Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-180/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş X1 iştirakı ilə, Qafqazifo.az saytının rəhbərliyi barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək “Qafqazifo.az” saytı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və şəklin montajçısının - bütövlükdə sayt rəhbərliyinin cinayət məsuliyyətinə (təkzib, üzr istəməklə birlikdə inzibati cəza) cəlb olunaraq cəzalandırılması barədə hökm çıxarılması barədə məhkəməyə xüsusi ittiham qaydasında şikayəti daxil olmuşdur. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, (Azərbaycan Respublikası CMP-nin 88-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri əsasında cinayət işinin başlanması haqqında ) xx.xx.2024-cü il tarixdə saat 15.16-da Qafqazinfo.az saytında yayımlanmış “Professorla şöbə müdiri bir-birini məhkəməyə verdi” başlıqlı yazıda onun barəsində dəqiqləşdirməmiş, tamamilə yanlış məlumatlar əsasmda böhtan atılmış və foto-şəklim Aydın Əli-Zadə adlı şəxsə çox yaxın məsafədə rnontaj edilərək paylaşıbmışdır. Belə ki, Qafqazinfo.az saytı və qısa vaxtda onlarla sayt Azərbaycan Dövləti, Azərbaycan xalqı əleyhinə fəaliyyət göstərən, Azərbaycanın dünyaya heç nə vermədiyini erməni kanalında hayqıran və bu erməni xülyası tezisini sübut etmək üçün Albaniyanın, midiyanın Azərbaycana aid olmadığını, ermənilərin yox, Azərbaycanlıların bu torpaqlara gəldiyini, Azərbaycanlıların Monqol köçəriləri olduğunu, Türklər hara gedirlər, hər şeyi zəbt edirlər, Türlər qırılmalıdır”, İslamın Türklərin dini olmadığını. Türklərin filosofu olmadığını, Türklərin igidlərinin də “oğ - ş” olduğunu. ”oğ -ş” sözü ancaq Azərbaycanda olduğunu, Quba xanlarının Azərbaycanlı olmadığını, Üzeyir Hacıbəyovun Azərbaycanlı olmadığım, Azərbaycanlıların kürdləri və s. etniklər! assimlyasiya etdiyini, və s. və i. a 100 lərlə Əleyhimizə zidd fikri yazan, efirdə deyən, “Azərbaycanlılar ancaq əzilməlidir”, Azərbaycan partlayacaq”, “Azərbaycanda heç vaxt islahat olmayacaq”, erməni mətbuatında “Azərbaycan qadınları doğmayın, Nə vaxt dövlət əmr edər “cütləşərsiz”, “balalayarsız”, “müharibə deyəndə heç təsəvvür edirsiz qarşınızda hansı dövlətdir?!”, “kimsiz Azərbaycanlılar, qorxun ermənilər yenə yıxarlar Sizi asvalta”və çox-çox sayda dövlətimiz və xalqımızın əleyhinə (cahanplus.com saytında 10dan çox tutarlı fatlarla məqalə var) çıxışları olan - erməni olduğunu deyə bilmərəm, erməni şüurlu olduğunu sübut etdiyim Aydın Əli-Zadəni müdafiə edən məlumat paylaşmışdır. "xxxx" saytının bu yalanı ona qaşı böhtan məlumatı yayması ilə bərabər, millimentalitetimizə zidd şəkildə onun şəklini onun şəkli ilə yaxın məsafədə montaj edib yaymaqla onu məqsədli olaraq təhqir etmişdir. O, Qafqazinfo.az saytına (012) 564-18-48, Mobil və Whatsapp: (055) ***-**-** telefonlarla zəng edib iradını bildirsə də onlar yalnız məlumatın başlığında Aydın Əli-Zadə üçün yazdıqları Professor sözünü dəyişmişlər. O saytın Whatsapp: (055) ***-**-** -nömrəsinə Aydın Əli-Zadənin Azərbaycan Dövləti və Xalqımız əleyhinə çıxışları haqqında olan yazılarını göndərsə də onlar bu dəlillərə əhəmiyyət vermədən şəklini yayımdan çıxarmamışlar. Halbuki Qafqazinfo.az saytı Redaksiya siyasətində göstərmişdir ki, “mənbə işinə və ya bilavasitə özünə ziyan vura biləcəyi səbəbiylə özü haqda məlumatın verilməsini istəmədiyi halda, gizli saxlanılmalıdır”.Bu da təsdiq edir ki, sayt ona qarşı qərəzli mövqe tutmuşdur. Qafqazinfo saytının öz Redaksiya siyasəti məramənda da yazıldığı kimi redaksiya obyektivlik, dəqiqlik, qərəzsizlik və vicdan prinsiplərinə sadiq qalmalıdır,məlumat dəqiqləşdirilmədən və ya düzgünlüyünə əməl olunmadan təqdim edilməməlidir, faktların və hadisələrin təqdimatında birtərəfİilik olmamalıdır, redaksiyasiya siyasəti heç bir halda dövlətçiliyə, cəmiyyətin milli-mənəvi dəyərlərinə, ümumi əxlaqa və ailə institutunun qorunması prinsipinə zidd ola bilməz, vətəndaş hüquqlarına həssas yanaşmalıdır, insanların heysiyyatına toxunacaq məzmuna yol verilməməlidir, - məlumat azadlığına, şəffaflığına, obyektivliyinə, qərəzsizliyinə, ədalətliliyinə və plüralizmə xələl gətirilməməlidir; materiallar dəqiq və mümkün qədər müxtəlif baxış bucaqları diqqətə alınmaqla təqdim olunmalıdır; jurnalist üzərinə düşən maarifçilik missiyasını unutmamalı, fəaliyyətində bu xətti inkişaf etdirməlidir; faktların doğruluğuna əsaslanmaaqla hadisələrə münasibətdə sağlam tənqidi düşüncə əsas götürülməlidir; habelə, şəffaf, mötəbər, dəqiq mənbələrlə işləməyə üstünlük verilməlidir; mənbə işinə və ya bilavasitə özünə ziyan vura biləcəyi səbəbiylə özü haqda məlumatın verilməsini istəmədiyi halda, gizli saxlanılmalıdır; Milli mətbuat haqqında qanununu müddəaiarına zidd getmişdir, bütün bu müddəalara zidd getmişdir. Yazının müəllifi X5 üzərindən mesaj yazaraq məlumatın mətninin tamamilə yanlış şəklinin həmin şəxlə yaxın məsafədə montaj edilərək verilməsinin qanuna və milli mənəviyyata zidd olduğunu bildirsə də o ona verdiyi cavablarda Aydın Əli-Zadəni tam müdafiə etmişdir. X7- Zadənin Azərbaycan Dövləti və Xalqımız əleyhinə çıxışları haqqında olan yazılarını göndərsə də müəllif olaraq öz yanlış məlumatlarla olan və şəklini elə şəkildə verməsi nöqsanını düzəltməmişdir.Məlumatdakı yanlışlıqlar bunlardır: o, Aydın Əli-Zadəni məqaləsinə görə yox (sayt ciddi məsələni qəsdən adiləşdirib ki, alimi 1 məqaləyə görə kənarlaşdırmışam!) 1 il dövlətdən maaş aldığı halda 73 səhifə - 150 səhifəlik kitab həcmində İllik Plan işini şöbənin Plan istiqamətindən çıxaraq erməni mövqeyindən olan mövzuda yazdığına görə, Azərbaycanlıları vandal, tat dilli ermənilər adlandıran Akopyan adlı erməni tarixçisi kimi tat dilli ermənilər adlandırdığı üçün, elə Akopyan başda olmaqla onlarla erməni müəllifindən istinadlar verdiyi üçün və erməni saytlarından abidələr qoyduğuna görə Atəşgahımızın tarixini qəsdən təhrif edib XVİİİ əsrə aid etdiyi üçün və çoxsayda elmi-obyektiv sübutlara əsasən qəbul etməyib Barəsində 2 Təqdimat yazıb EŞda Təqdimatlarını müdafiə edib şöbədən kənarlaşdırmışdır. O, bir məqalə də vermişdi.O da bu Plan işinin bir hissəsi idi və Azərbaycan internet resurslarında qadağan olunmuş xəritə vardı. Qəbul etməmişdir. Əsas bir məsələ də ondan ibarət idi ki, Aydın Əli-Zadə ondan həmin kitabının çap olunması üçün onun ona şöbənin çıxarışını verməyini tələb etmişdi. 2018-ci ildən 6 il keçir. X8-Zadənin bu 150 səhifəlik kitab həcmində olan əsəri erməni mövqeyindən deyildisə niyə bu günə kimi çap eləməyib?! Bəs deyirdi tələsirəm çap etmək istəyirəm! Nə oldu?! Qafqazinfo.az bəlkə öz dostuna bu sualı versin, niyə çap eləmir o kitabını?! Yaxud da qafqazinfo.az desin ona ki, qorxmursansa çap elə! Beləcə o Aydın Əli-Zadəni ciddi faktlarla 2018-ci ildə şöbədən kənarlaşdırdım o sayca 6-cı şöbəyə keçdi. 5 il sonra onu saxta sənədlərlə professor keçirərkən mən cahanplus.com saytımda onun professor adma layiq olmadığını yazdım və saxta sənədləri göstərdim. O yazı yayımlandıqdan 11 ay sonra məni məhkəməyə verdi. Həbs etdirmək istəyirdi. Məhkəmədə açıq surətdə də dedi (indi ləyaqətsizcəsinə danır!). O, elmi işimi atıb özümü müdafiə məqsədi ilə daha ətraflı araşdırma apardım və 12-13 geniş məqalə ilə onun haqqımda yazdığı İttihamdakı 20 müddəanı heç eləmişdir. Qafqazinfo.az məlumatında yazıb ki, onun İttiham şikayətinə Səbail rayon məhkəməsi baxıb. Xeyir, sayt düzgün yazmayıb. Respublika prokrorluğuna və digər qrumlara şikayət ünvanlamışdır. DTX-ya çağırılmış və tutarlı sübutlar təqdim etmişdir. Hazırda barəsində araşdırma gedir. O, dövlət strukturlarının iş metodlarına müdaxilə edə bilmir. Ancaq haqlı olduğu üçün dəlilləri həm ictimailəşdirmiş, həm də yüksək qurumlara təqdim etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 şikayət ərizəsində göstərilənləri müdafiə edərək təmin edilməsini xahiş etdi. Bundan başqa şikayət ərizəsinə əlavələri məhkəməyə təqdim etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən "xxxx" MMC-nin etibarnamə əsasında nümayəndəsi X3 verilmiş şikayətlə bağlı bildirmişdir ki, həmin məlumatı məhkəmələrin elektron sistemindən əldə etmişlər, şəkil isə montajdır. Şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ilkin olaraq aşağıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun deyildir, həmçinin şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası.+ “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə Məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Bununla da, X1 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi, ona cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə bağlı hansı zərərin vurulması, zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu göstərilməmişdir. Şikayətdə cəzalandırılması istənilən maddələr üzrə təhqir və böhtanın nədə ifadə olunması əks olunmamışdır. Həmçinin, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi əks olunmalıdır. Xüsusi ittiham qaydasında şikayətə və ona əlavə edilmiş ərizələrə baxılarkən isə, şikayətin ilk növbədə "xxxx" MMC-yə münasibətdə verildiyi, daha sonra saytın direktoru Elbrud Ərudun və yazının müəllifi Sail Ağasəlim barəsində hökm çıxarılması xahiş edilmişdir. Lakin, həmin şəxslər barəsində məlumatlar şikayətdə qeyd edilməmişdir. Bundan başqa Xüsusi ittiham qaydasında şikayətdə şikayət vermiş şəxs tərəfindən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməmiş və şikayət onu verən şəxs tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə belə hesab edir ki, “Qafqazifo.az” saytı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi Azərbaycan Respublikasının CPM-si ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Qafqazifo.az” saytı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-180/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-180/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver