Məhkəmə qərarları › İş №1(005)-187/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-187/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-187/2022 08.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X6, müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Çəmənli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmə məqsədilə 18 iyul 2021-ci il tarixdə saat 15:00 radələrində "xxxx" şirkətinin ünvan 1 ünvanda yerləşən saxlanc yeri hesab edilən anbarının pəncərəsini sıxıb açmaqla qanunsuz daxil olub oradan 100 metr uzunluğunda, hər 1 (bir) metri 2 manat 10 qəpik olmaqla ümumi dəyəri 210 manat təşkil edən “2*4 TTR Kablo-Türk” naqili, 11 ədəd 330 metrəlik hər 1 (bir) metri 2 manat 10 qəpik olmaqla ümumi dəyəri 693 manat təşkil edən elektrik paylayıcıları, 10 ədəd hər birinin dəyəri ayrı-ayrılıqda 6 manat olmaqla ümumi dəyəri 60 manat təşkil edən metrə ölçən qurğuları, 03 ədəd hər birinin dəyəri ayrı-ayrılıqda 12 manat olmaqla ümumi dəyəri 36 manat təşkil edən işçi ayaqqabılarını, 01 ədəd 38 manat dəyərində xüsusi işçi ayaqqabısını, 03 ədəd hər birinin dəyəri ayrı-ayrılıqda 140 manat olmaqla ümumi dəyəri 420 manat təşkil edən yerdeşən aparatları, 15 ədəd hər birinin dəyəri ayrı-ayrılıqda 12 manat olmaqla ümumi dəyəri 180 “Epoksi” markalı mismar aparatları, 450 ədəd hər birinin dəyəri ayrı-ayrılıqda 0,52 qəpik olmaqla ümumi dəyəri 234 manat təşkil edən əlcəkləri, 100 ədəd hər birinin dəyəri ayrı-ayrılıqda 2,25 manat olmaqla ümumi dəyəri 225 manat təşkil edən “230* 3A” markalı metalkəsən daşları, 50 ədəd hər birinin dəyəri ayrı-ayrılıqda 2 manat 90 qəpik olmaqla ümumi dəyəri 145 manat təşkil edən “230*1” markalı metalkəsən daşları, 50 ədəd hər birinin dəyəri ayrı-ayrılıqda 1 manat 30 qəpik olmaqla ümumi dəyəri 65 manat təşkil edən “115*3A” markalı metalkəsən daşları, 20 ədəd hər birinin dəyəri ayrı-ayrılıqda 1 manat 80 qəpik olmaqla ümumi dəyəri 36 manat təşkil edən “115*6 KLİNGSPOR” laqonda daşları, 05 ədəd hər birinin dəyəri ayrı-ayrılıqda 2 manat olmaqla ümumi dəyəri 10 manat təşkil edən bel saplarını, 01 ədəd 680 manat dəyərində “MAGMALED” markalı qaynaq aparatını, 25 kiloqram hər kiloqramı 4 manat olmaqla ümumi dəyəri 100 manat təşkil edən 70-lik beton mismarlarını, 25 kiloqram hər kiloqramı 1 manat 90 qəpik olmaqla ümumi dəyəri 47 manat 50 qəpik təşkil edən 70-lik mismarları, 50 kiloqram hər kiloqramı 1 manat 90 qəpik olmaqla ümumi dəyəri 95 manat təşkil edən 100-lük mismarları, 04 ədəd hər biri 2 manat olmaqla ümumi dəyəri 8 manat təşkil edən çəkic saplarını, 02 ədəd hər biri 5 manat olmaqla ümumi dəyəri 10 manat təşkil edən 1000 qramlıq çəkicləri, 04 ədəd hər biri 1 manat 20 qəpik olmaqla ümumi dəyəri 4 manat 80 qəpik təşkil edən çəkic saplarını, 04 ədəd hər biri 6 manat olmaqla ümumi dəyəri 24 manat təşkil edən dəmirçi kəlbətinləri, 24 ədəd hər biri 2 manat olmaqla ümumi dəyəri 48 manat təşkil edən qırmızı rəngli spreyləri, 2 ədəd hər biri 2,20 manat olmaqla ümumi dəyəri 4,40 manat təşkil edən 25 sm boya vuranları, 02 ədəd hər biri 1,40 manat olmaqla ümumi dəyəri 2,80 manat təşkil edən boya vuranları, 6 ədəd hər biri 3,80 manat olmaqla ümumi dəyəri 22,80 manat təşkil edən üçlükləri, 12 ədəd hər biri 1 manat olmaqla ümumi dəyəri 12 manat təşkil edən 1X16-lıq vilkaları, 03 ədəd bağlamada hər biri 15,80 manat olmaqla ümumi dəyəri 47,40 manat təşkil edən 4MN Rutil elektrodları, 06 ədəd bağlamada hər biri 10,80 manat olmaqla ümumi dəyəri 64,80 manat təşkil edən 3,25*350MN Rutil elektrodları, 06 ədəd bağlamada hər biri 12,50 manat olmaqla ümumi dəyəri 75 manat təşkil edən 3,25*350 M M Bazik elektrodları, 12 ədəd bağlamada hər biri 9,20 manat olmaqla ümumi dəyəri 110,4 manat təşkil edən 2.5*350 MM Bazik elektrodları, 06 ədəd bağlamada hər biri 7,80 manat olmaqla ümumi dəyəri 46,80 manat təşkil edən 2.5*350 M M Rutil elektrodları, 12 ədəd hər biri 4,50 manat olmaqla ümumi dəyəri 54 manat təşkil edən penaları, 01 ədəd 2 manat 50 qəpik dəyərində oboy bıçağını, 02 ədəd hər biri 1,50 manat olmaqla 3 manat dəyərində 3 Nkist-ləri, 12 ədəd hər biri 2,60 manat olmaqla ümumi dəyəri 31,20 manat təşkil edən sarı rəngdə kaskaları, 03 ədəd hər biri 4,50 manat olmaqla 13,50 manat dəyərində N5 sərt troslarını, 01 ədəd 25 manat dəyərində boya tapançasını, 06 ədəd bağlamada hər biri 4,50 manat olmaqla ümumi dəyəri 27 manat təşkil edən 3.9X25-lik şurupları, 06 ədəd hər biri 2,50 manat olmaqla ümumi dəyəri 15 manat təşkil edən N3 markalı sərt trosları, 40 metr hər metri 9,80 manat olmaqla ümumi dəyəri 392 manat təşkil edən qaynaq kabeli, 30 ədəd hər biri 0,50 qəpik olmaqla ümumi məbləği 15 manat təşkil edən krantları, 3 ədəd hər biri 4 manat olmaqla ümumi məbləği 12 manat olan Tiner sintetikləri, 02 ədəd hər biri 6 manat olmaqla ümumi məbləği 12 manat olan mişarları, 500 ədəd hər biri 0,02 manat olmaqla ümumi məbləği 10 manat təşkil edən “Pspael Norm N25” markalı beton mühafizə etmək üçün bərkitmələri, 4 ədəd hər biri 35 manat olmaqla ümumi məbləği 140 manat təşkil edən təhlükəsizlik pərdələrini, 20 ədəd hər biri 1 manat olmaqla ümumi məbləği 20 manat təşkil edən izolentləri, 12 ədəd hər biri 9,50 manat olmaqla ümumi məbləği 114 manat olan X19-ları, 4 ədəd hər biri 32 manat olmaqla ümumi məbləği 128 manat olan X18-ları, 01 ədəd 4,50 manat dəyərində drel patronunu, 2 ədəd hər biri 5 manat olmaqla ümumi məbləği 10 manat olan drel açarlarını, 6 ədəd hər biri 8 manat olmaqla ümumi məbləği 48 manat olan BOSCH HSS 10 mm-ləri, 6 ədəd hər biri 5 manat olmaqla 30 manat olan BOSCH HSS 8 mm-ləri, 5 ədəd hər biri 3 manat olmaqla ümumi məbləği 15 manat olan Saro N3 avtomat karopkalarını, 2 ədəd hər biri 2 manat olmaqla ümumi məbləği 4 manat olan razetkaları, 05 ədəd hər biri 4,70 manat olmalq ümumi məbləği 23,50 manat dəyərində belləri, 3 ədəd hər biri 7,20 manat olmaqla ümumi məbləği 21,60 manat dəyərində belləri, 3 ədəd hər biri 5 manat olmaqla ümumi məbləği 15 manat olan kərpətinləri, 1 ədəd 16 manat dəyərində “Yakar” markalı kərpətini, 50 ədəd hər biri 1,30 manat olmaqla ümumi məbləği 65 manat olan arakəsmə daşları gizli olaraq talamaqla zərərçəkmiş şəxs hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 5028 manat 50 qəpik, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmə məqsədilə 25 sentyabr 2021-ci il tarixdə saat 17:00 radələrində ünvan 2 ünvanda yerləşən "xxxx" MTK-nın qarşısında dayanmış Şahid5 məxsus “Kia Rio” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan Zərərçəkmiş şəxs məxsus 01 ədəd 500 manat dəyərində brilyant qaşlı 585 əyarlı 8 qram çəkidə qızıl nişan üzüyü, 01 ədəd 600 manat dəyərində paxlava formalı 5 qram çəkidə 750 əyarlı qızıl üzüyü, 01 ədəd 700 manat dəyərində yolka formalı 6 qram çəkidə 750 əyarlı qızıl üzüyü, 01 ədəd 1000 manat dəyərində gül formalı 8 qram çəkidə qızıl klonu, 01 ədəd 800 manat dəyərində dairəvi formalı 6 qram çəkidə qızıl klonu, 01 ədəd 1800 manat dəyərində 13 qram çəkidə 750 əyarlı qızıl boyunbağını və 01 ədəd 1.100 manat dəyərində 8 qram çəkidə 750 əyarlı qızıl boyunbağını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 6500 manat, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayında Nərimanov rayonu Z.Bünyadov prospektində yerləşən tikinti şirkətində fəhlə kimi işə düzəlmişdir. Təxminən bir aya yaxın orada fəhlə işləmişdir. xx.xx.2021-ci il tarixdə mühafizəçi vəzifəsində işləyən Kamran adlı şəxs saat 13 radələrində ona bazar günü olduğunu bildirərək demişdir ki, işləri var tikinti şirkətində müvəqqəti olaraq mühafizəçi vəzifəsini iki saatlıq ona etibar edir. O, Kamran getdikdən sonra həmin tikinti şirkətinin anbarından oğurluq etmək qərarına gəlmişdir. Buna görədə həmin anbarın pəncərəsindən içəri daxil olmuş və orada olan müxtəlif növ tikinti materiallarını bayıra çıxarıb kisələrə yığaraq Dərnəgül yolunda gizlətmişdir. Kamran gəlib ondan işi təhvil aldıqdan sonra o, çıxıb getmiş və həmin tikinti materiallarını Binəqədi rayonu ərazisində yerləşən “X21” tikinti materiallarının satışı mağazasına 470 manata satmışdır. Bundan başqa bildirmişdir ki, əvvəllər "xxxx" MTK-da fəhlə işləmişdir. Şahid5 işlədiyi vaxtdan tanıyır. Belə ki, o, MTK-da briqadir işləyirmiş və həmin ərəfədə Vüqar “Kia Rio” markalı avtomobili idarə edirmiş. 25 sentyabr 2021-ci il tarixdə saat 16:00 radələrində Nərimanov rayonu, S.Rəhman küçəsi 45 saylı ünvanda yerləşən "xxxx" MTK-nın qarşısında olarkən Vüqar da idarə etdiyi avtomobillə gəlib avtomobili iş yerinin qarşısında saxlayaraq içəri daxil olmuşdur. Həmin vaxt Vüqarın avtomobilin qapılarını bağlamadığını görüb o, iş yerinə daxil olduqdan dərhal sonra avtomobilin sükanı arxasına əyləşmiş və oğurlamağa dəyərli əşya və ya pul axtarmağa başlamışdır. Bundan sonra avtomobilin saxlanc yerində qızıl-zinət əşyalarının olduğunu görüb dərhal qızılları oğurlayıb oradan uzaqlaşmışdır. Sonradan oğurladığı qızılları 3-cü mikrorayon dairəsi adlanan yerdə lombarda girov qoyaraq 1100 manat pul götürmüşdür. Əldə etdiyi pulu isə əlinin əməliyyatına xərcləmişdir. Oğurladığı tikinti materiallarını satdığı “X21” mağazasının sahibindən əvvəllər bir neçə dəfə tikinti materialları almış və onun tikintidə fəhlə işlədiyini bildirmişdi. Buna görə də, həmin şəxsə tikinti materiallarının işlədiyi yerdən maaş əvəzi verildiyini bildirmişdir. Həmin şəxs də ona satmaq istədiyi əşyaların ona məxsus olduğuna inanmışdır. Oğurladığı qızıl-zinət əşyalarını lombarda girov qoyarkən qızıl-zinət əşyalarının özünə məxsus olduğunu demiş, pula ehtiyacı olduğundan satdığını da lombarddakı tanımadığı şəxsə deyərək onu qızılların özünə məxsus olduğuna daha da inandırmışdır. Həmin şəxsin qızılların oğurluq olması barədə hər hansı məlumatı olmamışdır. Vüqara məxsus avtomobildən 3 ədəd qızıl üzük, bir ədəd qızıl boyunbağı və bir ədə qızıl klon oğurlamış və həmin oğurladığı qızılları 3-cü MKR dairəsində yerləşən lombarda şəxsiyyətini təsdiq edən sənədlə girov qoyaraq 1100 manat pul almışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslərlə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxslərə tam ödənildiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin iyun ayında bacısı Pərvanə ona maddi vəziyyətinin pis olduğunu və ona məxsus qızılları lombarda qoyaraq pul götürmək istədiyini bildirmişdir. O, da özünə məxsus olan qızıllardan 3 ədəd üzüyü, iki ədəd boyunbağını və iki ədəd klonu bacısı Pərvanəyə vermişdir. 25 sentyabr 2021-ci il tarixdə Pərvanə ona bildirmişdir ki, lombarda olan borcunu qurtarıb və buna görədə ondan götürdüyü qızılları həyat yoladşı Vüqara verib və Vüqar qızılları ona çatdıracaq. Həmin gün axşam Vüqar və bacısı Pərvanə ona zəng vuraraq qızılları Vüqarın idarə etdiyi avtomobilin salonundakı saxlanc yerinə qoyaraq işlədiyi, "xxxx" MTK-nın qarşısına gəldiyini, sonra avtomobilin qapılarını bağlamağı unudaraq işə getdiyini, geri qayıdarkən isə həmin qızılların avtomobildən oğurlandığını aşkar eldiyini bildirmişlər. Səhər Vüqar ona təkrar zəng vuraraq bildirmişdir ki, yaxınlıqda yerləşən kamera görüntülərinə baxan zaman ona məlub olub ki, əvvəllər onunla eyni MTKda fəhlə işləyən Əsəd adlı şəxs həmin qızılları oğurlayıb. Təqsirləndirilən şəxs ona məxsus qızılları oğurlaması nəticəsində ona 6500 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X4 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayının 19-da səhər işə gəlmiş, anbara daxil olmuş və məlum olmuşdur ki, anbardan müxtəlif növ tikinti materialları və avadanlıqları yoxdur. Həmin anbara nəzarət kamerasına baxmış və məlum olmuşdur ki, naməlum şəxs xx.xx.2021-ci il tarixdə saat 15 radələrində anbardan oğurluq edib. Mühafizəçi Kamranı dəvət etmiş və Kamran bildirmişdir ki, həmin şəxsi tanıyır həmin şəxsin adı Əsəddir və xx.xx.2021-ci il tarixdə işləri olduğundan iki saatlıq obyekti Əsədə etibar edərək ərazini tərk edib. Bundan sonra həmin şəxsin kimliyini araşdırdıqdan sonra məlum olmuşdur ki, həmin şəxs obyektdə qəlibçi briqadirin tabeliyində fəhlə işləyib. Bundan sonra həmin şəxsi axtarsalar da tapa bilmədikləri üçün polisə müraciət etmək qərarına gəlmişlər. Əlavə olaraq bildirmişdir ki, həmin anbar vaqon tiplidir və Əsəd həmin anbara pəncərədən daxil olmaqla oğurluq edib. Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus anbardan ümumilikdə 5028,50 məbləğində oğurluq etmişdir. Sonda zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X7 təqsirləndirilən şəxslə barışdıqlarını, onlara dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yerləşən “X21” mağazasında satıcı işləyir. Əsədi təxminən 2021-ci ilin yay aylarından tanıyır. Belə ki, Əsəd bir neçə dəfə ondan tikinti avadanlıqları almışdır. 2021-ci ilin iyul ayında Əsəd onun işlədiyi mağazaya gələrək onda müxtəlif növ tikinti avadanlıqları olduğunu bildirərək satmaq istədiyini bildirmişdir. Həmin malların nədən ibarət olduğunu bilmək üçün həmin malları açıb baxmış və ona məlum olmuşdur ki, həmin mallar taxta döşəmə və digər materiallarda istifadə etmək üçün iki bağlama olmaqla ümumilikdə 40 kq mismar, iki bağlama hər bağlamada 25 ədəd olmaqla ümumilikdə 50 kq dəmir kəsmək üçün Laqonda daşı və bir ədəd qaynaq aparatıdır. Həmin malları Əsəddən təhvil almış və onun müqabilində Əsədə 470 manat pul vermişdir. Daha sonra isə Əsəddən aldığı malları mağazada tanımadığı müştərilərə satmışdır. Əsəd həmin malların oğurluq olduğunu deməyib. Əsəd bildirmişdir ki, həmin əşyaları işlədiyi yerdən ona maaş əvəzi veriblər. Polis əməkdaşları ona məlumat verdikdən sonra ona məlum olmuşdur ki, həmin əşyaları Əsəd işlədiyi tikinti şirkətinin anbarından oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayında "xxxx" MMC-də mühafizəçi vəzifəsinə işə düzəlmişdir. Həmin şirkət tikinti şirkətidir və həmin şirkətin həm tikili binasına həmdə tikilidə olan vaqona nəzarət edir. Lakin, vaqonun açarları anbardarda olur. Həmin vaqona hər kəs istədiyi vaxl girib-çıxa bilmir. xx.xx.2021-ci il tarixdə ailə vəziyyəti ilə əlaqədar olaraq yəni, anası xəstə olduğundan həmin şirkətdə fəhlə işləyən Əsəd adlı şəxsi görmüş və ondan xahiş etmişdir ki, iki saatlıq onu əvəz etsin, yəni obyektə nəzarət etsin və gələcək. O, evə getmiş və təxminən iki saatdan sonra geri qayıdıb görmüşdür ki, Əsəd iş yerindədir və Əsədə işə qayıtdığını bildirdikdən sonra Əsəd çıxıb getmişdir. Həmin gün axşam digər mühafizəçi iş yoldaşına zəng vuraraq xəstə olduğunu bildirib onun yerinə işə çıxmağı xahiş etmişdir. İş yoldaşı Heydər işə gəlmiş və o, işi ona təhvil verərərək evə getmişdir. Səhər saat 08-30 da Heydər ona zəng vuraraq bildirmişdir ki, dünən o, növbədə olan zaman anbarda oğurluq hadisəsi baş verib. O, işə gəlmiş və məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdə o, işdə olmayan zaman Əsəd anbarın pəncərəsindən içəri keçərək oğurluq edib. Sonra Əsədi tapmışlar, Əsəd oğurluq etməsini boynuna almış və söz vermişdir ki, oğurladığı malları geri gətirərək qaytaracaq. Bundan sonra Əsəd telefonlarına cavab verməmiş və telefonlarını söndürmüşdür. Təxminən bir aydan sonra şirkət onu işdən çıxarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında yerləşən “Avand Lombardda” operator vəzifəsində işləyir. Lombardda əsasən qızıl zinət əşyalarını girov müqaqbilində alıb, zərgər tərəfindən qiymətləndirildikdən sonra müştərilərə faizlə pul verirlər. Lombarda qoyulan qızıl zinət əşyaları müqaviləyə əsasən 3 ay müddətinə faiz ödənilməsə həmin müddət ərzində müştəriyə dəfələrlə sms vasitəsilə faizin gecikdirilməsi barədə xəbərdarlıq edilir və həmin qızıllar 3 ayın tamamında satışa çıxarılır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs işlədiyi Lombarda gələrək ümumi çəkisi 21 qram olmaqla hamısı 585 əyar 3 ədəd qızıl sadə qadın üzüyü, bir ədəd qızıl boyunbağı və boyunbağı üçün klon girov qoyaraq Lombarddan 1100 manat pul götürmüşdür. Lakin həmin şəxs pulu və faizləri 3 ay müddətinə ödəmədiyi üçün həmin qızıllar müştərinin mobil telefonuna sms xəbərdarlığından sonra satışa çıxarılmışdır. Qızıllar 3 ayın tamamında yəni, 24 dekabr 2021-ci il tarixdə satışa çıxarılaraq satılıb. Lakin həmin qızılların kimə satılmağından məlumatı yoxdur. Belə ki, qızıllar satışa çıxarılan zaman tanımadıqları müştərilər gələrək satdıq qızıllar olub olmamasını soruşur və onlar da satışa çıxarılan qızılları onlara təqdim edərək qiymətləndirib satırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o "xxxx" MTK-da briqadir işləyir. Hadisədən təxminən 3 ay əvvəl maddi vəziyyətinin pis olması ilə əlaqədar baldızı Zərərçəkmiş şəxs məxsus olan, 03 ədəd üzüklər, 02 ədəd boyunbağıdan və 02 ədəd klondan ibarət qızıl-zinyət əyşalarını həyat yoldaşı Pərvanənin adından lombarda girov qoyaraq pul götürmüşdür. 25 sentyabr 2021-ci il tarixdə metronun «Azadlıq» stansiyasının yaxınlığında yerləşən həmin lombarda gedərək borcunu ödəyib həmin qızıl-zinyət əşyalarını geri götürmüşdür. Bundan sonra idarə etdiyi «Kia Rio» markalı avtomobilə əyləşmiş, lombarddan götürdüyü qızılları avtomobilin salonundakı saxlanc yerinə qoymuş və saat təxminən 16:00 radələrində işlədiyi "xxxx" MTK-nm qarşısına gəlmişdir. Avtomobildən düşərkən tələsdiyi üçün avtomobilin qapılarının bağlanmasına fikir verməmiş və qapıları bağlamağı unudaraq iş yerinə getmişdir. Həmin vaxt işlədiyi MTK-nın qarşısında əvvəllər həmin MTK-da fəhlə işləmiş Əsəd adlı oğlanın dayandığını görmüş və iş yerinə daxil olmuşdur. Saat təxminən 18:00 radələrində işdən çıxaraq idarə etdiyi avtomobib əyləşmiş, bundan sonra qızılların yerində olub-olmamasını müəyyən etmək üçün avtomobilin saxlanc yerinə baxmış və qızılların orada olmadığını aşkar etmişdir. Qızılların hansı şəraitdə və kim tərəfindən oğurlanmasını bilmədiyi üçün yaşadığı evə getmişdir, həmin gün işdə olan iş yoldaşları ilə zəngləşərək avtomobilinə kimin daxil olması barədə məlumatlarının olub-olmamasını soruşmuş, eyni zamanda Əsədi də orada gördüyü üçün ona da zəng etmiş, lakin Əsəd də digər iş yoldaşları kimi ona, hadisədən məlumatsız olduqlarını bildirmişdir. Səhəri gün işə gələrək MTK-nın qarşısında quraşdırılmış müşahidə kameralarının qeydə aldığı görüntüyə baxmışdır. Artıq bundan sonra video görüntülərdə görüb müəyyən etmişdir ki, 25 sentyabr 2021-ci il tarixdə saat 16:00 radələrində işə gəldikdən sonra Əsəd adlı fəhlə onun razılığı və məlumatı olmadan, qapıların açıq olmasından istifadə edərək idarə etdiyi avtomobilin sükanı arxasına əyləşmiş, bir neçə dəqiqədən sonra isə qabaq sol qapıdan düşərək əyilə-əyilə oradan uzaqlaşmışdır. Artıq bundan sonra qızıllarının Əsəd tərəfindən oğurlandığını başa düşmüş və ona zəng etmişdir. Telefon danışığı zamanı Əsəd əvvəlcə törətdiyi əməli etiraf etməmiş, lakin o, müşahidə kamerası barədə ona bildirdikdən sonra həqiqətən də avtomobilin salonundan qızılları oğurladığını etiraf etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid4 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 8-9-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X14 Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi 45 ünvanında baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerinə baxış keçirmişdir. Vətəndaş Şahid5 müraciəti ilə əlaqədar əməliyyat qurpu ilə hadisə yerinə gəlmişlər. Hadisə yeri ünvan 5 ünvanda “Nehrəm MTK” tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binası, müxtəlif növ avtomobillər, avtoyuma məntəqəsi, “Audimed” eşitmə mərkəzi, stomoloji klinika, “N.N” moda evi vardır. Cinayət işinin 11-ci vərəqində olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X14 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Şahid5 vermiş olduğu məlumat əsasında toplanmış HK1-1219 saylı materiala əlavə edilməsi üçün 01 ədəd DVD diskdə olan video görüntüyə baxış keçirmişdir. Belə ki, həmin diskdə olan videogörüntüyə baxış zamanı, ünvan 6 ünvanında əynində ağ rəngli köynək və boz rəngli şalvar olan bir nəfər naməlum şəxsin yolun kənarında dayanan, Şahid5 məxsus ağ rəngli “Kia Rio” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq sol qabaq qapısını açaraq qabaq hissəsi tərəfdən əyilmiş vəziyyətdə oradan uzaqlaşaraq getməsi müşahidə olunmuşdur. Cinayət işinin 38-40-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 05 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 04 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. xx.xx.2019-cu il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilib. Cinayət işinin 74-79-cu vərəqələrində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin baş təhqiqatçısı X9 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, hadisə yerinə baxış keçirmişdir. Hadisə yeri Nərimanov rayonu, Z.Bünyadov prospekti 1969 ünvanında yerləşən "xxxx" tikinti şirkətinə məxsus tikinti materiallarının saxlanc anbarıdır. Anbar yeni tikilməkdə olan binanın qarşı tərəfində, həmin binaya aid ərazidə yerləşir. Ərazidə tikinti getdiyi üçün dağınıq formadadır. Anbarın binası ağ rəngli konteynerdən ibarətdir. Çöl divarı ağ rəngli plastiklə üzlənmişdir. Konteynerin qarşısı plastik qapı və taxta ilə örtülmüş 2 ədəd pəncərədən ibarətdir. Anbarın qarşısına metal və taxta hissələr səliqəsiz şəkildə yığılmışdır. Anbarın içərisinə daxil olduqda müəyyən oldu ki, içəri divar böyük taxta rəflərdən ibarətdir, həmin rəflərə müxtəlif tikinti materialları və alətlər yığılmışdır. İçəri bir ədəd oturacaq stolu və divarları ağ rəngli plastik döşəmə, boz rəngli tuneldən ibarətdir. Cinayət işinin 81-ci vərəqində olan 06 avqust 2021-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin baş təhqiqatçısı X9 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, təhqiqat zamanı oğurluq hadisəsinin kim tərəfindən, necə, hansı şəraitdə törədilməsinin yaşayış binasında quraşdırılmış müşahidə kamerasında video görüntüləri qeydə alınmışdır. Həmin video görüntülər CD diskinə köçürülmüşdür. Həmin diskə baxış keçirilən zaman görüntünün 11 dəqiqə 04 saniyədən ibarət olması, Təqsirləndirilən şəxs qeyd olunan ünvandakı anbara daxil olması və oradan oğurladığı materiallarla çıxması müşahidə kameralarında əks olunmuşdur. Cinayət işinin 149-155-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(005)-1265/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 01 dekabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 169-173-cü vərəqələrində olan Salyan Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli, 7(057)-803/2018 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünün “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2017-ci il tarixli Qanuna uyğunlaşdırılmasına dair 5 saylı Cəzaçəkmə müəssisəsinin təqdimatının təmin edilməsi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs, təkrarən xx.xx.2016-cı il tarixdə, saat 23:30 radələrində X8 məxsus «Kamaz-55111 yük» markalı, ** VD *** qeydiyyat nişanlı avtomaşından hər birinin dəyəri 100 manat olan iki ədəd akkumulyatoru gizli olaraq talamaqla E.B.Həsənova ümumilikdə 200 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etməsi barədə 2-ci epizoddan təkrarən söz ifadəsinin çıxarılması, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasına dair müddəanın xaric edilməsi, məhkum Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasının 3 il 9 aya, Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla qəti olaraq 4 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə şsasən Ağdam Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə ona təyin edilmiş qazancının 15 %-i dövlət nəfinə tulmaqla 01 il 06 ay islah işləri cəzasının çəkilməmiş 01 il 06 ay hissəsinin azadlıqdan etmə cəzasının bir gününə islah işlərinin üç günü bərabər tutulmaqla 06 ay azadlıqdan məhrumetmə cəzası hazırkı hökm üzrə ona təyin edilmiş cəza ilə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən bərləşdirilərək qəti olaraq üzərində 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə qədər tutulduğu 02 gün müddətin təyin edilmiş cəzadan çıxılmaqla üzərində 4 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması qərara alınmışdır. Cinayət işinin 176-178-ci vərəqələrində olan “Axtarış və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X5 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 5(005)-1485/2021 saylı qərarına əsasən “Lombard Avand” lombard müəssisəsində axtarış aparılmışdır. “Avand Lombard”ın rəhbəri Şahid4 Təqsirləndirilən şəxs satdığı qızılları könüllü surətdə göstərməsi təklif edilmiş, o bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən satılmış 21 qram çəkidə qızıl zinət əşyaları girov müqaviləsinə əsasən satışa çıxarılaraq satılmışdır. Cinayət işinin 191-198-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli, 1(001)-196/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə, Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məkum edilməsi, Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən Ağdam Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə ona təyin edilmiş qazancının 15%-i dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasının çəkilməmiş 01 il 06 ay hissəsinin azadlıqdan məhrum etmə cəzasının bir gününə islah işləri cəzasının üç gününü bərabər tutulmaqla 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının hazırki hökm üzrə ona təyin edilmiş cəza ilə Azərbyacan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək qəti olaraq üzərində 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən onun 09 fevral 2016-cı il tarixdən 11 fevral 2016-cı il tarixə qədər tutulduğu 2 (iki) gün müddət çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanması, cəza çəkmə müddətinin əvvəlinin 02 mart 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 216-230-cu vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və törədilməsi müəyyən edilən cinayət əməllərinin hüquqi tövsifi haqqında” 15 yanvar 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməllərinin Azərbyacan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməsi, 02 ədəd “DVD” formatlı diskin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X4 tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Oğurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsini və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli, 1(001)-196/2016 saylı hökmü ilə qəti olaraq 5 (beş) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzaçəkmə müddətinin əvvəli 02 mart 2016-cı il tarixdən hesablanmağa başlamışdır. Salyan Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində onun vəziyyətini yaxşılaşdıran “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində 04 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli 18 iyul 2021-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM - 58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM - 56.1.3), cəza çəkməsinin əvvəli 01 dekabr 2021-ci il tarixdən hesablanmalı (CPM - 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan - 02 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 01 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar