtomobildə qanunsuz əşya və ya digər predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə qanunsuz əşya və digər predmetlər saxlamadığını bildirib avtomobili açaraq baxışa təqdim etmişdir. Baxış davam etdirilərkən avtomobildən qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsinin nəticələri rəsmiləşdirilməklə iştirakçılar tərəfindən tərtib edilmiş protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 01 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə Alyse və psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf sellofan paketi, 01 ədəd dərman konvalyutunu, 03 ədəd tütün kağızını, gödəkçənin sol yan cibindən qəhvəyi rəngli açar qabını, “LD” markalı siqaret qutusunu, 01 ədəd “Samsung” markalı mobil telefonu, əynində olan şalvarının sol yan cibindən 02 ədəd “Samsung” markalı mobil telefonu, şalvarının sağ yan cibindən avtomobil açarını, şalvarının sağ arxa cibindən qara rəngli pul qabını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd konvalyuta baxış keçirilərkən konvalyutun üzərində “Alyse” sözləri qeyd edilmiş 10 ədəd ağ rəngli dərman həbləri müşahidə edilmişdir. 03 ədəd bükülmüş tütün kağızına baxış keçirilərkən tütün kağızlarının içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. 01 ədəd Şəffaf sellofan paket açılarkən paketin içərisindən 01 ədəd sellofan büküm, 31 ədəd kağız büküm və 02 ədəd salfetka büküm aşkar edilmişdir. 02 ədəd salfetka bükümə və 31 ədəd kağız bükümə baxış keçirilərkən bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə, 31 ədəd kağız bükümdə, 02 ədəd salfetka bükümdə və 03 ədəd tütün kağızında narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və 01 ədəd konvalyutda üzərində “Alyse” sözləri yazılmış 10 ədəd dərman həbi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. “Baxış və götürmə aparılması haqqında” 01 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Pajero” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış aparılarkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən qanunsuz hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2022-ci il tarixli, 6/6852 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №6” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,455 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində “Alyse 150 mg..Pregabalinne” göstəriciləri olan 01 ədəd blisterdə ümumilikdə 10 ədəd kapsulda ümumilikdə 1.5 qram (01 kapsulda 0,15 qram) preqabalin təsiredici maddəsi müəyyən edildi. Aparılmış ekpsertiza tədqiqatının dəyəri 109,90 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2022-ci il tarixli, 7/1368 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...31 ədəd kağız bükümdə, 02 ədəd salfetka bükümdə və 03 ədəd..tütün kağızına bükülmüş..” yazıları və imza olan kağız paketdəki sellofan torbacığın içərisində 31 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,460 qram, 0,374 qram, 0,371 qram, 0,315 qram, 0,274 qram, 0,237 qram, 0,394 qram, 0,327 qram, 0,272 qram, 0,334 qram, 0, 280 qram, 2,262 qram, 0,306 qram, 0,286 qram, 0,357 qram, 0,358 qram, 0,338 qram, 0,340 qram, 0,342 qram, 0,335 qram, 0,337 qram, 0,344 qram, 0,336 qram, 0,283 qram, 0,318 qram, 0,419 qram, 0,240 qram, 0,429 qram, 0,238 qram, 0,275 qram, 0,334 qram, 02 ədəd salfet bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,079 qram, 1,154 qram və 03 ədəd kağız bükülüdə tütünlə qarışıq kütlədə ayrı-ayrılıqda təmiz çəkiləri 0,321 qram, 0,223 qram, 0,324 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənən (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 13,216 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Aparılmış ekpsertiza tədqiqatının dəyəri 78,82 manat təşkil edir. “Maddi sübut hesab edilməsi haqqında” 02 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar edilib götürülmüş tədqiqatdan sonra qalıq qalan iki ədəd kağız zərfdə qablaşdırılan 12,496 qram çəkidə narkotik vasitə marixuana, 0,405 qram çəkidə psixotrop maddə metamfetamin və 08 ədəd kapsulada preqabalin güclü təsiredici maddəsi maddi sübut kimi tanınmış məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1303/2022 nömrəli, 03 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkolji X4 Şəxsi Ambulator X1 16 yanvar 2023-cü il tarixli, 192 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.2 və 240.1-ci maddələrinə tövsif edilməklə Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan yeni ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddələrinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Cinayət Prosessual Məcəlləsinin: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi baxımından, həmçinin daxili inamına əsasən qiymət verərək hesab edir ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddəni əldə edib saxlayaraq daşıması barədə irəli sürülən ittihamın məhkəmə istintaqı zamanı tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2 və 240.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 240.1-ci maddəsinə əsasən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində azyaşlı övladlarının olmasını (əsas: iş materiallarına əlavə edilmiş AZ – İİ 965290, AZ - İV 497960 və AZ – İİİ 136587 nömrəli doğum haqqında şəhadətnamələr) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə qeyd edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 234.2 və 240.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu gündən, yəni 01 dekabr 2022-ci il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3.), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-93.1.2), cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş iki ədəd kağız zərfdə qablaşdırılan 12,496 qram çəkidə narkotik vasitə marixuana, 0,405 qram çəkidə psixotrop maddə metamfetamin və 08 ədəd kapsulada preqabalin güclü təsiredici maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 188.72 (yüz səksən səkkiz manat yetmiş iki qəpik) manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan iki ədəd kağız zərfdə qablaşdırılan 12,496 qram çəkidə narkotik vasitə marixuana, 0,405 qram çəkidə psixotrop maddə metamfetamin və 08 ədəd kapsulada preqabalin güclü təsiredici maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 188,72 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar