Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-185/2021 25.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X9, müdafiəçi- Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə və ona metal alqı-satqısı ilə məşğul olduğunu, hazırda İmişli rayonunda yerləşən və istifadəyə yararsız halda olan gəmini alıb hissələrə bölməklə satışını təşkil edəcəyini və həmin işə 10.000 ABŞ dolları vəsait yatıracağı təqdirdə 25.000 AZN qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, 20 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «N.Nərimanov» adına istirahət parkının qarşısında Azərbaycan manatı məzənnəsi ilə 17.000 (on yeddi min) manat təşkil edən 10.000 (on min) ABŞ dolları məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, artıq bir neçə il olar ki, qeyri-rəsmi olaraq metal işi ilə, yəni Kür çayında batmış gəmilərin doğranıb metal şəklində satışını təşkil etməklə məşğul olur. Belə ki, Kür çayının səviyyəsi aşağı endiyi dövrlərdə orada batmış gəmilər çıxarılır və o, əlaqələri vasitəsi ilə həmin gəmiləri alıb, hissələrə doğratdırıb, metalını satmaqla məşğul olur. Zərərçəkmiş şəxs ilə 2020-ci ilin oktyabr ayının əvvəllərində Mehdiabad qəsəbəsindəki restoranlardan birində tanışı Şahid vasitəsi ilə tanış olmuşdur. Belə ki, həmin gün o, öz işləri ilə əlaqədar Şahidlə görüşə getmiş və Zərərçəkmiş şəxs da Vaqifin yanında olmuşdur. Söhbət əsnasında o, Zərərçəkmiş şəxs, metal alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. 2020-ci ilin oktyabr ayının ortalarında Vaqif ona zəng edərək, Zərərçəkmiş şəxs armatur lazım olduğunu bildirmiş, bununla bağlı o, Nüsrətlə görüşmüş, onu Sumqayıt şəhərindəki armatur zavoduna aparmış və oradan armatur almasına köməklik göstərmişdir. Bundan sonra aralarında münasibət yaranmış və növbəti görüşlərinin birində o, Nüsrətin maddi imkanının yaxşı olduğunu görərək məşğul olduğu işlə bağlı ona əlavə pul lazım olduğunu, əgər həmin işə vəsait yatırsa onu da öz işinə şərik edib əldə etdiyi qazancı onunla böləcəyini bildirmişdir. Nüsrət ondan işin mahiyyəti və nə qədər gəlir olacağı ilə maraqlandıqda isə bildirmişdir ki, hazırda İmişli rayonu ərazisində Kür çayından çıxarılmış gəmi vardır, həmin gəmini almaq üçün təxminən 20.000 manat pul lazımdır, əgər həmin işə həmin məbləğdə pul yatırsa gəmini alıb hissələrə doğratdırıb satacaqdır və nəticədə təxminən 20-25 min manat civarında qazancları olacaqdır. Bundan sonra Nüsrət onun təklifini qəbul etdiyini, lakin 20.000 manat pulunun olmadığını və hələlik ona, 17.000 manat verə biləcəyini bildirmişdir. O, da Zərərçəkmiş şəxsla razılaşmışdır. Bir neçə gün sonra, yəni 20 oktyabr 2020-ci il tarixdə Nüsrət onunla Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «N.Nərimanov» istirahət parkında görüşərək ona 10.000 ABŞ dolları məbləğində pul vermişdir. Aralarında olan razılaşmaya əsasən o, təxminən bir ay ərzində işlərini görüb əldə etdiyi gəlirdən Nüsrətə qazanc verəcəyini vəd etmişdir. Lakin o, Nüsrətdən pulu alandan sonra işlərində müəyyən problemləri yaranmış və o, Nüsrətdən aldığı pulu bəzi problemlərin həlli üçün sərf etmişdir. Bununla yanaşı Nüsrət pulu ona verəndən bir neçə gün sonra zəng edərək həmin puldan 2.400 ABŞ dollarını qaytarmağını xahiş etmiş və o, razılaşaraq Nüsrətə həmin məbləği qaytarmışdır. Sonrakı müddət ərzində maddi çətinlikləri olduğundan, işlərini qaydaya sala bilmədiyindən Nüsrətə verdiyi vədə əməl edə bilməmişdir. Daha sonra isə həmin məbləğdən 3500 manat pulu Nüsrətə qaytarmışdır. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2020-ci ilin oktyabr ayının əvvəllərində işlədiyi Mehdiabad qəsəbəsində tanışı Şahid vasitəsi ilə tanış olmuşdur. 2020-ci ilin oktyabr ayının ortalarında o, Vaqifə şəxsi işləri ilə əlaqədar ona armatur lazım olduğunu bildirmiş və ucuz qiymətə armatur tapmaqda kömək etməsini xahiş etmişdir. Həmin söhbət zamanı Vaqif ona, tanışı Amilin dəmir işi ilə məşğul olduğunu bildirmiş, daha sonra Amilə zəng edərək bu barədə danışmış, sonra onlar görüşmüşlər və Amil ona, Sumqayıt şəhərində yerləşən zavodlardan birindən armatur almaqda köməklik etmişdir. Bu səbəbdən Amillə aralarında münasibət yaranmış və o, Amilin həqiqətən də işgüzar adam olduğunu və dəmir biznesi ilə məşğul olduğunu düşünmüşdür. Bu hadisədən bir neçə gün sonra o, Vaqiflə Mehdiabad qəsəbəsindəki kafelərdən birində görüşüb çay içərkən Amil həmin yerə gəlmişdir. Söhbət əsnasında Amil ona, hazırda İmişli rayonunda yerləşən gəmilərdən birini almaq niyyətində olduğunu, həmin gəmini aldıqdan sonra onu hissələrə böldürüb satışını təşkil edəcəyini, bu işdə yaxşı gəlir olmasını, əgər ona 20.000 manat pul verərsə həmin işə yatıracağını, nəticədə həmin işdən 56.000 manat gəlir əldə olunacağını, həmin məbləğin 6.000 manatının xərclərə çıxacağını, yerdə qalan 50.000 manat gəlirin yarısını, yəni 25.000 manatını isə hissə-hissə hər həftə 4-5 min manat civarında olmaqla bir neçə həftə ərzində ona ödəyəcəyini bildirmişdir. O, əvvəlcə tərəddüd etmiş, lakin Vaqif ona Amilin sözünə bütöv adam olmasını, ona inana biləcəyini bildirmişdir. Artıq Vaqif də belə dedikdən sonra o, Amilin təklifi ilə razılaşmış, lakin 20.000 manat pulunun olmadığını və ona, cəmi 10.000 ABŞ dolları pul verə biləcəyini bildirmişdir. Amil də onun təklifi ilə razılaşmış və həmin pulun qarşılığında da eyni məbləğdə gəlir verəcəyini bildirmişdir. Səhəri gün, yəni 20 oktyabr 2020-ci il tarixdə o, «N.Nərimanov» istirahət parkında Amillə görüşmüş və orada Amilə 10.000 ABŞ dolları məbləğində pul vermişdir. Bundan sonra o, Amillə tez-tez əlaqə saxlayıb işlərin gedişatı ilə maraqlanmağa başlamışdır. Amil isə hər dəfə ona, işlərin qaydasında olduğunu, aldığı pulları vəd etdiyi kimi işə yatırmasını və qısa zaman ərzində ona gəlir verəcəyini bildirmişdir. Təxminən 1 həftə sonra Amil ona, qazanc adı ilə 2.400 ABŞ dolları pul vermişdir. Lakin həmin vaxtdan sonra Amil ona verdiyi vədlərə əməl etməyərək heç bir qazanc verməmişdir. Bu səbəbdən o, Amillə əlaqə saxlayaraq aldığı pulu qaytarmasını tələb etmişdir. Həmin vaxtdan sonra isə Amil onun zənglərinə cavab verməyərək ondan gizlənməyə başlamışdır. Sonradan ona məlum olmuşdur ki, Amil ondan aldığı pulu heç bir işə sərf etməmiş, onun öz pulundan qazanc adı ilə özünə 2.400 ABŞ dolları pul qaytarmış, qalan pullarını isə şəxsi ehtiyaclarına sərf edərək mənimsəmişdir. Bu səbəbdən o, Nərimanov rayon polis idarəsinə ərizə ilə müraciət etmişdir. Daha sonra istintaq zamanı Amil ona 3500 manat pul qaytarmışdır. 5600 ABŞ dolları məbləğində Sonda Zərərçəkmiş şəxs ona vurulmuş ziyandan 5600 ABŞ dolları məbləğində vəsaitin ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cinayət işinin 38-41-ci vərəqələrində şahid qismində dindirilmiş Şahid istintaqa verdiyi ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə 2019-cu ilin yay aylarında Nərimanov rayonu ərazisində yerləşən «Çanaqqala» restoranında tanış olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin restoranda inzibatçı işləyirmiş, o, isə həmin restorana müştəri qismində gedirmiş və aralarında tanışlıq yaranmışdır. Sonradan Təqsirləndirilən şəxs həmin restorandakı işindən çıxmış və deməsinə görə dəmir işi ilə məşğul olurmuş. Zərərçəkmiş şəxs isə təxminən 7-8 ay olar ki, tanıyır. Zərərçəkmiş şəxsla Mehdiabad qəsəbəsində yaşayan Natiq adlı qohumunun vasitəsi ilə tanış olmuş, sonradan aralarında münasibət yaranmış və hərdən, boş vaxtlarında Mehdiabad qəsəbəsində yerləşən kafelərdə görüşüb çay içirmişlər. 2020-ci ilin oktyabr ayının ortalarında, növbəti görüşlərinin birində Zərərçəkmiş şəxs ona, şəxsi işləri ilə əlaqədar armatur lazım olduğunu bildirmişdir. Həmin görüş zamanı təsadüfən Təqsirləndirilən şəxs ona zəng etmiş və o, Amilin dəmir işi ilə məşğul olduğunu eşitdiyi üçün sonuncuya, tanışı Zərərçəkmiş şəxs armatur lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs da ona, heç bir problem olmadığını, Sumqayıt şəhərində yerləşən zavodlardan birindən onlara lazım olan armaturu alıb verə biləcəyini bildirmişdir. Bununla əlaqədar o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs görüşərək Sumqayıt şəhərinə getmişlər, həqiqətən də Təqsirləndirilən şəxs həmin şəhərdə yerləşən zavodlardan birindən Zərərçəkmiş şəxs istədiyi armaturları alaraq təhvil vermişdir. Buna görə də onlar Təqsirləndirilən şəxs həqiqətən də işgüzar olduğuna və dəmir işi ilə məşğul olduğuna inanmışlar. Bu hadisədən bir neçə gün sonra o, yenə də Zərərçəkmiş şəxsla Mehdiabad qəsəbəsindəki kafelərdən birində görüşüb çay içərkən Təqsirləndirilən şəxs onların yanına gəlmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs, dəmir alqı-satqısı ilə məşğul olmasını, hazırda İmişli rayonunda yerləşən gəmilərdən birini almaq niyyətində olduğunu, həmin gəmini aldıqdan sonra onu hissələrə böldürüb satışını təşkil edəcəyini, bu işdə yaxşı gəlir olmasını, əgər ona 20.000 manat pul verilsə həmin işə yatıracağını, nəticədə həmin işdən 56.000 manat gəlir əldə olunacağını, həmin məbləğin 6.000 manatının xərclərə çıxacağını, yerdə qalan 50.000 manat gəlirin yarısını, yəni 25.000 manatını isə hissə-hissə hər həftə 4-5 min manat civarında olmaqla bir neçə həftə ərzində ödəyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təklifini dinlədikdən sonra razılaşmış, lakin 20.000 manat pulunun olmadığını, cəmi 10.000 ABŞ dolları, yəni 17.000 manat pul verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs da həmin məbləğlə razılaşmış və vəd etdiyi gəlirin eyni olacağını bildirmişdir. Səhəri gün Zərərçəkmiş şəxs ona, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «N.Nərimanov» istirahət parkında Təqsirləndirilən şəxsla görüşməsini və orada Təqsirləndirilən şəxs 10.000 ABŞ dolları məbləğində pul verməsini bildirmişdir. Təxminən 1 ay sonra Zərərçəkmiş şəxs ona, Təqsirləndirilən şəxs onu aldatmasını, 10.000 ABŞ dolları məbləğində pulu aldıqdan bir həftə sonra ona qazanc adı ilə cəmi 2.400 ABŞ dolları məbləğində pul verməsini, bundan sonra ondan gizlənməsini, bir daha ona heç bir qazanc verməməsini və aldığı pulu da qaytarmamasını bildirmişdir. Bununla əlaqədar o, özü də bir neçə dəfə Təqsirləndirilən şəxsla danışaraq Zərərçəkmiş şəxs pulunu nə üçün qaytarmamasını soruşmuş, Təqsirləndirilən şəxs isə hər dəfə müxtəlif bəhanələr gətirərək nəticədə vədinə əməl etməmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən aldanılması ilə bağlı Nərimanov rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cinayət işinin 12-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20.11.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 54-cü vərəqində olan “Axtarışda olan şəxsin tutulması və üzərinə baxış keçirilməsinə dair” 01.02.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili Məhəmməd Məmmədovun iştirakı ilə həmin protokol ondan ötrü tərtib olunmuşdur ki, 01.02.2021-ci il tarixdə saat 12:00 radələrində Nərimanov RPİ-nin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi üzrə 09.01.2021-ci il tarixdən 60932/21 saylı axtarış işi üzrə axtarışda olan Təqsirləndirilən şəxs könüllü olaraq 18-ci PŞ-nə gəlmiş, üzərində 20 azn pul və Kent markalı siqaret aşkar olunmuş və saxlanılması üçün Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 102-104-cü vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 03 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirnin seçilməsinə dair Nərianov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Pərviz Məmmədovun 03 fevral 2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 105-106-cı vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 03 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 109-cu vərəqində olan 04 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Pərviz Məmmədov həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ödənilməsi üçün 2.000 (iki min) manat məbləğində pulu istintaqa təqdim etmişdir. Cinayət işinin 110-cu vərəqində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyandan 2000 (iki min) manat məbləğində vəsaiti qəbul etmişdir. Cinayət işinin 111-ci vərəqində olan 22 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Pərviz Məmmədov həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ödənilməsi üçün 1.500 (bir min beş yüz) manat məbləğində pulu istintaqa təqdim etmişdir. Cinayət işinin 112-ci vərəqində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyandan 1500 (min beş yüz) manat məbləğində vəsaiti qəbul etmişdir. Cinayət işinin 114-cü vərəqində olan AZ-İV seriyalı, 518145 nömrəli, 21.02.2013-cü il tarixi “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, 16.12.2020-ci il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxs, anası X2r. Cinayət işinin 117-ci vərəqində olan AZ-İİİ seriyalı, 365609 nömrəli, 14.07.2014-cü il tarixi “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, 21.09.2008-ci il təvəllüdlü X6 atası Təqsirləndirilən şəxs, anası X1r. Cinayət işinin 118-ci vərəqində olan AZ-İV seriyalı, 397348 nömrəli, 30.12.2019-cu il tarixi “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, 10.10.2017-ci il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxs, anası X1r. Cinayət işinin 119-cu vərəqində olan AZ-İİİ seriyalı, 365798 nömrəli, 24.07.2014-cü il tarixi “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, 03.05.2014-cü il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxs, anası X1r. Cinayət işinin 120-ci vərəqində olan AZ-İV seriyalı, 397347 nömrəli, 30.12.2019-cu il tarixi “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, 05.04.2019-cu il təvəllüdlü X7 atası Təqsirləndirilən şəxs, anası X1r. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın qismən ödənilməsini, himayəsində 5 uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (01-03 fevral 2021-ci il) 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 25 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 25 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-185/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-185/2021
25.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver