Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-184/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 3, mənzil 16-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib saxlamış və daşımışdır. Belə ki, o tamah niyyəti ilə mənfəət əldə etmək üçün istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 0,298 qram kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,967 qram kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq 12 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 112 ünvanının qarşısına daşımış və 12 yanvar 2025-ci il tarixdə saat 00:15 radələrində Nərimanov RPİ-nin 16-cı Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 112 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq orada üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı 1 (bir) ədəd plastik qabda qabın içərisinə dağılmış vəziyyətdə təmiz çəkisi 0,820 qram, bir ədəd qırmızı sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,135 qram, bir ədəd gümüşü rəngli siqaret kağız bükümündə təmiz çəkisi 0,012 qram, ümumi 3 (üç) bükümdə, ümumi təmiz çəkisi 0,967 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin və 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,128 qr., 0,170 qr., ümumi təmiz çəkisi 0,298 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda eyni tərkibli narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. Əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. İki ildən çoxdur ki, narkomanlar arasında «kakos» kimi tanınan heroin və «patı» kimi tanınan metamfetamin qəbulu ilə məşğul olur. 11 yanvar 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə ağrıları olduğundan üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 30 (otuz) manata 1 (bir) ədəd plastik qabın içərisində 3 (üç) ədəd bükümdə təxminən 1 (bir) qrama yaxın narkomanlar arasında «patı» kimi tanınan psixotrop maddə metamfetamin və 2 (iki) ədəd bükümdə təxminən 0,5 qrama yaxın narkomanlar arasında «kakos» kimi tanınan narkotik vasitə heroin alıb əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibinə qoyub gizlətmişdir. 12 yanvar 2025-ci il tarixdə saat 00:05 radələrində yaşadığı ünvana getmək üçün Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə piyada hərəkət edərək taksi avtomobili axtaran zaman Azadlıq prospekti, 112 ünvanının qarşısında mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin vaxt polis əməkdaşları onu diqqətlə müşahidə etdiklərindən imkan tapıb cibindəki «kakos» və «patı» bükümlərini kənara tullaya bilməmişdir. Polis əməkdaşları ondan adını və soyadını, habelə hansı ünvanda yaşadığını soruşaraq üzərində narkotik vasitə və ya psixotrop maddə varsa, onlara təqdim etməyi təklif etmişlər. Məcburiyyət qarşısında qalıb əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən içərisində «kakos» və «patı» bükümləri olan plastik qabı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları protokol tərtib edərək onun təqdim etdiyi «kakos» və «patı» bükümlərini zərfə qoyub qablaşdırmışlar. Həmin protokolu və zərfi imzalamışdır. Sonra polis əməkdaşlarının müşayiəti ilə Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis şöbəsinə getmişdir. Nərimanov rayon Polis İdarəsinin 16cı polis Şöbəsində təhqiqatçı tərəfindən ona vəkil təqdim olunmaqla şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Həmin vəkilin, həmçinin polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla təqdim etdiyi bükümlərə baxış keçirilərək sənədləşmə aparılmışdır. Həmin sənədləşdirməni imzalamışdır. 12 yanvar 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 16-cı Polis şöbəsinə gətirilərkən, habelə həmin şöbəyə gətirildikdən sonra ona qarşı heç bir zor tətbiq olunmamış və təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, o, heç zaman narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, ümumiyyətlə belə bir niyyəti də olmamışdır. Narkotik və psixtrop maddələri yalnız şəxsi istifadəsi üçün əldə etmiş və bu əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 12 yanvar 2025-ci il tarixdən etibarən bilavasitə xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır, onunla qohumluğu yoxdur, aralarında əlaqə və münasibət, habelə ədavət və ziddiyyət olmamışdır. 12 yanvar 2025-ci il tarixdə xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 3, mənzil 16-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə 16-cı Polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar şöbə rəisinə raportla məruzə edərək əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmiş əməliyyat qrupu yaradılmışdır. 12 yanvar 2025-ci il tarixdə saat 00:15 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 112 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs şəxsiyyəti dəqiqləşdirildikdən sonra ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs buna cavab olaraq əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 (bir) ədəd plastik qab çıxarıb təqdim etmişdir. Həmin plastik qaba baxış keçirilən zaman içərisində 3 (üç) ədəd bükümdə spesifik qoxuya malik psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kütləsi, digər 2 (iki) ədəd bükümdə isə spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli maddə kütləsi aşkar olunmuşdur. Aşkar olunmuş həmin maddələr barədə Təqsirləndirilən şəxs soruşduqda o, bükümlərdəki maddələrin “patı” və “kakos” olduğunu söyləmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin “patı” və “kakos” bükümlərini «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 30 (otuz) manata alıb əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç bir qanunsuz maddə və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş 1 (bir) ədəd plastik qabın içərisindəki bükümlər zərfə qoyulub qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Sonra müvafiq yoxlama aparılması üçün Təqsirləndirilən şəxs 16-cı Polis şöbəsinə dəvət edib gətirmişlər. 16- cı Polis şöbəsində Təqsirləndirilən şəxs, əməliyyat müvəkkili Şahid2 və baş əməliyyat müvəkkili Şahid3 iştirakları ilə şübhəli şəxsin üzərində axtarış və götürmə aparılması haqqında protokol tərtib etməklə Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması üçün şöbə rəisinə raportla məruzə etmişdir. 16-cı Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Rəşad Əhmədov tərəfindən müdafiə hüququ təmin edilməklə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edildikdən sonra onun, əməliyyat müvəkkili Şahid2, baş əməliyyat müvəkkili Şahid3 və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkil X3 iştirakları ilə videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl X6 tərəfindən Təqsirləndirilən şəxs, habelə digər iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş 1 (bir) ədəd plastik qabın içərisindəki həmin bükümlərə Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakları ilə təhqiqatçı tərəfindən baxış keçirilərək zərfə qoyulub qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. X6 tərəfindən şəxsi axtarış və götürmə aparılmasına dair müvafiq protokol tərtib olunmuş, tərtib olunmuş protokol və zərfi axtarışda iştirak edən hər bir şəxs, eləcə də Təqsirləndirilən şəxs imzalamışdır. O da öz növbəsində həmin protokolu və zərfi imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək qeyd edilən faktları bir daha təsdiq etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 12 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2025-ci il tarixdə saat 00:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Şühbəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında” 12 yanvar 2025-ci il tarixli protokoldan və DVD diskdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 00:15 radələrində Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən Nərimanov rayonu Azadlıq propekti 112-də Təqsirləndirilən şəxs saxlanılaraq saat 00:30 radələrində şübhəli şəxs qismində 16-cı PŞ-nə gətirilmişdir. 16-cı PŞ-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. Nərimanov RPİ-nin 16-cı PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı X4, Şahid2, və 25 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçinin sağ yan cibindən ağ şəffaf rəngli plastik qutunun içinə açıq formada tökülmüş kristal şəkilli patı adı ilə tanına metafetamin, və plastik qabın içərisinə qoyulmuş olan siqaretin gümüş rəngli kağızına bükülmüş 01 (bir) ədəd kristal şəkilli patı adı ilə tanınan metafetin, və 01 (bir) ədəd qirmızı şəffaf sellefona bükülmüş kristal şəkilli patı adı ilə tanınan metafetamini, 01 (bir) ədəd şəffaf sellefona bükülmüş qəhvəyi rəngli kakos adı ilə tanınan (heroini), Samsung A15 markalı mobil telefonu, gümüş sep və qolbağını, gümüşü rəngli siqareti qabı və içərisində olan 2 ədəd pistonu, bank kartlarını könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən həmin bükümləri onun üzərindən aşkar edib polis şöbəsinin CA üzrə baş əməliyyat müvəkilli, polis baş leytenantı Şahid3 j У Nazim oğlu, əməliyyat müvəkkili polis leytenantı Şahid1 Rəail oğlu, 7 Şahid2, və 25 saylı vəkil bürosundan vəkil X3 iştirakı ilə götürdüklərini bildirdi. Həmin bükümlərə baxış zamanı, metafetamin və heroin olan bükümü papnin adlanan ərazidən tanımadığı şəxsdən aldığını bildirmişdir. Lakin qeyd olunan ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılmış və üzərində aşkar olunmuş şəffaf rənli pılastik qabın içərinə qoyulmuş bükümləri könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş büküm özünün, 25 saylı vəkil bürosundan vəkil X5 oğlunun və digər iştirakçıların şahidliyi ilə büküm zərfin içərisinə qoyularaq 218 nömrəli möhürlə möhürləndi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş, ekspertizanın xx.xx.2025-ci il tarixli, 6/138 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs : Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd zərfin içərisində 1 ədəd plastik qabda qabın içərisinə dağılmış vəziyyətdə təmiz çəkisi 0,820 qram, bir ədəd qırmızı sellofan kəsiyi bükümdə təmiz çəkisi 0,135 qram, bir ədəd gümüşü rəngli siqaret kağız bükümdə təmiz çəkisi 0,012 qram, ümumi 3 bükümdə, ümumi təmiz çəkisi 0,967 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,128 qr., 0,170 qr., ümumi təmiz çəkisi 0,298 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd içərisi boş halda qara rəngli sellofan kəsiyinin üzərində psixotrop maddə metamfetaminə məxsus izlərin vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilen psixotrop maddələri»-in siyahısına (Siyahı 1) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı 1) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,967 qr, tədqiqata sərf edildi -0,150 qr, qalıq -0.817 qr. Heroinin təmiz çəkisi 0,298 qr, tədqiqata sərf edildi -0,100 qr, qalıq -0.198 qr.Ekspertiza tədqiqatının dəyəri 81 manat təşkil edir. Azərbayca Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli, 675 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Aslılıq Sindroumu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məlumat görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 266 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı ruhi (psixi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək, törətdiyi əməlin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı xroniki psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması qeyd olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək, idarə etmək və bunun məsuliyyətini başa düşmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-30/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə CM-nin 234.1 maddəsi ilə məhkum olunmuş, hazırda məhkumluğu olmayan şəxsdir. Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə edilmiş xx.xx.2024-xx.xx.2025ci il tarixədək mövcud olan zənglərə, sms mətnləri ilə bağlı "xxxx" MMC-dən əldə edilmiş CD formatlı diskdə olan məlumatlara baxış keçirilmiş və təqsirləndirilən şəxsə məxsus mobil nömrədən müxtəlif tarix və vaxtlarda müxtəlif şəxslərə “Yetim soyuxda Draznit veziyyetde seni gozleyirik sen cani hell edek pulda hazırdi” , “Senol kisi diyanib qapıda gozduyirki verim.oncun bele telem teles dedim at., “Qardaş pul var aç danşaq”, “15 manat gor nedir problem olur ki uje bu dereceye gelib dusub veziyet Eli gorusen? Duz bilersende yagin qaqas”, “kapitaldi borcu atda qardaşım “ ve.s kimi narkotik vasitəsinin satışını təsdiq edən Təqsirləndirilən şəxs danışıqları əsk olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzinə” ünvanlanmış sorğuya əsasən xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 10 dəfə (ilk dəfə xx.xx.2017-xx.xx.2017-ci il, sonuncu dəfə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) yuxarıda adı göstərilən mərkəzdə könüllü olaraq stasionar müalicədə olmuşdur. “sübutların qiymətləndirilməsi haqqında” 03 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 (bir) ədəd plastik qabda qabın içərisinə dağılmış vəziyyətdə təmiz çəkisi 0,820 qram, bir ədəd qırmızı sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,135 qram, bir ədəd gümüşü rəngli siqaret kağız bükümündə təmiz çəkisi 0,012 qram, ümumi 3 (üç) bükümdə, ümumi təmiz çəkisi 0,967 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin və 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,128 qr., 0,170 qr., ümumi təmiz çəkisi 0,298 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda eyni tərkibli narkotik vasitə heroin maddi sübut hesab edilmiş və ekspert tədqiqatından sonra qalıq qalmış 0,817 qram psixotrop maddə metamfetamin, habelə 0,198 qram narkotik vasitə heroin Nərimanov RPİ-yə saxlanışa təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. İş üzrə "xxxx" MMC-dən alınmış 01 ədəd CD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində "miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində "digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi baxımından, həmçinin daxili inamına əsasən qiymət verərək hesab edir ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması barədə irəli sürülən ittihamı əsaslı hesab etməklə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin özünümüdafiə xarakteri daşımasını təsdiq edir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf edib peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həbs etmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş ekspert tədqiqatından sonra qalan təmiz çəkisi 0,817 qram psixotrop maddə metamfetamin və 0,198 qram narkotik vasitə heroin məhv edilməli, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 02 ədəd disk və "xxxx" MMCdən alınmış disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi əvvəlki məhkəmə iclaslarına iştirak etdiyi 30 iş saatı üçün 180 manat, xx.xx.2025-ci il tarixdən 01 iş saat üçün 11 (on bir) manat, cəmi 191 manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il, 09(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 12 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsna narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və qalıq 0,817 qram psixotrop maddə metamfetamin və 0,198 qram narkotik vasitə heroin məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 02 ədəd disk və "xxxx" MMC-dən alınmış 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Müdafiəçi oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi, əvvəlki məhkəmə iclaslarına iştirak etdiyi 30 iş saatı üçün 180 manat, xx.xx.2025-ci il tarixdən 01 iş saat üçün 11 (on bir) manat, cəmi 191(yüz doxsan bir) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan şəxsə təqdim edilən gündən) 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-184/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-184/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver