Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-181/2023 01.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2, müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayından 2022-ci ilin yanvar ayının əvvəllərinədək olan müddət ərzində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 320 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs3 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, o, təkrarən 2021-ci ilin avqust ayının əvvəllərindən 27 iyul 2022-ci il tarixədək olan müddət ərzində ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə müvafiq olaraq 220 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, o, təkrarən 2022-ci ilin mart ayının sonlarından 2022-ci ilin iyul ayının sonlarınadək olan müddət ərzində ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 320 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs2 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, o, təkrarən Zərərçəkmiş şəxs1 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə, saxlayaraq kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 Şahid16 ilə cinsi əlaqədə olması müqabilində 50 manat, özünün isə 20 manat gəlir əldə edəcəyinə dair sonuncu ilə razılıq əldə etmiş, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 27 iyul 2022-ci il tarixdə saat 23:20 radələrində ünvan 6 ünvanında yerləşən “Neşve” restoranının qarşısınında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 cinsi əlaqədə olmaq üçün müştərisi Şahid16 təqdim edərkən saxlanılmış və Şahid16 Zərərçəkmiş şəxs1 ilə cinsi əlaqədə olmaq üçün Təqsirləndirilən şəxs verdiyi 70 (yetmiş) manat məbləğində pul əməliyyat tədbiri zamanı götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 iyul 2022-ci il tarixdə saat 20:30 radələrində tanışı Pərviz adlı şəxs ona zəng edərək cinsi əlaqədə olmaq üçün qadın təşkil etməyini ondan xahiş etdikdə o, Pərvizə 70 manat pul müqabilində fahişəliklə məşğul olan qadın təşkil edəcəyini demiş, alacağı 70 manat pulun 50 manatını fahişəliklə məşğul olan qadına verdikdən sonra geriyə qalan 20 manat pulu özünə götürmək fikrində olmuşdur. Pərviz və onun aralarında olan razılaşmaya əsasən onlar həmin gün axşam saatlarında ünvan 7 ünvanında yerləşən “Neşve” restoranının qarşısında görüşəcəklərmiş, Pərviz onunla razılaşdıqdan sonra o fahişəliklə məşğul olan tanışı Gülər adlı qadına zəng vuraraq cinsi əlaqədə olması üçün müştərinin yanına göndərəcəyini, həmin müştəri ilə cinsi əlaqədə olmağının müqabilində 70 manat pul alacağını və həmin pulun 50 manatını Gülərə verəcəyini, geriyə qalan 20 manatı isə özünə götürəcəyini demiş, Gülər də, onunla razılaşmışdır. Həmin gün saat 23:20 radələrində Gülər, o və Pərviz “Neşve” restoranının qarşısında görüşmüş, Pərviz Gülərlə cinsi əlaqədə olması üçün ona bir ədəd əlli manatlıq və bir ədəd 20 manatlıq əskinasdan ibarət ümumilikdə 70 manat pul vermişdir. Həmin vaxt mülki geyimdə olan bir neçə şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onları sorğu-sual edib anket məlumatlarını dəqiqləşdirmiş, o və yanında olan şəxslər polis əməkdaşlarına anket məlumatlarını demiş, daha sonra polis əməkdaşları ondan Pərvizin verdiyi 70 manat pulu almış, polis əməkdaşları həmin pulu bir ədəd zərfə qoyaraq qablaşdırmışlar. Bundan sonra polis əməkdaşları onları qeyd olunan Baş İdarəyə dəvət etmiş, Baş İdarədə olan zaman o Gülər adlı tanışını 70 manat pul müqabilində cinsi əlaqədə olması üçün Pərviz adlı şəxsə təqdim etdiyini, 70 manat pulun 50 manatını Gülərə verəcəyini, 20 manatı isə Güləri müştəriyə təqdim etdiyi üçün özünə götürəcəyini demiş, həmçinin Pərviz və Gülər də onun dediklərini təsdiq etmişlər. Daha sonra qeyd etdikləri ilə bağlı protokol tərtib edilərək onlara ucadan oxunmuş və onlar həmin protokola imza etmişlər. Zərərçəkmiş şəxs3 2021-ci ilin qış aylarından etibarən tanımış, Vüsaləni Bakı şəhəri ərazisində yerləşən restoranların birində olarkən tanımışdır. Söhbət əsnasında Vüsalə ona maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda o, Vüsaləyə pul qazanacağı iş tapa biləcəyini demiş, Vüsalə həmin işin nə olduğunu soruşduqda Vüsaləyə müştəriləri olduqda əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini demişdir. 2021-ci ilin təxminən fevral ayından başlayaraq Vüsalə ilə müştərilərlə görüşməyi üçün əlaqə saxlamağa başlamış, Vüsalə ilə aralarında olan razılaşmaya əsasən Vüsaləni 320-420 manat pul müqabilində müştərilərə təqdim etməli olmuş, Vüsalə isə pulu müştəridən aldıqdan sonra hər dəfə ona 100 manat pul vermişdir. Bundan sonra bir neçə dəfə Vüsalə ilə əlaqə saxlayıb Vüsaləni əvvəlcədən tanıdığı müştərilərin olduğu məkanlara göndərməyə başlamış, hər dəfə müştərilərlə görüşdükdən sonra Vüsalə onun bank kartına “Milli Ön” vasitəsilə 100 manat pul göndərmiş, 2022-ci ilin yanvar ayından etibarən Vüsalə ilə hər hansı əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs2 1 ildir ki, Sevil adlı tanışının vasitəsilə tanımışdır. Söhbət əsnasında Mənzərə ona maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda o, Mənzərəyə pul qazanacağı iş tapa biləcəyini demiş, Mənzərə həmin işin nə olduğunu soruşduqda müştəriləri olduqda əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini qeyd etmişdir. 2022-ci ilin təxminən may ayından başlayaraq Mənzərə ilə müştərilərlə görüşməyi üçün əlaqə saxlamağa başlamış, Mənzərə ilə aralarında olan razılaşmaya əsasən Mənzərəni 320 manat pul müqabilində müştərilərə təqdim etməli olmuş, Mənzərə isə pulu müştəridən aldıqdan sonra hər dəfə ona 100 manat pul vermişdir. Bundan sonra bir neçə dəfə Mənzərə ilə əlaqə saxlayıb əvvəlcədən tanıdığı müştərilərin olduğu məkanlara göndərməyə başlamış, hər dəfə müştərilərlə görüşdükdən sonra Mənzərə onun bank kartına “Milli Ön” vasitəsilə 100 manat pul göndərmiş, 2022-ci ilin iyul ayından etibarən Mənzərə ilə hər hansı əlaqəsi olmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı Gülünün vasitəsilə tanımışdır. Gülü ilə söhbət əsnasında maddi vəziyyəntinin yaxşı olmadığını bildirmiş, belə olan halda Gülü, Suqranın ona pul qazanacağı iş tapa biləcəyini demiş, o Gülüdən həmin işin nə olduğunu soruşduqda Gülü, Suqranın müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, Suqranın qadınları fahişəliyə cəlb etdiyini demiş, belə olan halda o məcburiyyət qarşısında qalıb maddi vəziyyətinin düzəlməsi üçün razılaşmışdır. 2021-ci ilin avqust ayının əvvəllərində yaşadığı ünvan 8 ünvanında olan zaman Suqra ilə “Whatsapp” sosial şəbəkəsi ilə əlaqə saxlayan zaman Suqra ona müştəriləri ilə görüşüb pul müqabilində cinsi əlaqədə olmağı təklif etdikdə o Suqra ilə razılaşmış, həmin vaxtdan etibarən Suqra müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamışdır. Suqra ilə aralarında olan razılaşmaya əsasən Suqra onu 220 manat pul müqabilində müştərilərinə təqdim etməli olmuş, o isə pulu müştəridən aldıqdan sonra hər dəfə Suqraya 100 manat pul vermişdir. Bundan sonra bir neçə dəfə Suqra onu müştərilərinin olduğu məkanlara göndərmək üçün onunla əlaqə saxmağa başlamış, o Suqra ilə danışdıqdan sonra Suqra onu müştərilərin olduğu məkana göndərmiş, hər dəfə müştərilərlə görüşdükdən sonra Suqranın bank kartına “Milli Ön” vasitəsilə 100 manat pul göndərmişdir. Həmçinin Suqra ona müştərilərə nömrə verməyini və müştəridən nömrə istəməməyini tapşırmışdır. Sonuncu dəfə isə 27 iyul 2022-ci il tarixdə Suqra onunla əlaqə saxlayaraq tanışının onunla cinsi əlaqədə olacağını və bunun müqabilində ona 50 manat pul verəcəyini demiş, o məcburiyyət qarşısında qalıb Suqra ilə razılaşmışdır. Həmin gün saat 23:20 radələrində Suqra, o və Suqranın tanışı Pərviz Nərimanov rayonunda yerləşən “Neşve” restoranının qarşısında görüşmüş, Pərviz onunla cinsi əlaqədə olması üçün Suqraya bir ədəd əlli manatlıq və bir ədəd 20 manatlıq əskinasdan ibarət ümumilikdə 70 manat pul vermişdir. Həmin vaxt mülki geyimdə olan bir neçə şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onları sorğu-sual edib anket məlumatlarını dəqiqləşdirmişlər. O və yanında olan şəxslər anket məlumatlarını demiş, daha sonra Suqra polis əməkdaşlarına Pərvizin verdiyi 70 manat pulu təqdim etmiş, polis əməkdaşları həmin pulu bir ədəd zərfə qoyaraq qablaşdırmışlar. Bundan sonra polis əməkdaşları onları qeyd olunan Baş İdarəyə dəvət etmiş, Baş İdarədə olan zaman Suqranın onu 70 manat pul müqabilində cinsi əlaqədə olmaq üçün Pərviz adlı şəxsə təqdim etdiyini, 70 manat pulun 50 manatını onun götürəcəyini, 20 manatı isə onu müştəriyə təqdim etdiyi üçün Suqranın götürəcəyini demişdir. Həmçinin Pərviz və Suqra da, onun dediklərimi təsdiq etmiş, daha sonra qeyd etdikləri ilə bağlı protokol tərtib edilərək onlara ucadan oxuynmuş və onlar həmin protokola imza etmişlər. Sonda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs rəfiqəsi Sevilin vasitəsilə tanımışdır. Sevil ilə söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda Sevil Suqranın ona pul qazanacağı iş tapa biləcəyini demişdir. O, Sevildən həmin işin nə olduğunu soruşduqda, Sevil Suqranın müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, Suqranın qadınları fahişəliyə cəlb etdiyini demiş, belə olan halda o məcburiyyət qarşısında qalıb maddi vəziyyətinin düzəlməsi üçün Sevil ilə razılaşmışdır. 2022-ci ilin mart ayının əvvəllərində Suqra ilə tanış olmuş, 2022-ci ilin təxminən mart ayının sonlarından başlayaraq Suqra müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamışdır. Suqra onunla ancaq “Whtasapp” proqramı vastəsilə əlaqə saxlamış, Suqra onunla əlaqə saxladığı zaman o hazırda yaşadığı Yasamal rayonu, Şərifzadə küçəsi, ev 446, mənzil 142 ünvanında olmuşdur. Suqra ilə arasında olan razılaşmaya əsasən Suqra onu 320 manat pul müqabilində müştərilərinə təqdim edəcək, o isə pulu müştəridən aldıqdan sonra hər dəfə Suqraya 100 manat pul verəcəkmiş. Bundan sonra bir neçə dəfə Suqra onu müştərilərinin olduğu məkanlara göndərmək üçün onunla əlaqə saxmağa başlamış, o Suqra ilə danışdıqdan sonra Suqra onu müştərilərin olduğu məkana göndərmiş, hər dəfə müştərilərlə görüşdükdən sonra müştərilər ona 320 manat pul verdikdə o həmin puldan 100 manatını ona müştəri təşkil etdiyi üçün Suqranın bank kartına “Milli Ön” vasitəsilə göndərmişdir. Sonuncu dəfə Suqra onu 2022-ci ilin iyul ayının sonlarında fahişəliyə cəlb etmiş, Suqra müştəriləri onunla cinsi əlaqədə olarkən onun nömrəsini heç bir zaman götürməmiş, həmçinin Suqra ona müştərilərə nömrə verməməyi və müştəridən nömrə istəməməyi tapşırmışdır. 2022-ci ilin iyul ayından etibarən isə Suqra ilə müştərilərlə görüşmək məqsədilə hər hansı əlaqəsi olmamışdır. Sonda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin qış aylarından etibarən tanıyır. Suqranı Bakı şəhəri ərazisində yerləşən restoranların birində olarkən tanımışdır. Söhbət əsnasında Suqraya maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda Suqra ona pul qazanacağı iş tapa biləcəyini demişdir. O, Suqradan həmin işin nə olduğunu soruşduqda Suqra müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, bu yolla qadınları fahişəliyə cəlb etdiyini demiş, belə olan halda o məcburiyyət qarşısında qalıb maddi vəziyyətinin düzəlməsi üçün Suqra ilə razılaşmışdır. 2021-ci ilin təxminən fevral ayından başlayaraq Suqra müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamış, Suqra onunla ancaq “Whtasapp” proqramı vastəsilə əlaqə saxlamışdır. Suqra onunla əlaqə saxladığı zaman o, yaşadığı Sabunçu rayonu, ünvan 9 ünvanında olmuşdur. Suqra ilə arasında olan razılaşmaya əsasən Suqra onu 320 manat pul müqabilində müştərilərinə təqdim edəcək, o da pulu müştəridən aldıqdan sonra hər dəfə Suqraya 100 manat pul verəcəkmiş. Suqra ilə razılaşdıqdan sonra bir neçə dəfə Suqra onunla əlaqə saxlayıb onu müştərilərinin olduğu məkanlara göndərməyə başlamış, o Suqra ilə danışdıqdan sonra Suqra onu müştərilərin olduğu məkana göndərmiş, hər dəfə müştərilərlə görüşdükdən sonra müştərilər ona 320 manat pul vermiş, o həmin puldan müştəri təşkil etdiyi üçün Suqranın bank kartına “Milli Ön” vasitəsilə 100 manat göndərmişdir. Sonuncu dəfə isə Suqra onu 2022-ci ilin yanvar ayının əvvəllərində fahişəliyə cəlb etmiş, Suqranın müştəriləri onunla cinsi əlaqədə olarkən onun nömrəsini heç bir zaman götürməmiş, həmçinin Suqra ona müştərilərə nömrə verməməyini və müştəridən nömrə istəməməyini tapşırmışdır. Bəzi vaxt müştərilərlə görüşən zaman Suqra özü də, həmin məclisə gəlmişdir. 2022-ci ilin yanvar ayından etibarən Suqra ilə hər hansı əlaqəsi olmamışdır. Sonda Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs özünü görməsə də qadınları fahişəliyə cəlb etdiyini bilmiş və Suqranın nömrəsini hazırda kimdən aldığını xatırlamamışdır. O, 2021-ci ildə bir dəfə Suqradan cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini istəmiş, Suqra da ona cinsi əlaqədə olmaq üçün qadın təşkil etmiş, lakin o cinsi əlaqədə olduğu qadının kim olmasını və həmin qadına hansı miqdarda pul verdiyini xatırlamamışdır. Daha sonra da istifadəsində olan mobil telefon nömrəsi vasitəsilə Suqranın “Whatsapp” hesabına yazmış və Suqradan fahişəliyə cəlb etdiyi qadınların fotoşəkillərini göndərməsini xahiş etmiş, Suqra hər dəfə ona bir neçə qadın şəkilləri göndərmiş və onun bəyəndiyi olduqda ona qadınların qiymətini demişdir. Təxminən 2022-ci ilin yay ayından etibarən Suqra ilə əlaqəsi kəsilmiş, Suqranın ona fotoşəkillərini göndərdiyi qadınlardan heç birini tanımamış, o, Suqradan hər dəfə şəkil istədiyinə görə daha Suqranın ona şəkil atmayacağını düşündüyü üçün Suqraya dostuna da qadın təşkil etməsini və buna görə dostuna şəkil göndərəcəyini bildirib Suqradan şəkil istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs özünü görməsə də Suqranın qadınları fahişəliyə cəlb etdiyini bilmiş və Suqranın nömrəsini xatırlamadığı tanışından götürmüşdür. 2022-ci ilin iyul ayının ortalarında qərara gəlmişdir ki, Suqranın mobil telefon nömrəsi ilə əlaqə saxlasın və Suqradan istirahət etmək üçün qadın təşkil etməsini xahiş etsin. Bundan sonra istifadəsində olan mobil telefon nömrəsi vasitəsilə Suqranın “Whatsapp” hesabına yazmış və Suqradan fahişəliyə cəlb etdiyi qadınların fotoşəkillərini göndərməsini xahiş etmişdir. Suqra ilə bir qədər telefonda yazışdıqdan sonra Suqra onunla cinsi əlaqədə olmaq üçün qadın təşkil etmiş, həmin qadının adı xatırladığı qədərilə Suel olmuş, ən azından Suqra ona həmin qadının adını Suel bildirmişdir. O, Suqradan qadını, olduğu “Pure” hotelinə təşkil etməsini demiş, qadın gəldikdən sonra qadının xarici görünüşü onu qane etmədiyi üçün qayıtmasını bildirmiş və qadınla cinsi əlaqədə olmamış və buna görə Suqra ilə danışdıqları 300 manat pulu da verməmişdir. Bundan sonra Suqra ilə əlaqəsi kəsilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 1 ildir tanıyır. Suqranın mobil nömrəsini ona adını xatırlamadığı tanışı vermiş və həmin vaxtdan Suqra ilə münasibəti omuş, Suqranın qadınları fahişəliyə cəlb etdiyini bilmiş, bu barədə ona Suqranın nömrəsini verən tanışı demişdir. Belə ki, təxminən 2021-ci ilin avqust ayının sonlarında Suqra ilə istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə danışmış və Suqraya bildirmişdir ki, cinsi əlaqədə olmaq üçün ona bir nəfər qadın təşkil etsin, Suqra qadınları təşkil etməyin qiymətinin xatırladığı qədərilə hər bir qadın üçün 300 manat olduğunu bildirmiş, o da razılıq vermiş və Suqra ilk öncə ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə qız şəkilləri göndərmişdir. Daha sonra isə o Suqraya bəyəndiyi qadını Bakı şəhərində yerləşən adını hazırda xatırlamadığı otellərin birinə göndərməsini bildirmişdir. Bundan sonra bir nəfər adını xatırlamadığı qadın onun olduğu yerə gələrək onunla cinsi əlaqədə olmuşdur. Sonradan eyni qaydada Suqradan ona qadın şəkilləri göndəməsini xahiş etdikdə Suqra da, həmin qaydada ona qadın şəkilləri göndərmişdir. 2021-ci ilin sentyabr ayının ortalarında sonradan bir dəfə o Suqranın göndərdiyi adını xatırlamadığı qızla cinsi əlaqədə olmuş, daha sonralar Suqra ilə əlaqə saxlasa da, şəkillərini göndərdiyi qadınlar xoşuna gəlmədiyi üçün həmin qadınlarla görüşməmişdir. O, cinsi əlaqədə olduğu qadınları tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4-5 aydır tanıyır. Suqranın mobil nömrəsini ona adını xatırlamadığı tanışı vermiş və həmin vaxtdan Suqra ilə münasibəti omuşdur. Suqranın qadınları fahişəliyə cəlb etdiyini bilmiş, bu barədə ona Suqranın nömrəsini verən tanışı demişdir. Belə ki, təxminən 2022-ci ilin iyul ayının sonlarında Suqra ilə mobil telefon nömrəsi ilə danışmış və Suqraya bildirmişdir ki, cinsi əlaqədə olmaq üçün ona bir nəfər qadın təşkil etsin. Suqra qadınları təşkil etməyin qiymətinin xatırladığı qədərilə hər bir qadın üçün 320 manat olduğunu bildirmiş və o Suqra ilə razılaşmışdır. Suqra ilk öncə ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə qız şəkilləri göndərmiş, daha sonra isə o Suqraya bəyəndiyi qadını Bakı şəhərində yerləşən adını hazırda xatırlamadığı otellərin birinə göndərməsini bildirmişdir. Bundan sonra bir nəfər adını xatırlamadığı qadın onun olduğu yerə gələrək onunla cinsi əlaqədə olmuş, sonradan eyni qaydada Suqradan ona qadın şəkilləri göndəməsini xahiş etdikdə Suqra da, həmin qaydada ona qadın şəkilləri göndərmişdir. Xatırladığı qədərilə sonradan iki-üç dəfə o Suqranın göndərdiyi adını xatırlamadığı qızlarla cinsi əlaqədə olmuş, xoşuna gəlmədiyi üçün sonradan göndərdiyi qadınlarla görüşməmiş, o cinsi əlaqədə olduğu qadınları tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin sentyabr ayından etibarən tanıyır. Suqranı tanışı Emil İnsanov vasitəsilə tanımış, belə ki, o Emil İnsanovdan cinsi əlaqədə olmaq üçün qadın təşkil edən tanışının olub olmamasını soruşduqda Emil onu Suqra ilə əlaqəndirmişdir. Suqra ilə əlaqə saxladıqda Suqradan cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini xahiş etmiş, bu zaman Suqra da ona çox sayda qadın fotoşəkilləri göndərmiş, o tanışı ilə birlikdə olduğu üçün fotoşəkillərin içindən iki qadın seçərək Suqraya həmin qadınları təşkil etməsini bildirmişdir. Suqra həmin qadınların qiymətinin 320 manat olmasını bildirdikdən sonra o Suqra ilə razılaşmış və Suqraya həmin qadınları hansı hotelə göndərməli olduğunu bildirmişdir. Bu qaydada Suqra ona və tanışına ümumilikdə 3 dəfə cinsi əlaqədə olmaq üçün qadın təşkil etmişdir. Hər dəfəsində o gələn qadınlarla cinsi əlaqədə olduqdan sonra 320 manat ödəniş etmiş, sonuncu dəfə 2022-ci ilin iyul ayında Suqra ilə əlaqə saxlasa da müəyyən səbəblərdən Suqra ilə danışığı alınmamış, saha sonra Suqra ilə əlaqəsi olmamışdır. Suqranın ona fotoşəkillərini göndərdiyi qadınlardan heç birini tanımamış, onun dostları üçün Suqradan qadın təşkil etməsini istəməyində heç bir marağı olmamış, sadəcə olaraq həmin dostu Türkiyə Respublikasında olan zaman ona çox sayda yaxşılıqlar etdiyi üçün Bakı şəhərinə gəldikdə o da həmin tanışına köməklik etmək istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, X3 uzun zamandır tanıyır. O, Suqranı qadınları fahişəliyə cəlb edən şəxs kimi tanımış, 27 iyul 2022-ci il tarixdə istirahət etmək qərarına gələrək bu məqsədlə saat təxminən 20:30 radələrində istifadəsində olan mobil nömrənin “Whatsapp" proqramı vasitəsilə Suqranın istifadəsində olan mobil nömrəyə zəng edib qadınla cinsi əlaqədə olmaq istədiyini, buna görə onun üçün bir nəfər qadın təşkil etməyini xahiş etmişdir. Suqranı əvvəldən tanıdığı üçün Suqradan xahiş etmişdir ki, qadına görə ondan 70 manatdan artıq pul istəməsin. Suqra onu dinləyib fikrini başa düşdükdən sonra Suqra onunla razılaşıb 70 manat pul qarşılığında qadın təşkil edə biləcəyini bildirmiş və qeyd etmişdir ki, 50 manat pulu cinsi əlaqədə olacağı qıza, 20 manat pulu isə qızı təşkil etdiyinə görə onun özünə verməlidir. O, Suqra ilə razılaşmış, bundan sonra onlar saat 23:20 rədlərində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 40 ünvanında yerləşən “Neşve” restoranının qarşısında görüşəcəklərini qərarlaşdırmışlar. Bundan sonra o qeyd olunan vaxtda həmin yerdə olmuş, bir neçə dəqiqə sonra Suqra da yanında bir nəfər qadınla oraya gəlmiş, Suqra həmin qadını onunla tanış etdikdən sonra o həmin qadının Gülər olduğunu bilmişdir. Onlar bir qədər söhbət etdikdən sonra o əvvəllcədən razılaşdıqları kimi 70 manat pulu Suqraya vermiş, Suqraya pul verdikdən sonra mülki geyimdə bir neçə şəxs onlara yaxınlaşıb xidməti vəsiqələrini və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, əməliyyat tədbiri keçirdiklərini bildirib əməliyyat qərarını göstərmiş, bundan sonra polis əməkdaşları onları sorğu-sual etdikdə o baş verənləri olduğu kimi danışmışdır. Gülnar da fahişəliklə məşğul olduğunu, pul qarşılığında cinsi əlaqədə olmaq üçün həmin ünvana gəldiyini etiraf etmişdir. Bundan başqa Suqra da qeyd olunanları təsdiq etmişdir. Bundan sonra polis əməkdaşları Suqradan onun verdiyi 70 manat pulu hal şahidlərinin iştirakı ilə götürülmüş, o Suqraya 1 ədad 50 və 1 ədəd 20 manatlıq pul əskinası vermiş, sənədləşmə işləri aparılması üçün polis əməkdaşları onları Baş İdarəyə dəvət etmiş, Baş İdarədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol onlara ucadan oxunmuş, protokol doğru olduğu üçün onun tərəfindən imza ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, 27 iyul 2022-ci il tarixdə saat 21:30 radələrində Binəqədi rayonu, Azadlıq prospekti, “Baku Electronics” mağazası ilə üzbəüz olan dayanacaqda dayanarkən əvvəllər tanımadığı, mülki geyimdə olan şəxs ona və əvvəllər tanımadığı, yanında dayanacaqda dayanmış şəxsə yaxınlaşıb xidməti vəsiqəsini təqdim edərək İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olduğunu, əməliyyat tədbiri keçirəcəklərini bildirmiş və onlardan həmin tədbirdə hal şahidi qismində iştirak etməklərini xahiş etmişdir. Onlar razılaşaraq polis əməkdaşı ilə birlikdə yaxınlıqda yerləşən Baş İdarəyə getmiş, orada onlara hüqüq və vəzifələri izah olunmuş, digər hal şahidinin Şahid17 olduğunu bilmişdir. Polis əməkdaşları onlara izah etmişlər ki, qadınların insan alverinə məruz qalmaları barədə məlumat əldə ediblər. Həmin məlumatın yoxlanılması ilə bağlı əməliyyat tədbiri keçirəcəklər. Saat 23:15 radələrində o və Ceyhun polis əməkdaşları ilə birlikdə Nərimanov rayonunda yerləşən “Neşve” restoranının qarşısına gəlmiş, orada polis əməkdaşları mövqe seçərək restoranın qarşısını müşahidəyə götürmüş, təxminən 5 dəqiqə sonra həmin restoranın qarşısına 1 nəfər kişi, təxminən 2-3 dəqiqə sonra isə iki qadının gəldiyini görmüşlər. Kişinin həmin qadınlardan birinə pul verdiyini gördükdən sonra onun və Ceyhunun iştirakı ilə polis əməkdaşları həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər. Əməliyyat tədbiri keçirdiklərini bildirərək qərarı göstərmiş və həmin şəxslərə bir neçə sual vermişlər. Sorğusual zamanı kişinin Pərviz və digər iki qadınlardan birinin Suqra, digərinin isə Gülər olması müəyyən edilmişdir. Özünü Pərviz kimi təqdim edən şəxs Suqra ilə əlaqə saxlayaraq cinsi əlaqədə olmaq üçün bir nəfər qadın istədiyini, Suqranın onunla cinsi əlaqədə olması üçün 70 manat pul qarşılığında ona qadın təşkil edə biləcəyini, buna görə qeyd olunan ünvanda görüşdüklərini bildirmiş, özünü Gülər kimi təqdim edən qadın da fahişəliklə məşğul olduğunu, Suqranın ona zəng edib müştərisi olduğunu, müştəri ilə cinsi əlaqədə olduğu halda müştərinin 50 manat pul verəcəyini, Suqra ilə razılaşdıqdan sonra həmin ünvana gəldiyini qeyd etmiş, bundan başqa Suqra da qeyd olunanları təsdiq etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Suqradan Pərvizin verdiyi 70 manat pul onun və Ceyhunun iştirakı ilə götürülmüş, bundan sonra sənədləşmə işləri aparılması üçün iştirakçılar polis əməkdaşları tərəfindən Baş İdarəyə dəvət olunmuş, baş idarədə protokol tərtib olunmuş, protokolla tanış olduqdan sonra doğru olduğu üçün protokolu imzalamış və baş idarəni tərk etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid8, Şahid10, Şahid11, Şahid12, Şahid13, Şahid14, Şahid17, Şahid19 və Şahid20 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid8, Şahid10, Şahid11, Şahid12 Əmiiraslan oğlu, Şahid13, Şahid14, Şahid17, Şahid19 və Şahid20 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Bundan başqa, şahidlər Şahid2, Şahid3, Şahid4 və Şahid12 teleqramla, Şahid5 isə məktubla məhkəməyə müraciət edərək cinayət işi üzrə istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiklərini bildirmişlər. Cinayət işinin 56-cı vərəqində olan “Mobil telefon aparatına baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq zərurəti ilə əlaqədar götürülmüş “Samsung Galaxy A12” markalı mobil telefon aparatına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, mobil telefonun “Whatsapp” mobil tətbiqinin “söhbətlər" bölməsində adı “CAMAL RUFET” kimi qeyd edilmiş 051 *** ** ** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “FARİD ALMANİYA” kimi qeyd edilmiş 050 *** ** ** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “ABDULLA LEMAN” kimi qeyd edilmiş 050 *** ** ** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “F.İ.M 2102” kimi qeyd edilmiş 050 *** ** ** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “SAMİR MAHİR” kimi qeyd edilmiş 050 *** ** ** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “MP” kimi qeyd edilmiş 050 *** ** ** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “ARİF ELMAN” kimi qeyd edilmiş 051 *** ** ** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “İRON OTEL 2” kimi qeyd edilmiş 055 *** ** ** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “NARDİN OTEL” kimi qeyd edilmiş 050 *** ** ** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “Dovletev" kimi qeyd edilmiş 055 *** ** ** rəqəmli mobil nömrəsinin sahibi ilə, “UZİNİN DOSTU” kimi qeyd edilmiş 050 *** ** ** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “DENİZDE İWLEYEN” kimi qeyd edilmiş 050 *** ** ** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “LEYLANİ İSTİYEN” kimi qeyd edilmiş 070 *** ** ** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “Armada Ot 2” kimi qeyd edilmiş 051 *** ** ** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “NİQAR GULU” kimi qeyd edilmiş 055 *** ** ** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “MELEK YENİ” kimi qeyd edilmiş 055 *** ** ** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “Vusale Elnare” kimi qeyd edilmiş 055 *** ** ** rəqəmli mobil nömrəsinin sahibi ilə və 051 *** ** ** rəqəmli mobil nömrəsinin sahibi ilə Təqsirləndirilən şəxs qadınları fahişəliyə cəlb etməsi və bu barədə söhbətlər aparması müəyyən edilmişdir. Cinayət işinin 111-113-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə o, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına 01 il müddətinə sınaq müddəti ilə şərti olaraq məhkum edilmişdir. Cinayət işinin 186-cı vərəqində olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 187-188-ci vərəqlərində olan “Nağd pulun maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılması və depozit hesabına təhvil verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 70 manat məbləğində pul vəsaitlərinin maddi sübut kimi tanınması və cinayət işinin istintaq materiallarına əlavə edilməsi və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinin depozit hesabına verilməsi qərara alınmışdır. Cinayət işinin 190-203-cü vərəqlərində olan “Sübutların qiymətləndirilməsi haqqında” 31 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonun maddi sübut kimi tanınması və Təqsirləndirilən şəxs təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 225-226-cı vərəqlərində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış ərizədən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış ərizədən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən yazılmış ərizədən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini və sonuncuların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Belə ki, o əvvəllər məhkum olunsa da, onun bu məhkumluğu ödənilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan - 1 (bir) ədəd “Samsung Galaxy A12” markalı mobil telefonun Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut olan, əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs götürülmüş və Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinin depozit hesabına verilmiş 70 (yetmiş) manat pul cinayət yolu ilə əldə edilmiş pul vəsaiti olduğundan dövlət nəfinə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə cəmi 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3000 (üç min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - 1 (bir) ədəd “Samsung Galaxy A12” markalı mobil telefonun Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan - əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs götürülmüş və Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinin depozit hesabına verilmiş 70 (yetmiş) manat pul cinayət yolu ilə əldə edilmiş pul vəsaiti olduğundan dövlət nəfinə alınsın. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə cəmi 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-181/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-181/2023
01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver