Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-189/2020 24.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İtiihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Naxçıvan MR, Şərur rayonunun Maxta kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 19 ünvanında tanışı Şahid4 ilə birlikdə yan və arxa şüşələri görüntünü tam məhdudlaşdıran örtüklə əhatə olunmuş özünə məxsus VAZ 21214 markalı **-FR-*** dövlət nömrə nişanlı avtomaşında sükan arxasında yarıçılpaq vəziyyətdə əyləşib, istintaqa məlum olmayan mənbədən əldə etdiyi narkotik vasitələr qəbul edərkən həmin ərazi üzrə xidmət aparan və ictimai asayişi qorumaq vəzifəsi üzərinə qoyulmuş Nərimanov rayon X4 Patrul Xidmətinin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs və polis nəfəri, polis serjantı Şahid1 Təqsirləndirilən şəxs avtomaşınına yaxınlaşaraq sonuncunun avtomaşında yarıçılpaq vəziyyətdə özünü şübhəli aparmasını cəmiyyət tərəfindən qəbul olunmuş əxlaq normalarına zidd olduğunu bildirdikdən sonra avtomaşında hansı hərəkətlər etmələri barədə suallar verərək, şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etmələri barədə qanuni tələblərini icra etməkdən imtina edib, avtomaşında olan və Şahid4 ilə birlikdə istifadə etdikləri narkotik vasitələrin aşkar olunmaması üçün hadisə yerindən uzaqlaşmaq məqsədilə avtomobilin mühərrikini işə salaraq öz xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs əlinin maşının qapısının arasında olduğunu görməsinə baxmayaraq sonuncuya zor tətbiq etmək niyyəti ilə qəsdən maşının qapısını güclə bağlayaraq Zərərçəkmiş şəxs sağ əlin 5-ci barmağının proksimal falanqasının yerdəyişməyən sınığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid xəsarət yetirməklə, xidməti vəzifəsini yerinə yetirməsilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat təxminən 22 radələrində dostu Şahid4 ilə birlikdə sonuncunun qardaşının yaşadığı Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 13 ünvanın qarşısında həyətdə özünə məxsus ** FR *** dövlət qeydiyyat nişanlı tünd göy rəngli “VAZ 21214” markalı avtomobilinin ön işıqlarının lampalarını dəyişdikdən sonra, əynindəki boz rəngli koftanın qolları çirkləndiyindən koftanı dəyişmək üçün əynindən çıxarıb ağ maykada yarıçılpaq vəziyyətdə avtomobildə oturmuşdur. Elə bu vaxt avtomobilinin yanında post patrul xidmətinin maşının dayandığını görmüşdür. Polis əməkdaşları post patrul maşınının fənəri ilə onun maşınının içərisinə işıq salmışdır. Post patrul xidməti maşınının sürücüsü olan sonradan adını bildiyi Zərərçəkmiş şəxs maşından düşərək onun tərəfdən maşına yaxınlaşıb özünü təqdim edərək nə səbəbə yarıçılpaq vəziyyətdə avtomobildə olduğunu soruşmuşdur. Digər post patrul xidməti əməkdaşı Şahid1 da maşına yaxınlaşmışdır. Hər iki polis əməkdaşı xidməti geyim formasında olmuşlar. Zərərçəkmiş şəxs ondan sənədlərini təqdim etməyi tələb etmişdir. Polis əməkdaşlarına üst paltarı çirkli olduğu üçün dəyişmək məqsədilə əynindən çıxardığını desə də, avtomobilinin şüşələrinə görünüşü çətinləşdirən örtük çəkildiyindən, həmçinin bir qədər əvvəl avtomobili yüksək sürətlə idarə etdiyindən, polislərin onu cərimələyəcəklərindən çəkinib oradan uzaqlaşmaq qərarına gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs əlini pəncərənin açıq hissəsindən içəri salıb qapını içəridən açmaq istəmişdir. O, əli ilə Zərərçəkmiş şəxs əlini pəncərədən bayıra çıxararaq, pəncərəni tam bağlamış, avtombilini hərəkətə gətirib oradan uzaqlaşmağa çalışmışdır. Həmin vaxt ehtiyatsızlıqdan onun avtomobili arxasında dayanmış “Kia Sportage” markalı avtomobilə dəymiş, lakin həyəcanlı olduğundan buna məhəl qoymayaraq hərəkətlərinə davam etmişdir. Polislərin saxlamaq barədə işarələrinə məhəl qoymayaraq Nizami RPİ-nin 25-ci PB-nin yaxınlığınadək avtomobillə hərəkətdə olmuşdur. Lakin, polis əməkdaşlarının ondan əl çəkməyəcəyini görüb Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən Faxralı restoranının qarşısında avtomobilini saxlamış və təslim olmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə verilən suallara cavab olaraq polis əməkdaşına heç bir xəsarət yetirmədiyini, Vusal Muradovun nə zaman və hansı şəraitdə xəsarət alması barədə məlumatı olmadığını, heç vaxt narkotik vasitə istifadə etmədiyini, hadisə baş verən gün də avtomobilində narkotik vasitədən istifadə edilmədiyini bildirmişdir. Sonda Təqsirləndirilən şəxs ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2013-cü ildən etibarən DİO-da, Nərimanov RPİ-nin Post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Nərimanov RPİ-nin inzibati binasında təlimat keçdikdən sonra iş yoldaşı PPXB-nün polis nəfəri Şahid1 ilə birlikdə onlara təhkim olunmuş “Fiat Doblo” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib xidməti polis geyimlərində inzibati ərazidə posta xidmətə başlamışlar. Xidmətə başladıqları vaxtdan avtomobili özü idarə etmişdir. İnzibati ərazilərinə 6-cı sektora daxil olan “Montin” qəsəbəsi aid olduğundan, xidmətlərini də daima həmin ərazidə həyata keçirmişlər. Son vaxtlar ərazidə avtomobillərdən oğurluq hadisələrinin baş verməsini nəzərə alıb, mütəmmadi olaraq xidməti ərazidə olan müxtəlif binaların həyətlərinə dayanmış avtomobillə nəzarət etmişlər. Həmin gün təxminən saat 22 radələrində avtomobillə Nərimanov rayonu, A.Nemətulla küçəsi 19 ünvanının həyətinə daxil olmuşlar. Həmin ünvanda yerləşən yaşayış binasının tinində dayanmış vəziyyətdə olan “VAZ 21214” markalı **-FR-*** dövlət qeydiyyat nişanlı göy rəngli avtomobilin yanında keçərkən sürücü tərəfdə olan pəncərənin yarıyadək açıq olduğunu, avtomobilin şüşələrinin plyonka ilə örtülü olduğunu, avtomobilin içərisində hərəkət olduğunu görmüşdür. Bu vəziyyət onda şübhə yaratdığı üçün xidməti avtomobillərinin üst hissəsindəki işığı açıb birbaşa avtomobilin salonuna doğru istiqamətləndirmişdir. Salona işıq düşdükdə avtomobildə 2 nəfər cavan oğlanın əyləşdiyini görmüşlər. Sonradan sürücünün adının Təqsirləndirilən şəxs, sərnişinin adının isə Şahid4 olduğunu müəyyən etmişlər. Avtomobilə işıq düşdükdə Nicatın əlini tez cibinə salıb nəsə gizlətdiyini, Nurlanın isə ağ qolsuz maykada olmasını görmüşdür. Onlar PPX avtomobilindən düşüb sürücü tərəfindən həmin avtombilə yaxınlaşmışlar. Avtomobilin salonundan qəribə qoxu gəldiyindən, habelə salonda tüstü olduğundan avtomobildə əyləşənlərin narkotik vasitə çəkmələrindən şübhə etmişlər. Özlərini təqdim edib həmin şəxslərdən orada dayanmalarının səbəbini soruşduqda, Nurlan onlara yaşadığı evin həyəti olduğundan orada dayandıqlarını demişdir. Bu hərəkətlər onlarda şübhə doğurduğu üçün hər iki şəxsə avtomobildən enib şəxsiyyət vəsiqələrini təqdim etmələrini xahiş etmişlər. Hər iki şəxs onlara avtomobildən düşmək, şəxsiyyət vəsiqələrini vermək istəmədiklərini deyib tanımadığı bir neçə nəfərin adını çəkib yüksək vəzifəli qohumlarının olmasını söyləmişlər. Nurlanın sağ əlini avtomobilin mühərrikini işə salmaq üçün açara uzatdığını və qaçmaq istədiyini başa düşüb, dərhal sol əli ilə avtomobilin sürücü tərəfdə olan qapısının tutacağından tutmuş, qapını açdıqda isə sağ əli ilə qapının çərçivəsindən tutub açmaq istəmişdir. Bunu görən Nurlan hər iki əli ilə qapının pəncərə hissəsindən tutaraq özünə tərəf bərk çəkərək, bağlamış və nəticədə onun sağ əli qapının arasında qalmışdır. Həmin vaxt Nurlan artıq avtomobilin mühərrikini işə salmış və qəflətən avtomobil arxaya doğru hərəkət etmişdir. O, sağ əlini dartaraq qapının arasından çıxarmışdır. Nurlan və Nicatın avtomobillə ərazidən qaçmaq istədiklərini gördükdə onları təqib etmək qərarına gəlmiş. Lakin, əlində bərk ağrı olduğundan, avtomobili idarə edə bilməyəcəyindən, Qaşqay sükan arxasına keçmiş və xidməti avtomobillə Nurlanın Əzizovun idarə etdiyi avtomobilin qarşısını kəsmişlər. Nurlan avtomobilini arxaya hərəkət etdirdikdə, arxada dayanmış vəziyyətdə olan “Kia Sportage” markalı ağ rəngli avtomobilin ön qabaq hissəsini vurmuş, daha sonra isə sürətlə hərəkət edib oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs izini itirməmək üçün avtomobilin sayrışan işıqlarını qoşub onun arxasından hərəkət etmişlər. Avtomobildə olarkən baş vermiş hadisə barədə rasiya vasitəsi ilə Nərimanov RPİ-nin növbətçi hissəsinə məlumat verib, köməyə dəstək xahiş etmişlər. Nurlan avtomobili “Montin” qəsəbəsindən keçərək, H.Əliyev prospekti ilə üzü “Koroğlu” metrostansiyası istiqamətində hərəkətinə davam etmişdir. Nurlanın avtomobilinin arxasınca gedib Nizami rayonu 25-ci Polis bölməsinin yaxınlığında, Kamil Balakişiyev küçəsində Nurlanın qaçmasına mane olmuşlar. Cəld avtomobildən düşüb Qaşqay sərnişin tərəfə, o isə sürücü tərəfə yaxınlaşıb qapıları açıb Nurlanı və sərnişinini avtomobildən endirmişlər. Təqsirləndirilən şəxs və Şahid4 18-ci Polis Şöbəsinə təhvil vermək üçün xidməti avtomobillərinə əyləşdirmişlər. Nizami rayonu, Çobanzadə küçəsində dairəvi yolun kənarına çatanda, xidməti maşınlarının təkəri boşaldığından efirlə kömək çağırmışlar. Köməyə “Fiat Doblo” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə PPX-nin əməkdaşları Şahid2 və Şahid3 gəlmişlər. Təqsirləndirilən şəxs və Şahid4 onlara təhvil vermiş, Şahid2 və Şahid3 isə həmin şəxsləri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə təhvil vermişlər. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, aralarında münaqişə və ədavət qalmamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını göstərərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin Post patrul xidməti bölüyünün polis nəfəri polis serjantı Şahid1 iş üzrə Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək, onun dediklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxsla təxminən 10 il əvvəl tanış olmuş, həmin vaxtdan münasibətləri yaranmışdır. xx.xx.2020-ci il tarixdə Nurlanla görüşüb birlikdə saat təxminən 21-22 radələrində Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanında yerləşən binalarının qarşısındakı ümumi həyətə daxil olmuşlar. O, maşında əyləmiş, Təqsirləndirilən şəxs isə aldığı təzə işıqları maşına yerləşdirdikdən sonra maşına minmişdir. Marixuana çəkəcəkləri üçün maşının yerini dəyişərək həyətdən kənara, nisbətən görünməyən tərəfdə saxlamışdır. Həmin vaxt marixuana kağıza bükülmüş vəziyyətdə maşında əl əyləcinin yanında olmuşdur. Təqsirləndirilən şəxs maşının işıqlarını dəyişdiyinə görə tərlədiyi üçün əynindəki açıq boz rəngli kapişonkalı üst köynəyini maşında olan digər köynəklə dəyişmək üçün çıxartmışdır. Elə həmin vaxt onların maşınının yanında, Təqsirləndirilən şəxs tərəfindən post patrul xidməti avtomobili dayanmışdır. Post patrul maşınında iki nəfər polis əməkdaşı olmuş və onlar patrul maşınının pəncərəsindən Təqsirləndirilən şəxsla danışıb nə iş gördüklərini, maşını niyə saxladıqlarını, Nurlanın nə səbəbə yarıçılpaq olduğunu soruşmuşdur. Daha sonra PPX sonradan adının Şahid1 olduğunu bildiyi əməkdaşı post patrul maşınından düşərək, sürücü tərəfdən yaxınlaşmışdır. Maşının pəncərəsi Nurlan tərəfdən yarıaçıq vəziyyətdə olmuş. Həmin polis əməkdaşı özünü təqdim edərək, onlardan da sənədlərini təqdim etmələrini tələb etmiş və maşının pəncərəsindən içəriyə baxmışdır. Post patrul maşınından düşən digər polis əməkdaşı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi polis əməkdaşı maşına yaxınlaşmışdır. Maşında marixuana olduğu üçün Təqsirləndirilən şəxs təlaşa düşmüşdür. Vüsal qapını açmağa çalışdıqda, Nurlan anidən qapını dartaraq örtmüş və içəridən bağlamışdır. Vüsal pəncərənin açıq yerindən əlini içəri salmaq istədikdə, Nurlan pəncərəni də yuxarı qaldırmışdır. Nurlan maşını işə salaraq qaçmağa çalışmışdır. Nurlan maşını arxaya verərək dairəvi hərəkətlə həyətdən çıxamağa çalışarkən arxada dayanmış “Kia Sportage” markalı avtomobilə dəymişdir. Lakin Nurlan buna məhəl qoymayaraq, sürəti daha da artırmış, həyətdən çıxıb sağ-sol edərək qaçmağa çalışmışdır. O, həmin vaxt çox qorxmuşdur. Nurlana saxlamasını, maşında benzin olmadığı üçün onsuz da qaça bilməyəcəyini və dayanmasını desə də sonuncu onu dinləməmişdir. X6 prospektinə, üzü Bakıxanov istiqamətinə hərəkət etmişdir. Təqsirləndirilən şəxs maşını saxlamaq istəməsə də Planet şadlıq sarayından üzü Qara Qarayevə gedən istiqamətdə benzin qurtardığı üçün maşını saxlamışdır. Həmin vaxt Post patrul avtomobili Təqsirləndirilən şəxs avtomobilinə yaxınlaşaraq onları avtomobildən düşürmüşlər. Yolda Şahid1 idarə etdiyi avtomaşının təkəri boşalmış, polislər onları şöbəyə aparmaq üçün rasiya ilə kömək istəmişlər. Hər ikisini köməyə çağırılmış digər Post Patrul Xidməti maşınındakı polis nəfərlərinə təhvil vermişlər. Həmin polis nəfərləri onları 18-ci bolis Şöbəsinə aparmışlar. O, Zərərçəkmiş şəxs əlinin qapıda qalmasını görməmiş, sadəcə qapının çox ani bir anda açılmasını və bağlanmasını görmüşdür. 18-ci polis bölməsində olarkən ona məlum olmuşdur ki, polis əməkdaşı Zərərçəkmiş şəxs əli hadisə vaxtı sınmışdır. O, həmçinin bildirmişdir ki, həmin vaxt spirtli içki və narkotik vasitə qəbul etməmişlər. Həmin vaxt marixuana çəkməyə hazırlaşsalar da polislər gəldiyi üçün marixuana istifadə edə bilməmişlər. Təqsirləndirilən şəxs ağ kağız bükülüdə olan həmin marixuananı polislərdən qaçmağa çalışarkən yolda Heydər Əliyev prospektində hərəkətdə olarkən yol kənarına atmış, lakin konkret harada atmasını xatırlamır. Həmçinin həmin gün Təqsirləndirilən şəxs marixuananı kimdən, nə vaxt alması barədə məlumatı olmamışdır. İttiham aktının siyahısında şahid kimi göstərilən Şahid2 və Şahid3 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişlər. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, o, 2015-ci ildən etibarən DİO-da xidmət edir, həmin vaxtdan Nərimanov RPİ-nin Post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır.xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-nin inzibati ərazisində 8-ci sektor üzrə Şahid2 ilə onlara təhkim olunmuş “Fiat Doblo” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə xidmət aparmışlar. Həmin gün saat 22-23 radələrində Təhsil Nazirliyin yanında Xətai prospektində olarkən **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə xidmət aparan 6953 saylı efirlə digər avtopatrul ekipajı onların istifadəsində olan 6965 saylı efirlərinə çıxaraq, avtopatrullarının təkərinin nasazladığını bildirərək, onları Nizami rayonu ərazisinə köməyə çağırmışlar. Onlar çağırılan yerə, yəni Nizami rayonu, Çobanzadə küçəsində yerləşən dairəvi yolun kənarına gəlmişlər. Həmin vaxt **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobili Şahid1 idarə etmiş, sonradan adlarınl bildikləri Şahid4 və Təqsirləndirilən şəxs isə avtomobilin arxasında oturmuşlar. Digər polis əməkdaşı Zərərçəkmiş şəxs onlara sağ əli maşının qapısının arasında qaldığını və ağrıdığını bildirmiş, onun əlinin əzildiyini düşünmüşlər. Zərərçəkmiş şəxs əlinin Təqsirləndirilən şəxs hərəkəti nəticəsində maşının qapısının arasında qalaraq barmaqları sındığını eşitsələr də hadisənin təfərrüatları barədə tam məlumatı yoxdur. Belə ki, köməyə çağırılan əraziyə gedən kimi Təqsirləndirilən şəxs və Şahid4 polis nəfərləri Şahid1 və Zərərçəkmiş şəxs təhvil alaraq öz xidmət avtopatrulları ilə 18-ci Polis Şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, o, digər Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: İbtidai istintaq zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli,140 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs almış olduğu xəsarət sağ əlin 5-ci barmağının proksimal falanqasının yerdəyişməyən sınığı küt əşyanın təsirindən törənib, müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterinə, lokalizasiyasına görə demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. (cild İİ i.v. 108-110). İstintaq zamanı təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 373 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs Çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. (cild İİ i.v. 50-51). Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, həmin ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Həmçinin ibtidai istintaq zamanı təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 552K nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan “Amfetamin”, “Metamfetamin” və “Preqabalin” (Lirika) aşkar edildi. Barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. (cild İİ iş v. 33-36). İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 553A/K nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs götürülmüş tük və dırnaq nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan “Preqabalin” (Lirika) və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edildi. Barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmədi. (cild İİ iş v. 42-45). Məhkəmə Ekspertiza Mərkəzinin 7/57 nömrəli xx xxxx 2020-ci il tarixli rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində 1 ədəd əl çantası yazısı olan və imza olan kağız paketdəki 1 ədəd qara rəngli əl çantasında olan tütün hissəciklərinin tərkibində narkotik narkotik vasitə hissəcikləri yoxdur, onun tərkibi yalnız tütündən ibarətdir. Təqdim olunmuş üzərində qırmızı yapışdırıcılı yazısı və imza olan zərfdəki bir ədəd qırmızı yapışqan lentin folqa kağızda, narkotik vasitə hissəcikləri yoxdur. Təqdim olunmuş üzərində bükülü folqa yazısı və imza olan bir ədəd zərfdəki bir ədəd folqa kağızda, narkotik vasitə hissəcikləri yoxdur. (cild İİ 112-115). Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx xxxxxx 2020-ci il 2/811 və xx xxxxxx 2020-ci il 1/767 nömrəli protokolda qeyd edilir ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuş və müayinə zamanı OPİ, MTO, THC aşkar edilməmişdir. (cild İ i.v. 24-25). İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib 5000 (beş min) manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Aministiya haqqında Qərarına əsasən cəzadan azad edilmişdir. (cild İİ iş vər.: 97-98). Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib 5000 (beş min) manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. (cild İİ, iş vər: 67-73). Azərbaycan Respublikası Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti 28 saylı MKİS rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild İİ, iş vər. 103). AZ-İ 923815 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Əzizov X1 Nuridə Çərkəz qızı ilə xx.xx.2014-cü il tarixdən nikaha daxil olmuşdur. (iş vər. 19). AZ İV seriyalı 036559 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxxx 2017-ci il təvəllüdlü bir azyaşlı övladı vardır. (iş vər. 18). “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 68-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il Fərmanına əsasən 315.2-ci maddəsi ləğv edilərək 315-ci maddə adı altında qeyd edilmişdir. Həmin maddəyə əsasən, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə - iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xx xxxx 2020-ci il tarixdən qüvvəyə minmiş redaksiyasının 315-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 19 ünvanında həmin ərazi üzrə xidmət aparan və ictimai asayişi qorumaq vəzifəsi üzərinə qoyulmuş Nərimanov rayon X4 Patrul Xidmətinin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs zor tətbiq etməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla tam təsdiqini tapmışdır. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 19 ünvanında tanışı Şahid4 ilə birlikdə yan və arxa şüşələri görüntünü tam məhdudlaşdıran örtüklə əhatə olunmuş özünə məxsus VAZ 21214 markalı **-FR-*** dövlət nömrə nişanlı avtomaşında sükan arxasında yarıçılpaq vəziyyətdə əyləşib, istintaqa məlum olmayan mənbədən əldə etdiyi narkotik vasitələr qəbul edərkən həmin ərazi üzrə xidmət aparan və ictimai asayişi qorumaq vəzifəsi üzərinə qoyulmuş Nərimanov rayon X4 Patrul Xidmətinin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs və polis nəfəri, polis serjantı Şahid1 Təqsirləndirilən şəxs avtomaşınına yaxınlaşaraq sonuncunun avtomaşında yarıçılpaq vəziyyətdə özünü şübhəli aparmasını cəmiyyət tərəfindən qəbul olunmuş əxlaq normalarına zidd olduğunu bildirdikdən sonra avtomaşında hansı hərəkətlər etmələri barədə suallar verərək, şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etmələri barədə qanuni tələblərini icra etməkdən imtina edib, avtomaşında olan və Şahid4 ilə birlikdə istifadə etdikləri narkotik vasitələrin aşkar olunmaması üçün hadisə yerindən uzaqlaşmaq məqsədilə avtomobilin mühərrikini işə salaraq öz xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs əlinin maşının qapısının arasında olduğunu görməsinə baxmayaraq sonuncuya zor tətbiq etmək niyyəti ilə qəsdən maşının qapısını güclə bağlayaraq Zərərçəkmiş şəxs sağ əlin 5-ci barmağının proksimal falanqasının yerdəyişməyən sınığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid xəsarət yetirməklə, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 315-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən CM-nin 58.1-ci maddəsinin tələblərindən görünür ki, «cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, «məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir». İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs CM-nın 315.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vər.: 39) xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə ittiham elan olunmuş və həmin tarixdə onun barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vər: 122-125). Bakı Apelyasiya Məhkəməsinin 4(103)-112/20 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. (cild İ, iş vər: 164-165). Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən – xx xxxx 2020-ci il tarixədək həbsdə olduğu 05 ay 17 gün – azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla, 11 (on bir) ay 04 (dörd) gün müddət ona hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İbtidai istintaq zamanı təyin edilmiş məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfi olan 69,82 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs verilmiş hazırki ittihama heç bir aidiyyəti olmadığından, dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-nın aşağıda qeyd olunan maddələrinə əsasən: 197.1. Məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir: 197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ. 197.2. Bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun tələbindən göründüyü kimi, ekspertə ödənilməli haqlarla bağlı məsrəflərin məhkumun üzərinə qoyulması imperativ xrakter daşımır və işin halları nəzərə alınmaqla məhkəmə tərəfindən bu cür qərar verilə bilər. Hazırki halda isə müəyyən edilir ki, iş üzrə məhkəmə məsrəfi təqsirləndirilən şəxsin əl çantasında olan tütün hissəciklərinin tədqiqi ilə bağlı olmuş və bununla bağlı Təqsirləndirilən şəxs ittiham verilməmişdir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xx xxxx 2020-ci il tarixdən qüvvəyə minmiş redaksiyasının 315-ci maddəsi ilə tövsif edilsin və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə olduğu 05 ay 17 gün – Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla, 11 (on bir) ay 04 (dörd) gün müddət təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X2 tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalivə edilsin və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 69,82 manat məbləğində ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinadarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(005)-189/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-189/2020
24.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver