Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-187/2024 14.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 02 (iki) azyaşlı övladı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nda yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 244-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs faktiki olaraq rəhbərlik etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən “Burdayam” adlı çay evinə 27 dekabr 2023-cü il tarixdə saat 01 radələrində istirahət etmək üçün gələn Şahid4, Şahid3, Şahid1, Şahid2 həmin çay evinin 5 nömrəli otağında 27 dekabr 2023-cü il tarixdə saat 01 radələrində kart dəsti gətirib, otağa kənar şəxslərin daxil olmasının qarşısını alıb, qida və içki məhsulları təqdim edərək pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan, uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün tamah məqsədi ilə yer təşkil edib saxlayaraq qeyd edilən şəxslərin həmin saatdan etibarən kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 dekabr 2023-cü il tarixdə saat 02:09-da qeyd edilən çay evinin 5 nömrəli otağına baxış və götürmə aparılan zaman orada Şahid4, Şahid3, Şahid1 və Şahid2 qumar oyunu oynadığı müəyyən edilmiş və qumar oyunlarının keçirilməsi məqsədi ilə istifadə olunan 410 manat məbləğində pul vəsaiti və 02 ədəd oyun kartı dəsti aşkar edilib götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerlşən “Burdayam” çay evini artıq 03 aydır ki, icarəyə götürərək işlədir. Bu müddət ərzində davamlı şəkildə onun obyektinə gələn müştərilərdən Şahid4, Şahid3, Şahid1, Şahid2 adlı şəxslər 27 dekabr 2023-cü il gecə saat birin yarısı radələrində onun obyektinə gələrkən müxtəlif sifarişlər verib, onlara söhbət edə bilmələri üçün sakit otaq təşkil etməyimi xahiş etdilər. Əvvəlcədən yer ayrılmamışdır. Obyektə daxil olub otaq istəmişlər və həmin vaxtda kabinet göstərilmişdir. Onların kart oyunu oynadığı barədə məlumatı olmuşdur, lakin pulla oynadıqlarını, qumar oynayacaqlarını bilməmişdir. Sonra özünün şəxsi işləri olduğundan obyektdən getmişdir. Obyektdə polis əməkdaşlarının gəldiyini ona işçilər bildirmişdir. Son olaraq heç bir qumar oyunlarını təşkil etmədiyini, ilk dəfə cinayət törətməkdə ittiham olunduğunu, himayəsində 02 azyaşlı övladının olmasını, ailəsinin yeganə gəlir mənbəyi olmasını, “2-ci Qarabağ Müharibəsinin” iştirakçısı olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 bildirmişdir ki, ünvan 4 ünvanında yaşayır. Təqsirləndirilən şəxs ilə dostluq münasibəti olmuşdur. Onlar qumar oynamaq üçün obyektin müdiri Zakirə məlumat verdikdə, Zakir razılıq verərək onları 5 nömrəli kabinetə dəvət etmiş və orada oynaya biləcəklərini demişdir. Otağa daxil olanda kartlar stolun üstündə olmuşdur. Oyun oynanılan zamanı Zakir onların olduğu otağa daxil olub nəzarət etmiş və əlavə olaraq hər hansı bir ehtiyac yarandığı halda ona müraciət etmələrini bildirmişdir. Zakirə otaq təşkil etməyə görə əlavə pul verməmişlər. Məhkəmə iclasında dindirilmiş Şahid1 bildirmişdir ki, Nərimanov rayonu, Montin qəsəbəsində yaşayır. Boş vaxtlarında dostları ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən “Burdayam” adlı çay evinə gedirlər. Onun həmin obyektin müdiri olan Təqsirləndirilən şəxs ilə dostluq münasibəti vardır. 27 dekabr 2023-cü il tarixdə gecə saatlarında təxminən birin yarısında o, həmin obyektin 5 nömrəli kabinetində olan şəxslərlə, yəni Şahid4, Şahid2, Şahid3 ilə birlikdə kart və pullar vasitəsilə qumar oynayırmış. Onlar qumar oynamaq üçün obyektin müdiri Zakirə məlumat verdiklərini bildirmişlər. İlk dəfə idi oturub oynamışlar. Hər biri bir manat qoymaqla oynamışlar. Onlar qumar oynamaları üçün yer təşkil etdiyinə görə Zakirə əlavə pul verməmişdirlər. Onlar qumar oynamamışdan əvvəl içki, yemək sifariş etmişdir. Oyun oynanılan zaman otağa kiminsə daxil olmasını xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında ifadə vermiş Şahid2 iş üzrə digər Şahid4 və Şahid1 ilə eyni məzmunlu ifadə verərək qeyd olunan faktları bir daha təsdiq etmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlib şahid qismində ifadə verməyən Şahid5 və Şahid3 ifadələri məhkəmə iclasında elan edilmişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, müxtəlif sosial şəbəkələrdən ünvanlanmış müraciətlərdə ünvan 5Burdayam” adlı çay evində qumar oyunlarının təşkil edilib keçirildiyi bildirilmiş, məlumatın yoxlanılması məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid4, Şahid3, Şahid1, Şahid2 Kəmaləddin oğlu və Şahid5 olduqları ünvan 5Burdayam” adlı çay evində saxlanılmış və Baş İdarəyə dəvət edilmişdir. Məhkəmədə tədqiq edilən “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqınd xx.xx.2023-cü il tarixli protokoldan və DVD diskdən görünür ki, ünvan 5Burdayam” çay evində və həmin obyektin “5” nömrəli kabinetinə baxış keçirilmiş,baxış keçirilməzdən əvvəl Şahid5 obyektə baxış keçiriləcəyi və baxışın videoçəkilişlə aparılacağı barədə məlumat verimiş və o baxışın keçirilməsi ilə bağlı etirazının olmadığını bildirmişdir. Şahid5 Baş İdarə tərəfindən qəbul edilmiş qərarla tanış edildi. Şahid5 qumar oyunlarının keçirilməsi üçün yerin təşkil edilməsi ilə bağlı daxil olmuş məlumatın doğru olub-olmadığını sual etdikdə, təsdiqləyərək hazırda da həmin obyektin “5” nömrəli kabinetində qumar oyunlarının keçirildiyini bildirdi. Sevda Əhmədovanın bizi dəvət etdiyi kabinetə daxil olarkən otaqda olan şəxslər özlərini təqdim edərək Şahid4, Şahid3, Şahid2 Kəmaləddin oğlu və Şahid1 olmasını bildirdi. Fləmin şəxslərdən Fadil kart oyunu oynadıqlarını bildirmişdirlər. Oyunun qalibinin necə müəyyən edilməsini sual etdikdə, xalları çox olan şəxsin qalib olmasını qeyd etdilər. Fləmin şəxslərin obyektdə kartlarla qumar oynaması üçün kimin şərait yaratdığını soruşduqda “obyekt sahiblərinin şərait yaradıb” deyə cavablandırdılar. Obyektin sahiblərinin Zakir və Sahil adlı şəxslər olmasını, həmin şəxslərlə eyni ünvanda yaşadıqlarını, dost-tanış olmalarını bildirdilər. Həmin şəxslər ilk dəfədir ki, bu obyektdə qumar oynadıqlarını dedilər. Şəxslərin kartlarla qumar oynayan zamanı istifadə etdiyi 02 ədəd oyun kartı və 01 ədəd “100 manat”, 02 ədəd “50 manat”, 04 ədəd “20 manat”, 05 ədəd “10 manat”, 09 ədəd “5 manat”, 35 ədəd “1 manat” olmaqla ümumilikdə 410 manat məbləğdə pul vəsaiti iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün tərəfimdən götürüldü. Qeyd edim ki, həmin şəxslər oyunda gedişin “1 manat”-dan olmasını bildirdilər. Ofisiant kimi işləyən Şahid5 bu kabinetə onun qulluq edib-etməməsi, məlumatının olubolmamasını sual etdikdə Zakirin ona həmin otağa daxil olmamasını əvvəlcədən tapşırdığını bildirmişdir. Maddi sübut kimi masanın üzərində olan kart dəstləri və pul əskinasları tərəfimdən götürüldü.ünvan 5Burdayam” adlı çay evində baxış süni işıqlandırma şəraitində aparıldı. Baxışın keçirilməsi 27 dekabr 2023-cü il tarixdə saat 02:09 dəqiqədə başladı və həmin tarixdə saat 02:15 dəqiqədə başa çatmışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq olunan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs etirafedici izahat və ifadəsi, şahidlərin ifadələri, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokol, həmçinin baxış keçirilməsi haqqında videoçəkilişin əks olunduğu 01 ədəd, X3, Şahid3, Şahid1 və Şahid2 hər birinin videoçəkiliş vasitəsi ilə verdiyi ifadələrin əks olunduğu 04 ədəd olmaqla ümumilikdə 05 ədəd disk, Baxış zamanı aşkar edilmiş 410 manat məbləğində pul vəsaiti və 02 ədəd kart dəsti iş üzrə maddi sübut hesab edilərək DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Maddi sübutları saxlama kamerasında saxlanılmışdır. Məhkəmədə tədqiq edilən AZ İV№812356 və AZİV№345816 saylı X1 görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü Əminə Əliyava adlı və xx.xx.2022-ci il təvəllüdlü Məryəm Əliyeva adlı 02 (iki) azyaşlı övladı vardır. № İ-21907 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “X2” medalı və № İ-7309 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən aydın olur ki, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin № 124868 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 244- 1.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsinə əsasən Qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama - beş min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddənin dispozisiyasından aydın olur ki, qumar oyunlarının təşkili, onların təşkilində ifadə olunan birinci hərəkətin edildiyi andan, qumar oyunlarının keçirilməsi isə oyunun başlanmasına işarə edən hər hansı hərəkətin edildiyi andan başa çatmış hesab olunur. Qumar oyunlarının keçirilməsi məqsədilə yer təşkil etmə qapalı və ya açıq sahə olmasından asılı olmayaraq hər hansı məkanın (mənzil, otaq, bina və sair), əvəzsiz istifadəyə götürüldüyü və digər bu kimi hərəkətlərin icrası anından, qumar oyunlarının təşkili üçün yer saxlama isə müəyyən edilmiş yerin oyunun keçirilməsi şəraitinə uyğun vəziyyətə gətirilməsinə yönələn istənilən hərəkət edildiyi andan başa çatmış sayılır. Nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən əməl olmaqla, şəxsin şüurlu surətdə həmin əməlin ictimai təhlükəli olduğunu dərk etməsi, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi ilə müşayiət olunur. Göründüyü kimi qumarxana təşkil edən şəxsin əməlində cinayət tərkibinin yaranması üçün onun məhz qumar oynamağa meyilli şəxslərin istirahəti, əyləncəsi üçün lazımi şəraiti yaratmaqdan, yəni, istifadəsində olan yeri qumar oyunlarının həyata keçirilməsi üçün uyğunlaşdırmaqdan, lazımi avadanlıqlarla təchiz etməkdən ibarətdir. Bununla da şəxs ictimai mənəviyyat əleyhinə olan - qumarxana, qumar oyunlarının keçirildiyi yeri təşkil etmə və ya saxlama cinayət əməlini törətmiş olur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs qumar oynanılması üçün şərait yaratmaması, otaq ayırmaması ilə bağlı, eləcə də Şahid4, Şahid3, Şahid1, Şahid2 adlı şəxslərin kart oyunu oynadıqlarını bilsə də qumar formasında pul müqabilində oynadıqlarını bilməməsi barədə ifadəsini məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarına və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsasən aydın olur ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlindən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmişdir. Məhkəmə hesab edir ki, əgər həqiqətən də təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyi təqdirdə qorxduğundan müvafiq etirafedici ifadə vermişdirsə bu barədə müvafiq dövlət orqanlarına müraciət etmək, ona göstərilmiş təzyiqlər və məruz qaldığı qanunsuzluqlar barədə məlumat vermək imkanı olmuşdur. Lakin, Təqsirləndirilən şəxs hər hansı səlahiyyətli dövlət orqanına bu məzmunda şikayəti və ya digər müraciəti müəyyən edilməmişdir, həmçinin məhkəmə istintaqı zamanı da hər hansı təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi özünü müdafiə xarakterli ifadəsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, məhkəmə baxışı zamanı “DVD” diskə baxış keçirilərkən və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını, himayəsində 02 azyaşlı övladının olmasını, ailəsinin yeganə gəlir mənbəyi olmasını, 2-ci Qarabağ Müharibəsinin iştirakçısı olması, eləcə də “X2” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmasını, Müharibə veteranı olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CMin 244-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cərimə cəzası təqsirləndirilən Təqsirləndirilən şəxs fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut – 05 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Həmçinin baxış zamanı aşkar edilmiş iş üzrə maddi sübut hesab edilərək DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Maddi sübutları saxlama kamerasında saxlanca verilmiş 410 manat məbləğində pul vəsaiti dövlət nəfinə köçürülməli və 02 ədəd kart dəsti məhv edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından görə «Femida» Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayəthüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır Məhkəmə, hazırki cinayət işi üzrə hesab edir ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Maddi sübutları saxlama kamerasında saxlanca verilmiş 410 manat məbləğində pul vəsaiti müsadirə edilməklə hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd edilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5000 (beş min) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut hesab edilmiş cinayət işinə əlavə edilmiş 05 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Maddi sübut hesab edilmiş Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanca verilmiş 410 manat məbləğində pul vəsaiti müsadirə edilsin və hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə köçürülsün. Maddi sübut hesab edilmiş Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanca verilmiş 02 ədəd kart dəsti məhv edilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Femida» Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-187/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-187/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver